Gəlirlər azaldı, borclari 300 milyon artdı, “Azərenerji”nin vəziyyəti məlum oldu .....                     “Prezidentliyə hazır olmadığımı düşünürdüm” .....                     Paşinyanın əleyhdarları toparlana bilmir... .....                     Avropa İttifaqı ABŞ-nin gömrük rüsumlarına qarşı cavab tədbirləri hazırlayıb .....                     Ədalətsiz sistem məktəbləri bölür: Maaş fərqi kollektivləri qarşı-qarşıya qoyub .....                     "Həyat çox qısadır və ləzzətlidir" .....                     Azərbaycanda ehsan verilməsi ləğv edilə bilər .....                     Azərbaycanlı polis rəisi Rusiyada saxlanıldı .....                     “Avrasiya hospital”... “New Med” klinikası... “Kuzə” restoranı: HƏBS OLUNACAQLAR? .....                     Afinanın Konstantinopolis xəyalı: .....                     Başını itirən Putin rejimi üçün SON AKKORDLAR .....                     Zaporojye AES-də pozulan beynəlxalq hüquq .....                     Bakı zəmanət tələb etdi, Paşinyan seçim qarşısında .....                     Suriyalı liderin Bakı səfəri NİYƏ ÖNƏMLİDİR .....                     "Rusiya Jurnalistlər İttifaqı bizim üzərimizə gələ bilməz" .....                     Suriya-Türkiyə sərhəd keçid məntəqələri fasiləsiz iş rejiminə keçir .....                     "Baş daşını 40 çıxana qədər düzəltdirməsə, "bivec övlad" deyirlər" .....                     Paytaxt küçələri yenidən yuyuldu .....                     "İsrail İrana qarşı cadu və cinlərdən də istifadə edib..." .....                     "Allaha şükür, müsəlmanıq, İslama qarşı bir sözümüz yoxdur" .....                     Birbaşa, ikitərəfli müzakirələrin aparılması nəticə verəcək .....                     Böyük sülhə daha neçə zirvə qaldı? .....                     İrəvan Bakı ilə “birləşir”: Paşinyan razılaşdı, dəhlizlə bağlı kontur cızıldı .....                     Çinin okeandakı fəaliyyəti: .....                     Azərbaycan və Ermənistanın indi ortaq bir rəqibi var .....                     "Orta məktəb müəllimi öz ixtisası üzrə magistr dərəcəsinə də sahib olmalıdır" .....                     Dollarla bağlı təhlükə: vəziyyət dəyişir .....                     Putin Ukraynada nüvə silahından istifadə etməyi düşünür .....                     Zəngəzur dəhlizi uğrunda əsl savaş gedir... .....                     Qoşqar Təhməzlinin elə özü TƏHLÜKƏDİR .....                     Dövlət qurumu 8 milyona nələr alacaq? .....                     Zəfər Qurbanov Heydər Əliyev fondunun qurduğunu BELƏ DAĞITDI .....                     Bakıdan Moskvanı qorxuya salan həmləalındı .....                     Rubio NATO ölkələrini Ukraynaya silah tədarükünə çağırıb .....                     Qorxulu xəbərlər yayılır: Ekspertlər qiyməti 250 manatadək qaldırıb .....                     “Azərbaycan Beynəlxalq Bankı” adamı belə soyur .....                     Bəlkə biz də rus malını BOYKOT EDƏK? .....                     Daha bir həkim-dələduz PEYDA OLUB: Diş əkir, diş çəkir... .....                     Rus dilində tədris buna görə ləğv olunacaq .....                     Düyməyə basıldı: Revanşistlər təxribata başladı .....                 

Keçmiş baş prokurordan Surət Hüseynova sərt ittihamlar
Tarix: 4-08-2017, 08:18 | Çap et
Keçmiş baş prokurordan Surət Hüseynova sərt ittihamlar
Son günlərdə ölkə gündəmini zəbt edən mövzulardan biri də sabiq baş nazir Surət Hüseynovun ölkə.az-a müsahibəsidir. Müsahibədə qiyamçı polkovnikin xüsusən də torpaqlarımızın işğalında birbaşa AXC-Müsavat hökumətini ittiham etməsi, eləcə də özünü Qarabağ savaşının qəhrəmanı kimi təqdim etməsi aranı qatıb. Məsələ ilə bağlı mövqelər isə birmənalı deyil.

AXC-Müsavat hakimiyyəti dövründə baş prokuror postunu tutmuş İxtiyar Şirin “Yeni Müsavat”a açıqlamasında S.Hüseynovun ittihamlarına sərt reaksiya verərək, onu etdiyi əməllərə görə ifşa etdi: “Onun müharibə dövründə muzdlu döyüşçülər gətirib-gətirmədiyi barədə məndə baş prokuror işlədiyim zamanlarda heç bir məlumat yox idi. Surət Hüseynovun hərbi hissələrindəki döyüşçülərin əksəriyyəti həbsxanalardan qanunsuz olaraq buraxılan və ona verilən cinayətkarlardan ibarət idi. Bizdə o zamanlar məlumat var idi ki, həmin şəxslərə hər gün narkotik maddə verilib, məhz bu maddənin təsiri altında onları Surət Hüseynovun yanında saxlayıblar. O vaxt bizdə təhlükəsizlik nazirinin verdiyi məlumata görə, Rusiya ilə Surət Hüseynovun ciddi əlaqələri olub. Bu əlaqələr o zaman Gəncədəki rus diviziyasının rəhbəri olan Şerbak vasitəsilə həyata keçirilib. Hətta bir dəfə mənə Türkiyədə Azərbaycanla əlaqəsi olan türk vətəndaşı dedi ki, Şerbakın kürəkəni Surət Hüseynov necə qiyam qaldırdı, Şerbakın ona olan yardımlarını siz görmürdünüz? Mən çox təəccüblənirəm ki, Surət Hüseynov doğrudan da rus komandirinin kürəkəni olub. O şəxsdən dəqiqləşdirmək üçün soruşdum, israrla dedi ki, onun kürəkəni olub. Amma yenə dəqiq deyə bilmirəm, bu, olub ya yox. Əgər olubsa, bu, bizə məsələlərə yenidən qiymət verməyə əsas verir. Bu hadisələrdə Rusiyanın əlinin olması birmənalıdır. Azərbaycanda Surət Hüseynov vasitəsilə dövlət çevrilişinin həyata keçirilməsində Rusiyanın oynadığı rol şübhəsizdir. Surət Hüseynovun o dövrlə bağlı dediklərini heç dəyərləndirmək belə istəmirəm. Onun haqqında daha dolğun məlumat almaq istəyirsinizsə, gedib Ağdam, Füzuli məcburi köçkünlərindən soruşmaq lazımdır ki, rayonların ermənilərin tərəfindən işğalında Surət Hüseynovun rəhbərlik etdiyi qanunsuz hərbi birləşmələrin rolu nədən ibarət olub. Onlar sizə bunları olduğu kimi söyləyəcəklər. Kəndləri necə boşaltdırıblar, camaatı necə qaçırıblar, necə talan ediblər, bundan sonra ermənilərin həmin yerlərə necə gəldikləri barədə həmin rayonların sakinlərinin çox ciddi bilgiləri var. Onların dedikləri həmin hadisələrin şahidi olmayanların dediklərindən qat-qat fərqli olacaq. Azərbaycan torpaqlarının işğalında Surət Hüseynovun necə böyük rolunun olduğu barədə faktlar hər kəsə məlum olacaq. Surət Hüseynov indi boş-boş danışır, amma məgər özü demədi ki, o torpaqları ermənilərə peşkəş vermişik, sonra qayıdıb alacağıq? Bu fikirləri başqa şəxs söyləməyib ki. Yenidən bu hadisələr barədə başqa fikir yaratmaq cəhdlərinin səbəblərinin nə olduğunu bilmirəm. Amma ən azından tarixi dəyişmək, faktları gizlətmək istəyirlərsə, bu mümkün deyil. Çünki hər şey ortadadır. Bunu hər kəs də bilir. Azərbaycan torpaqlarının işğalının səbəbkarlarının kimliyi də xalqa və dövlətə çox yaxşı məlumdur”.

Sabiq baş prokuror S.Hüseynovun məhkəmə qərarı ilə vətən xaini elan olunduğuna da toxundu: “O, vətənə xəyanətdə ittiham olunub. Bu, məhkəmənin qərarı idi, AXC rəhbərliyinin dedikləri deyildi. Bu davranışları hesab edirəm ki, dayandırmalı idi. Bunlar onun özünə də lazımsızdır. Çünki danışdıqca etdikləri bir daha gündəmə gəlir. Bunu isə yəqin ki o istəmir. O deyir ki, guya azad etdiyi və digər işğal olunan əraziləri AXC hökuməti satıb. Amma bunları kimlərin etdiyini xalq yaxşı bilir. Surət Hüseynovun bu hədələrini, böhtanlarını, söyüşlərini onun hələ də etdiklərindən nəticə çıxarmaması ilə izah edirəm. O gördüyü işlərdən və başına gələnlərdən doğru nəticə çıxarmayıb. Öz etdiyi əməlləri digərlərinin üzərinə yıxmaq istəyir. O, Türkiyədən danışmır ki. Gəlsin bura. Gəlsin, gedək Ağdam məcburi köçkünlərinin yanında Surət Hüseynov danışsın. Mən də, AXC hökumətinin rəhbərləri də gedəcək. O insanlara cavab versin. Bu torpaqlar necə getdi? Əgər Surət Hüseynov bunları edə bilsə, onun alnından öpəcəm. Bizim dövrümüzdə o, vəzifədən çıxarılıb, sonra da rəhmətlik Heydər Əliyev onu baş nazir təyin etdi. Sonra dövlət çevrilişinə cəhdlə ömürlük həbs olundu. Sonralar da əfv olundu. Bu faktlar ortadadır. O gəlsin ölkəyə, gedək işğal olunan rayonların sakinlərinin yaşadıqları yerlərə. Hamımız etdiklərimizə görə cavab verək. Əgər bunu edəcəksə, mən onun günahsız olduğu barədə fikirlərini müdafiə edəcəyəm. Görün hansı məsuliyyəti üzərimə götürürəm. Onun necə döyüşdüyünü yaxşı bilirlər. Kimin günahı varsa, xalq orada çıxıb deyəcək. Əgər mənim və təmsilçisi olduğum hakimiyyətin burada günahı varsa, bunu xalqdan eşitməyə hazırıq. Qorxumuz yoxdur. Onu məsuliyyətdən azad edib buraxdılar, indi də ağzına gələni danışır. Hesab edir ki, danışdıqları ilə xalqımızın başını aldadıb, gəlib prezident olacaq. Prezident olmaq istəmir, buyursun gəlsin”.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Gəlirlər azaldı, borclari 300 milyon artdı, “Azərenerji”nin vəziyyəti məlum oldu - HESABAT
Bu gün, 19:01
“Prezidentliyə hazır olmadığımı düşünürdüm” – Putin
Bu gün, 18:57
Paşinyanın əleyhdarları toparlana bilmir... - FOTOFAKT
Bu gün, 18:52
Avropa İttifaqı ABŞ-nin gömrük rüsumlarına qarşı cavab tədbirləri hazırlayıb - KİV
Bu gün, 18:50
Ədalətsiz sistem məktəbləri bölür: Maaş fərqi kollektivləri qarşı-qarşıya qoyub - AKTUAL
Bu gün, 18:46
"Həyat çox qısadır və ləzzətlidir" - FOTO
Bu gün, 18:39
Azərbaycanda ehsan verilməsi ləğv edilə bilər – Gözlənilən qərar verilir?
Bu gün, 18:36
Azərbaycanlı polis rəisi Rusiyada saxlanıldı - TƏFƏRRÜAT
Bu gün, 18:34
“Avrasiya hospital”... “New Med” klinikası... “Kuzə” restoranı: HƏBS OLUNACAQLAR? - Qanunvericiliyə görə...
Bu gün, 18:32
Afinanın Konstantinopolis xəyalı: - Türkiyə hərəkətə keçməli...
Bu gün, 08:08
Başını itirən Putin rejimi üçün SON AKKORDLAR - İNCƏLƏMƏ
Bu gün, 08:01
Zaporojye AES-də pozulan beynəlxalq hüquq - MAQATE Kiyevi dinləmir
Bu gün, 07:59
Bakı zəmanət tələb etdi, Paşinyan seçim qarşısında – Yeni tarix
Bu gün, 07:55
Suriyalı liderin Bakı səfəri NİYƏ ÖNƏMLİDİR - AKTUAL
Bu gün, 07:51
"Rusiya Jurnalistlər İttifaqı bizim üzərimizə gələ bilməz" - ETİRAZ
Bu gün, 04:01
Suriya-Türkiyə sərhəd keçid məntəqələri fasiləsiz iş rejiminə keçir
Bu gün, 03:58
"Baş daşını 40 çıxana qədər düzəltdirməsə, "bivec övlad" deyirlər" - FOTO
Bu gün, 03:56
Paytaxt küçələri yenidən yuyuldu
Dünən, 12:00
"İsrail İrana qarşı cadu və cinlərdən də istifadə edib..." -TEHRAN MERİ
Dünən, 09:22
"Allaha şükür, müsəlmanıq, İslama qarşı bir sözümüz yoxdur" - Sabir Rüstəmxanlı
Dünən, 09:19
Birbaşa, ikitərəfli müzakirələrin aparılması nəticə verəcək - GÖZLƏNTİ
Dünən, 08:37
Böyük sülhə daha neçə zirvə qaldı? - GƏLİŞMƏ
Dünən, 08:34
İrəvan Bakı ilə “birləşir”: Paşinyan razılaşdı, dəhlizlə bağlı kontur cızıldı - NƏ BAŞ VERİR?
Dünən, 08:32
Çinin okeandakı fəaliyyəti: - ABŞ-la qarşıdurmaya hazırlıq...
Dünən, 08:30
Azərbaycan və Ermənistanın indi ortaq bir rəqibi var - Rusiya bölgəni tamamilə itirəcəkmi?
Dünən, 08:28
"Orta məktəb müəllimi öz ixtisası üzrə magistr dərəcəsinə də sahib olmalıdır" - ÇÜNKİ...
Dünən, 07:32
Dollarla bağlı təhlükə: vəziyyət dəyişir – Üç mühüm məqam
Dünən, 07:29
Putin Ukraynada nüvə silahından istifadə etməyi düşünür - “The Telegraph”
Dünən, 07:26
Zəngəzur dəhlizi uğrunda əsl savaş gedir... - BELƏ DAVAM EDƏRSƏ...
Dünən, 06:48
Qoşqar Təhməzlinin elə özü TƏHLÜKƏDİR - FAKT BUDUR!
Dünən, 06:45
Dövlət qurumu 8 milyona nələr alacaq? - SİYAHI, DETALLAR
Dünən, 06:41
Zəfər Qurbanov Heydər Əliyev fondunun qurduğunu BELƏ DAĞITDI - milyonlarla pul xərclənmişdi...
Dünən, 06:22
Bakıdan Moskvanı qorxuya salan həmləalındı – Buna görə ermənilər hədəfə
Dünən, 06:15
Rubio NATO ölkələrini Ukraynaya silah tədarükünə çağırıb - KİV
Dünən, 06:12
Qorxulu xəbərlər yayılır: Ekspertlər qiyməti 250 manatadək qaldırıb - Görünəni odur ki...
Dünən, 05:31
“Azərbaycan Beynəlxalq Bankı” adamı belə soyur - GİLEY
Dünən, 05:29
Bəlkə biz də rus malını BOYKOT EDƏK? - Elə gətirdikləri toyuq əti...
Dünən, 05:25
Daha bir həkim-dələduz PEYDA OLUB: Diş əkir, diş çəkir... - BU NƏDİ BELƏ?
Dünən, 05:22
Rus dilində tədris buna görə ləğv olunacaq - AÇIQLAMA
Dünən, 05:16
Düyməyə basıldı: Revanşistlər təxribata başladı - AKTUAL
Dünən, 05:14
Xaraba günə qalan Ağstafa... - VİDEOFAKT
Dünən, 05:11
"İmtahandan keçməyən müəllimin yerinə savadsızını gətirmək cəmiyyəti geriyə aparır" - Şahlar Əsgərovdan ETİRAZ
Dünən, 05:05
Sumqayıtda kürəkən öz qayınatasını öldürüb - TƏFƏRRÜAT
Dünən, 05:02
"Artıq 1 ildir sənədlər Nazirlər Kabinetinə göndərilmir...." - AXI NİYƏ?..
Dünən, 04:58
"Kimdir bu şirkətin rəhbəri?" - NARAZILIQ VAR...
Dünən, 04:55
Ermənistan əgər Azərbaycana yenidən ərazi iddiaları qaldırsa... - ŞƏRH
Dünən, 04:38
Rusiya Avropaya hücuma hazırlaşır: 2026-2027-ci illərdə... - GƏLİŞMƏ
Dünən, 04:35
"Onlar əfv olunacaq, yoxsa cəzalandırılacaq?.." - Etibar Məmmədov
Dünən, 04:30
"Baxırsan, amma son dəfə..."
Dünən, 04:25
Tovuz döyüşlərindən 5 il ötür - UNUTMARIQ!
Dünən, 01:56
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru