Dubinskidən Ukrayna ilə bağlı həyəcan təbili... .....                     Zohran Mamdani və Eric Adams nümunəsi göstərir ki... .....                     Vaqif Axundova ağır itki .....                     Azərbaycan–Çexiya münasibətləri inkişafdadır .....                     Avropa ölkələrinin Azərbaycana marağı artmaqdadır .....                     Güllük bələdiyyəsini küllüyə çevirdi, indi də Qumu DAĞIDIR... .....                     Azərbaycan Ordusu Ermənistanı qoruyacaq .....                     Ukrayna və İran müharibənin yeni reallığını ortaya çıxardı .....                     Tramp İranın Hörmüz boğazını açmaq planından narazıdır .....                     Təhsilimizin Eşqi Bağırov adlı problemi... .....                     Ferma müdiri yoxsa Xəstəxana direktoru .....                     Azərbaycanda mühüm vəzifə ləğv edilir? .....                     İranın XİN rəhbəri ilə heç vaxt danışmamışam .....                     "Zalım uşaqları sistemin təməlini düzgün qurublar..." .....                     "Azərbaycanda elə bir güc var ki, biz onlarla ittifaq qurmalıyıq." .....                     Dünyanın boğazında ilişib qalan HÖRMÜZ ARMUDU... .....                     İRİA-da nə baş verir? .....                     Günün fotosu SOCAR-dan... .....                     Şişirdilmiş... süni şəkildə böyüdülmüş... idarəolunmaz bir struktur... .....                     İranda iki aydır ki, internet yoxdur .....                     Başsız Binəqədi: “VİP Construction” rəsmən qoçuluq edir... .....                     Gəncədə başçının bu küçədən xəbəri varmı... .....                     Qapısı tez-tez döyülən Azərbaycan... .....                     Avropa liderləri niyə Azərbaycana üz tutur? .....                     “Yaddaşımı, danışıq tərzimi itirmişəm, bəla da bundadır” .....                     Ağdamda məktəb direktoru AT OYNADIR .....                     Vətəndaş saxtakarlarla ÜZ-ÜZƏ .....                     Çexiya Baş nazirinin Bakı səfəri sıradan diplomatik hadisə deyil .....                     "Effekt- İnşaat"ın binası təhlükə saçır .....                     "Bu cür yanaşma şagirdlərdə stres, imtahana qarşı qorxu yaradır" .....                     Rusiya Azərbaycanın müstəqil ölkə olduğunu dərk etməlidir .....                     Azərbaycanda pensiyaçılar niyə azalır? .....                     Ceyhun Cəlilov mətbuata da ƏNGƏL OLUR .....                     “Trampın özü təşkil etsəydi, sui-qəsdçi dərhal öldürülərdi .....                     AMEA-nın İnstitutundan vergi borcu olan "Tələt" Firması ilə razılaşma .....                     ABŞ İranın Ali Rəhbərinin sağ olduğuna inanır .....                     Əli Əsədov benzinin qiyməti ilə bağlı .....                     Karapetyanın partiyasının üzvləri saxlanıldı .....                     Çexiya Azərbaycana yeni hərbi təlim təyyarəsini təklif edib .....                     Naxçıvanda taksi narazılığı: Bu avtomobillərə qadağa qoyuldu .....                 

Hesablama Palatası Gədəbəyi narın-narın təftiş etməyindədir... - Ramiz Yediyarovun arzuolunmaz günləri...
Tarix: 22-10-2014, 12:42 | Çap et
Hesablama Palatası Gədəbəyi narın-narın təftiş etməyindədir...
Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Yediyarovun xeyir-duası ilə bu rayonda həyata keçirilən müxtəlif maxinasiyalar, çoxsaylı korrupsiya halları və digər məmur özbaşınalıqlarına dair redaksiyamıza yeni məlumatlar daxil olmaqdadır. İlk növbədə qeyd edək ki, aldığımız bu məlumatlardan biri qəzetimizin ötən sayında toxunduğumuz məqama aydınlıq gətirə bilməsi baxımından xüsusi maraq doğurur. Belə ki, mövzuya dair dərc etdiyimiz son materialda qeyd olunmuşdu ki, bir müddət bundan əvvəl Milli Qəhrəman İlham Əliyev adına 1 saylı Gədəbəy şəhər orta məktəbin yaxınlığında yeni bağçanın inşası üçün xüsusi ərazi ayrılmışdı. Hətta burada bağça binasının özülü də atılmış və müəyyən başqa işlər də görülmüşdü. Lakin az sonra tikinti işləri qəflətən dayandırıldı. Bu günə qədər də bağçanın inşası yarımçıq saxlanılıb. Ehtimallara görə bu ərazini də Ramiz Yediyarovun “gözü tutub”. Buna görə də nəzərdə tutulan bağçanın yerində bir müddət sonra yeni kommersiya obyektinin ucalacağı tamamilə gözləniləndir.Lakin yeni aldığımız məlumat inşaat işlərinin dayandırılması ilə bağlı bir qədər fərqli ehtimal doğurur. Məlumatda bildirilir ki, analoji vəziyyət hal-hazırda 2 saylı Qumlu kənd orta məktəbinin yaxınlığında inşa olunan digər bir uşaq bağçasının tikintisində də yaşanmaqdadır. Məsələ bundadır ki, bu uşaq bağçasının tikintisini təftiş etmək məqsədilə buraya gələn komissiyaya “inşaatçılar” tərəfindən heç bir sənəd təqdim olunmayıb. Məlum olub ki, tikintini aparacaq müəssisənin müəyyən edilməsi üçün də heç bir tender keçirilməyib. Başqa sözlə desək, rayon rəhbərliyi bağçanı özləri tikib, ayrılan pulları da özləri götürmək qərarına gəliblər. Buna görə də məlumatı təqdim edən mənbə eyni durumun 1 saylı Gədəbəy şəhər orta məktəbin yaxınlığında tikilən bağçada da mövcud olması ehtimalını irəli sürüb.Aldığımız digər bir məlumat da Ramiz Yediyarovun aqrar məsələlər üzrə müavini Rüstəm Nağıyevin yol verdiyi qanun pozuntuları barəsindədir. Həmin məlumatda ilk növbədə bildirilir ki, R.Nağıyev son vaxtlar rayonda fəaliyyət göstərən fermerlərə qarşı tətbiq etdiyi “haqq” yığımlarının yeni, natural formasına əl atıb. Belə ki, mənbənin sözlərinə görə fermerlərdən qoyun sürülərinə örüş sahələrində yer ayrılması məqsədilə indi də iki quzu rüşvət alınır. Lakin bu heç də o demək deyil ki, Rüstəm Nağıyevin Azərbaycan manatına olan rəğbəti azalıb. Məsələn, digər bir məlumatda aqrar məsələlər üzrə müavinin məhz milli valyuta ilə aldığı rüşvətdən bəhs olunur. Bu xüsusda bildirilir ki, bir müddət bundan əvvəl R.Nağıyev Rafiq Nağıyev adlı bir şəxsdən 7000 (yeddi min) manat məbləğində pul alıb. Bunun müqabilində isə Rafiq müəllim həmin şəxsə rayon baytarlıq idarəsinin müdiri vəzifəsini boyun olub. Lakin aradan bir müddət keçdikdən sonra məlum olub ki, bu iş düzələn deyil. Alınan pulu geri qaytarmaq isə Gədəbəy məmurlarına qətiyyən xas olmayan bir cəhətdir. Amma Rüstəm Nağıyev pulu qaytara bilməməsinin səbəbini də aydın şəkildə izah edir. Onun deməyinə görə həmin pul birbaşa Ramiz Yediyarova təhvil verilib. İndi isə bu məbləği başçıdan tələb etmək “yaxşı düşməz”.Yeni aldığımız məlumatlarda adı çəkilən daha bir məmur da Gədəbəy RİH başçısının Gədəbəy şəhəri üzrə nümayəndəsi Şahbaz Bayramovdur. Bu məmurun onu yenidən gündəmə gətirən əməli isə, şəhərin mərkəzi su anbarının ərazisindən müəyyən sahəni fərdi yaşayış evinin tikintisi üçün bir vətəndaşa satması olub. Mənbələr bu əməli icra nümayəndəsinin pula olan hərisliyi ilə bağlasalar da, bizim bu xüsusda fərqli mülahizəmiz də var. Məsələ bundadır ki, Şahbaz Bayramov bir müddət bundan əvvəl Gədəbəy rayon Sukanal idarəsinin rəisi vəzifəsində işləyib. Lakin aşkarlanmış mənimsəmə faktları səbəbindən “Azərsu” ASC-nin kollegiyasının qərarı ilə bu vəzifədən azad edilib. Ola bilsin ki, su anbarının ərazisinin satılması da Şahbaz müəllim tərəfindən həyata keçirilmiş bir “qisas aktıdır”...Əlbəttə ki, bu gün Gədəbəydən aldığımız məlumatlarda şəxsən Ramiz Yediyarov tərəfindən yol verilimiş hər hansı qanun pozuntusu barədə açıqlamalara rast gəlməsək, biz özümüz də çox təəccüblənərik. Amma hələ ki, buna heç bir əsas yoxdur. Hətta son aldığımız məlumatda icra başçısının öz əməllərinə Hesablama Palatısının rəhbərliyini də şərik etmək cəhdlərindən bəhs olunur. Məlum olduğu kimi hazırda Gədəbəy rayonunda Hesablama Palatasının əməkdaşlarından ibarət komissiya müvafiq yoxlamalar keçirir. Bu isə rayon məmurlarını son dərəcə narahat edən bir haldır. Buna görə də Ramiz Yediyarov öz ətrafını panikadan qurtarmaq üçün belə bir fəndə əl atıb. Başçı rayonda bəyan edib ki, komissiyanın Gədəbəyə gəlməsindən bir qədər əvvəl o, özü Hesablama Palatasına vasitəçilər göndərib. Bu vasitəçilər isə guya ki, HP-nın rəhbərliyi ilə müəyyən razılıq əldə edə biliblər. Buna görə də rayonda gedən yoxlamalar elə bir ciddi qanun pozuntuları “aşkar etməyəcək”. Maraqlıdır, görəsən bu yoxlamaların nəticələri məlum olandan sonra Ramiz Yediyarov hələ ki, ürək-dirək verdiyi məmurlarına nə cavab verəcək..?
\









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Dubinskidən Ukrayna ilə bağlı həyəcan təbili...
Bu gün, 09:01
Zohran Mamdani və Eric Adams nümunəsi göstərir ki... - siyasətdə kimlik yox, maraqlar həlledicidir
Bu gün, 08:35
Vaqif Axundova ağır itki
Bu gün, 08:33
Azərbaycan–Çexiya münasibətləri inkişafdadır - MƏQALƏ
Bu gün, 08:29
Avropa ölkələrinin Azərbaycana marağı artmaqdadır - İsrafil Kərimovun yazısı
Bu gün, 08:28
Güllük bələdiyyəsini küllüyə çevirdi, indi də Qumu DAĞIDIR... - MÜRACİƏT
Bu gün, 08:22
Azərbaycan Ordusu Ermənistanı qoruyacaq - İyundan SONRA...
Bu gün, 08:06
Ukrayna və İran müharibənin yeni reallığını ortaya çıxardı
Bu gün, 08:03
Tramp İranın Hörmüz boğazını açmaq planından narazıdır - “The New York Times“
Bu gün, 08:02
Təhsilimizin Eşqi Bağırov adlı problemi... - Görünəni odur ki...
Bu gün, 07:37
Ferma müdiri yoxsa Xəstəxana direktoru - İLGİNC FAKTLAR
Bu gün, 07:34
Azərbaycanda mühüm vəzifə ləğv edilir? – Yeni idarəetmə modeli gündəmdə
Bu gün, 07:23
İranın XİN rəhbəri ilə heç vaxt danışmamışam - ABŞ dövlət katibi
Bu gün, 07:21
"Zalım uşaqları sistemin təməlini düzgün qurublar..." - partiya sədri
Bu gün, 07:10
"Azərbaycanda elə bir güc var ki, biz onlarla ittifaq qurmalıyıq." – XV əsr İtalyan tarixçisi Paolo Giovio
Bu gün, 07:03
Dünyanın boğazında ilişib qalan HÖRMÜZ ARMUDU... - AKTUAL
Bu gün, 06:58
İRİA-da nə baş verir? - Kamran Ağayev vəzifəsindən istefa veribmi?
Bu gün, 06:51
Günün fotosu SOCAR-dan...
Bu gün, 06:35
Şişirdilmiş... süni şəkildə böyüdülmüş... idarəolunmaz bir struktur... - DƏLİXANADIR, VALLAH...
Bu gün, 06:20
İranda iki aydır ki, internet yoxdur – “NetBlocks”
Bu gün, 06:03
Başsız Binəqədi: “VİP Construction” rəsmən qoçuluq edir... - AXI NİYƏ?..
Bu gün, 06:00
Gəncədə başçının bu küçədən xəbəri varmı... - Sakinlər narahatdır
Bu gün, 05:45
Qapısı tez-tez döyülən Azərbaycan... - GƏLİŞMƏ
Bu gün, 05:40
Avropa liderləri niyə Azərbaycana üz tutur? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 05:38
“Yaddaşımı, danışıq tərzimi itirmişəm, bəla da bundadır” - 86 yaşlı rejissor
Bu gün, 05:35
Ağdamda məktəb direktoru AT OYNADIR - İTTİHAM VAR...
Bu gün, 05:32
Vətəndaş saxtakarlarla ÜZ-ÜZƏ - GİLEY
Bu gün, 05:27
Çexiya Baş nazirinin Bakı səfəri sıradan diplomatik hadisə deyil - İNCƏLƏMƏ
Bu gün, 05:19
"Effekt- İnşaat"ın binası təhlükə saçır - VİDEOFAKT
Bu gün, 05:17
"Bu cür yanaşma şagirdlərdə stres, imtahana qarşı qorxu yaradır" - Deputatdan DİM-in yeniliyinə REAKSİYA
Bu gün, 05:10
Rusiya Azərbaycanın müstəqil ölkə olduğunu dərk etməlidir - YOXSA...
Bu gün, 05:07
Azərbaycanda pensiyaçılar niyə azalır? - AKTUAL
Bu gün, 05:05
Ceyhun Cəlilov mətbuata da ƏNGƏL OLUR - NARAZILIQ VAR...
Bu gün, 05:03
“Trampın özü təşkil etsəydi, sui-qəsdçi dərhal öldürülərdi - Mehman Əliyev ŞƏRH EDİR
Bu gün, 04:57
AMEA-nın İnstitutundan vergi borcu olan "Tələt" Firması ilə razılaşma - TƏFƏRRÜAT
Bu gün, 04:54
ABŞ İranın Ali Rəhbərinin sağ olduğuna inanır - Rubio
Bu gün, 04:47
Əli Əsədov benzinin qiyməti ilə bağlı QƏRAR VERDİ
Dünən, 18:15
Karapetyanın partiyasının üzvləri saxlanıldı
Dünən, 17:27
Çexiya Azərbaycana yeni hərbi təlim təyyarəsini təklif edib
Dünən, 17:26
Naxçıvanda taksi narazılığı: Bu avtomobillərə qadağa qoyuldu – AYNA-dan CAVAB
Dünən, 17:20
İran bəyanat verdi: - Müharibə mürəkkəb mərhələyə keçir
Dünən, 17:18
Rusiya Avropa strukturlarının nümayəndələrinə qarşı sanksiyalar tətbiq edib
Dünən, 17:15
“İpək Yolu Sığorta” kiçilib, gəlirləri azalıb
Dünən, 17:13
Sankt-Peterburqda Putin və Əraqçi arasında görüş keçirilir
Dünən, 17:10
Çimərlikdəki qətlin məhkəməsi – ŞOK İFADƏLƏR
Dünən, 16:51
70 kq qızılla tutulan polkovnikə - Hökm oxundu
Dünən, 16:44
Paşinyanın sərhədlə bağlı açıqlamasına Bakıdan REAKSİYA: - “Mübahisəli ərazilər var...”
Dünən, 16:37
Deputatın qızlara pulsuz təhsil təklifinə REAKSİYA: - “Hansısa tələbənin təhsil haqqını özü ödəsin”
Dünən, 16:33
"Pünhan kişidir, rəftar fərqli olmalıdır"
Dünən, 16:30
Məzahir Pənahov yenidən MSK sədri seçilib
Dünən, 16:29
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru