Zaur müəllimin yeni planı: Hədəfdə büdcəmizdir... .....                     “Bəzi özəl mərkəzlərdə təhsil haqqı aylıq 7000 manata qədər yüksəlir” .....                     Kəlbəcərdə yük avtomobili aşıb, ölən var .....                     `Azəriqaz`da YENİ DÖNƏM: Hamı AĞA... İnəkləri KİM SAĞA? .....                     Erməni hikkəsi Zəngəzur niyyətini durdura bilməyəcək... .....                     ŞOK! Bakıda dost digər dostunun 2 uşaqlı arvadını qaçırtdı .....                     Novxanıdakı "La Chateau" restoranına getməyin! .....                     İsrail-İran müharibəsi Zəngəzur yolunu aça bilər .....                     Ordun varsa... YURDUN VAR! .....                     ABŞ səfirliyi izahat verməlidir .....                     “İvanovka Süd Məhsulları” şirkəti "ATENA"dan şikayətçidir .....                     160 saylı marşrutun ÖZ QRAFİKİ VAR: İstədiyi vaxt... .....                     Yevlaxda ər 9 uşaq anası olan hamilə arvadını öldürməyə cəhd edib: 11 zərbə endirib .....                     Polkovnik Etibar Məhərrəmov yüksək vəzifəyə təyin olundu .....                     "Karapetyanın sərbəst buraxılması üçün eyni xahişin olacağı mümkündür" .....                     Tehran bundan sonra İrəvana münasibətini Bakının xeyrinə dəyişə bilərmi? .....                     Kasparov Cənubi Sudanda dövlət çevrilişinin hazırlanmasında iştirak edib .....                     Tramp və Netanyahunun İran planı bu idi .....                     Bu məmurdan Prezidentə şikayət olundu .....                     Filoloqların sertifikasiya imtahanı təkrar keçirilməlidir .....                     24 milyon vergi borcu var.. amma tenderlərdə MEYDAN SULAYIR .....                     'Kontakt Home' yenə də narazılıq yaradır .....                     "Sertifikasiya testini hazırlayan kim olubsa, onunla bağlı müvafiq ölçülər götürülməlidir" .....                     "Bu müharibənin Azərbaycan–İsrail münasibətlərinə aidiyyəti yoxdur" .....                     Gömrüyün itləri AC QALACAQ .....                     Şəhriyar Laçınov dövlətə şərik gedir .....                     Tovuzda kollec direktoru ittiham olunur... .....                     Şəbnəmi “dollar yağışı”na tutan ailə narkotacir imiş .....                     “Amerikanın Səsi” radiostansiyası fəaliyyətini dayandırmalıdır .....                     Azərbaycan Ordusunun yaradılmasından 107 il ötür .....                     Banklarda nağd pul çatışmazlığı yaranıb? .....                     "Azəriqaz"ın baş direktoruna yeni müavin təyin edildi .....                     Nazir bu xəstəxanaya direktor təyin etdi .....                     240 Nömrəli məktəbdə nələr baş verir? .....                     Deputatın partiyası da qurultaya gedir .....                     6 manatlıq şirkətlə 429 min AZN-lik müqavilə: .....                     "Rəşidə xanım bir dəfə bizə müraciət etmişdi, o da oğlu Rəşid ilə bağlı idi" .....                     Ter-Petrosyan II Qareginlə Ermənistandakı siyasi vəziyyəti müzakirə edib .....                     16 yaşlı qızı qaçıran axundla bağlı müəmma: Niyə həbs edilmir? .....                     "Bu, tamam başqa bir hissdir" .....                 

"Bu, təmin edildikdən sonra biz əməliyyata başlasaq... - Qərb və Amerika ermənilərin yanında olacaq"
Tarix: 16-02-2023, 09:44 | Çap et
"Bu, təmin edildikdən sonra biz əməliyyata başlasaq...
Xankəndinə “desant” kimi atılmış Rusiya milyarderi Ruben Vardanyandan Kreml hazırda oyuncaq kimi istifadə edir. Bəllidir ki, Azərbaycan tərəfi Vardanyan kimi təlimatlandırılmış adamla heç bir halda müzakirələr aparmayacağını, bir masa arxasında əyləşməyəcəyini bildirib. Qarabağa heç bir aidiyyəti olmayan, Qarabağda heç zaman yaşamayan Vardanyanın Xankəndinə hansı məqsədlə göndərilməsi də sirr deyil. Rusiya Xankəndidə suların tezliklə durulmasını, Qarabağ ermənilərinin Azərbaycanın qanunları ilə yaşamağa başlamasını yubatmaq üçün Vardanyandan təxribat generatoru kimi istifadə edir. Faktiki olaraq onun gəlişindən sonra Qarabağ erməniləri arasında təfriqə yaranıb, bir hissəsini şirnikləndirərək Vardanyanın çetesinə çeviriblər. O da şübhəsizdir ki, Rusiya Vardanyanı separatçı rejimin rəhbəri etməklə, burada öz əlaltısının vasitəsilə bildiyini etmək niyyətindədir. Vardanyan ötən həftə Moskvaya qaçırıldı və yeni təlimatlarla geri göndərildi. Bəli, məhz qaçırıldı! Çünki Vardanyan sülhməramlıların müvəqqəti nəzarətində olan Azərbaycanın Xankəndi şəhərinə qanunsuz yolla soxulub.

Bəllidir ki, artıq üçüncü aydır azərbaycanlı fəallar Laçın koridorundan qanunsuz gediş-gəlişin, yükdaşımaların və ekoloji talanın qarşısını almaq üçün orada aksiya keçirirlər. Ərazidən yalnız xəstələrin daşınması razılığı var. Ancaq bəlli olan odur ki, sülhməramlı kontingentin komandanlığının maşınlarında Araik Arutyunyanı, Ruben Vardanyanı da qanunsuz olaraq İrəvana aparıb-gətirirlər! Bu fakt artıq təsdiqini tapıb. Moskva bununla açıq-aşkar Azərbaycana hörmətsizlik nümayiş etdirir. Sülhməramlıların komandanı Vardanyanı İrəvana özbaşına - Moskva ilə məsləhətləşməmiş öz maşınında keçirə bilməz. Bu, artıq sülhməramlılara qarşı etimadsızlıq yaradır, bunun qarşılığında mümkündür ki, Laçın yolunda aksiya keçirən azərbaycanlılar buradan keçən sülhməramlı maşınlarını da yoxlamaq tələbini irəli sürsünlər.

Bütün hallarda bu cür davranışlar birgəyaşayış, erməni əhali ilə anlaşma məsələsində açıq-aşkar təxribatdır və hətta belə ehtimallar da var ki, Rusiya Xankəndidə ya antiterror əməliyyatlarına başlamaq üçün zəmin yaradır, yaxud da qruplaşmalara bölünmüş erməni əhali arasında qiyam, iğtişaş hazırlayır.

Belə vəziyyətdə Azərbaycan Xankəndidə, sülhməramlıların nəzarətində olan digər ərazilərdə vəziyyəti kontrola almaq üçün hansı addımları atmalıdır? Hər halda, qeyri-müəyyənlik sonsuzadək davam edə bilməz. Biz dərhal ermənilər yaşayan ərazilərdə vəziyyəti stabilləşdirməyə, onların Azərbaycan qanunları ilə yaşamasına nail olmasaq, sülhməramlıların 2025-ci ildən sonra da bölgədə qalmaq üçün oynadıqları Vardanyan oyunu acı nəticələrini verə bilər.

Və əsas sual - nədən başlamalıyıq, nə etməliyik?

BAXCP sədrinin müavini Niyaməddin Orduxanlı bildirdi ki, Ruben Vardanyanın Moskvaya yeni təlimatlar, tapşırıqlar verilməsi üçün aparıldığı, təlimatlandırılıb geri göndərildiyi şübhəsizdir: "Bu gün Xankəndində həm Araiki, həm də Vardanyanı Rusiya sülhməramlıları qoruyur, onlara himayədarlıq edir. Təbii ki, bütün bunlar birbaşa Vladimir Putinin tapşırığı, göstərişi ilə baş verir. Azərbaycan məkrli planları pozmaq üçün hərəkətə keçməlidir. Məncə, artıq Azərbaycan ekofəallarının Laçın yolunda keçirdiyi aksiya dayandırılmalıdır. Çünki aksiyanın məqsədi erməni vəhşiliyini dünyanın diqqətinə çatdırmaq idi və buna da nail olundu. Digər tərəfdən, Xankəndinə bir yox, iki istiqamətdən gediş-gəliş var. Həmin yola da sülhməramlılar nəzarət edir. Araikin və Vardanyanın istənilən vaxt gedib-gəlməsini sülhməramlılar təşkil edir. Aldıqları tapşırığa uyğun olaraq. 2020-ci ilin 10 noyabr üçtərəfli bəyannaməsinin bir sıra bəndləri hələ də icra olunmur.

Bununla bağlı Azərbaycanın Prezidenti İlham Əliyev də, Azərbaycan ictimaiyyəti də kəskin etirazını bildirib. Rusiya sülhməramlı qüvvələri birtərəfli fəaliyyətlə məşğul ola bilməz və bu, yolverilməzdir. Unutmamalıdırlar ki, Azərbaycan 1992-ci ildə BMT-yə üzv qəbul olunanda Xankəndi də Azərbaycan ərazisi olaraq qəbul edilib. Odur ki, biz öz suverenliyimizin həmin ərazimizdə də tam bərpası üçün istənilən zamanda antiterror əməliyyatını apara bilərik. Laçın yolunda aksiyanı dayandırıb antiterror əməliyyatı başlanıla bilər. Necə ki, 44 günlük Vətən müharibəsində bunu etdik. Ancaq düşünürəm ki, Prezident İlham Əliyev Rusiya ilə bu istiqamətdə danışıqlar aparır. Bu gün üçün ən düzgün yanaşma budur. Biz bütün danışıqları, müzakirələri Rusiya ilə aparmalıyıq və anlaşmalıyıq. Putinin Vardanyanla bağlı həyata keçirdiyi plan isə ortadadır. Putin Ermənistanda Paşinyanı devirmək üçün milyarder Vardanyandan istifadə etmək istəyir. Putin Gürcüstanda Saakaşvilini bu yolla hakimiyyətdən devirdi. Ermənistanda olan qərbpərəst elektoratı pulla öz tərəflərinə çəkmək istəyirlər. Azərbaycanın Xankəndidə antiterror əməliyyatına başlamamışdan qabaq Putinin neytrallığını təmin etməsi çox vacibdir. Bu, təmin edildikdən sonra biz əməliyyata başlasaq, Qərb və Amerika ermənilərin yanında olacaq. Təəssüf ki, bu məsələdə beynəlxalq hüquq yox, xristianlıq, güclü erməni diasporu Amerika üçün ön sırada olur”.
“Yeni Müsavat”










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Zaur müəllimin yeni planı: Hədəfdə büdcəmizdir... - Başqa nə cür olmalı idi ki...
Bu gün, 10:08
“Bəzi özəl mərkəzlərdə təhsil haqqı aylıq 7000 manata qədər yüksəlir” - BU NƏDİ BELƏ?
Bu gün, 10:03
Kəlbəcərdə yük avtomobili aşıb, ölən var - TƏFƏRRÜAT
Bu gün, 10:01
`Azəriqaz`da YENİ DÖNƏM: Hamı AĞA... İnəkləri KİM SAĞA? - ETİRAZ VAR...
Bu gün, 09:57
Erməni hikkəsi Zəngəzur niyyətini durdura bilməyəcək... - ÇÜNKİ...
Bu gün, 09:50
ŞOK! Bakıda dost digər dostunun 2 uşaqlı arvadını qaçırtdı - TƏFƏRRÜAT
Bu gün, 09:47
Novxanıdakı "La Chateau" restoranına getməyin! - Soyğunçuluqla məşguldular
Bu gün, 09:39
İsrail-İran müharibəsi Zəngəzur yolunu aça bilər - eurasia.net
Bu gün, 09:36
Ordun varsa... YURDUN VAR! - BU, FAKTDIR!
Bu gün, 09:31
ABŞ səfirliyi izahat verməlidir - Azərbaycandan TƏLƏB
Bu gün, 09:29
“İvanovka Süd Məhsulları” şirkəti "ATENA"dan şikayətçidir - SƏBƏB
Bu gün, 09:24
160 saylı marşrutun ÖZ QRAFİKİ VAR: İstədiyi vaxt... - NARAZILIQ VAR...
Bu gün, 09:19
Yevlaxda ər 9 uşaq anası olan hamilə arvadını öldürməyə cəhd edib: 11 zərbə endirib - TƏFƏRRÜAT
Bu gün, 09:08
Polkovnik Etibar Məhərrəmov yüksək vəzifəyə təyin olundu - ƏMR
Bu gün, 09:00
"Karapetyanın sərbəst buraxılması üçün eyni xahişin olacağı mümkündür" - Bakıdan REAKSİYA
Bu gün, 08:59
Tehran bundan sonra İrəvana münasibətini Bakının xeyrinə dəyişə bilərmi? - ÇƏTİN Kİ...
Bu gün, 08:54
Kasparov Cənubi Sudanda dövlət çevrilişinin hazırlanmasında iştirak edib - “Bloomberg”
Bu gün, 07:44
Tramp və Netanyahunun İran planı bu idi – Baş tutmadı…
Bu gün, 07:42
Bu məmurdan Prezidentə şikayət olundu - İTTİHAM VAR...
Bu gün, 07:40
Filoloqların sertifikasiya imtahanı təkrar keçirilməlidir - ÇÜNKİ...
Bu gün, 07:22
24 milyon vergi borcu var.. amma tenderlərdə MEYDAN SULAYIR - İcazə verin şübhələnək...
Bu gün, 07:19
'Kontakt Home' yenə də narazılıq yaradır - MÜRACİƏT
Bu gün, 07:15
"Sertifikasiya testini hazırlayan kim olubsa, onunla bağlı müvafiq ölçülər götürülməlidir" - ÇAĞIRIŞ
Bu gün, 07:03
"Bu müharibənin Azərbaycan–İsrail münasibətlərinə aidiyyəti yoxdur" - HƏQİQƏTƏN DƏ...
Bu gün, 07:00
Gömrüyün itləri AC QALACAQ - Tender ləğv olundu
Bu gün, 06:54
Şəhriyar Laçınov dövlətə şərik gedir - BU DA FAKT...
Bu gün, 06:51
Tovuzda kollec direktoru ittiham olunur... - BU NƏDİ BELƏ?
Bu gün, 06:45
Şəbnəmi “dollar yağışı”na tutan ailə narkotacir imiş - həbs olunublar
Bu gün, 06:38
“Amerikanın Səsi” radiostansiyası fəaliyyətini dayandırmalıdır - Tramp
Bu gün, 06:31
Azərbaycan Ordusunun yaradılmasından 107 il ötür
Bu gün, 00:08
Banklarda nağd pul çatışmazlığı yaranıb?
Dünən, 18:04
"Azəriqaz"ın baş direktoruna yeni müavin təyin edildi - ƏMR
Dünən, 18:01
Nazir bu xəstəxanaya direktor təyin etdi - BUNDAN SONRA...
Dünən, 18:00
240 Nömrəli məktəbdə nələr baş verir? - ŞOK TƏFƏRRÜAT
Dünən, 17:58
Deputatın partiyası da qurultaya gedir
Dünən, 17:55
6 manatlıq şirkətlə 429 min AZN-lik müqavilə: - Lənkəranda su borusu təmirinə görə...
Dünən, 17:48
"Rəşidə xanım bir dəfə bizə müraciət etmişdi, o da oğlu Rəşid ilə bağlı idi"
Dünən, 17:47
Ter-Petrosyan II Qareginlə Ermənistandakı siyasi vəziyyəti müzakirə edib - KİV
Dünən, 17:41
16 yaşlı qızı qaçıran axundla bağlı müəmma: Niyə həbs edilmir? - HƏQİQƏTƏN DƏ...
Dünən, 17:37
"Bu, tamam başqa bir hissdir"
Dünən, 17:35
“Azərbaycan Dəmir Yolları”nda yeni təyinat olub - CAVAB
Dünən, 17:32
"Azəriqaz"ın baş direktoruna yeni müavin təyin edilib
Dünən, 17:30
İrəvanda görünməmiş çaxnaşma: ciddi siqnallar gəlir – Paşinyan devrilir?
Dünən, 16:33
Bundan sonra: Bakı-Tehran əlaqələri necə olacaq? - AKTUAL
Dünən, 16:31
Akopyanın Antalyada xərclədiyi şok etdi: Şampan vannası... - Türkiyə mediası
Dünən, 16:28
Xırda biznesmenlər üçün böyük fürsət - GƏLİŞMƏ
Dünən, 16:24
Tanınmış təhsil eksperti xəstəxanaya yerləşdirilib
Dünən, 16:21
Rəsmi Tehran nüvə təsisatlarının ciddi şəkildə zədələndiyini etiraf edib
Dünən, 16:17
Ermənistanda milliləşdirmə dalğası: Paşinyan Zəngəzur dəhlizinə hazırlıq görür? - KİV
Dünən, 15:58
Baqrat Qalstanyanın hakimiyyəti ələ keçirmə cəhdi ilə bağlı səs yazıları dərc edilib - KİV
Dünən, 15:56
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru