Bakıda dələduzluğa görə həbsdə olmuş eks-müəllim yenidən amnistiyaya düşdü .....                     Ermənistanda onlarla yaşayış məntəqəsi boşdur .....                     TƏBİB-də kimlər getdi, kimlər qaldı? .....                     Azərbaycanlı iş adamları hədəfdə .....                     Rusiyada saxta sürücülük vəsiqəsi əldə edən azərbaycanlı Bakıda cinayət məsuliyyətinə cəlb olundu .....                     "Caspian Finance" BOKT nizamnamə kapitalını 2 dəfə azaldır .....                     Hansı xəstəxanaya gedirsən, hamı cibinə və əlinə baxır... .....                     Müxalifət partiyaları QIŞDAN necə çıxdı? .....                     Miras mübahisəsi gündəm yaratdı .....                     Yaxın Şərqdə yeni eskalasiya riski fonunda neft qiymətləri yüksəlir .....                     ABŞ Prezidenti Böyük Britaniyanı hədələyib .....                     Vahid Ələkbərova Aİ-dən ŞOK ZƏRBƏ: Bankına sanksiya qoyuldu .....                     Rusiyadan xəbərdarlıq: .....                     Şərurda Vasif Talıbov ənənələri... .....                     26 milyon manat hardadır: BİR SORUŞUN... .....                     Hər gün milyonlar yığılan Bakı metrosu NİYƏ İFLİC OLDU? .....                     Neft pulları necə həzmə verilir... .....                     Tramp savaşı udmaq üçün VAXT UDUR? .....                     Tramp İrana hücum etməsə... BİZ BATDIQ! .....                     ABŞ müharibə istəsə, biz də döyüşəcəyik .....                     İsrail və Livan arasında atəşkəs üç həftə uzadılacaq .....                     Vətəndaş sifariş etdiyi bağlamanı ala bilmir... .....                     YETKİNLİK YAŞI PROBLEMİ: 15? 18? 25?.. .....                     83 milyonluq risk: "AFB Bank"da təminatsız kreditlər "tavan" deşir... .....                     ABŞ Hörmüz boğazında İran hədəflərinə zərbələr endirmək imkanlarını araşdırır .....                     " “Avant”ın rəhbəri öz yerində rahat yatsın, BİZ İSƏ..." .....                     Deputatın başında durduğu şirkət yenə də NARAZILIQ YARADIR... .....                     Qurumların sayğac oyunu: Bunun sonu görünmür .....                     Binəqədidə sakinlər ÇARƏSİZ DURUMDA .....                     Goranboyda məmur atası MEYDAN SULAYIR .....                     Məktəblərdə psixoloqlar varsa: Şagirdlər niyə bir-birini bıçaqlayır? .....                     ADSEA işçiləri ÖZBAŞINA QALIB .....                     İran Rusiyaya Hörmüz boğazında rüsumlarla bağlı istisna tətbiq edib .....                     Tramp marşrutu: Bakı və Vaşinqton texniki danışıqlara başladı .....                     Dövlət Xidmətinin dörd vəzifəli şəxsi həbs edilib .....                     İTV-yə baş direktor vəzifəsinə namizəd seçimi üçün sənəd qəbulu elan edilib .....                     Nə qədər alsaq da, çatmır: .....                     MİDA-nın direktoruna yeni müavin təyin olundu .....                     Tramp İranın razılaşma istəməyən rəsmilərini öldürməyə çağıran postu paylaşıb .....                     Nail Kəmərli gördüyü dəhşəti danışdı: .....                 

“Məmmədoğulları” MMC sakinlərin QƏSDİNƏ DURUB... - Bu işin içindən də Hacı Ramazan ÇIXDI...
Tarix: 12-01-2024, 10:39 | Çap et
“Məmmədoğulları” MMC sakinlərin QƏSDİNƏ DURUB...
1995-ci ildə qəbul olunmuş Azərbaycan Respublikası Konstitusiyasının 7-ci maddəsinin I hissəsində qeyd olunub ki, Azərbaycan dövləti demokratik, hüquqi, dünyəvi və unitar bir dövlətdir. Bu hüquqi dövlət hüquqla, qanunla idarəetmədə qaydaların hökmranlığı ilə sıx bağlı olan, fəaliyyəti və quruluşu xalqın iradəsinə uyğun gələn, insan hüquq və azadlığının müdafiə olunduğu bir dövlət tipidir. Hüquqi dövlətin sosial əsası özünütənzimləyən vətəndaş cəmiyyətidir və bu dövlət vətəndaş cəmiyyətinin forması kimi çıxış edir. Bu tip dövlətlərin mərkəzində insan və onun maraqlarının müdafiə olunması daim öndə tutulur. Faktdır ki, Azərbaycan dövləti daxili məsələlərin həllində hüquqa, qanuna əsaslanır və hüquqi-demokratik dövlətlərdə konstitusiya qanunları hüquqi baza kimi ictimai həyatın bütün sahələrini əhatə edir. Bu belə olduğu halda, görəsən bu gün ölkəmizin hər sahəsində hüquq və onun aliliyini uca tutulur, yoxsa tapdaqlar altına atılır?. Belə bir məsələlərlə bağlı az-çox məlumat əldə etmək üçün, heç də uzağa getmək lazım deyil. Yəni, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Ordubadi küçəsi, döngə-3, mən-140 ünvanında ailəlikcə yaşayan Paşayev Koroğlu Abdulla oğlunun və bu şəxsin ailə üzvlərinin 2017-ci ildən üzüzə qaldıqları məşəqqətlər haqda məlumatları əldə etmək, məhz hər kəsin ümumi durum haqqında lazımi məlumatları əldə etməsinə imkan verəcək. Məsələn, bu günlərdə gundemxeber.az xəbər portalının redaksiyasına Koroğlu Paşayev tərəfindən müraciət daxil olub. Bu şəxs müraciətində qeyd edir ki, “Biz 2011-ci ildən Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Ordubadi küçəsi, döngə-3, mən-140 ünvanında ailəlikcə yaşayırıq. Buna baxmayaraq, 2017-ci ildə Hacı Ramazan adlı şəxsin rəhbərlik etdiyi “Məmmədoğulları” MMC-nin əməkdaşları 35 000 klv -luq elektrik trosfarmatorunu yaşadığımız evin pəncərəsindən iki metr aralı məsafədə quraşdırdılar. Onlar atdıqları belə bir addımları ilə, birbaşa bizim ailəni olmazın dərdə saldılar. Çünki, həmin trosfarmatorun ətrafa buraxdığı elektrik şüalarının təsirindən, ailə üzvlərimizin hər birinin səhhətində ciddi problemlər əmələ gəlməyə başladı. Bununla bağlı aidiyyəti üzrə dövlət qurumlarına müraciətlər etsək də, bir kimsə bizim müraciətimizə əhəmiyyət vermədi. Bu gün bizim aidiyyəti dövlət qurumlarından xahişimiz və əsas tələbimiz ondan ibarətdir ki, trosfarmatorun yerini 50 m aralı məsafəyə dəyişdirsinlər. Faktdır ki, elektrik trosfarmatorunun ətrafa buraxdığı elektrik şüaları, ailə üzvlərimizin hər birində, ələlxüsus həyat yoldaşımda ürək xəstəlikləri yaradıb. Belə bir səbəbdən də, xeyli vaxtdır ki, yaşadığımız mənzili satıb köçmək istəyirik. Evimizi almaq istəyən şəxslər isə, yaşadığımız mənzilin pəncərəsindən iki mert aralı məsafədə yerləşən elektrik trosfarmatorunu görən kimi, məhz onlar bu yöndə fikirlərindən “vaz keçirlər”.



Qeyd edim ki, yaşadığımız evi 2011-ci ildə Hacı Ramazanın qardaşı Hacı İbrahimdən almışıq. “Məmmədoğulları” MMC-nin quraşdırdığı 35 min klv-luq elektrik trosfarmatorunda ötən illər ərzində bir neçə dəfə şiddətli partlayışlar baş verib. Partlayışlar daha çox yağmurlu günlərdə baş verir ki, bu da olduqca qorxulu anların yaşanmasına səbəb olur. Faktdır ki, Hacı Ramazanın bacısı qızıgil bizimlə qonşu idilər və onlar baş verən partlayışlardan ehtiyat edərək yaşadıqları evi satıb bu ünvandan köçdülər. Onu da bildirim ki, “Məmmədoğulları” MMC əməkdaşları elektrik trosfarmatorunu yaşadığımız evin pəncərəsindən iki metr aralı məsafədə quraşdırarkən, biz onların belə bir hərəkətinə qəti etirazımızı bildirdik. Həmin vaxtlarda MMC-nin əməkdaşları bizə “Hacı Ramazan tapşırıq verib, trosfarmatoru 20 gündən sonra o tərəfdə quraşdıracağıq” deyə vəd verdilər. Təəssüflər olsun ki, onlar belə bir fırıldaq əməlləri ilə bizi aldatmağı bacardılar. Belə bir problemlə bağlı “Azərişıq” ASC-nə müraciət etsəm də, bu yöndə də etdiyim müraciətin heç bir nəticəsi olmadı. Yəni, “Azərişıq” ASC-nin rəsmi şəxsləri mənə MMC-nin rəhbəri Hacı Ramazanla danışıb-barışmağı, bir sözlə problemin aradan qaldırılması üçün yalnız bu şəxslə danışıqlar aparmağı məsləhət gördülər. Artıq vəziyyət elə bir həddə gəlib çatıb ki, bu gün ölkə rəhbəri İlham Əliyev cənablarına müraciət etmək məcburiyyətində qalmışam. Çünki, himayəmdə dörd azyaşlı övladım var və pəncərəmizdən iki metr aralı məsafədə quraşdırılmış 35 min klv-luq elektrik trosfarmatorunun ətrafa buraxdığı elektrik şüaları, bu gün övladlarımın da səhhətinə ciddi təsir edir. Faktdır ki, onlar böyüdükcə olmazın problemlərlə üzüzə qalacaqlar”.

Bəli, gundemxeber.az xəbər portalı olaraq redaksiyamıza daxil olan belə bir müraciət əsasında qeyd olunan ərazidə olduq və müraciət müəllifi Koroğlu Paşayevin qeyd etdiyi faktın doğruluğunu gözlərimizlə gördük. Ümidvarıq ki, müraciət müəllifinin İlham Əliyev cənablarına ünvanladığı müraciəti, ölkə rəhbərinə etdiyi xahiş “Azərişıq” ASC-nin sədri cənab Vüqar Əhmədov və “Məmmədoğulları” MMC-nin rəhbəri Hacı Ramazan tərəfindən diqqətdə saxlanacaq və altı nəfərdən ibarət bir ailənin üzüzə qaldığı problem qısa zaman kəsiyində aradan qaldırılacaq. Əgər problemin aradan qaldırılmasına cavabdehlik daşıyanlar bundan sonra da sayğısızlıq göstərməkdə davam edərlərsə, o halda bunu təkcə Koroğlu Paşayevin özünə və ailə üzvlərinə qarşı sayğısızlıq kimi deyil, eyni zamanda vətəndaşın ölkə rəhbərinə ünvanladığı müraciətə də sayğısızlıq kimi dəyərləndirilməlidir. Qeyd olunanlarla bağlı qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq.
Mövzuya qayıdacağıq.

gundemxeber.az










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Bakıda dələduzluğa görə həbsdə olmuş eks-müəllim yenidən amnistiyaya düşdü - DETALLAR
Bu gün, 09:52
Ermənistanda onlarla yaşayış məntəqəsi boşdur - Paşinyan belə deyir...
Bu gün, 09:49
TƏBİB-də kimlər getdi, kimlər qaldı? – Bakı xəstəxanalarının tam siyahısı
Bu gün, 09:48
Azərbaycanlı iş adamları hədəfdə - indi də Ağalarov...
Bu gün, 09:43
Rusiyada saxta sürücülük vəsiqəsi əldə edən azərbaycanlı Bakıda cinayət məsuliyyətinə cəlb olundu - TƏFƏRRÜAT
Bu gün, 09:32
"Caspian Finance" BOKT nizamnamə kapitalını 2 dəfə azaldır
Bu gün, 09:30
Hansı xəstəxanaya gedirsən, hamı cibinə və əlinə baxır... - FAKT BUDUR!
Bu gün, 09:28
Müxalifət partiyaları QIŞDAN necə çıxdı? - SORĞU
Bu gün, 08:21
Miras mübahisəsi gündəm yaratdı – “Onu təhqir etmirəm, sadəcə…”
Bu gün, 08:19
Yaxın Şərqdə yeni eskalasiya riski fonunda neft qiymətləri yüksəlir - KİV
Bu gün, 08:17
ABŞ Prezidenti Böyük Britaniyanı hədələyib
Bu gün, 07:33
Vahid Ələkbərova Aİ-dən ŞOK ZƏRBƏ: Bankına sanksiya qoyuldu - DETALLAR
Bu gün, 07:12
Rusiyadan xəbərdarlıq: - Bu Avropa ölkəsinə zərbə endirəcəyik!
Bu gün, 07:04
Şərurda Vasif Talıbov ənənələri... - bu dəfə məmurlar narazıdır
Bu gün, 06:56
26 milyon manat hardadır: BİR SORUŞUN... - YEYİNTİ
Bu gün, 06:40
Hər gün milyonlar yığılan Bakı metrosu NİYƏ İFLİC OLDU? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:34
Neft pulları necə həzmə verilir... - İTTİHAM RƏSMİDİR, amma...
Bu gün, 06:00
Tramp savaşı udmaq üçün VAXT UDUR? - YOXSA...
Bu gün, 05:33
Tramp İrana hücum etməsə... BİZ BATDIQ! - FAKT BUDUR!
Bu gün, 05:26
ABŞ müharibə istəsə, biz də döyüşəcəyik - İran səfiri
Bu gün, 05:22
İsrail və Livan arasında atəşkəs üç həftə uzadılacaq - Tramp belə deyir...
Bu gün, 05:20
Vətəndaş sifariş etdiyi bağlamanı ala bilmir... - "Artıq 14 gündür..."
Bu gün, 05:17
YETKİNLİK YAŞI PROBLEMİ: 15? 18? 25?.. - BELƏ HARA GEDİRİK?
Bu gün, 05:08
83 milyonluq risk: "AFB Bank"da təminatsız kreditlər "tavan" deşir... - ARAŞDIRMA
Bu gün, 05:00
ABŞ Hörmüz boğazında İran hədəflərinə zərbələr endirmək imkanlarını araşdırır - "CNN"
Bu gün, 04:57
" “Avant”ın rəhbəri öz yerində rahat yatsın, BİZ İSƏ..." - AXI NİYƏ?..
Bu gün, 04:56
Deputatın başında durduğu şirkət yenə də NARAZILIQ YARADIR... - BU DA FAKT...
Bu gün, 04:34
Qurumların sayğac oyunu: Bunun sonu görünmür - NƏ ETMƏLİ?
Bu gün, 04:24
Binəqədidə sakinlər ÇARƏSİZ DURUMDA - NARAZILIQ VAR...
Bu gün, 04:22
Goranboyda məmur atası MEYDAN SULAYIR - BU NƏDİ BELƏ?
Bu gün, 04:08
Məktəblərdə psixoloqlar varsa: Şagirdlər niyə bir-birini bıçaqlayır? - AKTUAL
Bu gün, 03:58
ADSEA işçiləri ÖZBAŞINA QALIB - GİLEY
Bu gün, 03:56
İran Rusiyaya Hörmüz boğazında rüsumlarla bağlı istisna tətbiq edib - KİV
Bu gün, 03:47
Tramp marşrutu: Bakı və Vaşinqton texniki danışıqlara başladı - GƏLİŞMƏ
Dünən, 21:12
Dövlət Xidmətinin dörd vəzifəli şəxsi həbs edilib - TƏFƏRRÜAT
Dünən, 21:11
İTV-yə baş direktor vəzifəsinə namizəd seçimi üçün sənəd qəbulu elan edilib
Dünən, 18:01
Nə qədər alsaq da, çatmır: - Həm bahalaşır, həm də azalır
Dünən, 17:57
MİDA-nın direktoruna yeni müavin təyin olundu - BUNDAN SONRA...
Dünən, 17:41
Tramp İranın razılaşma istəməyən rəsmilərini öldürməyə çağıran postu paylaşıb - KİV
Dünən, 17:31
Nail Kəmərli gördüyü dəhşəti danışdı: - Ata-oğul bir qrama görə...
Dünən, 17:16
Ermənistan, Yunanıstan və Kipr müdafiə sahəsində əməkdaşlıq proqramı imzalayıb
Dünən, 17:12
44 ilin fotoqrafı anbardara çevrildi - "Azərbaycanfilm"də ştat ixtisarı
Dünən, 17:10
Natiq İbrahimov Lənkəran Dövlət Universitetinin rektoru təyin edilib - SƏRƏNCAM
Dünən, 17:05
Saxlanılan vəzifəli şəxslərdən bəzilərinin ADLARI MƏLUM OLDU
Dünən, 16:57
Kürdə suyun səviyyəsi artıb, Qarqar çayında bənd yarılıb - FOTO
Dünən, 16:54
"Hər aktyordan müəllim olmaz... - ...Hər adam müəllim işləyə bilməz"
Dünən, 16:52
“Bakcell” gənc qızların İKT sahəsində təhsilinə dəstək verir - FOTO
Dünən, 16:48
“Ermənistan sürətlə Qərbi Azərbaycana çevrilir”
Dünən, 16:45
Xamenei hələ də dəfn edilməyib
Dünən, 16:36
"Salona gəldi və mənə 9 bıçaq zərbəsi vurdu" - Məhkəmə işi
Dünən, 16:27
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru