“Kupça”sız Azərbaycan .....                     2006 müəllim sertifikatlaşdırma imtahanında keçid balını toplaya bilməyib .....                     DİN “Sputnik Azərbaycan” işinə görə cinayət işi başladıb, həbslər var .....                     Rusiyanın azərbaycanlılara hücumları davam edəcək .....                     Solovyov Azərbaycanı görün, nə ilə hədələdi... .....                     Sayt rəhbərinin məhkəməsi: .....                     Mülayim şimal-qərb küləyi gündüz bəzi yerlərdə arabir güclənəcək .....                     Sumqayıtda çörəkçi Tofiq sahibkarın çörəyini kəsib? .....                     Paşinyan II Qaregini Patriarxatlığı tərk etməyə çağırıb .....                     Ermənilərin "nökər"ləri İsveçrədə pərişan oldu .....                     Azərbaycana qarşı ikili plan .....                     “Umico” adını və logosunu dəyişdi .....                     Aqrar Tədarük və Təchizatın rəhbərliyinə təyinat olub .....                     “Baku Electronics”də yeni təyinat .....                     Yekaterinburqda qətlə yetirilən Ziyəddin Səfərov posttravmatik şok nəticəsində ölüb .....                     “BOA Agency” şirkəti səhmdarlarına dividend ödəyəcək .....                     Yekaterinburqda öldürülən azərbaycanlıların meyitləri ilə bağlı ekspertizanın rəyi açıqlanıb .....                     AYNA bu şirkətə yol xətlənməsi və nişanlanmaya görə .....                     “Pulu Vasif Talıbovun oğlunun sürücüsünə verirdim” .....                     Slovakiya Azərbaycana Kəlbəcər kökənli azərbaycanlı diplomatını səfir təyin etdi .....                     “Mən təqaüdçüyəm, yaşamaq istəyirəm, normal yaşamaq istəyirəm!” .....                     Oliqarx-məmur saxta yağ biznesinə girişib... .....                     “Sputnik Azərbaycan”dakı dostlarının köməyinə gələn Aytəkin necə saxlanılıb? .....                     İran Prezidenti Xankəndiyə səfər edəcək .....                     Miri Yusifə ağır itki .....                     Fuad Nəcəfli göstəriş verib ki, Talıbovun ağaclarını sulamayın... .....                     "Görəsən, bu `Təmiz Qaz` QSC kimindi ki?.." .....                     MİDA-nın Füzulidə tikdiyi evin qapısı aşdı .....                     Baş direktor işdən çıxarıldı .....                     Bərdə xəstəxanasının həkimləri saxta arayış verir? .....                     Paşinyan hakim elitanı Laçınla qonşu şəhərə toplayır... .....                     Xocavənddə yarımstansiyasının tikintisi və şəbəkə ilə əlaqələndirilməsi işlərinə 4 milyon manata yaxın vəsait xərclənəcək .....                     Cənubi Qafqazda sülh üçün dünya ictimaiyyətinin dəstəyi lazımdır .....                     Birdəfəlik “stop” qoyuldu .....                     Paşinyan kilsə ilə bağlı xəbərdarlıq etdi: .....                     Turizm Agentliyinin tenderi LƏĞV OLUNDU .....                     Dövlət Agentliyi baş verən faciəyə görə .....                     Bu dəfə Yeni Yasamalda yol çökdü .....                     İran dövlət televiziyası Azərbaycandakı iki media quruluşunu ölüm fətvası ilə təhdid etdi .....                     Külli miqdarda pulu səhvən öz adaşının adına köçürdü və... BƏLAYA DÜŞDÜ... .....                 

ADP sədrindən şok dövlət çevrilişi açıqlaması - "İqtidarın içindəki qüvvələr"...
Tarix: 21-10-2015, 09:01 | Çap et
ADP sədrindən şok dövlət çevrilişi açıqlaması
Milli təhlükəsizlik naziri Eldar Mahmudovun vəzifəsindən uzaqlaşdırılmasında daha bir maraqlı məqam diqqət çəkir. Hazırkı situasiya və hakimiyyət daxilində yaşananlar düz 10 il əvvəli xatırladır. 2005-ci ildə də parlament seçkilərinə bir neçə həftə qalmış-məhz 17 oktyabrda iki qüdrətli nazirin həbsi həyata keçirilmişdi.

O zaman iqtisadi inkişaf naziri olan Fərhad Əliyev və səhiyyə naziri Əli İnsanov həbs olunduqdan dərhal sonra geniş kampaniya başladı. Nazirlərin xarici kəşfiyyatla əlaqəli olduğu və ölkədə “narıncı inqilab” etmək istədikləri iddiası irəli sürüldü. Həmin dövrdə Azərbaycan hakimiyyətinə belə bir əməliyyatı keçirmək əmrinin məhz Rusiyadan gəldiyi deyilirdi. Səslənən fərziyyələrdə vurğulanırdı ki, hakimiyyət atdığı bu addımla iqtidar daxilində mərkəzdənqaçmanı dayandırmağa çalışıb.

Maraqlıdır ki, hazırda da E.Mahmudovun vəzifəsindən kənarlaşdırılması prezident İlham Əliyevin MDB dövlət başçılarının zirvə toplantısından qayıtmasından dərhal sonra baş verdi.
Həmin sammitdə Putinlə görüşən İlham Əliyevə çox ciddi informasiyaların da verilməsi istisna edilmir.

Bəs 2005-ci ildə baş verənlərlə indi baş verənlərin arasında oxşar və fərqli tərəflər hansılardır?

ADP sədri Sərdar Cəlaloğlunun sözlərinə görə, 2005-ci ildə baş verən hadisələrlə 2015-ci ildə indi baş verən hadisələrin oxşar tərəfi odur ki, 10 il əvvəl də Azərbaycan iqtidarının daxilində dövlət çevrilişinə hazırlaşan qüvvələr aşkarlanmışdı, indi də dövlət çevrilişinə hazırlıq görən qüvvələr aşkarlanıb: “Eldar Mahmudovun milli təhlükəsizlik naziri vəzifəsindən azad olunması, MTN zabitlərinə cinayət işinin açılması, həyata keçirilən həbslər, Nəqliyyat Nazirliyinin səlahiyyətlərinin azaldılması, xüsusən də nazirliyin qoçu dəstələrinin ləğvi dövlət çevrilişinə hazırlıq içində olanların ifşası və zərərsizləşdirilməsi prosesinin tərkib hissəsidir. Azərbaycan hakimiyyətinin daxilində çevrilişə hazırlaşan qüvvələr ifşa olunub. 2005-ci ildəkindən fərqli cəhət isə odur ki, o dövrdə Azərbaycan müxalifətinin güclü olması və fəallığı nəticəsində iqtidar daxilində bəzi qüvvələr içəridən çevriliş eləməyə çalışırdılar. İndi isə Azərbaycanda ciddi iqtisadi, sosial böhran yaranmağa başladığı üçün hakimiyyətin zəiflədiyini düşünən iqtidardaxili qruplar gözlənilən hadisələrdən bəhrələnmək istəyinə düşüb çevrilişə hazırlıq görürmüşlər. Bir aksiomdur ki, ağır sosial-iqtisadi böhran olan ölkələrdə birinci siyasi böhran başlayır, siyasi böhranın əlaməti dövlət çevrilişləridir, əgər bunlar baş tutmursa, arxasınca sosial böhran gəlir. Bu da vətəndaş qarşıdurması, xarici müdaxilələr kimi arzuolunmaz hadisələrin inkişaf eləməsidir. Azərbaycanda iqtisadi böhranın başlandığını göstərən çoxlu sayda əlamətləri saymaq olar. Bu iqtisadi böhranın qarşısı alınmasa mütləq siyasi böhrana gətirəcək. Siyasi böhran odur ki, yaranmış iqtisadi durumdan ya müxalifət bəhrələnib hakimiyyəti dəyişmək istəyəcək, ya da hakimiyyətin öz içində olan qüvvələr müxalifətsiz hakimiyyəti dəyişdirmək istəyəcək. 2005-ci ildə Əli İnsanovla Fərhad Əliyev Rəsul Quliyevlə bizim apardığımız mübarizənin üstündə təşəbbüsü ələ almaq istəyirdilər. İndi müxalifətdə ovaxtkı güc və hərəkat yoxdur. Deməli, indiki halda iqtidarın içindəki qüvvələr müxalifətdən yox, yaranmış iqtisadi böhrandan və beynəlxalq situasiyadan istifadə edib hakimiyyəti ələ almaq istəyiblər. Bunun isə üstü açılıb və İlham Əliyev bu şəbəkəyə qarşı tədbirlərə başlayıb”.

S.Cəlaloğlu bəyan etdi ki, çevrilişə hazırlıq görən qüvvələr təkcə MTN naziri və bu strukturda işləyənlər deyil, bu şəbəkənin digər strukturlarda da güclü üzvləri var: “Çox güman ki, digər bəzi nazirlər və bəzi komitə sədrləri də bu işin içindədirlər. Onların sıradan çıxarılması növbəsi çatacaq. Yeni həbs olunan MNT-çilər çox güman ki, əlavə ip ucları verəcəklər və həmin iplərin bir ucu gedib başqa nazirlərin, komitə sədrlərinin, məmurların, deputatların boğazına ilişəcək. Böyük ehtimalla proses Eldar Mahmudovun və digər iri fiqurların da həbsinə gətirib çıxaracaq. Hansı dövlətlərin dövlət çevrilişi hazırlığına xeyir-dua verdiyi də məlum olacaq”.

S.Cəlaloğlu vurğuladı ki, dövlət başçısı İlham Əliyevin Qazaxıstandan gələndən dərhal sonra Eldar Mahmudovla bağlı atdığı addım göstərir ki, bəzi məlumatlar Rusiyanın kəşfiyyat orqanları, bəlkə də şəxsən Putin tərəfindən ona çatdırılıb: “Vaxtilə Tansu Çillərin Azərbaycanda dövlət çevrilişi hazırladığı barədə Heydər Əliyevə Süleyman Dəmirəl tərəfindən məlumat verilmişdi. Yəni bir çox hallarda hakimiyyət özünün içində dövlət çevrilişinə hazırlıq getdiyi barədə informasiyaları məhz xaricdəki mötəbər mənbədən alır”.

ADP sədri onu da dedi ki, müxalifətdən hakimiyyətə neçə aylardan bəri mesajlar verilib ki, baş verənlər Azərbaycanda çox arzuolunmaz hadisələrə gətirib çıxaracaq: “Bizim verdiyimiz bəyanatlarda deyilirdi ki, ayrı-ayrı nazirliklərin qoçu dəstələrinin saxlanması, iş adamlarına divan tutulması, korrupsiya kimi hallar o həddə çatacaq ki, bunu edənlər dövlət çevrilişinə əl atmaqdan çəkinməyəcəklər. Biz həyəcan siqnalı verirdik ki, çox təhlükəli proseslərə hazırlıq gedir”.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Kupça”sız Azərbaycan – əmlakın var, amma sənin deyil paradoksu!
Bu gün, 14:57
2006 müəllim sertifikatlaşdırma imtahanında keçid balını toplaya bilməyib
Bu gün, 14:49
DİN “Sputnik Azərbaycan” işinə görə cinayət işi başladıb, həbslər var
Bu gün, 14:39
Rusiyanın azərbaycanlılara hücumları davam edəcək - Ekspert səbəbləri açıqladı
Bu gün, 14:35
Solovyov Azərbaycanı görün, nə ilə hədələdi... - AÇIQLAMA
Bu gün, 12:35
Sayt rəhbərinin məhkəməsi: - şahid danışdı
Bu gün, 12:19
Mülayim şimal-qərb küləyi gündüz bəzi yerlərdə arabir güclənəcək - belə deyirlər...
Bu gün, 12:18
Sumqayıtda çörəkçi Tofiq sahibkarın çörəyini kəsib? - Əmlak dağıdılıb, 40 min manatlıq ziyan...
Bu gün, 12:16
Paşinyan II Qaregini Patriarxatlığı tərk etməyə çağırıb
Bu gün, 12:11
Ermənilərin "nökər"ləri İsveçrədə pərişan oldu - GƏLİŞMƏ
Bu gün, 12:09
Azərbaycana qarşı ikili plan – “Zəngəzurda müharibə” və “Zəngilandan hücum”…
Bu gün, 12:06
“Umico” adını və logosunu dəyişdi - FOTO
Bu gün, 11:59
Aqrar Tədarük və Təchizatın rəhbərliyinə təyinat olub - ƏMR
Bu gün, 11:56
“Baku Electronics”də yeni təyinat - BUNDAN SONRA...
Bu gün, 11:54
Yekaterinburqda qətlə yetirilən Ziyəddin Səfərov posttravmatik şok nəticəsində ölüb
Bu gün, 11:53
“BOA Agency” şirkəti səhmdarlarına dividend ödəyəcək
Bu gün, 11:43
Yekaterinburqda öldürülən azərbaycanlıların meyitləri ilə bağlı ekspertizanın rəyi açıqlanıb - TƏFƏRRÜAT
Bu gün, 11:40
AYNA bu şirkətə yol xətlənməsi və nişanlanmaya görə - 32 MİLYON ÖDƏYƏCƏK
Bu gün, 11:35
“Pulu Vasif Talıbovun oğlunun sürücüsünə verirdim” - Rəisdən ŞOK AÇIQLAMA
Bu gün, 11:32
Slovakiya Azərbaycana Kəlbəcər kökənli azərbaycanlı diplomatını səfir təyin etdi – böyük etimad!
Bu gün, 11:30
“Mən təqaüdçüyəm, yaşamaq istəyirəm, normal yaşamaq istəyirəm!” - ETİRAZ
Bu gün, 11:25
Oliqarx-məmur saxta yağ biznesinə girişib... - ÖZÜ DƏ GÖRÜN, KİMİNLƏ...
Bu gün, 11:19
“Sputnik Azərbaycan”dakı dostlarının köməyinə gələn Aytəkin necə saxlanılıb? — DETALLAR
Bu gün, 11:13
İran Prezidenti Xankəndiyə səfər edəcək - SƏBƏB
Bu gün, 11:10
Miri Yusifə ağır itki - FOTO
Bu gün, 11:04
Fuad Nəcəfli göstəriş verib ki, Talıbovun ağaclarını sulamayın... - DƏLİXANADIR, VALLAH...
Bu gün, 11:02
"Görəsən, bu `Təmiz Qaz` QSC kimindi ki?.." - HƏQİQƏTƏN DƏ...
Bu gün, 10:58
MİDA-nın Füzulidə tikdiyi evin qapısı aşdı - VİDEO
Bu gün, 10:49
Baş direktor işdən çıxarıldı - BUNDAN SONRA
Bu gün, 10:44
Bərdə xəstəxanasının həkimləri saxta arayış verir? - VİDEO
Bu gün, 10:28
Paşinyan hakim elitanı Laçınla qonşu şəhərə toplayır... -"Johovurd"
Bu gün, 10:26
Xocavənddə yarımstansiyasının tikintisi və şəbəkə ilə əlaqələndirilməsi işlərinə 4 milyon manata yaxın vəsait xərclənəcək – Yenə həmin şirkət...
Bu gün, 10:24
Cənubi Qafqazda sülh üçün dünya ictimaiyyətinin dəstəyi lazımdır - Ovannisyan
Bu gün, 10:16
Birdəfəlik “stop” qoyuldu – Yeni qadağa qalmaqalı
Bu gün, 10:12
Paşinyan kilsə ilə bağlı xəbərdarlıq etdi: - Hazır olun
Bu gün, 10:06
Turizm Agentliyinin tenderi LƏĞV OLUNDU - BUNA GÖRƏ...
Bu gün, 09:58
Dövlət Agentliyi baş verən faciəyə görə – GÜNAHI SAHİBKARLARIN ÜZƏRİNƏ QOYDU
Bu gün, 09:56
Bu dəfə Yeni Yasamalda yol çökdü - VİDEO
Bu gün, 09:47
İran dövlət televiziyası Azərbaycandakı iki media quruluşunu ölüm fətvası ilə təhdid etdi - BAŞLARI QAÇIB...
Bu gün, 09:33
Külli miqdarda pulu səhvən öz adaşının adına köçürdü və... BƏLAYA DÜŞDÜ... - ATB-dən isə...
Bu gün, 09:31
"Qardaşlarımın cəsədlərinin ekspertizisiyası zamanı gördüklərim məni dəhşətə gətirdi" - Seyfəddin
Bu gün, 09:24
“Sputnik” və Azərbaycan sözləri niyə YANaşı ola bilməzdi... - Bu "PEYKK" gec-tez bizi YANdıracaqdı...
Bu gün, 09:22
Şeyx Əbdüldən şok ittiham: - “Öncə satdılar, sonra partlatdılar”
Bu gün, 09:17
"Haram-zəhər olsun qoyduğunuz tarif və aldığınız pullar..." - "CityNet" müştərisi OD PÜSKÜRDÜ
Bu gün, 09:15
Dövlətə xəyanət ittihamı ilə həbs olundu - TƏFƏRRÜAT
Bu gün, 09:09
Tehran təxribatçı səfiri niyə dəyişmir? - sensasion səbəb
Bu gün, 09:07
BU NƏDİ BELƏ: Gələn ilə daha bir VERGİ ZƏRBƏSİ... BİZİ GÖZLƏYİR!
Bu gün, 09:03
İşçilərin ƏMƏK HÜQUQU... - Ekspert danışır...
Bu gün, 08:59
SOCAR-ın rəhbərliyi islahatı elə ilk olaraq BURDAN BAŞLAMALI İDİ... - HƏLƏ DƏ GEC DEYİL...
Bu gün, 08:53
Ruslar düzələnə oxşamırsa... BİZ DÜZDƏN NİYƏ DÖNƏK? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 08:45
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru