BƏƏ-dən Azərbaycana heyvan ətindən hazırlanan ərzaq unu gətirilib .....                     ASA-nın keçmiş sədri "AzRe Təkrarsığorta"nın rəhbərliyinə təyin edilib .....                     Neft quyularımız vurularsa, cavab zərbələri endiriləcək .....                     “Paşinyan seçkidə qalib gəlsə...” .....                     9 və 15 mart imtahanlarından 300 bal toplayanların sayında niyə kəskin fərq oldu? .....                     Zəngəzurla bağlı yeni SİQNAL .....                     Ucarda vəhşi heyvan sakinlərə hücum edib, 3 nəfər xəsarət alıb .....                     Manato vətəndaşı belə təhqir etdi .....                     Azərbaycan XİN İrəvanda Türkiyə bayrağının yandırılmasını pisləyib .....                     "Milli Konservatoriyanı elm ocağı kimi düşünürdüm, toyxana kimi yox" .....                     Nəriman Həsənzadədən xəbər var .....                     Səhiyyədə “islahat” oyunu: .....                     Yeni TƏBİB şefi Qaralovlarla bacara biləcəkmi? .....                     Gecə və səhər bəzi yerlərdə duman olacaq .....                     Sökülən ev, verilməyən kompensasiya .....                     Azərbaycan qlobal güc balansını dəyişə bilər .....                     “PashaPay” ölkənin ən iri ekosistemində pay alıb .....                     Bakı Taksi Xidməti dövlət qarşısında borca düşüb .....                     Azərbaycan şirkəti məhkəməni uduzdu, 1 milyon təzminat ödəyəcək .....                     200 manat ver və uşağı döy... .....                     Bakıda mağazadan 100 minlik qızıl oğurladılar .....                     “Paşa Bank Gürcüstan”ın mənfəəti 5,5 dəfə azalıb .....                     “Görünür o qadına kimlərsə himayədarlıq edir ki, mədəniyyət evini bağçaya çevirib, özbaşına etməz” .....                     Naxçıvan deputatlarının maaşları artırıldı .....                     Xameneinin ciddi zədələri var .....                     Mağaza sahibini döyən şəxs: .....                     Vüsalə Əlizadə vətəndaşı təhqir edib? .....                     MSK-nın yeni tərkibinin nə zaman təsdiqlənəcəyi məlum olub .....                     "Təcili yardım"ın rəhbəri vəzifəsi bu şəxsə həvalə edildi .....                     Cəfərquliyev restoranda DAVA SALDI VƏ... .....                     Məktəb direktoru: Valideynlərdən bizə təzyiq var, problemin əsası ailədədir .....                     Boş vaxtlarını səmərəli dəyərləndirən gənc aktyorumuz .....                     Bakıda daha bir məktəbdə İNSİDENT: Şagirdlər məktəblini təhdid etdi .....                     Ermənistan daxilində siyasi hesablar sülhü yubadır .....                     Seçiləri onlarla ONLAYN görüşən Siyavuş Novruzovu BOYKOT ETDİLƏR: “Bizə belə deputat lazım deyil” .....                     Ermənistan Türkiyənin düşmənləri ilə hərbi ittifaq qurur .....                     İki ayağı olmayan qazi baş həkimdən Prezidentə GİLEYLƏNDİ .....                     Şəmkirdə su istifadəçilərinin başına CORAB HÖRÜLÜR... .....                     Həbsdən çıxan tanınmış cərrahdan Prezidentə müraciət .....                     Azərbaycanda toylarla bağlı qadağalar gəlir? .....                 

Etibar Məmmədov da sədrliyə qayıdır? - GƏLİŞMƏ
Tarix: 1-05-2024, 11:10 | Çap et
Etibar Məmmədov da sədrliyə qayıdır?
Bəlli olduğu kimi, Müsavat Partiyasının mayın 4-də keçiriləcək qurultayında başqanlığa namizədlərdən biri İsa Qəmbər olacaq. İsa Qəmbər bu haqda qərarını qurultaya hazırlıq üzrə Təşkilat Komitəsinin aprelin 29-da keçirilən iclasında açıqlayıb. Bundan əvvəl Natiq Ulubəy və Osman Kazımov başqanlığa öz namizədliklərini irəli sürüblər.

1911-ci ildə yaradılan Müsavat Partiyası 1920-ci ildən mühacirətdə fəaliyyət göstərib, 1992-ci ildə Bakıda bərpa olunub. Partiyanın ilk başqanı Məhəmməd Əmin Rəsulzadə, ikinci başqanı Mirzə Bala Məmmədzadə, üçüncü başqanı Kərim Odər, dördüncü başqanı Məhəmməd Azər Aran, beşinci başqanı İsa Qəmbər, altıncı başqanı Arif Hacılıdır.

1957-ci il təvəllüdlü İsa Qəmbər milli azadlıq hərəkatının liderlərindəndir. 1990-1995-ci illərdə parlamentin deputatı, 1992-1993-cü illərdə sədri olub, 1992-ci il mayın 18-dən iyunun 17-dək prezident səlahiyyətlərini icra edib. 1993-cü ilin yayında Əbülfəz Elçibəyin başçılıq etdiyi milli demokratik hakimiyyət hərbi-siyasi qiyamla devriləndən sonra bir müddət həbsdə yatıb.

İsa Qəmbər Müsavat Partiyasının bərpasının rəhbərlərindəndir. 1992, 1995, 1997, 2001 və 2006-cı illərdə partiya başqanı seçilib.

Arif Hacılı Müsavata 2014-cü ildən başqanlıq edir.

Müsavatın nizamnaməsinə görə, partiyanın başqanı, Mərkəzi Nəzarət-Təftiş Komissiyasının sədri, rayon (şəhər), Naxçıvan Muxtar Respublikası təşkilatlarının, xüsusi statuslu təşkilatların (Müsavatçı Qadınlar Birliyi, Müsavatçı Gənclər Təşkilatı) sədrləri və nəzarət-təftiş komissiyalarının sədrləri ardıcıl iki müddətdən artıq eyni vəzifəyə seçilə bilməz.

Partiyanın başqanını, sərbəst Məclis üzvlərini və Mərkəzi Nəzarət-Təftiş Komissiyasını qurultay seçir.

Cəmiyyətdə zaman-zaman Azərbaycan Milli İstiqlal Partiyasının lideri Etibar Məmmədovun da partiyanın rəhbər postuna qayıdacağı barədə iddialar səsləndirlir. AMİP funksionerləri dəfələrlə bu mövzuda bildiriblər ki, E.Məmmədovun liderlik statusu sədri vəzifəsindən daha yuxarıdır. Etibar Məmmədovun sədrliyə qayıtması inandırıcı deyil.

Partiyanın qurucusu və uzun illər sədri olmuş Etibar Məmmədovun sədr postundan istefa verməsi ilə AMİP-də yeni dövr başladı. Təbii ki, o zaman AMİP-ə kimin sədr seçiləcəyi ən çox müzakirə olunan məsələlərdən biri idi. Etibar Məmmədovdan sonra AMİP-ə dörd nəfər sədrlik edib.

2005-ci ilin fevral ayında keçirilən qurultayda Əli Əliyev yeni sədr seçildi. Onun AMİP-ə rəhbərliyi uzun sürmədi. 2005-ci ilin dekabr ayında partiya daxilində narazılıq yarandı. 2006-cı ildə keçirilən qurultayda partiya sədri Əli Əliyevə etimadsızlıq göstərilib. Beləliklə, AMİP-də Əli Əliyev erası da bitib. O sonradan AMİP-dən gedən bir qrup tərəfdarı ilə Vətəndaş və İnkişaf Patiyasını təsis edib. Əli Əliyevdən sonra Ayaz Rüstəmovun AMİP-dəki sədrliyi uzun sürməyib. 2010-cu ildə ADP-nin keçmiş üzvü, sabiq deputat Yusif Bağırzadə AMİP-in yeni sədri seçilib. 2015-ci ildə Yusif Bağırzadə gözlənilmədən partiya sədrliyindən və üzvlüyündən istefa verdi. O, istefasına səbəb kimi səhhətində yaranan problemləri göstərib. 2015-ci ilin oktyabr ayından sədr əvəzi Arzuxan Əlizadə təyin edildi. 2020-ci ildə o yenidən AMİP sədri seçildi. Hazırda AMİP-ə Arzuxan Əlizadə sədrlik edir.

Azərbaycan müxalifətinin liderlərindən olan Etibar Məmmədov hələ İsa Qəmbərdən xeyli öncələr partiya sədrliyindən getmiş və digər partiya üzvlərinin, necə deyərlər, yolunu açmışdı. Və aradan keçən uzun müddətdə AMİP-ə qeyd etdiyimiz kimi, 4 şəxs sədrlik edə bildi.

Bəs Etibar Məmmədovun da qarşıdakı dövrdə AMİP sədrliyinə geri dönüşü mümkünmü, gözləniləndirmi? AMİP üzvləri bunu istəyirmi?

AMİP-in qurucu lideri Etibar Məmmədovun köməkçisi Əli Orucov “Yeni Müsavat”a bildirdi ki, İsa Qəmbər əslində Müsavat başqanlığından getməmişdi, heç başqanlıq kabinetini də tərk etməmişdi: "Rəsmi olaraq başqan Arif Hacılı olsa da, faktiki olaraq son 10 ildə də partiyaya rəhbərliyi İsa Qəmbərin özü həyata keçirdi. Partiyanın siyasi kursu da, qərarların qəbulu da onun iradəsindən bilavasitə asılı idi. Müsavatdakı başqanlıq yerdəyişməsi Vladimir Putinlə Dmitri Medvedyevin baş nazir və prezident yerdəyişməsinə bənzədi. Hər bir siyasətçinin idmançı kimi formada olduğu, özünün nüfuzunun kulminasiya nöqtəsinə çatdığı dövr olur. O dövrdən sonra yenidən öz nüfuzunu və gücünü qaytarmaq hər siyasətçiyə nəsib olmur. Məncə, İsa Qəmbər gənc siyasətçilərə meydan versəydi, bəlkə də Müsavat Partiyasının fəaliyyətində ciddi dəyişikliklər baş verə bilərdi. Lakin onun başqanlığa yenidən qayıtmasının yeni dönəm üçün faydalı olacağını düşünmürəm. Azərbaycanda zatən gənc siyasi liderlərin yetişməsində və perspektivli fəaliyyət göstərməsində nə mexanizm mövcuddur, nə münbit şərait var. Ölkədəki partiyalar xarizmatik liderin ətrafında formalaşdığından, həmin lider funksional idarəçilikdən çəkilən kimi partiyalarda gərginliklər və ciddi təlatümlər baş verir. Etiraf edirəm ki, Etibar Məmmədovun sədrlikdən getməsi AMİP-də itkisiz ötüşmədi. Etibar bəyin gedişindən sonra müəyyən problemlər yaşandı. Hazırda da aradan 20 il vaxt ötməsinə baxmayaraq Etibar Məmmədovun yeri və önəmi həmişə çox ciddi şəkildə görünməkdədir”.

Əli Orucov vurğuladı ki, bu baxımdan təkcə AMİP-də yox, ümumilikdə cəmiyyətdə Etibar Məmmədovun yenidən aktiv siyasətə qayıtmasını istəyənlər kifayət qədərdir. Hətta bu istək tələb şəklində zamanında ortaya qoyulub: “Etibar Məmmədovun fəal siyasətə qayıtması təbii ki, öz iradəsinə və şəxsi qərarına bağlıdır. Lakin hesab edirəm ki, xalq indiki həssas və tarixi dönəmdə Etibar bəyin zəngin təcrübəsindən və istedadından bəhrənilməsi üçün onun aktiv siyasətdə olmasını tələb etməlidir. İnanıram ki, belə bir tələb olacaq. Bu zaman Etibar Məmmədov aktiv siyasətə qayıdarsa, AMİP sədri kimi qayıdıb-qayıtmayacağı onun öz istəyinə bağlı olacaq. AMİP üzvləri onun qayıdışını hər zaman istəyirlər”.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
BƏƏ-dən Azərbaycana heyvan ətindən hazırlanan ərzaq unu gətirilib
Bu gün, 14:09
ASA-nın keçmiş sədri "AzRe Təkrarsığorta"nın rəhbərliyinə təyin edilib - O bu vəzifədə...
Bu gün, 14:06
Neft quyularımız vurularsa, cavab zərbələri endiriləcək - İranın vitse-prezidenti
Bu gün, 14:04
“Paşinyan seçkidə qalib gəlsə...” - İLGİNC İDDİA
Bu gün, 14:01
9 və 15 mart imtahanlarından 300 bal toplayanların sayında niyə kəskin fərq oldu? – Açıqlama
Bu gün, 13:10
Zəngəzurla bağlı yeni SİQNAL – Bakının GÖZLƏNTİSİ açıqlandı
Bu gün, 13:06
Ucarda vəhşi heyvan sakinlərə hücum edib, 3 nəfər xəsarət alıb - FOTO
Bu gün, 13:00
Manato vətəndaşı belə təhqir etdi - FOTOFAKT
Bu gün, 12:58
Azərbaycan XİN İrəvanda Türkiyə bayrağının yandırılmasını pisləyib - BƏYANAT
Bu gün, 12:52
"Milli Konservatoriyanı elm ocağı kimi düşünürdüm, toyxana kimi yox" - Bəstəkarlar İttifaqının sədri
Bu gün, 12:50
Nəriman Həsənzadədən xəbər var - "Yaradılıcılıqla məşğul ola, işə gedə bilmir"
Bu gün, 12:48
Səhiyyədə “islahat” oyunu: - Professor hər şeyi AÇDI
Bu gün, 12:45
Yeni TƏBİB şefi Qaralovlarla bacara biləcəkmi? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 12:36
Gecə və səhər bəzi yerlərdə duman olacaq - belə deyirlər...
Bu gün, 12:29
Sökülən ev, verilməyən kompensasiya - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 12:20
Azərbaycan qlobal güc balansını dəyişə bilər – Almaniya KİV-i
Bu gün, 12:14
“PashaPay” ölkənin ən iri ekosistemində pay alıb
Bu gün, 12:10
Bakı Taksi Xidməti dövlət qarşısında borca düşüb - FOTO
Bu gün, 12:03
Azərbaycan şirkəti məhkəməni uduzdu, 1 milyon təzminat ödəyəcək - TƏFƏRRÜAT
Bu gün, 11:55
200 manat ver və uşağı döy... - ŞƏRH
Bu gün, 11:51
Bakıda mağazadan 100 minlik qızıl oğurladılar - Video
Bu gün, 11:49
“Paşa Bank Gürcüstan”ın mənfəəti 5,5 dəfə azalıb
Bu gün, 11:38
“Görünür o qadına kimlərsə himayədarlıq edir ki, mədəniyyət evini bağçaya çevirib, özbaşına etməz” - Əməkdar artistdən qalmaqallı AÇIQLAMA
Bu gün, 11:37
Naxçıvan deputatlarının maaşları artırıldı - 7 min manatdan 15 min manata qədər
Bu gün, 11:35
Xameneinin ciddi zədələri var – Əməliyyata ehtiyacı ola bilər
Bu gün, 11:30
Mağaza sahibini döyən şəxs: - “Nisyə ərzaq almaq istədim, lakin o, məni təhqir etdi”
Bu gün, 11:23
Vüsalə Əlizadə vətəndaşı təhqir edib? – Aparıcıdan polisə şikayət edildi
Bu gün, 11:21
MSK-nın yeni tərkibinin nə zaman təsdiqlənəcəyi məlum olub
Bu gün, 11:15
"Təcili yardım"ın rəhbəri vəzifəsi bu şəxsə həvalə edildi - BUNDAN SONRA...
Bu gün, 11:14
Cəfərquliyev restoranda DAVA SALDI VƏ... - TƏFƏRRÜAT
Bu gün, 11:08
Məktəb direktoru: Valideynlərdən bizə təzyiq var, problemin əsası ailədədir - MÜSAHİBƏ
Bu gün, 11:04
Boş vaxtlarını səmərəli dəyərləndirən gənc aktyorumuz - Orxan Saffari yazır...
Bu gün, 10:58
Bakıda daha bir məktəbdə İNSİDENT: Şagirdlər məktəblini təhdid etdi -VİDEO
Bu gün, 10:52
Ermənistan daxilində siyasi hesablar sülhü yubadır - ŞƏRH
Bu gün, 10:49
Seçiləri onlarla ONLAYN görüşən Siyavuş Novruzovu BOYKOT ETDİLƏR: “Bizə belə deputat lazım deyil” - "Bu, sadəcə camaatı aldatmaq, işləyirmiş kimi görüntü yaratmaqdır..."
Bu gün, 10:43
Ermənistan Türkiyənin düşmənləri ilə hərbi ittifaq qurur - SÜLHƏ BELƏ GEDİRLƏR?
Bu gün, 10:39
İki ayağı olmayan qazi baş həkimdən Prezidentə GİLEYLƏNDİ - "İmkan vermir ki..."
Bu gün, 10:32
Şəmkirdə su istifadəçilərinin başına CORAB HÖRÜLÜR... - İLGİNC FAKTLAR
Bu gün, 10:25
Həbsdən çıxan tanınmış cərrahdan Prezidentə müraciət – “Məhkəmə tam qanunsuz qərar qəbul etdi”
Bu gün, 10:10
Azərbaycanda toylarla bağlı qadağalar gəlir? - AKTUAL
Bu gün, 10:08
“Bolt” şirkətinin ofisində sürücülər arasında dava - MƏHKƏMƏ
Bu gün, 10:05
Azərbaycan-Latviya əlaqələrində yeni siyasi xətt - MƏQALƏ
Bu gün, 10:01
Paytaxtın abad məhəllələrində basketbol yarışları keçirilir - FOTO
Bu gün, 09:59
Hərbi xidmətdən möhlət hüququnun verilməsi müqabilində rüşvət almaqda təqsirləndirilən 8 vəzifəli şəxs həbs edilib
Bu gün, 09:54
Bakıda dələduzluğa görə həbsdə olmuş eks-müəllim yenidən amnistiyaya düşdü - DETALLAR
Bu gün, 09:52
Ermənistanda onlarla yaşayış məntəqəsi boşdur - Paşinyan belə deyir...
Bu gün, 09:49
TƏBİB-də kimlər getdi, kimlər qaldı? – Bakı xəstəxanalarının tam siyahısı
Bu gün, 09:48
Azərbaycanlı iş adamları hədəfdə - indi də Ağalarov...
Bu gün, 09:43
Rusiyada saxta sürücülük vəsiqəsi əldə edən azərbaycanlı Bakıda cinayət məsuliyyətinə cəlb olundu - TƏFƏRRÜAT
Bu gün, 09:32
"Caspian Finance" BOKT nizamnamə kapitalını 2 dəfə azaldır
Bu gün, 09:30
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru