AYA 10 MİN MANAT MAAŞ ALAN İDARƏ RƏİSİ... .....                     "Məleykə xanımın repetitorlarla bağlı fikri ilə razılaşmıram” .....                     Rusiya-Ermənistan seçki savaşı böyüyür, təhlükələr də var .....                     Zelenskinin qəfil və sirli səfəri: Bakı hansı mesajı verir? .....                     Azərbaycanda “WhatsApp”la bağlı yeni problem .....                     Azərbaycan Ukrayna təcrübəsindən yararlanmalıdır .....                     Paşinyan seçilsə, Kreml nə edəcək? .....                     İmtahanda DİM monopoliyası: 1-ci sinifdən başlayan stress .....                     Erməni xalqı ya müharibəni, ya da sülhü, inkişafı seçməlidir .....                     "Su İdmanı Sarayı" dövlətə BORCLANDI .....                     Rusiya Ukrayna üzrə danışıqlar üçün Səudiyyə Ərəbistanına müraciət edə bilər .....                     Azərbaycan üçün yeni uşaqpulu modeli: Ayda 100 manat… .....                     "Hesablama Palatasına keyfiyyətli iş gördüyü üçün təşəkkür düşür" .....                     Tanınmış müğənni qonşusundan gileyləndi .....                     Ukrayna ordusunun bir dəri-bir sümük əsgərləri .....                     Qaxın daha bir OLİQARXI: Dövləti rəsmən qarət edib... .....                     Hamlet İsaxanlı siyasətə yaman meyillənir... .....                     Eşqi Bağırovun üsyanı... .....                     Fermerlərə çatası milyonları KİM YEYİB Kİ... .....                     Ramiz Mehdiyevin oğurladıqlarını “milyoner nəvə”si BELƏ XƏRCLƏYİR .....                     Azərbaycan son savaşda sübuta yetirdi ki... .....                     Bakıdan qayıdan Zelenski indi də İrəvan yolunda... .....                     Səhiyyə büdcəsində MAAŞ 'ABORTU' .....                     Natəmiz mühitdə hansı sağlamlıq? .....                     "Bu artıq xidmət deyil..." .....                     Erməni general yenə Hindistandadır .....                     Rusiyada terror təhlükəsi riski artır .....                     “O müğənnilərin efirdə ailə və əxlaq dəyərlərindən danışıb, kiməsə dərs keçməyə ixtiyarları yoxdur...” .....                     Hövsan MİDA layihəsində şok vəziyyət: İtlər, həşəratlar və üfunət kabusu… .....                     "Zəng gəlsə, demə ki, bizə pul vermisən" .....                     “Məktəb” serialı Vado Korovin üçün sanki ailə təsərrüfatı olub... .....                     Ukrayna İsrailə etiraz notası təqdim edib .....                     İlqar Bayramlıdan yeni direktor təyinatı .....                     Məşhur aparıcıdan "ərə getmək" xəbərinə CAVAB .....                     Bakı görüşü Azərbaycan Çexiya münasibətlərində yeni imkanlar açır .....                     Ermənistanda panika: Əhaliyə çağırış edildi .....                     Tikintidə artan “qara bazar” .....                     Rus ordusu iki kəndi işğal etdi .....                     Bakıda güllələnən müəllim işdən çıxıb? .....                     "Qaçqınkom"un idarəsindən vergi borcu olan şirkətə 447 min manatlıq sifariş .....                 

İsa Qəmbərə başqanlıq təklifi gəldi... - "...sədr seçilmək hüququ var"
Tarix: 13-08-2015, 10:30 | Çap et
İsa Qəmbərə başqanlıq təklifi gəldi...
ADR-dən İsa Qəmbərə maraqlı təklif verilib. Modetaor.az xəbər verir ki, təklif keçmiş müsavatçı Rüfət Əliyev tərəfindən səslənib.
Məşvərət Məclisinin son toplantısın da qəribə bir hadisə baş verib. Strateq.az-a sızdırılan məlumata görə, toplantını aparan İsa Qəmbər sözü Elman Fəttaha verərkən, “çaşıb” funksioneri Müsavat başqanı kimi təqdim edib. Bu tənqimatdan əsl başqan Arif Hacılının xeyli mütəəssir olduğunu hiss edən İsa bəy “səhvi”ni düzəldib: “Əslində Elman Fəttah da başqan ola bilərdi. Başqan seçilmək hər müsavatçının ən təbii haqqıdır. Bu gün isə başqan Arif Hacılıdır. Kim bilir, bəlkə də bir gün Elman Fəttah həmin kresloda oturacaq”.

İsa Qəmbəri yaxından tanıyan keçmiş əqidədaşı Rüfət Əliyev saytımıza açıqlamasında bu xəbəri özünün də eşitdiyini təsdiqləyib və başqanın bəzən bilərək belə “yanlışlara” yol verdiyini, bununla “səhvən” ilişdiyi ünvana hansısa mesajlar çatdırdığını bildirib. Rüfət bəyin ehtimalına görə, bu dəfə İsa bəy, yəqin ki, Arif Hacılıya “ilişmək” istəyib. Ona özünün sayəsində başqanlığa yüksəldiyini, istəsəydi, hətta Elman Fəttahın bu gün başqan kimi təqdim oluna biləcəyini xatırladıb.

Köhnə müsavatçı köhnə başqanın bu şüurlu “səhvi”nin mümkün səbəblərinə də aydınlıq gətirib. Onun təxminlərinə görə, böyük ehtimalla, İsa bəy Müsavatın hazırkı idarəçiliyindən narazıdır və təzə başqanın öz məhvərindən çıxdığına, müstəqil qərarlar qəbul etdiyinə bu cür etirazını bildirib. Rüfət Əliyev fikrini əsalandırmaq üçün yaxın tarixə ekskurs edərək deyib:

“Partiya nizamnaməsinə görə, İsa Qəmbər növbəti dəfə başqan seçilə bilməzdi. Onun ən güclü alternativi Qubad İbadoğluya da öz postunu təhvil vermək istəmirdi. Çünki Qubad bəy partiyanın idarəçiliyində hansısa güclü iradəni yox, nizamnaməni əsas götürəcək, qərarları da buna əsasən qəbul edəcəkdi. Nə əldən qoyan, nə yardan doyan İsa bəy isə partiyanın ən başarısız başqanı kimi tarixə çevrilmək istəmir, təşkilatın ipini öz əlində saxlamağa çalışırdı. Onun bu məqsədinə ən uyğun gələn kadr isə Arif Hacılı idi. Təbii ki, o dövrdəki duruma görə belə idi. İsa Qəmbər hesablaya bilməmişdi ki, qurultaya qədər onun gözündən kənara ayrılmayan Arif Hacılı başqan seçildikdən sonra tamamilə fərqli adam çevriləcək, köhnə başqanla hesablaşmayacaq. Bu gün Arif Hacılının özünü partiyada yeganə iradə sahibi kimi aparması İsa bəyi qəzəbləndirir. O da təzə başqana yerini göstərməyə çalışır. Deyir ki, öz məhvərinə geri dönməsən, sənin yerinə çox namizədlər var. Elman Fəttah belə səni əvəz edə bilər”.

İsa bəyin xüsusilə Elman Fəttahı nişan göstərməsi də, Rüfət bəyin fikrincə, səbəbsiz deyil: “Bilirik ki, Elman Fəttahın nə zamansa başqan olmaq şansı sıfıra yaxındır. Üstəlik, bu adam heç zaman öz fikriylə hərəkət etmir, mütləq bir “başbilən”ə ehtiyac duyur. Görünür, İsa bəy Arif Hacılını Elman Fəttah kimi olmağa dəvət edib. Əks halda onu ən uğurlu kadrla əvəz edə biləcəyini xatırladıb”.

Vaxtilə partiyanın Zəngilan təşkilatının sədri olmuş müsahibimiz İsa Qəmbərin bu mesajlarının arxasında ciddi bir əsasın dayanmadığına inanır: “Bir zamanlar partiyada İsa Qəmbər üçün canını verəcək, təşkilatçılıq qabiliyyətinə malik bütün üzvlərimiz indi Müsavat sıralarında deyillər. Onların bəziləri qurultayda oynanan məkrli oyunlara, saxtakarlıqlara, ədalətsiz seçkilərə etiraz edərək partiya sıralarını tərk edib. Bəzilərini isə etirazlarını əsas gətirib Arif Hacılı uzaqlaşdırıb. İndi Müsavat tamamilə təzə başqanın iradəsi altındadır. İsa Qəmbər istəsə belə, orda hansısa dəyişikliyə nail ola bilməz. Bunu Arif Hacılı da, köhnə başqan da bilir. Məncə, İsa bəyin ən doğru seçimi özünün ordan ayrılıb, əsl isaçıların yanına-ADP-ə qayıtması olardı. Biz öz qucağımızı əski başqanımıza aça bilərik”.

Əməkdaşımızın “bəs, İsa bəy ADR gələrsə, onu təşkilatın sədri seçərdinizmi?” sualına keçmiş müsavatçının cavabı da maraqlı oldu: “Təşkilatımızın hər bir üzvünün sədr seçilmək hüququ var. İsa bəy də bu hüquqdan istifadə edə bilər. Seçilərmi, seçilməzmi, deyə bilmərəm. Çünki başqan son qurultay zamanı keçmiş tərəfdarlarının ona bəslədikləri güvən hissini ciddi şəkildə zədələyib. İsa bəyə indi əksər tərəfdarları “etibarsız”, lazım bildiyi anda istənilən saxtakarlığa gedən adam kimi baxırlar. Köhnə başqan ilk öncə bu mənfi imicini təmizləməlidir. Bununla belə, biz yenə onu siyasi tariximizdə müstəsna yeri olan şəxsiyyət kimi hörmət və izzətlə təşkilat sıralarına almağa hazırıq. Bizdə elmanfəttahlar, arifhacılılar yoxdur. Narahat olmasın, atacağı addımı mütləq nəzərə alacağıq. Ən azından ona Qubad İbadoğlunun müavini vəzifəsini verərik. Sədrlik uğrunda isə özü sivil mübarizə aparıb bu ünvanı da qazana bilər. Hər halda bu ehtimalı da istisna etmək olmaz”.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
AYA 10 MİN MANAT MAAŞ ALAN İDARƏ RƏİSİ... - Orxan İmanlının bibisi oğlundan narazılıq artıb
Bu gün, 07:19
"Məleykə xanımın repetitorlarla bağlı fikri ilə razılaşmıram” - DİM sədrinə ETİRAZ
Bu gün, 07:15
Rusiya-Ermənistan seçki savaşı böyüyür, təhlükələr də var - İNCƏLƏMƏ
Bu gün, 07:10
Zelenskinin qəfil və sirli səfəri: Bakı hansı mesajı verir? - NƏ BAŞ VERİR?
Bu gün, 07:07
Azərbaycanda “WhatsApp”la bağlı yeni problem – Həlli AÇIQLANDI
Bu gün, 07:05
Azərbaycan Ukrayna təcrübəsindən yararlanmalıdır - ÇAĞIRIŞ
Bu gün, 07:04
Paşinyan seçilsə, Kreml nə edəcək? - Silayev
Bu gün, 07:02
İmtahanda DİM monopoliyası: 1-ci sinifdən başlayan stress - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 07:00
Erməni xalqı ya müharibəni, ya da sülhü, inkişafı seçməlidir - Natiq Miri ŞƏRH EDİR
Bu gün, 06:58
"Su İdmanı Sarayı" dövlətə BORCLANDI - Böyük miqdarda
Bu gün, 06:56
Rusiya Ukrayna üzrə danışıqlar üçün Səudiyyə Ərəbistanına müraciət edə bilər - “İzvestiya” qəzeti
Bu gün, 06:51
Azərbaycan üçün yeni uşaqpulu modeli: Ayda 100 manat… - DETALLAR
Bu gün, 06:49
"Hesablama Palatasına keyfiyyətli iş gördüyü üçün təşəkkür düşür" - partiya sədri
Bu gün, 06:33
Tanınmış müğənni qonşusundan gileyləndi - "...şübhə edir"
Bu gün, 06:27
Ukrayna ordusunun bir dəri-bir sümük əsgərləri - ŞOK FAKTLAR AÇIQLANDI
Bu gün, 06:17
Qaxın daha bir OLİQARXI: Dövləti rəsmən qarət edib... - Bir araşdıran olsa...
Bu gün, 06:13
Hamlet İsaxanlı siyasətə yaman meyillənir... - keçmiş deputatdan ATMACA
Bu gün, 05:58
Eşqi Bağırovun üsyanı... SƏMƏRƏ VERƏCƏKMİ?
Bu gün, 05:52
Fermerlərə çatası milyonları KİM YEYİB Kİ... - HESABI BELƏ SORUŞULMUR...
Bu gün, 05:47
Ramiz Mehdiyevin oğurladıqlarını “milyoner nəvə”si BELƏ XƏRCLƏYİR - İLGİNC FAKTLAR
Bu gün, 05:40
Azərbaycan son savaşda sübuta yetirdi ki... - ARAŞDIRMA
Bu gün, 01:16
Bakıdan qayıdan Zelenski indi də İrəvan yolunda... - GƏLİŞMƏ
Bu gün, 01:10
Səhiyyə büdcəsində MAAŞ 'ABORTU' - BU NƏDİ BELƏ?
Bu gün, 01:01
Natəmiz mühitdə hansı sağlamlıq? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 00:54
"Bu artıq xidmət deyil..." - ETİRAZ VAR!
Bu gün, 00:46
Erməni general yenə Hindistandadır
Dünən, 22:15
Rusiyada terror təhlükəsi riski artır - Putin
Dünən, 22:13
“O müğənnilərin efirdə ailə və əxlaq dəyərlərindən danışıb, kiməsə dərs keçməyə ixtiyarları yoxdur...” - REAKSİYA
Dünən, 17:34
Hövsan MİDA layihəsində şok vəziyyət: İtlər, həşəratlar və üfunət kabusu… - NARAZILIQ VAR...
Dünən, 17:32
"Zəng gəlsə, demə ki, bizə pul vermisən" - Avropada iş adı ilə 171 nəfəri aldadanların MƏHKƏMƏSİ
Dünən, 17:12
“Məktəb” serialı Vado Korovin üçün sanki ailə təsərrüfatı olub... - GÖRÜNƏNİ BUDUR...
Dünən, 17:06
Ukrayna İsrailə etiraz notası təqdim edib
Dünən, 17:02
İlqar Bayramlıdan yeni direktor təyinatı - ƏMR
Dünən, 16:42
Məşhur aparıcıdan "ərə getmək" xəbərinə CAVAB - "Hüseynova bacıları məharətini göstərəcək"
Dünən, 16:38
Bakı görüşü Azərbaycan Çexiya münasibətlərində yeni imkanlar açır - MƏQALƏ
Dünən, 16:31
Ermənistanda panika: Əhaliyə çağırış edildi
Dünən, 16:00
Tikintidə artan “qara bazar” - Milyonluq CƏRİMƏLƏR və…
Dünən, 15:57
Rus ordusu iki kəndi işğal etdi
Dünən, 15:55
Bakıda güllələnən müəllim işdən çıxıb? - “İdrak” Liseyindən açıqlama
Dünən, 15:24
"Qaçqınkom"un idarəsindən vergi borcu olan şirkətə 447 min manatlıq sifariş - TƏFƏRRÜAT
Dünən, 15:22
DİM sədri ilə Mikayıl Cabbarov üz-üzə... - Xarici dil buraxılış imtahanında olmamalı idi?
Dünən, 15:18
Təltif olunanların sırasında “Veysəloğlu Distribusiya”nın rəhbəri də var... - FOTO
Dünən, 15:00
Energetika Nazirliyinin press-reliz tenderi ləğv edildi: - Səbəb açıqlanmadı
Dünən, 14:57
Ermənistanda seçki savaşı qızışır: Revanşistlər geri qayıda bilərmi? - Bakıdan sərt mesaj
Dünən, 14:55
Daha bir tanınmış şəxs Türkiyədə dünyasını dəyişdi - FOTO
Dünən, 14:53
Keçmiş silahdaşı seçkilərdə Paşinyanı dəstəkləməkdən imtina etdi - KİV
Dünən, 14:39
Ölkənin ən iri pivə istehsalçısı “Carlsberg Azerbaijan”a yeni rəhbər gəlib - BUNDAN SONRA...
Dünən, 14:34
”Utanmır efirə çıxıb deyir hamiləyəm, bu, nə tərbiyəsizlikdir?” - VİDEO
Dünən, 14:30
Nazir oğlunu aldadana qarşı başqa ittihamlar var imiş - Bazar manipulyasiyası...
Dünən, 14:20
“Kapital Bank”ın əməkdaşı hərbçiyə hədə-qorxu gəlib? - REAKSİYA
Dünən, 14:15
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru