"Bilinmir ki, Azərbaycandasan, yoxsa Avropada" - deputat
Tarix: 7-11-2018, 08:35 | Çap et
 Azərbaycan prezidenti İlham Əliyev Ağdam Muğam Mərkəzinin açılışında çıxışı zamanı Azərbaycan dilinin saflığının qorunmasının vacibliyi məsələsinə də yer ayırıb. Prezident bildirib ki, muğam bizim milli sənətimizdir, milli sərvətimizdir: “Bizim mənəvi dəyərlərimizin, Azərbaycan dəyərlərinin inkişafı, qorunması üçün ədəbiyyatımızın, musiqimizin çox böyük əhəmiyyəti var. Muğam həm ədəbiyyatdır, həm musiqidir, həm də Azərbaycan dilinin saflığını qoruyan sənətdir. Mən bu yaxınlarda Azərbaycan dilinin saflığının qorunması ilə bağlı fərman imzalamışam. Buna ehtiyac var, mən bu məsələ ilə bağlı bir neçə dəfə öz fikirlərimi bildirmişəm. Bizim çox zəngin dilimiz var və Azərbaycan ədəbiyyatı bunu təsdiqləyir. Ancaq indi dünyada gedən qloballaşma prosesləri, digər proseslər istər-istəməz dilimizə də təsir edir, biz dilimizi xarici təsirdən qorumalıyıq. Bizim dilimizə lüzumsuz xarici kəlmələr lazım deyil. Bizim dilimiz o qədər zəngindir ki, istənilən fikri, istənilən məsələni ifadə etmək mümkündür. Ancaq biz görürük ki, bəzi hallarda həm kütləvi informasiya vasitələrində, həm digər sahələrdə dilimizə yad kəlmələr daxil edilir. Bunlar dilimizi zənginləşdirmir, əksinə, bəzən mövcud sözlər yeni sözlərlə əvəzlənir və mən bunun qəti əleyhinəyəm. Bu gün bu fürsətdən istifadə edərək, bir daha bildirmək istəyirəm ki, hamımız öz dilimizi qorumalıyıq. Əlbəttə, bizim incəsənətimizin ənənəvi növləri, o cümlədən muğam sənəti bu sahədə xüsusi rol oynayır”.
Ölkə başçısının dövlət dilinin qorunması məsələsinə bir daha toxunması cəmiyyətdə və mediada müsbət qarşılanır və dəstəklənir.
“Azərbaycan” qəzetinin baş redaktoru, deputat Bəxtiyar Sadıqov bu barədə “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, prezident İlham Əliyev Azərbaycan dilinin saflığının qorunması, dövlət dili səviyyəsində işlədilməsinə daim diqqət və qayğı göstərir, dəfələrlə bununla bağlı çox mühüm fərmanlar verib, dövlət proqramları, sərəncamlar imzalayıb: “Doğrudan da Azərbaycan müstəqillik dövrünə qədəm qoyduqdan sonra dünyaya açılıb. Əgər sovet dövründə biz yalnız Rusiya vasitəsilə dünya ilə əlaqə saxlayırdıqsa və dilimizə ən çox rus dilinin təsiri var idisə, dilimizdə ən çox işlənən terminlər Rusiyadan gəlmə terminlər idisə, bu gün Azərbaycan dünyaya açıqdır. Dünyanın yüzlərlə dövləti ilə ünsiyyət qurulub və hər birindən müxtəlif sözlər, terminlər eşidirik, işlədirik. Ona görə hər kəs ana dilinin qorunmasına çalışmalıdır. Əlbəttə, dil daim inkişaf etməlidir, müxtəlif terminlərlə zənginləşməlidir. Amma bu, ana dilinə əcnəbi sözlərin daxil olması hesabına olmamalıdır. Çox təəssüf ki, bu sahədə müəyyən problemlər görürük. Cənab prezident də məhz problemlərin aradan qaldırılması üçün bu məsələyə çıxışında xüsusi yer ayırıb. Əcnəbi dil bilmək yaxşıdır. Ancaq əcnəbi dildəki sözləri götürüb ana dilimizə qatmaq və dilimizi korlamaq olmaz. Bakının bir sıra küçələrindəki reklamlara baxanda bilmir ki, Azərbaycandasan, yoxsa Avropada. Baxmayaraq ki, reklamlarda Azərbaycan dilindən kənara çıxmaq qanunda qadağan olunub, amma yenə də əcnəbi sözlərdən ibarət reklamlar şəhəri bürüyüb. Bəzən kütləvi informasiya vasitələrində də ana dilimizə kənar sözlərin daxil edildiyi müşahidə olunur. O cümlədən telekanalarda bu məsələdə durum yaxşı deyil. Televiziyada danışılanlar, işlədilən sözlər bir çox insanlarda ana dilimizin məhz bu olduğu rəyini yaradır. Beləliklə, Azərbaycan dilinin çirklənməsi baş verir. Çayxana söhbətləri, bazar söhbətləri, səviyyəsiz adamların işlətdiyi ifadələr baş alıb gedir. Adam ekrana baxmaq, dinləmək istəmir. Cənab prezidentimizin ana dilimizlə bağlı söylədikləri qeyd etdiyim sahələrdə çalışanlar və həmin sahələrin rəhbərləri tərəfindən nəzərə alınmalıdır. Müşahidə olunan qüsurlar aradan qaldırılmalıdır”.
Baş redaktor qeyd etdi ki, prezidentin Azərbaycan dilinin saflığına, qorunmasına xüsusi diqqət ayırdığını hər birimiz öz işimizdə unutmamalıyıq: “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da yaxşılaşdırılması məqsədilə Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin yaradılması barədə prezident İlham Əliyevin fərman verməsi dövlət başçısının bu məsələyə nə dərəcədə mühüm əhəmiyyət verdiyini əyani göstərir. Monitorinq Mərkəzində təcrübəli mütəxəssislər çalışacaq və Azərbaycan dilinin qorunmasına dövlət nəzarəti ciddiləşəcək, monitorinqlər keçirəcəklər. Ana dilimizi hər birimiz qorumalıyıq. Dilə sevginin əlamətlərindən biri də onu yad və lazımsız ifadələrdən qorumaqdır”.


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Pul verməyən xəstəni DÖYÜRLƏR - İTTİHAM VAR...
Bu gün, 06:56 |
|
|
|
• Ermənistanın ərazi bütövlüyünü güdən MOLLA REJİMİ... - əslində öz ərazi bütövlüyünün dərdindədir...
Bu gün, 06:49 |
|
|
|
• Burda adamı öldürüb, cibini soyurlar - BU NƏDİ BELƏ?
Bu gün, 06:44 |
|
|
|
• Manatın dizini yerə gətirən AVRO... - NƏ BAŞ VERİR?
Bu gün, 06:40 |
|
|
|
• "Gürcüstan ən çətin məqamlarda Azərbaycandan dəstək görüb" - deputat
Bu gün, 06:33 |
|
|
|
• MAŞALLAH: Bu məmurun 5 müavini, 4 müşaviri var - Bəs faydası necə?..
Bu gün, 06:30 |
|
|
|
• “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” PHŞ-nin vergi borcu 25 milyon mantı ötdü - Tender də kecirib
Bu gün, 06:16 |
|
|
|
• Ayrılan milyonlar HARA GEDİB? - HESAB SORMAQ vaxtıdır...
Bu gün, 06:13 |
|
|
|
• Rusiya “mümkünsüzdür” dedi, Tramp ikiqat hərəkətə keçdi – Naxçıvanla bağlı inanılmaz PLAN
Bu gün, 06:09 |
|
|
|
• "Təhsil sistemində vaxt itkisi bir nəsil itkisi deməkdir" - Ekspertdən Elm və Təhsil Nazirliyinə İRAD
Bu gün, 06:07 |
|
|
|
• Ölkənin iki ən böyük ticarət şəbəkəsi qanundan kənar qalıb - AXI NİYƏ?..
Bu gün, 06:04 |
|
|
|
• İranın axtardığı “sehrli barmaq” haradadır? - AKTUAL
Bu gün, 05:47 |
|
|
|
• Paşinyan Qarabağ səhvini Zəngəzurda da təkrarlayır... - FAKT BUDUR!
Bu gün, 05:41 |
|
|
|
• "Yəqin ki, dövlətin yadına düşərəm"
Bu gün, 05:37 |
|
|
|
• Zəngəzurda erməni hərbçi özünü güllələdi - KİV
Bu gün, 05:34 |
|
|
|
• Tramp xarici yardım və mediaya dəstək xərclərini azaltmaqla bağlı qanunu imzalayıb - DETALLAR
Bu gün, 05:24 |
|
|
|
• AZAL təyyarəsi rus generalın əmri ilə vurulubmuş – yeni sensasion detallar yayıldı
Bu gün, 00:27 |
|
|
|
• Daha bir “plastik cərrah” qalmaqalı - “Bədənim çürüyür”
Bu gün, 00:24 |
|
|
|
• Rusiyanın təslim olmaq çağırışına Yermak söyüşlə cavab verdi
Dünən, 18:04 |
|
|
|
• “Sülh masası”, yoxsa teatr SƏHNƏSİ? – İstanbuldakı görüşün PƏRDƏARXASI
Dünən, 18:00 |
|
|
|
• Daha bir azərbaycanlı hərbçi Ukraynada həlak oldu
Dünən, 17:56 |
|
|
|
• Rusiyaya qaçırılan ukraynalı uşaqları cəbhəyə göndərirlər - “Times”
Dünən, 17:52 |
|
|
|
• “Demişdi ki, uşağımıza iynə vurdurub öldür” - Aliment ödəməyən ata həbs edildi
Dünən, 17:46 |
|
|
|
• “Rus bölməsinin mövcudluğuna qarşıyam, valideynlər Azərbaycan bölməsini seçməlidir” - ÇAĞIRIŞ
Dünən, 17:44 |
|
|
|
• Kreml Bakıya boyun əyir? – Zaxarovadan təslim tonu
Dünən, 17:42 |
|
|
|
• Azər Bayramova Müdafiə Nazirliyində vəzifə verildi - BUNDAN SONRA...
Dünən, 17:37 |
|
|
|
• İcra hakimiyyətlərində islahatlar: Nələr dəyişməlidir? - AÇIQLAMA
Dünən, 17:36 |
|
|
|
• Ermənistan hökuməti Karapetyanın şirkətində pay ala bilər - KİV
Dünən, 17:32 |
|
|
|
• Top Ermənistan tərəfdədir, növbəti məğlubiyyəti istəmirsə... - Zəngəzur dəhlizi ŞƏRHİ
Dünən, 16:43 |
|
|
|
• Rusiyada böyük hesablaşma – “Paşinyan buna məcbur olacaq”
Dünən, 16:36 |
|
|
|
• Rusiyada 3 günlük matəm elan olundu
Dünən, 16:33 |
|
|
|
• “Cəmiyyət dırnaqarası dindarlardan heç nə öyrənə bilməz” -İLAHİYYATÇIDAN SƏRT REAKSİYA
Dünən, 16:27 |
|
|
|
• Zəngəzur dəhlizi: - “Nəzarətin ABŞ-yə veriləcəyi...”
Dünən, 16:21 |
|
|
|
• Əhaliyə suyun verilmə forması: "Ə, bir-bir"... - Azərbaycan əhalisi Afrika qitəsinin köklü problemini yaşayır
Dünən, 16:14 |
|
|
|
• Talıbovlara məxsus olmuş restoranın rəhbərinə "stop" qoyuldu - TƏFƏRRÜAT
Dünən, 16:11 |
|
|
|
• Azərbaycan ehtiyatlı olmalıdır: - Ermənistanın Zəngəzur dəhliziylə bağlı hiyləgər və çevik siyasət aparır
Dünən, 16:06 |
|
|
|
• Milli Məclisin deputatları maaşın 2 faizini AHİK-ya üzvlük haqqı ödəyirlər - Xidmətdən istifadə edirlərmi?
Dünən, 16:01 |
|
|
|
• Moskvadan Ankaranın “yolunu kəsəcək” həmlə: Narahatlıq artdı – Hərbi toqquşma…
Dünən, 15:41 |
|
|
|
• Paşinyan Mişustinlə Cənubi Qafqazı müzakirə etdi
Dünən, 15:37 |
|
|
|
• Azərbaycanın 4 sığorta şirkətinin yığımları azalıb – ADLARI
Dünən, 15:34 |
|
|
|
• “Auto Azərbaycan” şirkətinə nə qədər maliyyə sanksiyası tətbiq edilib? - TƏFƏRRÜAT
Dünən, 15:31 |
|
|
|
• Fəxrəddin Pənahov sərəncama götürüldü - ƏMR
Dünən, 15:27 |
|
|
|
• Zaxarovadan Qordonun Xankəndiyə getməsi ilə bağlı SƏRT AÇIQLAMA
Dünən, 15:15 |
|
|
|
• DƏRHAL VƏ XAHİŞ... - HƏ...
Dünən, 15:11 |
|
|
|
• Paşinyan Bakı və Ankaraya görə “müharibə”yə başladı – Kreml buna qəzəblənəcək
Dünən, 13:07 |
|
|
|
• Təlim-Tədris Mərkəzində rüşvət işi: MAXE qəbulunda rüşvət oyunu - TƏFƏRRÜAT
Dünən, 13:03 |
|
|
|
• Azərbaycan və Bolqarıstan HHQ nümayəndələrinin iştirakı ilə ekspert görüşü keçirilib
Dünən, 12:58 |
|
|
|
• Mülayim şimal-qərb küləyi əsəcək - belə deyirlər...
Dünən, 12:56 |
|
|
|
• Rüşvətə görə tutulan Tibbi Sosial Ekspert Komissiyasının sədri barəsində qərar verilib
Dünən, 12:51 |
|
|
|
• Bu kənd su üzünə həsrətdir – “İçməyə yox, sulamağa var”
Dünən, 12:46 |
|
|
|
|