Ermənistan “Sülh Şurası”nın işinə könüllü maliyyə yardımı edəcək .....                     Ukrayna ordusu Permdəki neft infrastrukturuna yenidən dron zərbəsi endirib .....                     Dünyada məcburi və könüllü hərbi xidmət: .....                     Sülh prosesi davam edir, amma əsas fərqlər hələ qalır .....                     “Kəramət kofe də satsa, hamı alacaq” .....                     “Nar” beynəlxalq sosial təşəbbüsə tərəfdaş oldu .....                     Kliniki Tibbi Mərkəzi kim idarə edir? .....                     “Ayıb olsun Gülçöhrəyə, qardaşım onu biabır edəcək” .....                     "Vasif Talıbov və oğlanları həbs edilməlidir” .....                     Moskva 4 may ərəfəsi İrəvanı sıxır .....                     "Savalan" yenidən səhnədə: .....                     “Şahin Mustafayevi İrəvana səfir göndərmək günahdır” .....                     “Ağdamda xəstəxanada çalışmaq istəyirəm, stadiona atamın adının verilməsi ən böyük arzumuzdur” .....                     İran limanlarının blokadası Fars körfəzində vəziyyəti gərginləşdirəcək .....                     "Valideynlər olaraq susmaq niyyətində deyilik" .....                     Paytaxtın bu rayonlarında binalar təmir olunacaq .....                     Mayda əfv olsa, Rəşad Dağlı azadlığa çıxa bilər .....                     Xüsusi Təyinatlı Qüvvələrin Komandanı Əfsanəvi Kəşfiyyatçı, Şəhid kapitan Mühüd Orucovun məzarını və ailəsini ziyarət edib .....                     Rusiyadan Xəzərlə bağlı açıqlama: .....                     Paşinyan üçün SEÇKİQABAĞI MƏSLƏHƏT... .....                     “Hafka” ilə Qurban Qurbanov bir arada .....                     Azərbaycanlı sahibkar otel kompleksini 265 milyona satışa çıxardı .....                     Dəhşətli ssenari: Əvvəl karantin, indi də müharibə və qiymətlər .....                     Bir kilometr üçün eyni QİYMƏT .....                     SOCAR-dan QHT-lərə Dövlət Dəstəyi Agentliyinə UZANAN ƏL... .....                     İrandan sonra... .....                     Bu il Avropa ölkələrinin “iqtisadi gücü” nə qədər olacaq? .....                     Ərdoğan Ermənistana dəvət olundu .....                     Psixatriya Xəstəxanasında meyit tapıldı .....                     Ermənistanın keçmiş müdafiə nazirinin müavininə qarşı antikorrupsiya ittihamı irəli sürülüb .....                     Azərbaycan Mərkəzi Bankı "Kredaqro" BOKT-un vəzifəli şəxsini cərimələyib .....                     Ermənistan Təhlükəsizlik Xidmətində Qarabağ bölməsi yaradılıb? .....                     “Arvadla doğuşa girən kişi nəyə lazım?” .....                     “Hansısa harınlamış ad gününə aktyoru çağırır ki, onu əyləndirsin, o oğlanı tapmaq istəyirəm” .....                     "Bank of Baku"nun rüşvət alan eks-əməkdaşı həbsdə qaldı .....                     Siyavuş Novruzovdan daha az müxalif olan müxalif deputatımız .....                     Rusiya və Çin bu meydanda rəqibdirlər... .....                     Səfər Mehdiyevin köməkçisi Azərbaycanı Avropa Məhkəməsinə şikayət edib .....                     Köçəryan mübarizəyə başlamamış məğlubiyyətlə razılaşdı .....                     Naxçıvanda müəllimlərə OT YOLDURURLAR... .....                 

"Ana necə müqəddəsdirsə, şəhid də o cür müqəddəsdir" - deputat
Tarix: 1-05-2021, 08:54 | Çap et
"Ana necə müqəddəsdirsə, şəhid də o cür müqəddəsdir"
44 günlük vətən müharibəsinin simvolun çevrilən, xalqımız üçün xatirəsi doğma övlad, qardaş qədər əziz olan, “Vətən yaxşıdır” mahnısı ilə adını qəlblərə yazdıran Xudayar Yusifzadə ilə bağlı baş verənlər cəmiyyəti qəzəbləndirib, vətəndaşlar şəhidlik məqamı ilə bağlı xoşagəlməz hallara qarşı qanuni şəkildə cavab verilməsini tələb edir.

Belə ki, Fuad Rəsulzadə adlı şəxsin sosial şəbəkədə Xudayar Yusifzadə ilə bağlı ironik paylaşımı şəhidin ailə üzvlərinin də hiddətlənməsinə səbəb olub, nəticədə bu hərəkətə yol verən şəxs döyülüb. Döyülmə videosunun sosial şəbəkələrdə yayılmasının ardından Daxili İşlər Nazirliyi hərəkətə keçib. Şəhidin qohumları baş verənlərlə bağlı saxlanılıb. Şəhidimiz Xudayar Yusifzadənin anası Fuad Rəsulzadənin döyülməsi tapşırığını özünün verdiyini bildirib, şəhidin qardaşı dayısı və xalası oğlu hazırda istintaqa cəlb edilib. Onlara qarşı Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsi ilə Binəqədi Rayon Polis İdarəsində cinayət işi açılıb.

Bu hadisə cəmiyyəti iki yerə bölüb, böyük əksəriyyət şəhidin toxunulmazlığını öndə tutaraq, döyülmə hadisəsinə haqq qazandırıb. Bu cür insanların cəzası qalmasının qəbahət olduğunu və əslində bu cəzanın qanunda nəzərdə tutulmalı olduğunu bildiriblər. İkinci qisim isə daha çox özünüifadə azadlığını əsas tutaraq döyülənin hüquqlarının müdafiəsinə qalxıblar.

Cəmiyyətin hazırki tələbi şəhidlərimizin toxunulmazlığını təmin edən, onları bir dövlət atributu, milli dəyər kimi qoruyan qanun layihəsinin olması, Cinayət Məcəlləsinə bu haqda məsuliyyət müəyyən edən maddələrin əlavə edilməsidir.

Bu haqda “Yeni Müsavat”a danışan Qarabağ qazisi Rey Kərimoğlu da vurğuladı ki, bu dövlət təhlükəsizliyi məsələsidir və planlı olması istisna deyil: “Biz bunu illərdir deyirik, sadəcə olaraq bu işlə məşğul olan adamlar çox səhlənkardırlar. Şəhid və qazi Türkiyədə dövlət atributu sayılır. Bizim məmləkətdə də elədir, biz hesab edirik ki, bayraq və gerb nədirsə, şəhid də odur. Əgər dövlət bayrağını təhqir edən ən sərt cəzaya layiq olduğu kimi, şəhidə, qaziyə dil uzadanlar, onlar lağ obyektinə çevirənlər də qanunla cəzalandırılmalıdır. Parlamentdə 4-5 ildir bu məsələnin müzakirəsi gedir. Biz uzun illər bu işi nizamlamışıq, şəhid ailəsinə, qazilərə qarşı xoşagəlməz davrananları başa salmışıq, gedib üzr istəyiblər. Ancaq bizim də, qazilərin də səbrinin bir hüdudu var. Bir gün də kimisə vurub öldürə bilərlər. Onda bu sosial şəbəkədə hüquq müdafiəçisinə çevrilənlər, məsələyə laqeyd yanaşan siyasətçilər başa düşəcək ki, bu nə deməkdir. İnsan balasını vətən uğrunda qurban verib. Demirdinizmi bütün şəhidlər bizim balamızdır. Sizin balanızı təhqir edirlər, niyə susursunuz? Cəmiyyət bu cəzanı kəsənə qədər, dövlət məsələni həll etməlidir. Bu məsələyə laqeyd yanaşıldı. O gənc tapılıb DTX-ya çağrılmalı idi, bu birbaşa dövlətin təhlükəsizlik məsələsidir. Bəlkə də həmin gənc bilmədən edib. Ancaq ölkəmizdə bu fakt da var ki, bəzi gənclər müəyyən ünsürlərin, erməniyə qardaş deyən, onlara düşmən kimi yanaşmayan loyal şəxslərin təsiri altındadırlar. Bu çox böyük təhlükə yarada bilər. O uşağı vurub öldürsəydilər, necə olacaqdı?

Mən döyülmə hadisəsini pisləmirəm, düz ediblər. Şəhid anasını da haqlı sayıram, şəhidin anası həmişə haqlıdır. Bu məsələdə günahkar dövlətin bu məsələni həll etməli olan məmurlarıdır, Milli Məclis, DİN, Baş Prokurorluq buna ciddi yanaşmalıdır. Hər məsələdə dövlət başçısının tapşırığını gözləmək olmaz. Xudayar 44 günlük vətən müharibəsinin simvoludur. Onu lağ obyektinə çevirmək nə deməkdir, kim deyə bilər ki, bu planlı deyil? Bəlkə də həmin gənci yönəldirlər. DTX bu işlə məşğul olmalıdır”.

Milli Məclisin deputatı Vahid Əhmədov da vurğuladı ki, müvafiq qanunlara şəhidlərin toxunulmazlığı ilə bağlı əlavələr edilməlidir: “Şəhidlərimizlə bağlı məsələlərdə qanuna müəyyən dəyişikliklər edilməsi mümkündür. Son hadisələr göstərdi ki, bəzi insanlar hələ də şəhidlik zirvəsinin nə demək olduğunu başa düşmək istəmirlər. Onlar toxunulmazdır, onlar haqqında yalnız xoş sözlər demək olar. Xudayar Yusifzadəyə qarşı edilən hərəkət yolverilməzdir, heç bir şəhidə qarşı bu cür davranışa yol verilməməlidir. Qanun layihələrinə baxmaq lazımdır ki, görək hansı qanuna əlavə etmək mümkündür. Şəhidlər də bayraq kimi, himn kimi toxunulmaz olmalıdır”.

Deputat Məlahət İbrahimqızı isə qanunvericilikdə müvafiq əlavələri mümkün saysa da, cəmiyyətdə bütövlükdə şəhidlərə və qazilərə qarşı hörmətin yüksək səviyyədə olduğunu, baş verənlərin isə nadir hadisə olduğunu bildirib: “Azərbaycan xalqının müqəddəs dəyərləri içində şəhid və qazilərimiz də yer alır, ana necə müqəddəsdirsə, şəhid də o cür müqəddəsdir. Bizim uzun əsrlik tariximizdə, mədəniyyətimizdə, dinimizdə şəhidlik müqəddəsdir. Qurani-Kərimdə şəhidə Allah-Təala yüksək qiymət verirsə, bu haqda başqa nə demək olar. Anaya hörmət qanunla tənzimlənmədiyi kimi, bu məsələdə də qanun ikinci dərəcəlidir. Xalqımızın mədəniyyətində elə yazılmamış qanunlar var ki, parlament qanunlarından daha gözəl işləyir. Lakin bu da faktdır ki, müəyyən insanlar, bəzən məmurlar şəhidlərimizin ailələrinə, analarına qarşı laqeyd davanışlara, kobud hərəkətlərə yol verirlər. Bu heç cür qəbul olunmamalıdır, bu böyük qüsurdur. Şəhidin xanımına, anasına, övladına qarşı kobud davranın insan əxlaqi cəhətdən əlildir. Ancaq ilk növbədə təhlil etmək lazımdır ki, bu faktlar nə qədər çoxdur ki, qanunla tənzimlənməlidir. Bəzən hansısa məsələ ilə bağlı qanun qəbul olunur, işləmə mexanizmi də qurulur, lakin qanun işləmir. Aliment məsələsi ilə bağlı bunu demək olar. Şəhidə qarşı hörmətsizliklə bağlı hüquq-mühafizə orqanlarına şikayət edilsə, onsuz da həmin şəxs məsuliyyətə cəlb olunacaq. Şəhidlik məqamına, onların ailəsinə qarşı hörmətsizlik bütövlükdə Azərbaycan xalqına qarşı hörmətsizlikdir. Qanunvericiliyə bu istiqamətdə əlavə və dəyişikliklərə ehtiyac var. Qətiyyən bu hallara yol verməməliyik. Belə hərəkətlərin cəzası elə sərt olmalıdır ki, bu haqda düşünmək heç kimin ağlına gəlməsin. Necə ki, Türkiyədə Atatürkün toxunulmazlığı o cür qanunla qorunur. Xudayar artıq bizim xalq qəhrəmanımızdır, azərbaycanlı olan şəxs ona qarşı belə hərəkət edə bilməz”.
“Yeni Müsavat”










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Ermənistan “Sülh Şurası”nın işinə könüllü maliyyə yardımı edəcək
Bu gün, 14:34
Ukrayna ordusu Permdəki neft infrastrukturuna yenidən dron zərbəsi endirib
Bu gün, 14:28
Dünyada məcburi və könüllü hərbi xidmət: - Əsgər gedən də var, pulla alan da
Bu gün, 14:19
Sülh prosesi davam edir, amma əsas fərqlər hələ qalır - ŞƏRH
Bu gün, 14:15
“Kəramət kofe də satsa, hamı alacaq” – Meyxanaçı Kərim Abi ilə MÜSAHİBƏ
Bu gün, 14:11
“Nar” beynəlxalq sosial təşəbbüsə tərəfdaş oldu - FOTO
Bu gün, 14:06
Kliniki Tibbi Mərkəzi kim idarə edir? - Direktorsuz qalan xəstəxanalarda vəziyyət necədir?
Bu gün, 13:59
“Ayıb olsun Gülçöhrəyə, qardaşım onu biabır edəcək” - Cəfər Namiq Kamal
Bu gün, 13:56
"Vasif Talıbov və oğlanları həbs edilməlidir” - Naxçıvan MR sabiq Baş nazirinin müavini Təranə Quliyeva
Bu gün, 13:44
Moskva 4 may ərəfəsi İrəvanı sıxır - yeni GƏRGİNLİK
Bu gün, 13:03
"Savalan" yenidən səhnədə: - Novruz Novruzlunun anım gecəsi keçiriləcək
Bu gün, 13:00
“Şahin Mustafayevi İrəvana səfir göndərmək günahdır” - Hafiz Hacıyev
Bu gün, 12:57
“Ağdamda xəstəxanada çalışmaq istəyirəm, stadiona atamın adının verilməsi ən böyük arzumuzdur”
Bu gün, 12:47
İran limanlarının blokadası Fars körfəzində vəziyyəti gərginləşdirəcək - Pezeşkian
Bu gün, 12:42
"Valideynlər olaraq susmaq niyyətində deyilik" - ETİRAZ VAR...
Bu gün, 12:41
Paytaxtın bu rayonlarında binalar təmir olunacaq – 25 milyon manat ayrıldı
Bu gün, 12:34
Mayda əfv olsa, Rəşad Dağlı azadlığa çıxa bilər - AÇIQLAMA
Bu gün, 12:27
Xüsusi Təyinatlı Qüvvələrin Komandanı Əfsanəvi Kəşfiyyatçı, Şəhid kapitan Mühüd Orucovun məzarını və ailəsini ziyarət edib
Bu gün, 12:19
Rusiyadan Xəzərlə bağlı açıqlama: - Etiraf etməyə məcburuq ki, İrana hücum...
Bu gün, 12:16
Paşinyan üçün SEÇKİQABAĞI MƏSLƏHƏT... - Bu sualları rəqiblərinə ünvanlasın...
Bu gün, 12:09
“Hafka” ilə Qurban Qurbanov bir arada –FOTO
Bu gün, 12:02
Azərbaycanlı sahibkar otel kompleksini 265 milyona satışa çıxardı - TƏFƏRRÜAT
Bu gün, 11:58
Dəhşətli ssenari: Əvvəl karantin, indi də müharibə və qiymətlər - "The Wall Street Journal"
Bu gün, 11:55
Bir kilometr üçün eyni QİYMƏT – Velo, yoxsa taksi daha sərfəlidir?
Bu gün, 11:52
SOCAR-dan QHT-lərə Dövlət Dəstəyi Agentliyinə UZANAN ƏL... - Qrant qazanmağın daha bir yolu/FOTOLAR
Bu gün, 11:46
İrandan sonra... - Qafqaz uğrunda mübarizə: İKİNCİ CƏBHƏ
Bu gün, 11:38
Bu il Avropa ölkələrinin “iqtisadi gücü” nə qədər olacaq? - SİYAHI
Bu gün, 11:30
Ərdoğan Ermənistana dəvət olundu
Bu gün, 11:27
Psixatriya Xəstəxanasında meyit tapıldı
Bu gün, 11:22
Ermənistanın keçmiş müdafiə nazirinin müavininə qarşı antikorrupsiya ittihamı irəli sürülüb - "Hraparak"
Bu gün, 11:18
Azərbaycan Mərkəzi Bankı "Kredaqro" BOKT-un vəzifəli şəxsini cərimələyib
Bu gün, 11:14
Ermənistan Təhlükəsizlik Xidmətində Qarabağ bölməsi yaradılıb? – İDDİA
Bu gün, 11:12
“Arvadla doğuşa girən kişi nəyə lazım?” – Rəşid Mahmudov gənc ataları “TOPA TUTDU”
Bu gün, 11:05
“Hansısa harınlamış ad gününə aktyoru çağırır ki, onu əyləndirsin, o oğlanı tapmaq istəyirəm”
Bu gün, 11:01
"Bank of Baku"nun rüşvət alan eks-əməkdaşı həbsdə qaldı – QƏRAR
Bu gün, 10:56
Siyavuş Novruzovdan daha az müxalif olan müxalif deputatımız - Orxan Saffari yazır...
Bu gün, 10:54
Rusiya və Çin bu meydanda rəqibdirlər... - GƏLİŞMƏ
Bu gün, 10:53
Səfər Mehdiyevin köməkçisi Azərbaycanı Avropa Məhkəməsinə şikayət edib - BUNA GÖRƏ...
Bu gün, 10:49
Köçəryan mübarizəyə başlamamış məğlubiyyətlə razılaşdı - “İravunk”
Bu gün, 10:43
Naxçıvanda müəllimlərə OT YOLDURURLAR... - Hər həftə şənbə günü...
Bu gün, 10:37
“Bakıtikişsənaye” səhmdarlarına dividend ödəyəcək
Bu gün, 10:32
Azərbaycandan tranzit keçməklə Ermənistana taxıl və gübrə göndəriləcək
Bu gün, 10:25
“Azəraqrar” şəhid ailəsinin “dərisini soyur” – Dəhşətli mənimsəməni kim edib?
Bu gün, 10:22
Məhkəmə müştərinin borcunu qohumlara açıqlayan bankı cəzalandırdı - QƏRAR
Bu gün, 10:14
Bakı və İrəvan arasında yeni sabitlik mərhələsi - İNCƏLƏMƏ
Bu gün, 10:13
Azərbaycan şirkəti könüllü ləğv ediləcək
Bu gün, 10:11
TBNM Assosiasiyasının yeni baş katibi təyin edilib
Bu gün, 10:07
Balaş Qasımov İTV-də QALASI OLDU... - "Bu, şayiədir, qeyri-ciddi məlumatdır"
Bu gün, 10:03
İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi auditor seçib
Bu gün, 09:58
Aktrisa Gülçöhrə Abdullayeva kimin qurbanı olduğunu açıqladı -VİDEO
Bu gün, 09:57
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru