AZAL təyyarəsi rus generalın əmri ilə vurulubmuş .....                     Daha bir “plastik cərrah” qalmaqalı .....                     Rusiyanın təslim olmaq çağırışına Yermak söyüşlə cavab verdi .....                     “Sülh masası”, yoxsa teatr SƏHNƏSİ? .....                     Daha bir azərbaycanlı hərbçi Ukraynada həlak oldu .....                     Rusiyaya qaçırılan ukraynalı uşaqları cəbhəyə göndərirlər .....                     “Demişdi ki, uşağımıza iynə vurdurub öldür” .....                     “Rus bölməsinin mövcudluğuna qarşıyam, valideynlər Azərbaycan bölməsini seçməlidir” .....                     Kreml Bakıya boyun əyir? .....                     Azər Bayramova Müdafiə Nazirliyində vəzifə verildi .....                     İcra hakimiyyətlərində islahatlar: Nələr dəyişməlidir? .....                     Ermənistan hökuməti Karapetyanın şirkətində pay ala bilər .....                     Top Ermənistan tərəfdədir, növbəti məğlubiyyəti istəmirsə... .....                     Rusiyada böyük hesablaşma .....                     Rusiyada 3 günlük matəm elan olundu .....                     “Cəmiyyət dırnaqarası dindarlardan heç nə öyrənə bilməz” .....                     Zəngəzur dəhlizi: .....                     Əhaliyə suyun verilmə forması: "Ə, bir-bir"... .....                     Talıbovlara məxsus olmuş restoranın rəhbərinə "stop" qoyuldu .....                     Azərbaycan ehtiyatlı olmalıdır: .....                     Milli Məclisin deputatları maaşın 2 faizini AHİK-ya üzvlük haqqı ödəyirlər .....                     Moskvadan Ankaranın “yolunu kəsəcək” həmlə: Narahatlıq artdı .....                     Paşinyan Mişustinlə Cənubi Qafqazı müzakirə etdi .....                     Azərbaycanın 4 sığorta şirkətinin yığımları azalıb .....                     “Auto Azərbaycan” şirkətinə nə qədər maliyyə sanksiyası tətbiq edilib? .....                     Fəxrəddin Pənahov sərəncama götürüldü .....                     Zaxarovadan Qordonun Xankəndiyə getməsi ilə bağlı .....                     DƏRHAL VƏ XAHİŞ... .....                     Paşinyan Bakı və Ankaraya görə “müharibə”yə başladı .....                     Təlim-Tədris Mərkəzində rüşvət işi: MAXE qəbulunda rüşvət oyunu .....                     Azərbaycan və Bolqarıstan HHQ nümayəndələrinin iştirakı ilə ekspert görüşü keçirilib .....                     Mülayim şimal-qərb küləyi əsəcək .....                     Rüşvətə görə tutulan Tibbi Sosial Ekspert Komissiyasının sədri barəsində qərar verilib .....                     Bu kənd su üzünə həsrətdir .....                     Tramp 41 il əvvəlki qərarı təkrarladı .....                     Ana gəlinin cehizini geri qaytardı, bəy özünü öldürdü .....                     Zəngəzur dəhlizi məsələsi Ermənistan və Azərbaycanın suveren işidir .....                     Azərbaycan müdafiə naziri İtaliyanın Baş Qərargah rəisini qəbul edib .....                     Tehrandakı şər yuvasının yeni böhtanı .....                     Ruslar da Qazaxstana dolayı SANKSİYA tətbiq etdi .....                 

Ödənişsiz efir hüququnu hələ ki bir partiya qazana bilib
Tarix: 16-01-2020, 08:36 | Çap et
Ödənişsiz efir hüququnu hələ ki bir partiya qazana bilib
9 fevral növbədənkənar parlament seçkilərində 20 siyasi partiya iştirak edir. Seçkinin daha bir mərhələsi-namizədlərin qeydə alınması prosesi isə başa çatmaq üzrədir. Yanvarın 17-dən təbliğat-təşviqat kampaniyası başlayacaq. 20 siyasi partiyanın sırasında ən çox sayda namizəd irəli sürən və ən çox namizədi qeydə alınan partiya hakim Yeni Azərbaycan Partiyasıdır. Hakim partiya 125 seçki dairəsinin 123-dən deputatlığa namizəd irəli sürüb.

Ana Vətən Partiyasının, BAXCP-nin, Böyük Quruluş Partiyasının, Milli Dirçəliş Hərəkatı Partiyasının 60-dan yuxarı namizədi irəli sürülüb. Vəhdət Partiyası və digər parlament partiyaları isə hərəsinə bir namizədlə seçkiyə qatılıblar.

Parlamentdə olmayan partiyalardan isə ən çox namizədlə seçkiyə qatılan Müsavat Partiyasıdır.

Müsavatın 82 namizəd irəli sürdüyü bildirilir. Lakin namizədlərinin indiyə qədər neçəsinin rəsmi qeydə alındığı barədə məlumat açıqlanmayıb.

Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev isə “Yeni Müsavat”a bildirdi ki, partiyanın iki namizədi irəli sürülüb və qeydə alınıb. Bir nəfər isə müstəqil olaraq seçkiyə qatılıb: “Partiyamız seçkilərlə bağlı real vəziyyəti nəzərə alaraq iki nəfərlə seçkiyə qatılmaq qərarı verdi. Parlament partiyası olmaq üçün bir nəfər deputatın da olması yetərlidir”.

AĞ Partiyanın sədri Tural Abbaslı isə bildirdi ki, partiya rəsmi 14 namizəd irəli sürüb. Namizədlərdən biri Türkiyədən gələ bilmədiyi üçün imza vərəqələrini seçki komissiyasına qaytara bilməyib. Ancaq digər imza vərəqələri götürənlərin hamısı imza vərəqələrini təhvil veriblər: “15 yanvara qədər AĞ Partiyadan 7 namizəd rəsmi qaydada qeydə alınıb. 6 namizədin isə qeydə alınmasını yaxın iki gündə gözləyirik. Ümid edirəm onlar da qeydə alınacaq. Bununla da AĞ Partiya ən gənc partiya olmasına baxmayaraq parlament seçkilərində ən çox namizədlə çıxış edən partiyalardan biri olacaq. Mən bunu artıq özümüz üçün ilkin uğur hesab edirəm”.

ADP sədrinin seçki məsələləri üzrə müavini Taliyət Əliyev isə bildirdi ki, ADP tərəfindən 24 nəfərin namizədliyi irəli sürülüb. Onlardan 19 nəfəri müvafiq dairələrə sənədlərini təqdim edib. 15 yanvara olan məlumata görə hələ ki 8 nəfərin namizədliyi qeydə alınıb: “Digərləri isə sənədlərini təqdim edib və qeydiyyata alınmasını gözləyirlər. Seçkinin indiyə qədərki mərhələsindəki durumdan, namizədlərin qeydiyyatı prosesindən bir o qədər də razı qalmadıq. Çünki bəzi təsadüflər üzündən bizim ən güclü namizədlərdən biri qeydiyyatdan keçmədi. Partiyanın bir sıra məsələlərinə başı qarışdığı üçün lazım olan sənədləri toplamağa vaxtı çatmadı. Bəzi üzvlərimizə müəyyən məsələlərdə maneçilik törətdilər, qeydiyyat məsələsini 5-6 gün gecikdirdilər. Amma faktiki olaraq imza toplama kampaniyasını başa çatdıran namizədlərimiz sənədlərini təqdim edib və artıq bir neçəsi də qeydə alınıb. Hər halda düşünürəm ki, ilkin mərhələ ümumən müvəffəqiyyətlə keçdi. İndiki şərtlər daxilində bundan artıq nailiyyət əldə edə bilməzdik. Partiyanın maliyyə imkanları həddindən artıq azdır. Vətəndaşlarda seçki fəallığı sıfır səviyyəsindədir. Bu şərtlər altında seçkiyə gedən partiyanın nailiyyəti yüksək olmamalıdır. Reallıqda da bu cürdür. Bununla yanaşı, seçkidə nəticə əldə edəcəyimizə ümid edirik".

AMİP katibi Əli Orucov isə bildirdi ki, növbədənkənar parlament seçkilərinə start verilərkən AMİP 17 dairə üzrə namizədlə qatılıb: “Əvvəlki seçkilərdən fərqli olaraq az namizədlə qatılmağımızın da səbəbi ondan ibarət idi ki, partiyanın potensialını bütün ölkə üzrə dağıtmayaq və konkret dairələr üzrə namizədlərin uğurlu kampaniyasına yönəldək. Təəssüflər olsun ki, bürokratik əngəllər, yerlərdə yaradılan problemlər səbəbindən irəli sürülən namizədlərin hamısı prosesi sonadək apara bilmədilər. Hazırda 8 seçki dairəsi üzrə seçkilərin ikinci mərhələsinə, təşviqat-təbliğat mərhələsinə gedirik. Ümid edirəm ki, prosesi bu 8 namizədlə uğurla başa vuraraq AMİP-i parlament partiyasına çevirə biləcəyik. Çünki namizədlərin hər birinin şansı yüksəkdir və parlamentdə də yüksək səviyyədə təmsil oluna bilərlər”.

VHP İcra Aparatının rəhbəri Samir Əsədli isə bildirdi ki, 15 yanvara olan məlumata əsasən hələlik 10 namizədləri qeydə alınıb.

Yeni AXCP-nin sədr müavini Məhəmməd Əsədullazadə isə bildirdi ki, seçkidə ümumi olaraq 4 namizədlə iştirak edirlər: “Onlardan üçünün namizədliyi qeydə alınıb. Partiya olaraq bizim qeydiyyatımız olmadığına görə partiya üzvləri müstəqil şəkildə namizədliklərini verib. Bu seçkidə fəal şəkildə iştirak edilir. Tanınmış namizədlərimiz arasında partiyanın sədri Razi Nurullayev namizədliyini verib və qeydiyyata alınıb. Partiyanın sədr müavini Ehtiram Mehdiyevin də namizədliyi qeydiyyata alınıb. Mən də namizədliyimi vermişəm. Bir neçə üzvümüz də müstəqil olaraq seçkilərə qatılıb".

Onu da qeyd edək ki, Seçki Məcəlləsinin tələbinə görə, seçkidə iştirak edən siyasi partiyaların namizədlərinə İctimai Televiziya və radioda ödənişsiz efir vaxtı ayrılması nəzərdə tutulur. Lakin bu şərtlə ki, siyasi partiyanın ən azı 60 dairədə deputatlığa namizədi qeydə alınmış olsun. 15 yanvara olan statistikaya görə, hələlik ödənişsiz efir hüququnu yalnız YAP əldə edib.
“Yeni Müsavat”










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
AZAL təyyarəsi rus generalın əmri ilə vurulubmuş – yeni sensasion detallar yayıldı
Bu gün, 00:27
Daha bir “plastik cərrah” qalmaqalı - “Bədənim çürüyür”
Bu gün, 00:24
Rusiyanın təslim olmaq çağırışına Yermak söyüşlə cavab verdi
Dünən, 18:04
“Sülh masası”, yoxsa teatr SƏHNƏSİ? – İstanbuldakı görüşün PƏRDƏARXASI
Dünən, 18:00
Daha bir azərbaycanlı hərbçi Ukraynada həlak oldu
Dünən, 17:56
Rusiyaya qaçırılan ukraynalı uşaqları cəbhəyə göndərirlər - “Times”
Dünən, 17:52
“Demişdi ki, uşağımıza iynə vurdurub öldür” - Aliment ödəməyən ata həbs edildi
Dünən, 17:46
“Rus bölməsinin mövcudluğuna qarşıyam, valideynlər Azərbaycan bölməsini seçməlidir” - ÇAĞIRIŞ
Dünən, 17:44
Kreml Bakıya boyun əyir? – Zaxarovadan təslim tonu
Dünən, 17:42
Azər Bayramova Müdafiə Nazirliyində vəzifə verildi - BUNDAN SONRA...
Dünən, 17:37
İcra hakimiyyətlərində islahatlar: Nələr dəyişməlidir? - AÇIQLAMA
Dünən, 17:36
Ermənistan hökuməti Karapetyanın şirkətində pay ala bilər - KİV
Dünən, 17:32
Top Ermənistan tərəfdədir, növbəti məğlubiyyəti istəmirsə... - Zəngəzur dəhlizi ŞƏRHİ
Dünən, 16:43
Rusiyada böyük hesablaşma – “Paşinyan buna məcbur olacaq”
Dünən, 16:36
Rusiyada 3 günlük matəm elan olundu
Dünən, 16:33
“Cəmiyyət dırnaqarası dindarlardan heç nə öyrənə bilməz” -İLAHİYYATÇIDAN SƏRT REAKSİYA
Dünən, 16:27
Zəngəzur dəhlizi: - “Nəzarətin ABŞ-yə veriləcəyi...”
Dünən, 16:21
Əhaliyə suyun verilmə forması: "Ə, bir-bir"... - Azərbaycan əhalisi Afrika qitəsinin köklü problemini yaşayır
Dünən, 16:14
Talıbovlara məxsus olmuş restoranın rəhbərinə "stop" qoyuldu - TƏFƏRRÜAT
Dünən, 16:11
Azərbaycan ehtiyatlı olmalıdır: - Ermənistanın Zəngəzur dəhliziylə bağlı hiyləgər və çevik siyasət aparır
Dünən, 16:06
Milli Məclisin deputatları maaşın 2 faizini AHİK-ya üzvlük haqqı ödəyirlər - Xidmətdən istifadə edirlərmi?
Dünən, 16:01
Moskvadan Ankaranın “yolunu kəsəcək” həmlə: Narahatlıq artdı – Hərbi toqquşma…
Dünən, 15:41
Paşinyan Mişustinlə Cənubi Qafqazı müzakirə etdi
Dünən, 15:37
Azərbaycanın 4 sığorta şirkətinin yığımları azalıb – ADLARI
Dünən, 15:34
“Auto Azərbaycan” şirkətinə nə qədər maliyyə sanksiyası tətbiq edilib? - TƏFƏRRÜAT
Dünən, 15:31
Fəxrəddin Pənahov sərəncama götürüldü - ƏMR
Dünən, 15:27
Zaxarovadan Qordonun Xankəndiyə getməsi ilə bağlı SƏRT AÇIQLAMA
Dünən, 15:15
DƏRHAL VƏ XAHİŞ... - HƏ...
Dünən, 15:11
Paşinyan Bakı və Ankaraya görə “müharibə”yə başladı – Kreml buna qəzəblənəcək
Dünən, 13:07
Təlim-Tədris Mərkəzində rüşvət işi: MAXE qəbulunda rüşvət oyunu - TƏFƏRRÜAT
Dünən, 13:03
Azərbaycan və Bolqarıstan HHQ nümayəndələrinin iştirakı ilə ekspert görüşü keçirilib
Dünən, 12:58
Mülayim şimal-qərb küləyi əsəcək - belə deyirlər...
Dünən, 12:56
Rüşvətə görə tutulan Tibbi Sosial Ekspert Komissiyasının sədri barəsində qərar verilib
Dünən, 12:51
Bu kənd su üzünə həsrətdir – “İçməyə yox, sulamağa var”
Dünən, 12:46
Tramp 41 il əvvəlki qərarı təkrarladı – İki düşmənə “yaşıl işıq” yandı
Dünən, 12:39
Ana gəlinin cehizini geri qaytardı, bəy özünü öldürdü - TƏFƏRRÜAT
Dünən, 12:36
Zəngəzur dəhlizi məsələsi Ermənistan və Azərbaycanın suveren işidir - Kreml
Dünən, 12:24
Azərbaycan müdafiə naziri İtaliyanın Baş Qərargah rəisini qəbul edib
Dünən, 12:16
Tehrandakı şər yuvasının yeni böhtanı - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 12:10
Ruslar da Qazaxstana dolayı SANKSİYA tətbiq etdi - KİV
Dünən, 12:06
"Bu nə peşəkarlıqdır, nə də tibbi etika..." - ETİRAZ!
Dünən, 12:01
İki qurum Türkiyə və Polşada olan tələbələrimizi çarəsiz qoyub - NAZİRİN NƏZƏRİNƏ...
Dünən, 11:55
Ermənistan parlamentinin sədri Marqarita Simonyanı təhqir edib
Dünən, 11:51
Qanunsuz hərəkətə yol verən “Bakı 4 N-li Yol İstismarı”nın direktoru intizam məsuliyyətinə cəlb edilib
Dünən, 11:40
Ağdərədə turizm canlanır - TENDERƏ YEKUN VURULDU
Dünən, 11:36
Eldar Əzizov onu rəis təyin etdi - ƏMR
Dünən, 11:33
“Niyə qaşımı göyə qaldırım, burnumu…” - Zeynəb LAĞA QOYDU
Dünən, 11:29
Rusiyaya gizli yolla edilən daha bir hərbi köməyin üstü açılıb - “Reuters”
Dünən, 11:26
Xocalıda işləyən ustanın başına gələnlər: silah tapdı, təhvil vermədi və... - TƏFƏRRÜAT
Dünən, 11:20
Dövlət Su Ehtiyatları Agentliyinin DAR GÜNƏ BİR QAŞIQ SU EHTİYATI DA YOX İMİŞ... - AXI NİYƏ?
Dünən, 11:12
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru