"Seçki sistemində dəyişikliklər gözlənilir" -"Qarışıq sistemə keçidə ehtiyac var..."
Tarix: 20-04-2021, 08:48 | Çap et
 Aprelin 19-dan 22-nə kimi keçiriləcək Avropa Şurası Parlament Assambleyasının (AŞPA) sessiyasında Belarusda seçki islahatlarının da geniş müzakirə olunacağı gözlənilir. Bunun fonunda sosial şəbəkələrdə Azərbaycanda da seçki islahatların keçirilməsi zəruriliyi də müzakirə olunmağa başlanıb. Bəs görəsən Azərbaycanda seçki islahatlarına ehtiyac varmı?
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Fəzail Ağamalı "Turan"a bildirib ki, Azərbaycanda seçki qanunvericiliyi kifayət qədər mükəmməldir və zaman-zaman təkmiləşərək müasir səviyyəyə qalxıb.
Lakin deputatın fikrincə, bununla bərabər, praktika göstərir ki, cəmiyyət inkişaf etdikcə onun önə çəkdiyi məsələlərə adekvat addımlar, digər sahələrdəki kimi, seçki qanunvericiliyində də aparılmalıdır: "Məsələn, indiki seçki sistemində bələdiyyə və parlament seçkilərində partiyaların iştirakı üçün hədsiz dərəcədə sənədlərə ehtiyac var. Bu isə partiyalar üçün müəyyən dərəcədə çətinliklər yaradır. Mənə elə gəlir ki, bu, təzələnməlidir".
O qeyd edib ki, son vaxtlar Azərbaycanda proporsional seçki sisteminin tətbiqinə də artıq diqqət yetirilir: "Bu məsələ cəmiyyətdə son vaxtlar müzakirəyə çıxarılıb. Məncə, təkcə proporsional deyil, qarışıq sistemin Azərbaycanda tətbiqi daha məqsədəuyğundur olardı".
F.Ağamalının sözlərinə görə, proporsional seçki sistemi ölkə prezidentinin bu gün aparmış olduğu islahatlarda xüsusi yer alan siyasi islahatlara adekvatdır: "Son parlament seçkilərindən sonra cənab prezident siyasi partiyaların siyasi proseslərdə yeri və rolunu artırmaq üçün yeni konfiqurasiyasının müəllifi kimi çıxış etdi. Təkcə Yeni Azərbaycan Partiyası deyil, parlamentdə təmsil olunan partiyalar parlamentin rəhbərliyində təmsil olundular. Bunun davamı olaraq proporsional sistemin majoritarla bərabər tətbiq olunması faydalı olardı və siyasi partiyaların yeni konfiqurasiyada yerini möhkəmləndirərdi".
Deputat vurğulayıb ki, bu gün Azərbaycan 1995-ci ildə olduğundan fərqli bir demoqrafik göstəricilərə malikdir: "Buna görə də, ayrı-ayrı ekspertlər parlamentdə millət vəkillərinin sayının artırılmasını da önə çəkirlər. Mənə elə gəlir ki, buna da baxmaq olar. Bunun 150-175 civarında və yarısının proporsional, yarısının majoritar sistem ilə müəyyənləşməsi məqsədəuyğun olardı. Bu, Azərbaycan əhalisinin artımına adekvatdır".
F.Ağamalı bildirib ki, seçki sistemində müəyyən dəyişikliklər gözlənilir, lakin bu, Avropa Şurasında hansısa məsələnin qaldırılması ilə bağlı deyil: "Bu, cənab prezidentin apardığı son siyasi islahatların effektivliyini daha da gücləndirmək baxımından önə çəkilən məsələlərdən biridir. Biz yaxın gələcəkdə o məsələlər ətrafında yenidən fikir mübadiləsi aparacağıq. Ola bilsin ki, bu dəyişikliklər olacaq. Bəzi dəyişikliklər konstitusion dəyişikliklərdir - istər seçki sisteminin tətbiqi, istərsə də millət vəkillərinin sayının artırılması. Qalan təkmilləşmələr Milli Məclisin səlahiyyətləri çərçivəsindədir və orada ciddi problem yoxdur".


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Paşinyan “Tramp Marşrutu”nun reallaşması üçün şərti açıqladı
Bu gün, 16:27 |
|
|
|
| • “ABŞ-nin İranla bağlı planları iflasa uğrayıb” – Xamenei
Bu gün, 16:17 |
|
|
|
| • "Oğlan 14 yaşlı qızla hamamda nə edirdi?”
Bu gün, 16:10 |
|
|
|
| • Partlayışda yaralanan həkim görün kim İMİŞ - FOTO
Bu gün, 16:09 |
|
|
|
| • Güləşçilərimiz qalib Azərbaycan xalqını uğurla təmsil ediblər - İsrafil Kərimovun yazısı
Bu gün, 16:04 |
|
|
|
| • AZAL-ın donanmasına daha bir "Airbus A320neo" əlavə olunub - FOTO
Bu gün, 16:00 |
|
|
|
| • Qadını qətlə yetirib, meyitini yolun kənarına atanlarla bağlı QƏRAR
Bu gün, 15:36 |
|
|
|
| • "Məni sənətdən uzaqlaşdırmaq istəyənlər var" – Yusif Mustafayev SÜKUTU POZDU
Bu gün, 15:32 |
|
|
|
| • Trampa sui-qəsd cəhdi Amerika xalqının narazılığının ifadəsidir - Professor
Bu gün, 15:29 |
|
|
|
| • Dəm qazından zəhərlənən yeniyetmə qız dilənçi imiş: Hər ikisi oğurluq edib - TƏFƏRRÜAT
Bu gün, 15:16 |
|
|
|
| • Bakını hədəf alan agent ifşa edildi: - Paşinyanla bağlı SENSASİON plan
Bu gün, 15:14 |
|
|
|
| • Putin müharibəyə hazırlaşır: - Bu dəfə kimə qarşı?
Bu gün, 15:12 |
|
|
|
| • Gəncədə 42 yaşlı kişidən evdə tək olan qıza qarşı cinayət: "Nəfəs ala bilmədim" - TƏFƏRRÜAT
Bu gün, 15:08 |
|
|
|
| • ABŞ-nin Hörmüz boğazında çöküşündən sonra yeni fəsil başlayır - Xamenei
Bu gün, 15:06 |
|
|
|
| • “Agrarco” MMC-nin ixrac gəlirləri "partlayıb" - 5 DƏFƏLİK ARTIM
Bu gün, 15:02 |
|
|
|
| • Elton Rəşad Dağlıya görə bu addımı atdı
Bu gün, 14:55 |
|
|
|
| • Manatın real məzənnəsi dollar qarşısında möhkəmlənib, digər valyutalar qarşısında zəifləyib - SİYAHI
Bu gün, 14:52 |
|
|
|
| • Ermənistan “Sülh Şurası”nın işinə könüllü maliyyə yardımı edəcək
Bu gün, 14:34 |
|
|
|
| • Ukrayna ordusu Permdəki neft infrastrukturuna yenidən dron zərbəsi endirib
Bu gün, 14:28 |
|
|
|
| • Dünyada məcburi və könüllü hərbi xidmət: - Əsgər gedən də var, pulla alan da
Bu gün, 14:19 |
|
|
|
| • Sülh prosesi davam edir, amma əsas fərqlər hələ qalır - ŞƏRH
Bu gün, 14:15 |
|
|
|
| • “Kəramət kofe də satsa, hamı alacaq” – Meyxanaçı Kərim Abi ilə MÜSAHİBƏ
Bu gün, 14:11 |
|
|
|
| • “Nar” beynəlxalq sosial təşəbbüsə tərəfdaş oldu - FOTO
Bu gün, 14:06 |
|
|
|
| • Kliniki Tibbi Mərkəzi kim idarə edir? - Direktorsuz qalan xəstəxanalarda vəziyyət necədir?
Bu gün, 13:59 |
|
|
|
| • “Ayıb olsun Gülçöhrəyə, qardaşım onu biabır edəcək” - Cəfər Namiq Kamal
Bu gün, 13:56 |
|
|
|
| • "Vasif Talıbov və oğlanları həbs edilməlidir” - Naxçıvan MR sabiq Baş nazirinin müavini Təranə Quliyeva
Bu gün, 13:44 |
|
|
|
| • Moskva 4 may ərəfəsi İrəvanı sıxır - yeni GƏRGİNLİK
Bu gün, 13:03 |
|
|
|
| • "Savalan" yenidən səhnədə: - Novruz Novruzlunun anım gecəsi keçiriləcək
Bu gün, 13:00 |
|
|
|
| • “Şahin Mustafayevi İrəvana səfir göndərmək günahdır” - Hafiz Hacıyev
Bu gün, 12:57 |
|
|
|
| • “Ağdamda xəstəxanada çalışmaq istəyirəm, stadiona atamın adının verilməsi ən böyük arzumuzdur”
Bu gün, 12:47 |
|
|
|
| • İran limanlarının blokadası Fars körfəzində vəziyyəti gərginləşdirəcək - Pezeşkian
Bu gün, 12:42 |
|
|
|
| • "Valideynlər olaraq susmaq niyyətində deyilik" - ETİRAZ VAR...
Bu gün, 12:41 |
|
|
|
| • Paytaxtın bu rayonlarında binalar təmir olunacaq – 25 milyon manat ayrıldı
Bu gün, 12:34 |
|
|
|
| • Mayda əfv olsa, Rəşad Dağlı azadlığa çıxa bilər - AÇIQLAMA
Bu gün, 12:27 |
|
|
|
| • Xüsusi Təyinatlı Qüvvələrin Komandanı Əfsanəvi Kəşfiyyatçı, Şəhid kapitan Mühüd Orucovun məzarını və ailəsini ziyarət edib
Bu gün, 12:19 |
|
|
|
| • Rusiyadan Xəzərlə bağlı açıqlama: - Etiraf etməyə məcburuq ki, İrana hücum...
Bu gün, 12:16 |
|
|
|
| • Paşinyan üçün SEÇKİQABAĞI MƏSLƏHƏT... - Bu sualları rəqiblərinə ünvanlasın...
Bu gün, 12:09 |
|
|
|
| • “Hafka” ilə Qurban Qurbanov bir arada –FOTO
Bu gün, 12:02 |
|
|
|
| • Azərbaycanlı sahibkar otel kompleksini 265 milyona satışa çıxardı - TƏFƏRRÜAT
Bu gün, 11:58 |
|
|
|
| • Dəhşətli ssenari: Əvvəl karantin, indi də müharibə və qiymətlər - "The Wall Street Journal"
Bu gün, 11:55 |
|
|
|
| • Bir kilometr üçün eyni QİYMƏT – Velo, yoxsa taksi daha sərfəlidir?
Bu gün, 11:52 |
|
|
|
| • SOCAR-dan QHT-lərə Dövlət Dəstəyi Agentliyinə UZANAN ƏL... - Qrant qazanmağın daha bir yolu/FOTOLAR
Bu gün, 11:46 |
|
|
|
| • İrandan sonra... - Qafqaz uğrunda mübarizə: İKİNCİ CƏBHƏ
Bu gün, 11:38 |
|
|
|
| • Bu il Avropa ölkələrinin “iqtisadi gücü” nə qədər olacaq? - SİYAHI
Bu gün, 11:30 |
|
|
|
| • Ərdoğan Ermənistana dəvət olundu
Bu gün, 11:27 |
|
|
|
| • Psixatriya Xəstəxanasında meyit tapıldı
Bu gün, 11:22 |
|
|
|
| • Ermənistanın keçmiş müdafiə nazirinin müavininə qarşı antikorrupsiya ittihamı irəli sürülüb - "Hraparak"
Bu gün, 11:18 |
|
|
|
| • Azərbaycan Mərkəzi Bankı "Kredaqro" BOKT-un vəzifəli şəxsini cərimələyib
Bu gün, 11:14 |
|
|
|
| • Ermənistan Təhlükəsizlik Xidmətində Qarabağ bölməsi yaradılıb? – İDDİA
Bu gün, 11:12 |
|
|
|
| • “Arvadla doğuşa girən kişi nəyə lazım?” – Rəşid Mahmudov gənc ataları “TOPA TUTDU”
Bu gün, 11:05 |
|
|
|
|