“Səfirin bizə qarşı qarayaxmalarını başa düşə bilmirəm” - Ukraynadakı diaspor lideri GİLEYLƏND
Tarix: 19-02-2020, 15:15 | Çap et
 Ukraynalı deputat Darya Volodina Ukrayna Ali Radasında “Qondarma erməni soyqırımı qurbanlarının anılması” ilə bağlı qanun layihəsinin qəbul olunmasına çalışır. Prezident Vladimir Zelenskinin başçılıq etdiyi “Xalqın qulluqçusu” (Sluqa naroda) partiyasının üzvü olan Volodina təşəbbüsünün parlamentin gündəliyinə salınmasına nail olub. Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun sədri, hüquq elmləri doktoru Hikmət Cavadov Xocalı soyqrımının 28-ci ildönümündə qondarma erməni soyqrımı layihəsinin qəbul olunma cəhdinə münasibət bildirib. Hikmət Cavadov xatırlatma olaraq deyib ki, bu, Ukrayna parlamentinə təqdim olunan ilk təşəbbüs deyil: “2013, 2015, 2019-cu illərdə də belə hal yaşanıb. Bu qondarma soyqırım layihəsinin qəbul olunması üçün Ermənistanın Ukraynadakı səfirliyi gecə-gündüz iş aparır. Bundan başqa, Ermənistanın Ukraynadakı diasporunun yaxın dostu olan Darya Volodinanın bu qanun layihəsinin qəbul olunması üçün təşəbbüs göstərməsi heç də təsadüf deyil. Çünki o, Ermənistanla sıx əlaqədədir. Düzdü, bu qanun layihələri bu günə kimi qəbul olunmayıb. Bunun da səbəbləri arasında Ukrayna-Türkiyə, Ukrayna-Azərbaycan münasibətlərinin yüksək səviyyədə olmasıdır. Ona görə də bu qanun layihələri komitədə müzakirə olunsa da, heç zaman səsverməyə çıxarılmayıb. Ümidvaram ki, bu il də belə olacaq. Ukrayna parlamenti qondarma bir məsələyə baxmayacaq”. Diaspor sədri qeyd edib ki, Ukrayna parlamenti belə bir addım atsa, bu, Ukrayna ilə Türkiyə, eləcə də Ukrayna ilə Azərbaycan arasında olan münasibətlərə öz mənfi təsirini göstərə bilər: “Hətta bu yaxınlarda Türkiyə prezidenti Rəcəb Tayib Ərdoğan da Ukraynada oldu. Türkiyənin Ukraynaya olan dostluq münasibəti Ali Radaya məlumdur. Ona görə də bu qondarma qanun layihəsinin səsverməyə çıxarılacağına inanmıram”. H.Cavadov təəssüflə deyib ki, Ermənistanın diplomatik korpusu bu məsələ ilə bağlı ciddi iş aparsa da, Azərbaycanın Ukraynadakı səfiri tamamilə fərqli siyasət yürüdür: “Bu adamın işi Ukraynada diaspor hərəkatının liderlərilə müharibə aparmaq, onlara qarşı düşmənçilik mövqeyindən çıxış edərək onlara qarşı çoxşaxəli qarayaxma kampaniyalarını təşkil etməkdir. Xocalı soyqırımının tanıdılması ilə bağlı hansı işləri görürlər? Təəssüf ki, bu cür məsələlər Ukraynada ancaq Azərbaycanın diaspor xətti ilə inkişaf etdirilir. Düzdür, bu, bizim borcumudur. Amma, buradakı səfirimiz Azərbaycanın bütün maraqlarını kənara qoyub ancaq bizneslə məşğul olur, diplomatik fəliyyəti kənara qoyaraq hündürmərtəbəli binaların tikintisi ilə məşğul olan şirkətlər üçün torpaq sahəsi alınmasında “maklerlik” edir. Ukraynanın hansı dövlət nümayəndəsi ilə görüşürüksə, səfir hər vəhclə bu münasibətləri korlamağa çalışır. Bu necə Azərbaycançılıqdı, necə Azərbaycana xidmət etməkdir?!! Diplomatik imkanlarımızı Azərbaycana xidmətə, Qarabağın işğaldan azad edilməsinə sərf etməliyik, diaspor liderlərinin telefon danışıqlarına dinlətməyə deyil. Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporu Azərbaycan həqiqətlərinin dünya ictimaiətinə çatdırılması yönümündə cənab Prezidentin apardığı dövlət siyasətini rəhbər tutaraq dünən Xocalı soyqrımının Ukrayna parlamentində tanınması və belə bir qanun layihəsinin müzakirəyə çıxarılması üçün parlamentinə müraciət etmişik. Bu məsələylə bağlı Ukrayna-Azərbaycan parlamentlərarası işçi qrupunun üzvləri ilə, həmçinin GUAM qrupun rəhbəri ilə şəxsən müzakirələr aparmışam. Hazırda Xocalı soyqrımının Ukrayna parlamentində tanınması üçün qanun layihəsinin hazırlanması yönümündə bəzi Azərbaycanı sevən deputatların imzalarını toplayırıq ki, qanun layihəsini hazırlayaq və parlamentə çıxaraq. Biz belə işlər görərkən səfirin bizə qarşı qarayaxmalarını heç cür başa düşə bilmirəm. Mən hesab edirdim ki, Ukraynada Azərbaycan diasporuna qarşı ancaq ermənilər fəaliyyət apara bilər. Təəssüf ki, yanılmışam. Ermənistanın burdakı səfiri Ali Radanınn rəhbəri ilə görüşündə xahiş edir ki, erməni diasporunun üzvlərini qəbul etsin. Bizim səfir isə Azərbaycan diasporunu hədəf götürüb”.


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Qubadlıda yaşayış məhəlləsini “See Breeze Construction” tikəcək – 34,4 milyonluq tender
Bu gün, 10:17 |
|
|
|
| • Nigar Köçərli “LIV Bona Dea Hospital”ı yenidən saxtakarlıqda ittiham etdi - "Bir klinika pasiyenti əzmək üçün..."
Bu gün, 10:15 |
|
|
|
| • Bakıda makler həbs edildi: Yarım milyonluq fırıldaq - TƏFƏRRÜAT
Bu gün, 10:04 |
|
|
|
| • “PubG”yə görə azyaşlıya qarşı hədə-qorxu və oğurluq: 40 min manata yaxın ziyan - MƏHKƏMƏ
Bu gün, 09:53 |
|
|
|
| • "Azərbaycan Sənaye Sığorta"nın səhmdarlarının yığıncağı keçiriləcək
Bu gün, 09:47 |
|
|
|
| • Azərbaycan neftinin qiyməti 115 dolları ötüb
Bu gün, 09:44 |
|
|
|
| • Traktoru qaçırdı, aptekdə bıçaqla hədə-qorxu gəldi - TƏFƏRRÜAT
Bu gün, 08:42 |
|
|
|
| • Tehranın Azərbaycanla sərhəddən yeni mesajı - Görünəni odur ki...
Bu gün, 08:39 |
|
|
|
| • ABŞ İranı uzun müddət blokadada saxlamaq istəyir - KİV
Bu gün, 08:35 |
|
|
|
| • "450-dən çox ailə başçısını işsiz qoydular..." - NARAZILIQ VAR...
Bu gün, 08:30 |
|
|
|
| • Bu ölkələr Rusiya kəşfiyyatına yardım edir - Stupak
Bu gün, 08:02 |
|
|
|
| • Reparasiyalar ödənilməzsə, zərərlər Hörmüz boğazı hesabına kompensasiya olunacaq - Rəsmi Tehran
Bu gün, 08:00 |
|
|
|
| • Vüsal Aslanov üçün geri sayım: Yeni Metropolten rəisi bu şəxs ola bilər - İDDİA
Bu gün, 07:34 |
|
|
|
| • SEPAH-ın casus şəbəkəsinin rəhbəri Azərbaycan vətəndaşı imiş - FOTO
Bu gün, 07:32 |
|
|
|
| • AYA 10 MİN MANAT MAAŞ ALAN İDARƏ RƏİSİ... - Orxan İmanlının bibisi oğlundan narazılıq artıb
Bu gün, 07:19 |
|
|
|
| • "Məleykə xanımın repetitorlarla bağlı fikri ilə razılaşmıram” - DİM sədrinə ETİRAZ
Bu gün, 07:15 |
|
|
|
| • Rusiya-Ermənistan seçki savaşı böyüyür, təhlükələr də var - İNCƏLƏMƏ
Bu gün, 07:10 |
|
|
|
| • Zelenskinin qəfil və sirli səfəri: Bakı hansı mesajı verir? - NƏ BAŞ VERİR?
Bu gün, 07:07 |
|
|
|
| • Azərbaycanda “WhatsApp”la bağlı yeni problem – Həlli AÇIQLANDI
Bu gün, 07:05 |
|
|
|
| • Azərbaycan Ukrayna təcrübəsindən yararlanmalıdır - ÇAĞIRIŞ
Bu gün, 07:04 |
|
|
|
| • Paşinyan seçilsə, Kreml nə edəcək? - Silayev
Bu gün, 07:02 |
|
|
|
| • İmtahanda DİM monopoliyası: 1-ci sinifdən başlayan stress - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 07:00 |
|
|
|
| • Erməni xalqı ya müharibəni, ya da sülhü, inkişafı seçməlidir - Natiq Miri ŞƏRH EDİR
Bu gün, 06:58 |
|
|
|
| • "Su İdmanı Sarayı" dövlətə BORCLANDI - Böyük miqdarda
Bu gün, 06:56 |
|
|
|
| • Rusiya Ukrayna üzrə danışıqlar üçün Səudiyyə Ərəbistanına müraciət edə bilər - “İzvestiya” qəzeti
Bu gün, 06:51 |
|
|
|
| • Azərbaycan üçün yeni uşaqpulu modeli: Ayda 100 manat… - DETALLAR
Bu gün, 06:49 |
|
|
|
| • "Hesablama Palatasına keyfiyyətli iş gördüyü üçün təşəkkür düşür" - partiya sədri
Bu gün, 06:33 |
|
|
|
| • Tanınmış müğənni qonşusundan gileyləndi - "...şübhə edir"
Bu gün, 06:27 |
|
|
|
| • Ukrayna ordusunun bir dəri-bir sümük əsgərləri - ŞOK FAKTLAR AÇIQLANDI
Bu gün, 06:17 |
|
|
|
| • Qaxın daha bir OLİQARXI: Dövləti rəsmən qarət edib... - Bir araşdıran olsa...
Bu gün, 06:13 |
|
|
|
| • Hamlet İsaxanlı siyasətə yaman meyillənir... - keçmiş deputatdan ATMACA
Bu gün, 05:58 |
|
|
|
| • Eşqi Bağırovun üsyanı... SƏMƏRƏ VERƏCƏKMİ?
Bu gün, 05:52 |
|
|
|
| • Fermerlərə çatası milyonları KİM YEYİB Kİ... - HESABI BELƏ SORUŞULMUR...
Bu gün, 05:47 |
|
|
|
| • Ramiz Mehdiyevin oğurladıqlarını “milyoner nəvə”si BELƏ XƏRCLƏYİR - İLGİNC FAKTLAR
Bu gün, 05:40 |
|
|
|
| • Azərbaycan son savaşda sübuta yetirdi ki... - ARAŞDIRMA
Bu gün, 01:16 |
|
|
|
| • Bakıdan qayıdan Zelenski indi də İrəvan yolunda... - GƏLİŞMƏ
Bu gün, 01:10 |
|
|
|
| • Səhiyyə büdcəsində MAAŞ 'ABORTU' - BU NƏDİ BELƏ?
Bu gün, 01:01 |
|
|
|
| • Natəmiz mühitdə hansı sağlamlıq? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 00:54 |
|
|
|
| • "Bu artıq xidmət deyil..." - ETİRAZ VAR!
Bu gün, 00:46 |
|
|
|
| • Erməni general yenə Hindistandadır
Dünən, 22:15 |
|
|
|
| • Rusiyada terror təhlükəsi riski artır - Putin
Dünən, 22:13 |
|
|
|
| • “O müğənnilərin efirdə ailə və əxlaq dəyərlərindən danışıb, kiməsə dərs keçməyə ixtiyarları yoxdur...” - REAKSİYA
Dünən, 17:34 |
|
|
|
| • Hövsan MİDA layihəsində şok vəziyyət: İtlər, həşəratlar və üfunət kabusu… - NARAZILIQ VAR...
Dünən, 17:32 |
|
|
|
| • "Zəng gəlsə, demə ki, bizə pul vermisən" - Avropada iş adı ilə 171 nəfəri aldadanların MƏHKƏMƏSİ
Dünən, 17:12 |
|
|
|
| • “Məktəb” serialı Vado Korovin üçün sanki ailə təsərrüfatı olub... - GÖRÜNƏNİ BUDUR...
Dünən, 17:06 |
|
|
|
| • Ukrayna İsrailə etiraz notası təqdim edib
Dünən, 17:02 |
|
|
|
| • İlqar Bayramlıdan yeni direktor təyinatı - ƏMR
Dünən, 16:42 |
|
|
|
| • Məşhur aparıcıdan "ərə getmək" xəbərinə CAVAB - "Hüseynova bacıları məharətini göstərəcək"
Dünən, 16:38 |
|
|
|
| • Bakı görüşü Azərbaycan Çexiya münasibətlərində yeni imkanlar açır - MƏQALƏ
Dünən, 16:31 |
|
|
|
| • Ermənistanda panika: Əhaliyə çağırış edildi
Dünən, 16:00 |
|
|
|
|