Rusiyada öldürülən qardaşların əmisi oğlu da .....                     Paşinyan Ermənistanın Milli Təhlükəsizlik Xidmətinə yeni direktor təyin edib .....                     Səfərovlar ailəsinə sübh tezdən edilən basqının TƏFƏRRÜATLARI .....                     Yekaterinburqda öldürülən azərbaycanlıların nəşlərinin gətirilməsi ilə bağlı tədbirlər görülür .....                     Zaqatalada sel TƏHLÜKƏSİ: 100 dən çox ev su altında qala bilər .....                     “Gəncəli Mübariz” xərçəngə tutuldu .....                     "Qardaşlarımı Qarabağda dəfn etmək istəyirik" .....                     Azərbaycan XİN-dən Yekaterinburqdakı vəhşiliyə REAKSİYA .....                     AZAL Bakı-Təl-Əviv reyslərini bərpa edir .....                     Rusiyada qardaşları öldürülən jurnalist danışdı: .....                     Ermənistanda gərginlik böyüyür .....                     Çox gözəl sözlərdir: Tramp Putini təriflədi .....                     Azərbaycanlıların kütləvi həbsi ilə bağlı ilk rəsmi AÇIQLAMA .....                     Direktor müəllimə qoyun sağdırır, şagird restoran ofisiantıdır... .....                     "Qocalıqdan çox qorxuram" .....                     İrəvanda KİLSƏ-DÖVLƏT DAVASI... .....                     Nəsə bu dəfə qanun işləmədi... .....                     Belə marketinq olmur... belə reklam olmur! .....                     II Qareginin keçmiş cangüdənindən şok ittihamlar .....                     Bu gün Azərbaycan milli mətbuatının banisi Həsən bəy Zərdabinin doğum günüdür .....                     İranda İsraillə münaqişədə ölən hərbi rəhbərlərin dəfn mərasimi başlayıb .....                     Demokratiyanın avropalı "təəssübkeşləri" İrəvana nədən GÖZ ATMIR? .....                     İsrail-İran müharibəsi Orta Asiyanın yolunu bağlayıb? .....                     ABŞ-li instruktorların təşkil etdiyi batalyon Sumı istiqamətinə göndərilib .....                     Sənədsiz evlərlə bağlı mühüm YENİLİK .....                     FHN-dən növbəti bahalı alış-veriş .....                     İrəvan məhkəməsi arxiyepiskop Mikael Acapaxyanı həbs edib .....                     Saçını boyamaq istədi, dərisini yandırdılar .....                     Deputatın alayarımçıq PARK ƏCƏMİ layihəsi... .....                     Bu ünvanda Azərbaycan qanunları işləmir .....                     `Azəriqaz`da AÇIQ QARƏT: rayonbarayon FAKTLAR... .....                     Qosqoca dövlət qurumunda oyun oynamaq da TENDERLƏ İMİŞ... .....                     Əgər rəsmi Tehran Mehdi Sobhaninin ağzından vurmursa... .....                     Tramp bu il Çini ziyarət edəcək .....                     "Məcnun Məmmədov ciddi düşünsün" .....                     "Mingəçevirin tarixi energetika mərkəzi kimi mövqeyi bu layihə ilə yeni nəfəs aldı" .....                     “Uşaqların başı imtahanlarla xarab olur” .....                     Yaşıl siyasət, bahalı qiymət: Təmiz vicdan neçəyə başa gəlir? .....                     Ermənistanda keşiş “ovu” .....                     İmtahanla bağlı qaranlıq məqam: Bu müəllimləri nə gözləyir? .....                 

Azər Kərimlinin adı yenidən gündəmdə - İTTİHAM
Tarix: 22-03-2019, 11:07 | Çap et
Azər Kərimlinin adı yenidən gündəmdə
Qax rayonunda meşə zolaqlarına qənim kəsilən, açıq-aşkar bu sahənin biznesi ilə məşğul olanlara “qaş üstə, gözün qar var” deyən yoxdur

Rayondakı mənbəmiz tərəfindən Qax meşələrinin son 20 ildə necə amansızlıqla məhv edilməsi barədə sensasion məlumatlar da daxil olub. Mənbə bildirir ki, rayonun meşə zolaqlarında daha dözülməz vəziyyətin əmələ gəlməsinə səbəb, məhz rayonun Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin çarəsiz, çıxılmaz durumuna düşməsidir.Məlumat üçün bildirmək istərdik ki, rayonun meşə zolaqlarında çox qiymətli ağac növləri bitir və onların əksər hissəsi də kəsilərək, mebel istehsal etmək üçün qonşu Rusiya və Gürcüstan dövlətlərinə göndərilir. Kəsilmiş ağaclardan bəziləri müxtəlif növ mebellər düzəltmək üçün yararsız olduğundan, onlardan yanacaq kimi də istifadə etmək üçün satılır. Təəccüb və təəssüf doğuran hal o olur ki, meşə zolaqlarına qənim kəsilən, açıq-aşkar bu sahənin biznesi ilə məşğul olanlara isə, “qaşın üstə qar var” deyən yoxdur.

Qaxda meşə zolaqlarının məhvi təqribən 15-20 ildir ki, başlanılıb və mütəmadi olaraq davam edir,amma bununla bağlı hər hansı tədbir də görülmür. Rayonda bir çox vəzifə sahiblərinə, ayrı-ayrı şəxslərə məxsus sexlərə çökə, palıd, fıstıq, vələs, göyrüş, şabalıd, qoz, cır armud və digər növ qiymətli ağaclar gətirilir, ilkin emaldan sonra müxtəlif ünvanlara daşınır.
Rayonda taşayan məlumatlı şəxslər onu da bildirir ki, meşə təsərrüfatının “İlisu Dövlət Qoruğu” ərazilərindəki meşə zolaqlarına da rəhm olunmur, kəsilib doğranır və müxtəlif məqsədlər üçün də istifadə olunur. Belə bir səbəblər üzündəndir ki, adıçəkilən qoruq ərazisində nadir ağac növlərinin nəsli kəsilmək üzrədir. Baş verən xoşagəlməz durumla bağlı, yəqin ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yerli qurumlarına rəhbərlik edənlər də məsuliyyət daşıyırlar. Bir müddət bundan əvvəl, “İlisu Dövlət Qoruğu”na yaxın ərazilərdə yaşayan sakinlər əməkdaşımıza bildirirlər ki, “artıq bu yerdə ağacların nəsli kəsilmək üzrədir” desələr də, bir kimsə sakinlərin həyacan təbilinə məhəl belə qoymurlar. Bəli, bu gün tam əksəriyyətin yekdil rəyi belədir ki, Qax meşələrinin başı üzərini ciddi təhlükə alıb.

Mövzunun aktuallığını nəzərə alaraq apardığımız jurnalist araşdırmaları zamanı bir sıra maraqlı, həm də dövlət və ictimai əhəmiyyət kəsb edən faktlar ortalığa çıxdı. Verilən məlumatlardan belə məlum olur ki, Qaxda ağac qətliyamı ilə məşğul olanlar elə belə adamlar deyilmiş. Bəri başdan qeyd edək ki, Qaxda ağac biznesinin önündə gedən əsas fiqurlardan biri 19 ilin passiv deputatı kimi tanınan Azər Kərimov və onun rayon mərkəzində biznes işlərində yaxından köməklik göstərən Qax rayon sakini, biznesmen Nəzirov Elşən Nemət oğludur.

Əvvəlcə Azərbaycanın ictimai-siyasi elitasında da populyar olmayan Azər Kərimlinin qısa təqdimatını verək. 112 Saylı Qax seçki dairəsindən mandat alan bu şəxs 2000-ci ildən millət vəkili “seçilib” və bu günə qədər də deputatləığını davam etdirir. Millət vəkili olduğu 19 il ərzində Azər Kərimlinin deputat olaraq, fəaliyyəti heç bir ictimai əhəmiyyətliliyi ilə seçilməyib. Parlamentin sessiyalarının stenoqramlarında Azər Kərimlinin son 11 il ərzində çıxışına rast gəlmək mümkün olmaz. Ümumiyyətlə, parlamentin iclaslarına da təsadüf hallarda qatılan bu deputatın fəaliyyəti barədə tək danışılan onun hansısa biznes fəaliyyəti ilə məşğul olmasıdır. Baxmayaraq ki, qanunvericilik deputatın biznes fəaliyyətinə qadağa qoyur. Amma parlamentin əksər üzvləri kimi Azər Kərimli də biznes fəaliyyətini yüksək səviyyədə quranlardandır. Onun həm ölkə daxilində, həm də xaricində bir sıra biznes şəbəkələrinin olduğu bildirilir. Azər Kərimli həm də seçicilərini boykot edən deputatlardandır.

Bəs necə oldu ki, Legitimliyi şübhə doğuran deputat “İtaliya Cəngavəri” oldu?

Azərbaycan-İtaliya parlamentlərarası əlaqələr üzrə işçı qrupunun rəhbəri Azər Kərimli 2012-ci ildə İtaliya Respublikanın “Xidmətlərə görə” Cəngavər ordeni ilə təltif olunub.İlk olaraq hesab edirik ki, seçicilərinin hüquqlarını qorumayan, ən azı mandatının legitimliyi şübhə doğuran bir deputata belə bir ordenlə təltif olunması insanda şübhələr oyadır. Görəsən Azər Kərimli Azərbaycanda, vətənində xidmətlərinə görə hansı ordenlərlə təltif olunub?

Apardığımız araşdırmalar zamanı məlum oldu ki, A.Kərimli məhz qiymətli ağacları sözügedən ölkəyə daşımaqda xüsusi canfəşanlıq göstərir. Axı İtalıyada qiymətli ağaclardan mebel sənayesində istifadə olunur. Qax rayonunda qiymətli ağaclarının kütləvi şəkildə qırılması ilə bağlı hamı deputat A.Kərimlinin adını hallandırır. Deyirlər ki, A.Kərimli ağac materialları və mebelqayırma sahəsində biznesmen olaraq Qax rayonu əhalisinin “sağlamlığının keşiyində dayanır”. İtaliyanın Azərbaycandakı səfirliyində deputata В«cəngəvarВ» ordeni verilməsinin motivini araşdırdığımız zaman məlum oldu ki, deputat xəttilə İtaliyaya gedib gəldiyi zaman dövlətin mənafeyini yaddan çıxarıb öz biznes maraqlarından çıxış edərək mebel alış verişi üzrə müqavilələr bağlayıbdır. Məlumata görə yaxın dostu Elşən Nəzərovu da bu işə cəlb edərək rayondakı qoz və palıd ağaclarının ilkin emalı üçün özünəməxsus böyük sexdə emal işlərilə məşğul etmişdir. Belə ki, Qax şəhərinin Şərq istiqamətindən dəmir “Nikolay körpüsü”nü keçib 150 metr şimal istiqamətnə getdikdən sonra çay kənarında inşa edilən böyük mebel fabriki mövcuddur. İnşaası 1 milyon manata başa gələn nəhəng fabrik strateji bir obyekt kimi hər tərəfdən müşahidə kameraları və ciddi rejimli mühafizə dəstəsinin nəzarəti altında qorunur.

Əsasən yerli əhalidən qoz, şabalıd ağacı məhsullarını “su qiyməti”nə alan fabrikin sahibi E.Nəzərəov deputatla sövdələşdiyi kimi əldə etdiyi ağac materiallarını yarımfabrikat halına salaraq birbaşa Xırdalan şəhərində yerləşən və deputat A.Kərimliyə məxsus mebel sexlərinə gətirilir. Ən müasir avadanlıqlarla təchiz edilmiş bu sexlərdə qoz və şabalıd ağacları yüksək texnoloji üsullarla emal edilərək standart formada hazırlanmış detallar mebel istehsalı üçün birbaşa İtaliyaya göndərilir. Əvəzində isə pul və sifarişə uyğun avanqard modelli hazır mebelləri Azərbaycana gətirib satmaqla məşğuldurlar. Deputat İtaliyanın “Cəngavər” ordeninə necə layiq görülməsinin təfərrüatları da buradan məlum olur.

Millət vəkiliyi dövründə qazandığı milyonlar sayəsində A.Kərimli Qax rayonunda tikdirdiyi şəxsi mülkləri ilə də məşhurdur. Məsələn, bir zamanlar Qaxın İlisu kəndində sovet dövründə salınmış “Füzuli bağı” nın yanında isə Azər Kərimlinin tikdirdiyi imarət ucalır. Məlumatda həmçinin qeyd olunur ki, Azər Kərimli faktiki olaraq Qax rayonunu idarə edir, hətta rayonun ayrı-ayrı idarə rəhbərlərini də vəzifəyə onun təyin elətdirdiyi və yaxud da vəzifədən çıxartdırdığı bildirilir. Ona görə də Azər Kərimli qoz ağacı soyqırımını rahatlıqla həyata keçirə bilir .Məlumatında bildirilir: Azər Kərimov hətta işi o yerə çatdırıb ki, olmazın iddialar irəli sürür. Məsələn, deyilənlərə görə, deputatlığa namizəd bir neçə yerdə təkarar edib ki, o mandat alması üçün xərci çoxdan çəkib. Və iddia olaraq bildirib ki, bir müddət əvvəl təmir edilmiş Milli Məclisin iclas zalının bütün mebelini məhz o verdirib.

Qeyd edək ki, Milli Məclisin iclas zalı yüksək səviyyədə təmir olunub. Təmirdən sonar isə deputatların əyləşməsi üçün yeni mebellər quraşdırılıb. Və bu mebellər heç də ucuz qiymətə deyil. Eyni zamanda, zövqlə seçiliblər. Əgər həqiqətən də bu mebelləri deputat Azər Kərimov alıbsa, o zaman sual meydana çıxır ki, dəyəri milyon manatla ölçülən bu qədər yumuşaq mebel dəstlərini o hansı pulla alıb. Hər halda deputat maaşı ilə bu qədər bahalı əşyaları almaq mümkün deyilsə də fakt ondan ibarətdir ki, Milli Məclisin mebelləri xammalı Qax rayonun qoz və şabalıd ağaclarından hazırlanmış təmiz İtalyan mebelləridir. Ki, deputat A.Kərimli 2015-ci il üçün yenidən toxunulmazlığını təmin etmək və ağac biznesini davam etdirmək üçün əvvəlcədən Milli Məclisin mebel sisteminin müasir dizaynda yığılması və hazırlanması üçün İtaliyadan gətirəcəyi mebellə təchiz etməyi öhdəsinə götürübmüş. Kişi sözünə əməl etdi və əvəzində də deputat seçildi.

Bəs Elşən Nəzirovkimdir və ağac biznesinə necə başlamışdır?

Qaxda Elşən Nəzirovu tanıyanlar onu güclü kombinator kimi xarakterizə edirlər. Əvvələr elə də imkan sahibi olmayan Elşən 15 il əvvəl Qax rayonunda dəbə minmiş taxta alıb-satma işlərində vasitəçilk etməklə özünə çörək pulu qazanırdı. Sonradan Qax şəhərinin girişində əldə etdiyi istifadəyə yararsız olan torpaq sahəsində taxta sexi inşa edib bizneslə məşğul olmaq üçün özünə imkanlı yoldaşlar axtarır. Lakin Qax rayonunda hamı onu “ipinin üstünə odun yığmalı deyil” zərb məsələsində olduğu personaj kimi tanıdığından yerli əhalidən özünə şərik tapa bilmir. Və tezliklə də əslən Zaqtalanın Aşağı Tala kəndindən olan iş adamı Eyibov Şahid Abdulməcid oğlunu tora sala bilir.

Şahid Eyibov 05 fevral 2004-cü il tarixdən “CredAqro” Qeyri-Bank Kredit Təşkilatının Zaqatala filialına müdir vəzifəsinə təyin edilmişdir. Həmin vəzifədə 07 yanvar 2010-cu ilə qədər çalışmışdır. İşlədiyi kredit təşkilatına müştəri kimi müraciət etmiş Nəzirov Elşən Nemət oğlunu 2006-cı ildə tanış olurlar.

Elşən barəsində Qax şəhərində yaşayan Azər adlı yaxın dostunun ona verdiyi məlumat əsasında Elşəni kredit təşkilatı üçün arzu edilən bir müştəri kimi qəbul edərək, ona bankdan kredit götürməsinə köməklik göstərmişdir. Qısa müddət ərzində özünü bacarıqlı və nümunəvi iş adamı kimi göstərməyə nail olan Elşən onun qarşısında özünə etibar qazanabilmiş və onunla Elşən arasında səmimi dostluq münasibətləri yaranmışdır. Aralarında olan münasibətdən istifadə edən Elşən 2007-ci ilin noyabr ayında onunla birgə işləmək istədiyini bildirərək, ağac emalı və taxta məhsullarının, xüsusi ilə də parket istehsalında böyük gəlir olduğunu inandırıcı şəkildə bildirmiş, bunun üçün istehsalın gücləndirilməsi və işin əsaslı şəkildə yenidən qurulmasının vacib olduğunu söyləmişdir. Birgə işə başlamaları üçün isə bankdan qısa müddətə kreditə götürməklə pul əldə etməyə köməklik göstərməsini ona təklif edirdi və cəmi 60 000 manat pul lazım olduğunu bildirmiş, götürülən kredit məbləğinin tez bir zamanda qaytarılmasında heç bir problemin olmayacağına da onu inandırmışdır. Elşənin onunla birgə işləmək təklifini qəbul etsə də, ondan fərqli olaraq tələb olunan 60 000 məbləğində pulun bankdan kreditə götürülməsi barədə fikirləşməmişdir. Tələb olunan məbləğin bankdan qanuni yolla əldə edilməsinin mümkün olmadığmı bildiyi üçün pulun bu yolla deyil, başqa yolla əldə edilməsinə üstünlük vermişdir. Odur ki, imkanı olan pul vəsaiti ilə yanaşı öz əmlakını satmaq və borca pul götürməklə tələb olunan məbləği toplamaq yolunu seçmişdir. Beləliklə də, o, 2007-ci ilin dekabr ayında imkanı olan pul vəsaiti ilə yanaşı, qısa müddətdə qaytarmaq şərti ilə dost və tanışlarından borca pullar götürməklə əldə etdiyi 60 000 manat pulu müxtəlif vaxtlarda və hissə-hissə Elşənə vermişdir. Bundan sonra Elşən, müxtəlif işlər üçün daha çox pul lazım olduğunu bildirmiş, tələb olunan pulun məbləğini artıran Elşənə bir il müddətinə cəmi 420 000 manat pul vermişdir. Ortaqlığın başlanması üçün onun Elşənə verdiyi pullar Elşənin mülkiyyətində olan Qax şəhərindəki torpaq sahəsində ağac emalı və taxta məhsullarının istehsalı sexinin yaradılması, burada istehsalın təşkili və fəaliyyəti üçün aparılan əsaslı tikinti işlərinə, avadanlıqların və malmaterialların alınmasına xərclənmişdir. Bütün işləri Elşən təşkil etmiş və hesabatını aparmışdır. O ancaq yeni avadanlıqlar və mal-materiallar alınmasında və aparılan əsaslı tikinti işlərində iştirak edir və bacardığı köməklikləri göstərmişdir. Ortaq olduğu iş səmərəli görünmüş, Elşənin qabaqcadan dediyi gəlir reallaşmış, kifayət qədər gəlir əldə etmişlər. Buna baxmayaraq Elşən öz hesabatında mənfəət göstərmir və ortaq gəlirlərində mənfəət olmadığına onu inandırmağa çalışmışdır. Bir müddət sonra birgə işdən böyük gəlir əldə edən Elşənin onu müxtəlif bahanələrlə aldatdığını və əldə edilmiş gəlirdən ona çatacaq vəsaiti vermək istəmədiyini anlamışdır. O, Elşəndən özünə düşən qazanc payını deyil, ümumi işi üçün əlavə xərclədiyi pulları və ümumiyyətlə heç nə ala bilməmişdir. Nəticədə Elşənlə birgə işləməyin mümkün olmadığını gördükdən sonar Elşəndən ancaq ona verdiy pulu tələb etmişdir. Belə bir zamanda iş yerində ona qarşı böyük qısqanclıq yaranmış “CredAqro” Qeyri Bank Kredit Təşkilatının bəzi işçiləri təşkilat rəhbərliyinin ona qarşı münasibətinin dəyişməsinə və inamsızlığın yaranmasına nail olmuşdular. Onlar rəhbərliyi kredti təşkilatının pullarını qanunsuz olaraq Elşənlə birgə işinə yönəltdiyini, nəticədə də böyük gəlir əldə etdiyini və təşkilata xeyli maddi zərər vurmağına inandırmışlar. Beləliklə də,barəsində cinayət işi qaldırılmış, məhkəmənin bəraət hökmü ilə Elşənə verdiyi 420 000 manat pulun kredit təşkilatına heç bir aidiyyatı olmaması sübuta yetirilmişdir. Elşəndən uzaqlaşmaq qərarına gələndə, Elşən ona 420 000 manat verdiyi ilə razılaşmış və qısa müddətə olan borcunu ödəyəcəyinə söz vermişdir. Bunun üçün sözügedən birgə mülkiyyətlərində olan sexin onun payına düşən ВЅ hissəsini satan Elşən pulu alıcıdan tam almadığını bildirərək, ona ancaq 120 000 manat pul qaytarmışdır. Bir müddət sonra Elşən ona 80 000 manat və bir az sonra isə 5000 manat da pul qaytarmışdır. Bundan da xeyli müddət keçməsinə baxmayaraq, Elşən həmin vaxtdan indiyə qədər ona olan 215 000 manat borcunu ödəməkdən müxtəlif bəhanələrlə yayınmaqdadır. Onun Elşənə borc alaraq verdiyi pulun bir hissəsini ödəmək üçün Zaqatala rayonunun Aşağı Tala kəndindəki, sahəsi 220 kv.metr, qiyməti 70 000 manat olan, özünə məxsus “Durma Gəl” restoranını 35 000 manata, həmin kənddə sahəsi 150 kv.metr, qiyməti 40 000 manat olan mağazasını 25 000 manata, həmin kənddə qiyməti 40 000 manat olan 10 hektar fındıq bağını 35 000 manata və Sumqayıt şəhərində bacısı Xanzadəyə məxsus olan evi 25 000 manata satmışdır. Lakin onun yenə də borcları qalmaqdadır. O, həmin borclarını hökmən ödəməlidir və bu borcları ödəməkdən yayınmağa haqqı yoxdur. Elşənlə aralarında yaranan mübahisəyə görə məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Belə ki, Elşəni tapmaq və onu görmək mümkün deyildir. Digər tərəfdən yalan danışmağı və aldatmağı özünə peşə seçən Elşənlə söhbət etməyin də heç bir faydası yoxdur. Hazırda cavabdeh Nəzirov Elşən Nemət oğlundan onunla birgə işlərində əldə edilmiş gəlirdən ona düşən payını yox, ancaq ona verdiyi pulunun onda qalan böyük hissəsinin 215 000 (iki yüz on beş min) manatını tələb edir Elşənlə Şahidin pul mübahisəsinə məhkəmə son qoymuşdur və aldadıb istifadə etdiyi və yüksək gəlir əldə etdiyi 215 min manat pulu sonda bir neçə ildən sonra geri qaytarmaq məcburiyyətində qalmışdır.

Elşən Şahidin vəsaiti hesabına qurub yaratdığı mebel sexini daha da genişləndirmək üçün özünə yeni şərik axtarışına çıxır. Bu dəfə əslən Şəki rayonundan olan iş adamı Məmmədov Namiq Məcid oğluilə görüşərək ona çoxsaylı vədlər verməklə ortaq iş görməyə dəvət edir. Son nəticədə Elşən Şahidin başına gətirdiyi dələduzluğu Namiqin də başına gətirir. N.Məmmədov Elşənlə uçuruma getdiyinin fərqinə varanda o ağac biznesinə qoyduğu pulunu geri istəyir. Elşən də keçir süründürməçilik variantına. Yenə də iş düşür məhkəmə qapılarına. Həqiqətən də binci və ikinci instansiya məhkəmələri “pul tələbinə” dair iddiaçı N.Məmmədovun iddialarını təmin etsələr də 2018-ci ildə Ali Məhkəmədə Elşən Nəzirovun Kassaiya şikayəti maddi maraqların və tapşırıqların təminindən sonra təmin olunur.

Budur, Elşən Nəzirov indi də “ağac biznesi”nə cəlb etdiyi deputat A.Kərimlilə şərik kimi işini davam etdirir. Yəni, Qax meşələri talan edilir, ağac qətliyamı davam edir. Olan isə xalqa və dövlətə məxsus təbii sərvətə olur. Sanki ermənilər Qarabağı işğal edib meşələrini məhv etdiklər kimi, Azər Kərinmli və Elşən Nəzərov birliyi Qax rayonunu işğal edərək meşələrinin axırına çıxmaq üzrədirlər. Və çox təəssüflər olsun ki, “ağac killer”ləri olan bu milyonerlərə DUR deyən hələki yoxdur. Hesab edirk ki, aidiyyatı dövlət orqanları faktları Qax rayonunun dağdibi kənd meşələrində Güllükdə, Süskənddə, Çinarlıda, Qumda, Sarıbaşda, İlisuda, Qaşqaçayda, Zəyəmdə, İbaxlıda, araşdırsalar həqiqətən son 15-20 il ərzində on minlərlə qiymətli ağacların məhv edildiyinin şahidi olarlar. Çünki bu məhv edilmiş bütün ağacların kəsilmiş kötükləri hələ də qalmaqdadır. Elə peyk görüntülərinə də müqayisəli diqqət yetirmək kifayətdir.
Aktualinfo.org










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Rusiyada öldürülən qardaşların əmisi oğlu da - QƏTLƏ YETİRİLDİ
Bu gün, 12:06
Paşinyan Ermənistanın Milli Təhlükəsizlik Xidmətinə yeni direktor təyin edib
Bu gün, 12:03
Səfərovlar ailəsinə sübh tezdən edilən basqının TƏFƏRRÜATLARI - Bütün kişiləri döyüb apardılar
Bu gün, 11:57
Yekaterinburqda öldürülən azərbaycanlıların nəşlərinin gətirilməsi ilə bağlı tədbirlər görülür
Bu gün, 11:55
Zaqatalada sel TƏHLÜKƏSİ: 100 dən çox ev su altında qala bilər - FOTO
Bu gün, 11:33
“Gəncəli Mübariz” xərçəngə tutuldu – Vəziyyəti ağırdır
Bu gün, 10:56
"Qardaşlarımı Qarabağda dəfn etmək istəyirik" - Seyfəddin Hüseynli
Bu gün, 10:52
Azərbaycan XİN-dən Yekaterinburqdakı vəhşiliyə REAKSİYA - "Zorakılığı törədənlərin qısa müddət ərzində..."
Bu gün, 10:47
AZAL Bakı-Təl-Əviv reyslərini bərpa edir - DİQQƏT
Bu gün, 10:42
Rusiyada qardaşları öldürülən jurnalist danışdı: - “OMON evə basqın edən zaman…”
Bu gün, 10:30
Ermənistanda gərginlik böyüyür - Söhbət ölkənin gələcək müqəddəratından gedir
Bu gün, 10:18
Çox gözəl sözlərdir: Tramp Putini təriflədi - Rusiya prezidenti nə deyib?
Bu gün, 10:16
Azərbaycanlıların kütləvi həbsi ilə bağlı ilk rəsmi AÇIQLAMA - TƏFƏRRÜAT
Bu gün, 10:11
Direktor müəllimə qoyun sağdırır, şagird restoran ofisiantıdır... - Qusar təhsilində yeni biabırçılıqlar
Bu gün, 10:06
"Qocalıqdan çox qorxuram"
Bu gün, 10:00
İrəvanda KİLSƏ-DÖVLƏT DAVASI... - GƏLİŞMƏ
Bu gün, 09:52
Nəsə bu dəfə qanun işləmədi... - NAZİRİN NƏZƏRİNƏ...
Bu gün, 09:49
Belə marketinq olmur... belə reklam olmur! - ETİRAZ
Bu gün, 09:39
II Qareginin keçmiş cangüdənindən şok ittihamlar - ""KQB"agentidir, çevriliş planlaşdırır, övladları var..."
Bu gün, 09:34
Bu gün Azərbaycan milli mətbuatının banisi Həsən bəy Zərdabinin doğum günüdür - ANIM
Bu gün, 09:32
İranda İsraillə münaqişədə ölən hərbi rəhbərlərin dəfn mərasimi başlayıb
Bu gün, 09:30
Demokratiyanın avropalı "təəssübkeşləri" İrəvana nədən GÖZ ATMIR? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:25
İsrail-İran müharibəsi Orta Asiyanın yolunu bağlayıb? - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 09:19
ABŞ-li instruktorların təşkil etdiyi batalyon Sumı istiqamətinə göndərilib - TASS
Bu gün, 09:17
Sənədsiz evlərlə bağlı mühüm YENİLİK – Bundan sonra…
Bu gün, 09:16
FHN-dən növbəti bahalı alış-veriş TƏDARÜKÜ
Bu gün, 09:02
İrəvan məhkəməsi arxiyepiskop Mikael Acapaxyanı həbs edib - KİV
Bu gün, 08:59
Saçını boyamaq istədi, dərisini yandırdılar - BU NƏDİ BELƏ?
Bu gün, 08:51
Deputatın alayarımçıq PARK ƏCƏMİ layihəsi... - "3-4 aya yaxın müddət keçib..."
Bu gün, 08:44
Bu ünvanda Azərbaycan qanunları işləmir - GİLEY
Bu gün, 08:37
`Azəriqaz`da AÇIQ QARƏT: rayonbarayon FAKTLAR... - dövlətin sərvətinə YAĞI MÜNASİBƏTİ
Bu gün, 08:21
Qosqoca dövlət qurumunda oyun oynamaq da TENDERLƏ İMİŞ... - Hər şeylərini dövlətin ayağına yazırlar...
Bu gün, 08:10
Əgər rəsmi Tehran Mehdi Sobhaninin ağzından vurmursa... - AKTUAL
Bu gün, 08:04
Tramp bu il Çini ziyarət edəcək - KİV
Bu gün, 07:01
"Məcnun Məmmədov ciddi düşünsün" - ÇAĞIRIŞ
Bu gün, 06:52
"Mingəçevirin tarixi energetika mərkəzi kimi mövqeyi bu layihə ilə yeni nəfəs aldı" - deputat
Bu gün, 06:46
“Uşaqların başı imtahanlarla xarab olur” – Nazirliyə ETİRAZ
Bu gün, 06:43
Yaşıl siyasət, bahalı qiymət: Təmiz vicdan neçəyə başa gəlir? - ARAŞDIRMA
Bu gün, 06:38
Ermənistanda keşiş “ovu” – Paşinyan arxiyepiskopları “dənləyir”
Bu gün, 06:36
İmtahanla bağlı qaranlıq məqam: Bu müəllimləri nə gözləyir? - AKTUAL
Bu gün, 06:32
Türkiyə-Azərbaycan birliyinin güclənməsi sərtə çevrilib - ÇÜNKİ...
Bu gün, 06:30
ABŞ-yə qarşı hörmətli münasibəti geri qaytarmışam - Tramp
Bu gün, 06:25
"Səhnə qurban tələb edir"
Bu gün, 06:23
Rusiyada azərbaycanlıların öldürülməsində ŞOK detal – Gerçəklər heyrətə salır
Bu gün, 06:21
36 nəfərin zəhərləndiyi dönər evinin sahibi AzTV-nin əməkdaşlarına hücum etdi - AÇIQLAMA
Bu gün, 01:46
"4 gün idi ki, mütəmadi olaraq burnumdan qan gəlirdi" - Əməkdar artist
Bu gün, 01:39
Azərbaycanlı jurnalistin qardaşları Rusiyada öldürülüb - TƏFƏRRÜAT
Bu gün, 01:35
Sertifikatlaşdırma prosesi ilə bağlı saxta xəbər kampaniyası başlayıb - MÜTDA ittihamlara belə reaksiya verdi
Dünən, 18:03
Azərbaycanın enerji suverenliyində yeni səhifə - MƏQALƏ
Dünən, 17:59
Ankara və İrəvan arasında enerji sahəsində əməkdaşlıq müzakirə edilib
Dünən, 17:22
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru