“Leyla Yunusdan hər şey gözləyin, o, bir faşistdir” - Novella Cəfəroğlu
Tarix: 31-10-2018, 09:46 | Çap et
 Polşanın Vrotslav şəhərindəki “KEW” nəşriyyatı Hollandiyada mühacir həyatı yaşayan hüquq müdafiəçiləri Leyla və Arif Yunusların “Sovet düşərgəsindən Azərbaycan həbsxanasına” kitabını rus dilində nəşr edib. 496 səhifəlik kitab iki hissədən ibarətdir.
Birinci hissənin - “MTN-in təkadamlıq kamerasındakı dustağın qeydləri”nin müəllifi Arif Yunusdur. Kitabda MTN-in təcridxanasında təkadamlıq kamerada saxlandığı 16 ayın xatirələri və üzləşdiyi problemlər əksini tapıb.
Müəllif keçmiş MTN-in (artıq ləğv edilib-red.) istintaq təcridxanasını təsvir edir, orada hökm sürən vəziyyətdən danışır.
İkinci hissənin müəllifi Leyla Yunusdur. O, SSRİ-nin süqutu ərəfəsində Azərbaycanda baş verənlərdən və ondan sonrakı dövrdən yazıb. O, Azərbaycandakı siyasi məhbuslar haqda danışır. Vrotslavda kitabın təqdimatı keçirilib. Kitab həmçinin alman dilinə tərcümə edilib və Beynəlxalq PEN Klub tərəfindən nəşr olunub.
Noyabrın 8-də Almaniyanın Esslingen şəhərində kitab festivalının açılışı olacaq. Festivalı Leyla və Arif Yunuslar açacaqlar. Onlar Almaniya ictimaiyyətinə öz kitabları barədə məlumat verəcəklər.
Beynəlxalq PEN Klub noyabrın 15-də Vyanada KİV və ictimaiyyətin iştirakı ilə kitabın xüsusi təqdimatını keçirəcək.
Hazırda kitab ingilis dilinə tərcümə edilir. Kitabın Londonda və Brüsseldə təqdimatı planlaşdırılıb. Həmçinin kitabın fransız və holland dillərində tərcüməsi nəzərdə tutulub.
Kitab başdan-ayağa Azərbaycan əleyhinədir. Ər-arvad ölkəmiz əleyhinə Avropada mənfi imic yaratmağı sanki qarşılarına məqsəd qoyublar. Kitabın müxtəlif ölkələrdə nəşri və kitaba açıq şəkildə verilən dəstəklər bunu sübut edir. Azərbaycan hakimiyyətinin Yunusların qarayaxma kampaniyasının qarşısını almaq üçün hansı addımları atmalı olduğu barədə müxtəlif müzakirələr açılıb.
Hüquq müdafiəçisi Novella Cəfəroğlu “Yeni Müsavat”a açıqlamasında kitab əleyhinə kifayət qədər sərt danışdı: “Leyla Yunusu heç zaman həmkarım saymamışam. Onunla daim mübarizə aparmışam. Yalançı olduğunu hər zaman ifşa etmişəm. O, Müdafiə Nazirliyində vəzifədə olduğu vaxtlar qanunsuzluğu aşıb daşırdı. Özünü mülayim göstərdiyinə fikir verməyin. Nazirlikdə işləyərkən yanımıza bir ərizəçi gəldi. Leyla Yunus onun başına dəhşətli oyunlar açmışdı. Səbəb də evində suyun gəlməməsi olmuşdu. Bunların hamısının şahidiyik. Vəzifəsindən necə sui-istifadə etdiyini yaxşı bilirik. Özünü sülhpərvər kimi göstərib, əsl üzünü gizlədir. İndi bəzi məmurlar özlərini necə aparırlarsa, o vaxt Leyla Yunus da belə aparırdı. O, heç vaxt Azərbaycanı sevməyib, ölkəmizi vətən bilməyib. Biz Leyla Yunus həbs ediləndə beynəlxalq təşkilatlara müraciət etdik, keçirdiyimiz görüşlərdə məsələni önə çəkdik.
Amma sonluq ortadadır. Leyla Yunus heç zaman düzəlməyəcək. Nə həbsxana, nə də digər amillər onu düz yola gətirə bilmədi. Bu adamın yalnız bir məqsədi var, pul qazanmaq. O kitabı da məhz pul qazanmaqdan ötrü yazıb. Azərbaycanı fikirləşən adam elə yazılar yazmaz. Tənqid etmək olar. Biz ölkəmizdə olub mənfi halları necə tənqid ediriksə, o cür olmalıdır. Daha Leyla Yunus kimi deyil. Hələ harasıdır, o insan qarşıdakı zamanda daha ikrah hissi doğuracaq fəaliyyət aparacaq. Çalışacaq ki, ölkəmizdə yaşayan millətləri qarşı-qarşıya qoysun.
Bunu hökumətə də deyirəm. Artıq belə fəaliyyətə başlayıb da. Hər addımında Azərbaycanda yaşayan etniklər arasında nifaq salmaq istəyir. O şəxsdən hər şey gözləyin. Bu şəxs faşistdir. Allah eləməsin ki, belə şəxslər həmkarım olsun. Ancaq yalan-böhtanla yaşayıb. Elə bilirsiniz ki, o, siyasi məhbusları müdafiə edir? Sadəcə, pul qazanmağın yolunu tapıb. Üzülməyə dəyməz. Çünki Yunuslar kimilər olduqca azdırlar. Dövlətimizi, millətimizi sevənlərin çoxluğu hər zaman bizlərə təskinlik olub”.
Hüquq müdafiəçisi Azərbaycan tərəfin atmalı olduğu addımlardan da söz açdı: “Azərbaycan hökumətinin onun bu cür fəaliyyətinin qarşısını almaq imkanları var idi. Azərbaycan tərəfi komissiya yaradıb, kitabda yazılanlarla bağlı araşdırma aparıb onu ifşa edə bilər. Eyni zamanda hakimiyyət birdəfəlik siyasi məhbuslar məsələsini həll etməlidir ki, Leyla Yunus kimilərin ağzı bağlansın. İstənilən halda komissiya yaradıb onun hər bir ittihamına cavab verməliyik”.


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Pul verməyən xəstəni DÖYÜRLƏR - İTTİHAM VAR...
Bu gün, 06:56 |
|
|
|
• Ermənistanın ərazi bütövlüyünü güdən MOLLA REJİMİ... - əslində öz ərazi bütövlüyünün dərdindədir...
Bu gün, 06:49 |
|
|
|
• Burda adamı öldürüb, cibini soyurlar - BU NƏDİ BELƏ?
Bu gün, 06:44 |
|
|
|
• Manatın dizini yerə gətirən AVRO... - NƏ BAŞ VERİR?
Bu gün, 06:40 |
|
|
|
• "Gürcüstan ən çətin məqamlarda Azərbaycandan dəstək görüb" - deputat
Bu gün, 06:33 |
|
|
|
• MAŞALLAH: Bu məmurun 5 müavini, 4 müşaviri var - Bəs faydası necə?..
Bu gün, 06:30 |
|
|
|
• “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” PHŞ-nin vergi borcu 25 milyon mantı ötdü - Tender də kecirib
Bu gün, 06:16 |
|
|
|
• Ayrılan milyonlar HARA GEDİB? - HESAB SORMAQ vaxtıdır...
Bu gün, 06:13 |
|
|
|
• Rusiya “mümkünsüzdür” dedi, Tramp ikiqat hərəkətə keçdi – Naxçıvanla bağlı inanılmaz PLAN
Bu gün, 06:09 |
|
|
|
• "Təhsil sistemində vaxt itkisi bir nəsil itkisi deməkdir" - Ekspertdən Elm və Təhsil Nazirliyinə İRAD
Bu gün, 06:07 |
|
|
|
• Ölkənin iki ən böyük ticarət şəbəkəsi qanundan kənar qalıb - AXI NİYƏ?..
Bu gün, 06:04 |
|
|
|
• İranın axtardığı “sehrli barmaq” haradadır? - AKTUAL
Bu gün, 05:47 |
|
|
|
• Paşinyan Qarabağ səhvini Zəngəzurda da təkrarlayır... - FAKT BUDUR!
Bu gün, 05:41 |
|
|
|
• "Yəqin ki, dövlətin yadına düşərəm"
Bu gün, 05:37 |
|
|
|
• Zəngəzurda erməni hərbçi özünü güllələdi - KİV
Bu gün, 05:34 |
|
|
|
• Tramp xarici yardım və mediaya dəstək xərclərini azaltmaqla bağlı qanunu imzalayıb - DETALLAR
Bu gün, 05:24 |
|
|
|
• AZAL təyyarəsi rus generalın əmri ilə vurulubmuş – yeni sensasion detallar yayıldı
Bu gün, 00:27 |
|
|
|
• Daha bir “plastik cərrah” qalmaqalı - “Bədənim çürüyür”
Bu gün, 00:24 |
|
|
|
• Rusiyanın təslim olmaq çağırışına Yermak söyüşlə cavab verdi
Dünən, 18:04 |
|
|
|
• “Sülh masası”, yoxsa teatr SƏHNƏSİ? – İstanbuldakı görüşün PƏRDƏARXASI
Dünən, 18:00 |
|
|
|
• Daha bir azərbaycanlı hərbçi Ukraynada həlak oldu
Dünən, 17:56 |
|
|
|
• Rusiyaya qaçırılan ukraynalı uşaqları cəbhəyə göndərirlər - “Times”
Dünən, 17:52 |
|
|
|
• “Demişdi ki, uşağımıza iynə vurdurub öldür” - Aliment ödəməyən ata həbs edildi
Dünən, 17:46 |
|
|
|
• “Rus bölməsinin mövcudluğuna qarşıyam, valideynlər Azərbaycan bölməsini seçməlidir” - ÇAĞIRIŞ
Dünən, 17:44 |
|
|
|
• Kreml Bakıya boyun əyir? – Zaxarovadan təslim tonu
Dünən, 17:42 |
|
|
|
• Azər Bayramova Müdafiə Nazirliyində vəzifə verildi - BUNDAN SONRA...
Dünən, 17:37 |
|
|
|
• İcra hakimiyyətlərində islahatlar: Nələr dəyişməlidir? - AÇIQLAMA
Dünən, 17:36 |
|
|
|
• Ermənistan hökuməti Karapetyanın şirkətində pay ala bilər - KİV
Dünən, 17:32 |
|
|
|
• Top Ermənistan tərəfdədir, növbəti məğlubiyyəti istəmirsə... - Zəngəzur dəhlizi ŞƏRHİ
Dünən, 16:43 |
|
|
|
• Rusiyada böyük hesablaşma – “Paşinyan buna məcbur olacaq”
Dünən, 16:36 |
|
|
|
• Rusiyada 3 günlük matəm elan olundu
Dünən, 16:33 |
|
|
|
• “Cəmiyyət dırnaqarası dindarlardan heç nə öyrənə bilməz” -İLAHİYYATÇIDAN SƏRT REAKSİYA
Dünən, 16:27 |
|
|
|
• Zəngəzur dəhlizi: - “Nəzarətin ABŞ-yə veriləcəyi...”
Dünən, 16:21 |
|
|
|
• Əhaliyə suyun verilmə forması: "Ə, bir-bir"... - Azərbaycan əhalisi Afrika qitəsinin köklü problemini yaşayır
Dünən, 16:14 |
|
|
|
• Talıbovlara məxsus olmuş restoranın rəhbərinə "stop" qoyuldu - TƏFƏRRÜAT
Dünən, 16:11 |
|
|
|
• Azərbaycan ehtiyatlı olmalıdır: - Ermənistanın Zəngəzur dəhliziylə bağlı hiyləgər və çevik siyasət aparır
Dünən, 16:06 |
|
|
|
• Milli Məclisin deputatları maaşın 2 faizini AHİK-ya üzvlük haqqı ödəyirlər - Xidmətdən istifadə edirlərmi?
Dünən, 16:01 |
|
|
|
• Moskvadan Ankaranın “yolunu kəsəcək” həmlə: Narahatlıq artdı – Hərbi toqquşma…
Dünən, 15:41 |
|
|
|
• Paşinyan Mişustinlə Cənubi Qafqazı müzakirə etdi
Dünən, 15:37 |
|
|
|
• Azərbaycanın 4 sığorta şirkətinin yığımları azalıb – ADLARI
Dünən, 15:34 |
|
|
|
• “Auto Azərbaycan” şirkətinə nə qədər maliyyə sanksiyası tətbiq edilib? - TƏFƏRRÜAT
Dünən, 15:31 |
|
|
|
• Fəxrəddin Pənahov sərəncama götürüldü - ƏMR
Dünən, 15:27 |
|
|
|
• Zaxarovadan Qordonun Xankəndiyə getməsi ilə bağlı SƏRT AÇIQLAMA
Dünən, 15:15 |
|
|
|
• DƏRHAL VƏ XAHİŞ... - HƏ...
Dünən, 15:11 |
|
|
|
• Paşinyan Bakı və Ankaraya görə “müharibə”yə başladı – Kreml buna qəzəblənəcək
Dünən, 13:07 |
|
|
|
• Təlim-Tədris Mərkəzində rüşvət işi: MAXE qəbulunda rüşvət oyunu - TƏFƏRRÜAT
Dünən, 13:03 |
|
|
|
• Azərbaycan və Bolqarıstan HHQ nümayəndələrinin iştirakı ilə ekspert görüşü keçirilib
Dünən, 12:58 |
|
|
|
• Mülayim şimal-qərb küləyi əsəcək - belə deyirlər...
Dünən, 12:56 |
|
|
|
• Rüşvətə görə tutulan Tibbi Sosial Ekspert Komissiyasının sədri barəsində qərar verilib
Dünən, 12:51 |
|
|
|
• Bu kənd su üzünə həsrətdir – “İçməyə yox, sulamağa var”
Dünən, 12:46 |
|
|
|
|