İranda iki aydır ki, internet yoxdur .....                     Başsız Binəqədi: “VİP Construction” rəsmən qoçuluq edir... .....                     Gəncədə başçının bu küçədən xəbəri varmı... .....                     Qapısı tez-tez döyülən Azərbaycan... .....                     Avropa liderləri niyə Azərbaycana üz tutur? .....                     “Yaddaşımı, danışıq tərzimi itirmişəm, bəla da bundadır” .....                     Ağdamda məktəb direktoru AT OYNADIR .....                     Vətəndaş saxtakarlarla ÜZ-ÜZƏ .....                     Çexiya Baş nazirinin Bakı səfəri sıradan diplomatik hadisə deyil .....                     "Effekt- İnşaat"ın binası təhlükə saçır .....                     "Bu cür yanaşma şagirdlərdə stres, imtahana qarşı qorxu yaradır" .....                     Rusiya Azərbaycanın müstəqil ölkə olduğunu dərk etməlidir .....                     Azərbaycanda pensiyaçılar niyə azalır? .....                     Ceyhun Cəlilov mətbuata da ƏNGƏL OLUR .....                     “Trampın özü təşkil etsəydi, sui-qəsdçi dərhal öldürülərdi .....                     AMEA-nın İnstitutundan vergi borcu olan "Tələt" Firması ilə razılaşma .....                     ABŞ İranın Ali Rəhbərinin sağ olduğuna inanır .....                     Əli Əsədov benzinin qiyməti ilə bağlı .....                     Karapetyanın partiyasının üzvləri saxlanıldı .....                     Çexiya Azərbaycana yeni hərbi təlim təyyarəsini təklif edib .....                     Naxçıvanda taksi narazılığı: Bu avtomobillərə qadağa qoyuldu .....                     İran bəyanat verdi: .....                     Rusiya Avropa strukturlarının nümayəndələrinə qarşı sanksiyalar tətbiq edib .....                     “İpək Yolu Sığorta” kiçilib, gəlirləri azalıb .....                     Sankt-Peterburqda Putin və Əraqçi arasında görüş keçirilir .....                     Çimərlikdəki qətlin məhkəməsi .....                     70 kq qızılla tutulan polkovnikə .....                     Paşinyanın sərhədlə bağlı açıqlamasına Bakıdan REAKSİYA: .....                     Deputatın qızlara pulsuz təhsil təklifinə REAKSİYA: .....                     "Pünhan kişidir, rəftar fərqli olmalıdır" .....                     Məzahir Pənahov yenidən MSK sədri seçilib .....                     Xocalı sakinləri işsizlik və həyətyanı sahə problemi ilə üzləşirlər... .....                     ABŞ-nin İranla bağlı strategiyası naməlumdur .....                     MSK-nın heç bir funksiyası yoxdur .....                     “Bank Avrasiya”nın maliyyə vəziyyəti ürəkaçan deyil .....                     “Rossotrudniçestvo”nun rəhbəri Yevgeni Primakov istefaya göndərilib .....                     Turan Topalova tutduğu vəzifədən ayrıldı .....                     Ermənistanda Rusiya lehinə olan kanallar silindi .....                     Cəlilov da BELƏ YEYİR: Hər kilometrə 200 MİN MANAT... .....                     Bank of Baku 27 qəpik borcu 2 manata necə çevirib? .....                 

Əhməd Obalı Azərbaycanda partiya sədrini məhkəməyə verəcəyini dedi - HƏDƏ
Tarix: 21-10-2014, 11:08 | Çap et
Əhməd Obalı Azərbaycanda partiya sədrini məhkəməyə verəcəyini dedi
Sürgündə Güney Azərbaycan Parlamentinin yaradılması ilə bağlı müzakirələr davam edir. Bir müddət öncə müzakirələr zamanı isə arzuolunmaz hallar yaşanıb. “Ümid” Partiyasının sədri, millət vəkili İqbal Ağazadə yaranmış fikir müxtəlifliyinə görə, Günaz.TV-nin rəhbəri Əhməd Obalıya zəng vuraraq, onu təhqir və təhdid edib. Bu məsələnin təfərrüatı və yaxın perspektivdə atılacaq addımlarla bağlı Əhməd Obalı BayMediaaz.space-a müsahibəsində aydınlıq gətirdi.

- Güney Azərbaycan Parlamenti ilə bağlı 4 ilə yaxındır ki, müzakirlər aparılır. Bununla bağlı televiziyada təxminən 6-7 dəfə də söhbətimiz olub. Son dəfə bu barədə 2013-cü ilin axırlarında da danışmışıq. Bildirmişik ki, Sürgündə Güney Azərbaycan Parlamenti yaradılmalıdır. Bu parlament fərqli insanları bir araya gətirməlidir. İstəyirik ki, demokratik ölkələrin parlamentinə bənzər bir qurum olsun. Hərçənd bizim mühacirətdə olanların sayı azdır, amma buna baxmayaraq bir iş görə bilərik. Onun üçün də bu ilin mart ayında bir toplantı oldu. Məni də ora dəvət etmişdilər. Məqsəd lazımsız söz söhbətlərə son qoymaq idi. Orada İqbal Ağazadə və onun “Səhər” televiziyasında təqribən 15 il çalışmış Rüfət adlı müavini də orada idi. Orada müzakirələr zamanı belə qənaət yarandı ki, İqbal Ağazadə barışdırıcı mövqedən çıxış etmir, barışdırma adı altında özünün planlarını həyata keçirməyə çalışır. Hətta orada belə bir fikir irəli sürdü ki, “gəlin Güney Azərbaycanın müstəqilliyini elan edək”. Təsəvvür edin, Danimarkada bir oteldə 10-15 nəfər yığışıb Güney Azərbaycanın müstəqilliyini elan etməlidir. Mən buna qarşı çıxdım. Sonra belə qərara gəlindi ki, parlament yaradılsın. Biz, bu sənədə imza atandan sonra gördük ki, həmin kağızda başqa məsaələlər də yazılıb. Buna etiraz edərək ki, bildirdik ki, biz, parlament yaratmırıq, sadəcə buna kömək edə bilərik. Gördük ki, İqbal Ağazadə burada özünə bir yer ayırmaq istəyir. Mən hamının – 15 nəfərin yanında İqbal Ağazadəyə 3 dəfə dedim ki, bizim Dünya Azərbaycanlıları Konqresindən (DAK) acı təcrübəmiz var. Baxmayaraq, DAK Bütöv Azərbaycanla bağlı idi, bu isə yalnız Güney Azərbaycanla bağlıdır. Burada Quzey Azərbaycandan heç bir şəxs təmsil olunmamalıdır, yalnız güneylilər yer almalıldırlar.

-Sizin bu təklifinizə münasibət necə oldu?

-Biz dedik ki, quzeydən kimsə, özəlliklə İqbal Ağazadə parlamentdə təmsil olunmasın. Biz buradan ayrılandan sonra 9 nəfərlə Parlamentin qurulması üçün yer və tarix müəyyənləşdirmək üçün qərara gəldik. Hamı yığışsın və bu ümumi çağırış əsasında olsun ki, sonra kimsə dəvət olunub olunmamasına görə narazılıq etməsin. Bu məsələnin üzərindən 1 həftə keçəndən sonra bizə məlumat gəldi ki, İqbal Ağazadə artıq parlament qurduğunu elan edib və parlament üzvlərinin sayının 45 nəfərə çatdırılacağını bildirib. Təbii ki? biz, buna qarşı çıxdıq. Adam seçmək ən azı gələnlərin vəzifəsi olmalıdır. Bir gün də iclas təyin etmişdilər, mən də ora gedəndə gördüm ki, nizamnamədən danışırlar. Mən dostlara dedim ki, aramızda bir nəfər də hüquqşünas yoxdur və nizamnamə yazmaq haqqında qərarımız da olmayıb. Biz sadəcə parlamentin yaradılmasınını yerini və tarixini müəyyənləşdirmək barədə qərar qəbul etmişik. İclasdan sonra dostlarla əlavə söhbətlərimiz və millətə müraciətimiz oldu. Nəhayət 2 həftə bundan əvvəl bəyanat qəbul etdik ki, ümumi çağırış əsasənda demoktatik parlament qurulmalıdır.

İqbal Ağazadə o bəyanatı oxuyandan sonra mənə zəng vurdu. Məni təhqir və təhdid etdi. Bəyanata imza atanları təhqir etməsindən bəlli oldu ki, o, çox narahat olub.

-Əgər parlament yaradılırsa və bununla bağlı müzakirələr, polemika aparılırsa narahatlığa nə əsas var?

-Bizə də maraqlıdır ki, əgər parlament qurulursa onda, o, niyə narahat olur? Buradan müxtəlif versiyalar meydana çıxır. Bu ya divident qazanmaq istəyirdi, ya da bizi, hansısa qrupun əlində oyuncağa çevirməyə çalışırdı. Onu da bacarmadığına görə çox narahat olub. Eşitdik ki, onunla həmfikir olan 4 nəfərə deyib ki, paralel parlament yaradılacaq. Biz, 100-dən artıq imza yığmışıq ki, ümumi çağırış əsasında parlament yaradaq. Onlar isə deyir ki, 9 nəfər parlamentə namizədləri seçəcəklər və 45 nəfərdən ibarət parlament quracaqlar. Bundan parlament olmaz, belə bir parlament ya yaranmaz, yaransa da heç bir iş görə bilməz. Onların nizamnaməsində yazılıb ki, parlament istiqlaliyyəti elan etməlidir. Bu, oyuncaqdan başqa bir şey deyil.

-Nə düşünürsüz, İqbal Ağazadənin bu məsələ ilə aqressiv mövqe sərgiləməsi nə ilə bağlıdır?

-Mənim üçün də əsas sual budur. Biz bu məsələıni araşdırırıq. Məntiq deyir ki, Azərbaycanda rəsmi müstəvidə bu məsələlərə müdaxilə ola bilməz. Ola bilər ki, onu kimlərsə önə atıb. Amma onu önə atanlar bilməlidirlər ki, Güney Azərbaycan məsələsi oyuncaq deyil. Bu barədə kiminsə bir fikri varsa ciddi adamlar vasitəçilik etməlidir. Ciddi adamlarla müzakirə aparmaq olar. Yəni 4-5 nəfər qohum-əqraba ilə qurulan parlament DAK-ın taleyini yaşayacaq. Bu da nə Azərbaycanın güneyinə, nə də quzeyinə xeyir gətirəcək. Onun müavininin İranla əlaqələri göz önünə gələndə isə düşünürük ki, o, bilərəkdən və ya bilməyərəkdən İranın oyununa düşüb. Çünki bu tərzdə parlament yaranmaz.

-Onlar 45 nəfərin necə seçilməsini nəzərdə tutub?

-Bunlar 45 nəfəri özləri təyin etmək istəyirlər. İqbal Ağazadə deyir ki, bu işdə yoxam. Amma arxadan işləri özü yönləndirir. Mənim sualım budur. İqbal Ağazdə, əgər bu işdə yoxsansa nədən özünü itirərək təhqiramiz sözlər danışdın?
...Bizim Güneydən – içəridən və xaricdən dəstəyimiz çoxdur. Bildirirlər ki, ümumi çağırış əsasında parlament qurulmalıdır, biz, onun arxasındayıq. Əgər bu ümumi çağırışa hər hansı bir güneyli hətta müxalif də olsa gəlirsə sevinirik. Gəlməyənlərin də seçiminə hörmətlə yanaşırıq.

-İqbal Ağazadəyə dəstək verən güneyli varmı?

-İqbal Ağazadənin 4 nəfər dəstəkçisi var. İqbal Ağazadənin dediyini həyata keçirməyə çalışırlar.

-Həmin o 4 nəfərə güneylilər arasında münasibət necədir?

-Münasibət ciddi deyil. Çoxluğun bəyanatına imza atanların içində isə ciddi adamlar, təşkilatlar-GAMAC, Günaz.TV, GAMOH-un rəhbəri, dilçilər, həkimlər var. Onlar İqbal Ağazadənin dediyindən əl çəkməsələr istər istəməz Güney Azərbaycvan Parlamentinə zərbə vuracaqlar.

-Ümumiyyətlə, Parlamentin neçə üzvü olacaq?

-Bizim nəzərimizcə Bir neçə yüz nəfərlik olmalıdır. Aktivliyinə, fəaliyyətinə baxaraq onların içindən nümayəndələr seçilməlidir. Bu 20, 40 və ya daha artlq ola bilər. Onu indidən təyin etmək olmaz. Düşünürük ki, daha çox olmalıdır.

-İqbal Ağazadə ilə bağlı məhkəməyə müraciət edəcəksiniz?

-İqbal Ağazadə Amerika, Avropa və Azərbaycan məhkəməsində cavab verməlidir. Təbii ki. mənim olduğum məmləkətlərə gəlirsə məhkəmədə cavab verməyəcək. Amma digər tərəfdən də Azərbaycanın hər hansı bir millət vəkilinin digər bir azərbaycanlı tərəfindən məhkəməyə verilməsi Azərbaycan üçün də yaxşı hal deyil. Mən də fikirləşirəm ki, bunu necə etmək lazımdır. Əgər İqbal Ağazadə təhdidlərinə davam edərsə, mən artlıq onu məhkəməyə verməyə məcbur olacağam. Təhdid yolu ilə bizi oyunlarına sala bilməzlər, yanlış qapını döyüblər.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
İranda iki aydır ki, internet yoxdur – “NetBlocks”
Bu gün, 06:03
Başsız Binəqədi: “VİP Construction” rəsmən qoçuluq edir... - AXI NİYƏ?..
Bu gün, 06:00
Gəncədə başçının bu küçədən xəbəri varmı... - Sakinlər narahatdır
Bu gün, 05:45
Qapısı tez-tez döyülən Azərbaycan... - GƏLİŞMƏ
Bu gün, 05:40
Avropa liderləri niyə Azərbaycana üz tutur? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 05:38
“Yaddaşımı, danışıq tərzimi itirmişəm, bəla da bundadır” - 86 yaşlı rejissor
Bu gün, 05:35
Ağdamda məktəb direktoru AT OYNADIR - İTTİHAM VAR...
Bu gün, 05:32
Vətəndaş saxtakarlarla ÜZ-ÜZƏ - GİLEY
Bu gün, 05:27
Çexiya Baş nazirinin Bakı səfəri sıradan diplomatik hadisə deyil - İNCƏLƏMƏ
Bu gün, 05:19
"Effekt- İnşaat"ın binası təhlükə saçır - VİDEOFAKT
Bu gün, 05:17
"Bu cür yanaşma şagirdlərdə stres, imtahana qarşı qorxu yaradır" - Deputatdan DİM-in yeniliyinə REAKSİYA
Bu gün, 05:10
Rusiya Azərbaycanın müstəqil ölkə olduğunu dərk etməlidir - YOXSA...
Bu gün, 05:07
Azərbaycanda pensiyaçılar niyə azalır? - AKTUAL
Bu gün, 05:05
Ceyhun Cəlilov mətbuata da ƏNGƏL OLUR - NARAZILIQ VAR...
Bu gün, 05:03
“Trampın özü təşkil etsəydi, sui-qəsdçi dərhal öldürülərdi - Mehman Əliyev ŞƏRH EDİR
Bu gün, 04:57
AMEA-nın İnstitutundan vergi borcu olan "Tələt" Firması ilə razılaşma - TƏFƏRRÜAT
Bu gün, 04:54
ABŞ İranın Ali Rəhbərinin sağ olduğuna inanır - Rubio
Bu gün, 04:47
Əli Əsədov benzinin qiyməti ilə bağlı QƏRAR VERDİ
Dünən, 18:15
Karapetyanın partiyasının üzvləri saxlanıldı
Dünən, 17:27
Çexiya Azərbaycana yeni hərbi təlim təyyarəsini təklif edib
Dünən, 17:26
Naxçıvanda taksi narazılığı: Bu avtomobillərə qadağa qoyuldu – AYNA-dan CAVAB
Dünən, 17:20
İran bəyanat verdi: - Müharibə mürəkkəb mərhələyə keçir
Dünən, 17:18
Rusiya Avropa strukturlarının nümayəndələrinə qarşı sanksiyalar tətbiq edib
Dünən, 17:15
“İpək Yolu Sığorta” kiçilib, gəlirləri azalıb
Dünən, 17:13
Sankt-Peterburqda Putin və Əraqçi arasında görüş keçirilir
Dünən, 17:10
Çimərlikdəki qətlin məhkəməsi – ŞOK İFADƏLƏR
Dünən, 16:51
70 kq qızılla tutulan polkovnikə - Hökm oxundu
Dünən, 16:44
Paşinyanın sərhədlə bağlı açıqlamasına Bakıdan REAKSİYA: - “Mübahisəli ərazilər var...”
Dünən, 16:37
Deputatın qızlara pulsuz təhsil təklifinə REAKSİYA: - “Hansısa tələbənin təhsil haqqını özü ödəsin”
Dünən, 16:33
"Pünhan kişidir, rəftar fərqli olmalıdır"
Dünən, 16:30
Məzahir Pənahov yenidən MSK sədri seçilib
Dünən, 16:29
Xocalı sakinləri işsizlik və həyətyanı sahə problemi ilə üzləşirlər... - NARAZILIQ VAR...
Dünən, 16:03
ABŞ-nin İranla bağlı strategiyası naməlumdur - Almaniya Kansleri
Dünən, 15:53
MSK-nın heç bir funksiyası yoxdur - Siyasilərdən REAKSİYA
Dünən, 15:51
“Bank Avrasiya”nın maliyyə vəziyyəti ürəkaçan deyil – Ümidsiz kreditlərin payı kəskin artıb
Dünən, 15:48
“Rossotrudniçestvo”nun rəhbəri Yevgeni Primakov istefaya göndərilib
Dünən, 15:45
Turan Topalova tutduğu vəzifədən ayrıldı - ƏMR
Dünən, 15:44
Ermənistanda Rusiya lehinə olan kanallar silindi
Dünən, 15:42
Cəlilov da BELƏ YEYİR: Hər kilometrə 200 MİN MANAT... - AY MAŞALLAH...
Dünən, 15:34
Bank of Baku 27 qəpik borcu 2 manata necə çevirib? - Mərkəzi Bank vətəndaş şikayətinə belə CAVAB VERDİ
Dünən, 15:22
SAVAŞDAN ÇIXANA “XOX GƏLİRLƏR”: “Telefonumuza cavab verməsəniz, qohumlarınıza zəng edəcəyik” - ÖZBAŞINA QALIBLAR...
Dünən, 15:15
Avropa İttifaqının Gürcüstandakı səfiri XİN-ə çağırılıb - KİV
Dünən, 15:03
Paşinyanın korteji hamilə qadını belə vurub – yeni iddia
Dünən, 15:02
Elgiz və Xoşqədəm yeni layihə ilə efirə QAYIDIR
Dünən, 14:39
Xəyal Rza qəzaya düşdü - FOTO
Dünən, 14:38
Bu temp Anar Rzayevi HƏBSƏ GÖTÜRƏ BİLƏR... - ÇÜNKİ...
Dünən, 14:33
Cavid Nəbiyevin şirkətləri borc içində: Siyahıda "Anadolu Efes" də var - TƏFƏRRÜAT
Dünən, 14:25
“Görünür, Kremldə də çox istəyirlər ki, Zelenski ilə Bakıda hansısa görüş keçirilsin, amma...”
Dünən, 14:08
Aqil Abbasdan “Ağdam Bus” kartlarının buraxılmasına münasibət: -“2-3 min adam üçün nəyə lazımdır?”
Dünən, 14:06
Marukyan Azərbaycanı məhkəməyə vermək istəyir
Dünən, 14:02
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru