AYA 10 MİN MANAT MAAŞ ALAN İDARƏ RƏİSİ... .....                     "Məleykə xanımın repetitorlarla bağlı fikri ilə razılaşmıram” .....                     Rusiya-Ermənistan seçki savaşı böyüyür, təhlükələr də var .....                     Zelenskinin qəfil və sirli səfəri: Bakı hansı mesajı verir? .....                     Azərbaycanda “WhatsApp”la bağlı yeni problem .....                     Azərbaycan Ukrayna təcrübəsindən yararlanmalıdır .....                     Paşinyan seçilsə, Kreml nə edəcək? .....                     İmtahanda DİM monopoliyası: 1-ci sinifdən başlayan stress .....                     Erməni xalqı ya müharibəni, ya da sülhü, inkişafı seçməlidir .....                     "Su İdmanı Sarayı" dövlətə BORCLANDI .....                     Rusiya Ukrayna üzrə danışıqlar üçün Səudiyyə Ərəbistanına müraciət edə bilər .....                     Azərbaycan üçün yeni uşaqpulu modeli: Ayda 100 manat… .....                     "Hesablama Palatasına keyfiyyətli iş gördüyü üçün təşəkkür düşür" .....                     Tanınmış müğənni qonşusundan gileyləndi .....                     Ukrayna ordusunun bir dəri-bir sümük əsgərləri .....                     Qaxın daha bir OLİQARXI: Dövləti rəsmən qarət edib... .....                     Hamlet İsaxanlı siyasətə yaman meyillənir... .....                     Eşqi Bağırovun üsyanı... .....                     Fermerlərə çatası milyonları KİM YEYİB Kİ... .....                     Ramiz Mehdiyevin oğurladıqlarını “milyoner nəvə”si BELƏ XƏRCLƏYİR .....                     Azərbaycan son savaşda sübuta yetirdi ki... .....                     Bakıdan qayıdan Zelenski indi də İrəvan yolunda... .....                     Səhiyyə büdcəsində MAAŞ 'ABORTU' .....                     Natəmiz mühitdə hansı sağlamlıq? .....                     "Bu artıq xidmət deyil..." .....                     Erməni general yenə Hindistandadır .....                     Rusiyada terror təhlükəsi riski artır .....                     “O müğənnilərin efirdə ailə və əxlaq dəyərlərindən danışıb, kiməsə dərs keçməyə ixtiyarları yoxdur...” .....                     Hövsan MİDA layihəsində şok vəziyyət: İtlər, həşəratlar və üfunət kabusu… .....                     "Zəng gəlsə, demə ki, bizə pul vermisən" .....                     “Məktəb” serialı Vado Korovin üçün sanki ailə təsərrüfatı olub... .....                     Ukrayna İsrailə etiraz notası təqdim edib .....                     İlqar Bayramlıdan yeni direktor təyinatı .....                     Məşhur aparıcıdan "ərə getmək" xəbərinə CAVAB .....                     Bakı görüşü Azərbaycan Çexiya münasibətlərində yeni imkanlar açır .....                     Ermənistanda panika: Əhaliyə çağırış edildi .....                     Tikintidə artan “qara bazar” .....                     Rus ordusu iki kəndi işğal etdi .....                     Bakıda güllələnən müəllim işdən çıxıb? .....                     "Qaçqınkom"un idarəsindən vergi borcu olan şirkətə 447 min manatlıq sifariş .....                 

Oksford məzunu Azərbaycan Universitetini bazara çevirib - Fərid Əhmədova Vergilər Nazirliyində “krışalıq” edən kimdir?
Tarix: 30-12-2015, 11:41 | Çap et
Oksford məzunu Azərbaycan Universitetini bazara çevirib
“Azərbaycan Universitetində açıq bazar prinsipləri hökm sürür. Yeni rektor gələndən bu təhsil ocağında tədrisdən, tələbələrə elm öyrətməkdən başqa bütün proseslər gedir”.

Bunu AFN.az-ın redaksiyasına məktub ünvanlayan, adının çəkilməsini istəməyən universitet işçisi bildirib. Məlum səbəblərdən adının gizlin qalmasını istəyən mənbə öz məktubunda olduqca ciddi faktları qeyd edib. Onun iddiasına inansaq, universitetin rektoru Fərid Əhmədovun xarici təhsilinin saxta olduğu deyə bilərik. Oksford Universitetində təhsil aldığı bildirilən rektor haqqında öz işçisi bunları yazır: “Fərid Əhmədovun mötəbər xarici universitetdə müasir dövrün tələblərinə uyğun təhsil almış bir gənc kimi sovet dövrunun partokrat rejimindən daha sərt qeyri-demokratik, inzibati-amirlik tədbirləri və maliyyə saxtakarlıqları nüməyiş etdirməsi bizi çox çaşdırdı. Və biz onun təhsil fəaliyyətini araşdırmağa başladıq. Bu zaman çox maraqlı faktlar meydana çıxdı. Oksford Universitetində təhsil alan həmyerlilərimizdən xahiş etdik ki, öz kodları vasitəsilə universitetin rəsmi saytına daxil olmaqda həm də, universitetin özündən məlumat almaqda bizə kömək etsinlər. Məlum oldu ki, Fərid Əhmədovun adı Oksford Universitetinin doktorantura pilləsinə daxil olan tələbələrin arasında var, lakin o, universiteti məzun olaraq bitirməyib. Onun Oksford Universitetində hər hansı bir müdafiə prosesini keçib fəlsəfə doktoru elmi dərəcəsinə layiq görülməsi və yaxud hər hansı bir diplom alması haqda heç bir məlumat yoxdur. Xaricdə doktorantura pilləsinə daxil olmaq üzrə qəbul imtahanı yoxdur. Çox vaxt məhşur təhsil ocaqları elmi araşdırmaları inkişaf etdirmək məqsədilə sərbəst tədqiqatçılara şərait yaradaraq doktorantura üzrə təhsil haqqı belə müəyyən etmirlər. Həmçinin, Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının məlumatları arasında Fərid Əhmədovun xaricdə aldığı hər hansı bir diplomun təsdiq olunması barədə məlumat yoxdur. Bildiyimiz kimi, xaricdə elmi araşdırma aparmaq və hər hansı bir elmi dərəcəni almaq ilk növbədə kifayət qədər hazırlıq, elmi təfəkkür və potensial tələb edir. Görünür, Fərid Əhmədovun bacarıq və bilikləri elmi araşdırmaların aparılması yönümündə deyil, fırıldaq əməliyyatlar üçün daha çox yarayır. Araşdırmamız nəticəsində o da məlum oldu ki, Azərbaycan Universitetinin təsisçisi “Synergy Group” tərəfindən Fərid Əhmədovdan Oksford Universitetindən aldığı diplom tələb olunduqda o, müxtəlif bəhanələr gətirərək bu günə qədər də xarici diplomunu təqdim etməyib”.

Vergilər Nazirliyinin yüksək vəzifəlisinin də adı hallanır

Redaksiyamıza daxil olan məktubda Vergilər Nazirliyinin yüksək vəzifəli şəxsi barədə də məqamlar özünə yer alıb. Bildirilir ki, Fərid Əhmədovun rektor vəzifəsinə təyin olunmasında böyük rolu olmuş, onun namizədliyini Universitetin təsisçilərinə tövsiyyə edən vergilər nazirin müşaviri Akif Musayev Fərid Əhmədovun xarici diplomunu xüsusi canfəşanlıqla tərifləyərək, öz namizədinin yararlılığını Universitetin təsisçiləri qarşısında “əsaslandırıb”: “Dövlət qulluğunda olmasına baxmayaraq Akif Musayev sahibkar kimi məhdud məsuliyyətli cəmiyyət olan universitetin 10% səhmlərinə sahibdir. Bildiyimiz kimi, bu, qanunvericiliklə qadağan edilib. Əvvəllər universitetin rektoru olmuş, indi isə universitetdə özünəməxsus “ailə podratı” yaradan Akif Musayevin heç bir pedaqoji təcrübəyə malik olmayan iki qızı, baldızı, çox saylı qohum-əqrəbası, həmyerliləri, dost-tanışları müxtəlif vəzifələr icra edirlər. Akif Musayev özünün təyin etmədiyi işçilərə qarşı xüsusi düşmənçiliklə yanaşır və Fərid Əhmədova onun maraqlarına uyğun gəlməyən şəxslərin qanunsuz işdən çıxarılmasını sifariş edir. Görünür, müvəqqəti rektor vəzifəsini icra edən Fərid Əhmədovdan sonra onun böyük planları var. İndi isə gələcəkdə rahat rektorluq etmək üçün hansısa yaxınına (böyük ehtimalla qızlarından birinə) şərait yaratmalı və Fərid Əhmədovun vasitəsilə təmizləmə işləri aparmalıdır”.
Mənbə bildirir ki, Fərid Əhmədovun rektor vəzifəsinə təyinatından sonra universitet maliyyə fırıldaqları, qanunsuz əməllər, intriqaların beşiyinə çevrilib: “Təsəvvür edin, dərs ilinin başlanmasından 2 aydan yuxarı vaxt keçmişdi, amma Fərid Əhmədovun işə cəlb etdiyi yararsız kadrlardan biri - tədris hissə müdiri Ədalət Əliyev bacarıqsızlığı və subyektiv maraqlarına gorə 2000-dən az tələbəsi olan bir universitetin dekanlıq və kafedralarına dərs yükünü göndərməmişdi. Məhz buna görə 15 sentyabr 2015-ci il tarixindən etibarən 2 ay ərzində müəllimlərin jurnallarda qeydiyyat apararaq keçdikləri dərsləri qeyri-qanuni hesab etmək olar. Fərid Əhmədov, Ədalət Əliyev öz əlaltıları ilə birgə bu məsələləri əvvəlki tarixlər yazılmış saxta sənədlərlə gizlətməyə çalışırlar. Lakin bütün müəllimlərin əmək müqaviləsi bildirişləri oktyabr ayının 27, 28, 29 tarixlərində elektron hökumət portalına daxil edildiyi üçün bunu aydın görmək olar. Universitetin bir çox müəllimlərinin əmək haqları 2 aydan yuxarı vaxt ərzində ödənilməyib. Bir sıra müəllimlərlə isə dərs ilinin başlamasından 3 aya yaxın vaxt keçmiş müddətdə əmək müqaviləsi bağlanmamışdı. Əvvəllər bir sıra mətbut orqanlarının məlumatlarında da qeyd edildiyi kimi, Fərid Əhmədovun yürütdüyü qeyri-qanuni əmək haqqı siyasəti və müəllimlərə, alimlərə müxtəlif formada təzyiqlər edərək əmək müqaviləsi əvəzinə mülki xidməti müqavilə bağlaması faktları universitet işçilərini sosial müdafiə tədbirlərindən məhrum etmək cəhdlərindən başqa bir şey deyil”.

Mənbəmizin verdiyi məlumatlara görə, Fərid Əhmədov ona yaxın olan müxtəlif şəxslər vasitəsilə təşkilatın daxilində xəbər yayır ki, onun hüquq-mühafizə orqanları və bir sıra dövlət orqanlarının işçiləri arasında qohumları və tanışları çoxdur. Buna görə də Fərid Əhmədovun istənilən qanunsuz əməllərinə görə ona heç nə etməyəcəklər və xoşuna gəlməyən adama öz tanışlarının əli ilə pislik edə bilər. Belə təhdidlər həmçinin rektorun qanunsuz olaraq əlavə təhsil haqqının ödənilməsi tələbinə qarşı çıxan tələbələr və onların valideynlərinə qarşı da səsləndirilib.

Obyektiv insanlara universitetdə yer yoxdur!

Mənbənin verdiyi başqa bir məlumata görə, Fərid Əhmədovun tapşırıqlarına əməl etməyib onun göndərdiyi saxta qanunsuz sənədləri imzalamaqdan imtina edən bir çox inzibati vəzifə tutan şəxslər artıq bu tədbirlərin qurbanı olub: “Fərid Əhmədovun özü ilə birgə universitetə gətirdiyi, tələbələr tərəfindən fənnin keyfiyyətsiz tədrisinə görə auditoriyadan faktiki olaraq qovulan savadsız tədris hissə müdiri Ədalət Əliyevin və rektorun digər əlaltılarının qanunsuz əməllərinə rəvac verildiyi halda digər işçilər sıxışdırılır, istənilən şər və böhtan atılır. Eləcə də, Fərid Əhmədov Azərbaycan Universitetinin Nizamnaməsinə və qanunverciliyə zidd qaydalarla yaradılan struktur bölmələrə və inzibati vəzifələrə öz mənfur planlarını yerinə yetirəcək möhtəkir şəxsləri təyin edir və onların qanunsuz fəaliyyətinə rəvac verir. Guya universitetin maliyyə sıxıntılarının olması, xərclərin azaldılması və optimallaşdırma tədbirləri bəhanəsi ilə Fərid Əhmədov müəllimlərin, bir sıra fəlsəfə doktoru, elmlər doktoru dərəcəsi və dossent, professor elmi adı olan alimlərin onsuz da cuzi səviyyədə müəyyən edilmiş əməkhaqqının daha da azaldılması və bəzi hallarda bir sıra görülən işlərə görə heç ödənilməməsi üçün hər vasitəyə əl atır. Lakin kluarlarda söylənənlərə görə, rektor Ədalət Əliyevi Universitetin tədris işləri üzrə prorektoru vəzifəsinə təyin edərək ona 5000 manat(!!!) əmək haqqı təyin etmək niyyətindədir.
Fakultə dekanlarından biri Ədalət Əliyevin və Fərid Əhmədovun qanunsuz əməllərinə qarşı çıxaraq, onun göndərdiyi saxta dərs yükünü təsdiq etməkdən imtina edib, bunun maliyyə fırıldağı olduğunu dedikdə Fərid Əhmədov ona problem yaradacağı və işdən çıxaracağı ilə hədələyib. Bu hadisədən çox az bir müddət keçdikdən sonra həmin dekan tez-tələsik təşkil olunmuş məqsədi naməlum olan komissiyanın əsassız saxta ittihamlarla dolu rəyi əsasında çox ağır bir maddə ilə işdən çıxarılıb. Aidiyyatı qurumların bu əməllərə göz yumması göstərir ki, Fərid Əhmədovun vəzifədə olan qohum-əqrabası və dost tanışlarının həqiqətən də bu işdə böyük rolu var”.

Universitetdə nalayiq söyüşlər...

F.Əhmədovun əlaltıları müxtəlif yollarla başqa işçiləri təhdid edirlər. Məsələn, fəkultə dekanı vəzifəsinə təyin ediləcəyi vədləri verilmiş və Fərid Əhmədova xüsusilə yaxın olan müəllimlərdən biri Ziya Şimiyevin dərs zamanı auditoriyada olmaması və onun dərsinin dəfələrlə boş keçməsi haqda dekan tərəfindən rektora və tədris hissə müdiri Ədalət Əliyevə məlumat verilsə də o, öz əməllərinə davam edib. Belə ki, Ziya Şimiyev dərs zamanı dərs keçmək əvəzinə saatlarla rektorun otağında çay içib ləbləbi yeməklə məşğul olur. Ziya Şimiyev açıq-aşkar şəkildə xuliqanlıq etmiş, dəfələrlə fakultə dekanının otağina girərək onu təhdid edib, “Sənə rektorun adından deyirəm, dur burdan ............! Bura mənim vəzifəmdir!” deyərək onu nalayiq şöyüşlərlə təhqir edib. Belə hərəkətlər barədə həmin dekan rektorun adına 7 dəfə təqdimat yazsa da, rektor heç bir reaksiya vermir, ona sərf etməyən müraciət, ərizə və təqdimatları heç qeydiyyata da almayaraq cırıb tullayır.
Bütün bu deyilənlər Azərbaycan Universitetinin ümumiyyətlə bir elm, təhsil və tərbiyə ocağı olmasına şübhələr yaradır. Bundan sonra istənilən gəncin və ya onun valideynlərinin öz övladlarının bu universitetdə təhsil alaraq ixtisaslı kadr olacağına, elm, bilik, savada yiyələnəcəyinə ümid etməsinə inanmaq çox çətindir. Halbuki Azərbaycan Universitetinin əvvəlki illərdə yertişdirdiyi kadrlar fərqli sahələrdə yüksək naliyyətlər əldə edib və cəmiyyətdə layiqli mövqe tutublar.
Jurnalist araşdirmamızda qeyd olunan faktlara dair məlumatları daha detallı şəkildə təhlil edərək Azərbaycan Universitetində baş verənlərlə bağlı əlavə məlumatları da növbəti saylarımızda oxucularımızın diqqətinə çatdıracağıq. Ardı var.

P.S. Qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq.

P.P.S AFN.az özəl araşdırması nəticəsində aşkarlayıb ki, şikayət məktubunda işdən çıxarıldığı bildirilən dekan İqtisadiyyat və idarəetmə fakültəsinin dekanı Akif Əlizadə olub. Qeyd edək ki, A.Əlizadə universitetdə təhsil alan tələbələr və universitetin işçi heyəti arasında olduqca böyük hörmətə sahib olan şəxsdir. Hazırda universitetdə işləyən insanların böyük əksəriyyəti bezgin durumdadır və ərizələrini yazmağa hazırlaşırlar.
Bundan əlavə, o da məlum olub ki, məhz F.Əhmədov gəldikdən sonra tələbələrdən qeyri-qanuni ödənişlər tələb edilir. Məsələn, kəsir səbəbilə dövlət imtahanına buraxılmayan, kəsirlərini ödəmək üçün əlavə dərslərə cəlb edilən tələbələrdən dövlət imtahanına buraxılmaları üçün 750-800 manat tələb edilir. Üstəlik, bu, kəsirlərin pulundan əlavə olaraq istənilir. Tələbələrə isə bildirilir ki, bu vəsait Nazirlər Kabinetinin yeni qaydalarına əsasən ödənilməlidir. Maraqlı burasıdır ki, tələbələr və valideynlər universitet yetkililərindən NK-nın sözügedən qərarının özünü, yaxud tarixini, nömrəsini soruşsalar da, onlara bu barədə heç bir məlumat verilməyib. Həmçinin, valideynlər onu da öyrəniblər ki, əvvəlki illərdə bu cür ödəniş tələb olunmayıb.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
AYA 10 MİN MANAT MAAŞ ALAN İDARƏ RƏİSİ... - Orxan İmanlının bibisi oğlundan narazılıq artıb
Bu gün, 07:19
"Məleykə xanımın repetitorlarla bağlı fikri ilə razılaşmıram” - DİM sədrinə ETİRAZ
Bu gün, 07:15
Rusiya-Ermənistan seçki savaşı böyüyür, təhlükələr də var - İNCƏLƏMƏ
Bu gün, 07:10
Zelenskinin qəfil və sirli səfəri: Bakı hansı mesajı verir? - NƏ BAŞ VERİR?
Bu gün, 07:07
Azərbaycanda “WhatsApp”la bağlı yeni problem – Həlli AÇIQLANDI
Bu gün, 07:05
Azərbaycan Ukrayna təcrübəsindən yararlanmalıdır - ÇAĞIRIŞ
Bu gün, 07:04
Paşinyan seçilsə, Kreml nə edəcək? - Silayev
Bu gün, 07:02
İmtahanda DİM monopoliyası: 1-ci sinifdən başlayan stress - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 07:00
Erməni xalqı ya müharibəni, ya da sülhü, inkişafı seçməlidir - Natiq Miri ŞƏRH EDİR
Bu gün, 06:58
"Su İdmanı Sarayı" dövlətə BORCLANDI - Böyük miqdarda
Bu gün, 06:56
Rusiya Ukrayna üzrə danışıqlar üçün Səudiyyə Ərəbistanına müraciət edə bilər - “İzvestiya” qəzeti
Bu gün, 06:51
Azərbaycan üçün yeni uşaqpulu modeli: Ayda 100 manat… - DETALLAR
Bu gün, 06:49
"Hesablama Palatasına keyfiyyətli iş gördüyü üçün təşəkkür düşür" - partiya sədri
Bu gün, 06:33
Tanınmış müğənni qonşusundan gileyləndi - "...şübhə edir"
Bu gün, 06:27
Ukrayna ordusunun bir dəri-bir sümük əsgərləri - ŞOK FAKTLAR AÇIQLANDI
Bu gün, 06:17
Qaxın daha bir OLİQARXI: Dövləti rəsmən qarət edib... - Bir araşdıran olsa...
Bu gün, 06:13
Hamlet İsaxanlı siyasətə yaman meyillənir... - keçmiş deputatdan ATMACA
Bu gün, 05:58
Eşqi Bağırovun üsyanı... SƏMƏRƏ VERƏCƏKMİ?
Bu gün, 05:52
Fermerlərə çatası milyonları KİM YEYİB Kİ... - HESABI BELƏ SORUŞULMUR...
Bu gün, 05:47
Ramiz Mehdiyevin oğurladıqlarını “milyoner nəvə”si BELƏ XƏRCLƏYİR - İLGİNC FAKTLAR
Bu gün, 05:40
Azərbaycan son savaşda sübuta yetirdi ki... - ARAŞDIRMA
Bu gün, 01:16
Bakıdan qayıdan Zelenski indi də İrəvan yolunda... - GƏLİŞMƏ
Bu gün, 01:10
Səhiyyə büdcəsində MAAŞ 'ABORTU' - BU NƏDİ BELƏ?
Bu gün, 01:01
Natəmiz mühitdə hansı sağlamlıq? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 00:54
"Bu artıq xidmət deyil..." - ETİRAZ VAR!
Bu gün, 00:46
Erməni general yenə Hindistandadır
Dünən, 22:15
Rusiyada terror təhlükəsi riski artır - Putin
Dünən, 22:13
“O müğənnilərin efirdə ailə və əxlaq dəyərlərindən danışıb, kiməsə dərs keçməyə ixtiyarları yoxdur...” - REAKSİYA
Dünən, 17:34
Hövsan MİDA layihəsində şok vəziyyət: İtlər, həşəratlar və üfunət kabusu… - NARAZILIQ VAR...
Dünən, 17:32
"Zəng gəlsə, demə ki, bizə pul vermisən" - Avropada iş adı ilə 171 nəfəri aldadanların MƏHKƏMƏSİ
Dünən, 17:12
“Məktəb” serialı Vado Korovin üçün sanki ailə təsərrüfatı olub... - GÖRÜNƏNİ BUDUR...
Dünən, 17:06
Ukrayna İsrailə etiraz notası təqdim edib
Dünən, 17:02
İlqar Bayramlıdan yeni direktor təyinatı - ƏMR
Dünən, 16:42
Məşhur aparıcıdan "ərə getmək" xəbərinə CAVAB - "Hüseynova bacıları məharətini göstərəcək"
Dünən, 16:38
Bakı görüşü Azərbaycan Çexiya münasibətlərində yeni imkanlar açır - MƏQALƏ
Dünən, 16:31
Ermənistanda panika: Əhaliyə çağırış edildi
Dünən, 16:00
Tikintidə artan “qara bazar” - Milyonluq CƏRİMƏLƏR və…
Dünən, 15:57
Rus ordusu iki kəndi işğal etdi
Dünən, 15:55
Bakıda güllələnən müəllim işdən çıxıb? - “İdrak” Liseyindən açıqlama
Dünən, 15:24
"Qaçqınkom"un idarəsindən vergi borcu olan şirkətə 447 min manatlıq sifariş - TƏFƏRRÜAT
Dünən, 15:22
DİM sədri ilə Mikayıl Cabbarov üz-üzə... - Xarici dil buraxılış imtahanında olmamalı idi?
Dünən, 15:18
Təltif olunanların sırasında “Veysəloğlu Distribusiya”nın rəhbəri də var... - FOTO
Dünən, 15:00
Energetika Nazirliyinin press-reliz tenderi ləğv edildi: - Səbəb açıqlanmadı
Dünən, 14:57
Ermənistanda seçki savaşı qızışır: Revanşistlər geri qayıda bilərmi? - Bakıdan sərt mesaj
Dünən, 14:55
Daha bir tanınmış şəxs Türkiyədə dünyasını dəyişdi - FOTO
Dünən, 14:53
Keçmiş silahdaşı seçkilərdə Paşinyanı dəstəkləməkdən imtina etdi - KİV
Dünən, 14:39
Ölkənin ən iri pivə istehsalçısı “Carlsberg Azerbaijan”a yeni rəhbər gəlib - BUNDAN SONRA...
Dünən, 14:34
”Utanmır efirə çıxıb deyir hamiləyəm, bu, nə tərbiyəsizlikdir?” - VİDEO
Dünən, 14:30
Nazir oğlunu aldadana qarşı başqa ittihamlar var imiş - Bazar manipulyasiyası...
Dünən, 14:20
“Kapital Bank”ın əməkdaşı hərbçiyə hədə-qorxu gəlib? - REAKSİYA
Dünən, 14:15
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru