Zohran Mamdani və Eric Adams nümunəsi göstərir ki... .....                     Vaqif Axundova ağır itki .....                     Azərbaycan–Çexiya münasibətləri inkişafdadır .....                     Avropa ölkələrinin Azərbaycana marağı artmaqdadır .....                     Güllük bələdiyyəsini küllüyə çevirdi, indi də Qumu DAĞIDIR... .....                     Azərbaycan Ordusu Ermənistanı qoruyacaq .....                     Ukrayna və İran müharibənin yeni reallığını ortaya çıxardı .....                     Tramp İranın Hörmüz boğazını açmaq planından narazıdır .....                     Təhsilimizin Eşqi Bağırov adlı problemi... .....                     Ferma müdiri yoxsa Xəstəxana direktoru .....                     Azərbaycanda mühüm vəzifə ləğv edilir? .....                     İranın XİN rəhbəri ilə heç vaxt danışmamışam .....                     "Zalım uşaqları sistemin təməlini düzgün qurublar..." .....                     "Azərbaycanda elə bir güc var ki, biz onlarla ittifaq qurmalıyıq." .....                     Dünyanın boğazında ilişib qalan HÖRMÜZ ARMUDU... .....                     İRİA-da nə baş verir? .....                     Günün fotosu SOCAR-dan... .....                     Şişirdilmiş... süni şəkildə böyüdülmüş... idarəolunmaz bir struktur... .....                     İranda iki aydır ki, internet yoxdur .....                     Başsız Binəqədi: “VİP Construction” rəsmən qoçuluq edir... .....                     Gəncədə başçının bu küçədən xəbəri varmı... .....                     Qapısı tez-tez döyülən Azərbaycan... .....                     Avropa liderləri niyə Azərbaycana üz tutur? .....                     “Yaddaşımı, danışıq tərzimi itirmişəm, bəla da bundadır” .....                     Ağdamda məktəb direktoru AT OYNADIR .....                     Vətəndaş saxtakarlarla ÜZ-ÜZƏ .....                     Çexiya Baş nazirinin Bakı səfəri sıradan diplomatik hadisə deyil .....                     "Effekt- İnşaat"ın binası təhlükə saçır .....                     "Bu cür yanaşma şagirdlərdə stres, imtahana qarşı qorxu yaradır" .....                     Rusiya Azərbaycanın müstəqil ölkə olduğunu dərk etməlidir .....                     Azərbaycanda pensiyaçılar niyə azalır? .....                     Ceyhun Cəlilov mətbuata da ƏNGƏL OLUR .....                     “Trampın özü təşkil etsəydi, sui-qəsdçi dərhal öldürülərdi .....                     AMEA-nın İnstitutundan vergi borcu olan "Tələt" Firması ilə razılaşma .....                     ABŞ İranın Ali Rəhbərinin sağ olduğuna inanır .....                     Əli Əsədov benzinin qiyməti ilə bağlı .....                     Karapetyanın partiyasının üzvləri saxlanıldı .....                     Çexiya Azərbaycana yeni hərbi təlim təyyarəsini təklif edib .....                     Naxçıvanda taksi narazılığı: Bu avtomobillərə qadağa qoyuldu .....                     İran bəyanat verdi: .....                 

"İllər ərzində 3-5 nəfərdən ibarət, faktiki olaraq siyasi fəaliyyəti olmayan partiyaları da müşahidə etmişik" - Partiya sədri
Tarix: 16-09-2022, 09:14 | Çap et
"İllər ərzində 3-5 nəfərdən ibarət, faktiki olaraq siyasi fəaliyyəti olmayan partiyaları da müşahidə etmişik"
Azərbaycan Xalq Cəbhəsi və Müsavat partiyaları hakimiyyət tərəfindən parlamentə təqdim olunan “Siyasi partiyalar haqqında” qanun layihəsi ilə bağlı vətəndaş cəmiyyəti və mətbuat nümayəndələrinin iştirakı ilə dinləmələr keçirib. Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli və Müsavat başqanı Arif Hacılı bu qanun layihəsini Azərbaycanın partiya sisteminin “qəsb edilməsinə yönələn mürtəce layihə kimi” qiymətləndiriblər. Bildiriblər ki, qanun layihəsi vətəndaşların ölkənin siyasi sistemində iştirak hüquqlarını kəskin şəkildə məhdudlaşdırır, Azərbaycan Respublikasının Konstitusiyasına və dövlətin beynəlxalq öhdəliklərinə ziddir. Dinləmələrin sonunda cəmiyyətin geniş təbəqələrinin iştirakı ilə alternativ qanun layihəsinin hazırlanması üçün müxalifət partiyalarının nümayəndələrindən və ekspertlərdən ibarət komissiyanın yaradılması barədə qərar qəbul edilib. Həmçinin sosial şəbəkədə iki qanun layihəsi - hakimiyyətin təqdim etdiyi və müxalifətin hazırladığı qanun layihələri üzrə xüsusi ictimai səsvermənin keçirilməsi nəzərdə tutulur.

Eyni zamanda artıq parlamentə təqdim edilmiş qanun layihəsinin ekspertizası keçiriləcək və onun nəticələri Azərbaycanın üzv olduğu beynəlxalq institutlara təqdim olunacaq. Xəbəri “Turan” yayıb.

Ölkədə siyasi münasibətlər sisteminin əsasını təşkil edən qanunlardan biri də “Siyasi partiyalar haqqında” Qanundur. Azərbaycan müstəqillik əldə etdikdən qısa müddət sonra 3 iyun 1992-ci ildə “Siyasi partiyalar haqqında” Qanun qəbul edildi. 4 fəsil, 22 maddədən ibarət olan bu qanun ekspertlərə görə, keçid dövrü üçün məqbul sayıla bilərdi.

“Siyasi partiyalar haqqında” yeni qanun layihəsi 7 sentyabr 2022-ci ildə Milli Məclisin saytında yerləşdirilərək ictimai müzakirələrə açılıb. Bu yeni qanun 6 fəsil, 30 maddə, 306 müddəadan ibarətdir. Müxalif ekspertlərə görə, qanunda ən çox narahatlıq doğran məsələlərdən biri 20.10-cu müddəada yer alıb. “Siyasi partiya üzvlərinin reyestrini (adı, soyadı, atasının adı, həmçinin fərdi identifikasiya nömrəsi, doğulduğu tarix, qeydiyyat ünvanı, qeydiyyatda olduğu partiyanın yerli təşkilatı (olduğu halda) və əlaqə telefon nömrəsi göstərilməklə) aparır.” Ekspertlərə görə, bu müddəa iqtidara imkan verəcək ki, ölkədəki müxalif şəxsləri dəqiq müəyyənləşdirib hər birini xüsusi nəzarətə alsın. Siyasi ekspert Nəsimi Məmmədli “Turan”a bu barədə deyib ki, yeni qanun təklifi ölkədə gizli siyasi fəaliyyətə meydan aça, xaricdən daha sistemli mübarizə formalarına gətirib çıxara bilər.

AXCP və Müsavat indiyədək niyə təkliflərini göndərməyiblər? Alternativ qanun layihəsinə hakimiyyətin münasibəti necə ola bilər? Layihədən narazılığı azaltmaq üçün iqtidar ortaq məxrəc təklif edə bilərmi? DİA.AZ-ın məlumatına görə, Milli Məclisin deputatı Aydın Hüseynov “Yeni Müsavat”a bildirdi ki, AXCP və Müsavat həmişə olduğu kimi, yenə də hər şeyi qara rəngdə görmək ənənələrini davam etdirirlər: “30 il öncə qəbul edilən qanunun dəyişilməsinin vacibliyini əslində özləri də yaxşı bilirlər. Sadəcə olaraq, qeyd etdiyimiz xoşagəlməz ənənə ilə yaşamaları onlara bunu etiraf etməyə imkan vermir. İndiyə qədər özləri hər hansı təklif və ya qanun layihəsi hazırlayıb təqdim etməyiblər. Halbuki xeyli müddət öncədən bütün siyasi partiyalara təklifləri və ya layihələri varsa təqdim etmələri barədə çağırış olub. Dövrün heç bir çağırışı ilə ayaqlaşa bilməyən, bütün çağırışlardan özlərini geri qoyan təşkilatlar təkliflərini verəydilər, ictimai diskussiyalara qatılaydılar, qanun layihəsi hazırlayıb təqdim edəydilər. Bütün bunları etməyib, indi yenə mənasız hay-küy salmaq, mütərəqqi bir qanun layihəsindəki hansısa maddələrdən özlərinə sərf edən şəkildə rəy çıxarmaları qəbuledilən deyil. Onlar digər 39 partiya kimi qanun layihəsinə təkliflərini verəydilər. Bunu etməyib, indi alternativ qanun layihəsi hazırlayacaqlarını demələri məntiqsizlikdir və pozuculuqdur”.

Deputat qeyd etdi ki, Milli Məclisin saytında yerləşdirilmiş yeni qanun layihəsi ilkin versiyadır. Eyni zamanda olduqca mütərəqqi bir sənəddir. Layihənin hazırlanmasında əksər partiyaların iştirakı təmin olunub: “Belə ki, dövlət qeydiyyatına alınmış 39 siyasi partiyanın layihə ilə bağlı təkliflər təqdim etməsinə şərait yaradılıb. Həmçinin Milli Məclisdə layihə hazırlanarkən Venesiya Komissiyasının siyasi partiyaların fəaliyyətinin tənzimlənməsi üzrə 2010-cu və 2020-ci illərdə qəbul etdiyi tövsiyələr, 20-dən artıq ölkənin təcrübəsi nəzərdən keçirilib. Bütün bu faktorlar ortada olduğu halda bir-iki siyasi təşkilatın iddiaları, əsassız hay-küyləri yersizdir. Bizim üçün əsas odur ki, yeni qanun layihəsinin hazırlanması cəmiyyətdə müsbət qiymətləndirilib. Eyni zamanda qanun layihəsi parlamentdə, komitə iclaslarında müzakirəyə çıxarılmazdan əvvəl onun ictimai müzakirəsi keçiriləcək. Bu isə onu göstərir ki, prosesin ictimai əlçatanlığının tam təmin edilməsi üçün mümkün olan bütün demokratik və şəffaf şərait yaradılıb. Hələlik layihənin ilkin variantıdır və geniş ictimai müzakirədən, təkliflərin nəzərə alınandan sonra hazırlanacaq sənəd parlamentin müzakirəsinə çıxarılacaq. İctimai süzgəcdən keçərək hazırlanacaq yen qanun layihəsi ölkəmizdə yeni formalaşan siyasi konfiqurasiyaya uyğun olaraq siyasi sistemin daha da inkişaf etməsinə öz müsbət töhfəsini vermiş olacaq”.

AMİP sədri Arzuxan Əlizadə isə bildirdi ki, siyasi partiyaların qanun layihəsinə öz təkliflərini və əsaslıdırsa iradlarlarını bildirmək hüququ var. Artıq bir sıra partiyalar qanun layihəsinə təkliflərini irəli sürüblər. Milli Məclisdən gözlənti odur ki, ölkədə partiyaların inkişafına şərait yaradacaq təkliflər qəbul edilsin, siyasi partiyaların inkişafına mane ola biləcək hər hansı müddəalar isə qanuna daxil edilməsin: “1992-ci ildə qəbul olunan qanuna 30 il müddətində 60-dan çox əlavə və dəyişikliklər edilib. Buna baxmayaraq, müasir dövrə uyğunlaşdırmaq üçün "Siyasi partiyalar haqqında" Qanunun yenilənməsinə ehtiyac var. Amma bu yenilənmə sərtləşmə istiqamətində olmamalıdır. İrəli sürülən qanun layihəsində qəbul etdiyimiz məqamlarla yanaşı, qəbul etmədiyimiz müddəalar da var. O müddəalar ki, qanunu sərtləşdirir. Belə müddəaların layihədən çıxarılmasını gözləyirik. Qanun layihəsində siyasi partiyaların qeydiyyata alınması ilə bağlı bir sıra məhdudiyyətlərin artmasını görürük. Təbii ki, bütün bunlar ictimai-siyasi müzakirələrdən keçəcək. Eləcə də istər partiyadaxili, istərsə də digər partiyalarla birgə müzakirələr keçiririk. İlkin olaraq qanunda olan çatışmazlıqlar və əlavə təkliflərimizi təqdim edəcəyik. Hesab edirik ki, qanun məhdudlaşdırıcı xarakterli olmamalıdır. Əksinə, elə xarakterli olmalıdır ki, partiyanın fəaliyyəti üçün geniş imkanlar yaratsın, siyasi partiyalaşma institutuna töhfə versin. Həmçinin biz illər ərzində 3-5 nəfərdən ibarət, faktiki olaraq siyasi fəaliyyəti olmayan partiyaları da müşahidə etmişik. Bu cür partiyaların da qeydiyyatda qalması düz deyil. Bu da nəzərə alınmalıdır. Lakin konstitusiya ilə verilmiş hüquqlar var və bunlardan biri də partiyalarda və digər birliklərdə birləşmək hüququdur. Bu hüquq da heç bir halda məhdudlaşdırılmamalıdır”.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Zohran Mamdani və Eric Adams nümunəsi göstərir ki... - siyasətdə kimlik yox, maraqlar həlledicidir
Bu gün, 08:35
Vaqif Axundova ağır itki
Bu gün, 08:33
Azərbaycan–Çexiya münasibətləri inkişafdadır - MƏQALƏ
Bu gün, 08:29
Avropa ölkələrinin Azərbaycana marağı artmaqdadır - İsrafil Kərimovun yazısı
Bu gün, 08:28
Güllük bələdiyyəsini küllüyə çevirdi, indi də Qumu DAĞIDIR... - MÜRACİƏT
Bu gün, 08:22
Azərbaycan Ordusu Ermənistanı qoruyacaq - İyundan SONRA...
Bu gün, 08:06
Ukrayna və İran müharibənin yeni reallığını ortaya çıxardı
Bu gün, 08:03
Tramp İranın Hörmüz boğazını açmaq planından narazıdır - “The New York Times“
Bu gün, 08:02
Təhsilimizin Eşqi Bağırov adlı problemi... - Görünəni odur ki...
Bu gün, 07:37
Ferma müdiri yoxsa Xəstəxana direktoru - İLGİNC FAKTLAR
Bu gün, 07:34
Azərbaycanda mühüm vəzifə ləğv edilir? – Yeni idarəetmə modeli gündəmdə
Bu gün, 07:23
İranın XİN rəhbəri ilə heç vaxt danışmamışam - ABŞ dövlət katibi
Bu gün, 07:21
"Zalım uşaqları sistemin təməlini düzgün qurublar..." - partiya sədri
Bu gün, 07:10
"Azərbaycanda elə bir güc var ki, biz onlarla ittifaq qurmalıyıq." – XV əsr İtalyan tarixçisi Paolo Giovio
Bu gün, 07:03
Dünyanın boğazında ilişib qalan HÖRMÜZ ARMUDU... - AKTUAL
Bu gün, 06:58
İRİA-da nə baş verir? - Kamran Ağayev vəzifəsindən istefa veribmi?
Bu gün, 06:51
Günün fotosu SOCAR-dan...
Bu gün, 06:35
Şişirdilmiş... süni şəkildə böyüdülmüş... idarəolunmaz bir struktur... - DƏLİXANADIR, VALLAH...
Bu gün, 06:20
İranda iki aydır ki, internet yoxdur – “NetBlocks”
Bu gün, 06:03
Başsız Binəqədi: “VİP Construction” rəsmən qoçuluq edir... - AXI NİYƏ?..
Bu gün, 06:00
Gəncədə başçının bu küçədən xəbəri varmı... - Sakinlər narahatdır
Bu gün, 05:45
Qapısı tez-tez döyülən Azərbaycan... - GƏLİŞMƏ
Bu gün, 05:40
Avropa liderləri niyə Azərbaycana üz tutur? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 05:38
“Yaddaşımı, danışıq tərzimi itirmişəm, bəla da bundadır” - 86 yaşlı rejissor
Bu gün, 05:35
Ağdamda məktəb direktoru AT OYNADIR - İTTİHAM VAR...
Bu gün, 05:32
Vətəndaş saxtakarlarla ÜZ-ÜZƏ - GİLEY
Bu gün, 05:27
Çexiya Baş nazirinin Bakı səfəri sıradan diplomatik hadisə deyil - İNCƏLƏMƏ
Bu gün, 05:19
"Effekt- İnşaat"ın binası təhlükə saçır - VİDEOFAKT
Bu gün, 05:17
"Bu cür yanaşma şagirdlərdə stres, imtahana qarşı qorxu yaradır" - Deputatdan DİM-in yeniliyinə REAKSİYA
Bu gün, 05:10
Rusiya Azərbaycanın müstəqil ölkə olduğunu dərk etməlidir - YOXSA...
Bu gün, 05:07
Azərbaycanda pensiyaçılar niyə azalır? - AKTUAL
Bu gün, 05:05
Ceyhun Cəlilov mətbuata da ƏNGƏL OLUR - NARAZILIQ VAR...
Bu gün, 05:03
“Trampın özü təşkil etsəydi, sui-qəsdçi dərhal öldürülərdi - Mehman Əliyev ŞƏRH EDİR
Bu gün, 04:57
AMEA-nın İnstitutundan vergi borcu olan "Tələt" Firması ilə razılaşma - TƏFƏRRÜAT
Bu gün, 04:54
ABŞ İranın Ali Rəhbərinin sağ olduğuna inanır - Rubio
Bu gün, 04:47
Əli Əsədov benzinin qiyməti ilə bağlı QƏRAR VERDİ
Dünən, 18:15
Karapetyanın partiyasının üzvləri saxlanıldı
Dünən, 17:27
Çexiya Azərbaycana yeni hərbi təlim təyyarəsini təklif edib
Dünən, 17:26
Naxçıvanda taksi narazılığı: Bu avtomobillərə qadağa qoyuldu – AYNA-dan CAVAB
Dünən, 17:20
İran bəyanat verdi: - Müharibə mürəkkəb mərhələyə keçir
Dünən, 17:18
Rusiya Avropa strukturlarının nümayəndələrinə qarşı sanksiyalar tətbiq edib
Dünən, 17:15
“İpək Yolu Sığorta” kiçilib, gəlirləri azalıb
Dünən, 17:13
Sankt-Peterburqda Putin və Əraqçi arasında görüş keçirilir
Dünən, 17:10
Çimərlikdəki qətlin məhkəməsi – ŞOK İFADƏLƏR
Dünən, 16:51
70 kq qızılla tutulan polkovnikə - Hökm oxundu
Dünən, 16:44
Paşinyanın sərhədlə bağlı açıqlamasına Bakıdan REAKSİYA: - “Mübahisəli ərazilər var...”
Dünən, 16:37
Deputatın qızlara pulsuz təhsil təklifinə REAKSİYA: - “Hansısa tələbənin təhsil haqqını özü ödəsin”
Dünən, 16:33
"Pünhan kişidir, rəftar fərqli olmalıdır"
Dünən, 16:30
Məzahir Pənahov yenidən MSK sədri seçilib
Dünən, 16:29
Xocalı sakinləri işsizlik və həyətyanı sahə problemi ilə üzləşirlər... - NARAZILIQ VAR...
Dünən, 16:03
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru