Paşinyan ötən şənbə xanımı ilə kimin toyunda oldu?.. .....                     Nənəsinin evində əxlaqsızlıq yuvaları təşkil edən qadınla bağlı .....                     Ermənistanda hərbçi güllələnib .....                     "Pitstop"a üz tutanda `STOP` desəniz, yaxşıdır... .....                     102-ci rus hərbi bazası üçün geri sayım başladı .....                     “PAŞA Bank”ın rəhbərliyinə təyinat olub .....                     “Changan Azərbaycan”dan şikayət VAR .....                     "Orbita" MTK-nın bitib-tükənməyən hazırlığı .....                     Agent çıxan dostumuz... .....                     Rusiya Türk Birliyini özünə təhdid kimi görür? .....                     Burda hansı qanunlar işləyir?.. .....                     `Azercell` hər kəsi BOĞAZA YIĞIB... .....                     Kreml başçısı Vaşinqtonda sülh sənədinə imza atan liderlərlə bir masa arxasında əyləşəcəkmi? .....                     DİN araşdırma başlatdı .....                     Tramp Pekinə səfər edəcək: .....                     “2012-ci ildə məhkəmə öz evimdə yaşamağım üçün qərar qəbul etdi, amma icra olunmadı” .....                     Gəncədə TAM DƏRƏBƏYLİKDİR .....                     Naxçıvanda müalicədə olan qaziyə Bakıda “sosial məhkəmə” qurulub .....                     Sabunçuda başçını gör, nə istəyirsən elə... .....                     “Sədərək”də 1 sutkalıq yanğında sahibkarlara milyonlarla ziyan dəyib .....                     " "Flamingo" Rusiya hərbi-sənaye kompleksinin 90%-ni zərbə altında qoyacaq..." .....                     Amerika ordusu Ukrayna ordusundan geri qalır .....                     Doğrudanmı, Rusiya ilə barışırıq?! .....                     İcra başçısının müavini özünü niyə reklam edir? .....                     Plastik cəlladlar şəbəkəsi kimə güvənir? .....                     "Bəlli oldu ki, aldadılmışıq..." .....                     Yeni tədris ili ilə bağlı DƏYİŞİKLİK GÖZLƏNİLİR .....                     Kreml Ermənistan-Azərbaycan dialoquna diversiyalarla təsir etməyə çalışır .....                     Ukrayna Macarıstanın ədalətli ev sahibi olacağına ümid etmir .....                     "İngiltərə Azərbaycana qarşı hər zaman dürüst mövqeyi ilə seçilib" .....                     Nəsibə Zeynalovanın oğlundan İLGİNC ETİRAFLAR .....                     Azərbaycan 3 ölkəni “məğlub etdi” .....                     Paşinyan hakimiyyəti Ağ Evdəki bəyanata sadiq qalmağa çalışır .....                     “Sədərək” YANIR: FHN isə... .....                     Bayraq dirəyinə Britaniya şirkəti nəzarət edəcək .....                     Məşhur azərbaycanlı Paşinyanın düşmənini belə susdurdu .....                     İrəvan və Bakı bir-birinə güvənsəydi... .....                     Xocavənddə yaşayış evlərinin layihələndirilməsi .....                     Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi şikayətçilərini "SATIR?" .....                     "Level Leasing"in mənfəəti azalıb .....                 

ERMƏNİ ABİDƏSİNİ UÇURDAN MASALLI BALASI
Tarix: 22-05-2012, 12:46 | Çap et
ERMƏNİ ABİDƏSİNİ UÇURDAN MASALLI BALASI

İQBAL MAHMUDOVUN QATİLLƏRİ NİYƏ TAPILMIR?

Bala Təklə adından da göründüyü kimi Masallı rayonunun ən kiçik kəndlərindən biridir. Rayonun Çaxırlı Ərazi Vahidinə daxil olan bu kənddə uşaqlı-böyüklü cəmi 700-800 insan yaşayır. Lakin bu kiçik kəndin də bütün ölkəyə şöhrət gətirən bir övladı da var imiş. Hansı ki, ölümünə qədər çoxumuz onun nə xeyirxahlıqlarından, nə böyük bir ölkədəki nüfuzundan, nə də çoxlarına örnək ola biləcək fədakar işlərindən kifayət qədər xəbərdar olmamışıq.

35 yaşı ölümündən 19 gün qabaq tamam olmuşdu. Bu münasibətlə Donetski şəhərində, sahibi olduğu “Tri semyorka” restoranında təntənəli mərasim düzəltmişdi. Həmin tədbirdə Azərbaycanın Ukraynada, Rusiyada sayılıb-seçilən övladları ilə yanaşı, Donetsk şəhərinin qubernatoru, Ukraynanın hazırkı prezidentinin xanımı, həmin vilayətin demək olar ki, bütün yüksək çinli rəsmiləri iştirak edirdi. Çünki İqbal sıradan bir adam deyildi. Həm bu şəhərdəki Azərbaycan diasporunun rəhbəri, həm şəhərin ən imkanlı biznesmenlərindən biri, həm şəhərdəki əksər xeyriyyə tədbirlərinin sponsoru və təşkilatçısı kimi o, burada böyük hörmətə malik idi.

Onun təşkil etdiyi tədbirlər isə təkcə özü üçün ad günündən ibarət olmurdu. Hər il Novruz bayramının təntənəli şəkildə qeyd olunması buradakı azərbaycanlılarla yanaşı şəhərdəki digər millətlərin də böyük marağına səbəb olurdu. Elə 1000 nəfərdən artrıq şəxsin qatıldığı son Novruz şənliyinə onun sponsorluğu ilə Aygün Kazımovadan tutmuş Azərbaycanın

10-a yaxın incəsənət ustası dəvət olunmuşdu. Və bu tədbirlər nəinki yerli Donetsk, eləcə də paytaxt Moskva televiziyası ilə geniş işıqlandırılırdı.

... Yuxarıda qeyd etdiyimiz kimi 35 yaşı təzə tamam olmuşdu. Subay idi. Yaxın qohumları güclə onu razı salmışdılar ki, bu günlərdə evlənsin. Lakin... Onu gündüz-günorta çağı namərdcəsinə güllələdilər. Mayın 9-da oradakı veteranlarla görüşün təşkil edildiyi, İqbalın özünə məxsus restorana girərkən arxadan 4 güllə ilə vuruldu. Maskalı 2 şəxs nomrəsiz motosikldə həmin əraziyə yaxınlaşaraq onu gülləbaran etdilər. Təcili xəstəxanaya çatdırılsa da, cəmi 40 dəqiqə yaşaya bildi. Səhəri gün Donetskdə mindən artıq insanın qatıldığı matəm mərasimi keçirildi. Daha sonra Azərbaycandan göndərilmiş xüsusi təyyarə ilə onun tabutu yaxın qohumları və dostları ilə birgə Azərbaycana gətirildi. Doğma kəndi Bala Təklədə dəfn edildi.

İqbal Mahmudov bu şəhərdə özünə güclü biznes qurmuşdu. Restoranı, mağazalar şəbəkəsi, digər ticarət obyektləri var idi. Hələ 16 yaşından taleyini bu şəhərlə bağlayan İqbal sonradan anasını, 2 qardaşını, bacısını və digər qohumlarını da yanına gətirmişdi.

“Onun heç kimlə problemi olmayıb. Əksinə, Ukraynadakı soydaşlarımıza həmişə kömək göstərib. İndi dostları, onu tanıyanlar şokdadırlar: “Necə ola bilər ki, bu cür insan öldürülər? Hələ də inana bilmirik ki, İqbal yoxdur”. Bu sözləri qəzetimizə Ukraynada qətlə yetirilən diaspora təşkilatımızın sədri İqbal Mahmudovun qardaşı Azad Mahmudov bildirdi.

İqbal Donetsk Milli Universitetinin iqtisadiyyat fakültəsini bitirib. Bundan sonra təhsilini Taras Şevçenko adına Kiyev Milli Universitetin beynəlxalq hüquq və biznes fakültəsində davam etdirib və oranı da müvəffəqiyyətlə başa vurub. “Azud” MMC-nin təsisçisi və prezidenti idi. 2005-ci ildən Ukrayna Azərbaycanlıları Konqresinin Donetsk vilayəti təşkilatına sədrlik edirdi. Əvvəllər çox zəif və dağınıq vəziyyətdə fəaliyyət göstərən diaspora onun rəhbərliyi dövründə bu şəhərin ən güclü qurumlarından birinə çevrilmişdi. Diaspora ayda 2 dəfə 4 min tirajla “Diaspora Azerbaydjanec” adlı jurnal buraxırdı.

Azərbaycanla bağlı elə əlamətdar və tarixi gün olmazdı ki, İqbalın təşəbbüsü ilə bu şəhərdə yüksək səviyyədə qeyd olunmasın. İqbal həm də kinqboks üzrə Ukraynanın idman ustası idi. Bir dəfə də Avropa çempionu olmuşdu. Bunları da bizə onun qardaşı Azad söylədi.
Azad daha sonra onun xeyirxah əməllərindən danışdı:

- O insan yaxşılıq etməkdən həzz alırdı. Xəbər tutan kimi istənilən azərbaycanlının problemini həll etməyə nə vaxt əsirgəyərdi, nə vəsait. Bir neçə il öncə anam vasitəısi ilə ona xəbər çatdırmışdılar ki, qonşu Alışanlı kəndindən 2 nəfər - ata və oğul Ukraynada itkin düşüb. Az qala bütün Ukraynanın hüquq mühafizə orqanlarını ayağa qaldırdı. Bütün vəsaiti də özü ödəyirdi. 2 gündən sonra həmin şəxsləri meşədə döyülmüş, qollarından asılmış, lakin diri vəziyyətdə tapıb yaxınlarına qovuşdurdu.

- Başqa bir həmyerlimizdən ali məktəbə qəbul etdirmək bəhanəsi ilə 25 min dollar almışdılar. İqbal nəinki həmin pul qaytartdırdı, həm də həmin həmyerlimizi arzuladığı ali məktəbə qəbul etdirdi.

- Azərbaycanın tanınmış şairlərindən birinin oğluna 50 min dollar atmışdılar. Həmin məsələni 2 saata həll elədi.

- Bir dəfə prokuror işçilərindən biri ona deyir ki, buradakı türmədə sizin 3 həmyerliniz yatır, vəziyyətləri də çox pisdir. Heç həmin adamların xəbəri olmadan, onların azadlığa çıxmasını təmin edib. Həmin adamlar bunu sonradan öyrənib, yanına minnətdarlığa gəlmişdilər.

- Bir dəfə maşınla gələndə Qarğalıq kəndindən bir oğlan söhbət etdi ki, Donetskdə olanda bilet almağa pulum yox idi. Dedilər, get İqbalın yanına. Təyyarəyə biletimi də aldı, cibimə də 200 dollar qoydu. Biz də heç bildirmədik ki, İqbal qardaşımızdır.

Hansı azərbaycanlı dəvət etsə idi, tanıdı-tanımadı toylarına gedər, az yazdırsa 500 dollar yazdırardı.

Buradakı azərbaycanlı ailələrindəki uşaqları sünnət elətdirərdi.

Təkcə azərbaycanlılara yox, ehtiyacı olan hər kəsə yardım göstərərdi. Elə gün olmazdı ki, 5-10 nəfəri qəbul edib, problemini həll etməsin. Oradakı Uşaq Evini himayəyə götürmüşdü. Burada məscid tikdirmiş, Azərbaycandan bir neçə molla gətirtmişdi.

Azad ah çəkə-çəkə bildirdi ki, onun yaxşı əməllərini sadalamaqla qurtaran deyil. Heç kimlə düşmənçiliyi yox idi. Qalmaqallı işlərdən uzaq idi. Heç bilmirəm ona necə qıydılar!? Hələlik güman edilən versiya odur ki, burada erməni əli var. Bir neçə ay öncə ermənilər soyqırım bəhanəsi ilə burada möhtəşəm abidə ucaltmaq istəyirdilər. İqbal qəti etiraz edib. Hətta şəhərin qubernatoru ilə mübahisəsi də oldu. İşin burada həll olunmadığını görüb Kiyevə gedir. Orada ona vəd ediblər ki, sən Donetskə çatana qədər başlanmış tikinti işləri dağıdılacaq. Elə də olur.

Hələlik məlum olan odur ki, onu qətlə yetirənlərin istifadə etdiyi nömrəsiz motosikl tapılıb.

Biz isə bütün ailəmiz adından ölkə rəhbərliyindən xahiş edirik ki, onun qatillərinin tapılmasında bizə yardımçı olsun. Yeri gəlmişkən qardaşımın hüzüründə iştirak edən rayon rəhbərliyinə, Ukraynadan, Rusiyadan və digər yerlərdən gələn bütün şəxslərə təşəkkür edirəm.

Biz bu söhbətləri onun 7-si günü qardaşı ilə etdik. Həmin həyətdən çıxanda isə İqbalın evin divarına vurulmuş böyük ölçülü şəklindəki baxışları ilə sanki hamıya xeyirxahlıq diləyirdi.

Zahir










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Paşinyan ötən şənbə xanımı ilə kimin toyunda oldu?.. - “Hraparak”
Bu gün, 09:58
Nənəsinin evində əxlaqsızlıq yuvaları təşkil edən qadınla bağlı QƏRAR
Bu gün, 09:56
Ermənistanda hərbçi güllələnib - TƏFƏRRÜAT
Bu gün, 09:49
"Pitstop"a üz tutanda `STOP` desəniz, yaxşıdır... - GİLEY
Bu gün, 09:48
102-ci rus hərbi bazası üçün geri sayım başladı - GƏLİŞMƏ
Bu gün, 09:41
“PAŞA Bank”ın rəhbərliyinə təyinat olub - BUNDAN SONRA...
Bu gün, 09:40
“Changan Azərbaycan”dan şikayət VAR - 5 aydır detalları gətirib çıxara bilmir
Bu gün, 09:37
"Orbita" MTK-nın bitib-tükənməyən hazırlığı - 8 aydır vəd edilən vaxt bitmir
Bu gün, 09:27
Agent çıxan dostumuz... - ölkəsini TƏRK EDİR?
Bu gün, 09:25
Rusiya Türk Birliyini özünə təhdid kimi görür? - AKTUAL
Bu gün, 09:21
Burda hansı qanunlar işləyir?.. - BİLƏN YOXDUR!
Bu gün, 09:14
`Azercell` hər kəsi BOĞAZA YIĞIB... - "Min hoqqadan çıxırlar..."
Bu gün, 08:57
Kreml başçısı Vaşinqtonda sülh sənədinə imza atan liderlərlə bir masa arxasında əyləşəcəkmi? - gözlənti
Bu gün, 08:47
DİN araşdırma başlatdı
Bu gün, 08:41
Tramp Pekinə səfər edəcək: - İstəsəm Çini məhv edərəm
Bu gün, 07:32
“2012-ci ildə məhkəmə öz evimdə yaşamağım üçün qərar qəbul etdi, amma icra olunmadı” - GİLEY
Bu gün, 07:30
Gəncədə TAM DƏRƏBƏYLİKDİR - qanuni torpağını belə sata bilərlər...
Bu gün, 07:29
Naxçıvanda müalicədə olan qaziyə Bakıda “sosial məhkəmə” qurulub - BU NƏDİ BELƏ?
Bu gün, 07:25
Sabunçuda başçını gör, nə istəyirsən elə... - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 07:12
“Sədərək”də 1 sutkalıq yanğında sahibkarlara milyonlarla ziyan dəyib - “Sığorta şirkəti bundan əvvəl pulumuzu vermədi deyə...”
Bu gün, 07:10
" "Flamingo" Rusiya hərbi-sənaye kompleksinin 90%-ni zərbə altında qoyacaq..." - GƏLİŞMƏ
Bu gün, 07:07
Amerika ordusu Ukrayna ordusundan geri qalır - İDDİA
Bu gün, 07:01
Doğrudanmı, Rusiya ilə barışırıq?! - Görünəni odur ki...
Bu gün, 06:56
İcra başçısının müavini özünü niyə reklam edir? - Yeni vəzifəyə hazırlaşır
Bu gün, 06:46
Plastik cəlladlar şəbəkəsi kimə güvənir? - İTTİHAM VAR...
Bu gün, 06:41
"Bəlli oldu ki, aldadılmışıq..." - NARAZILIQ VAR...
Bu gün, 06:34
Yeni tədris ili ilə bağlı DƏYİŞİKLİK GÖZLƏNİLİR - Bu il məktəblər sentyabrın 20-i başlayacaq?
Bu gün, 06:29
Kreml Ermənistan-Azərbaycan dialoquna diversiyalarla təsir etməyə çalışır - FAKT BUDUR!
Bu gün, 06:27
Ukrayna Macarıstanın ədalətli ev sahibi olacağına ümid etmir - ÇÜNKİ...
Bu gün, 06:25
"İngiltərə Azərbaycana qarşı hər zaman dürüst mövqeyi ilə seçilib" - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:21
Nəsibə Zeynalovanın oğlundan İLGİNC ETİRAFLAR - Türkiyəyə niyə getdiyini AÇIQLADI
Bu gün, 06:16
Azərbaycan 3 ölkəni “məğlub etdi” - Regionda gözlənilməz gəlişmə
Bu gün, 06:11
Paşinyan hakimiyyəti Ağ Evdəki bəyanata sadiq qalmağa çalışır - ONA GÖRƏ DƏ...
Dünən, 18:00
“Sədərək” YANIR: FHN isə... - NİYƏ GEC SÖNDÜRÜLDÜ?
Dünən, 17:58
Bayraq dirəyinə Britaniya şirkəti nəzarət edəcək – 4 aya 137 min manat alacaq
Dünən, 17:56
Məşhur azərbaycanlı Paşinyanın düşmənini belə susdurdu – “44 günlük müharibə zamanı…”
Dünən, 17:53
İrəvan və Bakı bir-birinə güvənsəydi... - Paşinyan
Dünən, 17:48
Xocavənddə yaşayış evlərinin layihələndirilməsi 2 milyon manata başa gələcək
Dünən, 17:45
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi şikayətçilərini "SATIR?" - BU NƏDİ BELƏ?
Dünən, 17:42
"Level Leasing"in mənfəəti azalıb - HESABAT
Dünən, 17:38
İsa Həbibbəylinin qızı vəzifədən azad edildi - BUNDAN SONRA...
Dünən, 17:35
SEPAH komandanından "hazırıq" mesajı: - İsraillə növbəti savaşa hazırlıq görülür?
Dünən, 17:31
Azərbaycan Türkmənistan əməkdaşlığı hər iki region üçün yeni imkanlar yaradır - MƏQALƏ
Dünən, 17:27
Nazirlik 88 min 888 manat 88 qəpiklik gül alır - TƏFƏRRÜAT
Dünən, 15:03
Azərbaycan diasporası Sergey Markov üçün etiraza qalxdı - "Diasporun bəyanatı göstərir ki..."
Dünən, 14:54
Bakı və İrəvan arasında gizli danışıqlar – “Bu ərazilər qaytarılacaq, lakin…”
Dünən, 14:51
Son 16 ildə Azərbaycanda yaşa görə pensiya alanların sayı 17% azalıb - DETALLAR
Dünən, 14:13
İrandan Zəngəzur dəhlizinə daha bir “alternativ” təklifi: “Cilfa-Emənistan-Qara dəniz marşrutu” - TƏFƏRRÜAT
Dünən, 14:11
"Artıq prosesə Donald Tramp vasitəçilik edir... - Çox güman ki, müharibə olmayacaq"
Dünən, 14:07
Rayon rəhbəri bu il ali məktəbə qəbul olan şəhid övladlarını təbrik edib
Dünən, 14:05
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru