Məmurların məclisində iştirak edən fahişənin dəhşətli həyat hekayəti - Məmur bağında iki ay qalıb...
Tarix: 7-08-2014, 14:01 | Çap et
 DİA.AZ: - Onu DİA.AZ-a müsahibə verməyə zorla razı saldıq. Əvvəlcə saytımızla maraqlandı. Sonra iradlarını bildirdi ki, sizin saytınız siyasidir. Şoudan az yazırsınız. Nəhayətdə razılaşdı.
Adına şərti olaraq Fərqanə deyəcəyimiz həmsöhbətimiz 22 yaşındadır. Dediyinə görə, Bakıda doğulub. O anadan olmamışdan 1 ay əvvəl atası ilə anası ayrılıb. Sonra…
Sonra da faciəli günləri başlayıb. İki il sonra anası da dünyasını dəyişib. Atası isə anasından ayrılandan sonra Rusiyaya necə gedibsə, indi də xəbər yoxdur.
Fərqanə deyir ki, anası iki il onu varlıların yanında qulluqçu işləyərək dolandırıb. Sonra da - anası öləndən sonra ona xalası baxıb. Xalasının əxdaqsız birisi olduğunu deyən Fərqanə bugünkü acı taleyinin səbəbkarının da elə xalası olduğunu deyir:
- Xalam Dubaya, Türkiyəyə gedib-gələn idi. Məni o böyütdü. Onun mənimlə bağlı planlarının olduğunu bilə də bilməzdim. Sən demə, məni satmağı düşünürmüş. Və o gün gəldi…
13 yaşında ilk dəfə kişi ilə yatağa girdiyini deyən Fərqanə artıq kişilərdən irgəndiyini də deyir:
- Kişilərdən irgənirəm. İlk gecə, kişi ilə yatağa girdiyim ilk gecədə könüllü, ya da könülsüz olduğumu deyə bilmərəm. Uşaq idim. Həmyaşıdlarım kukla ilə oynayanda, xalam məni pulla kişi yatağına saldı. Qanunlar icazə vermədiyindən məni özü ilə xaricə apara bilmirdi. Əvəzində Bakıda məni yaxşı pula satırdı. Az qala hər gün yanıma kişi salırdı.
В«Heç bir yerə şikayət etmədinmi?В» sualımızın cavabında isə Fərqanə şikayət etdiyinə peşman olduğunu söylədi və başına gələnləri danışdı:
- Günlərin birində xalam yanıma bir kişi gətirdi. 50-55 yaşı olardı. Onda artıq 15 yaşım var idi. Gözümün qabağında kişidən 200 dollar pul aldı mənə görə. Kişini bir az insaflı adama oxşatdım. Əslində həmişə ürəyimdən keçirdi ki, kiməsə şikayətlənim. Xalam məni gözündən uzağa qoymadığından fürsət axtarırdım. Həmin kişi ilə yatdıqdan sonra ona ürəyimi açdım və dedim ki, mənə kömək eləsin. Nə biləydim ki, o da fırıldaqçı imişвЂ¦
Fərqanə danışır ki, həmin kişi onu aldadıb. Kömək edəcəyini deyib:
- Özü də məmur idi. Vəzifəsi var idi. Ona görə ona inandım ki, mənə kömək edər. Amma o da məni gizlicə xalamgildən aparıb, öz bağında 2 ay saxladı. Sonra da ailəsi xəbər tutduğundan saçlarımdan tutub, küçəyə atdı. Onun ancaq şəklini görsəm, tanıyaram. Özü barədə mənə heç nə demirdi. Bağında iki ay qalsam da, adını öyrənə bilmədim. Hər gün bağındakı evinin qapısını bağladığından, bağda telefon belə olmadığından kiməsə kömək üçün müraciət də edə bilmədim. Bəlkə də öz bağı deyildi. Ehtiyat evi idi. Arabir məni digər məmurların olduğu məclislərə də aparırdı. Hər dəfə də hədələyirdi ki, güclü adamdır. Problem yarada bilər. Mən də qorxdum. Yalnız mənim üzərimdə nəzarətçi dayanan adamının arabir ürəyi ağrıyırdı mənə. Amma o da heç nə edə bilməzdi...
Sonra yenidən xalasının yanına qayıtdığını deyən Fərqanə indi də xalası ilə qaldığını deyir:
- Amma artıq neçə ildir ki, özüm barlarda işləyirəm. Xalamı da dolandırıram. Düzdür, ona nifrət edirəm, onu boğub öldürmək istəyirəm. Amma yazığım gəlir. Ağır xəstədir. Ona görə də bardan qazandığım pulun yarısı ilə onu müalicə etdirirəm. Elə iynəsinin biri 50 manatdır.
Fərqanə onu da bildirdi ki, ən böyük arzusu normal həyatı yaşamaqdır:
- Hər gün küçədə atası, anası yanında olan, əri yanında olan qızlara, gəlinlərə həsrətlə baxıram. Mənim günahım nə idi ki? İstəyirəm, bir qızım olsun. Amma ona əsl ana olmaq istəyirəm. Amma kimdir məni alan?..
Mehriban - xüsusi olaraq DİA.AZ üçün


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Şişirdilmiş... süni şəkildə böyüdülmüş... idarəolunmaz bir struktur... - DƏLİXANADIR, VALLAH...
Bu gün, 06:20 |
|
|
|
| • İranda iki aydır ki, internet yoxdur – “NetBlocks”
Bu gün, 06:03 |
|
|
|
| • Başsız Binəqədi: “VİP Construction” rəsmən qoçuluq edir... - AXI NİYƏ?..
Bu gün, 06:00 |
|
|
|
| • Gəncədə başçının bu küçədən xəbəri varmı... - Sakinlər narahatdır
Bu gün, 05:45 |
|
|
|
| • Qapısı tez-tez döyülən Azərbaycan... - GƏLİŞMƏ
Bu gün, 05:40 |
|
|
|
| • Avropa liderləri niyə Azərbaycana üz tutur? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 05:38 |
|
|
|
| • “Yaddaşımı, danışıq tərzimi itirmişəm, bəla da bundadır” - 86 yaşlı rejissor
Bu gün, 05:35 |
|
|
|
| • Ağdamda məktəb direktoru AT OYNADIR - İTTİHAM VAR...
Bu gün, 05:32 |
|
|
|
| • Vətəndaş saxtakarlarla ÜZ-ÜZƏ - GİLEY
Bu gün, 05:27 |
|
|
|
| • Çexiya Baş nazirinin Bakı səfəri sıradan diplomatik hadisə deyil - İNCƏLƏMƏ
Bu gün, 05:19 |
|
|
|
| • "Effekt- İnşaat"ın binası təhlükə saçır - VİDEOFAKT
Bu gün, 05:17 |
|
|
|
| • "Bu cür yanaşma şagirdlərdə stres, imtahana qarşı qorxu yaradır" - Deputatdan DİM-in yeniliyinə REAKSİYA
Bu gün, 05:10 |
|
|
|
| • Rusiya Azərbaycanın müstəqil ölkə olduğunu dərk etməlidir - YOXSA...
Bu gün, 05:07 |
|
|
|
| • Azərbaycanda pensiyaçılar niyə azalır? - AKTUAL
Bu gün, 05:05 |
|
|
|
| • Ceyhun Cəlilov mətbuata da ƏNGƏL OLUR - NARAZILIQ VAR...
Bu gün, 05:03 |
|
|
|
| • “Trampın özü təşkil etsəydi, sui-qəsdçi dərhal öldürülərdi - Mehman Əliyev ŞƏRH EDİR
Bu gün, 04:57 |
|
|
|
| • AMEA-nın İnstitutundan vergi borcu olan "Tələt" Firması ilə razılaşma - TƏFƏRRÜAT
Bu gün, 04:54 |
|
|
|
| • ABŞ İranın Ali Rəhbərinin sağ olduğuna inanır - Rubio
Bu gün, 04:47 |
|
|
|
| • Əli Əsədov benzinin qiyməti ilə bağlı QƏRAR VERDİ
Dünən, 18:15 |
|
|
|
| • Karapetyanın partiyasının üzvləri saxlanıldı
Dünən, 17:27 |
|
|
|
| • Çexiya Azərbaycana yeni hərbi təlim təyyarəsini təklif edib
Dünən, 17:26 |
|
|
|
| • Naxçıvanda taksi narazılığı: Bu avtomobillərə qadağa qoyuldu – AYNA-dan CAVAB
Dünən, 17:20 |
|
|
|
| • İran bəyanat verdi: - Müharibə mürəkkəb mərhələyə keçir
Dünən, 17:18 |
|
|
|
| • Rusiya Avropa strukturlarının nümayəndələrinə qarşı sanksiyalar tətbiq edib
Dünən, 17:15 |
|
|
|
| • “İpək Yolu Sığorta” kiçilib, gəlirləri azalıb
Dünən, 17:13 |
|
|
|
| • Sankt-Peterburqda Putin və Əraqçi arasında görüş keçirilir
Dünən, 17:10 |
|
|
|
| • Çimərlikdəki qətlin məhkəməsi – ŞOK İFADƏLƏR
Dünən, 16:51 |
|
|
|
| • 70 kq qızılla tutulan polkovnikə - Hökm oxundu
Dünən, 16:44 |
|
|
|
| • Paşinyanın sərhədlə bağlı açıqlamasına Bakıdan REAKSİYA: - “Mübahisəli ərazilər var...”
Dünən, 16:37 |
|
|
|
| • Deputatın qızlara pulsuz təhsil təklifinə REAKSİYA: - “Hansısa tələbənin təhsil haqqını özü ödəsin”
Dünən, 16:33 |
|
|
|
| • "Pünhan kişidir, rəftar fərqli olmalıdır"
Dünən, 16:30 |
|
|
|
| • Məzahir Pənahov yenidən MSK sədri seçilib
Dünən, 16:29 |
|
|
|
| • Xocalı sakinləri işsizlik və həyətyanı sahə problemi ilə üzləşirlər... - NARAZILIQ VAR...
Dünən, 16:03 |
|
|
|
| • ABŞ-nin İranla bağlı strategiyası naməlumdur - Almaniya Kansleri
Dünən, 15:53 |
|
|
|
| • MSK-nın heç bir funksiyası yoxdur - Siyasilərdən REAKSİYA
Dünən, 15:51 |
|
|
|
| • “Bank Avrasiya”nın maliyyə vəziyyəti ürəkaçan deyil – Ümidsiz kreditlərin payı kəskin artıb
Dünən, 15:48 |
|
|
|
| • “Rossotrudniçestvo”nun rəhbəri Yevgeni Primakov istefaya göndərilib
Dünən, 15:45 |
|
|
|
| • Turan Topalova tutduğu vəzifədən ayrıldı - ƏMR
Dünən, 15:44 |
|
|
|
| • Ermənistanda Rusiya lehinə olan kanallar silindi
Dünən, 15:42 |
|
|
|
| • Cəlilov da BELƏ YEYİR: Hər kilometrə 200 MİN MANAT... - AY MAŞALLAH...
Dünən, 15:34 |
|
|
|
| • Bank of Baku 27 qəpik borcu 2 manata necə çevirib? - Mərkəzi Bank vətəndaş şikayətinə belə CAVAB VERDİ
Dünən, 15:22 |
|
|
|
| • SAVAŞDAN ÇIXANA “XOX GƏLİRLƏR”: “Telefonumuza cavab verməsəniz, qohumlarınıza zəng edəcəyik” - ÖZBAŞINA QALIBLAR...
Dünən, 15:15 |
|
|
|
| • Avropa İttifaqının Gürcüstandakı səfiri XİN-ə çağırılıb - KİV
Dünən, 15:03 |
|
|
|
| • Paşinyanın korteji hamilə qadını belə vurub – yeni iddia
Dünən, 15:02 |
|
|
|
| • Elgiz və Xoşqədəm yeni layihə ilə efirə QAYIDIR
Dünən, 14:39 |
|
|
|
| • Xəyal Rza qəzaya düşdü - FOTO
Dünən, 14:38 |
|
|
|
| • Bu temp Anar Rzayevi HƏBSƏ GÖTÜRƏ BİLƏR... - ÇÜNKİ...
Dünən, 14:33 |
|
|
|
| • Cavid Nəbiyevin şirkətləri borc içində: Siyahıda "Anadolu Efes" də var - TƏFƏRRÜAT
Dünən, 14:25 |
|
|
|
| • “Görünür, Kremldə də çox istəyirlər ki, Zelenski ilə Bakıda hansısa görüş keçirilsin, amma...”
Dünən, 14:08 |
|
|
|
| • Aqil Abbasdan “Ağdam Bus” kartlarının buraxılmasına münasibət: -“2-3 min adam üçün nəyə lazımdır?”
Dünən, 14:06 |
|
|
|
|