Vüsal Aslanov üçün geri sayım: Yeni Metropolten rəisi bu şəxs ola bilər .....                     SEPAH-ın casus şəbəkəsinin rəhbəri Azərbaycan vətəndaşı imiş .....                     AYA 10 MİN MANAT MAAŞ ALAN İDARƏ RƏİSİ... .....                     "Məleykə xanımın repetitorlarla bağlı fikri ilə razılaşmıram” .....                     Rusiya-Ermənistan seçki savaşı böyüyür, təhlükələr də var .....                     Zelenskinin qəfil və sirli səfəri: Bakı hansı mesajı verir? .....                     Azərbaycanda “WhatsApp”la bağlı yeni problem .....                     Azərbaycan Ukrayna təcrübəsindən yararlanmalıdır .....                     Paşinyan seçilsə, Kreml nə edəcək? .....                     İmtahanda DİM monopoliyası: 1-ci sinifdən başlayan stress .....                     Erməni xalqı ya müharibəni, ya da sülhü, inkişafı seçməlidir .....                     "Su İdmanı Sarayı" dövlətə BORCLANDI .....                     Rusiya Ukrayna üzrə danışıqlar üçün Səudiyyə Ərəbistanına müraciət edə bilər .....                     Azərbaycan üçün yeni uşaqpulu modeli: Ayda 100 manat… .....                     "Hesablama Palatasına keyfiyyətli iş gördüyü üçün təşəkkür düşür" .....                     Tanınmış müğənni qonşusundan gileyləndi .....                     Ukrayna ordusunun bir dəri-bir sümük əsgərləri .....                     Qaxın daha bir OLİQARXI: Dövləti rəsmən qarət edib... .....                     Hamlet İsaxanlı siyasətə yaman meyillənir... .....                     Eşqi Bağırovun üsyanı... .....                     Fermerlərə çatası milyonları KİM YEYİB Kİ... .....                     Ramiz Mehdiyevin oğurladıqlarını “milyoner nəvə”si BELƏ XƏRCLƏYİR .....                     Azərbaycan son savaşda sübuta yetirdi ki... .....                     Bakıdan qayıdan Zelenski indi də İrəvan yolunda... .....                     Səhiyyə büdcəsində MAAŞ 'ABORTU' .....                     Natəmiz mühitdə hansı sağlamlıq? .....                     "Bu artıq xidmət deyil..." .....                     Erməni general yenə Hindistandadır .....                     Rusiyada terror təhlükəsi riski artır .....                     “O müğənnilərin efirdə ailə və əxlaq dəyərlərindən danışıb, kiməsə dərs keçməyə ixtiyarları yoxdur...” .....                     Hövsan MİDA layihəsində şok vəziyyət: İtlər, həşəratlar və üfunət kabusu… .....                     "Zəng gəlsə, demə ki, bizə pul vermisən" .....                     “Məktəb” serialı Vado Korovin üçün sanki ailə təsərrüfatı olub... .....                     Ukrayna İsrailə etiraz notası təqdim edib .....                     İlqar Bayramlıdan yeni direktor təyinatı .....                     Məşhur aparıcıdan "ərə getmək" xəbərinə CAVAB .....                     Bakı görüşü Azərbaycan Çexiya münasibətlərində yeni imkanlar açır .....                     Ermənistanda panika: Əhaliyə çağırış edildi .....                     Tikintidə artan “qara bazar” .....                     Rus ordusu iki kəndi işğal etdi .....                 

"Beynəlxalq Bank” işində hüququn gözündən yayınanlar: - Sənədlər
Tarix: 4-04-2017, 07:02 | Çap et
"Beynəlxalq Bank” işində hüququn gözündən yayınanlar:
Bir neçə gün öncə Beynəlxalq Bank işiylə əlaqədar həbs olunan Dünyamin Xəlilovun vəkili Elvin Səlimovla müsahibə almışdıq. Vəkil Ovqat.com-un suallarını cavablandırarkən, müvəkkilinin heç bir mənimsəmə hadisəsində iştirak etmədiyini, sadəcə, xarici layihələrə investisiya yatırılmasında formal rol oynadığını bildirmişdi.
Onun sözlərinə görə, qanunvericilikdə xarici layihələrin birbaşa maliyyələşdirilməsi mexanizmi olmadığından bank rəhbərliyi pul transfertləri üçün müxtəlif formal şirkətlər yaradıb və ayrılan vəsaitlər həmin hüquqi şəxslər vasitəsilə əsl ünvana köçürülüb. Dünyamin Xəlilov isə etibarlı şəxs olduğundan bu iş eks-deputata həvalə olunub. Təqsirləndirilən şəxs transfert olunan həmin vəsaiti ümumiyyətlə görməyib və pullar onun hesabında heç bir saniyə belə qalmayıb.
Ovqat.com-a ötürülən sənədlər də vəkilin sözlərini təsdiqləyir. Sənədlərdən biri - “Banque Commerce et de Placements” (BCP) bankının 22 fevral 2017-ci il tarixində təqdim etdiyi hesabat aktıdır. Akt 2007-ci ildən 2011-ci ilə qədər “Oceanstream İnc.” şirkətinin pul transfertlərini əks etdirir. Digər sənəd isə yenə həmin şirkətin 2005-2007-ci illərdəki əməliyyat hesabatıdır. Hesab aktı Luksemburq notariatlığı tərəfindən apostil olunub. Bu isə sənədlərin etibarlılığını təsdiqləyir.
Yüzlərlə hesab fakturasından ibarət olan bu sənədlərdə xarici layihələrə yatırılan hər sent kiçik detallarına qədər göstərilib. Maraqlıdır ki, istər Dünyamin Xəlilov, istərsə də Beynəlxalq Bankın sabiq rəhbəri Cahangir Hacıyev müxtəlif layihələrə ayrılan kreditləri mənimsəməkdə ittiham olunurlar. Əlimizdəki apostillər isə, ən azı, bu maddə ilə onların mühakiməsinə haqq qazandırmır. Çünki sənədlər də sübut edir ki, Beynəlxalq Bankın keçmiş rəhbərliyi bəlkə rentabelsiz layihələrə investisiya yatırmış ola bilər, amma pullar həqiqətən də müxtəlif hesablara yatırılıb.
Luksemburq notariatlığının apostil etdiyi hesabat aktlarında hardasa 52 milyon dolların taleyinə aydınlıq gətirilir. Cahangir Haciyevin ötən il keçirilən məhkəməsindən mətbuata yansıyan bəzi faktlar isə bu sənədlərin diqqətə alınmadığını göstərir. Görünür, onun Cinayət Məcəlləsinin 179.3.1 maddəsinə (mənimsəmə və israfetmə mütəşəkkil dəstə tərəfindən törədildikdə) əsasən həbs olunmasının əsas sirri də elə bu amillə bağlıdır.
Məhkəmə prosesi zamanı xarici bankların verdiyi apostillərin nəzərə alınmamasını ittiham irəli sürən prokurorun fikirləri də təsdiqləyir. Musavat.com-un 27.09.2016-ci il tarixində dərc etdiyi “Cahangir Hacıyevin evindən 110 minlik saat, qızıl sikkələr çıxıb- Prokurorun məhkəmədə çıxışı” sərlövhəli məqaləsində bildirilir ki, kreditlərin layihələrə ayrılması barədə müttəhimin dediklərini prokuror Fərid Nağıyev inandırıcı hesab etməyib. Fikrini isə belə əsaslandırıb:

"Cahangir Hacıyev iddia edir ki, ayrılmış kreditlər xaricdə layihələrin həyata keçirilməsinə yönəldilib. Əvvəla, həmin vəsaitlərin layihələrə yönəldiyini sübut edən heç bir fakt ortaya qoyulmadı. Digər tərəfdən isə əgər layihələrə yönəldilirdisə, niyə qaydalara uyğun olaraq layihə banka təqdim edilməyib, müzakirə aparılmayıb, həmin layihənin gəlir gətirib-gətirməyəcəyi proqnozlaşdırılmayıb? Əgər hər şey səmimi və qaydalara uyğun idisə, niyə bankın daxili qaydalarına uyğun ayrılmırdı?”
Prokuror Fərid Nağıyevin bu fikirləriylə əldə etdiyimiz sənədləri müqayisə edəndə təzaq ortaya çıxır. Belə təsəvvür yaranır ki, ya Cahangir Haciyev bizim əldə etdiyimiz apostilləri prokurora verməyi lüzum görməyib, ya da prokuror bu sənədlərə dəlil kimi baxmayıb.
Yəqin razılaşarsınız ki, birinci versiya o qədər də inandırıcı görünmür. Sabiq bankiri gözləyən 17-15 illik həbs cəzası 15 sutkalıq azadlıqdan məhrumetmə deyildi ki, o, “nə cəza kəsirlərsə, kəssinlər” deyib buna əhəmiyyət verməsin. Deməli, ikinci versiya daha ağlabatandır.
Bəs, o zaman hüquq mühafizə orqanlarımız apostilləri sənəd kimi qəbul etməyə bilərlərmi? Bu suala qaneedici cavab vermək üçün, gəlin, apostilin nə demək olduğunu araşdıraq:
Apostil - 5 oktyabr 1961-ci il tarixində tərəfdaş ölkələr tərəfindən imzalanan Haaqa Konvensiyasına görə, bir ölkədə imzalanan rəsmi sənədin digər ölkədə tanınmasına imkan verən notariat aktıdır. Xarici rəsmi sənədlərin leqallaşdırılması tələbini ləğv edən bu Konvensiyaya üzv olan ölkələr apostilləri hüquqi akt kimi qəbul etməyə borcludurlar.Azərbaycan da 5 mart 2004-cü ildə bu konvensiyaya qoşulub. Deməli, apostilləri hüquqi sənəd kimi qəbul etmək öhdəliyini boynuna götürüb. O halda prokuror Fərid Nağıyevin “...həmin vəsaitlərin layihələrə yönəldiyini sübut edən heç bir fakt ortaya qoyulmadı” deyərkən, nəyi nəzərdə tutduğu anlaşılmır.

Prokurorun sualının digər hissəsinə isə (“Əgər hər şey səmimi və qaydalara uyğun idisə, niyə bankın daxili qaydalarına uyğun ayrılmırdı?”) vəkil Elvin Səlimovun bizimlə müsahibəsində qeyd etdiyi bu cümlələr kifayət qədər aydınlıq gətirir: “Beynəlxalq Bankın nəzarətində müəyyən layihələri olub və həmin layihələr faktiki xaricdə həyata keçirildiyindən, Azərbaycanın rezidentində olan Beynəlxalq Bank onları birbaşa maliyyələşdirə bilməzdi. Maliyyələşdirmənin yolu ölkə daxilində hüquqi şəxslərin yaradılması və pulun həmin hüquqi şəxslər vasitəsilə Bankın həyata keçirdikləri lahiyələrə transfertindən keçirdi. Həmin layihələr hal-hazırda da mövcuddur”.
İttihamçının “Beynəlxalq Bank niyə layihələrin rentabelliliyini yoxlamadan kapital ayırırdı” sualına isə Cahangir Hacıyevin hələ 2015-ci ilin sonlarında “Report” xəbər agentliyində dərc olunan müraciətində cavab tapmaq mümkündür. Həmin müraciətində qeyd olunur ki, 2008-ci ildə dünyada gedən qlobal böhran ABB-dən də yan keçməyib:
“ABB-nin maliyyə dəstəyi ilə həyata keçirilən layihələr 2010-2013-cü illər ərzində çoxsaylı yoxlamalara məruz qaldı, hətta müəyyən faktların aydınlaşdırılması üçün cinayət işi də qaldırıldı.
Bu ərəfədə şirkətlərin normal işi pozuldu, onların fəaliyyəti iflic vəziyyətinə düşdü. Bunun əsas səbəbi isə şirkətlərə məxsus möhürlərin, hüquqi sənədlərin, digər fəaliyyət üçün zəruri olan avadanlıqların istintaqa və təhqiqata cəlb edilməsi, yoxlanış obyekti olmaları idi”.
Cahangir Hacıyevin bildirdiyinə görə, bu müddətə qədər investisiya yatırılan həmin şirkətlər rentabelli işləyib. Nəticədə 2008-ci ildə dünyanı bürüyən qlobal maliyyə böhranına rəğmən, Beynəlxalq Bank hər ili gəlirlə başa vurub. Hətta 2014-cü ildə bankın təkcə Moskva filialının mənfəəti 20 milyon dollar olub. Cahangir Hacıyevin sözlərinə inansaq, hər şey Beynəlxalq Bankdakı kadr dəyişikliyindən sonra baş verib:
“2016-ci il may-iyun aylarında manatın növbəti devalvasiya dalğası. Mətbuatda kredit itkiləri 6 milyard manat göstərilir və sonra nə baş verir? Dövlət zəmanəti ilə Mərkəzi Bankdan 7 milyard manat, eyni zamanda Neft Fondundan 1 milyard ABŞ dolları ABB-yə verilir. Mənə və bir qrup bank işçisinə tələsik ittiham verilir, iş tələsik məhkəməyə göndərilir, məhkəmə mənə və digərlərinə ağır cəza hökmü ilə başa çatır”.
Redaksiyamıza təqdim olunan apositlərdə diqqəti çəkən digər məqam həmin sənədlərin 2011-ci ilə qədərki dövrü əhatə etməsidir. Cahangir Hacıyevin bir hissəsini təqdim etdiyimiz yuxarıdakı müraciətindən isə belə anlaşılır ki, Beynəlxalq Bank 2010-cu ildən etibarən 3 il ərzində ciddi yoxlanışa məruz qalıb. Bu yoxlanmalar hətta o qədər sərt olub ki, bankın iş rejimini belə pozub. Elədirsə, 2011-ci ilə qədər pul transfertlərinə niyə mane olunmayıb?
Ümumiyyətlə, istənilən bankdan böyük həcmli pul transfertləri üçün bankın Müşahidə Şurasının təsdiqi lazımdır. Axı Beynəlxalq Bank da Müşahidə Şurasının razılığı olmadan bu əməliyyatları yerinə yetirə bilməzdi. Bəs, sözügedən cinayət işində Müşahidə Şurasının məsuliyyəti niyə müəyyənləşdirilməyib?
Qeyd edək ki, bu sual Cahangir Hacıyevin vəkillərini də xeyli düşündürür. Vəkil Aqil Layıcov 11 Dekabr 2015-ci il tarixində “Azadlıq” radiostansiyasına verdiyi müsahibəsində sözügedən məsələni gündəmə gətirərək bildirirdi:
“Əksər kreditlər Müşahidə Şurasının tapşırığı ilə verilib. Müşahidə Şurasında təmsil olunan məhz Maliyyə Nazirliyidir. Kredit veriləndə Maliyyə Nazirliyi hara baxırdı və indiyədək niyə adekvat addım atmırdı? Cahangir Hacıyev, sadəcə, icra orqanına baxıb, ali orqan Müşahidə Şurası olub. Bu qurumda isə əsas söz sahibi Maliyyə Nazirliyidir”. \\moderator.az\\

"Beynəlxalq Bank” işində hüququn gözündən yayınanlar:
"Beynəlxalq Bank” işində hüququn gözündən yayınanlar:










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Vüsal Aslanov üçün geri sayım: Yeni Metropolten rəisi bu şəxs ola bilər - İDDİA
Bu gün, 07:34
SEPAH-ın casus şəbəkəsinin rəhbəri Azərbaycan vətəndaşı imiş - FOTO
Bu gün, 07:32
AYA 10 MİN MANAT MAAŞ ALAN İDARƏ RƏİSİ... - Orxan İmanlının bibisi oğlundan narazılıq artıb
Bu gün, 07:19
"Məleykə xanımın repetitorlarla bağlı fikri ilə razılaşmıram” - DİM sədrinə ETİRAZ
Bu gün, 07:15
Rusiya-Ermənistan seçki savaşı böyüyür, təhlükələr də var - İNCƏLƏMƏ
Bu gün, 07:10
Zelenskinin qəfil və sirli səfəri: Bakı hansı mesajı verir? - NƏ BAŞ VERİR?
Bu gün, 07:07
Azərbaycanda “WhatsApp”la bağlı yeni problem – Həlli AÇIQLANDI
Bu gün, 07:05
Azərbaycan Ukrayna təcrübəsindən yararlanmalıdır - ÇAĞIRIŞ
Bu gün, 07:04
Paşinyan seçilsə, Kreml nə edəcək? - Silayev
Bu gün, 07:02
İmtahanda DİM monopoliyası: 1-ci sinifdən başlayan stress - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 07:00
Erməni xalqı ya müharibəni, ya da sülhü, inkişafı seçməlidir - Natiq Miri ŞƏRH EDİR
Bu gün, 06:58
"Su İdmanı Sarayı" dövlətə BORCLANDI - Böyük miqdarda
Bu gün, 06:56
Rusiya Ukrayna üzrə danışıqlar üçün Səudiyyə Ərəbistanına müraciət edə bilər - “İzvestiya” qəzeti
Bu gün, 06:51
Azərbaycan üçün yeni uşaqpulu modeli: Ayda 100 manat… - DETALLAR
Bu gün, 06:49
"Hesablama Palatasına keyfiyyətli iş gördüyü üçün təşəkkür düşür" - partiya sədri
Bu gün, 06:33
Tanınmış müğənni qonşusundan gileyləndi - "...şübhə edir"
Bu gün, 06:27
Ukrayna ordusunun bir dəri-bir sümük əsgərləri - ŞOK FAKTLAR AÇIQLANDI
Bu gün, 06:17
Qaxın daha bir OLİQARXI: Dövləti rəsmən qarət edib... - Bir araşdıran olsa...
Bu gün, 06:13
Hamlet İsaxanlı siyasətə yaman meyillənir... - keçmiş deputatdan ATMACA
Bu gün, 05:58
Eşqi Bağırovun üsyanı... SƏMƏRƏ VERƏCƏKMİ?
Bu gün, 05:52
Fermerlərə çatası milyonları KİM YEYİB Kİ... - HESABI BELƏ SORUŞULMUR...
Bu gün, 05:47
Ramiz Mehdiyevin oğurladıqlarını “milyoner nəvə”si BELƏ XƏRCLƏYİR - İLGİNC FAKTLAR
Bu gün, 05:40
Azərbaycan son savaşda sübuta yetirdi ki... - ARAŞDIRMA
Bu gün, 01:16
Bakıdan qayıdan Zelenski indi də İrəvan yolunda... - GƏLİŞMƏ
Bu gün, 01:10
Səhiyyə büdcəsində MAAŞ 'ABORTU' - BU NƏDİ BELƏ?
Bu gün, 01:01
Natəmiz mühitdə hansı sağlamlıq? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 00:54
"Bu artıq xidmət deyil..." - ETİRAZ VAR!
Bu gün, 00:46
Erməni general yenə Hindistandadır
Dünən, 22:15
Rusiyada terror təhlükəsi riski artır - Putin
Dünən, 22:13
“O müğənnilərin efirdə ailə və əxlaq dəyərlərindən danışıb, kiməsə dərs keçməyə ixtiyarları yoxdur...” - REAKSİYA
Dünən, 17:34
Hövsan MİDA layihəsində şok vəziyyət: İtlər, həşəratlar və üfunət kabusu… - NARAZILIQ VAR...
Dünən, 17:32
"Zəng gəlsə, demə ki, bizə pul vermisən" - Avropada iş adı ilə 171 nəfəri aldadanların MƏHKƏMƏSİ
Dünən, 17:12
“Məktəb” serialı Vado Korovin üçün sanki ailə təsərrüfatı olub... - GÖRÜNƏNİ BUDUR...
Dünən, 17:06
Ukrayna İsrailə etiraz notası təqdim edib
Dünən, 17:02
İlqar Bayramlıdan yeni direktor təyinatı - ƏMR
Dünən, 16:42
Məşhur aparıcıdan "ərə getmək" xəbərinə CAVAB - "Hüseynova bacıları məharətini göstərəcək"
Dünən, 16:38
Bakı görüşü Azərbaycan Çexiya münasibətlərində yeni imkanlar açır - MƏQALƏ
Dünən, 16:31
Ermənistanda panika: Əhaliyə çağırış edildi
Dünən, 16:00
Tikintidə artan “qara bazar” - Milyonluq CƏRİMƏLƏR və…
Dünən, 15:57
Rus ordusu iki kəndi işğal etdi
Dünən, 15:55
Bakıda güllələnən müəllim işdən çıxıb? - “İdrak” Liseyindən açıqlama
Dünən, 15:24
"Qaçqınkom"un idarəsindən vergi borcu olan şirkətə 447 min manatlıq sifariş - TƏFƏRRÜAT
Dünən, 15:22
DİM sədri ilə Mikayıl Cabbarov üz-üzə... - Xarici dil buraxılış imtahanında olmamalı idi?
Dünən, 15:18
Təltif olunanların sırasında “Veysəloğlu Distribusiya”nın rəhbəri də var... - FOTO
Dünən, 15:00
Energetika Nazirliyinin press-reliz tenderi ləğv edildi: - Səbəb açıqlanmadı
Dünən, 14:57
Ermənistanda seçki savaşı qızışır: Revanşistlər geri qayıda bilərmi? - Bakıdan sərt mesaj
Dünən, 14:55
Daha bir tanınmış şəxs Türkiyədə dünyasını dəyişdi - FOTO
Dünən, 14:53
Keçmiş silahdaşı seçkilərdə Paşinyanı dəstəkləməkdən imtina etdi - KİV
Dünən, 14:39
Ölkənin ən iri pivə istehsalçısı “Carlsberg Azerbaijan”a yeni rəhbər gəlib - BUNDAN SONRA...
Dünən, 14:34
”Utanmır efirə çıxıb deyir hamiləyəm, bu, nə tərbiyəsizlikdir?” - VİDEO
Dünən, 14:30
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru