İndi də İsfəndiyar Axundovun qardaşı oğlunun adı mənzil qalmaqalında hallanır… - GİLEY
Tarix: 12-04-2019, 09:10 | Çap et
 Adil Hüseynov, Pərviz Həsənov, Tariyel Seyidov, Elmira Rəhimova, Solmaz Cəfərova, Fəxriyyə Camalova, Simuzər Əliyeva, Adil Nəcəfov, Xanımnaz Allahverdiyeva, Səxavət Əliyev, Əhməd Qəribov, Orxan Azadlı və Nazim Müzəffər adlı Azərbaycan Respublikası vətəndaşları “Bakı-Xəbər” qəzetinə şikayət ünvanlayaraq bildirirlər ki, mənzil qalmaqalı mövzusunda başlarına açılan müsibətlə bağlı yeganə çıxış yolu məsələni ictimailəşdirib problemlərinin həllinə nail olmaqdır.
Şikayətçilərin sözlərinə görə, 15-ə yaxin ailə 2011-ci ildə Xocalı prospektində bina inşa edən “Hom Pash Prestij” şirkətindən mənzillər alıb: “Uzun müddət kirayələrdə qalıb mənzillərimizin yaxın zamanda bizə təhvil verilməyini gözləyirdik. 2015-ci ildən MTK-nın icazəsi ilə bir çoxumuz mənzilləri təmir etmişik, aramızda mənzillərə köçənlər də var. Fəqət, gözlənilmədən 2016-ci ildə məhkəmə icraçıları gəlib bizə məlumat verdilər ki, bu mənzillər artıq bizim deyil, İsfəndiyar Axundovun qardaşı oğlu Eldəniz Axundovundur. Sonradan bilmişik ki, demə, neçə illərdi bizim mənzillərlə bağlı məhkəmə işləri gedirmiş. Eldəniz Axundov bizim xəbərimiz olmadan MTK-nı məhkəməyə verib və baxmayaraq ki, onun bu mənzillər üçün heç bir ödəniş qəbzləri yoxdur, hansısa yollarla, məhkəmənin köməkliyi ilə bizim mənzillərə yiyələnib. Hazırda mənzillərimiz əlimizdən alınıb və məskunlaşmış sakinlər hər gün evdən qovulacaqları ilə hədələnirlər”.
Şikayətçilər bildirirlər ki, onlar müxtəlif hökumət orqanlarına bununla bağlı şikayətlər ediblər: “Bizim şikayətimiz əsnasında Baş Prokuror yanında Korrupsiya ilə Mübarizə İdarəsi tərəfindən aparılan istintaqın gedişatında müəyyən edilib ki, əslində, E.Axundov bu mənzillərə heç bir pul ödəməyib və bu mənzilləri borc əvəzi girov saxlayıb. İstintaqın yekun nəticəsi də bizim bu mənzillərin əsl sahibi olmağımızı təsdiqləyir. Maraqlısı odur ki, istintaqın bu nəticəsi də biz sakinlərin vəziyyətini heç cür yüngülləşdirmir. Biz sakinlər dəfələrlə bu yeni faktları məhkəmə sədrinə və həmçinin, rayon məhkəmələrinə bildirərək, hüquqlarımızı tanıyaraq, əvvəlki ədalətsiz qərarı ləğv etməyə çağırmışıq. Buna baxmayaraq, məhkəmələr hələ də bu 15 ailənin haqlarını tapdalayaraq oliqarxın xeyrinə qərarlar çıxarırlar. Sizdən artıq dərəcədə xahiş edirik ki, məsələnin ədalətli həlli üçün problemimizi ictimailəşdirməkdə bizə köməklik göstərəsiniz və bizim haqqımızın tapdanmaması üçün səylərinizi əsirgəməyəsiniz”.
Şikayətçilər bildirirlər ki, həmin binadan alınan təmirsiz mənzilin minimum qiyməti 150 min manatdır: “Elələri var ki, mənzilini əla təmir edib. Ümumi məbləği hesablayanda bizə dəyən ziyanın məbləği 3 milyondan artıq edir”.
“Bakı-Xəbər” qəzeti olaraq biz “Hom Pash Prestij” şirkətinin rəhbəri, türk vətəndaşı olan Hikmət Yigitböllə əlaqə saxladıq. O, qəzetimizə açıqlamasında bunları bildirdi: “Mən vətəndaşların yanındayam. Onlara böyük haqsızlıq edilib. Ancaq sizi əmin edirəm ki, bu işdə ən böyük zərəri elə mənim özüm çəkmişəm. Biznes aləmində “Şərurlu İsfəndiyar” kimi tanınan İsfəndiyar Axundovun qardaşı oğlu olan Eldəniz Axundov öz şəxsi əlaqələrindən istifadə edərək, bizim başımıza bu oyunu açıb. Axundov həmin mənzillərə bir qəpik də olsun pul ödəməyib. Onun özü bunu izahatlarında da qeyd edib. Artıq mən məcbur olub bu şirkəti Qabil Əliyev adlı adama təhvil verirəm, ancaq səhmləşmə prosesi həyata keçirilmədiyi üçün, mən mənzilləri tikən qurumun rəhbəri sayılıram. Eldəniz Axundovun bizimlə bir barter razılaşması vardı. O bizə 10 hektar torpaq verəcəkdi, biz isə ona mənzil. Sonra gəlib dedi ki, barter istəmir. Razılaşmanı pozmalı olduq. Hətta təzminat olaraq məndən 60 min manat pul da aldı ki, mənzil iddiasından tam əl çəksin. Mən ona 60 mini ödəmişəm və bütün kağızları ondan aldım. Sonra gəldi bizim yeni tikintilərdən birindən evlər aldı və 600 min manata yaxın pul ödədi. Bina vaxtında bitmədiyi səbəbindən məhkəmələrə üz tutdu və dediyiniz mənzillərin də ona aid olduğuna dair iddia qaldırdı. Həmin vaxt mən Türkiyədəydim. Bir də xəbərim oldu ki, Axundov ona zərrə qədər də aidiyyəti olmayan mənzilləri də ələ keçirib. Mən zərərçəkən vətəndaşların yanındayam”.


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Vüsal Aslanov üçün geri sayım: Yeni Metropolten rəisi bu şəxs ola bilər - İDDİA
Bu gün, 07:34 |
|
|
|
| • SEPAH-ın casus şəbəkəsinin rəhbəri Azərbaycan vətəndaşı imiş - FOTO
Bu gün, 07:32 |
|
|
|
| • AYA 10 MİN MANAT MAAŞ ALAN İDARƏ RƏİSİ... - Orxan İmanlının bibisi oğlundan narazılıq artıb
Bu gün, 07:19 |
|
|
|
| • "Məleykə xanımın repetitorlarla bağlı fikri ilə razılaşmıram” - DİM sədrinə ETİRAZ
Bu gün, 07:15 |
|
|
|
| • Rusiya-Ermənistan seçki savaşı böyüyür, təhlükələr də var - İNCƏLƏMƏ
Bu gün, 07:10 |
|
|
|
| • Zelenskinin qəfil və sirli səfəri: Bakı hansı mesajı verir? - NƏ BAŞ VERİR?
Bu gün, 07:07 |
|
|
|
| • Azərbaycanda “WhatsApp”la bağlı yeni problem – Həlli AÇIQLANDI
Bu gün, 07:05 |
|
|
|
| • Azərbaycan Ukrayna təcrübəsindən yararlanmalıdır - ÇAĞIRIŞ
Bu gün, 07:04 |
|
|
|
| • Paşinyan seçilsə, Kreml nə edəcək? - Silayev
Bu gün, 07:02 |
|
|
|
| • İmtahanda DİM monopoliyası: 1-ci sinifdən başlayan stress - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 07:00 |
|
|
|
| • Erməni xalqı ya müharibəni, ya da sülhü, inkişafı seçməlidir - Natiq Miri ŞƏRH EDİR
Bu gün, 06:58 |
|
|
|
| • "Su İdmanı Sarayı" dövlətə BORCLANDI - Böyük miqdarda
Bu gün, 06:56 |
|
|
|
| • Rusiya Ukrayna üzrə danışıqlar üçün Səudiyyə Ərəbistanına müraciət edə bilər - “İzvestiya” qəzeti
Bu gün, 06:51 |
|
|
|
| • Azərbaycan üçün yeni uşaqpulu modeli: Ayda 100 manat… - DETALLAR
Bu gün, 06:49 |
|
|
|
| • "Hesablama Palatasına keyfiyyətli iş gördüyü üçün təşəkkür düşür" - partiya sədri
Bu gün, 06:33 |
|
|
|
| • Tanınmış müğənni qonşusundan gileyləndi - "...şübhə edir"
Bu gün, 06:27 |
|
|
|
| • Ukrayna ordusunun bir dəri-bir sümük əsgərləri - ŞOK FAKTLAR AÇIQLANDI
Bu gün, 06:17 |
|
|
|
| • Qaxın daha bir OLİQARXI: Dövləti rəsmən qarət edib... - Bir araşdıran olsa...
Bu gün, 06:13 |
|
|
|
| • Hamlet İsaxanlı siyasətə yaman meyillənir... - keçmiş deputatdan ATMACA
Bu gün, 05:58 |
|
|
|
| • Eşqi Bağırovun üsyanı... SƏMƏRƏ VERƏCƏKMİ?
Bu gün, 05:52 |
|
|
|
| • Fermerlərə çatası milyonları KİM YEYİB Kİ... - HESABI BELƏ SORUŞULMUR...
Bu gün, 05:47 |
|
|
|
| • Ramiz Mehdiyevin oğurladıqlarını “milyoner nəvə”si BELƏ XƏRCLƏYİR - İLGİNC FAKTLAR
Bu gün, 05:40 |
|
|
|
| • Azərbaycan son savaşda sübuta yetirdi ki... - ARAŞDIRMA
Bu gün, 01:16 |
|
|
|
| • Bakıdan qayıdan Zelenski indi də İrəvan yolunda... - GƏLİŞMƏ
Bu gün, 01:10 |
|
|
|
| • Səhiyyə büdcəsində MAAŞ 'ABORTU' - BU NƏDİ BELƏ?
Bu gün, 01:01 |
|
|
|
| • Natəmiz mühitdə hansı sağlamlıq? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 00:54 |
|
|
|
| • "Bu artıq xidmət deyil..." - ETİRAZ VAR!
Bu gün, 00:46 |
|
|
|
| • Erməni general yenə Hindistandadır
Dünən, 22:15 |
|
|
|
| • Rusiyada terror təhlükəsi riski artır - Putin
Dünən, 22:13 |
|
|
|
| • “O müğənnilərin efirdə ailə və əxlaq dəyərlərindən danışıb, kiməsə dərs keçməyə ixtiyarları yoxdur...” - REAKSİYA
Dünən, 17:34 |
|
|
|
| • Hövsan MİDA layihəsində şok vəziyyət: İtlər, həşəratlar və üfunət kabusu… - NARAZILIQ VAR...
Dünən, 17:32 |
|
|
|
| • "Zəng gəlsə, demə ki, bizə pul vermisən" - Avropada iş adı ilə 171 nəfəri aldadanların MƏHKƏMƏSİ
Dünən, 17:12 |
|
|
|
| • “Məktəb” serialı Vado Korovin üçün sanki ailə təsərrüfatı olub... - GÖRÜNƏNİ BUDUR...
Dünən, 17:06 |
|
|
|
| • Ukrayna İsrailə etiraz notası təqdim edib
Dünən, 17:02 |
|
|
|
| • İlqar Bayramlıdan yeni direktor təyinatı - ƏMR
Dünən, 16:42 |
|
|
|
| • Məşhur aparıcıdan "ərə getmək" xəbərinə CAVAB - "Hüseynova bacıları məharətini göstərəcək"
Dünən, 16:38 |
|
|
|
| • Bakı görüşü Azərbaycan Çexiya münasibətlərində yeni imkanlar açır - MƏQALƏ
Dünən, 16:31 |
|
|
|
| • Ermənistanda panika: Əhaliyə çağırış edildi
Dünən, 16:00 |
|
|
|
| • Tikintidə artan “qara bazar” - Milyonluq CƏRİMƏLƏR və…
Dünən, 15:57 |
|
|
|
| • Rus ordusu iki kəndi işğal etdi
Dünən, 15:55 |
|
|
|
| • Bakıda güllələnən müəllim işdən çıxıb? - “İdrak” Liseyindən açıqlama
Dünən, 15:24 |
|
|
|
| • "Qaçqınkom"un idarəsindən vergi borcu olan şirkətə 447 min manatlıq sifariş - TƏFƏRRÜAT
Dünən, 15:22 |
|
|
|
| • DİM sədri ilə Mikayıl Cabbarov üz-üzə... - Xarici dil buraxılış imtahanında olmamalı idi?
Dünən, 15:18 |
|
|
|
| • Təltif olunanların sırasında “Veysəloğlu Distribusiya”nın rəhbəri də var... - FOTO
Dünən, 15:00 |
|
|
|
| • Energetika Nazirliyinin press-reliz tenderi ləğv edildi: - Səbəb açıqlanmadı
Dünən, 14:57 |
|
|
|
| • Ermənistanda seçki savaşı qızışır: Revanşistlər geri qayıda bilərmi? - Bakıdan sərt mesaj
Dünən, 14:55 |
|
|
|
| • Daha bir tanınmış şəxs Türkiyədə dünyasını dəyişdi - FOTO
Dünən, 14:53 |
|
|
|
| • Keçmiş silahdaşı seçkilərdə Paşinyanı dəstəkləməkdən imtina etdi - KİV
Dünən, 14:39 |
|
|
|
| • Ölkənin ən iri pivə istehsalçısı “Carlsberg Azerbaijan”a yeni rəhbər gəlib - BUNDAN SONRA...
Dünən, 14:34 |
|
|
|
| • ”Utanmır efirə çıxıb deyir hamiləyəm, bu, nə tərbiyəsizlikdir?” - VİDEO
Dünən, 14:30 |
|
|
|
|