Əməkdar artist həmkarlarını hədəf aldı: .....                     “Rus "sektor"unda oxumaq üçün 3000-5000 manat ödənilsin” .....                     “Yelo Bank”ın poblemli kreditləri kəskin artıb .....                     Bakıda gənc oğlanla yeniyetmə qız hamamda zəhərləndi, biri öldü .....                     Mehriban Abasquliyevaya 8, digərlərinə 7 il həbs istənildi .....                     Kremldən “qazlı” ZƏRBƏ .....                     AZAL-ın təyyarəsi İrəvanda .....                     Sara Əzimovaya yeni vəzifə verilib .....                     Şahin Mustafayev Ermənistanda səfərdədir .....                     Dənizdə çalışan neftçilərin SAĞLAMLIĞI TƏHLÜKƏ ALTINDA! .....                     "Onlar teatra gəlməyimi xahiş etdilər, dostumu, düşmənimi tanıdım" .....                     Səfir Niderland parlamentinin Azərbaycana qarşı qərəzli sənədinə aydınlıq gətirib .....                     Əlixan Rəcəbov necə uğursuz oldu? .....                     İranda nizam dəyişdi .....                     Hərbi xidmət keçməkdən boyun qaçıran gənc qərardan narazıdır .....                     “Zəyəm Texnologiyalar Parkı”nda yığıncaq keçiriləcək .....                     "Bunları təhlükəsizlik yox, cibləri maraqlandırır" .....                     7 körpənin öldüyü yanğınla bağlı təqsirləndirilənlərin .....                     AQTA-nın tamahkar işçiləri “QILINCLARINI SIYIRIB” .....                     Qubadlıda yaşayış məhəlləsini “See Breeze Construction” tikəcək .....                     Nigar Köçərli “LIV Bona Dea Hospital”ı yenidən saxtakarlıqda ittiham etdi .....                     Bakıda makler həbs edildi: Yarım milyonluq fırıldaq .....                     “PubG”yə görə azyaşlıya qarşı hədə-qorxu və oğurluq: 40 min manata yaxın ziyan .....                     "Azərbaycan Sənaye Sığorta"nın səhmdarlarının yığıncağı keçiriləcək .....                     Azərbaycan neftinin qiyməti 115 dolları ötüb .....                     Traktoru qaçırdı, aptekdə bıçaqla hədə-qorxu gəldi .....                     Tehranın Azərbaycanla sərhəddən yeni mesajı .....                     ABŞ İranı uzun müddət blokadada saxlamaq istəyir .....                     "450-dən çox ailə başçısını işsiz qoydular..." .....                     Bu ölkələr Rusiya kəşfiyyatına yardım edir .....                     Reparasiyalar ödənilməzsə, zərərlər Hörmüz boğazı hesabına kompensasiya olunacaq .....                     Vüsal Aslanov üçün geri sayım: Yeni Metropolten rəisi bu şəxs ola bilər .....                     SEPAH-ın casus şəbəkəsinin rəhbəri Azərbaycan vətəndaşı imiş .....                     AYA 10 MİN MANAT MAAŞ ALAN İDARƏ RƏİSİ... .....                     "Məleykə xanımın repetitorlarla bağlı fikri ilə razılaşmıram” .....                     Rusiya-Ermənistan seçki savaşı böyüyür, təhlükələr də var .....                     Zelenskinin qəfil və sirli səfəri: Bakı hansı mesajı verir? .....                     Azərbaycanda “WhatsApp”la bağlı yeni problem .....                     Azərbaycan Ukrayna təcrübəsindən yararlanmalıdır .....                     Paşinyan seçilsə, Kreml nə edəcək? .....                 

“Zas çalışacaq ki, ermənilərin azca da olsa, könlünü alsın və ya almağa çalışsın” - NƏ BAŞ VERİR?
Tarix: 24-12-2021, 08:39 | Çap et
“Zas çalışacaq ki, ermənilərin azca da olsa, könlünü alsın və ya almağa çalışsın”
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi Stanislav Zas İrəvanda üçgünlük səfərdədir. Məsələ burasındadır ki, Belarus təmsilçisi olan KTMT baş katibindən İrəvanda narazıdırlar.

Səbəbi məlumdur: həm 44 günlük müharibədə, həm də bundan sonra iki dəfə sərhəddə baş vermiş qarşıdurmada Ermənistanın KTMT-ni bu münaqişəyə cəlb etmək istəyi alınmayıb. Eləcə də bu mövzuda rəsmi İrəvanın Belarus prezidenti Aleksandr Lukaşenkoya təsir etmək cəhdləri də faydasız olub. O səbəbdən KTMT-nin baş katibinin İrəvan səfəri diqqət çəkir.

Qeyd edək ki, Zas Azərbaycan-Ermənistan sərhədindəki gərgin vəziyyətdən narahatlığını bildirib. Zasın fikrincə, sərhəd məsələsi yalnız siyasi-diplomatik yolla tənzimlənməlidir: “Biz noyabrın 26-da Soçidə əldə olunmuş razılıqları dəstəkləyirik. Azərbaycanla Ermənistan sərhədində sabitliyin və təhlükəsizliyin səviyyəsinin yüksəldilməsi üçün addımların atılması, həmçinin sərhədlərin müəyyənləşməsinə dair komissiyanın yaradılması istiqamətində işləmək lazımdır. Aydındır ki, gərginliyi azaltmaq üçün həmişəkindən daha ciddi tədbirlərə ehtiyac var”. Bəs ekspertlər nə düşünür, KTMT baş katibinin 3 günlük səfərinin anlamı ermənilərin könlünü almaq cəhdidirmi? Yeni qarşıdurma olarsa, KTMT-nin mövqeyi bu dəfə fərqli ola bilərmi?

DİA.AZ-ın məlumatına görə, hərbi ekspert, ehtiyatda olan polkovnik Üzeyir Cəfərov “Yeni Müsavat”a bildirdi ki, KTMT-nin baş katibinin İrəvan səfərindən hansısa ciddi nəticələr gözləməyə dəyməz: “Bu səfər, sadəcə, ilin sonuncu günlərinə təsadüf edir və Zas da özünə vəzifə borcu sayıb ki, Ermənistandakı təşkilata yönəlik çoxsaylı neqativ münasibəti bir qədər azaltsın. Heç kimə sirr deyil ki, Ermənistan son illərdə bu təşkilatı nüfuzdan salan addımlar atıb. Ermənistan nümayəndəsi Yuri Xaçaturov təşkilatın baş katibi olanda onun vəzifədən geri çağırılması və barəsində cinayət işinin qaldırılmasını yaxşı xatırlayırıq. Sonra isə hazırkı KTMT rəhbərinə qarşı demarşı da unudulmayıb. 2020-ci ildə Ermənistanın saysız-hesabsız avantüralarına KTMT-nin qarışmaması, Azərbaycanla baş-başa qalanda isə darmadağın olmasını Ermənistanda heç cürə yaddan çıxartmayıblar”. Ü.Cəfərov yuxarıda qeyd etdiyimiz məqamlara da münasibət bildirdi: “Bir fikri bölüşürəm: Zas çalışacaq ki, ermənilərin azca da olsa, könlünü alsın və ya almağa çalışsın.

Məndə zərrə qədər şübhə yoxdur ki, KTMT heç vaxt təşkilat formasında nə Rusiyaya, nə də onun Ermənistan kimi ”şestyorka"larına görə Azərbaycana qarşı addım atmayacaq. Diplomatik müstəvidə ola bilsin ki, hansısa bəyanat-filan səsləndirilsin. Amma praktiki şəkildə onların hər hansı addımı olmayıb və olmayacaq. Bunu anlamaq üçün o ölkələrin Azərbaycanla ikitərəfli əlaqələrinin hansı səviyyədə olmasına ötəri də olsa diqqət yetirmək kifayət edəcək. Nə Qazaxıstan, nə Belarus, nə Qırğızıstan və nə də adlarını çəkmədiyim respublikalar Azərbaycanla münasibətlərini avantürist Ermənistan siyasi-hərbi rəhbərliyinə görə korlamayacaq. KTMT, sadəcə, Rusiya Putini üçün bir formal “NATO” kimi təsəvvür edilir və onun adından başqa hər hansı bir faydası və faydalı iş əmsalı olmayıb və yoxdur, heç vaxt da olmayacaq. Rusiyada siyasi dəyişikliklərdən sonra yaxın zamanlarda bu təşkilat da özü-özünə dağılacaq və yaddan çıxacaq. Buna, sadəcə, bir balaca zaman, səbr etmək lazım olacaq".

Politoloq İlyas Hüseynov isə KTMT baş katibinin İrəvana üçgünlük səfəri zamanı Ermənistanın bir sıra yüksək vəzifəli rəsmiləri ilə görüşdüyünə diqqət çəkdi: “Ermənistan ötən ilin iyul hadisələrində, 44 günlük müharibədə, cari ilin may ayında, eləcə də 16 noyabr hadisələrində KTMT-nin fəaliyyətindən öz narazılığını ifadə edib. Xüsusilə qeyd etmək lazımdır ki, 44 günlük müharibədə KTMT-nin addımları rəsmi İrəvanı çox məyus etmişdi. Eyni zamanda Ermənistan çoxsaylı təxribatlar törətməklə Rusiyanın nəzarətində olan hərbi-siyasi bloku dəfələrlə regiona cəlb etməyə çalışsa da, öz istəyinə müyəssər ola bilməmişdi. Maraqlıdır ki, KTMT-nin üzv dövlətlərinin əksəriyyəti Azərbaycanı Vətən savaşından qazanılan tarixi qələbə münasibətilə bağlı təbrik edib”. Digər tərəfdən, İ.Hüseynov KTMT baş katibi Zasın Azərbaycan-Ermənistan sərhədindəki gərgin vəziyyətdən narahatlığını bildirməsinə də diqqət çəkdi: “Nəzərə almaq lazımdır ki, Zasın fikrincə, sərhəd məsələsi yalnız siyasi-diplomatik yolla tənzimlənməlidir. Yəni regionda olan problemlərlə bağlı hərbçilər yox, siyasətçilər məşğul olmalıdır. Brüssel görüşünün nəticələrinin rəsmi Moskvanı razı saldığını demək çətindir. Buna görə də dərhal sosial şəbəkələrin erməni seqmentində ilin sonuna kimi Moskvada üçtərəfli görüşün keçiriləcəyi ilə bağlı məlumatlar paylaşıldı. Növbəti raundun Moskvada olacağı heç kimdə şübhə doğurmur. Lakin KTMT-nin baş katibinin İrəvana səfəri də Moskva tərəfindən bir siqnal kimi dəyərləndirilə bilər”. Politoloq qarşıda duran vəzifələrdən də bəhs etdi: “Bu gün hər kəsə aydındır ki, sərhədlərin delimitasiyası işlərinə başlamaq ən ümdə vəzifədir. Bu kontekstdə Laçın dəhlizi ilə bağlı yaranan problemləri də aradan qaldırmaq olar. Digər tərəfdən, Fransada prezidentliyə namizədin müvəqqəti olaraq Azərbaycan ərazilərinə yerləşdirilmiş Rusiya sülhməramlılarının nəzarət zonasına gəlməsi də narahatverici məqamdır. Bu kimi təxribatların qarşısını almaq üçün Laçın dəhlizində Azərbaycan tərəfindən postların qurulması mütləq xarakter daşıyır. Rəsmi Bakının Brüsseldə irəli sürdüyü qarşılıq prinsipinin müəyyən olunması və buna adekvat tədbirlərin həyata keçirilməsi önəmli şərt kimi qəbul edilir”.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Əməkdar artist həmkarlarını hədəf aldı: - "Bilirlər ki, bunu etsəm..."
Bu gün, 12:26
“Rus "sektor"unda oxumaq üçün 3000-5000 manat ödənilsin” - Azər Həsrətdən TƏKLİF
Bu gün, 12:17
“Yelo Bank”ın poblemli kreditləri kəskin artıb – Müştərilər pullarını geri götürür
Bu gün, 12:04
Bakıda gənc oğlanla yeniyetmə qız hamamda zəhərləndi, biri öldü
Bu gün, 12:01
Mehriban Abasquliyevaya 8, digərlərinə 7 il həbs istənildi - TƏFƏRRÜAT
Bu gün, 11:56
Kremldən “qazlı” ZƏRBƏ – “Cermuk”a HÜCUMUN gizlinləri
Bu gün, 11:53
AZAL-ın təyyarəsi İrəvanda - FOTO
Bu gün, 11:45
Sara Əzimovaya yeni vəzifə verilib - BUNDAN SONRA...
Bu gün, 11:42
Şahin Mustafayev Ermənistanda səfərdədir
Bu gün, 11:34
Dənizdə çalışan neftçilərin SAĞLAMLIĞI TƏHLÜKƏ ALTINDA! - BU NƏDİ BELƏ?
Bu gün, 11:32
"Onlar teatra gəlməyimi xahiş etdilər, dostumu, düşmənimi tanıdım" - Mehriban Xanlarova "AZDRAMA"-ya qayıdır?
Bu gün, 11:13
Səfir Niderland parlamentinin Azərbaycana qarşı qərəzli sənədinə aydınlıq gətirib - "Biz onlara təsir göstərə bilmərik"
Bu gün, 11:08
Əlixan Rəcəbov necə uğursuz oldu? - Orxan Saffari yazır…
Bu gün, 11:01
İranda nizam dəyişdi - Hakimiyyət ali rəhbərdən alındı
Bu gün, 10:48
Hərbi xidmət keçməkdən boyun qaçıran gənc qərardan narazıdır
Bu gün, 10:42
“Zəyəm Texnologiyalar Parkı”nda yığıncaq keçiriləcək
Bu gün, 10:40
"Bunları təhlükəsizlik yox, cibləri maraqlandırır" - ETİRAZ VAR...
Bu gün, 10:37
7 körpənin öldüyü yanğınla bağlı təqsirləndirilənlərin məhkəmə zalında həbsi tələb olunub
Bu gün, 10:33
AQTA-nın tamahkar işçiləri “QILINCLARINI SIYIRIB” - GİLEY
Bu gün, 10:29
Qubadlıda yaşayış məhəlləsini “See Breeze Construction” tikəcək – 34,4 milyonluq tender
Bu gün, 10:17
Nigar Köçərli “LIV Bona Dea Hospital”ı yenidən saxtakarlıqda ittiham etdi - "Bir klinika pasiyenti əzmək üçün..."
Bu gün, 10:15
Bakıda makler həbs edildi: Yarım milyonluq fırıldaq - TƏFƏRRÜAT
Bu gün, 10:04
“PubG”yə görə azyaşlıya qarşı hədə-qorxu və oğurluq: 40 min manata yaxın ziyan - MƏHKƏMƏ
Bu gün, 09:53
"Azərbaycan Sənaye Sığorta"nın səhmdarlarının yığıncağı keçiriləcək
Bu gün, 09:47
Azərbaycan neftinin qiyməti 115 dolları ötüb
Bu gün, 09:44
Traktoru qaçırdı, aptekdə bıçaqla hədə-qorxu gəldi - TƏFƏRRÜAT
Bu gün, 08:42
Tehranın Azərbaycanla sərhəddən yeni mesajı - Görünəni odur ki...
Bu gün, 08:39
ABŞ İranı uzun müddət blokadada saxlamaq istəyir - KİV
Bu gün, 08:35
"450-dən çox ailə başçısını işsiz qoydular..." - NARAZILIQ VAR...
Bu gün, 08:30
Bu ölkələr Rusiya kəşfiyyatına yardım edir - Stupak
Bu gün, 08:02
Reparasiyalar ödənilməzsə, zərərlər Hörmüz boğazı hesabına kompensasiya olunacaq - Rəsmi Tehran
Bu gün, 08:00
Vüsal Aslanov üçün geri sayım: Yeni Metropolten rəisi bu şəxs ola bilər - İDDİA
Bu gün, 07:34
SEPAH-ın casus şəbəkəsinin rəhbəri Azərbaycan vətəndaşı imiş - FOTO
Bu gün, 07:32
AYA 10 MİN MANAT MAAŞ ALAN İDARƏ RƏİSİ... - Orxan İmanlının bibisi oğlundan narazılıq artıb
Bu gün, 07:19
"Məleykə xanımın repetitorlarla bağlı fikri ilə razılaşmıram” - DİM sədrinə ETİRAZ
Bu gün, 07:15
Rusiya-Ermənistan seçki savaşı böyüyür, təhlükələr də var - İNCƏLƏMƏ
Bu gün, 07:10
Zelenskinin qəfil və sirli səfəri: Bakı hansı mesajı verir? - NƏ BAŞ VERİR?
Bu gün, 07:07
Azərbaycanda “WhatsApp”la bağlı yeni problem – Həlli AÇIQLANDI
Bu gün, 07:05
Azərbaycan Ukrayna təcrübəsindən yararlanmalıdır - ÇAĞIRIŞ
Bu gün, 07:04
Paşinyan seçilsə, Kreml nə edəcək? - Silayev
Bu gün, 07:02
İmtahanda DİM monopoliyası: 1-ci sinifdən başlayan stress - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 07:00
Erməni xalqı ya müharibəni, ya da sülhü, inkişafı seçməlidir - Natiq Miri ŞƏRH EDİR
Bu gün, 06:58
"Su İdmanı Sarayı" dövlətə BORCLANDI - Böyük miqdarda
Bu gün, 06:56
Rusiya Ukrayna üzrə danışıqlar üçün Səudiyyə Ərəbistanına müraciət edə bilər - “İzvestiya” qəzeti
Bu gün, 06:51
Azərbaycan üçün yeni uşaqpulu modeli: Ayda 100 manat… - DETALLAR
Bu gün, 06:49
"Hesablama Palatasına keyfiyyətli iş gördüyü üçün təşəkkür düşür" - partiya sədri
Bu gün, 06:33
Tanınmış müğənni qonşusundan gileyləndi - "...şübhə edir"
Bu gün, 06:27
Ukrayna ordusunun bir dəri-bir sümük əsgərləri - ŞOK FAKTLAR AÇIQLANDI
Bu gün, 06:17
Qaxın daha bir OLİQARXI: Dövləti rəsmən qarət edib... - Bir araşdıran olsa...
Bu gün, 06:13
Hamlet İsaxanlı siyasətə yaman meyillənir... - keçmiş deputatdan ATMACA
Bu gün, 05:58
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru