"Hər dəfə qəbula gəlirik..." - ŞİKAYƏT
Tarix: 17-07-2017, 14:53 | Çap et
 “İşğaldan əvvəl dövlət qurumlarında çalışanlara ödənilən vəsaitin müddəti uzadılmayıb. “Büdcədən maliyyələşdirilən müəssisələrdə, təşkilatlarda çalışmış və özlərindən asılı olmayaraq iş yerindən məhrum olmuş məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması tədbirləri haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 10 may tarixli 181 nömrəli qərarı ilə orta aylıq (dondurulmuş) əməkhaqqı ilə təmin edilən məcburi köçkünlərə edilən ödənişlər bu ilin yanvar ayından dayandırılıb”. Bu haqda Gununsesi.info-ya bundan narazı olan, Qaçqınların və Məcburi Köçkünlərin işi üzrə Dövlət Komitəsinə şikayətə gələn məcburi köçkünlər bildiriblər. Onlar qeyd ediblər ki, hətta Nazirlər Kabinetinin qarşısında etiraz aksiyası keçirsələr də, şikayətlərinə baxan olmayıb. Şikayətə gələn etirazçılar bildiriblər ki, onlar təhsil, səhiyyə, mədəniyyət sahələrində və başqa dövlət orqanlarında çalışmış və özlərindən asılı olmayan səbəblərə görə iş yerlərindən məhrum olduqları üçün onlara orta aylıq (dondurulmuş) əməkhaqqı verilib. “Amma indi həmin ödənişlərin verilməsi dayandırılıb. Evimizə qayıtmayana və işlə təmin olunmayana kimi bizə dondurulmuş əməkhaqqı verilməlidir. Bizi baş nazirin müavini, “Qaçqınkom”un sədri Əli Həsənov dəfələrlə qəbul edərək vəd verib. Amma vədinə əməl etməyib, bizi aldatdı. Onun işçisi bizə deyir ki, maliyyə böhranı səbəbindən dondurulmuş əməkhaqqı daha verilməyəcək. Yəni, “Bizə gedin ölün” dedilər. Biz övladlarımızı, ailəmizi necə saxlayaq? İcra başçısı dedi ki, baxın bu Əli Həsənovun şəxsi təşəbbüsüylə həyata keçirilir. Gedin sözünüzü ona deyin. Yazmadığımız yer yoxdur. Sanki hamının yadından çıxmışıq. Biz dövlətdən, prezidentdən narazılıq etmirik ki… Haqqımız olanı istəyirik. Bu qərarı rəhmətlik Heydər Əliyev vermişdi. 2017-ci ilədək də həmişə almışıq. Düz 7 aydır ki, səfalət içində yaşayırıq. Parlamentə getdik, millət vəkilləri Bahar Muradova, Aqil Abbas və Zahid Orucun qəbulunda olduq. Onlar dedilər ki, sizin aldığınız axı nədir ki, dövlətimiz onu verə bilməsin. Biz hər zaman prezidentimizin arxasındayiq. Sonuncu referendumda da bunu subut etdik”,-deyə Ağdam qaçqını, ibtidai sinif müəllimi Nubar Məmmədova bildirib. Cəbrayıl rayonundan məcburi köçkün, müharibə veteranı Yaşar Əliyev isə bildirib ki, maaşının 2 ayını hansısa fonda keçirməyə razıdır: “İş yeri yoxdur, pensiya yaşımıza çatmışıq. Bizi – 6951 nəfər ziyalını qəbul edib, eşitsinlər. İndi bura yığışmışıq ki, maaşımızı tələb edək. İllər öncə açıqlanan məlumatda bildirilirdi ki, Qarabağ müharibəsi nəticəsində işğal altında olan rayonlarda 300 minə yaxın iş yerləri itirilib. Nəticədə büdcədən maliyyələşən müəssisələrdə çalışan insanların əksəriyyəti işsiz qalıb. Hökumət isə həmin işçilərin sosial vəziyyətini nəzərə alaraq onların maaşlarının saxlanması barədə qərar qəbul edib. Onların çoxu hazırda dərddən, problemdən vaxtından tez həyatdan köçüb. Büdcədə az pul olanda bizə dondurulmuş əməkhaqqı verilirdi, indi milyonlar var bizə pul vermirlər. Üstəlik, kommunal haqqı tələb edirlər bizdən. Neyləyək, dərdimizə çarə qılan yoxdur”. Onların sözlərinə görə, dondurulmuş maaşların dayandırılması baş nazirin müavini, “Qaçqınkom”un sədri Əli Həsənovun təşəbbüsüdür. Bu səbəbdən də şikayət edənlərin heç biri dövlət qurumu tərəfindən qəbul edilməyib. Onlara bildirilib ki, Nazirlər Kabinetinin 1994-cü il 10 may tarixli 182 nömrəli qərarının 2-ci bəndinin müddəti 2017-ci il dekabrın 30-dək uzadılmayıb. Şikayətə gələnlər 3 nəfərlik nümayəndələrinin bu gün yenidən Əli Həsənovun qəbulunda olacaqlarını bildiriblər: “Hər dəfə qəbula gəlirik, lakin bizi Əli Həsənov yox, müavini qəbul edir, elə nə desək “düzələcək” deyib yola verirlər. Problem isə həll olunmadan qalır. Həll olunacağına isə ümidimiz qalmayıb. Əli Həsənov öz maaşından imtina etsin də… Bizim əməkhaqqımızı niyə şəxsi təşəbbüsü ilə dayandırır ki?.. Məqsədimiz bunu siyasiləşdirmək və ya dövlət əlehinə aksiya keçirmək deyil. Haqqımızı tələb edirik”.  


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Azərbaycanda mühüm vəzifə ləğv edilir? – Yeni idarəetmə modeli gündəmdə
Bu gün, 07:23 |
|
|
|
| • İranın XİN rəhbəri ilə heç vaxt danışmamışam - ABŞ dövlət katibi
Bu gün, 07:21 |
|
|
|
| • "Zalım uşaqları sistemin təməlini düzgün qurublar..." - partiya sədri
Bu gün, 07:10 |
|
|
|
| • "Azərbaycanda elə bir güc var ki, biz onlarla ittifaq qurmalıyıq." – XV əsr İtalyan tarixçisi Paolo Giovio
Bu gün, 07:03 |
|
|
|
| • Dünyanın boğazında ilişib qalan HÖRMÜZ ARMUDU... - AKTUAL
Bu gün, 06:58 |
|
|
|
| • İRİA-da nə baş verir? - Kamran Ağayev vəzifəsindən istefa veribmi?
Bu gün, 06:51 |
|
|
|
| • Günün fotosu SOCAR-dan...
Bu gün, 06:35 |
|
|
|
| • Şişirdilmiş... süni şəkildə böyüdülmüş... idarəolunmaz bir struktur... - DƏLİXANADIR, VALLAH...
Bu gün, 06:20 |
|
|
|
| • İranda iki aydır ki, internet yoxdur – “NetBlocks”
Bu gün, 06:03 |
|
|
|
| • Başsız Binəqədi: “VİP Construction” rəsmən qoçuluq edir... - AXI NİYƏ?..
Bu gün, 06:00 |
|
|
|
| • Gəncədə başçının bu küçədən xəbəri varmı... - Sakinlər narahatdır
Bu gün, 05:45 |
|
|
|
| • Qapısı tez-tez döyülən Azərbaycan... - GƏLİŞMƏ
Bu gün, 05:40 |
|
|
|
| • Avropa liderləri niyə Azərbaycana üz tutur? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 05:38 |
|
|
|
| • “Yaddaşımı, danışıq tərzimi itirmişəm, bəla da bundadır” - 86 yaşlı rejissor
Bu gün, 05:35 |
|
|
|
| • Ağdamda məktəb direktoru AT OYNADIR - İTTİHAM VAR...
Bu gün, 05:32 |
|
|
|
| • Vətəndaş saxtakarlarla ÜZ-ÜZƏ - GİLEY
Bu gün, 05:27 |
|
|
|
| • Çexiya Baş nazirinin Bakı səfəri sıradan diplomatik hadisə deyil - İNCƏLƏMƏ
Bu gün, 05:19 |
|
|
|
| • "Effekt- İnşaat"ın binası təhlükə saçır - VİDEOFAKT
Bu gün, 05:17 |
|
|
|
| • "Bu cür yanaşma şagirdlərdə stres, imtahana qarşı qorxu yaradır" - Deputatdan DİM-in yeniliyinə REAKSİYA
Bu gün, 05:10 |
|
|
|
| • Rusiya Azərbaycanın müstəqil ölkə olduğunu dərk etməlidir - YOXSA...
Bu gün, 05:07 |
|
|
|
| • Azərbaycanda pensiyaçılar niyə azalır? - AKTUAL
Bu gün, 05:05 |
|
|
|
| • Ceyhun Cəlilov mətbuata da ƏNGƏL OLUR - NARAZILIQ VAR...
Bu gün, 05:03 |
|
|
|
| • “Trampın özü təşkil etsəydi, sui-qəsdçi dərhal öldürülərdi - Mehman Əliyev ŞƏRH EDİR
Bu gün, 04:57 |
|
|
|
| • AMEA-nın İnstitutundan vergi borcu olan "Tələt" Firması ilə razılaşma - TƏFƏRRÜAT
Bu gün, 04:54 |
|
|
|
| • ABŞ İranın Ali Rəhbərinin sağ olduğuna inanır - Rubio
Bu gün, 04:47 |
|
|
|
| • Əli Əsədov benzinin qiyməti ilə bağlı QƏRAR VERDİ
Dünən, 18:15 |
|
|
|
| • Karapetyanın partiyasının üzvləri saxlanıldı
Dünən, 17:27 |
|
|
|
| • Çexiya Azərbaycana yeni hərbi təlim təyyarəsini təklif edib
Dünən, 17:26 |
|
|
|
| • Naxçıvanda taksi narazılığı: Bu avtomobillərə qadağa qoyuldu – AYNA-dan CAVAB
Dünən, 17:20 |
|
|
|
| • İran bəyanat verdi: - Müharibə mürəkkəb mərhələyə keçir
Dünən, 17:18 |
|
|
|
| • Rusiya Avropa strukturlarının nümayəndələrinə qarşı sanksiyalar tətbiq edib
Dünən, 17:15 |
|
|
|
| • “İpək Yolu Sığorta” kiçilib, gəlirləri azalıb
Dünən, 17:13 |
|
|
|
| • Sankt-Peterburqda Putin və Əraqçi arasında görüş keçirilir
Dünən, 17:10 |
|
|
|
| • Çimərlikdəki qətlin məhkəməsi – ŞOK İFADƏLƏR
Dünən, 16:51 |
|
|
|
| • 70 kq qızılla tutulan polkovnikə - Hökm oxundu
Dünən, 16:44 |
|
|
|
| • Paşinyanın sərhədlə bağlı açıqlamasına Bakıdan REAKSİYA: - “Mübahisəli ərazilər var...”
Dünən, 16:37 |
|
|
|
| • Deputatın qızlara pulsuz təhsil təklifinə REAKSİYA: - “Hansısa tələbənin təhsil haqqını özü ödəsin”
Dünən, 16:33 |
|
|
|
| • "Pünhan kişidir, rəftar fərqli olmalıdır"
Dünən, 16:30 |
|
|
|
| • Məzahir Pənahov yenidən MSK sədri seçilib
Dünən, 16:29 |
|
|
|
| • Xocalı sakinləri işsizlik və həyətyanı sahə problemi ilə üzləşirlər... - NARAZILIQ VAR...
Dünən, 16:03 |
|
|
|
| • ABŞ-nin İranla bağlı strategiyası naməlumdur - Almaniya Kansleri
Dünən, 15:53 |
|
|
|
| • MSK-nın heç bir funksiyası yoxdur - Siyasilərdən REAKSİYA
Dünən, 15:51 |
|
|
|
| • “Bank Avrasiya”nın maliyyə vəziyyəti ürəkaçan deyil – Ümidsiz kreditlərin payı kəskin artıb
Dünən, 15:48 |
|
|
|
| • “Rossotrudniçestvo”nun rəhbəri Yevgeni Primakov istefaya göndərilib
Dünən, 15:45 |
|
|
|
| • Turan Topalova tutduğu vəzifədən ayrıldı - ƏMR
Dünən, 15:44 |
|
|
|
| • Ermənistanda Rusiya lehinə olan kanallar silindi
Dünən, 15:42 |
|
|
|
| • Cəlilov da BELƏ YEYİR: Hər kilometrə 200 MİN MANAT... - AY MAŞALLAH...
Dünən, 15:34 |
|
|
|
| • Bank of Baku 27 qəpik borcu 2 manata necə çevirib? - Mərkəzi Bank vətəndaş şikayətinə belə CAVAB VERDİ
Dünən, 15:22 |
|
|
|
| • SAVAŞDAN ÇIXANA “XOX GƏLİRLƏR”: “Telefonumuza cavab verməsəniz, qohumlarınıza zəng edəcəyik” - ÖZBAŞINA QALIBLAR...
Dünən, 15:15 |
|
|
|
| • Avropa İttifaqının Gürcüstandakı səfiri XİN-ə çağırılıb - KİV
Dünən, 15:03 |
|
|
|
|