İranda nizam dəyişdi .....                     Hərbi xidmət keçməkdən boyun qaçıran gənc qərardan narazıdır .....                     “Zəyəm Texnologiyalar Parkı”nda yığıncaq keçiriləcək .....                     "Bunları təhlükəsizlik yox, cibləri maraqlandırır" .....                     7 körpənin öldüyü yanğınla bağlı təqsirləndirilənlərin .....                     AQTA-nın tamahkar işçiləri “QILINCLARINI SIYIRIB” .....                     Qubadlıda yaşayış məhəlləsini “See Breeze Construction” tikəcək .....                     Nigar Köçərli “LIV Bona Dea Hospital”ı yenidən saxtakarlıqda ittiham etdi .....                     Bakıda makler həbs edildi: Yarım milyonluq fırıldaq .....                     “PubG”yə görə azyaşlıya qarşı hədə-qorxu və oğurluq: 40 min manata yaxın ziyan .....                     "Azərbaycan Sənaye Sığorta"nın səhmdarlarının yığıncağı keçiriləcək .....                     Azərbaycan neftinin qiyməti 115 dolları ötüb .....                     Traktoru qaçırdı, aptekdə bıçaqla hədə-qorxu gəldi .....                     Tehranın Azərbaycanla sərhəddən yeni mesajı .....                     ABŞ İranı uzun müddət blokadada saxlamaq istəyir .....                     "450-dən çox ailə başçısını işsiz qoydular..." .....                     Bu ölkələr Rusiya kəşfiyyatına yardım edir .....                     Reparasiyalar ödənilməzsə, zərərlər Hörmüz boğazı hesabına kompensasiya olunacaq .....                     Vüsal Aslanov üçün geri sayım: Yeni Metropolten rəisi bu şəxs ola bilər .....                     SEPAH-ın casus şəbəkəsinin rəhbəri Azərbaycan vətəndaşı imiş .....                     AYA 10 MİN MANAT MAAŞ ALAN İDARƏ RƏİSİ... .....                     "Məleykə xanımın repetitorlarla bağlı fikri ilə razılaşmıram” .....                     Rusiya-Ermənistan seçki savaşı böyüyür, təhlükələr də var .....                     Zelenskinin qəfil və sirli səfəri: Bakı hansı mesajı verir? .....                     Azərbaycanda “WhatsApp”la bağlı yeni problem .....                     Azərbaycan Ukrayna təcrübəsindən yararlanmalıdır .....                     Paşinyan seçilsə, Kreml nə edəcək? .....                     İmtahanda DİM monopoliyası: 1-ci sinifdən başlayan stress .....                     Erməni xalqı ya müharibəni, ya da sülhü, inkişafı seçməlidir .....                     "Su İdmanı Sarayı" dövlətə BORCLANDI .....                     Rusiya Ukrayna üzrə danışıqlar üçün Səudiyyə Ərəbistanına müraciət edə bilər .....                     Azərbaycan üçün yeni uşaqpulu modeli: Ayda 100 manat… .....                     "Hesablama Palatasına keyfiyyətli iş gördüyü üçün təşəkkür düşür" .....                     Tanınmış müğənni qonşusundan gileyləndi .....                     Ukrayna ordusunun bir dəri-bir sümük əsgərləri .....                     Qaxın daha bir OLİQARXI: Dövləti rəsmən qarət edib... .....                     Hamlet İsaxanlı siyasətə yaman meyillənir... .....                     Eşqi Bağırovun üsyanı... .....                     Fermerlərə çatası milyonları KİM YEYİB Kİ... .....                     Ramiz Mehdiyevin oğurladıqlarını “milyoner nəvə”si BELƏ XƏRCLƏYİR .....                 

“Məğlubiyyətlərini etiraf etməyə cəsarətləri yoxdur” - Aydin Mirzəzadə
Tarix: 10-10-2015, 12:47 | Çap et
“Məğlubiyyətlərini etiraf etməyə cəsarətləri yoxdur”
Hər seçkiöncəsi olduğu kimi, bu dəfə də müxalifət təmsilçiləri Azərbaycan hakimiyyətinin çöküş mərhələsi yaşaması ilə bağlı fikirlər səsləndirirlər. Xüsusilə, ötən ay Avropa Parlamentinin qəbul etdiyi məlum qətnamə və ATƏT-in noyabrın 1-də keçiriləcək parlament seçkilərinə müşahidəçilər göndərməkdən imtina etməsi, bu iddiaların daha çox ortaya atılmasına səbəb oldu.

Qeyd olunur ki, artıq ölkə iqtidarı günü-gündən mövqelərini itirməkdədir. Milli Şuranın üzvü, hüquqşünas Qurban Məmmədov “Azadlıq” qəzetinə verdiyi son açıqlamada bildirib ki, “hakimiyyət sonunun yaxınlaşdığını hiss edir”. Vəkil qeyd edib ki, Avropa xalqımıza açıq mesaj verdi, əgər xalq haqqı uğrunda mübarizəyə qalxsa, dünya ona dəstək verəcək.
Göründüyü kimi, demokratik düşərgəni Qərbin son aylardakı siyasətini ciddi şəkildə ümidləndirib.

YAP funksioneri, iqtidaryönlü deputat Aydın Mirzəzadə isə belə fikirlərin pafosdan doğduğu qənaətindədir. O, hesab edir ki, 22 il öncədən müxalifət zaman-zaman bu cür fikirlər səsləndirir: “1993-cü ilin 15 iyunundan Heydər Əliyev siyasi kursuna müxalif olan dairələr Azərbaycan iqtidarı barəsində daim bədbin proqnozlarını verirlər. Xüsusilə, ulu öndərin apardığı siyasətin heç bir nəticə vermədiyini, 1995-ci ildə qəbul edilmiş konstitusiyanın uzun müddət davam gətirməyəcəyini, Azərbaycanın Avropa Şurasına qəbul edilməyəcəyini, dövlətimizin apardığı siyasətin ona problemlər yaradacağını qeyd ediblər. Amma göründüyü kimi, 22 ildir onların dediyinin əksinə olaraq, Azərbaycan demokratik, hüququ dövlət kimi təşəkkül tapıb. Ölkəmizdə iqtisadi inkişaf gedir, dünyada gedən neft, maliyyə böhranına baxmayaraq, Azərbaycan uğurla irəliləyir. Demokratiya sahəsində mühüm nailiyyətlər əldə olunub. Vaxtı ilə Heydər Əliyevin, indi isə, cənab prezidentin apardığı siyasət siyasi rəqiblərimizin proqnozlarını alt-üst edib. Azərbaycanı qarşıdakı 200 ildə hər hansı bir problem gözləmir. Çünki, Azərbaycan dövlətçiliyini möhkəm qurub. Bu gün vətəndaşlarımız dövlətçiliyimizin timsalında özünə dayaq görür, sabahına inanır, problemlərinin həll olunduğunu görürlər. Ölkə iqtidarı bütün problemləri həll etmək gücündədir. Maraqlara uyğun dövlətçilik maraqları ortaya qoyuruq. Ayrı-ayrı şəxslərin, müxalif dairələrin verdiyi proqnozların heç bir əsası yoxdur. O dairələr bu barədə danışırlar ki, cəmiyyətdə nüfuzlarından söhbət gedə bilməz. Heç bir seçkidə uğur qazana bilmirlər. Ətraflarında demokratik düşüncəli qruplar yoxdur. Onların fikirləri cəmiyyətdə səbirsizliklə gözlənilmir. Belə fikirlər çıxılmaz vəziyyətdə olmalarından irəli gəlir. Məğlubiyyətlərini etiraf etməyə cəsarətləri yoxdur”.

Müsavat başqanının müavini Elman Fəttah bildirdi ki, hakimiyyət indiyə qədər iki resursun üzərində dayanıb: “Qənaətlərim və ciddi analizlərim onu göstərir ki, iqtidar iki mühüm resursun üzərində ayaqda qalırdı. Maliyyə və beynəlxalq resurslar. Bu ilin fevralında devalvasiya yaşananda gördük ki, hakimiyyətin maliyyə resursu tükənib. Digər tərəfdən isə, rejimin beynəlxalq resursunun da tükəndiyi açıq şəkildə görünür. Bütün bunlar onu göstərir ki, rejimin hakimiyyətdə qalma şansları getdikcə itməkdədir. Hakimiyyət xalqın etimadı üzərində yox, neftin pulları hesabına iqtidarda qalıb. Mən o proqnozlara qoşuluram. İqtidarın avtoritarizmi davam etdirmə imkanları bitir. İdarəetmə instrumentləri azalıb. Son illərin repressiyasını müşahidə edirik. Bu da hakimiyyətdə qalma yollarından biridir. Hesab edirəm ki, bu uzun çəkməyəcək. Rejim əvvəllər də çöküş anları yaşayıb. Hakimiyyət xalqın arasında nüfuzunu itirib. Bu baxımdan çox davam edə bilməz. Əlavə resurslar olmadığından hakimiyyətin əldə saxlamağa çalışdığı instrumentlərin ömrü də qısa zamanda başa çatacaq”.

Məsələyə politoloq baxışı da aldıq. Qabil Hüseynli hakimiyyətin sonunun yaxınlaşması kimi fikirlərlə razılaşmağın mümkünsüz olduğu düşüncəsindədir: “Qurban Məmmədov hörmət etdiyim siyasətçilərdəndir. Amma onun və digər müxaliflərin fikirləri ilə razılaşmaq olmaz. Hakimiyyət daha möhkəm, monolit komanda olması ilə diqqət çəkir. Neftin qiymətinin aşağı düşməsi ilə büdcə və iqtisadiyyatın müəyyən sahələrində problemlər nəzərə çarpır. Bu o demək deyil ki, Azərbaycan neftdən asılıdır. Əslində ölkəmiz özünün yeni neft qaynağını işə salmaqdadır. Söhbət irimiqyaslı qaz yataqlarının kəşfindən və Avropaya nəqlindən gedir. Azərbaycan 2018-də “Şahdəniz-2” qaz yatağını işə salacaq. Hər il 15 milyard kubmetr Avropaya qaz nəql edəcək. Başqa kəşf edilmiş qaz yataqları var. Azərbaycan gələcəkdə qaz yataqlarını 35-40 milyard kubmetrə çatdıra bilər. Neftin qiyməti hazırda artmaqda davam edir. Bütün bunlar gəlirlərimizin artacağı proqnozunu verir. Hakimiyyətin siyasətinin Qərb tərəfindən tənqid olunması dalana dirəndiyi anlayışına gəlməməlidir. Hətta hakimiyyəti tənqid edən ölkələrin bir qismi siyasətlərini dəyişiblər.

ABŞ indiyə qədər tənqidi bəyanatlar verirdi. Amma indi Azərbaycan səfirini konqresə çağıraraq, müəyyən suallar verir, bu suallar ətrafında iqtidarı düşünməyə vadar edirlər. Hakimiyyət çalışır ki, onunla diktə dili ilə danışmasınlar. Avropa ilə əlaqələri kəsmək fikri yoxdur. Avropanı heç kim itirmək istəməz. Hakimiyyətin çətin durumda olduğu qənaətində deyiləm. Müəyyən sahələrdə nöqsanların olduğunu söyləyə bilərəm. Çexiyanın keçmiş prezidenti Vatslav Qavel deyirdi ki, deyirdi ki, demokratiya marsa gedən bir yol kimi, uzun bir yoldan keçir, nə qədər ona doğru gedirsən, o bir o qədər səndən uzaqlaşır. Bu baxımdan demokratiyamızın əskikləri var. Bu problem olmasına baxmayaraq, hesab edirəm ki, gələcəkdə demokratiya təkmilləşəcək. Edilən tənqidlərdən də nəticələr çıxarılacaq”.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
İranda nizam dəyişdi - Hakimiyyət ali rəhbərdən alındı
Bu gün, 10:48
Hərbi xidmət keçməkdən boyun qaçıran gənc qərardan narazıdır
Bu gün, 10:42
“Zəyəm Texnologiyalar Parkı”nda yığıncaq keçiriləcək
Bu gün, 10:40
"Bunları təhlükəsizlik yox, cibləri maraqlandırır" - ETİRAZ VAR...
Bu gün, 10:37
7 körpənin öldüyü yanğınla bağlı təqsirləndirilənlərin məhkəmə zalında həbsi tələb olunub
Bu gün, 10:33
AQTA-nın tamahkar işçiləri “QILINCLARINI SIYIRIB” - GİLEY
Bu gün, 10:29
Qubadlıda yaşayış məhəlləsini “See Breeze Construction” tikəcək – 34,4 milyonluq tender
Bu gün, 10:17
Nigar Köçərli “LIV Bona Dea Hospital”ı yenidən saxtakarlıqda ittiham etdi - "Bir klinika pasiyenti əzmək üçün..."
Bu gün, 10:15
Bakıda makler həbs edildi: Yarım milyonluq fırıldaq - TƏFƏRRÜAT
Bu gün, 10:04
“PubG”yə görə azyaşlıya qarşı hədə-qorxu və oğurluq: 40 min manata yaxın ziyan - MƏHKƏMƏ
Bu gün, 09:53
"Azərbaycan Sənaye Sığorta"nın səhmdarlarının yığıncağı keçiriləcək
Bu gün, 09:47
Azərbaycan neftinin qiyməti 115 dolları ötüb
Bu gün, 09:44
Traktoru qaçırdı, aptekdə bıçaqla hədə-qorxu gəldi - TƏFƏRRÜAT
Bu gün, 08:42
Tehranın Azərbaycanla sərhəddən yeni mesajı - Görünəni odur ki...
Bu gün, 08:39
ABŞ İranı uzun müddət blokadada saxlamaq istəyir - KİV
Bu gün, 08:35
"450-dən çox ailə başçısını işsiz qoydular..." - NARAZILIQ VAR...
Bu gün, 08:30
Bu ölkələr Rusiya kəşfiyyatına yardım edir - Stupak
Bu gün, 08:02
Reparasiyalar ödənilməzsə, zərərlər Hörmüz boğazı hesabına kompensasiya olunacaq - Rəsmi Tehran
Bu gün, 08:00
Vüsal Aslanov üçün geri sayım: Yeni Metropolten rəisi bu şəxs ola bilər - İDDİA
Bu gün, 07:34
SEPAH-ın casus şəbəkəsinin rəhbəri Azərbaycan vətəndaşı imiş - FOTO
Bu gün, 07:32
AYA 10 MİN MANAT MAAŞ ALAN İDARƏ RƏİSİ... - Orxan İmanlının bibisi oğlundan narazılıq artıb
Bu gün, 07:19
"Məleykə xanımın repetitorlarla bağlı fikri ilə razılaşmıram” - DİM sədrinə ETİRAZ
Bu gün, 07:15
Rusiya-Ermənistan seçki savaşı böyüyür, təhlükələr də var - İNCƏLƏMƏ
Bu gün, 07:10
Zelenskinin qəfil və sirli səfəri: Bakı hansı mesajı verir? - NƏ BAŞ VERİR?
Bu gün, 07:07
Azərbaycanda “WhatsApp”la bağlı yeni problem – Həlli AÇIQLANDI
Bu gün, 07:05
Azərbaycan Ukrayna təcrübəsindən yararlanmalıdır - ÇAĞIRIŞ
Bu gün, 07:04
Paşinyan seçilsə, Kreml nə edəcək? - Silayev
Bu gün, 07:02
İmtahanda DİM monopoliyası: 1-ci sinifdən başlayan stress - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 07:00
Erməni xalqı ya müharibəni, ya da sülhü, inkişafı seçməlidir - Natiq Miri ŞƏRH EDİR
Bu gün, 06:58
"Su İdmanı Sarayı" dövlətə BORCLANDI - Böyük miqdarda
Bu gün, 06:56
Rusiya Ukrayna üzrə danışıqlar üçün Səudiyyə Ərəbistanına müraciət edə bilər - “İzvestiya” qəzeti
Bu gün, 06:51
Azərbaycan üçün yeni uşaqpulu modeli: Ayda 100 manat… - DETALLAR
Bu gün, 06:49
"Hesablama Palatasına keyfiyyətli iş gördüyü üçün təşəkkür düşür" - partiya sədri
Bu gün, 06:33
Tanınmış müğənni qonşusundan gileyləndi - "...şübhə edir"
Bu gün, 06:27
Ukrayna ordusunun bir dəri-bir sümük əsgərləri - ŞOK FAKTLAR AÇIQLANDI
Bu gün, 06:17
Qaxın daha bir OLİQARXI: Dövləti rəsmən qarət edib... - Bir araşdıran olsa...
Bu gün, 06:13
Hamlet İsaxanlı siyasətə yaman meyillənir... - keçmiş deputatdan ATMACA
Bu gün, 05:58
Eşqi Bağırovun üsyanı... SƏMƏRƏ VERƏCƏKMİ?
Bu gün, 05:52
Fermerlərə çatası milyonları KİM YEYİB Kİ... - HESABI BELƏ SORUŞULMUR...
Bu gün, 05:47
Ramiz Mehdiyevin oğurladıqlarını “milyoner nəvə”si BELƏ XƏRCLƏYİR - İLGİNC FAKTLAR
Bu gün, 05:40
Azərbaycan son savaşda sübuta yetirdi ki... - ARAŞDIRMA
Bu gün, 01:16
Bakıdan qayıdan Zelenski indi də İrəvan yolunda... - GƏLİŞMƏ
Bu gün, 01:10
Səhiyyə büdcəsində MAAŞ 'ABORTU' - BU NƏDİ BELƏ?
Bu gün, 01:01
Natəmiz mühitdə hansı sağlamlıq? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 00:54
"Bu artıq xidmət deyil..." - ETİRAZ VAR!
Bu gün, 00:46
Erməni general yenə Hindistandadır
Dünən, 22:15
Rusiyada terror təhlükəsi riski artır - Putin
Dünən, 22:13
“O müğənnilərin efirdə ailə və əxlaq dəyərlərindən danışıb, kiməsə dərs keçməyə ixtiyarları yoxdur...” - REAKSİYA
Dünən, 17:34
Hövsan MİDA layihəsində şok vəziyyət: İtlər, həşəratlar və üfunət kabusu… - NARAZILIQ VAR...
Dünən, 17:32
"Zəng gəlsə, demə ki, bizə pul vermisən" - Avropada iş adı ilə 171 nəfəri aldadanların MƏHKƏMƏSİ
Dünən, 17:12
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru