SEPAH-ın casus şəbəkəsinin rəhbəri Azərbaycan vətəndaşı imiş .....                     AYA 10 MİN MANAT MAAŞ ALAN İDARƏ RƏİSİ... .....                     "Məleykə xanımın repetitorlarla bağlı fikri ilə razılaşmıram” .....                     Rusiya-Ermənistan seçki savaşı böyüyür, təhlükələr də var .....                     Zelenskinin qəfil və sirli səfəri: Bakı hansı mesajı verir? .....                     Azərbaycanda “WhatsApp”la bağlı yeni problem .....                     Azərbaycan Ukrayna təcrübəsindən yararlanmalıdır .....                     Paşinyan seçilsə, Kreml nə edəcək? .....                     İmtahanda DİM monopoliyası: 1-ci sinifdən başlayan stress .....                     Erməni xalqı ya müharibəni, ya da sülhü, inkişafı seçməlidir .....                     "Su İdmanı Sarayı" dövlətə BORCLANDI .....                     Rusiya Ukrayna üzrə danışıqlar üçün Səudiyyə Ərəbistanına müraciət edə bilər .....                     Azərbaycan üçün yeni uşaqpulu modeli: Ayda 100 manat… .....                     "Hesablama Palatasına keyfiyyətli iş gördüyü üçün təşəkkür düşür" .....                     Tanınmış müğənni qonşusundan gileyləndi .....                     Ukrayna ordusunun bir dəri-bir sümük əsgərləri .....                     Qaxın daha bir OLİQARXI: Dövləti rəsmən qarət edib... .....                     Hamlet İsaxanlı siyasətə yaman meyillənir... .....                     Eşqi Bağırovun üsyanı... .....                     Fermerlərə çatası milyonları KİM YEYİB Kİ... .....                     Ramiz Mehdiyevin oğurladıqlarını “milyoner nəvə”si BELƏ XƏRCLƏYİR .....                     Azərbaycan son savaşda sübuta yetirdi ki... .....                     Bakıdan qayıdan Zelenski indi də İrəvan yolunda... .....                     Səhiyyə büdcəsində MAAŞ 'ABORTU' .....                     Natəmiz mühitdə hansı sağlamlıq? .....                     "Bu artıq xidmət deyil..." .....                     Erməni general yenə Hindistandadır .....                     Rusiyada terror təhlükəsi riski artır .....                     “O müğənnilərin efirdə ailə və əxlaq dəyərlərindən danışıb, kiməsə dərs keçməyə ixtiyarları yoxdur...” .....                     Hövsan MİDA layihəsində şok vəziyyət: İtlər, həşəratlar və üfunət kabusu… .....                     "Zəng gəlsə, demə ki, bizə pul vermisən" .....                     “Məktəb” serialı Vado Korovin üçün sanki ailə təsərrüfatı olub... .....                     Ukrayna İsrailə etiraz notası təqdim edib .....                     İlqar Bayramlıdan yeni direktor təyinatı .....                     Məşhur aparıcıdan "ərə getmək" xəbərinə CAVAB .....                     Bakı görüşü Azərbaycan Çexiya münasibətlərində yeni imkanlar açır .....                     Ermənistanda panika: Əhaliyə çağırış edildi .....                     Tikintidə artan “qara bazar” .....                     Rus ordusu iki kəndi işğal etdi .....                     Bakıda güllələnən müəllim işdən çıxıb? .....                 

“Bəzi deputat yoldaşlarım məni başa düşə bilmirlər” - İlyas İsmayılov
Tarix: 8-08-2015, 10:46 | Çap et
“Bəzi deputat yoldaşlarım məni başa düşə bilmirlər”
Ədalət Partiyasının sədri, Milli Məclisin deputatı İlyas İsmayılov Modern.az saytının suallarını cavablandırıb. Onunla müsahibəni təqdim edirik:

- İlyas müəllim, başlayaq partiyanızın fəaliyyətindən. Partiyanız 2015-ci il parlament seçkilərində hansı formada iştirak etməyi düşünür?

- İstənilən partiyanın seçkidə tutduğu mövqe, etdiyi hərəkət onun seçkidə iştirakıdır. Seçkidə iştirakı aktiv və ya passiv olaraq dəyərləndirmək olar. Bəzi partiyalar seçkiyə qatılar, qanunverici və ya icraedici orqanda təmsilçilik uğrunda yarışar, bəzilər isə seçki mühitinin və ya öz gücünün uyğun olmadığını görər, bu yarışdan geri çəkilər.

Bütün hallarda partiyaların tutduğu bu yol seçkidə iştirakı deməkdir. Hətta iştirakdan imtinanın özü boykot hesab olunduğundan əslində seçki prosesində iştirak mənasına gəlir. Bizim partiyanın tutacağı yola gəlincə, bu zamana qədər bütün seçki prosesində həmişə aktiv rol oynamışıq. Bütün çatışmazlıqlara baxmayaraq, indiyə kimi və indi də boykotun fayda verməyəcəyinə inanmışıq. Çünki seçki prosesi partiyalara xalqla daha sıx təmasa imkan yaradır, öz proqram və görüşlərini mandatını almağa çalışdığın insanlara çatdırmaq şansı verir.

Xalqdan uzaq duran partiyaların gələcəyi yoxdur. Düşüncələrini, ideya və prinsiplərini yaşatmaq insanları buna inandırmaqdan keçir. Ona görə də xalqla təmas bütün siyasi qurumların bir nömrəli vəzifəsidir. Biz də bu vəzifəmizi qanunların imkan verdiyi dərəcədə həyata keçirməyə çalışacağıq.

- Siz parlament müxalifətinin nümayəndələrindən birisiniz. Parlamentdən digər müxalifət partiyaları necə görünür?

- Azərbaycanda partiyaların formalaşması üçün münbit şərait yoxdur. Bunun bir çox səbəbləri var. Səbəblərdən biri də qanunvericilik bazasının partiyaların inkişafına imkan verməməsidir. Hesab edirəm ki, proporsional seçki sistemi yenidən tətbiq olunarsa, bu? partiyaların inkişafına zəmin yaradar. Odur ki, partiya olaraq? dəfələrlə proporsional seçki sisteminin bərpasını tələb etmişik. Təəssüf ki, bu təklifimizə əhəmiyyət verilməyib.

- Başa düşdük ki, partiyalar elə də güclü deyil və bunun bir səbəbini dediniz. Bəs partiyaların inkişafını əngəlləyən başqa amillər hansılardır?

- Partiyaların inkişafının qarşısını alan digər məsələ ölkədə anormal təbəqələşmə prosesinin getməsidir. Bütün dünyada hər bir partiya hansısa sosial təbəqənin siyasi iradəsini ifadə edən təşkilat kimi fəaliyyət göstərir. Həmin sosial təbəqə isə öz sözünü deyən həmin təşkilatı hakimiyyətə gətirməyə çalışır. Azərbaycanda isə iki təbəqə var: hakimlər və idarə olunanlar.

İdarə olunanların maddi vəziyyəti, hakim təbəqədən asılılığı, siyasi mübarizə ilə çətin vəziyyətdən xilas olacağına inamsızlığı istər-istəməz onlarla partiyalar arasında müəyyən sədlər yaradır. Amma bu o demək deyil ki, onlar öz vəziyyətlərindən razıdırlar. Sadəcə, ölkənin indiki ictimai-siyasi vəziyyətində seçkilərlə öz istəklərinə nail olacaqlarına inanmırlar. Hesab edirəm ki, siyasi hakimiyyəti bu gün kresloda saxlamasına baxmayaraq, bu tendensiya ölkəni təhlükəli aqibətə doğru da apara bilər. Zənnimcə, ədalətli və müasir cəmiyyət istənilən təhlükəli perspektivin hətta potensial olaraq mövcudluğunu qəbul etməməlidir.

- Sizin nəzərinizdə ölkədəki ictimai-siyasi vəziyyət hansı mərtəbədədir?

- Düşünürəm ki, bu suala qismən cavab verdim. Əlavə olaraq bunları deyə bilərəm: Azərbaycan bu gün tarixinin çətin anlarına doğru sürüklənir. Bir tərəfdən ölkə iqtisadiyyatının əsasını təşkil edən neftin qiymətləri aşağı düşür. Bu da ölkənin iqtisadi, sosial vəziyyətini çətinləşdirir. Bir çox müəssisələrdə aparılan ixtisarlar işsizlər ordusunu artırır. Xüsusilə gənclərin iş tapmaq imkanları xeyli zəifləyir. Korrupsiya və rüşvətxorluq, inhisarçılıq digər sahələri, əsasən də qeyri-neft sektorunun inkişafının qarşısını alır.

- Dedikləriniz sosial narazılıqlar üçün zəmin yaradır. Siz bu problemdən çıxış yolu kimi nələr təklif edərdiniz?

- Bu kimi neqativ halların önü kəsilməsə, sosial narazılıqların passiv mərhələdən aktiv mərhələyə keçə bilmə ehtimalı var. Digər tərəfdən, Azərbaycana xarici təzyiqlərin artığı müşahidə olunur.

Xüsusilə, regionumuzda gedən proseslər, geopolitik savaşın şiddətlənməsi xarici siyasətdə ənənəvi balanslaşdırma kursunu davam etdirməyi çətinləşdirir. Üstəlik, ölkə rəhbərinin də qeyd etdiyi kimi, məmur özbaşınalığı hallarının artması istər-istəməz sosial narazılığı böyüdür. Bir sözlə, ölkədəki ictimai-siyasi vəziyyət ürəkaçan deyil.

- Bilirik, sevmirsiniz, amma müsahibəni daha maraqlı etmək üçün bir az da tarixə ekskurs edək. Uzun müddət, hələ SSRİ dövründən hüquq sistemində çalışmısınız. Açıqlamalarınızın birində bildirmisiniz ki, Əbülfəz Elçibəyin həbs olunmasının qarşısını almısınız. Maraqlıdır, İlyas İsmayılov başqa hansı ictimai-siyasi fiqurların həbsə gedən yolunun qarşısını alıb?

- Mən keçmişdən çox danışmaq niyyətində deyiləm. Bu günü ləkəli olanlar ancaq keçmişdəki şərəfli həyatından danışar. Mən bu gün kiməmsə, dünən də o idim və yaxud tərsinə, dünən kim idimsə, bu gün də oyam. Həyatım boyu haqq-ədalət tərəfdarı olmuşam. Günahsızların cəzalandırmasını heç bir zaman arzulamamışam. Həyat insana bir dəfə verilir. İnsan həyatını Allahın ona bəxş etdiyi azadlıqlar və hüquqlar çərçivəsində keçirməlidir. Dövlət də bu hüquqları təmin etmək, nizamlamaq üçün mövcuddur. Nə yazıq ki, bəzən dövlət bu missiyasını tam əksinə həyata keçirir. Xüsusilə bir hüquq adamının yol verdiyi bir səhv hansısa vətəndaşın ən təbii haqqını əlindən alır. Tarix həmişə hüquqşünasın, hakimin, prokurorun səhvini düzəldir. Necə ki, ötən əsrin 37-ci illərində ən müxtəlif cinayətlərdə ittiham olunanların bəziləri hələ həyatda ikən, bəziləri isə ölümündən sonra bəraət aldı. O dövrdə “vətənə” xəyanətdə suçlanan bir gün xalq qəhrəmanı, ən dərin təfəkkürlü ziyalı, şair kimi tanınır. Deməli, hüququn səhvini tarix düzəltdi və həmin hüquqşünasların özünü mühakimə etdi. Ömrüm boyu tarixin mühakimə etdiyi adam olmamağa çalışmışam. Bu mənin həyat kredom olub.

- Ayaz Mütəllibovun, Əbülfəz Elçibəyin və Heydər Əliyevin hakimiyyətləri dövründə yüksək vəzifələrdə çalışmısınız. Onların hansı ilə daha isti münasibətləriniz olub? Qeyri-rəsmi görüşlər olubsa nələr müzakirə edilib?

-Yüksək vəzifələrdə işlədiyim dövlərdə həmişə ölkə rəhbərliyi ilə təmasda olmuşam. Bu görüşlər rəsmi xarakter daşıyıb, onlarla vəzifəmə aid məsələləri müzakirə etmişik.
Mənim hamısı ilə bu və ya digər səviyyələrdə münasibətim olub. Bu münasibətlər əsasən işgüzar xarakter daşıyıb. Rəhmətlik Elçibəylə münasibətlərimiz isə daha yaxın olub. Bir-birimizin şəxsiyyətinə həmişə hörmət etmişik.

- Maraqlıdır, İlyas İsmayılov özünü hansı hakimiyyətin kadrı hesab edir?

- Tale elə gətirib ki, mən ən müxtəlif siyasi sistemlərdə ən müxtəlif xarakterli hakimiyyətlərlə işləmişəm. Daha doğrusu, o hakimiyyətlərdə təmsil olunmuşam. Həmişə də özümü hüququn, ədalətin, vicdanın kadrı saymışam. Bu gün də öz prinsiplərimə sadiqəm.

- Keçmiş prezidentlərdən Ayaz Mütəllibov indi həyatdadır. Onunla hər hansı əlaqələriniz qalıbmı?

- Bayaq da dediyim kimi, mənim işlədiyim bütün rəhbər şəxslərlə əlaqələrim əsasən işgüzar xarakter daşıyıb. Təkcə, rəhmətlik Elçibəy istisna olmaqla. Təmasda olduğum hər kəslə isə münasibətimi kəsməmişəm. Xeyrində, şərində bacardığım qədər iştirak etmişəm. Məncə, bu insanlıq vəzifəsidir. İnsanlar bir-birinin sevincini və qəmini bölüşməlidir.

- Yüksək vəzifələrdə çalışdığınız zaman ən çox hansı addımlardan narazı qalırdınız?

- Mənim üçün həmişə bir kriteriya olub - hüquq. Hüququn pozulduğunu görəndə həmişə buna qarşı çıxmışam.

Bu gün məni bəzi deputat yoldaşlarım başa düşə bilmirlər. Onlardan bəziləri qanuna zidd olaraq həm icra, həm də qanunverici orqanlarda təmsil olunurlar. Mən isə buna etiraz edir, dəfələrlə bununla bağlı məsələlər qaldırıram. Onlarsa bu reaksiyamı şəxsi müstəviyə aid etmək istəyirlər.

Halbuki, mənim nəzərimdə qanun, hüquq ictimai fəaliyyətin əsas kriteriyalarından biridir. Qanunsuzluğu heç öz övladlarıma da keçmərəm. Bu yerdə Russonun bir fikrini xatırlatmaq yerinə düşərdi: Cəmiyyətdə ən birinci qanun qanuna hörmət qanunu olmalıdır. Əgər qanun vəzifəli şəxslər və özünü ziyalı hesab edən alimlər tərəfindən pozulursa, onda həmin cəmiyyətin böyük problemləri var.

- Ədliyyə naziri olarkən heç elə bir qərar olubmu ki, sizin tərəfinizdən verilə və sonra siz bunun düzgün olmadığını başa düşəsiniz?

- İstənilən işdə səhvlərə yol verilə bilər. İş nə qədər böyükdürsə, vəzifə nə qədər yüksəkdirsə, səhvlərin həcmi də bəzən o qədər artır. Əlbəttə ki, mənim də fəaliyyətimdə müəyyən səhvlər ola bilər. Amma bunun səhv olduğunu anlayan kimi qarşısını almağa çalışmışam. Ümumiyyətlə, yalnız Allahın fəaliyyətində səhvlərə yer yoxdur. İnsansansa səhvin də olacaq. Məsələ sənin həmin səhvi necə qəbul etməyindədir. Xətasını görən vəzifə sahibi səhvini düzəltməyə çalışmırsa, ən böyük cinayəti törədir.

- Açıqlamalarınızdan birinə baxdıq. Bildirirsiniz ki, siz YAP-ı qeydiyyata alıbsınız. Partiyaların qeydiyyata alınması prosesində hansı problemlərlə üzləşirdiniz? O dövrün partiya mənzərəsini istərdik ki, canlandırasınız.

- Ədliyyə naziri olduğum dövrlərdə qanunun hər hansı tələbinin ziddinə heç kim mənə təzyiq edə bilməzdi. Ümumiyyətlə, iş həyatımda rəhbər tutduğum əsas kriteriya qanunun tələbi olub.

Qanunun tələblərinə cavab verən bütün partiya və təşkilatları da qeydiyyata alırdıq. Qeydiyyata aldığım partiya tək YAP da deyildi. İslam partiyası da mənim ədliyyə naziri olduğum dövrdə qeydiyyatdan keçib. İki bir-birinə zidd partiyaya eyni münasibəti göstərməyim də sübut edir ki, mən o dövrlərdə də öz prinsiplərimə sadiq olmuşam, hər kəsə eyni gözlə baxmağa çalışmışam.

Rəhmətlik Sirus Təbrizli də bunu etiraf edirdi. O çətin günlərlə bağlı xatirələrinin birində belə deyirdi: “Ədliyyə naziri İlyas İsmayılov bizi çox hörmətlə qarşıladı və Konstitusiyaya uyğun olaraq partiyamızı qeydə aldı. Baxmayaraq ki, ölkə rəhbərliyi bizim təşkilata qarşı idi, o, özünü əsl kişi kimi apardı”.
Bu sözlər mənim kimliyindən asılı olmayaraq, hər kəsə qanunun tələbləri çərçivəsində baxdığımın ən gözəl təsbitidir.

- İlyas müəllim, bayaq məmur özbaşınalığından səthi olaraq söz açdınız. Prezident İlham Əliyev dəfələrlə məmur özbaşınalığından danışıb. Siz ictimai və siyasi çəkisi olan adam kimi məmur özbaşınalığının qarşısını almaq üçün əlavə nələri təklif edərdiniz?

- Özbaşınalığın qarşısını almaq üçün qanunun tətbiqi gücləndirilməlidir. Məmur özbaşınalığının baş alıb getməsi onların əməllərinin cəzasız qalacağına inamlarından doğur. İlk növbədə onlardakı bu inam sarsılmalıdır. Bu da əyani şəkildə ortaya qoyulmalıdır. Kimliyindən asılı olmayaraq qanunsuzluq edən istənilən məmur müvafiq cəzaya layiq görülməlidir ki, həm haqq öz yerini tapsın, həm də digər məmurlar bundan dərs alsınlar. Nə yazıq ki, qanunun bu çəkindirmə gücü bizim cəmiyyətimizdə hiss olunmur.

Cəzasızlıq mühiti cinayətlərə yol açır. Ölkə rəhbərliyi bütün diqqətini qanunu gücləndirməyə və hər kəsə eyni gözlə baxmasına şərait yaratmağa çalışmalıdır. Millətin əxlaqı iki halda pozulur: cinayət görüb cəza görmədikdə, cəza görüb cinayət görmədikdə. Xalqımızın gözü çox təəssüf ki, hər iki halı görüb və görməkdədir. Bəziləri cinayətlərlə böyük sərvətə sahib olub, harınlıq, həyasızlıq nümayiş etdirir, əksəriyyət isə bunların ədalətsizliyi, amansızlıqları üzündən ehtiyac içərisində üzülür.

- Bəzən hansısa məmur övladı sosial şəbəkələrdə öz var-dövlətlərini nümayiş etdirir. Buna necə baxırsınız?

- “Sonradangörmüşlük” kimi baxıram. Əslində kiminsə var-dövlətini nümayiş etdirməsinə qarşı deyiləm. Amma baxır hansı durumlarda. Azərbaycanda məmurun maaşı öz ailəsini zorla dolandırmağa çatır. Qanunvericilik onların işgüzar fəaliyyətinə də icazə vermir. Hansısa məmur və ya oğlu əgər var-dövlətini nümayiş etdirirsə, bu, hüquq-mühafizə orqanları üçün araşdırma aparmaq üçün ən gözəl dəlildir. Hüquq araşdırmalıdır ki, məmur balası o qədər imkanı, var-dövləti hansı yollarla əldə edib. Biz dəfələrlə məsələ qaldırmışıq ki, gəlirlər haqqında deklorasiya qanunu tətbiq olunmalıdır. Bu qanun hətta 2005-ci ildə qəbul olunub. Amma indiyə qədər işləmir. Bundan əlavə xərclər haqqında da deklorasiya verilməlidir. Bu haqda qanun yoxdur, təcili qəbul olunmalıdır.

- Belə fikir var ki, siz böyük vəzifələrdə şalışanda daim tovuzluları qabağa çəkmisiniz. Bununla razılaşırsınızmı?

-Xeyr. Mən heç vaxt regionçuluq təfəkküründə olmamışam. Yüksək vəzifələrdə işlədiyim dövrlərdə həmişə insani qabiliyyətə önəm vermişəm. Bəzən buna görə hətta bəzi yerlilərim məndən inciyiblər də. Amma mənim üçün kiminsə inciməsi yox, ədalətin bərqərar olması əsas olub. Bu gün belə sədrlik etdiyim partiyada tovuzlulardan çox, başqa regionların insanları icra aparatındadırlar. Onları öz sahələrində bacarıqlı olduğuna inandığım üçün yanımda görmək istəmişəm.

-Bir oğlunuz Amerikadadır, biri isə Türkiyədə. Onlara hazırda nə işlə məşğuldirlar?

- Amerikadakı oğlum Mətin 6 saylı orta məktəbi qızıl medalla bitirib. Lomonosov adına Moskva Dövlət Universitetinin Hüquq fakültəsini bitirib. Sonra Nyu-York və Kolumbiya universitetlərində təhsilini davam etdirib. Hazırda ABŞ-ın ən yüksək vergi hüququ üzrə mütəxəssisidir. Almaniya banklarından birində Vergi Departamentinin rəhbəri vəzifəsində işləyir. Etimad isə Leninqrad Universitetinin Hüquq fakültəsindən məzun olub. İndi Türkiyədə yaşayır, iş adamıdır.

- Siyasi arenada çox ciddi simalı və xarakterli İlyas İsmayılov şəxsi həyatında da belədirmi?

- Hər kəs öz xarakterini evdən işə, işdən evə daşıyır. Öz işçisinə də övladı kimi baxmayan rəhbər heç zaman yaxşı rəhbər ola bilməz. Ümumiyyətlə, insan öz xarakterini dəyişə bilməz. Evdə kimdirsə, işdə də o cür olar. Bu yalnız mənə aid olan bir xüsusiyyət də deyil. Bütün insanlar belədir.

- İlyas müəllim, 77 yaşınız olmasına baxmayaraq, deyəsən, bu gün də idmana vaxt ayırırsınız...

- İndiyə qədər gümrah və sağlam qalmağımı isə bir neçə şeyə borcluyam. Bu cavanlıq iksirlərindən biri də çoxhərəkətliliyim, vaxtaşırı etdiyim idman və bağda təsərrüfatçılıqla məşğul olmağımdır. Bütün işləri özüm görürəm.

-Suallarımızı cavablandırdığınız üçün sağ olun!

- Siz də sağ olun!










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
SEPAH-ın casus şəbəkəsinin rəhbəri Azərbaycan vətəndaşı imiş - FOTO
Bu gün, 07:32
AYA 10 MİN MANAT MAAŞ ALAN İDARƏ RƏİSİ... - Orxan İmanlının bibisi oğlundan narazılıq artıb
Bu gün, 07:19
"Məleykə xanımın repetitorlarla bağlı fikri ilə razılaşmıram” - DİM sədrinə ETİRAZ
Bu gün, 07:15
Rusiya-Ermənistan seçki savaşı böyüyür, təhlükələr də var - İNCƏLƏMƏ
Bu gün, 07:10
Zelenskinin qəfil və sirli səfəri: Bakı hansı mesajı verir? - NƏ BAŞ VERİR?
Bu gün, 07:07
Azərbaycanda “WhatsApp”la bağlı yeni problem – Həlli AÇIQLANDI
Bu gün, 07:05
Azərbaycan Ukrayna təcrübəsindən yararlanmalıdır - ÇAĞIRIŞ
Bu gün, 07:04
Paşinyan seçilsə, Kreml nə edəcək? - Silayev
Bu gün, 07:02
İmtahanda DİM monopoliyası: 1-ci sinifdən başlayan stress - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 07:00
Erməni xalqı ya müharibəni, ya da sülhü, inkişafı seçməlidir - Natiq Miri ŞƏRH EDİR
Bu gün, 06:58
"Su İdmanı Sarayı" dövlətə BORCLANDI - Böyük miqdarda
Bu gün, 06:56
Rusiya Ukrayna üzrə danışıqlar üçün Səudiyyə Ərəbistanına müraciət edə bilər - “İzvestiya” qəzeti
Bu gün, 06:51
Azərbaycan üçün yeni uşaqpulu modeli: Ayda 100 manat… - DETALLAR
Bu gün, 06:49
"Hesablama Palatasına keyfiyyətli iş gördüyü üçün təşəkkür düşür" - partiya sədri
Bu gün, 06:33
Tanınmış müğənni qonşusundan gileyləndi - "...şübhə edir"
Bu gün, 06:27
Ukrayna ordusunun bir dəri-bir sümük əsgərləri - ŞOK FAKTLAR AÇIQLANDI
Bu gün, 06:17
Qaxın daha bir OLİQARXI: Dövləti rəsmən qarət edib... - Bir araşdıran olsa...
Bu gün, 06:13
Hamlet İsaxanlı siyasətə yaman meyillənir... - keçmiş deputatdan ATMACA
Bu gün, 05:58
Eşqi Bağırovun üsyanı... SƏMƏRƏ VERƏCƏKMİ?
Bu gün, 05:52
Fermerlərə çatası milyonları KİM YEYİB Kİ... - HESABI BELƏ SORUŞULMUR...
Bu gün, 05:47
Ramiz Mehdiyevin oğurladıqlarını “milyoner nəvə”si BELƏ XƏRCLƏYİR - İLGİNC FAKTLAR
Bu gün, 05:40
Azərbaycan son savaşda sübuta yetirdi ki... - ARAŞDIRMA
Bu gün, 01:16
Bakıdan qayıdan Zelenski indi də İrəvan yolunda... - GƏLİŞMƏ
Bu gün, 01:10
Səhiyyə büdcəsində MAAŞ 'ABORTU' - BU NƏDİ BELƏ?
Bu gün, 01:01
Natəmiz mühitdə hansı sağlamlıq? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 00:54
"Bu artıq xidmət deyil..." - ETİRAZ VAR!
Bu gün, 00:46
Erməni general yenə Hindistandadır
Dünən, 22:15
Rusiyada terror təhlükəsi riski artır - Putin
Dünən, 22:13
“O müğənnilərin efirdə ailə və əxlaq dəyərlərindən danışıb, kiməsə dərs keçməyə ixtiyarları yoxdur...” - REAKSİYA
Dünən, 17:34
Hövsan MİDA layihəsində şok vəziyyət: İtlər, həşəratlar və üfunət kabusu… - NARAZILIQ VAR...
Dünən, 17:32
"Zəng gəlsə, demə ki, bizə pul vermisən" - Avropada iş adı ilə 171 nəfəri aldadanların MƏHKƏMƏSİ
Dünən, 17:12
“Məktəb” serialı Vado Korovin üçün sanki ailə təsərrüfatı olub... - GÖRÜNƏNİ BUDUR...
Dünən, 17:06
Ukrayna İsrailə etiraz notası təqdim edib
Dünən, 17:02
İlqar Bayramlıdan yeni direktor təyinatı - ƏMR
Dünən, 16:42
Məşhur aparıcıdan "ərə getmək" xəbərinə CAVAB - "Hüseynova bacıları məharətini göstərəcək"
Dünən, 16:38
Bakı görüşü Azərbaycan Çexiya münasibətlərində yeni imkanlar açır - MƏQALƏ
Dünən, 16:31
Ermənistanda panika: Əhaliyə çağırış edildi
Dünən, 16:00
Tikintidə artan “qara bazar” - Milyonluq CƏRİMƏLƏR və…
Dünən, 15:57
Rus ordusu iki kəndi işğal etdi
Dünən, 15:55
Bakıda güllələnən müəllim işdən çıxıb? - “İdrak” Liseyindən açıqlama
Dünən, 15:24
"Qaçqınkom"un idarəsindən vergi borcu olan şirkətə 447 min manatlıq sifariş - TƏFƏRRÜAT
Dünən, 15:22
DİM sədri ilə Mikayıl Cabbarov üz-üzə... - Xarici dil buraxılış imtahanında olmamalı idi?
Dünən, 15:18
Təltif olunanların sırasında “Veysəloğlu Distribusiya”nın rəhbəri də var... - FOTO
Dünən, 15:00
Energetika Nazirliyinin press-reliz tenderi ləğv edildi: - Səbəb açıqlanmadı
Dünən, 14:57
Ermənistanda seçki savaşı qızışır: Revanşistlər geri qayıda bilərmi? - Bakıdan sərt mesaj
Dünən, 14:55
Daha bir tanınmış şəxs Türkiyədə dünyasını dəyişdi - FOTO
Dünən, 14:53
Keçmiş silahdaşı seçkilərdə Paşinyanı dəstəkləməkdən imtina etdi - KİV
Dünən, 14:39
Ölkənin ən iri pivə istehsalçısı “Carlsberg Azerbaijan”a yeni rəhbər gəlib - BUNDAN SONRA...
Dünən, 14:34
”Utanmır efirə çıxıb deyir hamiləyəm, bu, nə tərbiyəsizlikdir?” - VİDEO
Dünən, 14:30
Nazir oğlunu aldadana qarşı başqa ittihamlar var imiş - Bazar manipulyasiyası...
Dünən, 14:20
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru