Məşhurların övladları deputatlığa namizəddir - SİYAHI
Tarix: 10-01-2020, 09:02 | Çap et
 9 fevral növbədənkənar parlament seçkilərinin özəlliklərindən biri də məşhur şəxslərin övladlarının deputatlığa namizədliklərini irəli sürməsidir.
Onların sırasında daha çox ictimai marağa səbəb olanlardan biri Müsavat Partiyasının keçmiş başqanı, Milli Strateji Düşüncə Mərkəzinin rəhbəri İsa Qəmbərin oğlu Turqut Qəmbərin növbədənkənar parlament seçkilərində iştirak etməsidir.
Gənc fəal Turqut Qəmbər namizədliyini 22 saylı ikinci Nəsimi seçki dairəsindən irəli sürüb. Lazım olan sayda seçici imzalarını toplayan Turqut Qəmbərin namizədliyi qeydə alınıb.
V çağırış Milli Məclisin deputatı, Sosial Rifah Partiyasının sədri Xanhüseyn Kazımlının qızı Əsli Kazımova da deputatlığa namizədliyini irəli sürüb. Əsli Kazımova namizədliyini 80 saylı İmişli-Beyləqan seçki dairəsindən irəli sürüb. Onun sənədləri DSK-ya iki gün öncə təqdim olunub.
“Qafqazinfo” məsələ ilə bağlı deputatın özü ilə əlaqə saxlayıb. X. Kazımlı özünün namizədliyini irəli sürmədiyini bildirib. Əlavə edib ki, partiyası ölkə başçısının kursuna uyğun siyasət müəyyənləşdirir, gənclərin irəli sürülməsi siyasətini dəstəkləyir. Bu səbəbdən də namizədlərindən biri Əsli Kazımovadır.
Ə. Kazımova 11 aprel 1981-ci ildə Bakı şəhərində anadan olub. 2004-cü ildən Azərbaycan Dövlət İqtisad Universitetində çalışır. Hazırda “İqtisadiyyatın tənzimlənməsi” kafedrasının baş müəllimidir.
Xatırladaq ki, 80 saylı İmişli-Beyləqan seçki dairəsindən hazırkı deputat Çingiz Qənizadə və Müsavat Partiyasından Razim Əmiraslanlı da namizəddir.
Yeni Azərbaycan Partiyasının (YAP) 27 saylı Sabunçu ikinci seçki dairəsindən namizədi Əliabbas Salahzadə bütün Qafqazın Şeyxi Allahşükür Paşazadənin qudası, keçmiş deputat Hacı Qalib Salahzadənin oğludur.
Bəzi məlumatlarda Əliabbas Salahzadənin Şeyxin kürəkəni olduğu iddia edilir. Lakin bu, yanlış məlumatdır. Şeyxin kürəkəni Qalib Salahzadənin digər oğlu Əlihüseyn Salahzadədir.
40 yaşlı Salahzadə Əliabbas Sabunçu Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiridir.
Daxili işlər nazirinin sabiq birinci müavini mərhum general Zahid Dünyamalıyevin oğlu Vəli Dünyamalıyev növbədənkənar parlament seçkilərində iştirak edir.
Bu barədə Vəli Dünyamalıyevin seçki qərargahından məlumat verilib. (Gununsesi.org).
Vəli Dünyamalıyev namizədliyini Gəncənin 40 saylı Kəpəz ikinci seçki dairəsindən irəli sürüb. Bu dairədən digər namizəd isə deputat Musa Uruddur. Onun Gəncəni seçməsi isə təsadüfi olmayıb. Belə ki, atası Zahid Dünyamalıyev sovetlərin çökməsi və müstəqilliyin ilk dönəmlərində Gəncənin polis rəisi olub. Şəhərdə böyük hörmət qazanan mərhum generalın övladlarına da gəncəlilərin eyni münasibəti qalmaqdadır.
Vəli Dünyamalıyevin özünə gəldikdə isə qeyd edək ki, o, şagird kimi ilk illərini Gəncədəki 16 saylı orta məktəbdə oxuyub. Ali təhsilini BDU-nun hüquq fakültəsində alan Vəli Dünyamalıyev uzun illər Milli Təhlükəsizlik Nazirliyində çalışıb. 2010-cu ildən özəl sektorda fəaliyyət göstərir.
Azərbaycanın müdafiə sənayesi naziri olmuş mərhum Yavər Camalovun oğlu Rəşad Camalov da deputatlığa namizədliyini irəli sürüb. 46 saylı Şirvan seçki dairəsindən namizədliyini irəli sürən Rəşad Camalov deputatlığa namizəd olmaq üçün sənədlərini 4 gün öncə DSK-ya təqdim edib və namizədliyi DSK tərəfindən qeydə alınıb. Onun seçkilərə müstəqil namizəd kimi qatıldığı bildirilir. Hakim partiyadan rəqibi isə Azər Quliyevdir.
Mərhum Xalq artisti Mirzə Babayevin nəvəsi də namizədidir
Mərhum xalq artisti Mirzə Babayevin nəvəsi Emin Babayev də deputatlığa namizəd olub.
Onun namizədliyi Real Cümhuriyyətçilər İttifaqı tərəfindən 29 saylı Səbayel seçki dairəsindən irəli sürülüb.
Adıçəkilən məşhurların övladlarından kimin və ya kimlərin deputat mandatı əldə edə biləcəyi isə tam 1 ay sonra məlum olacaq. “Yeni Müsavat”


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• AZAL təyyarəsi rus generalın əmri ilə vurulubmuş – yeni sensasion detallar yayıldı
Bu gün, 00:27 |
|
|
|
• Daha bir “plastik cərrah” qalmaqalı - “Bədənim çürüyür”
Bu gün, 00:24 |
|
|
|
• Rusiyanın təslim olmaq çağırışına Yermak söyüşlə cavab verdi
Dünən, 18:04 |
|
|
|
• “Sülh masası”, yoxsa teatr SƏHNƏSİ? – İstanbuldakı görüşün PƏRDƏARXASI
Dünən, 18:00 |
|
|
|
• Daha bir azərbaycanlı hərbçi Ukraynada həlak oldu
Dünən, 17:56 |
|
|
|
• Rusiyaya qaçırılan ukraynalı uşaqları cəbhəyə göndərirlər - “Times”
Dünən, 17:52 |
|
|
|
• “Demişdi ki, uşağımıza iynə vurdurub öldür” - Aliment ödəməyən ata həbs edildi
Dünən, 17:46 |
|
|
|
• “Rus bölməsinin mövcudluğuna qarşıyam, valideynlər Azərbaycan bölməsini seçməlidir” - ÇAĞIRIŞ
Dünən, 17:44 |
|
|
|
• Kreml Bakıya boyun əyir? – Zaxarovadan təslim tonu
Dünən, 17:42 |
|
|
|
• Azər Bayramova Müdafiə Nazirliyində vəzifə verildi - BUNDAN SONRA...
Dünən, 17:37 |
|
|
|
• İcra hakimiyyətlərində islahatlar: Nələr dəyişməlidir? - AÇIQLAMA
Dünən, 17:36 |
|
|
|
• Ermənistan hökuməti Karapetyanın şirkətində pay ala bilər - KİV
Dünən, 17:32 |
|
|
|
• Top Ermənistan tərəfdədir, növbəti məğlubiyyəti istəmirsə... - Zəngəzur dəhlizi ŞƏRHİ
Dünən, 16:43 |
|
|
|
• Rusiyada böyük hesablaşma – “Paşinyan buna məcbur olacaq”
Dünən, 16:36 |
|
|
|
• Rusiyada 3 günlük matəm elan olundu
Dünən, 16:33 |
|
|
|
• “Cəmiyyət dırnaqarası dindarlardan heç nə öyrənə bilməz” -İLAHİYYATÇIDAN SƏRT REAKSİYA
Dünən, 16:27 |
|
|
|
• Zəngəzur dəhlizi: - “Nəzarətin ABŞ-yə veriləcəyi...”
Dünən, 16:21 |
|
|
|
• Əhaliyə suyun verilmə forması: "Ə, bir-bir"... - Azərbaycan əhalisi Afrika qitəsinin köklü problemini yaşayır
Dünən, 16:14 |
|
|
|
• Talıbovlara məxsus olmuş restoranın rəhbərinə "stop" qoyuldu - TƏFƏRRÜAT
Dünən, 16:11 |
|
|
|
• Azərbaycan ehtiyatlı olmalıdır: - Ermənistanın Zəngəzur dəhliziylə bağlı hiyləgər və çevik siyasət aparır
Dünən, 16:06 |
|
|
|
• Milli Məclisin deputatları maaşın 2 faizini AHİK-ya üzvlük haqqı ödəyirlər - Xidmətdən istifadə edirlərmi?
Dünən, 16:01 |
|
|
|
• Moskvadan Ankaranın “yolunu kəsəcək” həmlə: Narahatlıq artdı – Hərbi toqquşma…
Dünən, 15:41 |
|
|
|
• Paşinyan Mişustinlə Cənubi Qafqazı müzakirə etdi
Dünən, 15:37 |
|
|
|
• Azərbaycanın 4 sığorta şirkətinin yığımları azalıb – ADLARI
Dünən, 15:34 |
|
|
|
• “Auto Azərbaycan” şirkətinə nə qədər maliyyə sanksiyası tətbiq edilib? - TƏFƏRRÜAT
Dünən, 15:31 |
|
|
|
• Fəxrəddin Pənahov sərəncama götürüldü - ƏMR
Dünən, 15:27 |
|
|
|
• Zaxarovadan Qordonun Xankəndiyə getməsi ilə bağlı SƏRT AÇIQLAMA
Dünən, 15:15 |
|
|
|
• DƏRHAL VƏ XAHİŞ... - HƏ...
Dünən, 15:11 |
|
|
|
• Paşinyan Bakı və Ankaraya görə “müharibə”yə başladı – Kreml buna qəzəblənəcək
Dünən, 13:07 |
|
|
|
• Təlim-Tədris Mərkəzində rüşvət işi: MAXE qəbulunda rüşvət oyunu - TƏFƏRRÜAT
Dünən, 13:03 |
|
|
|
• Azərbaycan və Bolqarıstan HHQ nümayəndələrinin iştirakı ilə ekspert görüşü keçirilib
Dünən, 12:58 |
|
|
|
• Mülayim şimal-qərb küləyi əsəcək - belə deyirlər...
Dünən, 12:56 |
|
|
|
• Rüşvətə görə tutulan Tibbi Sosial Ekspert Komissiyasının sədri barəsində qərar verilib
Dünən, 12:51 |
|
|
|
• Bu kənd su üzünə həsrətdir – “İçməyə yox, sulamağa var”
Dünən, 12:46 |
|
|
|
• Tramp 41 il əvvəlki qərarı təkrarladı – İki düşmənə “yaşıl işıq” yandı
Dünən, 12:39 |
|
|
|
• Ana gəlinin cehizini geri qaytardı, bəy özünü öldürdü - TƏFƏRRÜAT
Dünən, 12:36 |
|
|
|
• Zəngəzur dəhlizi məsələsi Ermənistan və Azərbaycanın suveren işidir - Kreml
Dünən, 12:24 |
|
|
|
• Azərbaycan müdafiə naziri İtaliyanın Baş Qərargah rəisini qəbul edib
Dünən, 12:16 |
|
|
|
• Tehrandakı şər yuvasının yeni böhtanı - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 12:10 |
|
|
|
• Ruslar da Qazaxstana dolayı SANKSİYA tətbiq etdi - KİV
Dünən, 12:06 |
|
|
|
• "Bu nə peşəkarlıqdır, nə də tibbi etika..." - ETİRAZ!
Dünən, 12:01 |
|
|
|
• İki qurum Türkiyə və Polşada olan tələbələrimizi çarəsiz qoyub - NAZİRİN NƏZƏRİNƏ...
Dünən, 11:55 |
|
|
|
• Ermənistan parlamentinin sədri Marqarita Simonyanı təhqir edib
Dünən, 11:51 |
|
|
|
• Qanunsuz hərəkətə yol verən “Bakı 4 N-li Yol İstismarı”nın direktoru intizam məsuliyyətinə cəlb edilib
Dünən, 11:40 |
|
|
|
• Ağdərədə turizm canlanır - TENDERƏ YEKUN VURULDU
Dünən, 11:36 |
|
|
|
• Eldar Əzizov onu rəis təyin etdi - ƏMR
Dünən, 11:33 |
|
|
|
• “Niyə qaşımı göyə qaldırım, burnumu…” - Zeynəb LAĞA QOYDU
Dünən, 11:29 |
|
|
|
• Rusiyaya gizli yolla edilən daha bir hərbi köməyin üstü açılıb - “Reuters”
Dünən, 11:26 |
|
|
|
• Xocalıda işləyən ustanın başına gələnlər: silah tapdı, təhvil vermədi və... - TƏFƏRRÜAT
Dünən, 11:20 |
|
|
|
• Dövlət Su Ehtiyatları Agentliyinin DAR GÜNƏ BİR QAŞIQ SU EHTİYATI DA YOX İMİŞ... - AXI NİYƏ?
Dünən, 11:12 |
|
|
|
|