Zohran Mamdani və Eric Adams nümunəsi göstərir ki... .....                     Vaqif Axundova ağır itki .....                     Azərbaycan–Çexiya münasibətləri inkişafdadır .....                     Avropa ölkələrinin Azərbaycana marağı artmaqdadır .....                     Güllük bələdiyyəsini küllüyə çevirdi, indi də Qumu DAĞIDIR... .....                     Azərbaycan Ordusu Ermənistanı qoruyacaq .....                     Ukrayna və İran müharibənin yeni reallığını ortaya çıxardı .....                     Tramp İranın Hörmüz boğazını açmaq planından narazıdır .....                     Təhsilimizin Eşqi Bağırov adlı problemi... .....                     Ferma müdiri yoxsa Xəstəxana direktoru .....                     Azərbaycanda mühüm vəzifə ləğv edilir? .....                     İranın XİN rəhbəri ilə heç vaxt danışmamışam .....                     "Zalım uşaqları sistemin təməlini düzgün qurublar..." .....                     "Azərbaycanda elə bir güc var ki, biz onlarla ittifaq qurmalıyıq." .....                     Dünyanın boğazında ilişib qalan HÖRMÜZ ARMUDU... .....                     İRİA-da nə baş verir? .....                     Günün fotosu SOCAR-dan... .....                     Şişirdilmiş... süni şəkildə böyüdülmüş... idarəolunmaz bir struktur... .....                     İranda iki aydır ki, internet yoxdur .....                     Başsız Binəqədi: “VİP Construction” rəsmən qoçuluq edir... .....                     Gəncədə başçının bu küçədən xəbəri varmı... .....                     Qapısı tez-tez döyülən Azərbaycan... .....                     Avropa liderləri niyə Azərbaycana üz tutur? .....                     “Yaddaşımı, danışıq tərzimi itirmişəm, bəla da bundadır” .....                     Ağdamda məktəb direktoru AT OYNADIR .....                     Vətəndaş saxtakarlarla ÜZ-ÜZƏ .....                     Çexiya Baş nazirinin Bakı səfəri sıradan diplomatik hadisə deyil .....                     "Effekt- İnşaat"ın binası təhlükə saçır .....                     "Bu cür yanaşma şagirdlərdə stres, imtahana qarşı qorxu yaradır" .....                     Rusiya Azərbaycanın müstəqil ölkə olduğunu dərk etməlidir .....                     Azərbaycanda pensiyaçılar niyə azalır? .....                     Ceyhun Cəlilov mətbuata da ƏNGƏL OLUR .....                     “Trampın özü təşkil etsəydi, sui-qəsdçi dərhal öldürülərdi .....                     AMEA-nın İnstitutundan vergi borcu olan "Tələt" Firması ilə razılaşma .....                     ABŞ İranın Ali Rəhbərinin sağ olduğuna inanır .....                     Əli Əsədov benzinin qiyməti ilə bağlı .....                     Karapetyanın partiyasının üzvləri saxlanıldı .....                     Çexiya Azərbaycana yeni hərbi təlim təyyarəsini təklif edib .....                     Naxçıvanda taksi narazılığı: Bu avtomobillərə qadağa qoyuldu .....                     İran bəyanat verdi: .....                 

Müsavat daxilində fraksiya yaradılması ciddiləşir - artıq işçi qrup fəaliyyətə başlayıb
Tarix: 11-11-2014, 09:39 | Çap et
Müsavat daxilində fraksiya yaradılması ciddiləşir
Müsavat Partiyasında iki aya yaxın davam edən narazılıqların parçalanma ilə başa çatacağı istisna deyil. Artıq xeyli müddətdir haqqında danışılan fraksiya söhbətləri açıq müzakirəyə çevrilib. Başqanlığa narazı namizədlərdən Qubad İbadoğlunun tərəfdarları ilə ikinci görüşündə məsələ sərt şəkildə qoyulub və əksər narazılar fraksiya yaradılmasına təkid ediblər.

Başqanlığa keçmiş namizəd Səxavət Əlisoy da bu təklifin tərəfdarı olduğunu vurğulayıb, Tural Abbaslı isə tədbirdə özü iştirak etməsə də, tərəfdarları vasitəsilə təklifi dəstəklədiyi barədə mesaj çatdırıb. Q. İbadoğlu isə tərəfdarlarına bir qədər səbrli olmağı məsləhət görüb. Ancaq müzakirə üçün bir ay vaxt verilib və bu müddətdə işçi qrup fəaliyyət göstərərək fraksiya məsələsini ciddi şəkildə müzakirəyə çıxararaq son nəticəyə gəlinməsinə kömək edəcək.
S.Əlisoy məsələ ilə bağlı “Yeni Müsavat”a bildirib ki, bir ay ərzində fraksiya üçün hüquqi əsaslar hazırlanacaq, bütün rayon təşkilatları ilə bu barədə məsləhətləşmələr olacaq, onlara geniş məlumat veriləcək: “Ümumən bir aya işi yekunlaşdıracağıq. Bilmək istəyirik ki, fraksiya tərəfdarları nə qədərdir. Məsələ yeni yaradılan işçi qrupunda müzakirə olunacaq. Hər şey detallarına qədər həllini tapacaq. Sadəcə olaraq, tədbirdə Müsavat Partiyası üzvlərinin bir qismi iştirak edirdi, narazıların bir qismi idi, hamı gəlməmişdi. Buna görə fraksiyanı yaratmadıq. İstədik ki, rayon təşkilatlarında olan yüzlərlə narazılara bu barədə məlumat verilsin. Biz fikirləşirik ki, hansı formada partiyada fəaliyyətimizi davam etdirə bilərik. Ən uyğun forma fraksiyadır. Artıq siyahıyaalma başlayıb, bir neçə rayon təşkilatından da mənə zəng olub. Biz bu məsələləri işçi qrupun toplantısında dəyərləndirəcəyik, fraksiya yaradılması üçün daha çevik üsullar axtaracağıq”.

T.Abbaslı isə qeyd edib ki, fəaliyyətə başlayan işçi qrupu fraksiya məsələsini ciddi şəkildə gündəmdə saxlayacaq və müzakirə edəcək: “Təəssüf edirəm ki, fraksiya məsələsi bilərəkdən və ya siyasi savadsızlıqdan partiya daxilində bölücülük kimi təqdim olunur. Ya siyasi savadları çatmır, ya da qərəzlidirlər. Bu, eyni düşünən insanların birliyidir. Fraksiya bir çox ölkələrdə siyasi partiyaların təcrübəsində var və heç kim də onları xalq düşməni elan edib, dar ağacından asmağı təklif etmir.

Bizdə bu, müsavatçıları qarşı-qarşıya qoymaq naminə belə deyilir, bunlar yalan, iftira və böhtandır. Mən partiyanın bugünkü idarəetmə metodundan narazıyam. Partiyadaxili münasibətlərdən, rayon təşkilatları, strukturları arasındakı münasibətdən narazıyam. Fraksiya nizamnamə ilə mənə verilən haqqımdır ki, öz hüquqlarımı qoruyum. Bu, həm də partiyadan istefa verib getmək istəyənlərin qarşısını almaq məqsədi daşıyır. Artıq onlarla partiya üzvü istefa verib, hətta bərpa komitəsinin üzvü belə istefa verib. Bəziləri burada qeyri-adi heç nə yoxdur kimi özlərini aparırlar. Ancaq bu partiya bizim hamımızındır. Kimlərinsə şəxsi ambisiyasına qurban verəsi deyilik. Düşünürəm ki, yaxın vaxtlarda fraksiya elan olunacaq. Artıq işçi qrupu fəaliyyətə başlayıb".

Müsavat başqanının müavinləri isə bu məsələyə isti yanaşmırlar. Elman Fəttah bildirib ki, fraksiya yaradılmasına münasibəti qəti və konkretdir: “Müsavat Partiyasında heç bir fraksiyanın yaradılması baş verməməlidir və baş verməyəcək. Şəxsən mən fraksiya xəbərlərinə qarşıyam. Müsavatın vahid ideoloji siyasi xətti var. Fraksiya bu vahid ideoloji xəttə qarşı olan bir məsələdir. Ona görə partiya daxilində fraksiya yaradılması yolverilməzdir. Bu məsələyə münasibətim mənfidir”.

E.Fəttah deyib ki, fraksiya yaradılması barədə söhbətlərin partiya rəhbərliyində müzakirə olunmasını təklif edəcək: “Partiya rəhbərliyi buna mövqeyini bildirməlidir. Nə qərar veriləcək, bunu deyə bilmərəm. Amma fraksiya yaradılması cəhdlərinə qarşı partiyanın qəti qərarı olmalıdır”.

Gülağa Aslanlı isə qeyd edib ki, fraksiya məsələsi ciddiləşərsə, partiya öz mövqeyini ortaya qoyacaq: “Əgər fraksiya məsələsi gündəmə gələcəksə, müzakirəyə başlayacaqlarsa, partiya da bu məsələdə mövqeyini ortaya qoyacaq. Bu, nizamnamə pozuntusudur. Nizamnamə pozuntusuna yol verənlərlərlə müzakirə edilib qərar veriləcək. Müsavat Partiyasının nizamnaməsində fraksiya yaradılmasına icazə verilməsi haqqında heç bir maddə yoxdur. Nizamnamədə ancaq icazə verilən şeylər, hallar yazılır. Hələ fraksiya yaradılması haqqında qərar görməmişəm, görsəm, qəti fikrmi bildirəcəm”.

Narazı namizədlərdən Qubad İbadoğlu isə bildirib ki, narazıların əslində bir neçə təklifi var ki, fraksiya da bu təkliflərdən biridir: “Fraksiya təklifini təkliflərdən biri kimi dəyərləndirirəm. Əslində beş təklif var və müzakirə edilir. Ancaq fraksiya yaradılması o deməkdir ki, biz azlıqda qalan qrupuq. Əslində əksəriyyət bizim təkliflərimizi, proqramımızı dəstəkləyir, biz azlıqda deyilik. Fraksiya bizi kiçildir, qrup formasında məhdudlaşdırır. Həm də şərtlər, qaydalar müzakirə olunmalıdır. Ona görə biz vaxt verdik. Bu, fəaliyyətin tənzimlənməsini özündə əks etdirən sənədlərlə müşayiət olunmalıdır. Fraksiyanın əsasnaməsi, üzvlüyün şərtləri olmalıdır. Detallar aydın şəkildə orada əksini tapandan sonra müzakirəyə təqdim olunmalıdır. Tədbirdə 150 nəfər iştirak edirdi, bizim tərəfdarlarımız isə bundan dəfələrlə çoxdur. Biz istəyirik ki, bu məsələdə işçi qrup formatına keçilməklə zamanımız olsun. Tədbirdə iştirak etməyən üzvlərlə də müzakirələri davam etdirək. Buna görə müəyyən bir vaxtın ayrılmasını məqsədəuyğun hesab etdik. Müzakirələrin sonunda yekun qərar olacaq. Tədbirdə çıxış edənlərin əksəriyyətinin təklifi fraksiya yaradılması oldu. Mən çoxluğun fikrini nəzərə alacam, çoxluq hansı təklifi məqbul hesab edəcəksə, razılaşacam. Müzakirə müddəti maksimum bir aydır”.
\\ musavat.com \\









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Zohran Mamdani və Eric Adams nümunəsi göstərir ki... - siyasətdə kimlik yox, maraqlar həlledicidir
Bu gün, 08:35
Vaqif Axundova ağır itki
Bu gün, 08:33
Azərbaycan–Çexiya münasibətləri inkişafdadır - MƏQALƏ
Bu gün, 08:29
Avropa ölkələrinin Azərbaycana marağı artmaqdadır - İsrafil Kərimovun yazısı
Bu gün, 08:28
Güllük bələdiyyəsini küllüyə çevirdi, indi də Qumu DAĞIDIR... - MÜRACİƏT
Bu gün, 08:22
Azərbaycan Ordusu Ermənistanı qoruyacaq - İyundan SONRA...
Bu gün, 08:06
Ukrayna və İran müharibənin yeni reallığını ortaya çıxardı
Bu gün, 08:03
Tramp İranın Hörmüz boğazını açmaq planından narazıdır - “The New York Times“
Bu gün, 08:02
Təhsilimizin Eşqi Bağırov adlı problemi... - Görünəni odur ki...
Bu gün, 07:37
Ferma müdiri yoxsa Xəstəxana direktoru - İLGİNC FAKTLAR
Bu gün, 07:34
Azərbaycanda mühüm vəzifə ləğv edilir? – Yeni idarəetmə modeli gündəmdə
Bu gün, 07:23
İranın XİN rəhbəri ilə heç vaxt danışmamışam - ABŞ dövlət katibi
Bu gün, 07:21
"Zalım uşaqları sistemin təməlini düzgün qurublar..." - partiya sədri
Bu gün, 07:10
"Azərbaycanda elə bir güc var ki, biz onlarla ittifaq qurmalıyıq." – XV əsr İtalyan tarixçisi Paolo Giovio
Bu gün, 07:03
Dünyanın boğazında ilişib qalan HÖRMÜZ ARMUDU... - AKTUAL
Bu gün, 06:58
İRİA-da nə baş verir? - Kamran Ağayev vəzifəsindən istefa veribmi?
Bu gün, 06:51
Günün fotosu SOCAR-dan...
Bu gün, 06:35
Şişirdilmiş... süni şəkildə böyüdülmüş... idarəolunmaz bir struktur... - DƏLİXANADIR, VALLAH...
Bu gün, 06:20
İranda iki aydır ki, internet yoxdur – “NetBlocks”
Bu gün, 06:03
Başsız Binəqədi: “VİP Construction” rəsmən qoçuluq edir... - AXI NİYƏ?..
Bu gün, 06:00
Gəncədə başçının bu küçədən xəbəri varmı... - Sakinlər narahatdır
Bu gün, 05:45
Qapısı tez-tez döyülən Azərbaycan... - GƏLİŞMƏ
Bu gün, 05:40
Avropa liderləri niyə Azərbaycana üz tutur? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 05:38
“Yaddaşımı, danışıq tərzimi itirmişəm, bəla da bundadır” - 86 yaşlı rejissor
Bu gün, 05:35
Ağdamda məktəb direktoru AT OYNADIR - İTTİHAM VAR...
Bu gün, 05:32
Vətəndaş saxtakarlarla ÜZ-ÜZƏ - GİLEY
Bu gün, 05:27
Çexiya Baş nazirinin Bakı səfəri sıradan diplomatik hadisə deyil - İNCƏLƏMƏ
Bu gün, 05:19
"Effekt- İnşaat"ın binası təhlükə saçır - VİDEOFAKT
Bu gün, 05:17
"Bu cür yanaşma şagirdlərdə stres, imtahana qarşı qorxu yaradır" - Deputatdan DİM-in yeniliyinə REAKSİYA
Bu gün, 05:10
Rusiya Azərbaycanın müstəqil ölkə olduğunu dərk etməlidir - YOXSA...
Bu gün, 05:07
Azərbaycanda pensiyaçılar niyə azalır? - AKTUAL
Bu gün, 05:05
Ceyhun Cəlilov mətbuata da ƏNGƏL OLUR - NARAZILIQ VAR...
Bu gün, 05:03
“Trampın özü təşkil etsəydi, sui-qəsdçi dərhal öldürülərdi - Mehman Əliyev ŞƏRH EDİR
Bu gün, 04:57
AMEA-nın İnstitutundan vergi borcu olan "Tələt" Firması ilə razılaşma - TƏFƏRRÜAT
Bu gün, 04:54
ABŞ İranın Ali Rəhbərinin sağ olduğuna inanır - Rubio
Bu gün, 04:47
Əli Əsədov benzinin qiyməti ilə bağlı QƏRAR VERDİ
Dünən, 18:15
Karapetyanın partiyasının üzvləri saxlanıldı
Dünən, 17:27
Çexiya Azərbaycana yeni hərbi təlim təyyarəsini təklif edib
Dünən, 17:26
Naxçıvanda taksi narazılığı: Bu avtomobillərə qadağa qoyuldu – AYNA-dan CAVAB
Dünən, 17:20
İran bəyanat verdi: - Müharibə mürəkkəb mərhələyə keçir
Dünən, 17:18
Rusiya Avropa strukturlarının nümayəndələrinə qarşı sanksiyalar tətbiq edib
Dünən, 17:15
“İpək Yolu Sığorta” kiçilib, gəlirləri azalıb
Dünən, 17:13
Sankt-Peterburqda Putin və Əraqçi arasında görüş keçirilir
Dünən, 17:10
Çimərlikdəki qətlin məhkəməsi – ŞOK İFADƏLƏR
Dünən, 16:51
70 kq qızılla tutulan polkovnikə - Hökm oxundu
Dünən, 16:44
Paşinyanın sərhədlə bağlı açıqlamasına Bakıdan REAKSİYA: - “Mübahisəli ərazilər var...”
Dünən, 16:37
Deputatın qızlara pulsuz təhsil təklifinə REAKSİYA: - “Hansısa tələbənin təhsil haqqını özü ödəsin”
Dünən, 16:33
"Pünhan kişidir, rəftar fərqli olmalıdır"
Dünən, 16:30
Məzahir Pənahov yenidən MSK sədri seçilib
Dünən, 16:29
Xocalı sakinləri işsizlik və həyətyanı sahə problemi ilə üzləşirlər... - NARAZILIQ VAR...
Dünən, 16:03
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru