Azərbaycanlı milyarderin şirkətindən xəbər var .....                     Həbs olunan icra başçısını vəzifəyə "qudası" Mikayıl İsmayılov təqdim edib .....                     “Əsas problemimiz pulsuzluqdur” .....                     Azərbaycan Avropa Şurasının .....                     "Atam anamın başqa kişidən olan uşağına soyadını verdi" .....                     Bakıda məşhur biznes mərkəzində .....                     Saxlanılan icra başçısı Ramiz Mehdiyevə BİƏT EDİRMİŞ... .....                     SOCAR və ya digər yerli şirkətlər LUKOIL-un infrastrukturunu alarsa... .....                     Hacı Qurban borca düşdü, tenderlərdə iştirakdan çıxarıldı .....                     Saxlanılan icra başçısı bu yüksək vəzifəli məmurun dayısıdır .....                     Kərə yağı MÜƏMMASI .....                     Ədliyyə Nazirliyi AVP-nin qurultayında baş verənlərə niyə reaksiya vermir? .....                     Azərbaycanlı rejissor aktrisanı təhqir edib, ölümlə hədələyib? .....                     “O insanlarla görüşməmişəm” .....                     Vüqar Məmmədov həbs edildi .....                     Keçmişindən danışan aparıcı KÖVRƏLDİ .....                     Bəzi yerlərdə arabir duman olacaq .....                     Ağdamda bir kəndi yer üzündən silirlər: SAKİNLƏR ETİRAZA QALXDI... .....                     Jurnalist AYNA-nın radar “surpriz”ini ortaya çıxardı .....                     İcra başçısı ilə münasibətim yaxşı olub .....                     Rusiyada itkin düşən azərbaycanlı iş adamı ölü tapılıb .....                     Ukrayna savaşında sionizm izi: Ukrayna niyə Ukraynasızlaşdırılır? .....                     Ermənilərin Qarabağa qayıdışı ilə bağlı açıqlama .....                     Saxlanılan icra başçısının qızı hakimdir .....                     KTN sisteminin ANASINI AĞLADIBLAR... .....                     Azərbaycan mis tullantılarını Türkiyəyə 7 000, Gürcüstan isə 8 400 dollara satıb .....                     “Bakı və İrəvana təhdid eyni yerdəndir” .....                     Saxlanılan icra başçısı İslam Rzayev kimdir? .....                     Ermənistan yeni qırıcılar ALIR .....                     Ramiz Mehdiyev, Akif Əlizadə və İsa Həbibbəyli prokurorluqda dindirilib .....                     Balakən Rayon İcra Hakimiyyətində əməliyyat keçirilir: Başçı saxlanılıb .....                     Ramiz Mehdiyevə məxsus bu müəssisə çökdü .....                     Samirə Kazımovaya yüksək vəzifə verildi .....                     12 illik təhsil sisteminə nə zaman keçirik? .....                     Ramiz Mehdiyev və Kəmaləddin Heydərov cütlüyünün “Dubay əməliyyatı” .....                     Pezeşkiandan Xankəndi açıqlaması, .....                     “Prior Credit BOKT”un vəzifəli şəxsi cərimə edilib .....                     “Mənə haqsızlıq etdilər, susdum, məni ağlatdılar...” .....                     Vergi güzəştlərinin ləğvi özəl sektoru ixtisarlara və “qara mühasibatlığa” aparır .....                     ABŞ öz “düzəlişinə" düzəliş etdi, AŞ PA yola gəlmir .....                 

QIZ NÖMRƏSİ İSTƏDİYİNƏ GÖRƏ ÖLDÜRÜLDÜ
Tarix: 9-06-2012, 11:17 | Çap et
QIZ NÖMRƏSİ İSTƏDİYİNƏ GÖRƏ ÖLDÜRÜLDÜ

HƏR HALDA QATİL BELƏ İZAHAT VERİR

Şəki Ağır Cinayətlər Məhkəməsində hakim İlham Mahmudovun sədrliyi ilə Balakən rayon sakini Nastakalov Namiq Təyib oğlunun məhkəmə istintaqı yekunlaşıb.

Məhkəmə yolu ilə müəyyən edilib ki, Namiq Nastakalov 28 iyul 2011-ci ildə Balakən rayonunun Qullar kəndində yerləşən "Göygöl məkanı" adlanan çayxanada həmkəndlisi Nizir İsmayılovun kənd sakinləri ilə birlikdə oturduğunu görüb onu öldürmək qərarına gəlib. Buna səbəb isə Nizir İsmayılovun qumarda onun pulunu udması və ondan həmkəndlisi Elnarə adlı qadının telefon nömrəsini istəməsi olub. Namiq Nastakalov xalası Hökümə Bəhrəmovanın əri Əli Xanpəriyevin evdə ov tüfəngi saxladığını bildiyinə görə əvvəlcə oraya gedib. Evdəki qoşalülə ov tüfəngini və iki ədəd patronu götürdükdən sonra yenidən çayxanaya qayıdıb. Tüfəngi Nizir İsmayılova tuşlayaraq ona yaxın məsafədən atəş açıb. Atəş nəticəsində atdığı güllə Nizir İsmayılovun kürək nahiyəsindən dəyib, onunla bir stolda oturmuş Nurullah Teliyevin isə sol dirsək nahiyəsini yaralayaraq, onun sağlamlığının qısa müddətə pozulmasına səbəb olub. Çayxanadakıların dağılışdıqlarını görən Namiq Nastakalov Nizir İsmayılovun yanına yaxınlaşaraq kürək nahiyəsinə daha bir atəş açıb. Yaralı xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

MÜTTƏHİM HAQDA QISA ARAYIŞ:

Nastakalov Namiq Təyib oğlu - 1984-cü ildə Balakən rayonunun Qullar kəndində anadan olub. Əvvəllər məhkum edilməyib. Orta təhsillidir. Subaydır. Balakən rayonunun Qullar kəndində yaşayır. AR CM-nin 120.2.2, 120.2.4 və 128-ci maddələri ilə təqsirli bilinir.

MƏHKƏMƏ PROSESİNDƏN:

"Məndən qız nömrəsi istəmişdi"

Təqsirləndirilən şəxs qismində dindirilən Namiq Nastakalov ona elan olunmuş ittihamla özünü təqsirli bilib: "Özümüzə məxsus ərzaq mağazasında bacım Sevinclə birlikdə satıcılıq edirdim. Boş vaxtlarımda isə dayım İsaya məxsus çayxanada olurdum. Çayxanada çox vaxt həmkəndlim Nizir İsmayılovla pulla qumar oynayırdıq. Bir dəfə Nizir məndən yolun digər tərəfində yerləşən mağazada işləyən həmkəndlim Elnarə Rüstəmovanın telefon nömrəsini istəmişdi. Onun bu hərəkəti xoşuma gəlməmişdi. Bu səbəbdən də Niziri öldürməyi qərara almışdım.

"Kürəyindən atəş açdım"

28 iyul 2011-ci ildə təxminən saat 19 radələrində Nizirin kənd sakinləri ilə birlikdə dayım İsanın işlətdiyi "Göygöl məkanı" adlanan çayxanada oturduğunu gördüm. Xalam Hökümənin əri Əlinin evdə ov tüfəngi saxladığını bilirdim. Ona görə də əvvəlcə onlara getdim. Xalamgilin evində olan ov tüfəngini və iki ədəd patronu götürüb, həmin patronları tüfəngin patronluğuna yerləşdirib, çayxanaya qayıtdım. Nizir İsmayılov oturduğu yerdə onun kürək nahiyəsinə bir dəfə atəş açdım. Atəş nəticəsində atdığım güllə Nizirin kürək nahiyəsindən dəyib ön nahiyəsindən çıxaraq onunla bir stol ətrafında oturmuş Nurullah Teliyevin dirsəyinə dəydi.

"Dayım tüfəngi əlimdən aldı"

Bu hadisədən sonra çayxanada oturanlar dağılışdılar. Nizir üzüstə yerə yıxıldı. Yenidən ona yaxınlaşdım və kürək nahiyəsinə daha bir atəş açdım. Həmin vaxt dayım İsa gəlib tüfəngi əlimdən aldı. Mən qaçıb oradan uzaqlaşdım.

Törətdiyim cinayət əməlini dərk edirəm. Hadisə zamanı spirtli içki və narkotik vasitə qəbul etməmişəm. Nizir İsmayılovu öldürərkən əsəbi olmuşam və onu səbəbsiz yerə öldürmüşəm".

"Ərimin qatilinə ən ağır cəza verilməsini tələb edirəm"

Zərərçəkmiş şəxs qismində dindirilən Xalidə İsmayılova (mərhumun həyat yoldaşı) ifadəsində ərinin əvvəllər polis işlədiyini göstərib: "Nizir əvvəllər Balakən Rayon Polis Şöbəsində polis nəfəri işləyirdi. Bir müddət işlədikdən sonra ailə vəziyyəti ilə əlaqədar ərizə yazıb işdən çıxdı. Heç bir yerdə işləmir, fərdi qaydada təsərrüfatla məşğul olurdu.

28 iyul 2011-ci ildə təxminən saat 14 radələrində Nizir evdən çıxıb çayxanaya getdi. Təxminən axşam saat 19-20 radələrində evdə olduğum vaxt həmkəndlim İsaya məxsus çayxanada Namiq Nastakalovun tüfəngdən iki dəfə atəş açıb Niziri öldürdüyünü və sonuncunun xəstəxanaya aparıldığını eşitdim. Dərhal xəstəxanaya getdim. Oraya çatanda gördüm ki, Nizir artıq ölüb. Səhəri gün Nizirin meyitini dəfn etdik.

Namiq Nastakalovun ifadəsində göstərdiyi kimi Nizir İsmayılovla qumar oynamaları və Elnarə adlı qadının nömrəsini istəməsi barədə göstərdiyi xüsusatlar yalandır. Kənddə hamı Niziri sakit insan kimi tanıyır. Nizir dindar insan idi, namaz qılıb oruc tuturdu.

Namiq narkotik maddələrdən istifadə edirdi. Kənd ərazisində dəfələrlə xuliqanlıq etmişdi. Hətta bir dəfə YPX-nin əməkdaşını döymüşdü. Namiq Nastakalov əlində tüfəng kənddə gəzirdi. O, mənim ərimi heç bir səbəb olmadan öldürüb. Ona ən ağır cəza verilməsini tələb edirəm".

"Qəflətən atəş səsi eşitdim"

Zərərçəkmiş şəxs qismində dindirilən Nurullah Teliyevin ifadəsindən:

- Axşamüstü İsanın işlətdiyi çayxanaya getmişdim. Həmkəndlilərim Əhma, Əzizxan və Kənan da orada idilər. Onlarla birlikdə “uduzan çayın pulunu ödəməlidir” şərti ilə domino oynadıq. İsa bizə çay verən vaxt digər həmkəndlimiz Nizir də bir stul gətirib yanımızda oturdu. Təxminən saat 19 radələrində qəflətən sol tərəfimdə atəş səsi eşitdim, bərk qorxdum. Çünki başım dominoya qarışmışdı. Qəflətən atəş səsi gəldiyinə görə nə edəcəyimi bilmədim, başımı yuxarı qaldıranda Namiq Nastakalovun əlində qoşalüləli ov tüfəngini Nizirin kürəyinə tuşladığını gördüm.

"Çayxanadakılar hamısı qaçdılar"

Namiq Nastakalovun Niziri vurduğunu başa düşdüm. Bu vaxt çayxanada olanların hamısı qaçdılar. Nizir isə yerə yıxıldı. Sol qolumun keyiməsini hiss etdim, mənə güllə dəydiyini sonra anladım. Aralıdan gördüm ki, Namiq bir az da irəli gəlib yerdə Nizirin kürək nahiyəsinə bir dəfə də atəş açdı. Bundan sonra Namiq qaçıb getdi. Mən çığırıb camaatı köməyə çağırdım. Niziri xəstəxanaya apardılar. Qolumdakı yaraya görə vəziyyətim pisləşdiyindən mən də xəstəxanaya getdim. Xəstəxanada qolumu əməliyyat etdilər. Nizirin öldüyünü sonradan eşitdim. Namiqin narkoman olduğunu bilməmişəm. Onun kənd ərazisində tüfənglə gəzdiyini görməmişəm. Nizirlə Namiqin hadisədən qabaq münasibətləri normal olub. Hətta onların bir-iki dəfə birlikdə çayxanada oturub domino oynadıqlarını görmüşəm.

"Namiqin narkotik maddə qəbul etməsini eşitmişəm"

Şahid qismində dindirilən İsa Bəhrəmov ifadəsində təqsirləndirilən şəxsin onun doğma bacısı oğlu olduğunu göstərib: "28 iyul 2011-ci ildə işlətdiyim çayxanada idim. Həmkəndlilərim Əzizxan, Nurullah, Kənan, Əhma, Əli və Nizir çay içə-içə domino oynayırdılar. İçəridə çay hazırladığım vaxt atəş səsi eşitdim, çölə çıxdım, gördüm Nizir yerdə uzanıb. Bu vaxt bacım oğlu Namiqin əlində tüfəng olduğunu gördüm. Namiqə yaxınlaşıb, acıqlandım, sifətinə bir sillə vurub tüfəngi əlindən aldım. Namiq də qaçıb getdi. Niziri maşınla xəstəxanaya yola saldım. Amma sonra xəstəxanada öldüyünü eşitdim. Hadisə vaxtı yaralanmış Nurullahı isə əməliyyat etdilər. Namiqlə Nizirin mübahisə etdiklərini görməmişəm. Namiqin narkotik maddə qəbul etməsini eşitmişəm. Lakin ondan soruşduqda çəkmədiyini deyib".

"Oğlum qeyri-adi hərəkətlər edirdi"

Şahid qismində dindirilən Sevil Nastakalova ifadəsində Balakən rayon Qullar kəndində iki mağazası olduğunu göstərib: "Hadisə olan vaxt mən işdə olmuşam. Mobil telefonuma zəng vurub mənə dedilər ki, oğlun Namiq günortanın istisində günün altında dəli kimi o yana, bu yana qaçır. Taksini Namiq olan tərəfə sürdürdüm. Ondan nə etdiyini soruşdum, idman etdiyini dedi. Namiqi saxladım, əlindən tutub mağazaya yemək yeməyə apardım. Yemək yedikdən sonra Namiqə yatmasını bildirdim. Namiq də yıxılıb yatdı. Oyandıqdan sonra yemək istədi, qızım Sevinc Namiqə yemək vermək istəyən zaman mağazaya müştəri gəldi. Mağazaya getmək istəyən zaman qızım məni qoymadı, orda qalıb Namiqə nəzarət etməyimi dedi. Bu vaxt Namiq mağazadan çıxıb 5 dəqiqəyə gələcəyini bildirdi. Bir müddət sonra atəş səsləri eşitdim. Səs gələn yerə getdim. Orada Nizirin cəsədini gördüm. Hadisə yerində bildim ki, oğlum Namiq Niziri tüfənglə vurub öldürüb.

Hərbi xidmətdən sonra oğlum qeyri-adi hərəkətlər edirdi, həftələrlə yemək yemir, günlərlə yatırdı. Onu həm Balakən rayonunda, həm də Şəki şəhərində həkimə aparmışdım".

QEYD: Məhkəmənin hökmü ilə Namiq Nastakalov 12 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Azərbaycanlı milyarderin şirkətindən xəbər var
Bu gün, 13:16
Həbs olunan icra başçısını vəzifəyə "qudası" Mikayıl İsmayılov təqdim edib - Ramiz Mehdiyevin gizli “prinsi” hədəfdə
Bu gün, 13:13
“Əsas problemimiz pulsuzluqdur”
Bu gün, 13:02
Azərbaycan Avropa Şurasının daha bir toplantısına qatılıb
Bu gün, 12:59
"Atam anamın başqa kişidən olan uşağına soyadını verdi" - Səidə Dadaşova
Bu gün, 12:58
Bakıda məşhur biznes mərkəzində ÖLÜM
Bu gün, 12:55
Saxlanılan icra başçısı Ramiz Mehdiyevə BİƏT EDİRMİŞ... - İLGİNC
Bu gün, 12:49
SOCAR və ya digər yerli şirkətlər LUKOIL-un infrastrukturunu alarsa... - Gürcüstanda fəaliyyət imkanı yarana bilər
Bu gün, 12:47
Hacı Qurban borca düşdü, tenderlərdə iştirakdan çıxarıldı - TƏFƏRRÜAT
Bu gün, 12:45
Saxlanılan icra başçısı bu yüksək vəzifəli məmurun dayısıdır - FOTO
Bu gün, 12:38
Kərə yağı MÜƏMMASI – Niyə xarici ölkələrə 10, daxili bazarda 20 manata SATILIR?
Bu gün, 12:33
Ədliyyə Nazirliyi AVP-nin qurultayında baş verənlərə niyə reaksiya vermir? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 12:31
Azərbaycanlı rejissor aktrisanı təhqir edib, ölümlə hədələyib? - “Məni o həddə özü çatdırdı”
Bu gün, 12:29
“O insanlarla görüşməmişəm” - Əli Həsənov haqqında çıxan xəbərdən DANIŞDI
Bu gün, 12:27
Vüqar Məmmədov həbs edildi - kompüter və bəzi sənədlər götürülüb
Bu gün, 12:22
Keçmişindən danışan aparıcı KÖVRƏLDİ - “Quru çörək yemişəm, amma...”
Bu gün, 12:20
Bəzi yerlərdə arabir duman olacaq - belə deyirlər...
Bu gün, 12:17
Ağdamda bir kəndi yer üzündən silirlər: SAKİNLƏR ETİRAZA QALXDI... - Çullu sakinləri ÇULSUZ BURAXILIR...
Bu gün, 12:15
Jurnalist AYNA-nın radar “surpriz”ini ortaya çıxardı – Bu yolda diqqətli olun!
Bu gün, 12:11
İcra başçısı ilə münasibətim yaxşı olub - Balakənin DEPUTATI
Bu gün, 12:09
Rusiyada itkin düşən azərbaycanlı iş adamı ölü tapılıb - TƏFƏRRÜAT
Bu gün, 12:02
Ukrayna savaşında sionizm izi: Ukrayna niyə Ukraynasızlaşdırılır? - İNCƏLƏMƏ
Bu gün, 12:01
Ermənilərin Qarabağa qayıdışı ilə bağlı açıqlama - KİV
Bu gün, 11:57
Saxlanılan icra başçısının qızı hakimdir - Foto
Bu gün, 11:56
KTN sisteminin ANASINI AĞLADIBLAR... - NAZİRİN NƏZƏRİNƏ...
Bu gün, 11:52
Azərbaycan mis tullantılarını Türkiyəyə 7 000, Gürcüstan isə 8 400 dollara satıb
Bu gün, 11:50
“Bakı və İrəvana təhdid eyni yerdəndir” - Paşinyandan şok açıqlama
Bu gün, 11:46
Saxlanılan icra başçısı İslam Rzayev kimdir? - DOSYE
Bu gün, 11:45
Ermənistan yeni qırıcılar ALIR - 3 milyardlıq RAZILAŞMA
Bu gün, 11:44
Ramiz Mehdiyev, Akif Əlizadə və İsa Həbibbəyli prokurorluqda dindirilib - BUNA GÖRƏ...
Bu gün, 11:41
Balakən Rayon İcra Hakimiyyətində əməliyyat keçirilir: Başçı saxlanılıb - TƏFƏRRÜAT
Bu gün, 11:39
Ramiz Mehdiyevə məxsus bu müəssisə çökdü
Bu gün, 11:05
Samirə Kazımovaya yüksək vəzifə verildi - ƏMR
Bu gün, 11:04
12 illik təhsil sisteminə nə zaman keçirik? - Şagirdlər üçün zərurət
Bu gün, 11:02
Ramiz Mehdiyev və Kəmaləddin Heydərov cütlüyünün “Dubay əməliyyatı” - BU NƏDİ BELƏ?
Bu gün, 10:55
Pezeşkiandan Xankəndi açıqlaması, Azərbaycan dili vədi
Bu gün, 10:49
“Prior Credit BOKT”un vəzifəli şəxsi cərimə edilib
Bu gün, 10:47
“Mənə haqsızlıq etdilər, susdum, məni ağlatdılar...” - Vəkil Şəfiqə Nağıyeva
Bu gün, 10:38
Vergi güzəştlərinin ləğvi özəl sektoru ixtisarlara və “qara mühasibatlığa” aparır - FAKT BUDUR!
Bu gün, 10:35
ABŞ öz “düzəlişinə" düzəliş etdi, AŞ PA yola gəlmir - Bakının tələbi
Bu gün, 10:30
Azərbaycanla sülh regionumuz üçün tarixi bir dəyişiklikdir - Paşinyan
Bu gün, 10:27
Stubb və Tokayevin masasında Azərbaycan məsələsi... - ŞƏRH
Bu gün, 10:23
Əhməd Vəliyev hardan gəlib... HARA GEDİR?.. - İLGİNC FAKTLAR
Bu gün, 10:08
TOTAL ETİRAZLAR: Mehdiyevin ehtiyat enmə zolağı... - AKTUAL
Bu gün, 10:01
Rusiya məhkəməsi Rövşən Əsgərovla bağlı QƏRAR VERDİ
Bu gün, 09:57
Ermənistanın silahlanması... - Azərbaycanla sülh müqaviləsi gündəminə zərbə vura bilər
Bu gün, 09:55
Qazinin 3100 manatlıq borcunu silməyən “Bank of Baku” məhkəmə iclaslarına GƏLMİR - TƏFƏRRÜAT
Bu gün, 09:39
Paşinyan döyüş qabağı meydanı təmizləyir - İNCƏLƏMƏ
Bu gün, 09:31
Mehdiyevin siyahısında erməni qarışığı olanlar üstünlük təşkil edə bilər - İLGİNC
Bu gün, 09:30
“Sahil-S İnşaat” MTK-nın sakinləri deputatdan KÖMƏK İSTƏDİ - MÜRACİƏT
Bu gün, 09:27
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru