Təhsilimizin Eşqi Bağırov adlı problemi... .....                     Ferma müdiri yoxsa Xəstəxana direktoru .....                     Azərbaycanda mühüm vəzifə ləğv edilir? .....                     İranın XİN rəhbəri ilə heç vaxt danışmamışam .....                     "Zalım uşaqları sistemin təməlini düzgün qurublar..." .....                     "Azərbaycanda elə bir güc var ki, biz onlarla ittifaq qurmalıyıq." .....                     Dünyanın boğazında ilişib qalan HÖRMÜZ ARMUDU... .....                     İRİA-da nə baş verir? .....                     Günün fotosu SOCAR-dan... .....                     Şişirdilmiş... süni şəkildə böyüdülmüş... idarəolunmaz bir struktur... .....                     İranda iki aydır ki, internet yoxdur .....                     Başsız Binəqədi: “VİP Construction” rəsmən qoçuluq edir... .....                     Gəncədə başçının bu küçədən xəbəri varmı... .....                     Qapısı tez-tez döyülən Azərbaycan... .....                     Avropa liderləri niyə Azərbaycana üz tutur? .....                     “Yaddaşımı, danışıq tərzimi itirmişəm, bəla da bundadır” .....                     Ağdamda məktəb direktoru AT OYNADIR .....                     Vətəndaş saxtakarlarla ÜZ-ÜZƏ .....                     Çexiya Baş nazirinin Bakı səfəri sıradan diplomatik hadisə deyil .....                     "Effekt- İnşaat"ın binası təhlükə saçır .....                     "Bu cür yanaşma şagirdlərdə stres, imtahana qarşı qorxu yaradır" .....                     Rusiya Azərbaycanın müstəqil ölkə olduğunu dərk etməlidir .....                     Azərbaycanda pensiyaçılar niyə azalır? .....                     Ceyhun Cəlilov mətbuata da ƏNGƏL OLUR .....                     “Trampın özü təşkil etsəydi, sui-qəsdçi dərhal öldürülərdi .....                     AMEA-nın İnstitutundan vergi borcu olan "Tələt" Firması ilə razılaşma .....                     ABŞ İranın Ali Rəhbərinin sağ olduğuna inanır .....                     Əli Əsədov benzinin qiyməti ilə bağlı .....                     Karapetyanın partiyasının üzvləri saxlanıldı .....                     Çexiya Azərbaycana yeni hərbi təlim təyyarəsini təklif edib .....                     Naxçıvanda taksi narazılığı: Bu avtomobillərə qadağa qoyuldu .....                     İran bəyanat verdi: .....                     Rusiya Avropa strukturlarının nümayəndələrinə qarşı sanksiyalar tətbiq edib .....                     “İpək Yolu Sığorta” kiçilib, gəlirləri azalıb .....                     Sankt-Peterburqda Putin və Əraqçi arasında görüş keçirilir .....                     Çimərlikdəki qətlin məhkəməsi .....                     70 kq qızılla tutulan polkovnikə .....                     Paşinyanın sərhədlə bağlı açıqlamasına Bakıdan REAKSİYA: .....                     Deputatın qızlara pulsuz təhsil təklifinə REAKSİYA: .....                     "Pünhan kişidir, rəftar fərqli olmalıdır" .....                 

YÜZƏ YAXIN MÜƏLLİMİ HƏDƏ-QORXU İLƏ İŞDƏN ÇIXARIB - Xanım rektordan şikayət
Tarix: 21-07-2017, 12:53 | Çap et
YÜZƏ YAXIN MÜƏLLİMİ HƏDƏ-QORXU İLƏ İŞDƏN ÇIXARIB
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru Fərəh Əliyevadan şikayət var.
diaaz.space xəbər verir ki, universitetin “Səhnə danışığı” kafedrasının laborantı Tamilla Əliyeva oxu.az-a göndərdiyi videomüraciətdə rektorun universitetdəki özbaşınalıqlarından bəhs edir.
Laborant xanım deyir ki, F.Əliyeva dövlət müəissəsində özünü özəl şirkətin sahibi kimi aparır və işçilərlə hörmət etmir: “Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində teatrşünaslıq ixtisası üzrə təhsil almışam. 2011-ci ildən təhsil aldığım universitetdə çalışıram. Fərəh Əliyeva bizim universitetə rektor təyin edildiyi 3 il ərzində, özünün dili ilə desək, köhnə kollektivə əziyyət verir. Sənətkarlara, aktyor və rejissorlara hörmətsiz yanaşır, onları incidir. İşçilərə təhdid və hədə-qorxu gəlməklə işdən uzaqlaşdırır.
Fərəh Əliyeva universitetə gəldiyi gündən bu günədək yüzədək işçimiz öz ərizəsilə işdən gediblər. İstəyirəm ki, onun prorektor Validə Məmmədova ilə birləşib universitetin kollektivinin başına açdığı oyunları hamı bilsin. Fərəh Əliyeva sənət dərslərinin saatlarını kəskin azaldır və bu yolla insanları işdən azad edir. Xalq artistləri Azər Zeynalov, əməkdar müəllimlər Ənvər Quliyev, Əzizağa Quliyev, əməkdar aktrisa, elmlər doktoru, dosent Fərxunə Atakişiyeva və bu kimi onlarla müəllimi incidərək öz ərizəsi ilə işdən getməyə məcbur edib.
T.Əliyeva özünün də rektor tərəfindən hədələndiyini deyir: “İndi isə məni işimlə hədələyir. Magistraturada təhsil alan tələbəyə dissertasiya işini kompüterdə yığmağa kömək etdiyimə və həmin tələbəyə materiallar verdiyimə görə qəzəbinə tuş gəlmişəm. “Səninlə işləmək istəmirəm, elə edəcəm ki, özün bu universitetdən gedəcəksən” deyərək mənə hədə-qorxu gəldi. Mən onun hədə-qorxu gəldiyi ilk və sonuncu insan deyiləm. Bu universitetə 12 ilimi vermişəm. İşlədiyim müddətdə heç bir qüsura yol verməmişəm. İki dəfə Fərəh Əliyevanın qəbuluna girərək göz yaşı axıtmışam, iki atasız uşaq böyütdüyümü, övladımın xəstəliyini, hər gün Sumqayıtdan Bakıya bu iş üçün gəlib-getdiyimi söylədim. Göz yaşlarıma məhəl qoymadı. Mənim kimi yüzə qədər işçinin göz yaşlarına məhəl qoymayıb. Şəxsən Gülfanə Kərimovanı, Fəridə Babayevanı, Xalidə Həsənovanı, Vəfa Bayramova, Gülsabah Quliyeva, Əzizağa Quliyev, Maarifə Əsədullayeva, Pərvanə Ağayeva, Yeganə İsazadə, Azər Zeynalov, Tamilla Rəhimova, Vəfa Əliyev, Gülfarə Kərimova, Çinarə Məlikova, Zülfiyyə İsmayılova, Fərhunə Atakişiyeva, Raifa Səfərova, Mətanət Dadaşova, Fəxriyyə xanım, Səfalı, Türkan, Maral Manafova, Sədaqət xanım və bu kimi onlarla insanın çörəyinə bais oldu. Bizi incidir. Mən bilirəm ki, bütün çıxarılan insanlar mənim arxamda durublar. Onlar mənə mənən dəstəkdirlər.
Fərəh Əliyeva bu ixtisas üzrə təhsil alanları işdən çıxarır, əvəzində isə Slavyan Universitetində təhsil alanları universitetə gətirir. Sənət dərslərinin saatını minimuma endirir, sonra da imtahanda müəllimə irad tutur ki, tələbəyə yaxşı dərs keçməmisən. Dərs saatını azaldıb, müəllimlərə deyir ki, materialı tələbəyə verin, gedib evdə öyrənsin. Bu, ondan irəli gəlir ki, Fərəh xanım bu ixtisası bilmir və bilmədiyi üçün də bizə əziyyət verir”.
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin mətbuat katibi Nərmin Qaralova sözügedən sayta açıqlamasında Tamilla Əliyevanın səsləndirdiyi ittihamları əsassız adlandırdı: “O, universitetin “Səhnə danışığı” kafedrasının laborantıdır və hazırda bir çox əməkdaşlar kimi, o da məzuniyyətdədir. Ona rəhbərlik tərəfindən vəzifə səlahiyyətlərindən kənar işlərlə deyil, bilavasitə kafedra laborantı kimi vəzifə təlimatlarına uyğun işlərlə məşğul olması, onları keyfiyyətli və vaxtında yerinə yetirməsinə diqqət etməsi barədə ciddi xəbərdarlıq edilib. İşdən çıxarılacağı ilə hədələnməyib. Əməkdaşımıza məzuniyyətindən səmərəli istifadə edib, işinin müsbət yöndə inkişafı üçün üzərində çalışmağı tövsiyə edərdik”.
N.Qaralova son 3 ildə işdən çıxan müəllimlərin universitet rəhbərliyinin tətbiq etdiyi yeni sistemlə ayaqlaşa bilmədikləri üçün getdiklərini bildirdi: “Fərəh xanım heç kimə təzyiq göstərməyib, sadəcə, hər bir müəllimdən keyfiyyətli iş tələb edib və edir. Xanımın adlarını sadaladığı şəxslər universitetdən öz ərizələrilə gediblər. Xalq artisti Azər Zeynalov Milli Konservatoriyaya kafedra müdiri gedib. Fikrət Sultanov təqaüdə çıxıb, lakin buna baxmayaraq, universitetin Bədii Şurasının sədridir. Keçən həftə elmi şurada hesabatla çıxış edib. Digər işdən gedənlər yeni sistemə uyğunlaşa bilməyənlərdir, bacarmadılar, işləmək istəmədilər, getdilər.
Müasir zamanda təhsil sisteminin qarşısına qoyduğu tələblər – şəffaf, sağlam təhsil mühitinin yaradılması, müasir standartlara uyğun dünya səviyyəsinə çıxa biləcək kadrların hazırlanması Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində də yerinə yetirilir. Bu səbəblə rəhbərlik Universitetin əməkdaşları qarşısında iş fəaliyyətlərində dönüş yaratmaq, tədris-pedaqoji fəaliyyətdə yeni metodologiyalara üstünlük vermək və innovativ metodlarla işləməyi bacarmağı əsas şərt kimi qoymuşdur. Lakin bəzi əməkdaşlar vəzifələrindən irəli gələn işlərlə məşğul olmaq əvəzinə, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti haqqında ictimaiyyətdə mənfi rəy formalaşdırmağa çalışması, həqiqəti əks etdirməyən fikirlər səsləndirməsi, bununla da görülmüş işlərə kölgə salmağı gözlənilməzdir və təəccüb doğurur.”


VİDEOYA BURADAN BAXA BİLƏRSİNİZ









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Təhsilimizin Eşqi Bağırov adlı problemi... - Görünəni odur ki...
Bu gün, 07:37
Ferma müdiri yoxsa Xəstəxana direktoru - İLGİNC FAKTLAR
Bu gün, 07:34
Azərbaycanda mühüm vəzifə ləğv edilir? – Yeni idarəetmə modeli gündəmdə
Bu gün, 07:23
İranın XİN rəhbəri ilə heç vaxt danışmamışam - ABŞ dövlət katibi
Bu gün, 07:21
"Zalım uşaqları sistemin təməlini düzgün qurublar..." - partiya sədri
Bu gün, 07:10
"Azərbaycanda elə bir güc var ki, biz onlarla ittifaq qurmalıyıq." – XV əsr İtalyan tarixçisi Paolo Giovio
Bu gün, 07:03
Dünyanın boğazında ilişib qalan HÖRMÜZ ARMUDU... - AKTUAL
Bu gün, 06:58
İRİA-da nə baş verir? - Kamran Ağayev vəzifəsindən istefa veribmi?
Bu gün, 06:51
Günün fotosu SOCAR-dan...
Bu gün, 06:35
Şişirdilmiş... süni şəkildə böyüdülmüş... idarəolunmaz bir struktur... - DƏLİXANADIR, VALLAH...
Bu gün, 06:20
İranda iki aydır ki, internet yoxdur – “NetBlocks”
Bu gün, 06:03
Başsız Binəqədi: “VİP Construction” rəsmən qoçuluq edir... - AXI NİYƏ?..
Bu gün, 06:00
Gəncədə başçının bu küçədən xəbəri varmı... - Sakinlər narahatdır
Bu gün, 05:45
Qapısı tez-tez döyülən Azərbaycan... - GƏLİŞMƏ
Bu gün, 05:40
Avropa liderləri niyə Azərbaycana üz tutur? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 05:38
“Yaddaşımı, danışıq tərzimi itirmişəm, bəla da bundadır” - 86 yaşlı rejissor
Bu gün, 05:35
Ağdamda məktəb direktoru AT OYNADIR - İTTİHAM VAR...
Bu gün, 05:32
Vətəndaş saxtakarlarla ÜZ-ÜZƏ - GİLEY
Bu gün, 05:27
Çexiya Baş nazirinin Bakı səfəri sıradan diplomatik hadisə deyil - İNCƏLƏMƏ
Bu gün, 05:19
"Effekt- İnşaat"ın binası təhlükə saçır - VİDEOFAKT
Bu gün, 05:17
"Bu cür yanaşma şagirdlərdə stres, imtahana qarşı qorxu yaradır" - Deputatdan DİM-in yeniliyinə REAKSİYA
Bu gün, 05:10
Rusiya Azərbaycanın müstəqil ölkə olduğunu dərk etməlidir - YOXSA...
Bu gün, 05:07
Azərbaycanda pensiyaçılar niyə azalır? - AKTUAL
Bu gün, 05:05
Ceyhun Cəlilov mətbuata da ƏNGƏL OLUR - NARAZILIQ VAR...
Bu gün, 05:03
“Trampın özü təşkil etsəydi, sui-qəsdçi dərhal öldürülərdi - Mehman Əliyev ŞƏRH EDİR
Bu gün, 04:57
AMEA-nın İnstitutundan vergi borcu olan "Tələt" Firması ilə razılaşma - TƏFƏRRÜAT
Bu gün, 04:54
ABŞ İranın Ali Rəhbərinin sağ olduğuna inanır - Rubio
Bu gün, 04:47
Əli Əsədov benzinin qiyməti ilə bağlı QƏRAR VERDİ
Dünən, 18:15
Karapetyanın partiyasının üzvləri saxlanıldı
Dünən, 17:27
Çexiya Azərbaycana yeni hərbi təlim təyyarəsini təklif edib
Dünən, 17:26
Naxçıvanda taksi narazılığı: Bu avtomobillərə qadağa qoyuldu – AYNA-dan CAVAB
Dünən, 17:20
İran bəyanat verdi: - Müharibə mürəkkəb mərhələyə keçir
Dünən, 17:18
Rusiya Avropa strukturlarının nümayəndələrinə qarşı sanksiyalar tətbiq edib
Dünən, 17:15
“İpək Yolu Sığorta” kiçilib, gəlirləri azalıb
Dünən, 17:13
Sankt-Peterburqda Putin və Əraqçi arasında görüş keçirilir
Dünən, 17:10
Çimərlikdəki qətlin məhkəməsi – ŞOK İFADƏLƏR
Dünən, 16:51
70 kq qızılla tutulan polkovnikə - Hökm oxundu
Dünən, 16:44
Paşinyanın sərhədlə bağlı açıqlamasına Bakıdan REAKSİYA: - “Mübahisəli ərazilər var...”
Dünən, 16:37
Deputatın qızlara pulsuz təhsil təklifinə REAKSİYA: - “Hansısa tələbənin təhsil haqqını özü ödəsin”
Dünən, 16:33
"Pünhan kişidir, rəftar fərqli olmalıdır"
Dünən, 16:30
Məzahir Pənahov yenidən MSK sədri seçilib
Dünən, 16:29
Xocalı sakinləri işsizlik və həyətyanı sahə problemi ilə üzləşirlər... - NARAZILIQ VAR...
Dünən, 16:03
ABŞ-nin İranla bağlı strategiyası naməlumdur - Almaniya Kansleri
Dünən, 15:53
MSK-nın heç bir funksiyası yoxdur - Siyasilərdən REAKSİYA
Dünən, 15:51
“Bank Avrasiya”nın maliyyə vəziyyəti ürəkaçan deyil – Ümidsiz kreditlərin payı kəskin artıb
Dünən, 15:48
“Rossotrudniçestvo”nun rəhbəri Yevgeni Primakov istefaya göndərilib
Dünən, 15:45
Turan Topalova tutduğu vəzifədən ayrıldı - ƏMR
Dünən, 15:44
Ermənistanda Rusiya lehinə olan kanallar silindi
Dünən, 15:42
Cəlilov da BELƏ YEYİR: Hər kilometrə 200 MİN MANAT... - AY MAŞALLAH...
Dünən, 15:34
Bank of Baku 27 qəpik borcu 2 manata necə çevirib? - Mərkəzi Bank vətəndaş şikayətinə belə CAVAB VERDİ
Dünən, 15:22
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru