Paşinyan “Tramp Marşrutu”nun reallaşması üçün şərti açıqladı .....                     “ABŞ-nin İranla bağlı planları iflasa uğrayıb” .....                     "Oğlan 14 yaşlı qızla hamamda nə edirdi?” .....                     Partlayışda yaralanan həkim görün kim İMİŞ .....                     Güləşçilərimiz qalib Azərbaycan xalqını uğurla təmsil ediblər .....                     AZAL-ın donanmasına daha bir "Airbus A320neo" əlavə olunub .....                     Qadını qətlə yetirib, meyitini yolun kənarına atanlarla bağlı .....                     "Məni sənətdən uzaqlaşdırmaq istəyənlər var" .....                     Trampa sui-qəsd cəhdi Amerika xalqının narazılığının ifadəsidir .....                     Dəm qazından zəhərlənən yeniyetmə qız dilənçi imiş: Hər ikisi oğurluq edib .....                     Bakını hədəf alan agent ifşa edildi: .....                     Putin müharibəyə hazırlaşır: .....                     Gəncədə 42 yaşlı kişidən evdə tək olan qıza qarşı cinayət: "Nəfəs ala bilmədim" .....                     ABŞ-nin Hörmüz boğazında çöküşündən sonra yeni fəsil başlayır .....                     “Agrarco” MMC-nin ixrac gəlirləri "partlayıb" .....                     Elton Rəşad Dağlıya görə bu addımı atdı .....                     Manatın real məzənnəsi dollar qarşısında möhkəmlənib, digər valyutalar qarşısında zəifləyib .....                     Ermənistan “Sülh Şurası”nın işinə könüllü maliyyə yardımı edəcək .....                     Ukrayna ordusu Permdəki neft infrastrukturuna yenidən dron zərbəsi endirib .....                     Dünyada məcburi və könüllü hərbi xidmət: .....                     Sülh prosesi davam edir, amma əsas fərqlər hələ qalır .....                     “Kəramət kofe də satsa, hamı alacaq” .....                     “Nar” beynəlxalq sosial təşəbbüsə tərəfdaş oldu .....                     Kliniki Tibbi Mərkəzi kim idarə edir? .....                     “Ayıb olsun Gülçöhrəyə, qardaşım onu biabır edəcək” .....                     "Vasif Talıbov və oğlanları həbs edilməlidir” .....                     Moskva 4 may ərəfəsi İrəvanı sıxır .....                     "Savalan" yenidən səhnədə: .....                     “Şahin Mustafayevi İrəvana səfir göndərmək günahdır” .....                     “Ağdamda xəstəxanada çalışmaq istəyirəm, stadiona atamın adının verilməsi ən böyük arzumuzdur” .....                     İran limanlarının blokadası Fars körfəzində vəziyyəti gərginləşdirəcək .....                     "Valideynlər olaraq susmaq niyyətində deyilik" .....                     Paytaxtın bu rayonlarında binalar təmir olunacaq .....                     Mayda əfv olsa, Rəşad Dağlı azadlığa çıxa bilər .....                     Xüsusi Təyinatlı Qüvvələrin Komandanı Əfsanəvi Kəşfiyyatçı, Şəhid kapitan Mühüd Orucovun məzarını və ailəsini ziyarət edib .....                     Rusiyadan Xəzərlə bağlı açıqlama: .....                     Paşinyan üçün SEÇKİQABAĞI MƏSLƏHƏT... .....                     “Hafka” ilə Qurban Qurbanov bir arada .....                     Azərbaycanlı sahibkar otel kompleksini 265 milyona satışa çıxardı .....                     Dəhşətli ssenari: Əvvəl karantin, indi də müharibə və qiymətlər .....                 

"Şəxsən mən konstruktiv bir dialoqdan hər hansı bir nəticəni əldə etməyin tərəfdarıyam" - QALMAQAL
Tarix: 16-04-2021, 08:53 | Çap et
"Şəxsən mən konstruktiv bir dialoqdan hər hansı bir nəticəni əldə etməyin tərəfdarıyam"
Bu ilin fevral ayında 30-u professor olmaqla, 100-dən çox alim, incəsənət xadimi, ümumilikdə mindən artıq ziyalı Prezident Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh xanım Əliyevaya müraciət edərək Bakının əcnəbi dillərin “işğalından” azad edilməsinə yardım etməsini xahiş etmişdi. Həmin müraciət Bakı Şəhər İcra Hakimiyyətinə göndərilib. Amma Bakı Şəhər İcra Hakimiyyəti və Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin əməkdaşlarından ibarət komissiya problemin həlli istiqamətində heç bir addım atmadığı üçün müraciəti imzalayan ziyalıların nümayəndələri Prezident Administrasiyasına yenidən müraciət edərək humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh Əliyeva ilə görüşmək istədiklərini bildiriblər.

Müraciət edən ziyalılar qeyd edib ki, bundan əvvəl sonuncu dəfə fevral ayının 21-də edilən müraciətdən sonra mart ayının 17-də BŞİH və Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin (ADRA) nümayəndələri bizimlə paytaxtın Rəsulzadə küçəsində monitorinq keçirib. Lakin monitorinq zamanı aşkarlanan pozuntular aradan qaldırılmayıb.

Müraciətdən sitat: “Rəsulzadə küçəsində 42 ticarət və xidmət obyektindən 40-da Azərbaycan dilindən istifadə edilməyib. ADRA nümayəndələri sahibkarlıq subyektlərindən problemi aradan qaldırmaq, ”Azərbaycan Respublikasında dövlət dili haqqında" AR Qanununa (maddə 7.1.) əməl edilməsini tələb etmək əvəzinə, bütün bu pozuntuların qanuni olduğunu izah etməyə çalışdılar. Məlum oldu ki, bu strukturun əməkdaşları bəlli qanun pozuntularını aradan qaldırmaq üçün heç bir tədbir görmək niyyətində deyillər".

Müraciəti Bakı Dövlət Universiteti, “Ərəb filologiyası” kafedrası, professor Aida Qasımova, AMEA-nın müxbir üzvü, Asiya Fəlsəfə Assosiasiyasının vitse-prezidenti Könül Bünyadzadə və “Filoloji Araşdırmalar və Dil Monitorinqi Mərkəzi” İctimai Birliyinin sədri Vasif Sadıqlı imzalayıb.

“Yeni Müsavat” olaraq, məsələ ilə bağlı Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin (ADRA) mövqeyinin öyrənməyə çalışsaq da, cəhdlərimiz boşa çıxdı.

Bakı Şəhər İcra Hakimiyyətindən isə bildirildi ki, bir müddət bundan əvvəl müraciət edənlərlə birgə komissiya yaradılıb, reydlər keçirilib: “Bizə olunan müraciətlə bağlı görüş keçirilib və Reklam Agentliyinin də daxil olduğu birgə komissiya yaradılıb. Novruz bayramından sonra komissiya müraciət edən ziyalılarla birlikdə Bakının müəyyən küçələrində keçirilən reydlərdə olub. Reydlər zamanı ayrı-ayrı ticarət mərkəzlərinin rəhbərləri ilə söhbətlər də aparılıb”.

Bundan öncəki müraciətlərdə iştirak etmiş, BDU-nun professoru, filologiya elmləri doktoru, teletənqidçi Qulu Məhərrəmli “Yeni Müsavat”a danışıb. Professor qeyd edib ki, ana dilində gedən bir sıra zərərli tendensiyaların qarşısının alınması üçün ziyalıların, jurnalistlərin apardığı işlər çox müsbət haldır: “Ona görə ki, bütün hallarda dil psixoloji, sosial baxımdan bir toplumun səsidir, onun varlığının ifadəçisidir. Bu baxımdan dil nöqsanları ilə bağlı istər televiziya-radiolarda, istərsə də xəbər saytlarında özünü göstərən dil nöqsanlarına kəskin reaksiyaların verilməsini çox normal qarşılayıram.

O ki qaldı Bakı küçələrində reklam və elanların yad dillərdə çoxalması, bunun özü də artıq bir neçə ildir ki, bariz şəkildə özünü göstərir. Ona görə də ziyalılar həm Bakı Şəhər İcra Hakimiyyətinə, eyni zamanda Dövlət Reklam Agentliyinə müraciət etdilər. Bakı Şəhər İcra Hakimiyyəti ilk müraciətin ardından ziyalıları dəvət etdi, görüş keçirdi. Həmin görüşdə mən də iştirak etmişdim. Deyim ki, çox səmərəli və ümidverici söhbətlər oldu. Fikrimcə, Bakı Şəhər İcra Hakimiyyəti ilə həmin dialoqu davam etdirmək lazımdır. Çünki həmin nöqsanlar birbaşa şəhər idarəçiliyi, reklamların idarə olunması, bu iş üzrə ixtisaslaşmış Reklam Agentliyi ilə bağlıdır. Fikrimcə, Reklam Agentliyinin də ciddi arqumentləri var ki, niyə bu reklamlar əcnəbi dillərdə yazılır. Bildiyiniz kimi, brendlər, beynəlxalq biznes şirkətlərinin adları, ticarət mərkəzlərinin öz istəkləri var və sairə. Düşünürəm ki, onlarla bir ortaq məxrəcə gəlmək mümkündür ki, həmin adlar həm xarici dildə, həm də ondan heç də ölçü etibarı ilə kiçik olmayan Azərbaycan dilində də yazılsın. Bəzən hansısa şirkətin önündən keçəndə görürük ki, orada ingilis dilində bir lövhə görürük. İngilis dilini anlayan onu başa düşür, amma hansısa şəhər sakini həmin sözün tərcüməsini bilmək istəyərsə, gərək yanında lüğət gəzdirsin. Bu baxımdan dövlət dili haqqında qanunun tələblərinə əməl olunmalıdır".

Qulu Məhərrəmli qeyd edib ki, bu cür məsələlərdə intensiv, çoxlu sayda şikayətlərin olunmasının tərəfdarı deyil: “Şəxsən mən konstruktiv bir dialoqdan hər hansı bir nəticəni əldə etməyin tərəfdarıyam. Ona görə də hesab edirəm ki, bizim ziyalıların dövlət qurumları ilə dialoqu davam etməlidir. Çünki ana dili onlar üçün də milli sərvətdir. Ona görə də bu məsələdə həm dövlət qurumlarının, həm də cəmiyyətin ortaq məxrəcə gəlməsi çox önəmlidir. Müstəqillik illərində dilin inkişafı, ana dilinin saflığının qorunması ilə bağlı 20-dən çox sənəd imzalanıb, həmçinin dil haqqında xüsusi qanun var. Ana dilinin qloballaşma şəraitində işlənməsi ilə bağlı dövlət proqramı mövcuddur. Sonuncusu 2018-ci ilin noyabrında ölkə Prezidentinin imzaladığı sərəncamdır. Həmin sərəncamda Azərbaycan dilinin yad təsirlərdən qorunması ilə bağlı xüsusi müddəalar var. Bu müddəalara əsaslanıb dilimizin keşiyində sayıq dayanmalı, siyasi mövqeyindən, ictimai düşüncəsindən asılı olmayaraq hər kəs ana dilinin statusuna hörmətlə yanaşmalı, birgə addımlar atmalıdır”.

Xatırladaq ki, ötən il də xeyli sayda ziyalı Bakının əcnəbi dillərin “işğalından” azad edilməsi ilə bağlı Azərbaycan Yazıçılar Birliyinin sədri, Dövlət Dil Komissiyasının sədr müavini Anar Rzayevə, Azərbaycan Respublikası Milli Məclisinin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayevaya, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizova, yüzdən artıq millət vəkilinə müraciətlər etmişdi.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Paşinyan “Tramp Marşrutu”nun reallaşması üçün şərti açıqladı
Bu gün, 16:27
“ABŞ-nin İranla bağlı planları iflasa uğrayıb” – Xamenei
Bu gün, 16:17
"Oğlan 14 yaşlı qızla hamamda nə edirdi?”
Bu gün, 16:10
Partlayışda yaralanan həkim görün kim İMİŞ - FOTO
Bu gün, 16:09
Güləşçilərimiz qalib Azərbaycan xalqını uğurla təmsil ediblər - İsrafil Kərimovun yazısı
Bu gün, 16:04
AZAL-ın donanmasına daha bir "Airbus A320neo" əlavə olunub - FOTO
Bu gün, 16:00
Qadını qətlə yetirib, meyitini yolun kənarına atanlarla bağlı QƏRAR
Bu gün, 15:36
"Məni sənətdən uzaqlaşdırmaq istəyənlər var" – Yusif Mustafayev SÜKUTU POZDU
Bu gün, 15:32
Trampa sui-qəsd cəhdi Amerika xalqının narazılığının ifadəsidir - Professor
Bu gün, 15:29
Dəm qazından zəhərlənən yeniyetmə qız dilənçi imiş: Hər ikisi oğurluq edib - TƏFƏRRÜAT
Bu gün, 15:16
Bakını hədəf alan agent ifşa edildi: - Paşinyanla bağlı SENSASİON plan
Bu gün, 15:14
Putin müharibəyə hazırlaşır: - Bu dəfə kimə qarşı?
Bu gün, 15:12
Gəncədə 42 yaşlı kişidən evdə tək olan qıza qarşı cinayət: "Nəfəs ala bilmədim" - TƏFƏRRÜAT
Bu gün, 15:08
ABŞ-nin Hörmüz boğazında çöküşündən sonra yeni fəsil başlayır - Xamenei
Bu gün, 15:06
“Agrarco” MMC-nin ixrac gəlirləri "partlayıb" - 5 DƏFƏLİK ARTIM
Bu gün, 15:02
Elton Rəşad Dağlıya görə bu addımı atdı
Bu gün, 14:55
Manatın real məzənnəsi dollar qarşısında möhkəmlənib, digər valyutalar qarşısında zəifləyib - SİYAHI
Bu gün, 14:52
Ermənistan “Sülh Şurası”nın işinə könüllü maliyyə yardımı edəcək
Bu gün, 14:34
Ukrayna ordusu Permdəki neft infrastrukturuna yenidən dron zərbəsi endirib
Bu gün, 14:28
Dünyada məcburi və könüllü hərbi xidmət: - Əsgər gedən də var, pulla alan da
Bu gün, 14:19
Sülh prosesi davam edir, amma əsas fərqlər hələ qalır - ŞƏRH
Bu gün, 14:15
“Kəramət kofe də satsa, hamı alacaq” – Meyxanaçı Kərim Abi ilə MÜSAHİBƏ
Bu gün, 14:11
“Nar” beynəlxalq sosial təşəbbüsə tərəfdaş oldu - FOTO
Bu gün, 14:06
Kliniki Tibbi Mərkəzi kim idarə edir? - Direktorsuz qalan xəstəxanalarda vəziyyət necədir?
Bu gün, 13:59
“Ayıb olsun Gülçöhrəyə, qardaşım onu biabır edəcək” - Cəfər Namiq Kamal
Bu gün, 13:56
"Vasif Talıbov və oğlanları həbs edilməlidir” - Naxçıvan MR sabiq Baş nazirinin müavini Təranə Quliyeva
Bu gün, 13:44
Moskva 4 may ərəfəsi İrəvanı sıxır - yeni GƏRGİNLİK
Bu gün, 13:03
"Savalan" yenidən səhnədə: - Novruz Novruzlunun anım gecəsi keçiriləcək
Bu gün, 13:00
“Şahin Mustafayevi İrəvana səfir göndərmək günahdır” - Hafiz Hacıyev
Bu gün, 12:57
“Ağdamda xəstəxanada çalışmaq istəyirəm, stadiona atamın adının verilməsi ən böyük arzumuzdur”
Bu gün, 12:47
İran limanlarının blokadası Fars körfəzində vəziyyəti gərginləşdirəcək - Pezeşkian
Bu gün, 12:42
"Valideynlər olaraq susmaq niyyətində deyilik" - ETİRAZ VAR...
Bu gün, 12:41
Paytaxtın bu rayonlarında binalar təmir olunacaq – 25 milyon manat ayrıldı
Bu gün, 12:34
Mayda əfv olsa, Rəşad Dağlı azadlığa çıxa bilər - AÇIQLAMA
Bu gün, 12:27
Xüsusi Təyinatlı Qüvvələrin Komandanı Əfsanəvi Kəşfiyyatçı, Şəhid kapitan Mühüd Orucovun məzarını və ailəsini ziyarət edib
Bu gün, 12:19
Rusiyadan Xəzərlə bağlı açıqlama: - Etiraf etməyə məcburuq ki, İrana hücum...
Bu gün, 12:16
Paşinyan üçün SEÇKİQABAĞI MƏSLƏHƏT... - Bu sualları rəqiblərinə ünvanlasın...
Bu gün, 12:09
“Hafka” ilə Qurban Qurbanov bir arada –FOTO
Bu gün, 12:02
Azərbaycanlı sahibkar otel kompleksini 265 milyona satışa çıxardı - TƏFƏRRÜAT
Bu gün, 11:58
Dəhşətli ssenari: Əvvəl karantin, indi də müharibə və qiymətlər - "The Wall Street Journal"
Bu gün, 11:55
Bir kilometr üçün eyni QİYMƏT – Velo, yoxsa taksi daha sərfəlidir?
Bu gün, 11:52
SOCAR-dan QHT-lərə Dövlət Dəstəyi Agentliyinə UZANAN ƏL... - Qrant qazanmağın daha bir yolu/FOTOLAR
Bu gün, 11:46
İrandan sonra... - Qafqaz uğrunda mübarizə: İKİNCİ CƏBHƏ
Bu gün, 11:38
Bu il Avropa ölkələrinin “iqtisadi gücü” nə qədər olacaq? - SİYAHI
Bu gün, 11:30
Ərdoğan Ermənistana dəvət olundu
Bu gün, 11:27
Psixatriya Xəstəxanasında meyit tapıldı
Bu gün, 11:22
Ermənistanın keçmiş müdafiə nazirinin müavininə qarşı antikorrupsiya ittihamı irəli sürülüb - "Hraparak"
Bu gün, 11:18
Azərbaycan Mərkəzi Bankı "Kredaqro" BOKT-un vəzifəli şəxsini cərimələyib
Bu gün, 11:14
Ermənistan Təhlükəsizlik Xidmətində Qarabağ bölməsi yaradılıb? – İDDİA
Bu gün, 11:12
“Arvadla doğuşa girən kişi nəyə lazım?” – Rəşid Mahmudov gənc ataları “TOPA TUTDU”
Bu gün, 11:05
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru