“Görünür, Kremldə də çox istəyirlər ki, Zelenski ilə Bakıda hansısa görüş keçirilsin, amma...” .....                     Aqil Abbasdan “Ağdam Bus” kartlarının buraxılmasına münasibət: .....                     Marukyan Azərbaycanı məhkəməyə vermək istəyir .....                     Körpələrin yeməyinə tamah salan BÖYÜKLƏR... .....                     Maliyyə icarəsi verənlərin reyestri ilə bağlı dövlət rüsumu müəyyənləşir .....                     Gürcüstanla sərhədin delimitasiyasının başa çatdırılması barədə razılıq əldə etmişik .....                     Bakıda FACİƏ: pəncərəni silən qız binadan yıxılıb ÖLDÜ .....                     Bu şəxslər MSK-nın yeni tərkibində yer almadı .....                     “Zulu Shipping” dosyesində adı keçən İsmayıl Qasımov kimdir? .....                     “Səfərbərlik kimi məsuliyyətli proseslərdə qanun pozuntusuna yol vermək olmaz” .....                     Şimal-qərb küləyinin güclənəcəyi gözlənilir .....                     Dilarə Kazımova ailə quracağı şəxsə ŞƏRT KƏSDİ .....                     Azərbaycanda tətbiq edilən ŞOK SİLAH .....                     Distant təhsil günlərində internet güzəşti olacaq? .....                     Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası davam etdiriləcək .....                     Portağal idxalı: İrandan çox alırıq, Türkiyədən isə ucuz… .....                     Gürcüstanda 55 əcnəbi saxlanıldı .....                     Deputat Aydın Mirzəzadənin sərgüzəştləri .....                     Bu komitəyə yeni sədr seçildi .....                     Hakim Elnur Nuriyev bir dələduza niyə HÖKM oxumur? .....                     Məhkəmə sələmçi qadını və onun ərini öldürən ömürlük məhkumla bağlı qərar çıxardı .....                     Rövşən Rzayev keçmiş icra başçısı Tahir Kərimovun şirkətinə yaşıl işıqlar yandırır .....                     Nizami Kino Mərkəzinin direktoru işdən çıxıb, yerinə müvəqqəti təyinat olub .....                     Mərkəzi Bankın tenderi niyə ləğv olundu? .....                     Milli Məclis MSK-nın yeni tərkibini təsdiqləyib .....                     Şərurun icra başçısı etirazçını DƏLİXANAYA SALDIRDI .....                     Gərginlik artır: Ermənistan sülhə ağır zərbə vurdu .....                     MSK-nın yeni üzvlərinin adları açıqlandı .....                     Neft məhsulları ilə məşğul olan xarici şirkət Azərbaycandan gedir .....                     Zaur Baxşəliyev yenə ATV-də: .....                     Əliyevin açıqlamasında mühüm siqnallar .....                     “PAŞA Management Company” adını dəyişir .....                     Hərbiyə ən çox pul xərcləyən ölkələr .....                     Üçüncü İran müharibəsi başlayıb: .....                     Azərbaycanda bu zavodun fəaliyyəti 10 il müddətinə dayandırılır .....                     “Azparkinq”: Rahatlıq vəd edib narazılıq yaradan sistem .....                     Kasparovun adamı həbsxanada öldü .....                     "Ram Holdinq" ətrafında qalmaqallı iddialar... .....                     Sabah Hacı Vəliyevə hökm oxunacaq .....                     Oğlunu qətlə yetirən ata: .....                 

Gənc nazirə bir-iki səmimi sözlər... - bu işin həllini kimin ödəsinə buraxmaq fikrindəyik?
Tarix: 1-10-2016, 12:20 | Çap et
Gənc nazirə bir-iki səmimi sözlər...
“Təhsilsiz uşaq itirilmış uşaqdır, uşağı itirmək isə gələcəyi itirməkdir“
Mikayıl Cabbarov


Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının növbəti iclasında M.Abbaszadə bildirib ki, buraxılış sinif şagirdlərinin dərsə davamiyyəti ilə bağlı aparılan statistik təhlilin nəticələri göstərir ki, müvafiq ildə I sinfə gedən şagirdlərin təxminən 9 faizinin adları bu il IX siniflərin məlumat bazalarında aşkar edilməyib, yəni onlar icbari təhsildən yayınıblar: “Bu, sosioloji problemdir və onun aradan qaldırılması məqsədilə məktəblərdə, eləcə də valideynlərlə ciddi iş aparılmalıdır”.

Təhsil nazirinin müavini C.Bayramov isə başqa bir statistik təhlilin nəticələrinə diqqət çəkərək deyib ki, bu il məktəbə 1 il və daha artıq gec gedənlərin sayı 10 faiz təşkil edib ki, bu da ürəkaçan rəqəm deyil. Təhsil Nazirliyi bununla bağlı hər hansı təsir mexanizminə təbii ki, malik deyil. Lakin məsələyə ötən illərlə müqayisə prizmasından yanaşsaq görərik ki, müsbət dinamika mövcuddur, yəni belə uşaqların sayı ildən ilə azalır. Ümumiyyətlə, Nazirliyin yanaşması ondan ibarətdir ki, hər hansı bir problem barədə danışdıqda onun dinamikasını müşahidə etmək daha məqsədəuyğundur.

Beynəlxalq Müəllimlər Günü ərəfəsində problemi dramatikləşdirmək istəməzdim. Ancaq gəlin görək bu, sosioloji hesab etdiyimiz problemin aradan qaldırılması üçün məktəblərdə, eləcə də valideynlərlə ciddi iş aparılırmı? 10 faiz təşkil edən bu ürəkaçmayan rəqəmə qarşı Təhsil Nazirliyi hər hansı təsir mexanizminə malik deyil deməklə bu işin həllini kimin ödəsinə buraxmaq fikrindəyik?

Hər şeydən əvvəl onu qeyd edim ki, icbari təhsildən yayınan uşaqların sayı ilə bağlı statistikaya istər Statistika Komitəsi, istərsə də Təhsil Nazirliyi tərəfindən həmişə qısqanclıqla yanaşılıb. Üzə çıxarılan rəqəm və faizlərdə isə daim ziddiyyətli və fərqli rəqəmlərin şahidi olmuşuq. Dərindən və obyektiv təhlil aparılsa, bu rəqəm daha da yüksək ola bilər. Bununla belə əgər nəzərə alsaq ki, 2008-ci ildə 1-ci sinfə təqribən 140 min uşaq gedib, deməli açıqlanan 9 faiz hesabı ilə götürsək belə onlardan 12 mindən çoxunun 9-cu sinfə çatmadan məktəbdən uzaqlaşdığının şahidi oluruq. Bunu, orta hesabla ayrı-ayrı ilərə vursaq təkcə son illərdə icbari təhsildən yayınan uşaqların sayını müəyyənləşdirmək o qədər da çətin olmaz. Hələ 9-cuların 11sinfə gedib çatmalarına qədər olan iki illik yolda baş verə biləcək itkilər də istisna olunmur.

Bir müddət əvvəl Nazir Milayıl Cabbarov belə bir fikir səsləndirmişdi ki, bir çox dövlətlərdə uşaqların təhsilə vaxtında cəlb olunmamasına və təhsildən yayınmaya görə cəzalar nəzərdə tutulur ki, bu cəzalar həm inzibati, bəzi ölkələrdə isə cinayət məcəlləsinin müvafiq maddələrinin pozuntusu kimi hesab edilir.

Bununla belə Nazir hesab edir ki, Azərbaycanda tədbirlər belə formada həyata keçirilməli deyil: “Bu məsələdə inzibati tədbirlərə əl atmaqdansa “şüur”un üzərində çalışmaq lazımdır. Başqa sözlə, təhsilin dəyəri olmalı və ölkəmizin hər bir övladının, vətəndaşının təhsil hüququnun müqəddəs konstutision hüququnun olması, onun gələcəyi üçün təhsilin çox mühüm amil olmasını nəzərə almalıyıq. Bu işi istənilən bir məmurun, dövlət qurumunun işi kimi deyil, ümümmilli iş kimi qəbul etməyimiz daha düzgün olardı”.

Razılaşaq ki, son dərəcə humanist və ağlabatan mövqedir.Ancaq gəlin görək, “müqəddəslik”, “ümummillilik”, “şüur”un üzərində çalışmaq kimi dəyərlər, digər bu kimi humanist prinsiplər təkcə təhsil üçünmü düşünülüb? Vergi, gömrük, SES, DYP və sadalamağa ehtiyac olmayan digər sistemlərdə inzibati tədbirlərə əl atmaq olar, təhsildə yox? Belə bir faktın adi tərzdə, artıq alışdığımız və elə də ciddiyə almadığımız digər nöqsanlar fonunda, bir növ heç nə baş verməmiş kimi bəyan edilməsi çox maraqlı görünür.

Bir vaxtlar indi sakitliklə üstündən keçdiyimiz belə faktlara görə nə qədər məktəb rəhbərlər tutduqları postlardan kənarlaşdırılmışdılar. ÜMH deyilən məktəb hesabatlarında məktəbə gələnlərin və gedənlərin uçotuna arayışlar əsasında ciddi nəzarət olunurdu .İş o həddə çatmışdı ki, müəllimlər hansısa bir uşağın təhsildən kəharda qalması ehtimalından ehtiyatlanaraq JEK adlanan müəssisənin işçiləri ilə bərabər qapı-qapı düşüb məktəbə uşaq cəlb edirdilər. Elə isə nə baş verdi?

70 illiyi dünən qeyd olunan şanlı təhsil nazirimiz M.Mərdanovun təhsilin humanistləşdirilməsinə “layiqli töhfələrindən” biri də ondan ibarət oldu ki, Təhsil Nazirliyinin ən aparıcı şobələrindən biri olan “Baş inspeksiya” ləğv olundu, məktəb inspektorlarının statusunda “yenilik” edilərək, onlar “məsləhətçi”yə çevrildi. Yoxlamaya alışan və uyğunlaşan inspektorlar isə özlərini məsləhətçi imicində o qədər də komfortlu hesab etmədilər. Beləliklə, təhsilimiz həm Əli aşından, həm də Vəli aşından məhrum oldu.

Bu hələ heç də hamısı deyil. Təhsilə dair normativ aktlarda idarəetmənin tənzimləmə, əlaqələndirmə ilə yanaşı dörd əsas funksiyası vurğulanır: planlaşdırma, təşkiletmə, rəhbərlik və nəzarət. Sabiq nazirimiz “Baş inspeksiya”nı ləğv etməklə həm də təhsilimizi nəzarət funksiyasından məhrum etmiş oldu, Buna görə də nə qədər ki, faktiki olaraq obyektiv nəzarət mexanizmi yaradılmayacaq, təhsilimizdə cəzasızlıq sindromu hökm sürəcək. Nə qədər ki, sadəcə olaraq faktları sadalamaqla kifayənlənəcəyik, belə halların bir daha baş verməyəcəyindən sığortalanmaq mümkün olmayacaq.

İndi I sinfə qəbul qaydalarını elə sərtləşdirmişik ki, sanki 6 yaşlı bu uşaq ali məktəbə imtahan verir. Əlbəttə burada maddi təminatsızlıq amilləri də az əhəmiyyətli rol oynamır. Xeyli çoxuşaqlı ailələrin bir neçə övladına eyni zamanda məktəbli geyimi, əlavə tədris vəsaiti almaqda çətinliklərlə üzləşməsi heç kəsə gizli deyil.. Bu və digər səbəblərdən istər ibtidai təhsildən, istərsə də orta təhsildən yayınma halları labüdləşdiyindən ciddi təhlil aparmaqla, konkret əməli tədbirlərin həyata keçirilməsi üzərində düşünmək vaxtı çatıb.

Məsələyə münasibət bildirərkən, Nazir MikayılCabbarovun YUNESKO-nun Baş Konfransının 38-ci sessiyası çərçivəsində, təhsil nazirlərinin yüksək səviyyəli görüşündə təhsilin nə dərəcədə əhəmiyyət kəsb etdiyini, bəşəriyyətin üzləşdiyi bir çox problemlərin həlli üçün açar olduğunu diqqətə çatdıran “Təhsilsiz uşaq itirilmış uşaqdır, uşağı itirmək isə gələcəyi itirməkdir“ fikrini bir daha xatırlatmağı özümə borc bildim. Gəlin, gələcəyimiz hesab etdiyimiz uşaqlarımızın heç olmasa bundan sonra da olsa itirilməməsi üçün təhsildən yaynma hallarına qarşı münasibətimizi dəyişək, bu ciddi sosioloji problemə qarşı barışmazlıq mövqeyi nümayiş etdirək.

Nadir İsrafilov, təhsil eksperti









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Görünür, Kremldə də çox istəyirlər ki, Zelenski ilə Bakıda hansısa görüş keçirilsin, amma...”
Bu gün, 14:08
Aqil Abbasdan “Ağdam Bus” kartlarının buraxılmasına münasibət: -“2-3 min adam üçün nəyə lazımdır?”
Bu gün, 14:06
Marukyan Azərbaycanı məhkəməyə vermək istəyir
Bu gün, 14:02
Körpələrin yeməyinə tamah salan BÖYÜKLƏR... - İTTİHAM VAR...
Bu gün, 13:47
Maliyyə icarəsi verənlərin reyestri ilə bağlı dövlət rüsumu müəyyənləşir - MƏBLƏĞ
Bu gün, 13:42
Gürcüstanla sərhədin delimitasiyasının başa çatdırılması barədə razılıq əldə etmişik - Paşinyan
Bu gün, 13:34
Bakıda FACİƏ: pəncərəni silən qız binadan yıxılıb ÖLDÜ - TƏFƏRRÜAT
Bu gün, 13:31
Bu şəxslər MSK-nın yeni tərkibində yer almadı - SİYAHI
Bu gün, 13:07
“Zulu Shipping” dosyesində adı keçən İsmayıl Qasımov kimdir? - Rusiyanın “kölgə tanker”ində İran izi
Bu gün, 13:06
“Səfərbərlik kimi məsuliyyətli proseslərdə qanun pozuntusuna yol vermək olmaz” - deputat
Bu gün, 12:59
Şimal-qərb küləyinin güclənəcəyi gözlənilir - belə deyirlər...
Bu gün, 12:49
Dilarə Kazımova ailə quracağı şəxsə ŞƏRT KƏSDİ - "Məni üç uşağımla..."
Bu gün, 12:39
Azərbaycanda tətbiq edilən ŞOK SİLAH – Daha təhlükəli formada qayıdıb?
Bu gün, 12:35
Distant təhsil günlərində internet güzəşti olacaq? - AKTUAL
Bu gün, 12:30
Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası davam etdiriləcək - Nikol Paşinyan
Bu gün, 12:27
Portağal idxalı: İrandan çox alırıq, Türkiyədən isə ucuz… - SİYAHI
Bu gün, 12:24
Gürcüstanda 55 əcnəbi saxlanıldı - Aralarında Azərbaycan vətəndaşları da var
Bu gün, 12:13
Deputat Aydın Mirzəzadənin sərgüzəştləri - Orxan Saffari yazır...
Bu gün, 12:08
Bu komitəyə yeni sədr seçildi - ƏMR
Bu gün, 12:02
Hakim Elnur Nuriyev bir dələduza niyə HÖKM oxumur? - 165 ailə Mehriban Əliyeva və İnam Kərimova üz tutdu
Bu gün, 11:58
Məhkəmə sələmçi qadını və onun ərini öldürən ömürlük məhkumla bağlı qərar çıxardı
Bu gün, 11:55
Rövşən Rzayev keçmiş icra başçısı Tahir Kərimovun şirkətinə yaşıl işıqlar yandırır - İLGİNC FAKTLAR...
Bu gün, 11:51
Nizami Kino Mərkəzinin direktoru işdən çıxıb, yerinə müvəqqəti təyinat olub - BUNDAN SONRA...
Bu gün, 11:46
Mərkəzi Bankın tenderi niyə ləğv olundu?
Bu gün, 11:44
Milli Məclis MSK-nın yeni tərkibini təsdiqləyib - SİYAHI
Bu gün, 11:39
Şərurun icra başçısı etirazçını DƏLİXANAYA SALDIRDI - BU NƏDİ BELƏ?
Bu gün, 11:32
Gərginlik artır: Ermənistan sülhə ağır zərbə vurdu – Nur Tuğba Aktay
Bu gün, 11:23
MSK-nın yeni üzvlərinin adları açıqlandı - YENİLƏNDİ
Bu gün, 11:22
Neft məhsulları ilə məşğul olan xarici şirkət Azərbaycandan gedir
Bu gün, 11:13
Zaur Baxşəliyev yenə ATV-də: - Bu dəfə...
Bu gün, 11:12
Əliyevin açıqlamasında mühüm siqnallar – Diplomatiyada 7 rəqəminin önəmi
Bu gün, 11:11
“PAŞA Management Company” adını dəyişir - BUNDAN SONRA...
Bu gün, 11:05
Hərbiyə ən çox pul xərcləyən ölkələr - SİYAHI
Bu gün, 11:04
Üçüncü İran müharibəsi başlayıb: - əyləc basılmasa, qloballaşa bilər
Bu gün, 11:02
Azərbaycanda bu zavodun fəaliyyəti 10 il müddətinə dayandırılır - DETALLAR
Bu gün, 11:01
“Azparkinq”: Rahatlıq vəd edib narazılıq yaradan sistem - AXI NİYƏ?..
Bu gün, 10:56
Kasparovun adamı həbsxanada öldü - Rusiyada müəmmalı hadisələr
Bu gün, 10:48
"Ram Holdinq" ətrafında qalmaqallı iddialar... - daxildə baş verənlər niyə araşdırılmır?
Bu gün, 10:47
Sabah Hacı Vəliyevə hökm oxunacaq - TƏFƏRRÜAT
Bu gün, 10:42
Oğlunu qətlə yetirən ata: - “Məndən soruşdu ki, işləyib qazandığım pulu nə etmişəm...”
Bu gün, 10:30
Vüqar Qurbanovun SONUNCU ƏMRİ: xəstələrə baha başa gələ bilər... - İLGİNC İDDİALAR
Bu gün, 10:23
Məhkəmə sələmçi qadını və onun ərini öldürən ömürlük məhkumla bağlı qərar çıxardı
Bu gün, 10:14
Faiq Qürbətovun tenderi LƏĞV OLUNDU - BUNA GÖRƏ...
Bu gün, 10:10
Mahmudovlarla birləşən hakim cəzalandırılacaqmı? - VƏTƏNDAŞLAR ƏDALƏT TƏLƏB EDİR!
Bu gün, 10:05
Kürəkənini yandıraraq öldürməkdə təqsirləndirilən şəxsin cinayət işinin detalları - TƏFƏRRÜAT
Bu gün, 10:03
İrandan ABŞ-yə yeni təklif - KİV
Bu gün, 09:54
TƏBİB-in yeni rəhbərliyi buralara mütləq nəzər salmalıdır... - İTTİHAM VAR...
Bu gün, 09:53
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI - Görünəni odur ki...
Bu gün, 09:42
“Birmarket”in müştərilərə ONLAYN TƏLƏSİ... - BU NƏDİ BELƏ?..
Bu gün, 09:35
İran–Azərbaycan münaqişəsi niyə baş vermədi - "The National Interest" yazır ki...
Bu gün, 09:20
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru