Azərbaycanda mühüm vəzifə ləğv edilir? .....                     İranın XİN rəhbəri ilə heç vaxt danışmamışam .....                     "Zalım uşaqları sistemin təməlini düzgün qurublar..." .....                     "Azərbaycanda elə bir güc var ki, biz onlarla ittifaq qurmalıyıq." .....                     Dünyanın boğazında ilişib qalan HÖRMÜZ ARMUDU... .....                     İRİA-da nə baş verir? .....                     Günün fotosu SOCAR-dan... .....                     Şişirdilmiş... süni şəkildə böyüdülmüş... idarəolunmaz bir struktur... .....                     İranda iki aydır ki, internet yoxdur .....                     Başsız Binəqədi: “VİP Construction” rəsmən qoçuluq edir... .....                     Gəncədə başçının bu küçədən xəbəri varmı... .....                     Qapısı tez-tez döyülən Azərbaycan... .....                     Avropa liderləri niyə Azərbaycana üz tutur? .....                     “Yaddaşımı, danışıq tərzimi itirmişəm, bəla da bundadır” .....                     Ağdamda məktəb direktoru AT OYNADIR .....                     Vətəndaş saxtakarlarla ÜZ-ÜZƏ .....                     Çexiya Baş nazirinin Bakı səfəri sıradan diplomatik hadisə deyil .....                     "Effekt- İnşaat"ın binası təhlükə saçır .....                     "Bu cür yanaşma şagirdlərdə stres, imtahana qarşı qorxu yaradır" .....                     Rusiya Azərbaycanın müstəqil ölkə olduğunu dərk etməlidir .....                     Azərbaycanda pensiyaçılar niyə azalır? .....                     Ceyhun Cəlilov mətbuata da ƏNGƏL OLUR .....                     “Trampın özü təşkil etsəydi, sui-qəsdçi dərhal öldürülərdi .....                     AMEA-nın İnstitutundan vergi borcu olan "Tələt" Firması ilə razılaşma .....                     ABŞ İranın Ali Rəhbərinin sağ olduğuna inanır .....                     Əli Əsədov benzinin qiyməti ilə bağlı .....                     Karapetyanın partiyasının üzvləri saxlanıldı .....                     Çexiya Azərbaycana yeni hərbi təlim təyyarəsini təklif edib .....                     Naxçıvanda taksi narazılığı: Bu avtomobillərə qadağa qoyuldu .....                     İran bəyanat verdi: .....                     Rusiya Avropa strukturlarının nümayəndələrinə qarşı sanksiyalar tətbiq edib .....                     “İpək Yolu Sığorta” kiçilib, gəlirləri azalıb .....                     Sankt-Peterburqda Putin və Əraqçi arasında görüş keçirilir .....                     Çimərlikdəki qətlin məhkəməsi .....                     70 kq qızılla tutulan polkovnikə .....                     Paşinyanın sərhədlə bağlı açıqlamasına Bakıdan REAKSİYA: .....                     Deputatın qızlara pulsuz təhsil təklifinə REAKSİYA: .....                     "Pünhan kişidir, rəftar fərqli olmalıdır" .....                     Məzahir Pənahov yenidən MSK sədri seçilib .....                     Xocalı sakinləri işsizlik və həyətyanı sahə problemi ilə üzləşirlər... .....                 

Şirkət “yenidənqurma işləri” adı altında işçilərə kompensasiya ödəməkdən imtina edib - GİLEY
Tarix: 21-11-2018, 12:05 | Çap et
Şirkət “yenidənqurma işləri” adı altında işçilərə kompensasiya ödəməkdən imtina edib
Artiq 2 həftədir ki, “Baku Steel Company” şirkətinin 250-yə yaxın işçisini oz hesabına məzuniyyətə göndərdiyi bildirilir. Amma məzuniyyətə göndərilən işçilər bilmək istəyir ki, şirkətdə nə baş verir? Və ödənişsiz öz hesabına məzuniyyətə gondərilmək qanunidirmi?

Hətta məlumata görə, “Baku Steel Company” şirkətinin tərkibində olan “Azərboru” zavodunun işçilərinin də 1aydan sonra oz hesablarına məzuniyyətə buraxılacağı bildirilir.

O da qeyd olunur ki, “Baku Steel Company” şirkətinə daxil olan “Azerboru” zavodunun 450 nəfər işçisi var.

Məsələ ilə bağlı “Baku Steel Company” şirkətinin mətbuat xidmətinin rəhbəri Sevinc Əliyeva “Hürriyyət”ə dedi ki, zavodda yenidənqurma işləri gedir: “İşçilərin məzuniyyətə göndərilməsi bununla bağlıdır”.

“Yenidənqurma işləri görülürsə, o zaman işçiləri ödənişli məzuniyyətə göndərilməli deyilmi” deyə sual etdikdə S.Əliyeva dedi ki: “ Biz bu haqda rəsmi açıqlama vermişik”.

S.Əliyevanın qeyd etdiyi rəsmi məlumatda isə bildirilir ki, zavodun bağlanmasından söhbət gedə bilməz: “Əksinə şirkət “Azərboru” zavodunun yenidən qurulması üzrə çoxmilyonluq investisiya layihəsini həyata keçirir”.

“2017-ci ilin dekabr ayında Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə “Baku Steel Company”yə aid olan “Azərboru” zavodunun açılışı keçirilib. Açılış mərasimində Prezidentə zavodun ilkin yenidən qurulması üzrə ümumi məbləği 36 milyon dollar olan görülmüş işlərin həcmi təqdim edilib. Elə həmin vaxt dövlət başçısı tərəfindən istehsal həcminin 180 min ton nominal gücə qədər artırılması və boruların keyfiyyətinin APİ standartlarına çatdırılması barədə göstərişlər verilib. Bununla əlaqədar 2019-cu ilin yanvar ayından “Baku Steel Company” 25 milyon dollar dəyərində yenidənqurmanın ikinci mərhələsinin həyata keçirilməsi üzrə investisiya proqramına start verəcək. Hazırkı mərhələdə Almaniya, İtaliya, Cənubi Koreya, Türkiyə kimi ölkələrdə hazırlanmış istehsal xətlərinin quraşdırılması nəzərdə tutulur ki, bu da 10 aydan sonra boru istehsalı üzrə illik gücü 180 tona çatdırmağa imkan yaradacaq”, - şirkətdən bildirilib.

O da qeyd olunub ki, yuxarıda sadalanan işlərə görə “Azərboru” zavodunun kollektivinin müəyyən hissəsi əməkhaqqının 67%-nin saxlanması şərtilə müvəqqəti məzuniyyətə göndərilib, digər hissəsi isə yenidənqurma üzrə işlərin görülməsinə cəlb olunacaq.

“Baku Steel Company” 25 milyon dollar dəyərində yenidənqurmanın ikinci mərhələsinin həyata keçirilməsi üzrə investisiya proqramına start versə belə, işçiləri öz hesabına məzuniyyətə gondərmək heç bir halda doğru deyil. Hər biri ailə başçısı olan adamlar işsiz qaldığı müddətdə ailənin xərclərini hansı pulla təmin etməlidir? Ölkədə insanların sosial durumu hər kəsə bəllidir. Kifayət qədər insan dərman, ərzaq almağa pul tapmır, “Baku Steel Company” isə insanları ödənişsiz məzuniyyətə göndərir. Hələ məzuniyyət adı ilə işdən çıxarılma söhbəti də ola bilər. Ola bilər ki, ödənişsiz məzuniyyətə göndərmək də bir bəhanədir, həmin insanları elə işdən çıxarıblar. Maraqlıdır ki, “Baku Steel Company” 25 milyon dollar dəyərində yenidənqurma işlərinin aparılması barədə açıqlama verdiyi halda, işçilər niyə narahat olub, şirkətdə nə baş verdiyini öyrənmək istəyirlər? Görünür, işçilər işsiz qalacaqlarından ehtiyat edirlər. Ona görə də bu məsələnin yenidən gündəmə gətirilməsini xahiş ediblər.

Əslində, Əmək Məcəlləsinin 111-ci maddəsinin (Məzuniyyətdən istifadə zamanı işçilərin hüquqi təminatları) 2-ci bəndinə görə Əmək müqaviləsində, habelə kollektiv müqavilələrdə məzuniyyətdə olan işçilər üçün əlavə təminatların verilməsi nəzərdə tutula bilər.

Doğrudur, Əmək Məcəlləsində ödənişsiz məzuniyyət növü var və bundan istifadə hüququ nəzərdə tutulub. Ancaq bu işçilərin öz xahişləri əsasında müəyyən hallar üçün nəzərdə tutulub. Ancaq “Baku Steel Company”nin işçiləri öz xahişləri ilə məzuniyyətə çıxmayıblar, göndəriliblər. Ona görə də onların sosial təminatı nəzərə alınmalıdır və onlara məzuniyyətdə olduqları üçün vəsait ödənilməlidir.

Əslində, “Baku Steel Company”nin oz hesabına məzuniyyətə göndərdiyi 250-yə yaxın işçisini sosial durumunu diqqətdə saxlamaq həmkarlar ittifaqlarının borcudur. Çünki işçilərin əmək, sosial, iqtisadi hüquqlarını, qanuni mənafelərini müdafiə etmək üçün müvafiq həmkarlar ittifaqları var. Buna görə işçilər onlara əmək haqqının bir faizi miqdarında birdəfəlik üzvlük haqqı verirlər və həmin həmkarlar ittifaqları da bu problemin həllinə yardımçı olmalıdırlar. O zaman sual olunur ki, müvafiq həmkarlar ittifaqları 250-yə yaxın işçisinin durumu ilə niyə maraqlanmır?
Hurriyyet.org










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Azərbaycanda mühüm vəzifə ləğv edilir? – Yeni idarəetmə modeli gündəmdə
Bu gün, 07:23
İranın XİN rəhbəri ilə heç vaxt danışmamışam - ABŞ dövlət katibi
Bu gün, 07:21
"Zalım uşaqları sistemin təməlini düzgün qurublar..." - partiya sədri
Bu gün, 07:10
"Azərbaycanda elə bir güc var ki, biz onlarla ittifaq qurmalıyıq." – XV əsr İtalyan tarixçisi Paolo Giovio
Bu gün, 07:03
Dünyanın boğazında ilişib qalan HÖRMÜZ ARMUDU... - AKTUAL
Bu gün, 06:58
İRİA-da nə baş verir? - Kamran Ağayev vəzifəsindən istefa veribmi?
Bu gün, 06:51
Günün fotosu SOCAR-dan...
Bu gün, 06:35
Şişirdilmiş... süni şəkildə böyüdülmüş... idarəolunmaz bir struktur... - DƏLİXANADIR, VALLAH...
Bu gün, 06:20
İranda iki aydır ki, internet yoxdur – “NetBlocks”
Bu gün, 06:03
Başsız Binəqədi: “VİP Construction” rəsmən qoçuluq edir... - AXI NİYƏ?..
Bu gün, 06:00
Gəncədə başçının bu küçədən xəbəri varmı... - Sakinlər narahatdır
Bu gün, 05:45
Qapısı tez-tez döyülən Azərbaycan... - GƏLİŞMƏ
Bu gün, 05:40
Avropa liderləri niyə Azərbaycana üz tutur? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 05:38
“Yaddaşımı, danışıq tərzimi itirmişəm, bəla da bundadır” - 86 yaşlı rejissor
Bu gün, 05:35
Ağdamda məktəb direktoru AT OYNADIR - İTTİHAM VAR...
Bu gün, 05:32
Vətəndaş saxtakarlarla ÜZ-ÜZƏ - GİLEY
Bu gün, 05:27
Çexiya Baş nazirinin Bakı səfəri sıradan diplomatik hadisə deyil - İNCƏLƏMƏ
Bu gün, 05:19
"Effekt- İnşaat"ın binası təhlükə saçır - VİDEOFAKT
Bu gün, 05:17
"Bu cür yanaşma şagirdlərdə stres, imtahana qarşı qorxu yaradır" - Deputatdan DİM-in yeniliyinə REAKSİYA
Bu gün, 05:10
Rusiya Azərbaycanın müstəqil ölkə olduğunu dərk etməlidir - YOXSA...
Bu gün, 05:07
Azərbaycanda pensiyaçılar niyə azalır? - AKTUAL
Bu gün, 05:05
Ceyhun Cəlilov mətbuata da ƏNGƏL OLUR - NARAZILIQ VAR...
Bu gün, 05:03
“Trampın özü təşkil etsəydi, sui-qəsdçi dərhal öldürülərdi - Mehman Əliyev ŞƏRH EDİR
Bu gün, 04:57
AMEA-nın İnstitutundan vergi borcu olan "Tələt" Firması ilə razılaşma - TƏFƏRRÜAT
Bu gün, 04:54
ABŞ İranın Ali Rəhbərinin sağ olduğuna inanır - Rubio
Bu gün, 04:47
Əli Əsədov benzinin qiyməti ilə bağlı QƏRAR VERDİ
Dünən, 18:15
Karapetyanın partiyasının üzvləri saxlanıldı
Dünən, 17:27
Çexiya Azərbaycana yeni hərbi təlim təyyarəsini təklif edib
Dünən, 17:26
Naxçıvanda taksi narazılığı: Bu avtomobillərə qadağa qoyuldu – AYNA-dan CAVAB
Dünən, 17:20
İran bəyanat verdi: - Müharibə mürəkkəb mərhələyə keçir
Dünən, 17:18
Rusiya Avropa strukturlarının nümayəndələrinə qarşı sanksiyalar tətbiq edib
Dünən, 17:15
“İpək Yolu Sığorta” kiçilib, gəlirləri azalıb
Dünən, 17:13
Sankt-Peterburqda Putin və Əraqçi arasında görüş keçirilir
Dünən, 17:10
Çimərlikdəki qətlin məhkəməsi – ŞOK İFADƏLƏR
Dünən, 16:51
70 kq qızılla tutulan polkovnikə - Hökm oxundu
Dünən, 16:44
Paşinyanın sərhədlə bağlı açıqlamasına Bakıdan REAKSİYA: - “Mübahisəli ərazilər var...”
Dünən, 16:37
Deputatın qızlara pulsuz təhsil təklifinə REAKSİYA: - “Hansısa tələbənin təhsil haqqını özü ödəsin”
Dünən, 16:33
"Pünhan kişidir, rəftar fərqli olmalıdır"
Dünən, 16:30
Məzahir Pənahov yenidən MSK sədri seçilib
Dünən, 16:29
Xocalı sakinləri işsizlik və həyətyanı sahə problemi ilə üzləşirlər... - NARAZILIQ VAR...
Dünən, 16:03
ABŞ-nin İranla bağlı strategiyası naməlumdur - Almaniya Kansleri
Dünən, 15:53
MSK-nın heç bir funksiyası yoxdur - Siyasilərdən REAKSİYA
Dünən, 15:51
“Bank Avrasiya”nın maliyyə vəziyyəti ürəkaçan deyil – Ümidsiz kreditlərin payı kəskin artıb
Dünən, 15:48
“Rossotrudniçestvo”nun rəhbəri Yevgeni Primakov istefaya göndərilib
Dünən, 15:45
Turan Topalova tutduğu vəzifədən ayrıldı - ƏMR
Dünən, 15:44
Ermənistanda Rusiya lehinə olan kanallar silindi
Dünən, 15:42
Cəlilov da BELƏ YEYİR: Hər kilometrə 200 MİN MANAT... - AY MAŞALLAH...
Dünən, 15:34
Bank of Baku 27 qəpik borcu 2 manata necə çevirib? - Mərkəzi Bank vətəndaş şikayətinə belə CAVAB VERDİ
Dünən, 15:22
SAVAŞDAN ÇIXANA “XOX GƏLİRLƏR”: “Telefonumuza cavab verməsəniz, qohumlarınıza zəng edəcəyik” - ÖZBAŞINA QALIBLAR...
Dünən, 15:15
Avropa İttifaqının Gürcüstandakı səfiri XİN-ə çağırılıb - KİV
Dünən, 15:03
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru