Vüsal Aslanov üçün geri sayım: Yeni Metropolten rəisi bu şəxs ola bilər .....                     SEPAH-ın casus şəbəkəsinin rəhbəri Azərbaycan vətəndaşı imiş .....                     AYA 10 MİN MANAT MAAŞ ALAN İDARƏ RƏİSİ... .....                     "Məleykə xanımın repetitorlarla bağlı fikri ilə razılaşmıram” .....                     Rusiya-Ermənistan seçki savaşı böyüyür, təhlükələr də var .....                     Zelenskinin qəfil və sirli səfəri: Bakı hansı mesajı verir? .....                     Azərbaycanda “WhatsApp”la bağlı yeni problem .....                     Azərbaycan Ukrayna təcrübəsindən yararlanmalıdır .....                     Paşinyan seçilsə, Kreml nə edəcək? .....                     İmtahanda DİM monopoliyası: 1-ci sinifdən başlayan stress .....                     Erməni xalqı ya müharibəni, ya da sülhü, inkişafı seçməlidir .....                     "Su İdmanı Sarayı" dövlətə BORCLANDI .....                     Rusiya Ukrayna üzrə danışıqlar üçün Səudiyyə Ərəbistanına müraciət edə bilər .....                     Azərbaycan üçün yeni uşaqpulu modeli: Ayda 100 manat… .....                     "Hesablama Palatasına keyfiyyətli iş gördüyü üçün təşəkkür düşür" .....                     Tanınmış müğənni qonşusundan gileyləndi .....                     Ukrayna ordusunun bir dəri-bir sümük əsgərləri .....                     Qaxın daha bir OLİQARXI: Dövləti rəsmən qarət edib... .....                     Hamlet İsaxanlı siyasətə yaman meyillənir... .....                     Eşqi Bağırovun üsyanı... .....                     Fermerlərə çatası milyonları KİM YEYİB Kİ... .....                     Ramiz Mehdiyevin oğurladıqlarını “milyoner nəvə”si BELƏ XƏRCLƏYİR .....                     Azərbaycan son savaşda sübuta yetirdi ki... .....                     Bakıdan qayıdan Zelenski indi də İrəvan yolunda... .....                     Səhiyyə büdcəsində MAAŞ 'ABORTU' .....                     Natəmiz mühitdə hansı sağlamlıq? .....                     "Bu artıq xidmət deyil..." .....                     Erməni general yenə Hindistandadır .....                     Rusiyada terror təhlükəsi riski artır .....                     “O müğənnilərin efirdə ailə və əxlaq dəyərlərindən danışıb, kiməsə dərs keçməyə ixtiyarları yoxdur...” .....                     Hövsan MİDA layihəsində şok vəziyyət: İtlər, həşəratlar və üfunət kabusu… .....                     "Zəng gəlsə, demə ki, bizə pul vermisən" .....                     “Məktəb” serialı Vado Korovin üçün sanki ailə təsərrüfatı olub... .....                     Ukrayna İsrailə etiraz notası təqdim edib .....                     İlqar Bayramlıdan yeni direktor təyinatı .....                     Məşhur aparıcıdan "ərə getmək" xəbərinə CAVAB .....                     Bakı görüşü Azərbaycan Çexiya münasibətlərində yeni imkanlar açır .....                     Ermənistanda panika: Əhaliyə çağırış edildi .....                     Tikintidə artan “qara bazar” .....                     Rus ordusu iki kəndi işğal etdi .....                 

"Belə qəfil peyda olan ”liderlər"in səmimliyinə həmişə xalqda inamsızlıq olur" - Sərdar Cəlaloğlu
Tarix: 14-08-2015, 10:31 | Çap et
"Belə qəfil peyda olan ”liderlər"in səmimliyinə həmişə xalqda inamsızlıq olur"
Rəsul Quliyev və Rüstəm İbrahimbəyovdan sonra daha bir şəxs xaricdə oturub “müxalifət lideri” olmaq, Azərbaycanda hakimiyyət dəyişikliyi etmək iddiasına düşüb. Bu, Azərbaycanın Avropa Şurasında daimi nümayəndəliyinin keçmiş rəhbəri, hakimiyyətin illərlə müdafiəsində dayanmış diplomat Arif Məmmədovdur.


Bu ilin mayından Arif Məmmədov hakimiyyət əleyhinə bəyanatlar verməsi ilə gündəmə gəlib. Son günlər isə bir qədər də radikallaşıb və Bakıda “Ağ marş”a çağırış edib. Azərbaycan hökuməti isə onun barəsində cinayət işi açıb və beynəlxalq axtarışa verib.

Rəsul Quliyevin və Rüstəm İbrahimbəyovun timsalında bu tanış mənzərədir.

ADP sədri Sərdar Cəlaloğliu barədə danışarkən bildirdi ki, ölkə daxilində olan müxalifətlə xaricdə məskunlaşan siyasətçilər arasında çox ciddi fikir ayrılığı var: “Biz bəzən önə çıxırıq, bəzən geri çəkilirik, bəzən güzəştə gedirik. Ölkədə gedən real proseslərdən, situasiyadan xəbərsiz olan xaricə sığınmış siyasətçilər isə bunu başa düşmür və bizi satqınlıq, qorxaqlıq kimi qəbul edirlər. Rəsul Quliyevdə bu cür qiymətləndirmə çox inkişaf edib. Bu, buradakı hadisələri dərk etməməklə, hadisələrin iştirakçısı olmamaqla bağlıdır.
Məsələnin ikinci tərəfinə gəldikdə isə xaricdə oturub Azərbaycanda inqilab etmək çağırışları edən insanların özlərinin siyasi lider olması şübhə altındadır. Məsələn, Arif Məmmədov illərlə bu hakimiyyətə xidmət edib. İndi durub bir yanğın hadisəsi ilə bağlı bəyanat veribsə, onu siyasi lider hesab etmək olmaz. Bizim verdiyimiz bəyanatlar onun bəyanatlarından kəskindir. Sadəcə, o yeni ad olduğu üçün bir keçici müddət ərzində cəmiyyətdə sensasiya yaradır. Bu sensasiyanın təsiri altında isə Arif Məmmədov kimi adamlar elə bilirlər ki, artıq böyük siyasi liderdirlər və onların xaricdən bir çağırışı, bir işarəsi ilə xalq ayağa qalxıb hakimiyyəti dəyişəcək".

ADP sədrinin sözlərinə görə, Arif Məmmədovun da çağırışları heç nəyi dəyişməyəcək: “İnsanlar haqlı olaraq düşünürlər ki, özün gedib xaricdə rahat həyat yaşayırsan oradan xalqı meydanlara çağırırsan. Öncə hələ bir özün gəl bura və bircə gün burada müxalifətçilik elə. Bunu etmirsənsə xalq, daxildəki siyasi qüvvələr sənə inanmaz. Onsuz da belə qəfil peyda olan ”liderlər"in səmimliyinə həmişə xalqda inamsızlıq olur.
2013-cü ildə Rüstəm İbrahimbəyov da illərlə sağlığına badə qaldırdığı hakimiyyətin əleyhinə danışdı. Onun da ilk vaxtlar bu bəyanatları sensasiya yaradırdı. Sonra getdi xaricə və xaricdə oturub buradakı insanlara liderlik eləmək fikrinə düşdü, o da başladı xalqı bu hakimiyyətə qarşı ayağa qalxmağa çağırmağa. Nəticə nə oldu? Heç nə.

Mən bu adamları heç siyasətçi hesab eləmirəm, xalq da onların hətta hakimiyyətlə münasibətləri pozulduqdan sonra şəxsi rahatlıqlarından vaz keçmək, bura gəlib meydanda mübarizə aparmaq cürətlərinin, istəklərinin olmadığını yaxşı görür. Ona görə də xaricdə oturub xalqı meydanlara çağıranların çağırışları boş sözlərdən başqa heç nə olmur. Azərbaycan cəmiyyəti onların fikirlərini zaman keçdikcə gülünc sayır. Belə “müxalif liderlər”in 50 il müxalifətçilik eləməsi belə, 5-6 il hakimiyyətə qulluq eləmələrinin yanında sıfırdır".

S.Cəlaloğlu vurğuladı ki, Arif Məmmədov da uzun müddət bu hakimiyyətin uzun müddət sevimli kadrı olub. Avropa Şurasında Azərbaycanın nümayəndəsi vəzifəsini tutub. Avropa Şurasında və digər təmsil olunduğu digər qurumlarda Azərbaycanda demokratiyanın pozulması, seçkilərin saxtalaşdırılması ilə bağlı bir dənə də olsun mənfi fikir söyləməyib: “Həmişə Azərbaycan iqtidarının siyasətini müdafiə edib, pozuntuları ört-basdır etməyə çalışıb. Biz burada seçki saxtakarlıqları ilə üz-üzə qalanda, Arif Məmmədov Azərbaycandakı seçki saxtakarlıqları barədə faktların Avropa Şurasına çatmaması üçün iş aparıb. Halbuki onun əlində çox böyük tribuna var idi ki, zamanında Azərbaycan həqiqətlərini çatdırsın. O isə həqiqətləri gizlətməklə məşğul idi. İndi belə birisi hakimiyyətlə şəxsi münasibətlərinin nədənsə pozulması səbəbindən dönüb olub müxalif lider? Kim onun xaricdə oturub etdiyi inqilab çağırışlarına görə meydana çıxar? Heç kim. Mən Arif Məmmədovu heç vaxt müxalifətçi kimi qəbul edə bilmərəm. Düşünürəm ki, xalq da qəbul etməz. Xaricdə oturub burada inqilab etmək istəyənlər bilməlidirlər ki, belə şeylər keçməz. Xalq bilir ki, öz maraqları hakimiyyətlə toqquşanda gedib xaricdə oturub müxalifət olanlardan ölkəyə xeyir gələ bilməz. Daxildəki siyasi qüvvələrdən isə kim istəyir getsin o cür adamlarla əməkdaşlıq eləsin. Sonda bəlli olacaq ki, heç bir müsbət nəticəsi yoxdur. Ortada təcrübələr var, mən təcrübələrə əsaslanıb bunu deyirəm”.(musavat.com)










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Vüsal Aslanov üçün geri sayım: Yeni Metropolten rəisi bu şəxs ola bilər - İDDİA
Bu gün, 07:34
SEPAH-ın casus şəbəkəsinin rəhbəri Azərbaycan vətəndaşı imiş - FOTO
Bu gün, 07:32
AYA 10 MİN MANAT MAAŞ ALAN İDARƏ RƏİSİ... - Orxan İmanlının bibisi oğlundan narazılıq artıb
Bu gün, 07:19
"Məleykə xanımın repetitorlarla bağlı fikri ilə razılaşmıram” - DİM sədrinə ETİRAZ
Bu gün, 07:15
Rusiya-Ermənistan seçki savaşı böyüyür, təhlükələr də var - İNCƏLƏMƏ
Bu gün, 07:10
Zelenskinin qəfil və sirli səfəri: Bakı hansı mesajı verir? - NƏ BAŞ VERİR?
Bu gün, 07:07
Azərbaycanda “WhatsApp”la bağlı yeni problem – Həlli AÇIQLANDI
Bu gün, 07:05
Azərbaycan Ukrayna təcrübəsindən yararlanmalıdır - ÇAĞIRIŞ
Bu gün, 07:04
Paşinyan seçilsə, Kreml nə edəcək? - Silayev
Bu gün, 07:02
İmtahanda DİM monopoliyası: 1-ci sinifdən başlayan stress - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 07:00
Erməni xalqı ya müharibəni, ya da sülhü, inkişafı seçməlidir - Natiq Miri ŞƏRH EDİR
Bu gün, 06:58
"Su İdmanı Sarayı" dövlətə BORCLANDI - Böyük miqdarda
Bu gün, 06:56
Rusiya Ukrayna üzrə danışıqlar üçün Səudiyyə Ərəbistanına müraciət edə bilər - “İzvestiya” qəzeti
Bu gün, 06:51
Azərbaycan üçün yeni uşaqpulu modeli: Ayda 100 manat… - DETALLAR
Bu gün, 06:49
"Hesablama Palatasına keyfiyyətli iş gördüyü üçün təşəkkür düşür" - partiya sədri
Bu gün, 06:33
Tanınmış müğənni qonşusundan gileyləndi - "...şübhə edir"
Bu gün, 06:27
Ukrayna ordusunun bir dəri-bir sümük əsgərləri - ŞOK FAKTLAR AÇIQLANDI
Bu gün, 06:17
Qaxın daha bir OLİQARXI: Dövləti rəsmən qarət edib... - Bir araşdıran olsa...
Bu gün, 06:13
Hamlet İsaxanlı siyasətə yaman meyillənir... - keçmiş deputatdan ATMACA
Bu gün, 05:58
Eşqi Bağırovun üsyanı... SƏMƏRƏ VERƏCƏKMİ?
Bu gün, 05:52
Fermerlərə çatası milyonları KİM YEYİB Kİ... - HESABI BELƏ SORUŞULMUR...
Bu gün, 05:47
Ramiz Mehdiyevin oğurladıqlarını “milyoner nəvə”si BELƏ XƏRCLƏYİR - İLGİNC FAKTLAR
Bu gün, 05:40
Azərbaycan son savaşda sübuta yetirdi ki... - ARAŞDIRMA
Bu gün, 01:16
Bakıdan qayıdan Zelenski indi də İrəvan yolunda... - GƏLİŞMƏ
Bu gün, 01:10
Səhiyyə büdcəsində MAAŞ 'ABORTU' - BU NƏDİ BELƏ?
Bu gün, 01:01
Natəmiz mühitdə hansı sağlamlıq? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 00:54
"Bu artıq xidmət deyil..." - ETİRAZ VAR!
Bu gün, 00:46
Erməni general yenə Hindistandadır
Dünən, 22:15
Rusiyada terror təhlükəsi riski artır - Putin
Dünən, 22:13
“O müğənnilərin efirdə ailə və əxlaq dəyərlərindən danışıb, kiməsə dərs keçməyə ixtiyarları yoxdur...” - REAKSİYA
Dünən, 17:34
Hövsan MİDA layihəsində şok vəziyyət: İtlər, həşəratlar və üfunət kabusu… - NARAZILIQ VAR...
Dünən, 17:32
"Zəng gəlsə, demə ki, bizə pul vermisən" - Avropada iş adı ilə 171 nəfəri aldadanların MƏHKƏMƏSİ
Dünən, 17:12
“Məktəb” serialı Vado Korovin üçün sanki ailə təsərrüfatı olub... - GÖRÜNƏNİ BUDUR...
Dünən, 17:06
Ukrayna İsrailə etiraz notası təqdim edib
Dünən, 17:02
İlqar Bayramlıdan yeni direktor təyinatı - ƏMR
Dünən, 16:42
Məşhur aparıcıdan "ərə getmək" xəbərinə CAVAB - "Hüseynova bacıları məharətini göstərəcək"
Dünən, 16:38
Bakı görüşü Azərbaycan Çexiya münasibətlərində yeni imkanlar açır - MƏQALƏ
Dünən, 16:31
Ermənistanda panika: Əhaliyə çağırış edildi
Dünən, 16:00
Tikintidə artan “qara bazar” - Milyonluq CƏRİMƏLƏR və…
Dünən, 15:57
Rus ordusu iki kəndi işğal etdi
Dünən, 15:55
Bakıda güllələnən müəllim işdən çıxıb? - “İdrak” Liseyindən açıqlama
Dünən, 15:24
"Qaçqınkom"un idarəsindən vergi borcu olan şirkətə 447 min manatlıq sifariş - TƏFƏRRÜAT
Dünən, 15:22
DİM sədri ilə Mikayıl Cabbarov üz-üzə... - Xarici dil buraxılış imtahanında olmamalı idi?
Dünən, 15:18
Təltif olunanların sırasında “Veysəloğlu Distribusiya”nın rəhbəri də var... - FOTO
Dünən, 15:00
Energetika Nazirliyinin press-reliz tenderi ləğv edildi: - Səbəb açıqlanmadı
Dünən, 14:57
Ermənistanda seçki savaşı qızışır: Revanşistlər geri qayıda bilərmi? - Bakıdan sərt mesaj
Dünən, 14:55
Daha bir tanınmış şəxs Türkiyədə dünyasını dəyişdi - FOTO
Dünən, 14:53
Keçmiş silahdaşı seçkilərdə Paşinyanı dəstəkləməkdən imtina etdi - KİV
Dünən, 14:39
Ölkənin ən iri pivə istehsalçısı “Carlsberg Azerbaijan”a yeni rəhbər gəlib - BUNDAN SONRA...
Dünən, 14:34
”Utanmır efirə çıxıb deyir hamiləyəm, bu, nə tərbiyəsizlikdir?” - VİDEO
Dünən, 14:30
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru