Təhsilimizin Eşqi Bağırov adlı problemi... .....                     Ferma müdiri yoxsa Xəstəxana direktoru .....                     Azərbaycanda mühüm vəzifə ləğv edilir? .....                     İranın XİN rəhbəri ilə heç vaxt danışmamışam .....                     "Zalım uşaqları sistemin təməlini düzgün qurublar..." .....                     "Azərbaycanda elə bir güc var ki, biz onlarla ittifaq qurmalıyıq." .....                     Dünyanın boğazında ilişib qalan HÖRMÜZ ARMUDU... .....                     İRİA-da nə baş verir? .....                     Günün fotosu SOCAR-dan... .....                     Şişirdilmiş... süni şəkildə böyüdülmüş... idarəolunmaz bir struktur... .....                     İranda iki aydır ki, internet yoxdur .....                     Başsız Binəqədi: “VİP Construction” rəsmən qoçuluq edir... .....                     Gəncədə başçının bu küçədən xəbəri varmı... .....                     Qapısı tez-tez döyülən Azərbaycan... .....                     Avropa liderləri niyə Azərbaycana üz tutur? .....                     “Yaddaşımı, danışıq tərzimi itirmişəm, bəla da bundadır” .....                     Ağdamda məktəb direktoru AT OYNADIR .....                     Vətəndaş saxtakarlarla ÜZ-ÜZƏ .....                     Çexiya Baş nazirinin Bakı səfəri sıradan diplomatik hadisə deyil .....                     "Effekt- İnşaat"ın binası təhlükə saçır .....                     "Bu cür yanaşma şagirdlərdə stres, imtahana qarşı qorxu yaradır" .....                     Rusiya Azərbaycanın müstəqil ölkə olduğunu dərk etməlidir .....                     Azərbaycanda pensiyaçılar niyə azalır? .....                     Ceyhun Cəlilov mətbuata da ƏNGƏL OLUR .....                     “Trampın özü təşkil etsəydi, sui-qəsdçi dərhal öldürülərdi .....                     AMEA-nın İnstitutundan vergi borcu olan "Tələt" Firması ilə razılaşma .....                     ABŞ İranın Ali Rəhbərinin sağ olduğuna inanır .....                     Əli Əsədov benzinin qiyməti ilə bağlı .....                     Karapetyanın partiyasının üzvləri saxlanıldı .....                     Çexiya Azərbaycana yeni hərbi təlim təyyarəsini təklif edib .....                     Naxçıvanda taksi narazılığı: Bu avtomobillərə qadağa qoyuldu .....                     İran bəyanat verdi: .....                     Rusiya Avropa strukturlarının nümayəndələrinə qarşı sanksiyalar tətbiq edib .....                     “İpək Yolu Sığorta” kiçilib, gəlirləri azalıb .....                     Sankt-Peterburqda Putin və Əraqçi arasında görüş keçirilir .....                     Çimərlikdəki qətlin məhkəməsi .....                     70 kq qızılla tutulan polkovnikə .....                     Paşinyanın sərhədlə bağlı açıqlamasına Bakıdan REAKSİYA: .....                     Deputatın qızlara pulsuz təhsil təklifinə REAKSİYA: .....                     "Pünhan kişidir, rəftar fərqli olmalıdır" .....                 

Azərbaycandan Suriyada cihada gedənlərlə xüsusi-xidmət orqanları məşğul olur - "Azərbaycandan İŞİD-ə gedən də bilməzlikdən gedir"
Tarix: 17-09-2014, 16:42 | Çap et
Azərbaycandan Suriyada cihada gedənlərlə xüsusi-xidmət orqanları məşğul olur
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının AzadlıqRadiosuna müsahibəsi:

- Mübariz müəllim, Komitə rəhbəri kimi ölkədə dini durumu necə dəyərləndirirsiz? Ölkədə bu sahədə hansı problemlər var? Yaxın müddətdə hökumətə bu problemlərlə bağlı hansısa təklifləriniz olacaqmı?

- Azərbaycanda ictimai-siyasi sabitlik mövcuddur. Ölkəmizdə həyata keçirilən sosial-iqtisadi siyasət, maliyyə sabitliyi, iqtisadi sabitlik bütövlükdə mənəvi-psixoloji sabitlik yaradıb. Hesab edirəm ki, din sahəsində də sabitlik var. Əlbəttə, bununla yanaşı qeyd etmək yerinə düşər ki, bəzi xarici dairələrin təsiri ilə ölkəmizdə din sahəsinə müdaxilə etmək istəyən qruplar var. Ancaq bizim ölkəmizdə xalqımızın keçdiyi tarixi yol, dini-mənəvi dəyərlərimiz, prezident İlham Əliyevin uğurlu daxili və xarici siyasət ölkəmizin müxtəlif sahələrdə təhlükəsizliyini təmin edib. O cümlədən din vasitəsilə bizim ölkəmizə müdaxilə cəhdlərinin qarşısı alınıb və bundan sonra da alınacaq. Bizim xalqımız hansısa dini qrupların, qeyri-islami qrupların təsiri altına düşməyəcək.

- Dediniz ki, Azərbaycana hansısa xarici dairələrdən dini təsirlərə cəhdlər olub. Bilmək olarmı, hansı xarici dairələrdir, onların arxasında duran hansı qüvvələrdir?

- Mən xarici dairələr dedikdə xarici dövlətləri nəzərdə tutmuram. Azərbaycanın bütün ölkələrlə normal ikitərəfli münasibəti var, Ermənistan istisna olmaqla. Xarici dairələr dedikdə onları bir neçə qrupa bölə bilərik. Bir xarici dairə var ki, demokratiya pərdəsi altında müxtəlif ölkələrə təzyiq etmək istəyirlər. İkinci qrup dindən bir vasitə kimi istifadə etməklə müəyyən ərazilərə girməyə cəhd edirlər. Bu cür qrupları Yaxın Şərqdə müşahidə edirik. Dindən pərdə kimi istifadə edib terror əməliyyatları həyata keçirirlər. O qrupların bəzilərinin Qərbdəki mərkəzlərlə bağlı olduğu, geopolitik maraq naminə böyük dövlətlərin himayəsi altında fəaliyyət göstərdiyi aşkara çıxır. Əlbəttə, bu cür qruplar Azərbaycana da müdaxilə etmək, burda özünə yer tapmaq və ya Azərbaycan ərazilərindən başqa ölkəyə yol tapmaq niyyətindədirlər. Azərbaycanın müstəqilliyinin ilk illərində ölkəmizin sosial-iqtisadi çətinliklərindən istifadə edərək ərazimizə girib burada möhkəmlənməyə də cəhd ediblər. Amma Azərbaycan güclüdür. Ona görə də Azərbaycan hansısa xırda qrupların missionerlik mərkəzi və ya məkanı deyil.

- Amma konkret ad çəkmədiniz...

- Bu gün qeyri-islami qruplar, cərəyanlar hansıdır? Vəhhabilər deyirlər bunlara, nurçular, dəvətçilər, süleymançılar... Müxtəlif ad altında fəaliyyət göstərirlər. Onlar hamısı terrorçu deyil, maarifləndirmə aparanlar da var.

- Mübariz müəllim, yeri gəlmişkən, son zamanlar mətbuat nurçulardan çox yazır. Onların həbsindən, sıxışdırılmasından, işdən çıxarılmasından. Hətta yüksək çinli məmurların Elnur Aslanovun, Elşad İsgəndərovun adı çəkilir. Bu məsələyə aydınlıq gətirərdiz Komitə rəhbəri kimi.

- Elmi-nəzəri, siyasi mövzularda sizinlə istənilən qədər danışa bilərəm. Dedi-qodu xarakterli suallara cavab vermirəm.

- Yəni necə hesab edirsiz nurçular bu gün Azərbaycanda real təhlükə sayıla bilərmi?

- Azərbaycan üçün, müstəqilliyimiz üçün ciddi təhlükə törədəcək kənar və ya daxili qüvvə görmürəm.

- Son günlər sizin təşəbbüsünüzlə yas mərasimləri ilə bağlı müzakirələr açılıb. Kimi hesab edir ki, yaslarda doğrudan da israfçılıq var və dövlət də bu məsələni tənzimləməlidir, kimi də düşünür ki, bu özəl həyata müdaxilədir. Yəqin sizə də məlumatlar gəlir, yerlərdə bəzən yas mərasimlərinə sərt müdaxilələr olur, yas mərasimləri dağıdılır. Bu yöndə konkret qərarlar, rəsmi göstəriş ola bilərmi?

- Birincisi, mütəxəssislər deyir ki, bunun adını В«yasВ» yox, В«dəfn mərasimiВ» qoyaq. Mövqeyimiz budur ki, konsensus nəticəsində yeniliklər irəli sürək. Söhbət nədən gedir. В«QuranВ»da birbaşa göstəriş yoxdur ki, dəfndən sonra yemək olsun. O ki qaldı dəfnlə bağlı, o da aydın göstərilib. Həmin mərasim 3 gündən artıq çəkməməlidir, bununla bağlı hədis də var. Bu gün xalqın böyük əksəriyyəti dəfn mərasimlərinin sadələşdirilməsini istəyir, müzakirələr, mətbuatdakı yazılar da bunu göstərir. Biz də deyirik ki, yas mərasimləri 3 gündən artıq davam etməsin. Ən böyük borc dəfndə iştirak etmək, haqqını halal etməklə işini bitirməkdir. Bəzən cənazəyə qatılmayan adam yemək yeyir, В«başın sağ olsunВ» deyib gedir. Bu borc deyil. Bir insanı minlərlə adam tanıya bilər. O demək deyil ki, onların hamısı yüzlərlə kilometr məsafə qət edib mərasimə getməlidir. Siz qəzetdə, telefonla, sosial şəbəkədə başsağlığı verə bilərsiz. Ölkəmizdəki pravoslavları, katolikləri, yəhudiləri də buna çağırırıq.

- Konkretləşdirək. Deməli, gələn qonaqların sayında və vaxtla bağlı məhdudiyyət ola bilər? Dediniz 3 gündən artıq davam etməsin...

- Heç kim qonaqların sayına məhdudiyyət qoymur. Dəfn mərasimi qanunla tənzimlənmir. Əvvəllər qızları ərə verəndə В«başlıqВ» alınırdı, sonra bu öz-özünə aradan qalxdı. El mərasimləri qanunla tənzimləmir. Amma dəfn mərasimlərinin ikinci hissəsi qanunla tənzimlənəcək. Qəbiristanlıqlar, qəbir daşları, qəbirüstü abidələr, dəfnin icrası və s. bağlı qanun layihəsi var və inşallah Milli Məclisə təqdim ediləcək. Ancaq yas mərasimləri qanunla tənzimlənmir. Biz sadəcə tövsiyə veririk.

- Dediniz adətlər qanunla tənzimlənmir. Amma sizin çıxışınızdan sonra yerlərdə yas mərasimlərinə icra qurumlarının kobud müdaxiləsi halları oldu.

- Biz araşdırdıq. Məlum oldu ki, bəzən kimlərsə axundun, imamın tövsiyəsini qəbul edib, bəzən də qəbul etməyiblər. Kimsə çıxıb icra nümayəndəsinə deyib ki, sən kimsən, biz sənin tövsiyəni qəbul etmirik. Biz də tapşırmışıq ki, həmin adamlarla işiniz olmasın, toxunmayın. Zaman öz sözünü deyəcək. Burda kobud müdaxilədən yox, tövsiyədən söhbət gedir.

- Yeni qanun layihəsi haqda məlumat verərdiz.

- Payızda müzakirələr ediləcək layihədə dəqiq göstəriləcək: məzarlıq necə olmalıdır, dəfn hansı saatda keçirilmədir, qəbir daşı necə olmalıdır, onun ölçüləri necə olmalıdır... Yəni qəbiristanlığa yenilik gətirilmir. Qəbir daşları bir-birindən fərqlənməyəcək sadəcə. Biz qəbirüstü abidələri götürməyəcəyik, yəni indiyədək qoyulanlar qalacaq. Bir də, millət qarşısında xidmətləri olanların qəbirüstü abidələri qoyulmalıdır, bu normaldır. Bundan başqa, qanunda qəbir yerləri, vəfat edənlərə vəsait verilməsi də əksini tapacaq. Bizim başladığımız iş kampaniya deyil, məqsədyönlü siyasətdir. Yozurlar ki, hökumət adamların bir yerə yığışmasını istəmir. Avam-avam danışırlar. Nərimanov, Mirzə Cəlil sağ olsaydı, bunları ələ salardı... Kimsə bu məsələni süvari qılıncla həll etmək istəmir. Yas mərasimləri qadağan deyil, biz mərasim evlərinin saylının artmasını istəyirik, bələdiyyələrin mərasim evləri ola bilər.

- Və sonda... Azərbaycandan İŞİD-ə qoşulanlar haqda vaxtaşırı mətbuatda, sosial şəbəkələrdə məlumatlar gedir. Bunu araşdırırsızmı?

- Bizim xüsusi-xidmət orqanları bununla ciddi məşğul olurlar. Eyni zamanda, Komitənin yerli şöbələri bununla məşğuldur. Həmin şöbələr hüquq-mühafizə orqanı deyil təbii ki. Bizim silahımız sözdür. Biz hansısa gəncin bir qrupa qoşulub getməsi və s. haqda məlumat aldıqda profilaktik söhbətə üstünlük veririk. İzah edirik ki, Suriyada baş verənlər din söhbəti deyil, İŞİD din altında pərdələnmiş terrorçu qrupdur. Onun arxasında Qərbdəki bəzi mərkəzlər, geopolitik maraqlar, neft mafiyası, bəzən də dövlətlərin maraqları dayanır, İŞİD İslama zərbədir... Azərbaycandan İŞİD-ə gedən də bilməzlikdən gedir, müəyyən qrupların toruna düşüb və ya macəra axtarır. Saf ürəklə inanıb gedirsə o, bilsin ki, bu, din məsələsi deyil. Bizim idmançımız 23 saniyədə erməninin kürəyini yerə vurub əsgəri salamı verdi. Erməniyə bundan böyük ideoloji sillə vurmaq olmazdı. Bizim idmançı çox böyük hərəkət etdi. Mən çox ləzzət aldım bundan. Budur hərəkət. Yoxsa hansısa ölkədə geopolitik mübarizənin qurbanına çevrilirsənsə, sən dindən xəbərsizsən.

- İŞİD-ə qoşulmaq istəyənlərdən nə qədərini fikrindən daşındırmısız? Belə statistika var?

- Bununla xüsusi-xidmət orqanları ciddi, səmərəli məşğul olur. Bizdə o dediyiniz statistika var, amma bu, mətbuata açıqlamaq üçün deyil.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Təhsilimizin Eşqi Bağırov adlı problemi... - Görünəni odur ki...
Bu gün, 07:37
Ferma müdiri yoxsa Xəstəxana direktoru - İLGİNC FAKTLAR
Bu gün, 07:34
Azərbaycanda mühüm vəzifə ləğv edilir? – Yeni idarəetmə modeli gündəmdə
Bu gün, 07:23
İranın XİN rəhbəri ilə heç vaxt danışmamışam - ABŞ dövlət katibi
Bu gün, 07:21
"Zalım uşaqları sistemin təməlini düzgün qurublar..." - partiya sədri
Bu gün, 07:10
"Azərbaycanda elə bir güc var ki, biz onlarla ittifaq qurmalıyıq." – XV əsr İtalyan tarixçisi Paolo Giovio
Bu gün, 07:03
Dünyanın boğazında ilişib qalan HÖRMÜZ ARMUDU... - AKTUAL
Bu gün, 06:58
İRİA-da nə baş verir? - Kamran Ağayev vəzifəsindən istefa veribmi?
Bu gün, 06:51
Günün fotosu SOCAR-dan...
Bu gün, 06:35
Şişirdilmiş... süni şəkildə böyüdülmüş... idarəolunmaz bir struktur... - DƏLİXANADIR, VALLAH...
Bu gün, 06:20
İranda iki aydır ki, internet yoxdur – “NetBlocks”
Bu gün, 06:03
Başsız Binəqədi: “VİP Construction” rəsmən qoçuluq edir... - AXI NİYƏ?..
Bu gün, 06:00
Gəncədə başçının bu küçədən xəbəri varmı... - Sakinlər narahatdır
Bu gün, 05:45
Qapısı tez-tez döyülən Azərbaycan... - GƏLİŞMƏ
Bu gün, 05:40
Avropa liderləri niyə Azərbaycana üz tutur? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 05:38
“Yaddaşımı, danışıq tərzimi itirmişəm, bəla da bundadır” - 86 yaşlı rejissor
Bu gün, 05:35
Ağdamda məktəb direktoru AT OYNADIR - İTTİHAM VAR...
Bu gün, 05:32
Vətəndaş saxtakarlarla ÜZ-ÜZƏ - GİLEY
Bu gün, 05:27
Çexiya Baş nazirinin Bakı səfəri sıradan diplomatik hadisə deyil - İNCƏLƏMƏ
Bu gün, 05:19
"Effekt- İnşaat"ın binası təhlükə saçır - VİDEOFAKT
Bu gün, 05:17
"Bu cür yanaşma şagirdlərdə stres, imtahana qarşı qorxu yaradır" - Deputatdan DİM-in yeniliyinə REAKSİYA
Bu gün, 05:10
Rusiya Azərbaycanın müstəqil ölkə olduğunu dərk etməlidir - YOXSA...
Bu gün, 05:07
Azərbaycanda pensiyaçılar niyə azalır? - AKTUAL
Bu gün, 05:05
Ceyhun Cəlilov mətbuata da ƏNGƏL OLUR - NARAZILIQ VAR...
Bu gün, 05:03
“Trampın özü təşkil etsəydi, sui-qəsdçi dərhal öldürülərdi - Mehman Əliyev ŞƏRH EDİR
Bu gün, 04:57
AMEA-nın İnstitutundan vergi borcu olan "Tələt" Firması ilə razılaşma - TƏFƏRRÜAT
Bu gün, 04:54
ABŞ İranın Ali Rəhbərinin sağ olduğuna inanır - Rubio
Bu gün, 04:47
Əli Əsədov benzinin qiyməti ilə bağlı QƏRAR VERDİ
Dünən, 18:15
Karapetyanın partiyasının üzvləri saxlanıldı
Dünən, 17:27
Çexiya Azərbaycana yeni hərbi təlim təyyarəsini təklif edib
Dünən, 17:26
Naxçıvanda taksi narazılığı: Bu avtomobillərə qadağa qoyuldu – AYNA-dan CAVAB
Dünən, 17:20
İran bəyanat verdi: - Müharibə mürəkkəb mərhələyə keçir
Dünən, 17:18
Rusiya Avropa strukturlarının nümayəndələrinə qarşı sanksiyalar tətbiq edib
Dünən, 17:15
“İpək Yolu Sığorta” kiçilib, gəlirləri azalıb
Dünən, 17:13
Sankt-Peterburqda Putin və Əraqçi arasında görüş keçirilir
Dünən, 17:10
Çimərlikdəki qətlin məhkəməsi – ŞOK İFADƏLƏR
Dünən, 16:51
70 kq qızılla tutulan polkovnikə - Hökm oxundu
Dünən, 16:44
Paşinyanın sərhədlə bağlı açıqlamasına Bakıdan REAKSİYA: - “Mübahisəli ərazilər var...”
Dünən, 16:37
Deputatın qızlara pulsuz təhsil təklifinə REAKSİYA: - “Hansısa tələbənin təhsil haqqını özü ödəsin”
Dünən, 16:33
"Pünhan kişidir, rəftar fərqli olmalıdır"
Dünən, 16:30
Məzahir Pənahov yenidən MSK sədri seçilib
Dünən, 16:29
Xocalı sakinləri işsizlik və həyətyanı sahə problemi ilə üzləşirlər... - NARAZILIQ VAR...
Dünən, 16:03
ABŞ-nin İranla bağlı strategiyası naməlumdur - Almaniya Kansleri
Dünən, 15:53
MSK-nın heç bir funksiyası yoxdur - Siyasilərdən REAKSİYA
Dünən, 15:51
“Bank Avrasiya”nın maliyyə vəziyyəti ürəkaçan deyil – Ümidsiz kreditlərin payı kəskin artıb
Dünən, 15:48
“Rossotrudniçestvo”nun rəhbəri Yevgeni Primakov istefaya göndərilib
Dünən, 15:45
Turan Topalova tutduğu vəzifədən ayrıldı - ƏMR
Dünən, 15:44
Ermənistanda Rusiya lehinə olan kanallar silindi
Dünən, 15:42
Cəlilov da BELƏ YEYİR: Hər kilometrə 200 MİN MANAT... - AY MAŞALLAH...
Dünən, 15:34
Bank of Baku 27 qəpik borcu 2 manata necə çevirib? - Mərkəzi Bank vətəndaş şikayətinə belə CAVAB VERDİ
Dünən, 15:22
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru