"Məni sənətdən uzaqlaşdırmaq istəyənlər var" .....                     Trampa sui-qəsd cəhdi Amerika xalqının narazılığının ifadəsidir .....                     Dəm qazından zəhərlənən yeniyetmə qız dilənçi imiş: Hər ikisi oğurluq edib .....                     Bakını hədəf alan agent ifşa edildi: .....                     Putin müharibəyə hazırlaşır: .....                     Gəncədə 42 yaşlı kişidən evdə tək olan qıza qarşı cinayət: "Nəfəs ala bilmədim" .....                     ABŞ-nin Hörmüz boğazında çöküşündən sonra yeni fəsil başlayır .....                     “Agrarco” MMC-nin ixrac gəlirləri "partlayıb" .....                     Elton Rəşad Dağlıya görə bu addımı atdı .....                     Manatın real məzənnəsi dollar qarşısında möhkəmlənib, digər valyutalar qarşısında zəifləyib .....                     Ermənistan “Sülh Şurası”nın işinə könüllü maliyyə yardımı edəcək .....                     Ukrayna ordusu Permdəki neft infrastrukturuna yenidən dron zərbəsi endirib .....                     Dünyada məcburi və könüllü hərbi xidmət: .....                     Sülh prosesi davam edir, amma əsas fərqlər hələ qalır .....                     “Kəramət kofe də satsa, hamı alacaq” .....                     “Nar” beynəlxalq sosial təşəbbüsə tərəfdaş oldu .....                     Kliniki Tibbi Mərkəzi kim idarə edir? .....                     “Ayıb olsun Gülçöhrəyə, qardaşım onu biabır edəcək” .....                     "Vasif Talıbov və oğlanları həbs edilməlidir” .....                     Moskva 4 may ərəfəsi İrəvanı sıxır .....                     "Savalan" yenidən səhnədə: .....                     “Şahin Mustafayevi İrəvana səfir göndərmək günahdır” .....                     “Ağdamda xəstəxanada çalışmaq istəyirəm, stadiona atamın adının verilməsi ən böyük arzumuzdur” .....                     İran limanlarının blokadası Fars körfəzində vəziyyəti gərginləşdirəcək .....                     "Valideynlər olaraq susmaq niyyətində deyilik" .....                     Paytaxtın bu rayonlarında binalar təmir olunacaq .....                     Mayda əfv olsa, Rəşad Dağlı azadlığa çıxa bilər .....                     Xüsusi Təyinatlı Qüvvələrin Komandanı Əfsanəvi Kəşfiyyatçı, Şəhid kapitan Mühüd Orucovun məzarını və ailəsini ziyarət edib .....                     Rusiyadan Xəzərlə bağlı açıqlama: .....                     Paşinyan üçün SEÇKİQABAĞI MƏSLƏHƏT... .....                     “Hafka” ilə Qurban Qurbanov bir arada .....                     Azərbaycanlı sahibkar otel kompleksini 265 milyona satışa çıxardı .....                     Dəhşətli ssenari: Əvvəl karantin, indi də müharibə və qiymətlər .....                     Bir kilometr üçün eyni QİYMƏT .....                     SOCAR-dan QHT-lərə Dövlət Dəstəyi Agentliyinə UZANAN ƏL... .....                     İrandan sonra... .....                     Bu il Avropa ölkələrinin “iqtisadi gücü” nə qədər olacaq? .....                     Ərdoğan Ermənistana dəvət olundu .....                     Psixatriya Xəstəxanasında meyit tapıldı .....                     Ermənistanın keçmiş müdafiə nazirinin müavininə qarşı antikorrupsiya ittihamı irəli sürülüb .....                 

"Ədalətin bərqərar olması Azərbaycan dövləti 3 min şəhid verəndən sonramı yada düşdü?" - ETİRAZ
Tarix: 29-04-2021, 08:44 | Çap et
"Ədalətin bərqərar olması Azərbaycan dövləti 3 min şəhid verəndən sonramı yada düşdü?"
Azərbaycanın Vətən müharibəsində qələbəsinin simvollarından biri olan Hərbi Qənimətlər Parkı, orada işğalçı Ermənistan ordusunun məhv edilən hərbi texnikalarının, işğalçı erməni hərbçilərinin əşyalarının yerləşdirilməsi Avropa və Qərbdəki bir sıra ermənipərəst dairələrin yuxusuna haram qatıb. İndi də Azərbaycana qarşı bu məsələdən sui-istifadə cəhdləri müşahidə olunur. Belə hiyləgər bir iddia ortaya qoyurlar ki, Hərbi Qənimətlər Parkı Azərbaycanla Ermənistan arasında sülhə mane olur. Qərb indi də bu “arqumentlə” Azərbaycana təsir etməyə çalışır. Və buradakı agentura şəbəkəsini bu ideyanın üstünə salıb. Hətta Avropa Şurasının İnsan Hüquqları üzrə komissarı Dünya Miyatoviç Azərbaycanın Hərbi Qənimətlər Parkından narahatlığını dilə gətirib və deyib ki, bu məsələ sülhə zərər vurur.

Bəs o zaman bizim də verəcəyimiz suallar meydana gəlir. Niyə Avropa ölkələri eyni muzeylər yaradıblar? İllərdir torpağımızı işğalda saxlayanda ermənilər sülhə zərər vurmurdular?

AĞ Partiyanın sədri Tural Abbaslı bildirdi ki, Hərbi Qənimətlər Parkı Azərbaycanın daxili işidir, kənardan kimsənin buna irad bildirməsi, qarışması yolverilməzdir: “Ümumiyyətlə, Azərbaycan artıq Qarabağ məsələsini tamamilə öz daxili məsələsi elan eləməlidir. Burada beynəlxalq təşkilatların və hansısa digər dövlətlərin müdaxiləsi minimuma endirilməlidir. Bu məsələdə tərəflər Azərbaycan və Ermənistandır. Uzağı Rusiya və Türkiyə də proseslərdə hansısa formada iştirak edə bilərlər. Heç bir kənar dövlətin, beynəlxalq təşkilatın işi deyil ki, biz Hərbi Qənimətlər Parkını nə üçün yaratmışıq.

Bu məsələ bizim öz daxili işimizdir. O park bizim şəhidlərimizin qanı hesabına qazanılan qələbənin simvoludur. Kimsə bizə bu barədə ağıl verə bilməz. Bütün Avropa ölkələrində faşizm əleyhinə muzeylər var. Həmin muzeylər, oradakı eksponatlar Almaniya ilə Fransanın, Almaniya ilə Belçikanın, Almaniya ilə Hollandiyanın sülh içində yaşamağına mane olur? Olmur. Yəni Hərbi Qənimətlər Parkı və orada faşist ermənilərin sıradan çıxarılmış hərbi texnikalarının nümayişinin Ermənistanla sülhə mane olduğu barədə iddialar absurd, cəfəng iddialardır. Azərbaycan ona qarşı olan aqressiyanı, işğalı öz gücünə aradan qaldırıb və ordusunun qələbəsini simvolizə eləyən muzey-park açıb. Əgər kimsə bunu sülhə mane olan amil kimi görürsə, bu, onun problemidir”.

T.Abbbaslı qeyd etdi ki, bizə irad tutanlar özləri 30 ilə yaxın işğal dövründə işğala son qoyulması üçün Ermənistana hansısa təzyiqlər etməyiblər: “Onlar Ermənistanın işğalçılığının bölgədə sülhə zərbə vurduğunu bəyan ediblərmi?! Bütün bunları etməyənlərin xüsusilə heç bir haqqı yoxdur indi Azərbaycanın qələbəsinin simvollarından biri olan Hərbi Qənimətlər Parkının sülhə zərər vurduğu cəfəngiyyatını dilə gətirməyə. Azərbaycan sözügedən parkla bağlı kənardan irəli sürülən cəfəng iddialara fikir verməməlidir, bütün ərazisində öz suverenliyini təmin eləmək işində qətiyyətli, davamlı olmalıdır. Digər tərəfdən, Avropadan kimlərsə Azərbaycanın Hərbi Qənimətlər Parkının ləğvini istəyir, onda ilk növbədə bütün Avropa ölkələrindəki İkinci Dünya müharibəsində faşizm üzərində qələbəyə aid bütün muzeyləri yığışdırsınlar”.

Gələcək Azərbaycan Partiyasının sədri Ağasif Şakiroğlu isə bildirdi ki, dünyada sözün həqiqi mənasında ikili standartlar hökm sürür. Qərbdən gələn “Hərbi Qənimətlər Parkı sülhə zərbə vurur” bəyanatları, Baydenin qondarma erməni soyqırımı ilə bağlı səsləndirdiyi fikirlər, istərsə də Araik Arutyunyanın Moskva səfəri göstərdi ki, Azərbaycan bu dövlətlərin həmsədir olduğu ATƏT-in Minsk Qrupuna boşuna zaman xərcləyib: “Belə ikili standartların hökm sürdüyü dövlətlərin iştirakı ilə nə torpaq qaytarmaq olar, nə də ədalət bərpa etmək. Hərbi Qənimətlər Parkı ilə bağlı sərsəm açıqlamaların əlbəttə ki, heç bir hüquqi, siyasi, həmçinin mənəvi dayağı yoxdur. Bu tip parklar Avropa dövlətlərindən tutmuş Rusiyaya qədər hər yerdə mövcuddur. Digər tərəfdən də sülhün bərpası, ədalətin bərqərar olması Azərbaycan dövləti 3 min şəhid verəndən sonramı yada düşdü? Olmazdımı ki, bu bəyanatı səsləndirənlər sülhün və ədalətin bərpa edilməsi üçün səslərini zamanında çıxarardılar, işğalçıya yerini göstərərdilər...

Hesab edirəm ki, bütün bunları nəzərə alaraq bu kimi bəyanatları Azərbaycan sözün həqiqi mənasında ciddiyə almamalı, önünə qoyduğu qətiyyətli və prinsipial yolu ilə getməyə davam etməlidir. Bu tip sərsəm, həqiqətdən uzaq bəyanatlara, çıxışlara əhəmiyyət verdik, nəticədə 30 il torpaqlarımız işğalda qaldı".

YAP deputatı Siyavuş Novruzov isə bildirib ki, Avropa Şurasının Komissarının paytaxt Bakıda Hərbi Qənimətlər Parkının açılışını “təəssüflə qarşılaması” absurddur. Ümumiyyətlə, Ermənistanın Azərbaycan ərazilərini uzun müddət işğal altında saxlamasına, bu terrorçu dövlətin dəhşətli müharibə cinayətlərinə göz yumanların ermənilərin acınacaqlı məğlubiyyətinin göstəricisi olan parkın yaradılmasını hüznlə, təəssüflə qarşılamaları riyakarlıqdır: “Bu, həm də işğalçılığa, təcavüzkar siyasətə, separatizmə dəstək ifadə etməkdir. Ayrıca, dünyanın bir sıra ölkələrində qələbə simvolu olan hərbi muzeylər və qənimətlər parkı mövcuddur. Məgər Dünya Miyatoviçin dünyadan xəbəri yoxdur? O, dünya təcrübəsi ilə tanış deyil?! Azərbaycanın qələbəsinin, tarixi ədaləti bərpa etməsinin simvolu olan Hərbi Qənimətlər Parkının yaradılmasından əsassız narahatlıq keçirən Avropa Şurasının Komissarı faşist Qaregin Njdeyə Ermənistanda Serj Sərkisyanın hakimiyyəti dövründə abidə ucadılmasına, terrorçu və cinayətkarın ”qəhrəmanlaşdırılması"na nə üçün hər hansı bir reaksiya verməyib?!

Görünən odur ki, Avropa Şurasının Komissarı 26 Bakı komissarı ilə eyni düşüncələri bölüşür. Şübhəsiz ki, onun qərəzli, ikili standartlara əsaslanan mövqeyi qəbuledilməzdir. Bu yanaşma Azərbaycan cəmiyyəti, o cümlədən haqq-ədalət tərəfdarları tərəfindən ikrah hissi ilə qarşılanır".
“Yeni Müsavat”










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Məni sənətdən uzaqlaşdırmaq istəyənlər var" – Yusif Mustafayev SÜKUTU POZDU
Bu gün, 15:32
Trampa sui-qəsd cəhdi Amerika xalqının narazılığının ifadəsidir - Professor
Bu gün, 15:29
Dəm qazından zəhərlənən yeniyetmə qız dilənçi imiş: Hər ikisi oğurluq edib - TƏFƏRRÜAT
Bu gün, 15:16
Bakını hədəf alan agent ifşa edildi: - Paşinyanla bağlı SENSASİON plan
Bu gün, 15:14
Putin müharibəyə hazırlaşır: - Bu dəfə kimə qarşı?
Bu gün, 15:12
Gəncədə 42 yaşlı kişidən evdə tək olan qıza qarşı cinayət: "Nəfəs ala bilmədim" - TƏFƏRRÜAT
Bu gün, 15:08
ABŞ-nin Hörmüz boğazında çöküşündən sonra yeni fəsil başlayır - Xamenei
Bu gün, 15:06
“Agrarco” MMC-nin ixrac gəlirləri "partlayıb" - 5 DƏFƏLİK ARTIM
Bu gün, 15:02
Elton Rəşad Dağlıya görə bu addımı atdı
Bu gün, 14:55
Manatın real məzənnəsi dollar qarşısında möhkəmlənib, digər valyutalar qarşısında zəifləyib - SİYAHI
Bu gün, 14:52
Ermənistan “Sülh Şurası”nın işinə könüllü maliyyə yardımı edəcək
Bu gün, 14:34
Ukrayna ordusu Permdəki neft infrastrukturuna yenidən dron zərbəsi endirib
Bu gün, 14:28
Dünyada məcburi və könüllü hərbi xidmət: - Əsgər gedən də var, pulla alan da
Bu gün, 14:19
Sülh prosesi davam edir, amma əsas fərqlər hələ qalır - ŞƏRH
Bu gün, 14:15
“Kəramət kofe də satsa, hamı alacaq” – Meyxanaçı Kərim Abi ilə MÜSAHİBƏ
Bu gün, 14:11
“Nar” beynəlxalq sosial təşəbbüsə tərəfdaş oldu - FOTO
Bu gün, 14:06
Kliniki Tibbi Mərkəzi kim idarə edir? - Direktorsuz qalan xəstəxanalarda vəziyyət necədir?
Bu gün, 13:59
“Ayıb olsun Gülçöhrəyə, qardaşım onu biabır edəcək” - Cəfər Namiq Kamal
Bu gün, 13:56
"Vasif Talıbov və oğlanları həbs edilməlidir” - Naxçıvan MR sabiq Baş nazirinin müavini Təranə Quliyeva
Bu gün, 13:44
Moskva 4 may ərəfəsi İrəvanı sıxır - yeni GƏRGİNLİK
Bu gün, 13:03
"Savalan" yenidən səhnədə: - Novruz Novruzlunun anım gecəsi keçiriləcək
Bu gün, 13:00
“Şahin Mustafayevi İrəvana səfir göndərmək günahdır” - Hafiz Hacıyev
Bu gün, 12:57
“Ağdamda xəstəxanada çalışmaq istəyirəm, stadiona atamın adının verilməsi ən böyük arzumuzdur”
Bu gün, 12:47
İran limanlarının blokadası Fars körfəzində vəziyyəti gərginləşdirəcək - Pezeşkian
Bu gün, 12:42
"Valideynlər olaraq susmaq niyyətində deyilik" - ETİRAZ VAR...
Bu gün, 12:41
Paytaxtın bu rayonlarında binalar təmir olunacaq – 25 milyon manat ayrıldı
Bu gün, 12:34
Mayda əfv olsa, Rəşad Dağlı azadlığa çıxa bilər - AÇIQLAMA
Bu gün, 12:27
Xüsusi Təyinatlı Qüvvələrin Komandanı Əfsanəvi Kəşfiyyatçı, Şəhid kapitan Mühüd Orucovun məzarını və ailəsini ziyarət edib
Bu gün, 12:19
Rusiyadan Xəzərlə bağlı açıqlama: - Etiraf etməyə məcburuq ki, İrana hücum...
Bu gün, 12:16
Paşinyan üçün SEÇKİQABAĞI MƏSLƏHƏT... - Bu sualları rəqiblərinə ünvanlasın...
Bu gün, 12:09
“Hafka” ilə Qurban Qurbanov bir arada –FOTO
Bu gün, 12:02
Azərbaycanlı sahibkar otel kompleksini 265 milyona satışa çıxardı - TƏFƏRRÜAT
Bu gün, 11:58
Dəhşətli ssenari: Əvvəl karantin, indi də müharibə və qiymətlər - "The Wall Street Journal"
Bu gün, 11:55
Bir kilometr üçün eyni QİYMƏT – Velo, yoxsa taksi daha sərfəlidir?
Bu gün, 11:52
SOCAR-dan QHT-lərə Dövlət Dəstəyi Agentliyinə UZANAN ƏL... - Qrant qazanmağın daha bir yolu/FOTOLAR
Bu gün, 11:46
İrandan sonra... - Qafqaz uğrunda mübarizə: İKİNCİ CƏBHƏ
Bu gün, 11:38
Bu il Avropa ölkələrinin “iqtisadi gücü” nə qədər olacaq? - SİYAHI
Bu gün, 11:30
Ərdoğan Ermənistana dəvət olundu
Bu gün, 11:27
Psixatriya Xəstəxanasında meyit tapıldı
Bu gün, 11:22
Ermənistanın keçmiş müdafiə nazirinin müavininə qarşı antikorrupsiya ittihamı irəli sürülüb - "Hraparak"
Bu gün, 11:18
Azərbaycan Mərkəzi Bankı "Kredaqro" BOKT-un vəzifəli şəxsini cərimələyib
Bu gün, 11:14
Ermənistan Təhlükəsizlik Xidmətində Qarabağ bölməsi yaradılıb? – İDDİA
Bu gün, 11:12
“Arvadla doğuşa girən kişi nəyə lazım?” – Rəşid Mahmudov gənc ataları “TOPA TUTDU”
Bu gün, 11:05
“Hansısa harınlamış ad gününə aktyoru çağırır ki, onu əyləndirsin, o oğlanı tapmaq istəyirəm”
Bu gün, 11:01
"Bank of Baku"nun rüşvət alan eks-əməkdaşı həbsdə qaldı – QƏRAR
Bu gün, 10:56
Siyavuş Novruzovdan daha az müxalif olan müxalif deputatımız - Orxan Saffari yazır...
Bu gün, 10:54
Rusiya və Çin bu meydanda rəqibdirlər... - GƏLİŞMƏ
Bu gün, 10:53
Səfər Mehdiyevin köməkçisi Azərbaycanı Avropa Məhkəməsinə şikayət edib - BUNA GÖRƏ...
Bu gün, 10:49
Köçəryan mübarizəyə başlamamış məğlubiyyətlə razılaşdı - “İravunk”
Bu gün, 10:43
Naxçıvanda müəllimlərə OT YOLDURURLAR... - Hər həftə şənbə günü...
Bu gün, 10:37
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru