Dubinskidən Ukrayna ilə bağlı həyəcan təbili... .....                     Zohran Mamdani və Eric Adams nümunəsi göstərir ki... .....                     Vaqif Axundova ağır itki .....                     Azərbaycan–Çexiya münasibətləri inkişafdadır .....                     Avropa ölkələrinin Azərbaycana marağı artmaqdadır .....                     Güllük bələdiyyəsini küllüyə çevirdi, indi də Qumu DAĞIDIR... .....                     Azərbaycan Ordusu Ermənistanı qoruyacaq .....                     Ukrayna və İran müharibənin yeni reallığını ortaya çıxardı .....                     Tramp İranın Hörmüz boğazını açmaq planından narazıdır .....                     Təhsilimizin Eşqi Bağırov adlı problemi... .....                     Ferma müdiri yoxsa Xəstəxana direktoru .....                     Azərbaycanda mühüm vəzifə ləğv edilir? .....                     İranın XİN rəhbəri ilə heç vaxt danışmamışam .....                     "Zalım uşaqları sistemin təməlini düzgün qurublar..." .....                     "Azərbaycanda elə bir güc var ki, biz onlarla ittifaq qurmalıyıq." .....                     Dünyanın boğazında ilişib qalan HÖRMÜZ ARMUDU... .....                     İRİA-da nə baş verir? .....                     Günün fotosu SOCAR-dan... .....                     Şişirdilmiş... süni şəkildə böyüdülmüş... idarəolunmaz bir struktur... .....                     İranda iki aydır ki, internet yoxdur .....                     Başsız Binəqədi: “VİP Construction” rəsmən qoçuluq edir... .....                     Gəncədə başçının bu küçədən xəbəri varmı... .....                     Qapısı tez-tez döyülən Azərbaycan... .....                     Avropa liderləri niyə Azərbaycana üz tutur? .....                     “Yaddaşımı, danışıq tərzimi itirmişəm, bəla da bundadır” .....                     Ağdamda məktəb direktoru AT OYNADIR .....                     Vətəndaş saxtakarlarla ÜZ-ÜZƏ .....                     Çexiya Baş nazirinin Bakı səfəri sıradan diplomatik hadisə deyil .....                     "Effekt- İnşaat"ın binası təhlükə saçır .....                     "Bu cür yanaşma şagirdlərdə stres, imtahana qarşı qorxu yaradır" .....                     Rusiya Azərbaycanın müstəqil ölkə olduğunu dərk etməlidir .....                     Azərbaycanda pensiyaçılar niyə azalır? .....                     Ceyhun Cəlilov mətbuata da ƏNGƏL OLUR .....                     “Trampın özü təşkil etsəydi, sui-qəsdçi dərhal öldürülərdi .....                     AMEA-nın İnstitutundan vergi borcu olan "Tələt" Firması ilə razılaşma .....                     ABŞ İranın Ali Rəhbərinin sağ olduğuna inanır .....                     Əli Əsədov benzinin qiyməti ilə bağlı .....                     Karapetyanın partiyasının üzvləri saxlanıldı .....                     Çexiya Azərbaycana yeni hərbi təlim təyyarəsini təklif edib .....                     Naxçıvanda taksi narazılığı: Bu avtomobillərə qadağa qoyuldu .....                 

"10 min nəfər üzvlə bağlı bizim partiyanın problemi yoxdur" - Əlisahib Hüseynov
Tarix: 10-09-2022, 13:03 | Çap et
"10 min nəfər üzvlə bağlı bizim partiyanın problemi yoxdur"
"Ötən gün Milli Məclisin saytında yerləşdirilmiş “Siyasi partiyalar haqqında” yeni qanun layihəsinin ictimai müzakirələr üçün açıq elan edilməsi ölkəmizin ictimai-siyasi həyatı üçün olduqca mühüm hadisədir". Bu barədə Milli Həmrəylik Partiyasının sədri Əlisahib Hüseynov deyib. Partiya rəhbəri layihənin ictimai müzakirəyə çıxarılmasını müsbət addım kimi qiymətləndirib: "Layihənin müzakirəyə çıxarılması ictimai-siyasi mühitdə böyük bir canlanma yaradacaq. Bunu sözügedən layihəyə həm siyasilər, həm media əhli, həm də ekspertlər tərəfindən verilən ilkin reaksiyalardan da görmək mümkündür.

Deməli, yeni qanun layihəsinin ictimai müzakirələr nəticəsində cilalanıb dolğunlaşması, təkmilləşməsi və sonda optimal bir qanun kimi qəbul edilməsi perspektivi artıq bəri başdan təmin edilib. Bəs yeni qanunun qəbul edilməsinə zərurət haradan yaranıb? Bildiyimiz kimi "siyasi partiyalar haqqında" qanun ilk dəfə 1992-ci ildə qəbul olunub. Ötən 30 il ərzində ölkəmiz böyük bir siyasi inkişaf yolu keçib. Həmçinin, torpaqlarımız işğaldan azad edilib, yeni reallıqlar yaranıb. Ölkədə yeni siyasi konfiqurasiya formalaşıb. Məlum məsələdir ki, köhnə qanun yeni dövrün tələblərinə cavab verə bilmir. Çünki 1992-ci ildə qəbul edilmiş "Siyasi partiyalar haqqında" qanunda bir sıra ciddi çatışmazlıqlar, boşluqlar var. Yeni qanun layihəsinin işlənilib hazırlanması da ilk növbədə məhz həmin çatışmazlıqları, boşluqları aradan qaldırmağa və günümüzün tələblərinə, zamanın çağırışlarına uyğun mükəmməl qanun qəbul edilməsinə xidmət edir".

Ə.Hüseynov vurğulayıb ki, yeni qanun layihəsinin hazırlanması prosesi demokratik və tam şəffaf formada təşkil edilib: "Qanun layihəsinin hazırlanması prosesində siyasi partiyaların iştirakı da təmin edilib. 40-dan çox siyasi partiya öz təkliflərini rəsmi olaraq Milli Məclisə təqdim edib. Bu partiyaların arasında rəhbərlik etdiyim Milli Həmrəylik Partiyası da təmsil olunur. Biz də layihə ilə bağlı ilkin təkliflərimizi Milli Məclisə təqdim etmişdik. Müsbət haldır ki, qanun layihəsində bizim də ilkin təkliflərimiz yer alıb. Digər partiyaların da təkliflərinin nəzərə alındığı barədə məlumatımız var. Siyasi partiyaların bu prosesə fəal surətdə cəlb olunması təqdirəlayiq haldır. “Siyasi partiyalar haqqında” qanunun bu yeni layihəsi həm siyasi qüvvələr tərəfindən geniş müzakirə edildikdən, həm də vətəndaş cəmiyyəti subyektlərinin, ekspertlərin, dövlət orqan və qurumlarının təklifləri nəzərdən keçirilməklə ictimai müzakirələrdən sonra qəbul olunacaq. Əminik ki, qanun qəbul edildikdən sonra mövcud siyasi sistemimiz, eləcə də dövlət-partiya münasibətləri, partiyaların təbliğat və təşviqat imkanları daha da təkmilləşəcək və partiyaların cəmiyyətdəki rolu yeni məzmun qazanacaq, yeni keyfiyyət halı alacaq".

Partiya rəhbəri qeyd edib ki, qanun layihəsi ilə bağlı Milli Məclisdə keçirilən dinləmələrə, müzakirələrə də dəvət olunacaqlar:
"Ona görə də biz Milli Həmrəylik Partiyası olaraq hazırda yeni qanun layihəsinin müddəaları ilə, detalları ilə yaxından tanış olur, təhlillər edirik.

“Siyasi partiyalar haqqında” qanun layihəsinin siyasi islahatlara və siyasi instututların güclənməsinə təkan verməsi üçün əsas təkliflərimizi təqdim edəcəyik. Əlbəttə, layihədə təqdir etdiyimiz və dəstəklədiyimiz bir çox müddəalarla yanaşı, redaktəsini vacib hesab etdiyimiz və yaxud dəyişdirilməsini zəruri hesab etdiyimiz məqamlar da var. Düşünürük ki, siyasi partiyaların əsas subyekti olan və qanun layihəsinin də bilavasitə şamil olunduğu siyasi partiyaların mövqeyi və əsaslandırılmış təklifləri mütləq nəzərə alınacaq. Heç kimin təklifi gözardı edilməyəcək. Odur ki, narahatlıq üçün də heç bir əsas görmürük. Partiyaların qeydiyyatı üçün minimum 10 min nəfər üzvün olması tələbi də oturuşmuş, təşkilatlanmış partiyaları qətiyyən narahat etməməlidir. Milli Həmrəylik Partiyası olaraq bizim belə bir narahatlığımız və problemimiz yoxdur. Çünki həm paytaxtda, həm də bölgələrdə yerli təşkilatlarımız fəaliyyət göstərir, üzvlərimizin sıraları genişlənir. Təşkilatçılıq ənənələri güclü olan və kadr potensialı, insan resursları geniş olan partiyaların yeni qanun layihəsindəki tələblərin öhdəsindən gələcəyi şəksizdir. Zənnimizcə, bu qəbildən olan tələblər siyasi mühitdə təmərküzləşməyə gətirib çıxaracaq. Böyük siyasi partiyaların formalaşmasına zəmin yaradacaq, həmçinin partiyaların çevikliyini, siyasi rəqabət imkanlarını stimullaşdıracaq. Bu baxımdan, biz bu qanunun gətirəcəyi yeniliklərə açıq olmalıyıq. Çünki yeni qanun siyasi proseslərə dinamika gətirəcək və demokratiyanın dərinləşdirilməsinə töhfə verəcək".










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Dubinskidən Ukrayna ilə bağlı həyəcan təbili...
Bu gün, 09:01
Zohran Mamdani və Eric Adams nümunəsi göstərir ki... - siyasətdə kimlik yox, maraqlar həlledicidir
Bu gün, 08:35
Vaqif Axundova ağır itki
Bu gün, 08:33
Azərbaycan–Çexiya münasibətləri inkişafdadır - MƏQALƏ
Bu gün, 08:29
Avropa ölkələrinin Azərbaycana marağı artmaqdadır - İsrafil Kərimovun yazısı
Bu gün, 08:28
Güllük bələdiyyəsini küllüyə çevirdi, indi də Qumu DAĞIDIR... - MÜRACİƏT
Bu gün, 08:22
Azərbaycan Ordusu Ermənistanı qoruyacaq - İyundan SONRA...
Bu gün, 08:06
Ukrayna və İran müharibənin yeni reallığını ortaya çıxardı
Bu gün, 08:03
Tramp İranın Hörmüz boğazını açmaq planından narazıdır - “The New York Times“
Bu gün, 08:02
Təhsilimizin Eşqi Bağırov adlı problemi... - Görünəni odur ki...
Bu gün, 07:37
Ferma müdiri yoxsa Xəstəxana direktoru - İLGİNC FAKTLAR
Bu gün, 07:34
Azərbaycanda mühüm vəzifə ləğv edilir? – Yeni idarəetmə modeli gündəmdə
Bu gün, 07:23
İranın XİN rəhbəri ilə heç vaxt danışmamışam - ABŞ dövlət katibi
Bu gün, 07:21
"Zalım uşaqları sistemin təməlini düzgün qurublar..." - partiya sədri
Bu gün, 07:10
"Azərbaycanda elə bir güc var ki, biz onlarla ittifaq qurmalıyıq." – XV əsr İtalyan tarixçisi Paolo Giovio
Bu gün, 07:03
Dünyanın boğazında ilişib qalan HÖRMÜZ ARMUDU... - AKTUAL
Bu gün, 06:58
İRİA-da nə baş verir? - Kamran Ağayev vəzifəsindən istefa veribmi?
Bu gün, 06:51
Günün fotosu SOCAR-dan...
Bu gün, 06:35
Şişirdilmiş... süni şəkildə böyüdülmüş... idarəolunmaz bir struktur... - DƏLİXANADIR, VALLAH...
Bu gün, 06:20
İranda iki aydır ki, internet yoxdur – “NetBlocks”
Bu gün, 06:03
Başsız Binəqədi: “VİP Construction” rəsmən qoçuluq edir... - AXI NİYƏ?..
Bu gün, 06:00
Gəncədə başçının bu küçədən xəbəri varmı... - Sakinlər narahatdır
Bu gün, 05:45
Qapısı tez-tez döyülən Azərbaycan... - GƏLİŞMƏ
Bu gün, 05:40
Avropa liderləri niyə Azərbaycana üz tutur? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 05:38
“Yaddaşımı, danışıq tərzimi itirmişəm, bəla da bundadır” - 86 yaşlı rejissor
Bu gün, 05:35
Ağdamda məktəb direktoru AT OYNADIR - İTTİHAM VAR...
Bu gün, 05:32
Vətəndaş saxtakarlarla ÜZ-ÜZƏ - GİLEY
Bu gün, 05:27
Çexiya Baş nazirinin Bakı səfəri sıradan diplomatik hadisə deyil - İNCƏLƏMƏ
Bu gün, 05:19
"Effekt- İnşaat"ın binası təhlükə saçır - VİDEOFAKT
Bu gün, 05:17
"Bu cür yanaşma şagirdlərdə stres, imtahana qarşı qorxu yaradır" - Deputatdan DİM-in yeniliyinə REAKSİYA
Bu gün, 05:10
Rusiya Azərbaycanın müstəqil ölkə olduğunu dərk etməlidir - YOXSA...
Bu gün, 05:07
Azərbaycanda pensiyaçılar niyə azalır? - AKTUAL
Bu gün, 05:05
Ceyhun Cəlilov mətbuata da ƏNGƏL OLUR - NARAZILIQ VAR...
Bu gün, 05:03
“Trampın özü təşkil etsəydi, sui-qəsdçi dərhal öldürülərdi - Mehman Əliyev ŞƏRH EDİR
Bu gün, 04:57
AMEA-nın İnstitutundan vergi borcu olan "Tələt" Firması ilə razılaşma - TƏFƏRRÜAT
Bu gün, 04:54
ABŞ İranın Ali Rəhbərinin sağ olduğuna inanır - Rubio
Bu gün, 04:47
Əli Əsədov benzinin qiyməti ilə bağlı QƏRAR VERDİ
Dünən, 18:15
Karapetyanın partiyasının üzvləri saxlanıldı
Dünən, 17:27
Çexiya Azərbaycana yeni hərbi təlim təyyarəsini təklif edib
Dünən, 17:26
Naxçıvanda taksi narazılığı: Bu avtomobillərə qadağa qoyuldu – AYNA-dan CAVAB
Dünən, 17:20
İran bəyanat verdi: - Müharibə mürəkkəb mərhələyə keçir
Dünən, 17:18
Rusiya Avropa strukturlarının nümayəndələrinə qarşı sanksiyalar tətbiq edib
Dünən, 17:15
“İpək Yolu Sığorta” kiçilib, gəlirləri azalıb
Dünən, 17:13
Sankt-Peterburqda Putin və Əraqçi arasında görüş keçirilir
Dünən, 17:10
Çimərlikdəki qətlin məhkəməsi – ŞOK İFADƏLƏR
Dünən, 16:51
70 kq qızılla tutulan polkovnikə - Hökm oxundu
Dünən, 16:44
Paşinyanın sərhədlə bağlı açıqlamasına Bakıdan REAKSİYA: - “Mübahisəli ərazilər var...”
Dünən, 16:37
Deputatın qızlara pulsuz təhsil təklifinə REAKSİYA: - “Hansısa tələbənin təhsil haqqını özü ödəsin”
Dünən, 16:33
"Pünhan kişidir, rəftar fərqli olmalıdır"
Dünən, 16:30
Məzahir Pənahov yenidən MSK sədri seçilib
Dünən, 16:29
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru