Vüsal Xanlarovun rəhbəri olduğu qurumda pozuntular: .....                     Bu gün BMT canlı meyitdir .....                     Son 3 ayda 144 min əcnəbi quru yolla Azərbaycana daxil olub .....                     Deputat oğlunun “Crystal Group”u dövlət büdcəsini necə "idarə edir"? .....                     Azay Quliyev də İŞLƏRİ DÜZ APARMAYIB... .....                     Ermənilərin Xocalıdakı cinayətlərinə etirazını bildirən rusiyalı yazıçı .....                     Şuşa rayon Mərkəzi Xəstəxanasının tikintisində sovrulan milyonlar... .....                     Dövlət Statistika Komitəsinin anbarında 4.7 milyon manatlıq istifadəsiz planşet aşkarlandı .....                     Siraqəddin Cabbarov onu işdən çıxardı .....                     Dövlət Agentliyi "Kontakt Home"da qanun pozuntuları aşkarlayıb .....                     Gənclər və İdman Nazirliyində 32 milyonluq yoxlama .....                     Böyük Britaniya şirkətinin Azərbaycandakı filialı bağlanır .....                     “İdmançılara lazımi maddi və mənəvi dəstək verilmir” .....                     Mədəniyyət Nazirliyində rəis müavini, sosial ev, daha nələr: 72 minlik dələduzluq etdi, həbs olunmadı .....                     General Kənan Aşurlunun rəhbərlik etdiyi qurumda pozuntular .....                     “Kreml bunu “qırmızı xəttə yaxınlaşma” kimi qəbul edir” .....                     Azərbaycanda meyvə bazarında "QİYMƏT TERRORU" .....                     Terrorçuluğa qarşı qanunları pozan şirkət onminlərlə manat cərimələndi .....                     Ayda 925 manata kim ev ala bilər? .....                     İLGİNC RƏQƏM: Mart ayında İrana 5 minə yaxın azərbaycanlı gedib .....                     Gəncədə yeni təyinat: icra hakimiyyətində dəyişiklik .....                     Azərbaycan səhiyyəsi ÇALXALANIR .....                     Sarkisyanın qardaşı qızının elektrik stransiyası var imiş .....                     Azərbaycan və Latviya arasında əməkdaşlıq genişlənir .....                     Azərbaycan-Latviya münasibətləri davamlı olaraq genişlənəcək və inkişaf edəcəkdir .....                     Mədəniyyət Nazirliyi bahalı təlim xidmətləri satın alıb .....                     Muğanlı–İsmayıllı–Qəbələ yolu bir həftə bağlı olacaq .....                     İmişlidə Qarabağ Qazisini işdən çıxaran vəzifəli şəxs barəsində ŞOK İDDİA .....                     İrəvan Avropa İttifaqının yeni missiyası ilə bağlı açıqlama verdi .....                     Azərbaycanda 4 hotelin ulduz kateqoriyası ləğv edilib .....                     XİN-in idarə rəisi Bakıda kuryerin motosikletini vurdu, hədə-qorxu gəldi .....                     Mühüm gəlişmə: Saleh Məmmədov həbs edilir? .....                     Danışıqlara da, müharibəyə də hazırıq .....                     Evlərə "kupça" veriləcək: Əfv gəlir .....                     İrəvan AB-yə qoşulsa, ÜDM-nin 23%-ni itirəcək .....                     “Xalq Bank”ın idarə rəislərindən biri vəzifəsindən ayrılıb .....                     Azərbaycan insanı çox yemir, bahalı yeyir .....                     Abid Şərifovun nəvəsi Londondakı şirkətinin adını dəyişib .....                     Növbəti ABŞ-İran savaşı region üçün fəlakətə çevrilə bilər... .....                     TƏBİB-in yeni rəhbəri daha iki nəfəri .....                 

QHT-DƏN XƏBƏRSİZ ONUN QANUNUNU DƏYİŞMƏK OLAR?
Tarix: 7-07-2012, 13:40 | Çap et
QHT-DƏN XƏBƏRSİZ ONUN QANUNUNU DƏYİŞMƏK OLAR?

QANUNU QHT SÜZGƏCİNDƏN NECƏ KEÇİRMƏLİ

“Ancaq 2 qanunun ictimai müzakirəsində iştirak etmişəm və gördüm ki, vaxtımı boş yerə sərf etmişəm. Adətən mən bütün mesajlarımı KİV vasitəsi ilə ötürürəm. Bu ən səmərəli yoldur”. Qeyri Hökümət Təşkilatlarının (QHT) qanunların qəbulunda iştirakının vəziyyətinə münasibət bildirən Qadın Krizis Mərkəzinin rəhbəri Mətanət Əzizova belə deyir. Əzizova deyir ki, ümumiyyətlə ictimai müzakirələr formal xarakterli tədbirlərdir. “Bildirək ki, demokratik idarəetmədə istər qərarların qəbulunda istərsə, icrasında QHT-lərə xüsusi rol verilir. Bununla da idarəetmədə vətəndaş cəmiyyətinin iştirakı təmin edilir”,-deyə o bildirdi.

Avropa Şurası Nazirlər Kimitəsinin “Avropada qeyri-hökumət təşkilatlarının hüquqi statusu haqqında” tövsiyyəsndə göstərilir ki, bütün səviyyələrdə dövlət və kvazidövlət mexanizmləri dövlət siyasətinin məqsədləri ilə və dövlət siyasətinə dair qərarlarla bağlı dialoq və məsləhətləşmələrdə QHT-lərin ayrıseçkilik qoyulmadan səmərəli iştirakını təmin etməlidir. Belə iştirak cəmiyyətin fəaliyyəti ilə bağlı insanların fikir müxtəlifliyinin azad ifadəsini təmin etməlidir. Bu iştiraka və əməkdaşlığa rəsmi məlumatların müvafiq qaydada açıqlanmasını və ya əlçatan olmasını təmin etmək vasitəsilə şərait yaradılmalıdır.

Qeyd edək ki, Milli Məclisdə bəzi qanun layihələri, o cümlədən “İnformasiya əldə etmək haqqında” və “Kütləvi informasiya vasitələri haqqında” Qanunlara dəyişikliklər barədə layihələr QHT təmsilçilərinin də daxil olduğu işçi qruplar tərəfindən hazırlanıb. Bundan başqa, “Damazlıq heyvandarlıq haqqında”, “Arıçılıq haqqında”, “Atçılıq haqqında” qanun layihələri müvafiq profil üzrə QHT-lərin yaxından iştirakı ilə hazırlanıb. Ancaq QHT rəhbərləri bunu yetərli saymırlar. Onların sözlərinə görə, ümumiyyətlə 2005-ci ildən sonra bu ənənədən uzaqlaşılıb. Millət vəkili Fazil Mustafa deyir ki, Azərbaycanda cəmiyyətin hər hansı təbəqəsinin fikrini soruşmaq ənənəsi yoxdur: “Ölkədə olan problemlərin admnistrativ üsullarla həllinə üstünlük verilir. Ona görə də, nə QHT-lərin, nə də siyasi partiyaların fikirləri nəzərə alınmır”.

Mustafa hesab edir ki, əgər QHT-lərin rəyləri nəzərə alınsa, bir sıra mənfi hallar aradan qalxar: “İnanmıram ki, hansısa, ağlı başında olan QHT dəniz sahilinin hasarlanmasına, yollara bu qədər pul xərclənməsinə müsbət yanaşacaq. İçtimaiyyətin rəyi olsa bunlar baş verməz”.

Millət vəkili deyir ki, əgər belə bir ənənə başlasa, bunu müsbət qiymətləndirəcək. Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Çingiz Qənizadə isə bildirir ki, Milli Məclisdə QHT-lərin maraqları dairəsində olan qanunların qəbulu ilə əlaqədar QHT nümayəndələri komitə iclaslarına dəvət edilir və müzaklirələrdə aktiv iştirak edirlər: “Yeni qanun layihələrinin müzakirəsi, qanunlara əlavə və dəyişikliklərlə bağlı müzakirələrdə QHT təmsulçilərinin dəyərli təklifləri dinlənilir və müzakirə edilir. Belə hesab edirəm ki, QHT-lərlə əməkdaşlıq və dialoq daha geniş tərkibdə və davamlı olmalıdır. Bu əməkdaşlıq cəmiyyət və dövlət üçün çox önəmlidir”.

Həm deputat, həm QHT rəhbəri

Məlum olduğu kimi hal-hazırda bir neçə QHT rəhbəri, Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiyasının prezident Elxan Süleymanov, “Azərbaycan Dil Qurumu” İctimai Birliyinin sədri Sabir Rüstəmxanlı, “Lider Qadınlar” İctimai Birliyi sədri Məlahət İbrahimqızı, Vətəndaş Hüquqları Müdafiə Fondu rəhbəri Rəbiyyət Aslanova, Azərbaycan Hüquqşünaslar Konfederasiyası prezident Əli Hüseynli və başqaları eyni zamanda Milli Məclis deputatı olaraq qanun layihələrinin hazırlanmasında, müzakirəsində iştirak edirlər. Bu vəziyyəti QHT-lərin qanun yaradıcılığında iştirakı kimi qiymətləndirmək olarmı? Hüquqşünas Ələsgər Məmmədli bu barədə deyir: “ Təəssüf ki, bizdə bəzi deputatlar fərqinə varmadan QHT yaradırlar, onun rəhbəri kimi çıxış edirlər və dövlətin donor təşkilatından - konkret, Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasından maliyyə yardımı alırlar. Deputat bir siyasi fiqurdur və bir dövlət qurumunun üzvüdür. O, həm də qeyri-hökumət təşkilatında necə ola bilər? Həm hakimiyyətin bir qolunda təmsil olunmaq, həm də qeyri-hakimiyyət sektorunda iştirak bir-biri ilə təzad təşkil edir. Yaxud, deputat ola-ola dövlətin qeyri-hökumət təşkilatları üçün ayırdığı büdcədən necə vəsait almaq olar? Bəlkə də o deputatlar ölkədən kənar donorlardan maliyyə vəsaiti cəlb edə bilsələr, bunu qəbul etmək olar. Bundan başqa, bu cür fəaliyyət bir növ korrupsiya halıdır. Deputat donor təşkilatını təhdid edə bilər ki, mənim təşkilatıma pul ayırmasan, sənin fəaliyyətini parlamentdə çıxışımda tənqid edəcəm. Ona görə də bu məsələnin ciddiyə alınmasına ehtiyac var. Adam iki sahədən birini seçməlidir, ya deputatlıq, ya da QHT rəhbəri”.

Qənizadə isə hesab edir ki, QHT rəhbərinin parlamentdə təmsil olunması olduqca önəmlidir: “Biz parlamentdə QHT sektoru ilə dövlət arasında bir növ körpü rolunu oynayırıq. Eyni zamanda QHT-lərin mövqeyini müdafiə edirik. Misal üçün, Azərbaycan Respublikasının 2012-ci il üçün Dövlət Büdcəsi müzakirə edilərkən millət vəkili Azay Quliyev və mənim təkidli və əsaslı çıxışlarımızdan sonra QHT-lərə Dövlət Dəstəyi Şurasına ayrılan maliyyə vəsaiti bir qədər artırıldı. Biz parlamentdə həm də ayrı-ayrı vətəndaşları qəbul edir, onların hüquqlarını qoruyur, müxtəlif problemlərin həllində onlara köməklik göstəririk. QHT rəhbəri və həm də deputat olmaq nə qədər çətin olsa da, belə hesab edirəm ki, bu iki iş bir-birinə mane ola bilməz”.

Xatırladaq ki, Çingiz Qənizadə eyni zamanda Demokratiya və İnsan Hüquqları Komitəsinin sədridir.

Millət vəkili Fazul Mustafa da deputatın həm də QHT rəhbəri olmasını müsbət qiymətləndirməsə də, paralel vəzifə bölüşən vəziyyətlərdən təhlükəsiz olduğunu deyir.

QHT-dən xəbərsiz onun qanunu dəyişmək olar?

Avropa Şurasının yuxarıda qeyd olunan tövsiyyəsində göstərilir ki, QHT-lərin statusuna, maliyyələşdirilməsinə və ya fəaliyyət sahəsinə aidiyyatı olan əsas və yardımçı qanunvericiliyin hazırlanması zamanı QHT-lərlə məsləhətləşmələr aparılmalıdır. Ancaq, Azərbaycanda bunun əksi olan təcrübə var. Belə ki, 2009-cu ildə QHT sektoru ilə məsləhətləşmədən, “Qeyri-hökümət təşkilatları (ictimai birliklər və fondlar)” haqqında qanuna dəyişikləri nəzərdə tutan qanun layihəsi Milli Məclisə təqdim olundu. Sözügedən layihədə üç müddəa daha ciddi narazılığa səbəb olub. Belə ki, layihədə QHT-lərin maliyyyələşməsinin 50/50-yə prinsipilə aparılması irəli sürülürdü. Yəni qrant layihələrinə ayrılan vəsaitin yalnız yarısı xarici donorlar vasitəsilə maliyyələşə bilər. Yerdə qalan hissə isə hökmən daxildən maliyyələşməlidir. Başqa bir tərəfdən, ölkə üzrə fəaliyyət göstərən QHT-lərin bölgələrin ən azı üçdə birində fəaliyyəti olmalıdır. Üçüncü müddəaya görə isə, fəaliyyəti qadağan edilən QHT təsisçisi 5 il müddətinə yenidən ictimai təşkilat yaratmaq hüququndan məhrum edilir. Ancaq, söügedən qanun layihəsi QHT sektorunun təpkisi ilə gündəlikdən çıxarıldı. Həmin vaxt layihənin keçməməsi üçün fəallıq göstərən, iqtisadçı-ekspert Qubad İbadoğlu təsdiq edir ki, qanun layihəsi barədə yalnız Milli Məclisə təqdim edildikdən sonra xəbər tuttular.

İbadoğlu xatırladır ki, sonradan QHT-lərlə sözügedən qanuna dəyişiklər barədə müzakirələr aparıldı: “Ancaq, bu gecikmiş addım idi. Layihə qanunvercilik təşəbbüsü qaydasında Milli Məclisə təqdim olunmadan qabaq müzakirə aparılmalı idi”.

“Hüquq və İnkişaf” İctimai Birliyinin rəhbəri Hafiz Həsənov da xatırladır ki, QHT-lərin qanun qəbulunda iştirakına dair qayda nəzərdə tutan hər hansı birbaşa müddəa yoxdur: “Yalnız ayrı-ayrı qanunlarda ümumi qanunvericilik prosesində QHT -lərin iştirakını nəzərdə tutan normalar təsbit olunub. Məsələn, QHT-lər haqqında QHT-lərin qanunvericiliyin təkmilləşdirilməsi təklifləri ilə çıxış etmək hüququ nəzərdə tutulub. Bu normalar QHT-lərin həm də QHT qanunvericiliyində iştirakına imkan yaradır”.

Həsənov vurğulayır ki, bu normalar QHT qanunvericiliyinin dəyişdirilməsində QHT-lərin mütəq iştirak etməsini nəzərdə tutmur və bu barədə praktika da formalaşmayıb.

İştirak mexanizmi necə olmalıdır

İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov deyir ki, qanun qəbulunda QHT-lərin iştirakı ilə bağlı müəkkəmməl mexanizmlərdən biri, ABŞ örnəyidir. Onun sözlərinə görə, bu proses 2 istiqamət üzrə həyata keçirilir: “Birincisi, büdcə və digər maliyyə işləri ilə bağlı qərarlarda mütləq QHT-lər iştirak edir. Bu məcburi qaydadır”.

Bayramov deyir ki, ikinci yol, ABŞ-da bir adət kimi formalaşıb: “Belə ki, qanun layihələri adətən Konqresə gəlmədən öncə, QHT-lərdən rəy və təkliflər alınır. Məsələn, Obamanın təklif etdiyi, “İcbari Sığorta” haqqında qanun qəbul olunmadan öncə 5 QHT-nin rəyi nəzərə alındı”.

QHT-lərin ictimai rolu

QHT- lərin oynadığı rol, daşıdığı funksiya əsasən ictimai xarakter daşıyır. Üzvlərin aktivliyindən və siyasi sistemdən asılı olaraq QHT-lər cəmiyyətin həyatında özəl sektorun və dövlətin icra etmədiyi və ya edə bilmədiyi bir çox funksiyaları yerinə yetirir. Bu funksiyaları aşağıdakı kimi xarakterizə etmək olar:

QHT-lər cəmiyyətdə, siyasi sistemdə alternativ strukturlar yaradır. Beləliklə, QHT-lər cəmiyyətdə əhəmiyyətli məsələlər barədə müzakirələrin artmasına, insanların öz bacarıqlarından daha səmərəli istifadə etməsinə, təşəbbüskarlığın artmasına, bütövlükdə demokratiya və plüralizmin inkişafına səbəb olan platforma rolunu oynayırlar;

QHT-lər özündə sosial institutların optimal fəaliyyətini ifadə edir. İctimai-siyasi və iqtisadi plüralizmin olduğu ölkələrdə QHT-lər dövlətin sosial siyasətində çatışmazlıqların tamamlayıcısı kimi çıxış edirlər. Belə hallarda dövlət orqanları QHT-lərlə əməkdaşlığa can atır, bəzi dövlətlərdə isə bu məqsədlə xüsusi dövlət orqanları yaradılır. Məsələn, 1983-cü ildə Fransada yaradılmış Milli Şura QHT-lər və dövlət arasında məşvərətçi rolunu oynayır. Bu orqan QHT-lərin inkişafı ilə bağlı məsələlərlə hökümətə təklif vermək hüququna malikdir;

QHT-lər öz fəaliyyəti ilə kifayət qədər inkişaf etməmiş dövlət orqanlarının fəaliyyətindəki çatışmazlıqları aradan qaldırır;

Bəkir Nərimanoğlu

“Bu yazı “Demokratiyanı Öyrənmə” İB tərəfindən Avropa Birliyinin dəstəyilə həyata keçirilən Vətəndaş Cəmiyyəti Layihəsi çərçivəsində elan olunmuş müsabiqəyə təqdim edilir”










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Vüsal Xanlarovun rəhbəri olduğu qurumda pozuntular: - 400 ədəd arabaya 135 mindən artıq vəsait xərcləndi
Bu gün, 18:02
Bu gün BMT canlı meyitdir - Natiq Miri
Bu gün, 17:55
Son 3 ayda 144 min əcnəbi quru yolla Azərbaycana daxil olub – Rəsmi
Bu gün, 17:49
Deputat oğlunun “Crystal Group”u dövlət büdcəsini necə "idarə edir"? - İmtiyazlı podratçı...
Bu gün, 17:42
Azay Quliyev də İŞLƏRİ DÜZ APARMAYIB... - DETALLAR
Bu gün, 17:31
Ermənilərin Xocalıdakı cinayətlərinə etirazını bildirən rusiyalı yazıçı Yuri Pompeyev vəfat edib
Bu gün, 17:28
Şuşa rayon Mərkəzi Xəstəxanasının tikintisində sovrulan milyonlar... - Qarabağın bərpasına da HARAM QATIBLAR
Bu gün, 17:24
Dövlət Statistika Komitəsinin anbarında 4.7 milyon manatlıq istifadəsiz planşet aşkarlandı - DÖVLƏTİ SANKİ QARƏT EDİBLƏR...
Bu gün, 17:23
Siraqəddin Cabbarov onu işdən çıxardı - ƏMR
Bu gün, 17:20
Dövlət Agentliyi "Kontakt Home"da qanun pozuntuları aşkarlayıb - DETALLAR
Bu gün, 17:11
Gənclər və İdman Nazirliyində 32 milyonluq yoxlama - Kimlərə artıq pullar ödənilib?
Bu gün, 17:10
Böyük Britaniya şirkətinin Azərbaycandakı filialı bağlanır
Bu gün, 17:06
“İdmançılara lazımi maddi və mənəvi dəstək verilmir” -Tofiq Musayev
Bu gün, 17:04
Mədəniyyət Nazirliyində rəis müavini, sosial ev, daha nələr: 72 minlik dələduzluq etdi, həbs olunmadı - TƏFƏRRÜAT
Bu gün, 16:55
General Kənan Aşurlunun rəhbərlik etdiyi qurumda pozuntular - DETALLAR
Bu gün, 16:50
“Kreml bunu “qırmızı xəttə yaxınlaşma” kimi qəbul edir” – İlginc açıqlamalar
Bu gün, 16:48
Azərbaycanda meyvə bazarında "QİYMƏT TERRORU" - Ekspertdən xəbərdarlıq
Bu gün, 16:43
Terrorçuluğa qarşı qanunları pozan şirkət onminlərlə manat cərimələndi - TƏFƏRRÜAT
Bu gün, 16:42
Ayda 925 manata kim ev ala bilər? - ŞƏRH
Bu gün, 16:38
İLGİNC RƏQƏM: Mart ayında İrana 5 minə yaxın azərbaycanlı gedib - SAVAŞ GEDƏ-GEDƏ...
Bu gün, 16:31
Gəncədə yeni təyinat: icra hakimiyyətində dəyişiklik - ƏMR
Bu gün, 16:29
Azərbaycan səhiyyəsi ÇALXALANIR – Bir gündə 4 səs-küylü İSTEFA
Bu gün, 16:27
Sarkisyanın qardaşı qızının elektrik stransiyası var imiş
Bu gün, 16:24
Azərbaycan və Latviya arasında əməkdaşlıq genişlənir - MƏQALƏ
Bu gün, 16:21
Azərbaycan-Latviya münasibətləri davamlı olaraq genişlənəcək və inkişaf edəcəkdir - İsrafil Kərimovun yazısı
Bu gün, 16:19
Mədəniyyət Nazirliyi bahalı təlim xidmətləri satın alıb
Bu gün, 16:06
Muğanlı–İsmayıllı–Qəbələ yolu bir həftə bağlı olacaq - DİQQƏT
Bu gün, 16:05
İmişlidə Qarabağ Qazisini işdən çıxaran vəzifəli şəxs barəsində ŞOK İDDİA - Görün, kimin qardaşıdır...
Bu gün, 16:03
İrəvan Avropa İttifaqının yeni missiyası ilə bağlı açıqlama verdi
Bu gün, 15:34
Azərbaycanda 4 hotelin ulduz kateqoriyası ləğv edilib
Bu gün, 15:27
XİN-in idarə rəisi Bakıda kuryerin motosikletini vurdu, hədə-qorxu gəldi - VİDEO
Bu gün, 15:26
Mühüm gəlişmə: Saleh Məmmədov həbs edilir? – Heyrət doğuran FAKTLAR YAYILDI
Bu gün, 15:17
Danışıqlara da, müharibəyə də hazırıq - İrəvani
Bu gün, 15:14
Evlərə "kupça" veriləcək: Əfv gəlir - AKTUAL
Bu gün, 15:13
İrəvan AB-yə qoşulsa, ÜDM-nin 23%-ni itirəcək - Şevtsov
Bu gün, 15:11
“Xalq Bank”ın idarə rəislərindən biri vəzifəsindən ayrılıb - BUNDAN SONRA...
Bu gün, 15:08
Azərbaycan insanı çox yemir, bahalı yeyir - EKSPERTDƏN İZAH
Bu gün, 15:05
Abid Şərifovun nəvəsi Londondakı şirkətinin adını dəyişib - DETALLAR
Bu gün, 15:01
Növbəti ABŞ-İran savaşı region üçün fəlakətə çevrilə bilər... - İNCƏLƏMƏ
Bu gün, 14:59
TƏBİB-in yeni rəhbəri daha iki nəfəri işdən çıxardı
Bu gün, 14:55
Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin yeni saytı təqdim olundu – FOTO
Bu gün, 14:52
Dostunu boğazından bıçaqlayana AĞIR CƏZA tələbi
Bu gün, 14:49
Bakı Dövlət Sirkinin yerinə bina tikilir? – RƏSMİ AÇIQLAMA
Bu gün, 14:47
Daha bir direktor işdən çıxarıldı - AÇIQLAMA
Bu gün, 14:44
Avropa İttifaqı Ermənistana girir - Cənubi Qafqazda gizli mübarizə başlayır
Bu gün, 14:07
Bu komitənin əmlakı müqaviləsiz icarəyə götürülübmüş
Bu gün, 14:02
“Simonyan Türkiyəni şantaj edir”
Bu gün, 13:07
"Çəkilmə araq qoxusu var" - Paşinyanın məktəbdə dedikləri diqqət çəkdi
Bu gün, 13:04
Melonidən Solovyov barədə: - Bu karikaturaya görə yolumuzu dəyişməyəcəyik
Bu gün, 13:02
Könül Ələkbərov vəzifəsindən azad edildi - ÖZÜ TƏSDİQLƏDİ
Bu gün, 12:59
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru