Azərbaycanda daha bir qrup dərman vasitəsinin qiyməti tənzimlənib .....                     20 yaşlı qızın faciəli ölümü .....                     Təyyarəmizi Qazaxıstan vurubmuş: Samir Vəliyev özünü rüsvay etdi .....                     Şəhid qardaşına vəzifə verildi .....                     Aİ Rusiyaya qarşı sektoral sanksiyaların uzadılmasına razılıq verib .....                     Rusiya Ermənistanın daxili işlərinə MÜDAXİLƏ EDİR .....                     Sabiq nazir Fikrət Məmmədov “Şərəf” ordeni ilə təltif edilib .....                     Paşinyan Apostol Kilsəsinin bu keşişlərini .....                     Zəngilanda 5-ci yaşayış məhəlləsinin layihələndirməsinə 1.3 milyon xərclənəcək .....                     Ermənistan sülh sazişinin yeri və tarixi ilə bağlı Azərbaycanla müzakirələrə hazırdır .....                     AIİ Ermənistana 270 milyon avro vəsait ayırıb .....                     Paşinyan onu “Dəccal” adlandıran kilsəyə müharibə elan edib .....                     “Sputnik-Azərbaycan”da əməliyyat keçirilir .....                     Ermənistan və Azərbaycan arasında daha yaxşı münasibətlər regionda davamlı sülhə yol aça bilər .....                     Ermənistan və Aİ müdafiə sahəsində əməkdaşlığın müzakirəsinə başlayıb .....                     Rüfət Səfərovun məhkəməsi keçirildi .....                     Rüşvət almaqda təqsirləndirilən Xəzər rayon komissarı və işçilərinin məhkəməsi başlayıb .....                     “İsrail dronları Azərbaycandan qalxıb?” sualına İran XİN-dən CAVAB .....                     Paşinyan keşişlərə: .....                     Rusiyada 19 il əvvəl qətl törədən azərbaycanlı həbs olundu .....                     Etirazdan sonra keçirilən qalmaqallı imtahanda ciddi narazılıq: Suallar satılıb? .....                     Ermənistan-Azərbaycan sülh sazişini dəstəkləyirik .....                     Zatulin Rusiyanın məkrli planını açıqladı .....                     "Baksol yolu"nda 28 yaşlı oğlanın kanalizasiya kollektoruna düşərək ölməsi ilə bağlı cinayət işi başlanıb .....                     Yekaterinburq QƏTLİAMINA... dırnaqarası baxsaq... .....                     İran Ermənistana kömək edə bilər, Azərbaycan İsrailə yox? .....                     İş adamının oğlunun ölüm səbəbi məlum oldu .....                     "Niyə yaslarda bunları stola qoyurlar?" .....                     Azərbaycan XİN-də yeni idarə yaradılıb .....                     KTMT XİN başçıları Ermənistanda baş verənlərlə bağlı ciddi narahatlıq ifadə ediblər .....                     Kinostudiyanın ərazisində baş verən partlayışla bağlı cinayət işi başlanıb .....                     Sədərək gömrüyünün ƏRƏBZƏNGİLƏRİ .....                     "Məsələ yoluna qoyulacaq" .....                     “Ruslar bizə bazar, vağzal adamları kimi baxırlar və böyük səhv edirlər, Rusiya üçün yaxşı olmayacaq” .....                     Kaya Kallas Mirzoyanla görüşüb .....                     Balaş, ora sənin şəxsi kanalın deyil, həyatımdan iki il aldınız, cavab verəcəksiniz! .....                     Gözü kor olan qadın Cahid Şahbazovla birlikdə bu şəxsləri ittham etdi .....                     SOCAR-da yeni KÜTLƏVİ İXTİSAR DALĞASI... .....                     Pezeşkian qonşularla münasibətlərdən danışdı: .....                     Cəbrayıl sakinləri BOĞAZA YIĞILIB... .....                 

Bu məhkəmədə QANUNLAR DƏFN OLUNUR - GİLEY
Tarix: 20-12-2018, 15:24 | Çap et
Bu məhkəmədə QANUNLAR DƏFN OLUNUR
Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 539-cu məhəllə, ev 18/7, mənzil 75-də yaşayan Bayramov Yasin Ziyədəli oğlu tərəfindən “Hürriyyət”in redaksiyasına şikayət məktubu daxil olub. Qəzetimiz vasitəsilə prezident İlham Əliyevə Milli Məclisinin sədri Oqtay Əsədova, Ədliyyə naziri Fikrət Məmmədova, Ali Məhkəmənin sədri Ramiz Rzayevə, eləcə də ABŞ-ın və Avropa Birliyinin Bakı şəhərində fəaliyyət göstərən səfirliklərinə müraciət edən şikayətçi yazır:

“Sizi məlum edirəm ki, Bakı şəhəri, Nizami rayon məhkəməsinin 19.04.2006-cı il tarixli 2-501/2006 saylı qətnaməsindən apellyasiya şikayətim (iş в„–2(103)-13482/2018) Bakı Apellyasiya Məhkəməsinin hakimi cənab İlham Kərimlinin icraatındadır.

Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarəti 06.12.2018-ci il tarixli 33/5010 nömrəli məktubu bir daha sübut edir ki, Bakı şəhəri Nizami rayon məhkəməsinin 19.04.2006-cı il tarixli 2-501/2006 saylı qətnaməsi saxtadır (sədrlik edən hakim: Aygün Abdullayeva) və gizli çıxarılmışdır.

27.02.2006-cı il tarixində Mehdiyeva Elmira Süleyman qızının, Bayramov Ziyədəli Yasin oğlunun və Bayramov Ruzigar Yasin oğlunun adlarından hüquqi səlahiyyəti olmayan şəxs tərəfindən, Bakı şəhəri, Nizami rayon məhkəməsinə mənə qarşı Bakı şəhəri, Q.Qarayev küçəsi, 108 saylı evin, 112 saylı mənzilimdən yaşayış sahəsindən istifadə hüququmun itirilməsinə dair saxta iddia ərizəsi məhkəməyə təqdim edilmişdir.

Saxta iddia ərizəsini Nizami rayon məhkəməsinin hakimi A.A.Abdullayeva 06.03.2006-cı il tarixində icraata qəbul etmiş və işin məhkəmə iclasını 07.04.2006-cı il tarixinə təyin etmişdir. E.S.Mehdiyevaya hakim A.Abdullayeva 07.04.2006-cı il tarixli məhkəmənin hazırlıq keçiriləcəyi barədə çağırış vərəqəsinin kötüyündə imza etdirmişdir.

Mənə məxsus Bakı şəhəri, Q.Qarayev küçəsi, 108 saylı evin, 112 saylı mənzilimdən istifadə hüququmun itirilməsinə dair, hakim A.A.Abdullayeva 2006-cı il 19 aprel tarixli 2-501/2006 saylı gizli qətnamə çıxarmışdır.

Sərhəd xidməti təsdiq edir...

Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarətinin 06.12.2018-ci il tarixli, 33/5010 nömrəli məktubuna əsasən, iddiaçı hesab olunan Bayramov Ziyədəli Yasin oğlunun 01.01.2006-cı il tarixdən 31.12.2006-cı il tarixədək dövlət sərhədindən hərəkəti barədə aşağıdakı məlumatlar qeydə alınmışdır:

“Bayramov Ziyədəli Yasin oğlunun Azərbaycan Respublikasının dövlət sərhədindən 22.02.2006-cı il tarixində çıxışı olmuşdur. Onun 31.12.2006-cı ilə qədər ölkəmizə girişi olmamışdır”.

Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarətinin yuxarıda qeyd edilən məktubundan məlum olur ki, Bayramov Ziyədəli Yasin oğlu uzun müddət xarici dövlətdə yaşamış və işləmişdir. Belə olan halda sübutdur ki, Nizami rayon məhkəməsinin 19.04.2006-cı il tarixli 2-501/2006 saylı qətnaməsi saxtadır. İddiaçı hesab olunan Bayramov Ziyədəli Yasin oğlu Azərbaycan Respublikasının ərazisində olmadığı halda, hakim A.A.Abdullayeva 19.04.2006-cı il tarixdə gizli çıxardığı qətnamədə onun adından çıxış qeyd edib. Eyni zamanda, Z.Y.Bayramovun adından saxta məhkəmə protokoluna saxta çıxış qeyd edilib. Saxta iş materiallarında olan arayışda qeyd edilir ki, guya məhkəmənin katibi E.H.Həsənova “iddiaçılar 19.04.2006-cı il tarixdə saat 10-da məhkəməyə gəlmələri barədə xəbərdar edildilər” göstərilir. Qeyd edilən arayış da sübut edir ki, yuxarıda qeyd edilən qətnamədən başqa digər sənədlər də saxtadır.

Bakı şəhəri, Q.Qarayev küçəsi, 108 saylı evin 9 saylı mənzilində yaşayan Bayramov Orxan İsmayıl oğlunun adından saxta şəkildə iltizam tərtib olunmuş və gizli çıxarılmış məhkəmə qətnaməsinə və saxta məhkəmə protokoluna saxta izahat yazılmışdır.

İmzanın saxta olduğu aşkar edilib

Bayramov Orxan İsmayıl oğlu 03.03.2006-cı il tarixdə qonşuların da saxta aktına imza etmişdir. Həmin imzaya baxdıqda saxta iltizamdakı, Orxana məxsus imza ilə heç bir oxşarlığının olmadığı aydın şəkildə görünür.

Saxta iddia ərizəsi iddia hüququ olmayan şəxs tərəfindən verildiyindən, Azərbaycan Respublikasının MPM-nin 149-cu maddəsinin tələblərinə cavab vermədiyi üçün hakim A.A.Abdullayeva tərəfindən icraata qəbul edilməməliydi.

Həmin Məcəllənin 152, 152.1, 152.1.1., 152.1.2. maddələrinə əsasən hakim A.Abdullayeva saxta iddia ərizəsini və ona əlavə edilmiş qeyri-qanuni yolla mənim adıma alınmış 2 nömrəli forma arayışını da geri qaytarmalıydı.

Mənim apellyasiya şikayətimə əsasən, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 21.02.2018-ci il tarixli 2(103)-1049/2018 saylı qətnaməsi ilə Nizami Rayon Məhkəməsinin 19.04.2006-cı il tarixli 2-501/2006 saylı gizli çıxarılmış qətnaməsi ləğv edildi.

Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 21.02.2018-ci il tarixli 2(103)-1049/2018 saylı qanuni qətnaməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 11 oktyabr 2018-ci il 2(102)-6005/2018 saylı qərarı ilə ləğv edildi.

Hakim A.A.Abdullayevanın digər saxtakarlıqları barədə qeyd etdiklərim hələ çox azdı. Bu məsələ ilə əlaqədar gələcəkdə sübutlara əsasən geniş məlumat bildirəcəm. Ali Məhkəmənin hakimləri T.Qoldmanın, Ə.Mirzəyevin və K.Quliyevin nöqsanları haqqında əlavə bildirəcəm. Hələlik Ali Məhkəmənin qərarında qeyd olunmalı məsələlərin qeyd olunmaması barədə aşağıdakıları göstərirəm.

Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 21.02.2018-ci il tarixli 2(103)-1049/2018 saylı qətnaməsinin 6-cı səhifəsinin axırıncı abzasında və 7-ci səhifəsinin 1-ci, 2-ci və 3-cü abzaslarında aşağıda göstərilən qanunları istinad etmişdir.

“Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12.03.1999-cu il tarixli qərarının 2-ci bəndindən görünür ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya ailə üzvlərinin müvəqqəti, o cümlədən, altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxslərin yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir.

Göründüyü kimi, cavabdehin istifadə hüququnun itirilməsi üçün Mənzil Məcəlləsinin 87-ci maddəsində göstərilən əsaslar müəyyən olunmalıdır. Həmin əsas isə ondan ibarətdir ki, cavabdeh daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getməli və həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçməlidir.

Ali Məhkəmənin Mülki Kollegiyasının qərarı...

Bu məsələ Ali Məhkəmənin Mülki Kollegiyasının qərarında qeyd edilməmişdir. Baxmayaraq ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının qərarında qeyd edilmişdir.

“Respublika məhkəmələri tərəfindən mənzil qanunvericiliyinin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 16 oktyabr 1992-ci il tarixli, 2 saylı qərarının 9-cu bəndinə görə belə hallarda məhkəmə şəxsin daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getməsini və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçməsini sübut edən sənədləri tələb etməyə borcludur. Həmin qərardan görünür ki, bu sübutlara şəxsin yaşayış yerindən qeydiyyatdan çıxmasını, iş yerindən çıxıb yeni yaşayış sahəsində işə düzəlməsini, yeni iş yerində mənzillə təmin edilməsini və s. bu kimi halları təsdiq edən sənədlər ola bilər. Hazırkı işdə belə sənədlər mövcud deyildir.

Bakı Apellyasiya Məhkəməsinin yuxarıda qeyd etdiyim qanunlara istinad etdiyi fikirləri Azərbaycan Respublikasının Ali Məhkəməsinin hakimləri T.Qoldman, Ə.Mirzəliyev və K.Quliyev 11 oktyabr 2018-ci il tarixli 2(102)-6005/2018 saylı qərarlarında olduğu kimi göstərməmişlər. Beləliklə, Ali Məhkəmənin hakimləri ən vacib məsələləri qanunlara əsasən müəyyən etmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının istinad etdiyi fikirləri çıxardıqları qərarda göstərməmişlər. Hansı ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 21.02.2018-ci il tarixli 2(103)-1049/2018 saylı qətnaməsinin 7-ci səhifəsinin 2-ci abzasını və 3-cü abzasının iş üçün ən əhəmiyyətli məsələlərdir. Lakin Ali Məhkəmənin qeyd edilən qərarında Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının yuxarıda qeyd etdiyim məsələləri qısaldılmış şəkildə göstərilib.

“Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin şərh olunması haqqında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 mart 1999-cu il tarixli qərarında qeyd edilir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin 1-ci hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və onun ailə üzvlərinin müvəqqəti, o cümlədən, altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir.

Yuxarıda qeyd etdiyim əsaslar Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının məlum qətnaməsinin 6-cı səhifəsinin axırıncı abzasında qeyd edilib və həmin qətnamənin 7-ci səhifəsinin 1-ci abzasında qurtarır.

Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının qətnaməsinin 7-ci səhifəsinin 2-ci abzası isə tamamilə Ali Məhkəmənin qərarında göstərilməmişdi. Beləliklə, ən vacib məsələ Ali Məhkəmənin hakimləri tərəfindən çıxardıqları qərarlarında qeyd edilməmişdi”.

Ali Məhkəmənin qərarının 5-ci səhifəsinin 6-cı abzasında qeyd edilir ki, “Respublika Məhkəmələri tərəfindən mənzil qanunvericiliyinin tətbiqi təcrübəsi haqqında”Azərbaycan Respublikası Ali Məhkəməsinin 1992-ci il 16 oktyabr tarixli 2 в„–-li qərarında göstərilir ki, məhkəmələr nəzərə almalıdır ki, Mənzil Məcəlləsinin 87-ci maddəsinin tətbiqi üçün şəxsin başqa yerə köçməsini və ya həmin yaşayış məntəqəsinin başqa yaşayış sahəsinə köçməsini sübut edən sənədləri tələb etməyə borcludur. Bu məsələ Ali Məhkəmənin qərarında bura qədər qeyd edilmişdir. Ali Məhkəmənin hakimləri Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının qətnaməsinin 7-ci səhifəsinin 2-ci abzasının axırıncı cümləsini qərarlarında qeyd etməmişlər. Həmin məsələdə iş üçün əhəmiyyət kəsb edir.

Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının qətnaməsinin 7-ci səhifəsinin 2-ci abzasının axırıncı cümləsində qeyd edilir ki, həmin qərardan (yəni Nizami rayon məhkəməsinin gizli çıxarılmış saxta qətnaməsində) görünür ki, bu sübutlara şəxsin yaşayış yerindən qeydiyyatdan çıxmasını, iş yerindən çıxıb yeni yaşayış sahəsində işə düzəlməsini, yeni iş yerində mənzillə təmin edilməsini və s. bu kimi halları təsdiq edən sənədlər ola bilər. Hazırkı işdə belə sənədlər (Nizami rayon məhkəməsi nəzərdə tutulur) mövcud deyildir. Qeyd edilən vacib məsələdə Ali Məhkəmənin Mülki Kollegiyasının hakimləri tərəfindən çıxardıqları qərarlarında göstərilməyib.

Məhkəmə iclasında yol verilən nöqsanlar

Ali Məhkəmənin Mülki Kollegiyasının hakimlərinin çıxardıqlaırı qərarda və məhkəmə iclasında yol verdikləri nöqsanlar kifayət qədərdir. Bu məsələyə təkrarən qayıtmalıyam.

Bakı şəhəri, Nizami rayon məhkəməsində hakim işləmiş, A.A.Abdullayeva qanunvericiliyin tələblərini bilərəkdən qəsdən aşağıda göstərdiyim əsaslara görə kobudcasına pozmuşdur. Məhkəmələr və hakimlər haqqında Azərbaycan Respublikasının qanun 111-ci maddəsinin 1-ci, 2-ci, 3-cü, 4-cü, 5-ci, 6-cı bəndləri, həmin qanun 95-ci (hakimlərin andı) maddəsi və 111.1-ci maddəsinin 1-ci, 2-ci, 3-cü və 6-cı bəndləri hakim tərəfindən bilərəkdən pozmuşdur.

Hakim A.A.Abdullayeva Azərbaycan Respublikasının Konstitusiyasının 43-cü maddəsinin 1-ci hissəsini, “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 mart 1999-cu il tarixli qərarının 2-ci bəndini, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 16 oktyabr 1992-ci il tarixli, 2 saylı qərarının 9-cu bəndini, insan hüquqları üzrə Avropa Məhkəməsi “İnsan hüquqlarının və azadlıqlaşrının müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsini bilə-bilə qəsdən kobudcasına pozmuşdur.

Hakim A.A.Abdullayeva bilə-bilə ədalətsiz qətnamə çıxardığı üçün Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 295.1-ci maddəsinə görə cinayət məsuliyyətinə cəlb olunmalıdır.

Hakim öz təşəbbüsü ilə Nizami rayon 26 saylı Poliklinikasına və Nizami RPİ-nin 24-cü Polis bölməsinə sorğu ilə müraciət etdiyi üçün Azərbaycan Respublikasının MPM-nin 86.1 maddəsini məhkəmədə olan saxta sənədlərin içərisində sübutların əldə edilməsi barədə heç kim hakimə müraciət etməyib. Belə olan halda hakim Azərbaycan Respublikası MPM-nin 85.1-ci maddəsini də pozmuşdur.

Qonşuların saxta aktı

Saxta iş materiallarında olan qonşuların saxta aktı 03.03.2006-cı ildə tərtib olunub. Lakin hakim gizli çıxardığı sübut olunmuş saxta qətnaməsində qonşuların saxta aktını 07.04.2006-cı il tarixində göstərib. Qonşuların saxta aktlarında qeyd edirlər ki, guya mən mənzilimdə 5 ildən çox mənzilimdə yaşamamışam. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 31.01.2018-ci il tarixində şahidlər sübut etdi ki, mən mənzilimdə üzrlü səbəbə görə 2 il 6 ay olmamışam. Bu faktı Azərbaycan Respublikasının Sərhəd Xidməti Sərhəd Nəzarəti də rəsmi sübut etdi. Həmin sənəd məhkəmədə olan işə əlavə edilib.

Qonşuların saxta aktını imzalayanların imzasını Nizami rayon 26 saylı MKİS-i təsdiq edib. Hakim Azərbaycan Respublikasının MPM-nin 89.1-ci maddəsinə əsasən saxta aktı qəbul etməməliydi. Eyni zamanda saxta akt notariat qaydasında təsdiq edilməmişdir. Yuxarıda qeyd edilən qanun hakim tərəfindən pozulmuşdur.

Məhkəmədə olan bütün sənədlərin saxta olmasına baxmayaraq, bir neçə şəxsin hərəkətlərində cinayətin əlamətlərini aşkara çıxdığı halda, hakim Azərbaycan Respublikasının MPM-nin 265.4 maddəsinə əsasən qərardad çıxarmalıydı və prokurora xəbər verməliydi. Qeyd edilən qanun istinad edilməsində hakim maraqlı olmamışdı. Qeyd edilən qanun hakim tərəfindən qəsdən kobudcasına pozulmuşdur.

Məhkəmələr və hakimlər haqqında Azərbaycan Respublikasının 96-cı maddəsinə əsasən hakimlik vəzifəsinə hakimlər ilk dəfə üç il müddətinə təyin olunurlar. Həmin müddət ərzində onlar ildə ən azı bir dəfə tədris kurslarına cəlb edilirlər. Bu müddətin sonunda hakimlərin fəaliyyəti qiymətləndirilir. Qiymətləndirmə nəticəsində hakimin fəaliyyətində peşəkar çatışmazlıq aşkar edilməzsə, məhkəmə-hüquq şurasının təklifi ilə onun səlahiyyətləri son yaş həddinədək uzadılır.

Hakimlik vəzifəsinə A.Abdullayeva Bakı şəhəri, Nizami rayon məhkəməsində 2000-ci ildən başlamışdı. Yuxarıda qeyd edilən qanuna əsasən hakim A.Abdullayevanın üç illik fəaliyyəti qiymətləndirilərkən peşəkar çatışmazlıq aşkar edilməmişdi. O, 2000-2007-ci ilə qədər Nizami rayon məhkəməsində hakim işləmişdi. 2007-2008-ci ilə qədər Bakı şəhər Nəsimi rayon məhkəməsində hakim işləmişdi.

A.Abdullayevanın 8 illik fəaliyyəti qiymətləndirilərkən peşəkar çatışmazlığını aşkar etməyənlər indi qanun qarşısında cavab verməlidirlər. Necə olur ki, hüquqşünas olmayan hər hansı şəxs bilir ki, 19.04.2006-cı il 2-501/2006 saylı (hakim A.Abdullayeva) qətnamə saxtadır. Onun fəaliyyəti qiymətləndirilərkən təcrübəli hüquqşünaslar saxta qətnaməni müəyyən edə bilmirlər? Belə olan halda hakim A.Abdullayevə Məhkəmə-Hüquq Şurasının təklifinə və Azərbaycan Respublikasının Prezidentinin təqdimatına əsasən Milli Məclis tərəfindən 2008-ci ildə Bakı Apellyasiya Məhkəməsinə hakim təsdiq edilmişdi.

Hakim A.Abdullayeva Məhkəmə-Hüquq Şurasının, Prezidentin və Milli Məclisin etimadını doğrultmadı. 2017-ci ildən Bakı Apellyasiya Məhkəməsinin hakimlik vəzifəsindən, Məhkəmə-Hüquq Şurası Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına təklif vermişdi. Qeyd edilən əsaslara görə A.A.Abdullayeva 2017-ci ildən Bakı şəhəri 1 saylı inzibati və iqtisad məhkəməsinə hakim təyin edildi.

Məhkəmələr və hakimlər haqqında qanun 23-cü maddəsinə əsasən rayon məhkəmələrinin sədrinin səlahiyyətləri müəyyən edilmişdir. 2006-cı ildə Bakı şəhəri, Nizami rayon məhkəməsinin sədri Tamella Nəsirullayeva olmuşdur.

T.Nəsirullayeva Nizami rayonunda məhkəmə sədri olarkən vəzifə səlahiyyətlərini yerinə yetirə bilməmişdir. O, yuxarıda qeyd edilən qanun 1-ci, 2, 3, 4, 5-ci bəndlərinə əsasən vəzifə borcunu yerinə yetirməmişdi.

T.Nəsirullayeva qanun qarşısında cavab verməlidir”.

Şikayətçi xahiş edir ki...

Şikayətçi yuxarıda qeyd olunanlara və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə əsasən, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası Məhkəmələr və hakimlər haqqında Azərbaycan Respublikasının qanuna uyğun qətnamə qəbul edəcəyinə inanır. O, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasından aşağıdakıları xahiş edir:

Bakı şəhəri, Nizami rayon məhkəməsinin 19.04.2006-cı il tarixli, 2-501/2006 saylı qətnaməsi saxta (sədrlik edən hakim: A.A.Abdullayeva) olması və gizli çıxarıldığı sübut olunduğu üçün Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası Azərbaycan Respublikasının MPM-nin 394.1 və 394.2 maddələrinin tələblərinə əsasən xüsusi qərardad çıxarsın.

Bakı şəhəri Nizami rayon məhkəməsinin 19.04.2006-cı il tarixli 2-501/2006 saylı qətnaməsi saxta olduğu və hakim A.A.Abdullayeva tərəfindən gizli çıxarıldığı üçün və iddiaçı hesab olunanlar Mehdiyeva Elmira Süleyman qızının, Bayramov Ziyədəli Yasin oğlunun və Bayramov Ruzigar Yasin oğlunun adlarından mənə qarşı Bakı şəhəri, Qara Qarayev küçəsi, 108 saylı evin, 112 saylı mənzilimdən yaşayış sahəsindən istifadə hüququmunun itirilməsinə dair saxta iddialarının rədd edilməsi barədə qanuna əsasən qətnamə qəbul edilsin”.
Hurriyyet.org










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Azərbaycanda daha bir qrup dərman vasitəsinin qiyməti tənzimlənib - SİYAHI
Bu gün, 15:05
20 yaşlı qızın faciəli ölümü - TƏFƏRRÜAT
Bu gün, 15:03
Təyyarəmizi Qazaxıstan vurubmuş: Samir Vəliyev özünü rüsvay etdi - DƏLİXANADIR, VALLAH...
Bu gün, 14:51
Şəhid qardaşına vəzifə verildi - FOTO
Bu gün, 14:42
Aİ Rusiyaya qarşı sektoral sanksiyaların uzadılmasına razılıq verib
Bu gün, 14:37
Rusiya Ermənistanın daxili işlərinə MÜDAXİLƏ EDİR - rəsmi İrəvandan REAKSİYA
Bu gün, 14:34
Sabiq nazir Fikrət Məmmədov “Şərəf” ordeni ilə təltif edilib - SƏRƏNCAM
Bu gün, 14:33
Paşinyan Apostol Kilsəsinin bu keşişlərini "qardaşlarım" adlandırdı...
Bu gün, 13:07
Zəngilanda 5-ci yaşayış məhəlləsinin layihələndirməsinə 1.3 milyon xərclənəcək
Bu gün, 13:05
Ermənistan sülh sazişinin yeri və tarixi ilə bağlı Azərbaycanla müzakirələrə hazırdır - Mirzoyan
Bu gün, 13:01
AIİ Ermənistana 270 milyon avro vəsait ayırıb
Bu gün, 12:58
Paşinyan onu “Dəccal” adlandıran kilsəyə müharibə elan edib - “Nezavisimaya qazeta”
Bu gün, 12:56
“Sputnik-Azərbaycan”da əməliyyat keçirilir - SƏN DEMƏ...
Bu gün, 12:53
Ermənistan və Azərbaycan arasında daha yaxşı münasibətlər regionda davamlı sülhə yol aça bilər - Kallas
Bu gün, 12:50
Ermənistan və Aİ müdafiə sahəsində əməkdaşlığın müzakirəsinə başlayıb - Mirzoyan
Bu gün, 12:48
Rüfət Səfərovun məhkəməsi keçirildi
Bu gün, 12:42
Rüşvət almaqda təqsirləndirilən Xəzər rayon komissarı və işçilərinin məhkəməsi başlayıb
Bu gün, 12:37
“İsrail dronları Azərbaycandan qalxıb?” sualına İran XİN-dən CAVAB - AKTUAL
Bu gün, 12:31
Paşinyan keşişlərə: - Kilsəni murdarlamayın
Bu gün, 12:23
Rusiyada 19 il əvvəl qətl törədən azərbaycanlı həbs olundu - TƏFƏRRÜAT
Bu gün, 12:20
Etirazdan sonra keçirilən qalmaqallı imtahanda ciddi narazılıq: Suallar satılıb? - FOTOLAR
Bu gün, 12:12
Ermənistan-Azərbaycan sülh sazişini dəstəkləyirik - İran XİN
Bu gün, 12:03
Zatulin Rusiyanın məkrli planını açıqladı - Moskva Bakıdan bunu tələb edir
Bu gün, 11:55
"Baksol yolu"nda 28 yaşlı oğlanın kanalizasiya kollektoruna düşərək ölməsi ilə bağlı cinayət işi başlanıb - DETALLAR
Bu gün, 11:53
Yekaterinburq QƏTLİAMINA... dırnaqarası baxsaq... - AKTUAL
Bu gün, 11:50
İran Ermənistana kömək edə bilər, Azərbaycan İsrailə yox? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 11:47
İş adamının oğlunun ölüm səbəbi məlum oldu
Bu gün, 11:43
"Niyə yaslarda bunları stola qoyurlar?" - VİDEO
Bu gün, 11:38
Azərbaycan XİN-də yeni idarə yaradılıb - BUNDAN SONRA...
Bu gün, 11:36
KTMT XİN başçıları Ermənistanda baş verənlərlə bağlı ciddi narahatlıq ifadə ediblər - Lavrov
Bu gün, 11:33
Kinostudiyanın ərazisində baş verən partlayışla bağlı cinayət işi başlanıb - TƏFƏRRÜAT
Bu gün, 11:31
Sədərək gömrüyünün ƏRƏBZƏNGİLƏRİ - NARAZILIQ VAR...
Bu gün, 11:22
"Məsələ yoluna qoyulacaq" - Rusiyadan Azərbacyanla bağlı açıqlama
Bu gün, 11:19
“Ruslar bizə bazar, vağzal adamları kimi baxırlar və böyük səhv edirlər, Rusiya üçün yaxşı olmayacaq” - deputat
Bu gün, 11:17
Kaya Kallas Mirzoyanla görüşüb
Bu gün, 11:13
Balaş, ora sənin şəxsi kanalın deyil, həyatımdan iki il aldınız, cavab verəcəksiniz! - Kənan MM
Bu gün, 11:11
Gözü kor olan qadın Cahid Şahbazovla birlikdə bu şəxsləri ittham etdi - VİDEO
Bu gün, 11:10
SOCAR-da yeni KÜTLƏVİ İXTİSAR DALĞASI... - Həm də aşağı vəzifəlilər üçün...
Bu gün, 11:03
Pezeşkian qonşularla münasibətlərdən danışdı: - yeni bir fəsil başlayır!
Bu gün, 10:55
Cəbrayıl sakinləri BOĞAZA YIĞILIB... - gileylənmək də mənasızdır...
Bu gün, 10:51
Bizə deyirlər ki, Əliyevin dediyi kimi edin, hər şey yaxşı olacaq - İskəndəryan
Bu gün, 10:43
Şəkidə ŞÜBHƏLİ ALIŞ-VERİŞ... - Görünəni odur ki...
Bu gün, 10:37
Möminə xatun türbəsinin bərpasına neçə milyon manat xərclənəcək?
Bu gün, 10:35
“Vəkil” Səbiyyə Panəliyeva daha kimləri aldadıb? - Hüquq-mühafizə orqanları araşdırma aparır
Bu gün, 10:33
Bakıda kişi kirayə qaldıqları evdə dostunu BIÇAQLADI
Bu gün, 10:24
Aqrar Xidmətlər Agentliyi altı yüz min manata siçanlara qarşı mübarizə aparır, yoxsa… - İcazə verin şübhələnək...
Bu gün, 10:10
Balakənin “mer”i dövlətin pulun “hərşeyşünas” şirkətə etibar edir - İLGİNC FAKTLAR
Bu gün, 10:07
Keçmiş deputat Hüseyn Abdullayevin şikayəti təmin olunmayıb - QƏRAR
Bu gün, 10:01
Yekaterinburqda amansızlıqla öldürülən azərbaycanlıların nəşi bu gün axşam gətiriləcək - AÇIQLAMA
Bu gün, 10:00
Rusiyada azərbaycanlılara qarşı yeni «soyğun» planı - Putin müharibənin xərcini miqrantlara yükləyir
Bu gün, 09:54
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru