"Burada xətalar, nöqsanlar, təxribatların da olması mümkündür" - Ayaz Mütəllibov
Tarix: 14-01-2021, 08:55 | Çap et
 “Keçmiş Dağlıq Qarabağ münaqişəsi ətrafındakı son proseslər, Rusiyanın təşəbbüsü ilə keçirilmiş son Moskva görüşü 10 Noyabr üçtərəfli bəyanatıyla bağlı razılaşmaların gerçəkləşməsinə yeni impuls verdi. Bu razılaşma və görüşlər Cənubi Qafqazda regional münasibətlərin keyfiyyətcə yeni bir mərhələsinin əsasını qoymaqdadır. Bütün bunlar regionda qlobal miqyasda da çox əhəmiyyətli olacaq siyasi, iqtisadi, loqistik və s. əlaqələrin qurulacağını düşünməyə əsas verir. Ayrıca bu, Azərbaycan-Rusiya münasibətlərinin müasir geostrateji tələblərə uyğun tamamilə yeni bir fazada inkişafını təmin edir”.
Bu fikirləri Moderator.az-a açıqlamasında Milli Ordumuzun 44 günlük müzəffər savaşından sonra keçmiş dövrdəki siyasi prosesləri, o cümlədən 11 yanvar üçtərəfli Moskva görüşünün nəticələrini dəyərləndirən Azərbaycan Respublikasının ilk Prezidenti Ayaz Mütəllibov ifadə edib.
“Ötən vaxtda Rusiyanın sülhməramlı kontingentinin Qarabağdakı fəaliyyətinə, o cümlədən onların Azərbaycan xalqını narazı salan bəzi davranışlarına, məsələn, Xankəndindəki separatçı kriminal xuntanın tör-töküntüləri ilə görüşlərinə, erməni silahlılarının Azərbaycan torpaqlarından tam şəkildə çıxarılmasını təmin etməmələrinə və s. Sizin münasibətiniz necədir?” sualını isə eks-prezident belə cavablandırıb.
“Gəlin bir az qlobal düşünək. Məsələ ondadır ki, bu günə qədər heç kəs: nə Minsk qrupu, nə də digər qurum və dövlətlər Qarabağ münaqişəsinin tezliklə həllinə, regional münasibətlərin stabilləşməsinə bu dərəcədə təkan verən bir bəyanat imzalamaq, çox ciddi və məsul vəzifələrin həlli üçün razılığa gəlmək məsuliyyətini üzərinə götürməyə cəsarət etməmişdi. 30 il hamı nəyisə gözləyirdi... Nəhayət, Azərbaycanın Ali Baş Komandanının rəhbərliyi ilə şanlı ordumuzun torpaqlarımızın xeyli hissəsinin, xüsusən də Şuşanın Ermənistanın işğalından azad olunmasıyla nəticələnən müzəffər savaşından sonra Rusiyanın bilavasitə vasitəçiliyi ilə imzalanan məlum üçtərəfli 10 Noyabr bəyanat-razılaşması qarşımızda yepyeni bir siyasi-iqtisadi mənzərə açdı. Bütün bunlar şəxsən məndə Qarabağ düyününün bu işə cəlb olunmuş tərəflərin, xüsusən də Rusiyanın və Türkiyənin iştirakıyla tezliklə tamamilə açılaraq regiondakı ölkə və xalqlar üçün yeni üfiqlərin açılmasına gətirib çıxaracağına böyük ümid yaradır...
30 ildən çox qalaqlanmış problemlərin həllinə yönəlmiş bu nəhəng proses boyu baş verən bəzi xəta və yanlışlıqlar səbəbindən dərhal bədbinliyə qapılaraq etirazlara başlamaq praqmatik davranış deyil. Hər hansı arzu və xəyal olunan gözləntilərdən öncə reallıqla hesablaşmaq lazımdır. Reallıq isə ondan ibarətdir ki, Rusiya sülhməramlılarının daxil olduğu Azərbaycan ərazisində on illərlə beyinlərinə “buranın Ermənistan torpağı olması” kimi yanlış düşüncə yeridilmiş adamlar da məskunlaşıb. Və belə bir şəraitdə tərəflər 10 Noyabr bəyanatının maddələrindən irəli gələn vəzifələri yerinə yetirməlidir. Tərəflərdən hər hansı biri məsələləri yalnız özünün bildiyi, istədiyi formada həll edə bilməz. Burada xətalar, nöqsanlar, təxribatların da olması mümkündür. Odur ki, hər şeyi dərhal şişirdib siyasiləşdirmək olmaz. Sadəcə, səbirli və təmkinli olaraq tədricən, addımbaaddım irəli getmək gərəkdir... Əlbəttə, hər tərəfdən narazılar meydana çıxa bilər. Belələrindən soruşmaq lazımdır ki, bəs siz hansı həll yolunu təklif edirsiz, siz bu günədək məsələnin həlli üçün hansı optimal addım atmısız...
Etiraf və qəbul etmək lazımdır ki, Azərbaycan rəhbərliyi, Azərbaycan ordusu 30 il ərzində görülməmiş nəhəng işlərin böyük bir hissəsini qısa müddətdə və çox çevik bir şəkildə həll edib. Odur ki, öncə görülmüş və bundan sonra görüləcək nəhəng işlər fonunda sülhməramlıların da hansısa xəta və yanlışlıqları xırda məsələlərdir... Zaman hər şeyi öz yerinə qoyacaq...
Mən şəxsən görülən işlərə optimist yanaşmışam və indi de belə yanaşıram. Və əminəm ki, regionda münasibətlərin hərtərəfli inkişafına yönəlmiş bu yolun alternativi yoxdur...”- deyə sabiq dövlət başçısı fikrin tamamlayıb.


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • “Sabah” futbol klubu ilk dəfə Azərbaycan çempionu olub
Dünən, 22:17 |
|
|
|
| • İbad Hüseynli Xankəndidə restoran açır - ÖZÜ AÇIQLADI
Dünən, 17:40 |
|
|
|
| • 400 minlik dələduzluq: - Sabiq ekspertin məhkəməsi...
Dünən, 17:38 |
|
|
|
| • Mühasibi iş adamına qarşı dələduzluq etdi: Vergi borcu sildirmək istədi, 15 mini getdi - TƏFƏRRÜAT
Dünən, 17:14 |
|
|
|
| • Neftçalanın icra başçısının köməkçisinə bağlı şirkət 4 aya 4 milyonluq tender udub - BAZAR OLSUN!
Dünən, 17:05 |
|
|
|
| • Çörəyin bahalaşacağına dair məlumat həqiqəti əks etdirmir - Dövlət Agentliyi BƏYAN ETDİ
Dünən, 17:01 |
|
|
|
| • Xəzərin icra başçısı NƏYƏ YARAYIR? - sakinlər narazılıq edir...
Dünən, 16:55 |
|
|
|
| • "Ən çox şikayət olunan şirkətlər "Kontakt Home" və "Baku Electronics"dir" - İstehlakçıların QARA SİYAHISI
Dünən, 16:47 |
|
|
|
| • Toyuna hazırlaşan gənci yük maşını ilə vuraraq öldürən şəxslə bağlı qərar çıxarıldı
Dünən, 16:44 |
|
|
|
| • Ali Məhkəmənin qərarı olsa da: Əlillərə ömürlük pensiya verilmir - AXI NİYƏ?
Dünən, 16:42 |
|
|
|
| • “Şapka Mamed “Azərinşaatservis”in mülklərini kimlərlə ələ keçirib? – ŞOK DETALLAR
Dünən, 16:37 |
|
|
|
| • “Mustafayevin İrəvan səfəri sensasiya deyil, planlı prosesdir” - ŞƏRH
Dünən, 16:32 |
|
|
|
| • Ölkəmizdə idmançılar dövlətin diqqət və qayğısı ilə əhatə olunub - MƏQALƏ
Dünən, 16:29 |
|
|
|
| • Paşinyan “Tramp Marşrutu”nun reallaşması üçün şərti açıqladı
Dünən, 16:27 |
|
|
|
| • “ABŞ-nin İranla bağlı planları iflasa uğrayıb” – Xamenei
Dünən, 16:17 |
|
|
|
| • "Oğlan 14 yaşlı qızla hamamda nə edirdi?”
Dünən, 16:10 |
|
|
|
| • Partlayışda yaralanan həkim görün kim İMİŞ - FOTO
Dünən, 16:09 |
|
|
|
| • Güləşçilərimiz qalib Azərbaycan xalqını uğurla təmsil ediblər - İsrafil Kərimovun yazısı
Dünən, 16:04 |
|
|
|
| • AZAL-ın donanmasına daha bir "Airbus A320neo" əlavə olunub - FOTO
Dünən, 16:00 |
|
|
|
| • Qadını qətlə yetirib, meyitini yolun kənarına atanlarla bağlı QƏRAR
Dünən, 15:36 |
|
|
|
| • "Məni sənətdən uzaqlaşdırmaq istəyənlər var" – Yusif Mustafayev SÜKUTU POZDU
Dünən, 15:32 |
|
|
|
| • Trampa sui-qəsd cəhdi Amerika xalqının narazılığının ifadəsidir - Professor
Dünən, 15:29 |
|
|
|
| • Dəm qazından zəhərlənən yeniyetmə qız dilənçi imiş: Hər ikisi oğurluq edib - TƏFƏRRÜAT
Dünən, 15:16 |
|
|
|
| • Bakını hədəf alan agent ifşa edildi: - Paşinyanla bağlı SENSASİON plan
Dünən, 15:14 |
|
|
|
| • Putin müharibəyə hazırlaşır: - Bu dəfə kimə qarşı?
Dünən, 15:12 |
|
|
|
| • Gəncədə 42 yaşlı kişidən evdə tək olan qıza qarşı cinayət: "Nəfəs ala bilmədim" - TƏFƏRRÜAT
Dünən, 15:08 |
|
|
|
| • ABŞ-nin Hörmüz boğazında çöküşündən sonra yeni fəsil başlayır - Xamenei
Dünən, 15:06 |
|
|
|
| • “Agrarco” MMC-nin ixrac gəlirləri "partlayıb" - 5 DƏFƏLİK ARTIM
Dünən, 15:02 |
|
|
|
| • Elton Rəşad Dağlıya görə bu addımı atdı
Dünən, 14:55 |
|
|
|
| • Manatın real məzənnəsi dollar qarşısında möhkəmlənib, digər valyutalar qarşısında zəifləyib - SİYAHI
Dünən, 14:52 |
|
|
|
| • Ermənistan “Sülh Şurası”nın işinə könüllü maliyyə yardımı edəcək
Dünən, 14:34 |
|
|
|
| • Ukrayna ordusu Permdəki neft infrastrukturuna yenidən dron zərbəsi endirib
Dünən, 14:28 |
|
|
|
| • Dünyada məcburi və könüllü hərbi xidmət: - Əsgər gedən də var, pulla alan da
Dünən, 14:19 |
|
|
|
| • Sülh prosesi davam edir, amma əsas fərqlər hələ qalır - ŞƏRH
Dünən, 14:15 |
|
|
|
| • “Kəramət kofe də satsa, hamı alacaq” – Meyxanaçı Kərim Abi ilə MÜSAHİBƏ
Dünən, 14:11 |
|
|
|
| • “Nar” beynəlxalq sosial təşəbbüsə tərəfdaş oldu - FOTO
Dünən, 14:06 |
|
|
|
| • Kliniki Tibbi Mərkəzi kim idarə edir? - Direktorsuz qalan xəstəxanalarda vəziyyət necədir?
Dünən, 13:59 |
|
|
|
| • “Ayıb olsun Gülçöhrəyə, qardaşım onu biabır edəcək” - Cəfər Namiq Kamal
Dünən, 13:56 |
|
|
|
| • "Vasif Talıbov və oğlanları həbs edilməlidir” - Naxçıvan MR sabiq Baş nazirinin müavini Təranə Quliyeva
Dünən, 13:44 |
|
|
|
| • Moskva 4 may ərəfəsi İrəvanı sıxır - yeni GƏRGİNLİK
Dünən, 13:03 |
|
|
|
| • "Savalan" yenidən səhnədə: - Novruz Novruzlunun anım gecəsi keçiriləcək
Dünən, 13:00 |
|
|
|
| • “Şahin Mustafayevi İrəvana səfir göndərmək günahdır” - Hafiz Hacıyev
Dünən, 12:57 |
|
|
|
| • “Ağdamda xəstəxanada çalışmaq istəyirəm, stadiona atamın adının verilməsi ən böyük arzumuzdur”
Dünən, 12:47 |
|
|
|
| • İran limanlarının blokadası Fars körfəzində vəziyyəti gərginləşdirəcək - Pezeşkian
Dünən, 12:42 |
|
|
|
| • "Valideynlər olaraq susmaq niyyətində deyilik" - ETİRAZ VAR...
Dünən, 12:41 |
|
|
|
| • Paytaxtın bu rayonlarında binalar təmir olunacaq – 25 milyon manat ayrıldı
Dünən, 12:34 |
|
|
|
| • Mayda əfv olsa, Rəşad Dağlı azadlığa çıxa bilər - AÇIQLAMA
Dünən, 12:27 |
|
|
|
| • Xüsusi Təyinatlı Qüvvələrin Komandanı Əfsanəvi Kəşfiyyatçı, Şəhid kapitan Mühüd Orucovun məzarını və ailəsini ziyarət edib
Dünən, 12:19 |
|
|
|
| • Rusiyadan Xəzərlə bağlı açıqlama: - Etiraf etməyə məcburuq ki, İrana hücum...
Dünən, 12:16 |
|
|
|
| • Paşinyan üçün SEÇKİQABAĞI MƏSLƏHƏT... - Bu sualları rəqiblərinə ünvanlasın...
Dünən, 12:09 |
|
|
|
|