Azərbaycanda “WhatsApp”la bağlı yeni problem .....                     Azərbaycan Ukrayna təcrübəsindən yararlanmalıdır .....                     Paşinyan seçilsə, Kreml nə edəcək? .....                     İmtahanda DİM monopoliyası: 1-ci sinifdən başlayan stress .....                     Erməni xalqı ya müharibəni, ya da sülhü, inkişafı seçməlidir .....                     "Su İdmanı Sarayı" dövlətə BORCLANDI .....                     Rusiya Ukrayna üzrə danışıqlar üçün Səudiyyə Ərəbistanına müraciət edə bilər .....                     Azərbaycan üçün yeni uşaqpulu modeli: Ayda 100 manat… .....                     "Hesablama Palatasına keyfiyyətli iş gördüyü üçün təşəkkür düşür" .....                     Tanınmış müğənni qonşusundan gileyləndi .....                     Ukrayna ordusunun bir dəri-bir sümük əsgərləri .....                     Qaxın daha bir OLİQARXI: Dövləti rəsmən qarət edib... .....                     Hamlet İsaxanlı siyasətə yaman meyillənir... .....                     Eşqi Bağırovun üsyanı... .....                     Fermerlərə çatası milyonları KİM YEYİB Kİ... .....                     Ramiz Mehdiyevin oğurladıqlarını “milyoner nəvə”si BELƏ XƏRCLƏYİR .....                     Azərbaycan son savaşda sübuta yetirdi ki... .....                     Bakıdan qayıdan Zelenski indi də İrəvan yolunda... .....                     Səhiyyə büdcəsində MAAŞ 'ABORTU' .....                     Natəmiz mühitdə hansı sağlamlıq? .....                     "Bu artıq xidmət deyil..." .....                     Erməni general yenə Hindistandadır .....                     Rusiyada terror təhlükəsi riski artır .....                     “O müğənnilərin efirdə ailə və əxlaq dəyərlərindən danışıb, kiməsə dərs keçməyə ixtiyarları yoxdur...” .....                     Hövsan MİDA layihəsində şok vəziyyət: İtlər, həşəratlar və üfunət kabusu… .....                     "Zəng gəlsə, demə ki, bizə pul vermisən" .....                     “Məktəb” serialı Vado Korovin üçün sanki ailə təsərrüfatı olub... .....                     Ukrayna İsrailə etiraz notası təqdim edib .....                     İlqar Bayramlıdan yeni direktor təyinatı .....                     Məşhur aparıcıdan "ərə getmək" xəbərinə CAVAB .....                     Bakı görüşü Azərbaycan Çexiya münasibətlərində yeni imkanlar açır .....                     Ermənistanda panika: Əhaliyə çağırış edildi .....                     Tikintidə artan “qara bazar” .....                     Rus ordusu iki kəndi işğal etdi .....                     Bakıda güllələnən müəllim işdən çıxıb? .....                     "Qaçqınkom"un idarəsindən vergi borcu olan şirkətə 447 min manatlıq sifariş .....                     DİM sədri ilə Mikayıl Cabbarov üz-üzə... .....                     Təltif olunanların sırasında “Veysəloğlu Distribusiya”nın rəhbəri də var... .....                     Energetika Nazirliyinin press-reliz tenderi ləğv edildi: .....                     Ermənistanda seçki savaşı qızışır: Revanşistlər geri qayıda bilərmi? .....                 

"Bizim işğalçı Rusiyaya dəstəkçi görünməyimizə nə ehtiyac vardı?" - ETİRAZ
Tarix: 25-02-2022, 08:23 | Çap et
"Bizim işğalçı Rusiyaya dəstəkçi görünməyimizə nə ehtiyac vardı?"
Rusiyanın Ukraynaya qarşı hərbi təcavüzü dünyanın diqqət mərkəzindədir. Rus ordusu fevralın 24-ü səhər saat 5:00 radələrində bir neçə istiqamətdən Ukraynaya qarşı hücuma keçib. Hazırda təmas xətti boyu ağır artilleriya və aviasiyanın iştirak etdiyi ağır döyüşlər gedir. Başda ABŞ və Böyük Britaniya, Avropa İttifaqı olmaqla Qərb dünyası Ukraynanın müdafiəsinə qalxıb. İlk növbədə Rusiyaya qarşı məhvedici sanksiyaların qoyulması gözlənilir.

Təkcə Ukraynaya deyil, eləcədə dünya düzəninə hücum edən Rusiya adlı qüvvə fevralın 22-də Moskvada imzalanmış “Qarşılıqlı fəaliyyət və müttəfiqlik haqqında” Bəyannaməyə uyğun olaraq Azərbaycanın müttəfiqi sayılır. 43 bəndlik sənəddə dövlətlərarası əlaqələrin keçmişinə, bu gününə, gələcəyinə nəzərə salınır, qarşılıqlı öhdəliklər, əməkdaşlıq istiqamətləri müəyyən edilir.

Bəs bu sənədin hazırkı geosiyasi qarşıdurmanın pik nöqtəsində imzalanması Azərbaycana lazım idimi? DİA.AZ xəbər verir ki, mövzu ilə bağlı Türkiyənin nüfuzlu universitetlərində dərs deyən tarixçi professor Xaləddin İbrahimli Pressklub.az-a geniş şərh verib. O, bildirib ki, indiki dövrdə imzalanan bu bəyannamə haqlı olaraq Azərbaycan cəmiyyətini narahat edən bir bəyandır.

“Çünki Rusiya ilə müttəfiqlik tarixən Azərbaycan xalqında narahatlıqlar doğurub. Hər zaman bu “müttəfiqliyin”, “dostluğun” zərərini görmüşük. Tarixi təcrübə də bizə Rusiyadan çox az faydalı şeyin gəldiyini deyir. Xalqımız haqlı olaraq Rusiya ilə bağlanan istənilən sənədə şübhə ilə yanaşır. Bu tarixdən gələn acı təcrübələrə bağlıdır”, – professor vurğulayıb.

X.İbrahimli deyir ki, məsələnin ikinci tərəfi Rusiya ilə Azərbaycan arasındakı mövcud fərqlərlə bağlıdır: “Aydın məsələdir ki, bu bəyannamə eyni statusda, eyni hüquqda qarşılıqlı fəaliyyətə gətirib çıxarmayacaq. Rusiya böyük dövlətdir, istənilən vaxt özünün yeni şərtlərini diktə edə, maddələri dəyişdirə, yaxud özünə sərf edən şəkildə yorumlaya bilər. Yaxud, ölkənin içərisində bir nəzəri fəaliyyət ortaya qoya bilər. Məsələn, Qazaxıstana müdaxilə guya bu ölkədə beynəlxalq terrorçuların olması ilə bağlı idi. Rusiya üçün istənilən ölkədə “terrorçu” tapmaq çətin məsələdirmi? Əlbəttə yox!”

Professor üçüncü məsələ kimi Putin Rusiyasını göstərir. Onun sözlərinə görə, bu Rusiya işğalçıdır, başqa ölkələr üçün problemlər yaradır, potensial təhlükə mənbəyidir: “Bu barədə uzun danışmağa ehtiyac yoxdur. 2000-ci ildən bəri Gürcüstanda, Ukraynada, Azərbaycanda elədikləri məlumdur. Ona görə də, Putin Rusiyası ilə qarşılıqlı müttəfiqlik fəaliyyətini nəzərdə tutan bəyannamə imzalamaq hansı zərurətdən doğur? Buna indiki şəraitdə hansı ehtiyac var? Əlbəttə, bu ayrıca müzakirəyə ehtiyacı olan mövzudur. Rusiya ilə qarşılıqlı müttəfiqlik münasibətində olmaq təbii ki, sabah Azərbaycan üçün ciddi problemlər yarada bilər. Rusiya ilə müttəfiq olmaq Ukraynanı tanımamaq, Krımın ilhaqı ilə barışmaq sayıla bilər”.

Xaləddin İbrahimli əlavə edir ki, sabah Rusiya həmin bəyannaməyə istinad edib Azərbaycana Ukraynada yaratdığı qondarma DNR və LNR tanımağı tələb edə bilər. “Biz bu qondarma rejimləri tanıya bilərikmi? Bu addımı atmaq asandırmı? Eyni zamanda Krımın Rusiya torpaqları kimi tanımağı da tələb edə bilərlər. O zaman Azərbaycan Türkiyə ilə münasibətlərini hara qoyacaq? Çünki qardaş, müttəfiq ölkəyə qarşı əks siyasət ortaya qoymuş olacağıq. Bütün bunları nəzərə alanda əlbəttə Rusiya ilə müttəfiq olmaq elə də asan deyil. Ümumiyyətlə, başqa dövlətlər üçün də Putin Rusiyası ilə müttəfiq olması çox çətin məsələdir. O zaman bizimkilər niyə bu reallıqları gözardı edirlər? Putinlə müttəfiq olmaq niyə hörmətli işə çevrilib, bunu da anlaya bilmirəm”.

Tarixçi alım vurğulayır ki, Bəyannamənin müddəalarına baxanda bir çox məsələlərdə Azərbaycanın Rusiyanın patronajlığını qəbul etmək zorunda olduğu aydın görünür: “Hazırda sənədin birinci maddəsinə çox istinad edirlər. Amma orada sərhədlərin toxunulmazlığı məsələsi yenə də mücərrəd şəkildə qoyulub. Əgər orada qeyd olunsaydı ki, dünya birliyinin, BMT-nin tanıdığı dövlət sərhədləri, bu başqa məsələ olardı. Çünki Rusiya üçün Azərbaycan və Ermənistanın dövlət sərhədləri mübahisəlidir. Çünki delimitasiya və demarkasiya prosesi getməyib”.

Professor daha sonra Bəyannamədəki 4-cü maddəyə diqqət çəkir: “Qeyd olunub ki, Azərbaycan və Rusiya beynəlxalq və regional problemlərdə eyni və yaxın mövqelərdən çıxış edirlər, qarşılıqlı fəaliyyət göstərəcəklər. Niyə biz Rusiya ilə eyni və yaxın mövqelər tutmalıyıq? Bütün istiqamətlərdə eyni və yaxın mövqe tutulacaqsa, o zaman bu, bir dövlət olur. Biz Türkiyəyə “iki dövlət, bir millət” deyirik. Bu zaman isə Rusiya ilə bir dövlət, iki millət oluruq. Heç bir dövlət başqa ölkə ilə xarici siyasətində eyni və yaxın mövqe tuta bilməz. Bu, heç Türkiyə ilə də yoxdur. Məsələn, ABŞ-la Böyük Britaniya anqlo-sakson dövlətlərdir. Amma bütün məsələlərdə eyni mövqelərədən çıxış edirlər?! Eyni mövqe tutmaq o anlama gəlir ki, artıq ya Rusiya, ya da Azərbaycan yoxdur. Amma hazırkı kontekstdə sanki Azərbaycan ortalıqda görsənmir”.

Tarixçi professor qeyd edir ki, ümumiyyətlə sənəddə yer alan bütün bəndlərə nəzər salanda indiki dövrdə bu bəyannamənin nə üçün qəbul edildiyini anlaya bilmir: “Rusiyanın Ukraynaya təcavüz etdiyi, ərazisində qondarma dövlətlər yaratdığı bir şəraitdə bu addımı atmağa nə ehtiyac vardı? Bizim işğalçı Rusiyaya dəstəkçi görünməyimizə nə ehtiyac vardı? Hesab edirəm ki, bu sənəd yersiz və lazımsızdır, onunla irəli getmək mümkün deyil”.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Azərbaycanda “WhatsApp”la bağlı yeni problem – Həlli AÇIQLANDI
Bu gün, 07:05
Azərbaycan Ukrayna təcrübəsindən yararlanmalıdır - ÇAĞIRIŞ
Bu gün, 07:04
Paşinyan seçilsə, Kreml nə edəcək? - Silayev
Bu gün, 07:02
İmtahanda DİM monopoliyası: 1-ci sinifdən başlayan stress - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 07:00
Erməni xalqı ya müharibəni, ya da sülhü, inkişafı seçməlidir - Natiq Miri ŞƏRH EDİR
Bu gün, 06:58
"Su İdmanı Sarayı" dövlətə BORCLANDI - Böyük miqdarda
Bu gün, 06:56
Rusiya Ukrayna üzrə danışıqlar üçün Səudiyyə Ərəbistanına müraciət edə bilər - “İzvestiya” qəzeti
Bu gün, 06:51
Azərbaycan üçün yeni uşaqpulu modeli: Ayda 100 manat… - DETALLAR
Bu gün, 06:49
"Hesablama Palatasına keyfiyyətli iş gördüyü üçün təşəkkür düşür" - partiya sədri
Bu gün, 06:33
Tanınmış müğənni qonşusundan gileyləndi - "...şübhə edir"
Bu gün, 06:27
Ukrayna ordusunun bir dəri-bir sümük əsgərləri - ŞOK FAKTLAR AÇIQLANDI
Bu gün, 06:17
Qaxın daha bir OLİQARXI: Dövləti rəsmən qarət edib... - Bir araşdıran olsa...
Bu gün, 06:13
Hamlet İsaxanlı siyasətə yaman meyillənir... - keçmiş deputatdan ATMACA
Bu gün, 05:58
Eşqi Bağırovun üsyanı... SƏMƏRƏ VERƏCƏKMİ?
Bu gün, 05:52
Fermerlərə çatası milyonları KİM YEYİB Kİ... - HESABI BELƏ SORUŞULMUR...
Bu gün, 05:47
Ramiz Mehdiyevin oğurladıqlarını “milyoner nəvə”si BELƏ XƏRCLƏYİR - İLGİNC FAKTLAR
Bu gün, 05:40
Azərbaycan son savaşda sübuta yetirdi ki... - ARAŞDIRMA
Bu gün, 01:16
Bakıdan qayıdan Zelenski indi də İrəvan yolunda... - GƏLİŞMƏ
Bu gün, 01:10
Səhiyyə büdcəsində MAAŞ 'ABORTU' - BU NƏDİ BELƏ?
Bu gün, 01:01
Natəmiz mühitdə hansı sağlamlıq? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 00:54
"Bu artıq xidmət deyil..." - ETİRAZ VAR!
Bu gün, 00:46
Erməni general yenə Hindistandadır
Dünən, 22:15
Rusiyada terror təhlükəsi riski artır - Putin
Dünən, 22:13
“O müğənnilərin efirdə ailə və əxlaq dəyərlərindən danışıb, kiməsə dərs keçməyə ixtiyarları yoxdur...” - REAKSİYA
Dünən, 17:34
Hövsan MİDA layihəsində şok vəziyyət: İtlər, həşəratlar və üfunət kabusu… - NARAZILIQ VAR...
Dünən, 17:32
"Zəng gəlsə, demə ki, bizə pul vermisən" - Avropada iş adı ilə 171 nəfəri aldadanların MƏHKƏMƏSİ
Dünən, 17:12
“Məktəb” serialı Vado Korovin üçün sanki ailə təsərrüfatı olub... - GÖRÜNƏNİ BUDUR...
Dünən, 17:06
Ukrayna İsrailə etiraz notası təqdim edib
Dünən, 17:02
İlqar Bayramlıdan yeni direktor təyinatı - ƏMR
Dünən, 16:42
Məşhur aparıcıdan "ərə getmək" xəbərinə CAVAB - "Hüseynova bacıları məharətini göstərəcək"
Dünən, 16:38
Bakı görüşü Azərbaycan Çexiya münasibətlərində yeni imkanlar açır - MƏQALƏ
Dünən, 16:31
Ermənistanda panika: Əhaliyə çağırış edildi
Dünən, 16:00
Tikintidə artan “qara bazar” - Milyonluq CƏRİMƏLƏR və…
Dünən, 15:57
Rus ordusu iki kəndi işğal etdi
Dünən, 15:55
Bakıda güllələnən müəllim işdən çıxıb? - “İdrak” Liseyindən açıqlama
Dünən, 15:24
"Qaçqınkom"un idarəsindən vergi borcu olan şirkətə 447 min manatlıq sifariş - TƏFƏRRÜAT
Dünən, 15:22
DİM sədri ilə Mikayıl Cabbarov üz-üzə... - Xarici dil buraxılış imtahanında olmamalı idi?
Dünən, 15:18
Təltif olunanların sırasında “Veysəloğlu Distribusiya”nın rəhbəri də var... - FOTO
Dünən, 15:00
Energetika Nazirliyinin press-reliz tenderi ləğv edildi: - Səbəb açıqlanmadı
Dünən, 14:57
Ermənistanda seçki savaşı qızışır: Revanşistlər geri qayıda bilərmi? - Bakıdan sərt mesaj
Dünən, 14:55
Daha bir tanınmış şəxs Türkiyədə dünyasını dəyişdi - FOTO
Dünən, 14:53
Keçmiş silahdaşı seçkilərdə Paşinyanı dəstəkləməkdən imtina etdi - KİV
Dünən, 14:39
Ölkənin ən iri pivə istehsalçısı “Carlsberg Azerbaijan”a yeni rəhbər gəlib - BUNDAN SONRA...
Dünən, 14:34
”Utanmır efirə çıxıb deyir hamiləyəm, bu, nə tərbiyəsizlikdir?” - VİDEO
Dünən, 14:30
Nazir oğlunu aldadana qarşı başqa ittihamlar var imiş - Bazar manipulyasiyası...
Dünən, 14:20
“Kapital Bank”ın əməkdaşı hərbçiyə hədə-qorxu gəlib? - REAKSİYA
Dünən, 14:15
Vüsal Aslanov yeni rəis təyin etdi - FOTO
Dünən, 14:04
Prezident bir qrup sahibkarı “Tərəqqi” medalı ilə təltif edib - SİYAHI
Dünən, 14:02
Benzin və dizellə bağlı KRİTİK QƏRAR – Qiymətlər YÜKSƏLƏCƏK?
Dünən, 13:59
FHN-in dələduzluqda ittiham olunan keçmiş inspektoru qərardan narazıdır
Dünən, 13:52
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru