İranda iki aydır ki, internet yoxdur .....                     Başsız Binəqədi: “VİP Construction” rəsmən qoçuluq edir... .....                     Gəncədə başçının bu küçədən xəbəri varmı... .....                     Qapısı tez-tez döyülən Azərbaycan... .....                     Avropa liderləri niyə Azərbaycana üz tutur? .....                     “Yaddaşımı, danışıq tərzimi itirmişəm, bəla da bundadır” .....                     Ağdamda məktəb direktoru AT OYNADIR .....                     Vətəndaş saxtakarlarla ÜZ-ÜZƏ .....                     Çexiya Baş nazirinin Bakı səfəri sıradan diplomatik hadisə deyil .....                     "Effekt- İnşaat"ın binası təhlükə saçır .....                     "Bu cür yanaşma şagirdlərdə stres, imtahana qarşı qorxu yaradır" .....                     Rusiya Azərbaycanın müstəqil ölkə olduğunu dərk etməlidir .....                     Azərbaycanda pensiyaçılar niyə azalır? .....                     Ceyhun Cəlilov mətbuata da ƏNGƏL OLUR .....                     “Trampın özü təşkil etsəydi, sui-qəsdçi dərhal öldürülərdi .....                     AMEA-nın İnstitutundan vergi borcu olan "Tələt" Firması ilə razılaşma .....                     ABŞ İranın Ali Rəhbərinin sağ olduğuna inanır .....                     Əli Əsədov benzinin qiyməti ilə bağlı .....                     Karapetyanın partiyasının üzvləri saxlanıldı .....                     Çexiya Azərbaycana yeni hərbi təlim təyyarəsini təklif edib .....                     Naxçıvanda taksi narazılığı: Bu avtomobillərə qadağa qoyuldu .....                     İran bəyanat verdi: .....                     Rusiya Avropa strukturlarının nümayəndələrinə qarşı sanksiyalar tətbiq edib .....                     “İpək Yolu Sığorta” kiçilib, gəlirləri azalıb .....                     Sankt-Peterburqda Putin və Əraqçi arasında görüş keçirilir .....                     Çimərlikdəki qətlin məhkəməsi .....                     70 kq qızılla tutulan polkovnikə .....                     Paşinyanın sərhədlə bağlı açıqlamasına Bakıdan REAKSİYA: .....                     Deputatın qızlara pulsuz təhsil təklifinə REAKSİYA: .....                     "Pünhan kişidir, rəftar fərqli olmalıdır" .....                     Məzahir Pənahov yenidən MSK sədri seçilib .....                     Xocalı sakinləri işsizlik və həyətyanı sahə problemi ilə üzləşirlər... .....                     ABŞ-nin İranla bağlı strategiyası naməlumdur .....                     MSK-nın heç bir funksiyası yoxdur .....                     “Bank Avrasiya”nın maliyyə vəziyyəti ürəkaçan deyil .....                     “Rossotrudniçestvo”nun rəhbəri Yevgeni Primakov istefaya göndərilib .....                     Turan Topalova tutduğu vəzifədən ayrıldı .....                     Ermənistanda Rusiya lehinə olan kanallar silindi .....                     Cəlilov da BELƏ YEYİR: Hər kilometrə 200 MİN MANAT... .....                     Bank of Baku 27 qəpik borcu 2 manata necə çevirib? .....                 

Nazirlik Qarabağ əlilinə SAVAŞ AÇIB - QALMAQAL
Tarix: 10-06-2020, 11:24 | Çap et
Nazirlik Qarabağ əlilinə SAVAŞ AÇIB
DİA.AZ: - "7 ildir xaricdə müalicəyə ehtiyacı olan, düşmən gülləsinin ağ ciyərinin üçdən ikisini, yerli məmurların pensiyasının yarısını, əmlakının hamısını apardığı Qarabağ əlili Xaliq Abbaszadə dələduz “Rəvan” sığorta şirkətinin, Ədliyyə Nazirliyinin , məhkəmələrin qanunsuzluqları ilə üz-üzə qalıb. Özbaşınalığa baxın, Qarabağ əlili ona aid olmayan 90-HX-384 dövlət nömrə nişanlı “əlil avtomobili”nin “avtoşbala” məmur oğlu Hüseynov Fərid Zakir oğlunun 10-CK-200 nömrəli “Nissan” avtomobili ilə dayandığı yerdə arxadan vurularaq məhv edilməsinə görə öncə Suraxanı yol polisi İsgəndərovun məhkəməyə müraciəti əsasında 400 manat cərimə olunub, ardınca məmur maşınının sığortaçısı “Rəvan” sığorta şirkətinin saxta defekt aktı (Vergilər Nazirliyi bir neçə dəfə rəsmi qaydada aktın saxtalığını təsdiq edib və həm “Rəvan”ı , həm də törəməsi olduğu “Nurgün Motors”u cərimələyib ) ilə xaricdə müalicəyə ehtiyacı olan Qarabağ əlilindən 10 min manat tələb olunur!" Bu barədə DİA.AZ-a göndərilən məqalədə deyilir.

Daha sonra məqalədə bildirilir: "Bu “reketlik qayğısı”ndan əlavə şəkər xəstəliyinə yoluxan Qarabağ əlili Nərimanov rayon məhkəməsində “Rəvan”a qarşı iddia qaldıranda isə şirkət rəhbərliyi Sabunçu məhkəməsinin sədri İlqar Abbasov ilə qeyri-prosessual münasibətə girərək həmin məhkəmədə əlil və şəhid ailəsinə qarşı iddianı icraata götüzdürüb! Bu qeyri-prosessual özbaşınalığa nə Məhkəmə Hüquq Şurası, nə Ədliyyə Nazirliyi, nə Ombudsman , nə baş prokurorluq 5 ildir (!) hüquqi qiymət verilməsini təmin edir! Fikir verin, Nərimanov məhkəməsində eyni tərəflər arasında eyni predmet üzrə iş olduğu halda , Sabunçu məhkəməsi Qarabağ əlilinə və əsas cavabdeh şəhidə (!?) qarşı iddianı icraata götürüb! Belə məhkəmə -hüquq sistemi olar? Hətta hakim Gültəkin Əsədova şəhidin və əlilin yarı-yarı “Rəvan”a 10 min ödəməli olması barədə qətnamə də qəbul edib, avtomobilin yiyəsinin şəhid olması faktı ilə üz-üzə qalanda isə rüsvayçı qətnaməsini ört-basdır edərək, şəhidin varisi tapılana kimi icraatı dayandırıb. Bir müddət sonra varis tapılmadığı halda icraat bərpa olunub və hakim İmran Burcayev işi qərardadla Suraxanı məhkəməsinə göndərib. Bu qərardaddan qarşılıqlı iddiaçı əlilin şikayət verməsinə baxmayaraq, artıq görəvinə vaxtından əvvəl xitam verilən hakim Ramil Həsənov 28.11.2016 tarixli qətnamə ilə əlili “ min manat güzəştlə” 9 minlik borclu edib! (?) Və çıxılmaz durumda olan Qarabağ əlilinə özünü yandırmağı təklif edib! (?) Amma başabəla hakim tələsib və qətnaməsinin tualetdə işlədilən kağızdan özgə qüvvəsi olmayıb. Nədən Ali Məhkəmə 16.05.2017 tarixli qərarla işin aidiyyatını müəyyən edib və təbii ki, Ali Məhkəmənin qərarı aşağı məhkəmə üçün məcburidir . Di gəl, hələ də Sabunçu və Suraxanı məhkəmələri Ali Məhkəmənin qərarı əsasında işə baxılmasını 4-cü ildir təmin etmirlər! Bu özbaşınalığa hüquqi qiymət verilməsini təmin etməyə borclu olan Məhkəmə Hüquq Şurası, Ədliyyə Nazirliyi isə susmaqdadır . Hətta Ədliyyə Nazirliyinin Suraxanı icra məmuru Vüsal Əliyev qanuni qüvvəsi olmayan 28.11.2016 tarixli saxta qətnaməni ƏƏSMN yanında DSMF-ə göndərib Qarabağ əlilinin pensiyasını yarıqat etdirib. İcra məmurunun qanunsuzluğu göz önündədir :birincisi, icra məmuru özü icra sənədi tərtib edə bilməz. “İcra haqqında” qanunun 7.2 maddəsinə görə, icra sənədi hakim tərəfindən imzalanır və məhkəmənin möhürü ilə təsdiq olunur. Belə qanuni icra sənədi isə yoxdur. İkincisi, lap icra sənədi olsa da, “İcra haqqında” qanunun 68.1.2 maddəsi TƏLƏBİN BORCLUNUN XİDMƏTİ VƏZİFƏLƏRİNİ YERİNƏ YETİRƏRKƏN ALDIĞI XƏSARƏTLƏRƏ GÖRƏ ÖDƏNİLƏN MƏBLƏĞLƏRƏ YÖNƏLDİLƏ BİLMƏZLİYİNİ təsbit edir! İcra məmurunun “İcra haqqında” qanundan xəbərsizliyi bir yana, bəs ƏƏSMN yanında DSMF-in Xüsusi Şərtlərlə Təyinat İdarəsi də bilmir ki, icra sənədinin olmaması o yana dursun, axı Vətəni müdafiə edərkən ağ ciyərinin üçdən ikisini itirən əlilin pensiyası başqasına ödənilə bilməz? 3 ildir bu idarəni heç nazirin özü də başa sala bilmir ki, Qarabağ əlilinin pensiyasını bərpa etsin! Dəhşətə baxın, əlilin sosial, hüquqi təminatına görəvləndirilən ƏƏSMN onun pensiyasını başqasına ödəyir və bərpa etməyi də düşünmür! (?)

Qarabağ əlili məhkəmə yolu ilə də icra sənədi olmadan yarıqat edilən pensiyasını bərpa etdirə bilmir. Bakı İnzibati Məhkəməsinin hakimi Miminat Hacıbəyovanın ƏƏSMN yanında DSMF ilə qeyri-

prosessual münasibətə girərək iddianı mümkün saymaması haqqında qərardadını Bakı Apellyasiya Məhkəməsi qüvvədə saxlasa da, Ali Məhkəmə bir ildən çoxdur ləğv edib. Bakı İnzibati Məhkəməsi bir ildən çoxdur işə yenidən baxılmasını təmin etmir. Qərardadı ləğv edilən Miminat Hacıbəyova süründürməçilik edir. Təsəvvür edin, 4 ay qabaq hazırlıq iclası keçirilib, amma növbəti iclasın vaxtı təyin olunmayıb. Eyni zamanda, marağına toxunan 3-cü şəxs Qarabağ əlilinin vəsatəti üzrə də qərar qəbul edilməyib. Halbuki, İPM-in 28-ci maddəsinə əsasən 3-cü şəxs qismində vəsatətin təmin edilməməsindən şikayət vermək olar. Hakim öz təşəbbüsü ilə 3-cü şəxs Suraxanı icra və probasiya şöbəsini cəlb etdiyini bildirsə də, hələ də sözügedən icra şöbəsinin məhkəməyə hörmətsizliyi sürür. Ümumiyyətlə, Mülki Prosessual Məcəllə və İnzibati Prosessual Məcəllə əvvəllər iş üzrə hakim olmuş şəxsin yenidən həmin işə hakim təyin edilməsini yolverilməz sayır. Belədə hakim özü özünə etiraz etməlidir. Etmirsə, yəqin ki, iddiaçı əlil etiraz edəcək.

Görəsən, Bakı İnzibati Məhkəməsi qanunçuluğu üstün tutacaq, yoxsa ƏƏSMN -in təzyiqini?

Hələ ki, məhkəmə hüquq sahəsində qanunsuzluq hökm sürür ..."

diaaz.space olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
İranda iki aydır ki, internet yoxdur – “NetBlocks”
Bu gün, 06:03
Başsız Binəqədi: “VİP Construction” rəsmən qoçuluq edir... - AXI NİYƏ?..
Bu gün, 06:00
Gəncədə başçının bu küçədən xəbəri varmı... - Sakinlər narahatdır
Bu gün, 05:45
Qapısı tez-tez döyülən Azərbaycan... - GƏLİŞMƏ
Bu gün, 05:40
Avropa liderləri niyə Azərbaycana üz tutur? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 05:38
“Yaddaşımı, danışıq tərzimi itirmişəm, bəla da bundadır” - 86 yaşlı rejissor
Bu gün, 05:35
Ağdamda məktəb direktoru AT OYNADIR - İTTİHAM VAR...
Bu gün, 05:32
Vətəndaş saxtakarlarla ÜZ-ÜZƏ - GİLEY
Bu gün, 05:27
Çexiya Baş nazirinin Bakı səfəri sıradan diplomatik hadisə deyil - İNCƏLƏMƏ
Bu gün, 05:19
"Effekt- İnşaat"ın binası təhlükə saçır - VİDEOFAKT
Bu gün, 05:17
"Bu cür yanaşma şagirdlərdə stres, imtahana qarşı qorxu yaradır" - Deputatdan DİM-in yeniliyinə REAKSİYA
Bu gün, 05:10
Rusiya Azərbaycanın müstəqil ölkə olduğunu dərk etməlidir - YOXSA...
Bu gün, 05:07
Azərbaycanda pensiyaçılar niyə azalır? - AKTUAL
Bu gün, 05:05
Ceyhun Cəlilov mətbuata da ƏNGƏL OLUR - NARAZILIQ VAR...
Bu gün, 05:03
“Trampın özü təşkil etsəydi, sui-qəsdçi dərhal öldürülərdi - Mehman Əliyev ŞƏRH EDİR
Bu gün, 04:57
AMEA-nın İnstitutundan vergi borcu olan "Tələt" Firması ilə razılaşma - TƏFƏRRÜAT
Bu gün, 04:54
ABŞ İranın Ali Rəhbərinin sağ olduğuna inanır - Rubio
Bu gün, 04:47
Əli Əsədov benzinin qiyməti ilə bağlı QƏRAR VERDİ
Dünən, 18:15
Karapetyanın partiyasının üzvləri saxlanıldı
Dünən, 17:27
Çexiya Azərbaycana yeni hərbi təlim təyyarəsini təklif edib
Dünən, 17:26
Naxçıvanda taksi narazılığı: Bu avtomobillərə qadağa qoyuldu – AYNA-dan CAVAB
Dünən, 17:20
İran bəyanat verdi: - Müharibə mürəkkəb mərhələyə keçir
Dünən, 17:18
Rusiya Avropa strukturlarının nümayəndələrinə qarşı sanksiyalar tətbiq edib
Dünən, 17:15
“İpək Yolu Sığorta” kiçilib, gəlirləri azalıb
Dünən, 17:13
Sankt-Peterburqda Putin və Əraqçi arasında görüş keçirilir
Dünən, 17:10
Çimərlikdəki qətlin məhkəməsi – ŞOK İFADƏLƏR
Dünən, 16:51
70 kq qızılla tutulan polkovnikə - Hökm oxundu
Dünən, 16:44
Paşinyanın sərhədlə bağlı açıqlamasına Bakıdan REAKSİYA: - “Mübahisəli ərazilər var...”
Dünən, 16:37
Deputatın qızlara pulsuz təhsil təklifinə REAKSİYA: - “Hansısa tələbənin təhsil haqqını özü ödəsin”
Dünən, 16:33
"Pünhan kişidir, rəftar fərqli olmalıdır"
Dünən, 16:30
Məzahir Pənahov yenidən MSK sədri seçilib
Dünən, 16:29
Xocalı sakinləri işsizlik və həyətyanı sahə problemi ilə üzləşirlər... - NARAZILIQ VAR...
Dünən, 16:03
ABŞ-nin İranla bağlı strategiyası naməlumdur - Almaniya Kansleri
Dünən, 15:53
MSK-nın heç bir funksiyası yoxdur - Siyasilərdən REAKSİYA
Dünən, 15:51
“Bank Avrasiya”nın maliyyə vəziyyəti ürəkaçan deyil – Ümidsiz kreditlərin payı kəskin artıb
Dünən, 15:48
“Rossotrudniçestvo”nun rəhbəri Yevgeni Primakov istefaya göndərilib
Dünən, 15:45
Turan Topalova tutduğu vəzifədən ayrıldı - ƏMR
Dünən, 15:44
Ermənistanda Rusiya lehinə olan kanallar silindi
Dünən, 15:42
Cəlilov da BELƏ YEYİR: Hər kilometrə 200 MİN MANAT... - AY MAŞALLAH...
Dünən, 15:34
Bank of Baku 27 qəpik borcu 2 manata necə çevirib? - Mərkəzi Bank vətəndaş şikayətinə belə CAVAB VERDİ
Dünən, 15:22
SAVAŞDAN ÇIXANA “XOX GƏLİRLƏR”: “Telefonumuza cavab verməsəniz, qohumlarınıza zəng edəcəyik” - ÖZBAŞINA QALIBLAR...
Dünən, 15:15
Avropa İttifaqının Gürcüstandakı səfiri XİN-ə çağırılıb - KİV
Dünən, 15:03
Paşinyanın korteji hamilə qadını belə vurub – yeni iddia
Dünən, 15:02
Elgiz və Xoşqədəm yeni layihə ilə efirə QAYIDIR
Dünən, 14:39
Xəyal Rza qəzaya düşdü - FOTO
Dünən, 14:38
Bu temp Anar Rzayevi HƏBSƏ GÖTÜRƏ BİLƏR... - ÇÜNKİ...
Dünən, 14:33
Cavid Nəbiyevin şirkətləri borc içində: Siyahıda "Anadolu Efes" də var - TƏFƏRRÜAT
Dünən, 14:25
“Görünür, Kremldə də çox istəyirlər ki, Zelenski ilə Bakıda hansısa görüş keçirilsin, amma...”
Dünən, 14:08
Aqil Abbasdan “Ağdam Bus” kartlarının buraxılmasına münasibət: -“2-3 min adam üçün nəyə lazımdır?”
Dünən, 14:06
Marukyan Azərbaycanı məhkəməyə vermək istəyir
Dünən, 14:02
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru