Həm baha, həm keyfiyyətsiz: Dərman bazarında nə baş verir? .....                     “Little Stars” uşaq bağçası, YOXSA... .....                     “Kale Seramik” mağazasının qarşısında ÖZBAŞINALIQ .....                     Mingəçevirdə iş çevirən MÜƏMMALI ŞİRKƏT .....                     Xalq artisti Zaur Rzayev xəstəxanaya yerləşdirilib .....                     Bu məşhur istirahət məkanı zibillik içərisindədir - .....                     Dünyanın yükünü daşıyan ADY-ni bataqlığa kim sürükləyir?! .....                     Gömrük sistemində rütbə ədalətsizliyi .....                     Azərbaycan və Ermənistan jurnalistlərinin qarşılıqlı səfəri .....                     ABŞ 100 il müddətinə Zəngəzur dəhlizinə nəzarəti öz üzərinə götürməyi təklif edib .....                     Çimərliyə maşınla girənlərə sərt sözlər: .....                     Paşinyan belçikalı həmkarı ilə sülh prosesini müzakirə etdi .....                     Nazirlik texnikasını yeniləyir: 3 milyonluq satınalma yekunlaşdı .....                     Təmir-tikinti materialları bazarı “od tutub yanır” .....                     Rüfət Səfərovun məhkəməsində ittiham aktı elan olunub .....                     Dəfn müavinəti də hamıya veriləcək: .....                     Rusiyanın miqrasiya siyasətində sərt dəyişikliklər: .....                     “Trampın növbəti şousu” .....                     AzTV-nin keçmiş sədrinin qardaşı oğlunun vəsatəti təmin olunmadı .....                     Moskvadan Bakıya qarşı yeni plan: ruslar soydaşlarımıza qətl əmrini necə verib? .....                     Hərbi prokurora müavin təyin olunub .....                     Paşinyan 6 dəfə çağırdı, Makron niyə qəbul etmir? .....                     Mümkün müharibə təkcə Yaxın Şərq üçün yox, .....                     Zelenski Yuliya Sviridenkoya Ukraynanın Baş naziri postunu təklif edib .....                     Milli Məclisdə məmurlara etiraz: .....                     Rusiyadakı biznesi təhlükə altında olan sabiq məmurlar kimlərdir? .....                     Azərbaycanlı blogerə Rusiyada cinayət işi açıldı .....                     Cənubi Qafqazda dönüş nöqtəsi: Aİ Ermənistan–Azərbaycan sülhünü dəstəkləyir .....                     "Dənizkənarı Bulvar İdarəsi”nin sabiq sədrinin məhkəməsi başlayıb .....                     PKK silahı atdı... QƏLƏMİ TUTDU... .....                     "AccessBank"ın səhmdar kapitalı azalıb, borcu artıb .....                     “PAŞA Bank”da yeni təyinat .....                     “Beynəlxalq Bankı”ın mənfəəti azaldı .....                     Paşinyan 3 il ərzində 6-cı dəfə Makronu Ermənistana dəvət edib .....                     "Analar, oğlunuza tərbiyə verin, qadın qul deyil" .....                     Deputat Aqil Abbas ailəsi ilə birlikdə Ağdama köçmək istədiyini bildirib .....                     "Paşinyanın başqa yolu qalmayıb, Ermənistan Rusiyadan uzaqlaşacaq" .....                     Cənub-şərq küləyi əsəcək .....                     Razi Nurullayevdən yeni məmurlara etiraz: .....                     "Evimizdə xəyanət mövzusu gündəmə gəlməyib, səhvini üzünə vurmamışam" .....                 

“Faktiki olaraq yaydakı təlimlərdən sonra türk ordusu Azərbaycandadır” - deputat
Tarix: 10-12-2020, 08:32 | Çap et
“Faktiki olaraq yaydakı təlimlərdən sonra türk ordusu Azərbaycandadır”
Türkiyənin hərbi bazasının Azərbaycanda yaradılmasının vacibliyi barədə son aylarda müzakirələr yenidən intensivləşib. 44 günlük müharibədə Türkiyə Azərbaycana tam dəstək verdi. Ekspertlər hesab edirlər ki, Azərbaycanın yanında birmənalı şəkildə daim yer alan bir qardaş dövlətin hərbi bazalarının ölkəmizdə olması tezliklə reallaşdırılmalıdır.

Gedən müzakirələrdə Turan ideyası da gündəmə gəlib. Bu ideyanın da gerçəkləşdirilməsi üçün tarixi şəraitin yetişdiyi vurğulanır.

Milli Cəbhə Partiyasının sədri, deputat Razi Nurullayev hesab edir ki, Türkiyənin Azərbaycanda hərbi bazası mövcuddur: “İlk növbədə, qeyd etmək istəyirəm ki, Türkiyənin Azərbaycanda geniş hərbi baza yaratması getdikcə reallaşa bilər. Faktiki olaraq yaydakı təlimlərdən sonra türk ordusu Azərbaycandadır. Onların getməsi müzakirə mövzusu deyil. Bu baxımdan praktiki olaraq, demək olar ki, artıq Türkiyənin Azərbaycanda hərbi bazası var. Türkiyə birtərəfli qaydada bunu təsdiq edə bilməz, Azərbaycan da o cümlədən. Amma bunun rəsmi tərəfi olmasa da, praktiki əməli tərəfi olduğu üçün biz özümüzü daha təhlükəsiz hiss edə bilərik. Əlavə olaraq, 10 dekabrda keçirilən hərbi paradda türk mehmetciklər də iştirak edəcək. Bu da çox sevindirici bir xəbərdir. Bütün bunlar ondan xəbər verir ki, Türkiyənin Azərbaycanda hərbi iştirakçılığı var. Məsələnin rəsmi tərəfi ondan ibarətdir ki, Qarabağda qurulan Birgə Monitorinq Mərkəzində Rusiya hərbçiləri ilə bərabər türk hərbçilər də olacaq. Mənə elə gəlir ki, aşağı-yuxarı biz Türkiyənin Azərbaycanda hərbi bazasının olduğunu söyləyə bilərik. Xalqımız da buna sevinir”.

Deputat Turan ideyasına da toxundu: “Biz Turanın yaradılması məsələsini millətçiliyə çevirə bilmərik. Xarici ölkələr, dünya Turan ideyasına isti yanaşmır. Bizim bunu bu şəkildə qabartmağımız indiki halda Azərbaycanın apardığı siyasətə uyğun deyil. Turanın qurulması bir çox dünya dövlətlərinə ölkəmizi və Türkiyəni hədəfə almaq anlamına gələ bilər. Ən yaxşısı biz öz işimizi aparaq. Qoy, bu, öz təbii axarı ilə olsun. Mən azərbaycançılıq ideyasının gücləndirilməsindən, ölkəmizdə yaşayan bütün xalqların inteqrasiyasından yanayam. Düşünürəm ki, biz Azərbaycan coğrafiyasında yaşayan bütün xalqlar ölkəmizin, yaşadığımız bu coğrafiyanın rifahı üçün çalışmalıyıq”.

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu səslənən fikirlərlə bağlı “Yeni Müsavat”a bunları dedi: “Turan haqqında nəsə demək mənim üçün çətindir. Çünki bu ideyanın reallaşması üçün gərək bütün dövlətlər burada maraqlı olsunlar. Amma hər zaman o fikirdə olmuşam ki, türk birliyi Azərbaycan-Türkiyə ittifaqından ibarətdir. Təəssüflər olsun ki, Mərkəzi Asiyanın türkdilli dövlətləri inteqrasiyada o qədər də maraqlı olmurlar. Düzdür, türkdilli dövlətlərin Əməkdaşlıq Şurası var. Amma biz bu qurumun fəaliyyətinin o qədər də güclü olduğunu müşahidə etmirik. Məsəl üçün, müharibə oldu, hansı türkdilli dövlət Türkiyə istisna olmaqla bizdə ciddi dəstək verdi? Müəyyən açıqlamalar oldu, amma biz eşidəndəki rus təyyarələri Qazaxıstan və Türkmənistan səmasından Ermənistana yüklər daşıyır, bu bizdə çox ciddi suallar yaratdı. Bəzi türkdilli dövlətlər Ermənistana yardımların daşınmasına yardımçı olduqları bir şəraitdə Turan ideyası necə gerçəkləşə bilər? Ona görə də biz daha çox Türkiyə-Azərbaycan Hərbi İttifaqından danışmalıyıq. Naxçıvanla Azərbaycanın materik hissəsi arasında kolidorun açılması Türkiyənin Mərkəzi Asiya ölkələrinə də yolunu açır. Ticarət əməkdaşlığı arta bilər. Burada biz də maraqlıyıq. Amma bu o demək deyil ki, siyasi mənada Turan yaradıla bilər.

Bizim əsas məqsədimiz Türkiyə ilə siyasi və hərbi ittifaqı gücləndirməkdir. Rəcəb Tayyib Ərdoğan artıq Bakıdadır. Hərbi paradda iştirak edəcək. Bunun özü ondan xəbər verir ki, Türkiyə Azərbaycanla siyasi və hərbi ittifaqı gücləndirir. İki il bundan qabaq da Ərdoğan Bakının azad olunmasının yüz illiyi ilə bağlı keçirilən hərbi paradda iştirak etmişdi. O zaman da hərbi paradda İlham Əliyevin yanında dayandı, indi də. Möhtəşəm qələbəmizin qeyd olunmasında bizimlə bərabərdir. Bunun özü çox ciddi mətləblərdən xəbər verir ki, Türkiyə Azərbaycanla hərbi ittifaqı gücləndirmək istəyir. İllərdir ki, bu fikri söyləyirəm, yenə də deyirəm ki, Türkiyənin hərbi bazasının Azərbaycanda yaradılması çox vacibdir. Çünki artıq Rusiya da ölkəmizdə hərbi varlığını təmin etdi. Bu bizim üçün müəyyən təhlükələr yarada bilər. Bundan özümüzü sığortalamaq üçün Türkiyə hərbiçiləri mütləq mənada Azərbaycanda olmalıdır. Tək Monitorinq Mərkəzində deyil, Şuşa, Kəlbəcər, Laçın, Bakı, Gəncə və digər yerlərimizdə hərbi hava qüvvələri olmalıdır. Bu Azərbaycanın təhlükəsizlik təminatının gücləndirilməsi deməkdir. Əlbəttə, biz Ermənistanla təkbaşına bacararıq. Bunu sübut da etdik. Amma Ermənistanın arxasında Rusiya dayanıb. Rusiya-Ermənistan hərbi ittifaqı ilə bacara bilmərik. Bunu etiraf etmək lazımdır. Belə təhlükələrdən sığortalanmaq üçün mütləq türk hərbi bazaları Azərbaycanda olmalıdır. Bu olarsa, heç kəs Azərbaycanla güc dilində danışmağa risk etməz”.
“Yeni Müsavat”










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Həm baha, həm keyfiyyətsiz: Dərman bazarında nə baş verir? - ARAŞDIRMA
Bu gün, 06:06
“Little Stars” uşaq bağçası, YOXSA... TƏHLÜKƏ MƏNBƏYİ?
Bu gün, 06:05
“Kale Seramik” mağazasının qarşısında ÖZBAŞINALIQ - piyada yolu zəbt edildi
Bu gün, 06:00
Mingəçevirdə iş çevirən MÜƏMMALI ŞİRKƏT - Küçə ticarəti, NARAZI SAKİNLƏR.....
Bu gün, 05:57
Xalq artisti Zaur Rzayev xəstəxanaya yerləşdirilib
Bu gün, 02:57
Bu məşhur istirahət məkanı zibillik içərisindədir - - FOTO
Bu gün, 02:55
Dünyanın yükünü daşıyan ADY-ni bataqlığa kim sürükləyir?! - GÖRÜNƏNİ ODUR Kİ...
Dünən, 18:07
Gömrük sistemində rütbə ədalətsizliyi - NARAZILIQ VAR...
Dünən, 18:06
Azərbaycan və Ermənistan jurnalistlərinin qarşılıqlı səfəri TƏKLİF OLUNDU
Dünən, 17:58
ABŞ 100 il müddətinə Zəngəzur dəhlizinə nəzarəti öz üzərinə götürməyi təklif edib - Səfir
Dünən, 17:44
Çimərliyə maşınla girənlərə sərt sözlər: - “Əllərinə bir az pul keçib, görməmişlər…”
Dünən, 17:42
Paşinyan belçikalı həmkarı ilə sülh prosesini müzakirə etdi
Dünən, 17:35
Nazirlik texnikasını yeniləyir: 3 milyonluq satınalma yekunlaşdı - QALİBLƏR
Dünən, 17:28
Təmir-tikinti materialları bazarı “od tutub yanır” – Qiymətlər kəllə çarxa çıxdı!
Dünən, 17:25
Rüfət Səfərovun məhkəməsində ittiham aktı elan olunub
Dünən, 17:21
Dəfn müavinəti də hamıya veriləcək: - “Yaxın zamanda...”
Dünən, 17:08
Rusiyanın miqrasiya siyasətində sərt dəyişikliklər: - Çinlilər artır, Qafqazlılar sıxışdırılır
Dünən, 17:02
“Trampın növbəti şousu” - Sky News
Dünən, 17:00
AzTV-nin keçmiş sədrinin qardaşı oğlunun vəsatəti təmin olunmadı - TƏFƏRRÜAT
Dünən, 16:53
Moskvadan Bakıya qarşı yeni plan: ruslar soydaşlarımıza qətl əmrini necə verib? – ŞOK detallar
Dünən, 16:50
Hərbi prokurora müavin təyin olunub - ƏMR
Dünən, 16:47
Paşinyan 6 dəfə çağırdı, Makron niyə qəbul etmir? - GƏLİŞMƏ
Dünən, 16:04
Mümkün müharibə təkcə Yaxın Şərq üçün yox, ABŞ üçün də ciddi təhlükə mənbəyidir
Dünən, 16:03
Zelenski Yuliya Sviridenkoya Ukraynanın Baş naziri postunu təklif edib - KİV
Dünən, 15:59
Milli Məclisdə məmurlara etiraz: - “Hamıya oğru kimi baxırlar”
Dünən, 15:58
Rusiyadakı biznesi təhlükə altında olan sabiq məmurlar kimlərdir? - TƏFƏRRÜAT
Dünən, 15:53
Azərbaycanlı blogerə Rusiyada cinayət işi açıldı - BAŞLARI QAÇIB...
Dünən, 15:46
Cənubi Qafqazda dönüş nöqtəsi: Aİ Ermənistan–Azərbaycan sülhünü dəstəkləyir - NƏ BAŞ VERİR?
Dünən, 15:44
"Dənizkənarı Bulvar İdarəsi”nin sabiq sədrinin məhkəməsi başlayıb - TƏFƏRRÜAT
Dünən, 15:31
PKK silahı atdı... QƏLƏMİ TUTDU... - DAHA TƏHLÜKƏLİ...
Dünən, 14:35
"AccessBank"ın səhmdar kapitalı azalıb, borcu artıb - HESABAT
Dünən, 14:26
“PAŞA Bank”da yeni təyinat - BUNDAN SONRA...
Dünən, 13:03
“Beynəlxalq Bankı”ın mənfəəti azaldı - DETALLAR
Dünən, 13:01
Paşinyan 3 il ərzində 6-cı dəfə Makronu Ermənistana dəvət edib
Dünən, 12:58
"Analar, oğlunuza tərbiyə verin, qadın qul deyil" - ETİRAZ
Dünən, 12:57
Deputat Aqil Abbas ailəsi ilə birlikdə Ağdama köçmək istədiyini bildirib
Dünən, 12:48
"Paşinyanın başqa yolu qalmayıb, Ermənistan Rusiyadan uzaqlaşacaq" - ŞƏRH
Dünən, 12:39
Cənub-şərq küləyi əsəcək - belə deyirlər...
Dünən, 12:36
Razi Nurullayevdən yeni məmurlara etiraz: - “Hamıya oğru kimi baxırlar”
Dünən, 12:31
"Evimizdə xəyanət mövzusu gündəmə gəlməyib, səhvini üzünə vurmamışam" - Yaşar Nurininin həyat yoldaşı
Dünən, 12:28
Kremlin Karapetyan planı: - Rusiya öz əlaltılarını indi də Ermənistanda hərəkətə keçirir
Dünən, 12:26
Üfüqdə görünən sülh: danışıqlar belə davam edərsə... - GƏLİŞMƏ
Dünən, 12:23
Hindistanlı turistlərin Azərbaycana səfəri kəskin artıb – Boykot işə yaramayıb
Dünən, 12:10
TRT-nin Azərbaycan səhvi: Ərdoğan cəzalandırdı? - VİDEO
Dünən, 12:05
Putin Ukrayna müharibəsində ona pul toplayan azərbaycanlıları da hədəfə alır - FOOD CİTY-yə BASQIN GÖZLƏNİLİR
Dünən, 11:55
Cahid Şahbazovla bağlı RƏSMİ AÇIQLAMA
Dünən, 11:53
36 ilin işçisi ixtisara salınır: HARA GETSİN BƏS? - MÜRACİƏT
Dünən, 11:50
DİM sədri yenə ekspertlərin BOSTANINA DAŞ ATDI - Mediada işimizi müzakirə edənlər sanki paralel həyatda yaşayır
Dünən, 11:43
“Təəssüf ki, bəzən yalnız ehsan süfrəsinə görə yasa gələnlər olur” -İLAHİYYATÇIDAN AÇIQLAMA
Dünən, 11:40
Türkiyə bazaları Azərbaycana GƏLİR, ölkəmiz NATO-ya ÜZV OLUR – Rusiya ŞOKDA!
Dünən, 11:37
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru