Pul verməyən xəstəni DÖYÜRLƏR .....                     Ermənistanın ərazi bütövlüyünü güdən MOLLA REJİMİ... .....                     Burda adamı öldürüb, cibini soyurlar .....                     Manatın dizini yerə gətirən AVRO... .....                     "Gürcüstan ən çətin məqamlarda Azərbaycandan dəstək görüb" .....                     MAŞALLAH: Bu məmurun 5 müavini, 4 müşaviri var .....                     “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” PHŞ-nin vergi borcu 25 milyon mantı ötdü .....                     Ayrılan milyonlar HARA GEDİB? .....                     Rusiya “mümkünsüzdür” dedi, Tramp ikiqat hərəkətə keçdi .....                     "Təhsil sistemində vaxt itkisi bir nəsil itkisi deməkdir" .....                     Ölkənin iki ən böyük ticarət şəbəkəsi qanundan kənar qalıb .....                     İranın axtardığı “sehrli barmaq” haradadır? .....                     Paşinyan Qarabağ səhvini Zəngəzurda da təkrarlayır... .....                     "Yəqin ki, dövlətin yadına düşərəm" .....                     Zəngəzurda erməni hərbçi özünü güllələdi .....                     Tramp xarici yardım və mediaya dəstək xərclərini azaltmaqla bağlı qanunu imzalayıb .....                     AZAL təyyarəsi rus generalın əmri ilə vurulubmuş .....                     Daha bir “plastik cərrah” qalmaqalı .....                     Rusiyanın təslim olmaq çağırışına Yermak söyüşlə cavab verdi .....                     “Sülh masası”, yoxsa teatr SƏHNƏSİ? .....                     Daha bir azərbaycanlı hərbçi Ukraynada həlak oldu .....                     Rusiyaya qaçırılan ukraynalı uşaqları cəbhəyə göndərirlər .....                     “Demişdi ki, uşağımıza iynə vurdurub öldür” .....                     “Rus bölməsinin mövcudluğuna qarşıyam, valideynlər Azərbaycan bölməsini seçməlidir” .....                     Kreml Bakıya boyun əyir? .....                     Azər Bayramova Müdafiə Nazirliyində vəzifə verildi .....                     İcra hakimiyyətlərində islahatlar: Nələr dəyişməlidir? .....                     Ermənistan hökuməti Karapetyanın şirkətində pay ala bilər .....                     Top Ermənistan tərəfdədir, növbəti məğlubiyyəti istəmirsə... .....                     Rusiyada böyük hesablaşma .....                     Rusiyada 3 günlük matəm elan olundu .....                     “Cəmiyyət dırnaqarası dindarlardan heç nə öyrənə bilməz” .....                     Zəngəzur dəhlizi: .....                     Əhaliyə suyun verilmə forması: "Ə, bir-bir"... .....                     Talıbovlara məxsus olmuş restoranın rəhbərinə "stop" qoyuldu .....                     Azərbaycan ehtiyatlı olmalıdır: .....                     Milli Məclisin deputatları maaşın 2 faizini AHİK-ya üzvlük haqqı ödəyirlər .....                     Moskvadan Ankaranın “yolunu kəsəcək” həmlə: Narahatlıq artdı .....                     Paşinyan Mişustinlə Cənubi Qafqazı müzakirə etdi .....                     Azərbaycanın 4 sığorta şirkətinin yığımları azalıb .....                 

"O komissiya onun üçün yaradılıb ki, dillə bağlı problemlərin həllinə kömək etsin" - Sabir Rüstəmxanlı
Tarix: 5-11-2018, 08:29 | Çap et
"O komissiya onun üçün yaradılıb ki, dillə bağlı problemlərin həllinə kömək etsin"
Prezident İlham Əliyev “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” fərman imzalayıb. Bu fərmanla “Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi” publik hüquqi şəxs yaradılır.

Fərmanda deyilir ki, Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan dili cəmiyyətin ictimai-siyasi, sosial-iqtisadi, elmi və mədəni həyatının bütün sahələrində daha geniş istifadə edilməyə başlamış, onun dövlət dili kimi maneəsiz inkişafı üçün münbit zəmin yaranıb.

Habelə, fərmanda qeyd edilir ki, müasir Azərbaycan dili mükəmməl qrammatik quruluşa, zəngin lüğət tərkibinə və ifadə vasitələrinə malikdir. Bununla yanaşı, dilimizin hüdudsuz imkanlarından yetərincə və düzgün istifadə edilməməsi halları hələ də kifayət qədər geniş yayılıb. Televiziya və radio kanallarında, internet resurslarında, mətbu nəşrlərdə və reklam daşıyıcılarında ədəbi dilin normalarının kobud şəkildə pozulması, leksik və qrammatik qaydalara əməl edilməməsi, məişət danışığından istifadə olunması, əcnəbi söz və ifadələrin yersiz işlədilməsi az qala adi hala çevrilib. Bu sahədə hüquqi tənzimləmənin və daimi nəzarətin olmaması dil pozuntularının azaldılması və aradan qaldırılması istiqamətində təsirli tədbirlər görməyə imkan vermir.

Fərmana əsasən, Nazirlər Kabinetinə Azərbaycan Respublikasının dövlət dilinin tətbiqinə nəzarət edən, kütləvi informasiya vasitələrində, internet resurslarında və reklam daşıyıcılarında ədəbi dil normalarının qorunmasını təmin edən, dövlət büdcəsindən maliyyələşən “Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi” publik hüquqi şəxs yaratmaq; “Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi” publik hüquqi şəxsin təsisçisinin “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsində qeyd edilən səlahiyyətlərini həyata keçirmək; Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da yaxşılaşdırılması ilə bağlı Tədbirlər Planı”nı hazırlayıb bir ay müddətində təsdiq etmək; Monitorinq Mərkəzinin nizamnaməsini Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla, iki ay müddətində təsdiq etmək; Monitorinq Mərkəzinin strukturunu, işçilərinin say həddini və əməkhaqqı fondunu Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla, iki ay müddətində təsdiq etmək; Monitorinq Mərkəzinin fəaliyyətinin təşkili ilə bağlı müvafiq yer ayrılmasını və zəruri maddi-texniki təminat məsələlərini həll etmək; kütləvi informasiya vasitələrində, internet resurslarında və reklam daşıyıcılarında ədəbi dil normalarının pozulması hallarının qarşısını almaq üçün qanunvericilik aktlarında dəyişikliklər barədə təkliflərini hazırlayıb üç ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək; bu Fərmandan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.

Fərmanı zəruri edən amillərlə bağlı Dövlət Dil Komissiyasının üzvü, VHP sədri Sabir Rüstəmxanlıya müraciət etdik. Sabir bəy bunları dedi: “Mətbuatımızda dillə bağlı kifayət qədər narahatçılıq ifadə olunub. Dilimizin əsasən Bakı şəhərində, reklamlarda, ictimai yerlərdə dil qanununun pozulduğu barədə yazılar gedir. Prezident də bir vətəndaş kimi Bakıya çıxır, hər şeyi görür. Ona görə də bu fərman çox ciddi bir ehtiyacdan doğur. Dil Komissiyasının sədri prezidentdir və mən də o komissiyasının üzvüyəm. O komissiya onun üçün yaradılıb ki, dillə bağlı problemlərin həllinə kömək etsin. Dilin işlənməsi, dövlət dili səviyyəsində qorunması, terminologiya məsələlərinin həlli, kənar dillərin turist axınından doğan söz axınının qarşısında dilimizin davamlılığı, duruş gətirməsi və beynəlxalq səviyyədə işlənməsi və bu kimi halların tənzimlənməsi üçün Dil Komissiyasının vəzifələri var. Daha əvvəl də buna bənzər sərəncam verilib. Eyni zamanda, bundan öncə akademiyada mənim də iştirakımla dilimizin qorunması və inkişafı ilə bağlı proqram hazırlanıb. O proqramın yerinə yetirilməsi sahəsində müəyyən işlər görülüb. Onun nəticəsində komissiya böyüdüldü və prezidentin özü onun sədri oldu. Bunların hamısı bir-birinə bağlı məsələlərdir. Bu onu göstərir ki, ölkədə dövlət dili siyasəti, dövlət dilinin qorunması ilə bağlı işlər gedir və bu istiqamətdə işlər getdikcə genişlənir. Əslində burada başqa bir yol da yoxdur. Başqa cür olsa biz dilimizi itirərik. Dilimizi itirmək isə milləti itirmək deməkdir. Fərmana baxdım, orada qoyulun məsələlər, monitorinq qrupunun yaradılması çox vacib idi. Yerində verilmiş fərmandır və bunu alqışlayıram. 2006-ci ildən Dil Qurumu yaranıb və onun sədriyəm. Davamlı olaraq dilimizin vəziyyətini çox ciddi şəkildə akademiklər, jurnalistlərlə birlikdə müzakirə edirik. Akademiyada alimlərin iştirakı ilə monitorinqlər də keçirilir. Təəssüflər olsun ki, keçirdiyimiz monitorinqlərə QHT-lərin rəyi kimi baxılır. Biz hətta dil qaydalarını pozan müəyyən təşkilatları məhkəməyə belə vermək istəmişik. Sənədlər hazırlamışıq, lakin qəbul etməyiblər. Görünür rəsmi şəkildə şikayət olunan tələblərdən qorxublar. Amma indi prezidentin sərəncamı ilə o səviyyədə yaranan Monitorinq Qrupunun şübhəsiz ki, rəyi əsas olacaq və buna daha məsuliyyətlə yanaşacaqlar. Bu baxımdan mənə elə gəlir ki, vaxtında verilmiş fərman və bu hökmən yerinə yetirilməlidir. Onu da qeyd edim ki, Monitorinq Qrupunun başında peşəkar, bu işi bilən, onun məsuliyyətini dərk edən, bu iş üçün yanan, təcrübəsi olan şəxs olmalıdır ki, bu istiqamətdəki işləri qanunauyğun şəkildə yerinə yetirsin. O zaman təsir və xeyirləri çox olacaq”.
“Yeni Müsavat”










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Pul verməyən xəstəni DÖYÜRLƏR - İTTİHAM VAR...
Bu gün, 06:56
Ermənistanın ərazi bütövlüyünü güdən MOLLA REJİMİ... - əslində öz ərazi bütövlüyünün dərdindədir...
Bu gün, 06:49
Burda adamı öldürüb, cibini soyurlar - BU NƏDİ BELƏ?
Bu gün, 06:44
Manatın dizini yerə gətirən AVRO... - NƏ BAŞ VERİR?
Bu gün, 06:40
"Gürcüstan ən çətin məqamlarda Azərbaycandan dəstək görüb" - deputat
Bu gün, 06:33
MAŞALLAH: Bu məmurun 5 müavini, 4 müşaviri var - Bəs faydası necə?..
Bu gün, 06:30
“İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” PHŞ-nin vergi borcu 25 milyon mantı ötdü - Tender də kecirib
Bu gün, 06:16
Ayrılan milyonlar HARA GEDİB? - HESAB SORMAQ vaxtıdır...
Bu gün, 06:13
Rusiya “mümkünsüzdür” dedi, Tramp ikiqat hərəkətə keçdi – Naxçıvanla bağlı inanılmaz PLAN
Bu gün, 06:09
"Təhsil sistemində vaxt itkisi bir nəsil itkisi deməkdir" - Ekspertdən Elm və Təhsil Nazirliyinə İRAD
Bu gün, 06:07
Ölkənin iki ən böyük ticarət şəbəkəsi qanundan kənar qalıb - AXI NİYƏ?..
Bu gün, 06:04
İranın axtardığı “sehrli barmaq” haradadır? - AKTUAL
Bu gün, 05:47
Paşinyan Qarabağ səhvini Zəngəzurda da təkrarlayır... - FAKT BUDUR!
Bu gün, 05:41
"Yəqin ki, dövlətin yadına düşərəm"
Bu gün, 05:37
Zəngəzurda erməni hərbçi özünü güllələdi - KİV
Bu gün, 05:34
Tramp xarici yardım və mediaya dəstək xərclərini azaltmaqla bağlı qanunu imzalayıb - DETALLAR
Bu gün, 05:24
AZAL təyyarəsi rus generalın əmri ilə vurulubmuş – yeni sensasion detallar yayıldı
Bu gün, 00:27
Daha bir “plastik cərrah” qalmaqalı - “Bədənim çürüyür”
Bu gün, 00:24
Rusiyanın təslim olmaq çağırışına Yermak söyüşlə cavab verdi
Dünən, 18:04
“Sülh masası”, yoxsa teatr SƏHNƏSİ? – İstanbuldakı görüşün PƏRDƏARXASI
Dünən, 18:00
Daha bir azərbaycanlı hərbçi Ukraynada həlak oldu
Dünən, 17:56
Rusiyaya qaçırılan ukraynalı uşaqları cəbhəyə göndərirlər - “Times”
Dünən, 17:52
“Demişdi ki, uşağımıza iynə vurdurub öldür” - Aliment ödəməyən ata həbs edildi
Dünən, 17:46
“Rus bölməsinin mövcudluğuna qarşıyam, valideynlər Azərbaycan bölməsini seçməlidir” - ÇAĞIRIŞ
Dünən, 17:44
Kreml Bakıya boyun əyir? – Zaxarovadan təslim tonu
Dünən, 17:42
Azər Bayramova Müdafiə Nazirliyində vəzifə verildi - BUNDAN SONRA...
Dünən, 17:37
İcra hakimiyyətlərində islahatlar: Nələr dəyişməlidir? - AÇIQLAMA
Dünən, 17:36
Ermənistan hökuməti Karapetyanın şirkətində pay ala bilər - KİV
Dünən, 17:32
Top Ermənistan tərəfdədir, növbəti məğlubiyyəti istəmirsə... - Zəngəzur dəhlizi ŞƏRHİ
Dünən, 16:43
Rusiyada böyük hesablaşma – “Paşinyan buna məcbur olacaq”
Dünən, 16:36
Rusiyada 3 günlük matəm elan olundu
Dünən, 16:33
“Cəmiyyət dırnaqarası dindarlardan heç nə öyrənə bilməz” -İLAHİYYATÇIDAN SƏRT REAKSİYA
Dünən, 16:27
Zəngəzur dəhlizi: - “Nəzarətin ABŞ-yə veriləcəyi...”
Dünən, 16:21
Əhaliyə suyun verilmə forması: "Ə, bir-bir"... - Azərbaycan əhalisi Afrika qitəsinin köklü problemini yaşayır
Dünən, 16:14
Talıbovlara məxsus olmuş restoranın rəhbərinə "stop" qoyuldu - TƏFƏRRÜAT
Dünən, 16:11
Azərbaycan ehtiyatlı olmalıdır: - Ermənistanın Zəngəzur dəhliziylə bağlı hiyləgər və çevik siyasət aparır
Dünən, 16:06
Milli Məclisin deputatları maaşın 2 faizini AHİK-ya üzvlük haqqı ödəyirlər - Xidmətdən istifadə edirlərmi?
Dünən, 16:01
Moskvadan Ankaranın “yolunu kəsəcək” həmlə: Narahatlıq artdı – Hərbi toqquşma…
Dünən, 15:41
Paşinyan Mişustinlə Cənubi Qafqazı müzakirə etdi
Dünən, 15:37
Azərbaycanın 4 sığorta şirkətinin yığımları azalıb – ADLARI
Dünən, 15:34
“Auto Azərbaycan” şirkətinə nə qədər maliyyə sanksiyası tətbiq edilib? - TƏFƏRRÜAT
Dünən, 15:31
Fəxrəddin Pənahov sərəncama götürüldü - ƏMR
Dünən, 15:27
Zaxarovadan Qordonun Xankəndiyə getməsi ilə bağlı SƏRT AÇIQLAMA
Dünən, 15:15
DƏRHAL VƏ XAHİŞ... - HƏ...
Dünən, 15:11
Paşinyan Bakı və Ankaraya görə “müharibə”yə başladı – Kreml buna qəzəblənəcək
Dünən, 13:07
Təlim-Tədris Mərkəzində rüşvət işi: MAXE qəbulunda rüşvət oyunu - TƏFƏRRÜAT
Dünən, 13:03
Azərbaycan və Bolqarıstan HHQ nümayəndələrinin iştirakı ilə ekspert görüşü keçirilib
Dünən, 12:58
Mülayim şimal-qərb küləyi əsəcək - belə deyirlər...
Dünən, 12:56
Rüşvətə görə tutulan Tibbi Sosial Ekspert Komissiyasının sədri barəsində qərar verilib
Dünən, 12:51
Bu kənd su üzünə həsrətdir – “İçməyə yox, sulamağa var”
Dünən, 12:46
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru