Afinanın Konstantinopolis xəyalı: .....                     Başını itirən Putin rejimi üçün SON AKKORDLAR .....                     Zaporojye AES-də pozulan beynəlxalq hüquq .....                     Bakı zəmanət tələb etdi, Paşinyan seçim qarşısında .....                     Suriyalı liderin Bakı səfəri NİYƏ ÖNƏMLİDİR .....                     "Rusiya Jurnalistlər İttifaqı bizim üzərimizə gələ bilməz" .....                     Suriya-Türkiyə sərhəd keçid məntəqələri fasiləsiz iş rejiminə keçir .....                     "Baş daşını 40 çıxana qədər düzəltdirməsə, "bivec övlad" deyirlər" .....                     Paytaxt küçələri yenidən yuyuldu .....                     "İsrail İrana qarşı cadu və cinlərdən də istifadə edib..." .....                     "Allaha şükür, müsəlmanıq, İslama qarşı bir sözümüz yoxdur" .....                     Birbaşa, ikitərəfli müzakirələrin aparılması nəticə verəcək .....                     Böyük sülhə daha neçə zirvə qaldı? .....                     İrəvan Bakı ilə “birləşir”: Paşinyan razılaşdı, dəhlizlə bağlı kontur cızıldı .....                     Çinin okeandakı fəaliyyəti: .....                     Azərbaycan və Ermənistanın indi ortaq bir rəqibi var .....                     "Orta məktəb müəllimi öz ixtisası üzrə magistr dərəcəsinə də sahib olmalıdır" .....                     Dollarla bağlı təhlükə: vəziyyət dəyişir .....                     Putin Ukraynada nüvə silahından istifadə etməyi düşünür .....                     Zəngəzur dəhlizi uğrunda əsl savaş gedir... .....                     Qoşqar Təhməzlinin elə özü TƏHLÜKƏDİR .....                     Dövlət qurumu 8 milyona nələr alacaq? .....                     Zəfər Qurbanov Heydər Əliyev fondunun qurduğunu BELƏ DAĞITDI .....                     Bakıdan Moskvanı qorxuya salan həmləalındı .....                     Rubio NATO ölkələrini Ukraynaya silah tədarükünə çağırıb .....                     Qorxulu xəbərlər yayılır: Ekspertlər qiyməti 250 manatadək qaldırıb .....                     “Azərbaycan Beynəlxalq Bankı” adamı belə soyur .....                     Bəlkə biz də rus malını BOYKOT EDƏK? .....                     Daha bir həkim-dələduz PEYDA OLUB: Diş əkir, diş çəkir... .....                     Rus dilində tədris buna görə ləğv olunacaq .....                     Düyməyə basıldı: Revanşistlər təxribata başladı .....                     Xaraba günə qalan Ağstafa... .....                     "İmtahandan keçməyən müəllimin yerinə savadsızını gətirmək cəmiyyəti geriyə aparır" .....                     Sumqayıtda kürəkən öz qayınatasını öldürüb .....                     "Artıq 1 ildir sənədlər Nazirlər Kabinetinə göndərilmir...." .....                     "Kimdir bu şirkətin rəhbəri?" .....                     Ermənistan əgər Azərbaycana yenidən ərazi iddiaları qaldırsa... .....                     Rusiya Avropaya hücuma hazırlaşır: 2026-2027-ci illərdə... .....                     "Onlar əfv olunacaq, yoxsa cəzalandırılacaq?.." .....                     "Baxırsan, amma son dəfə..." .....                 

“Həmsədrlərin ikinci bəyanatı daha məzmunlu və konkretdir”
Tarix: 8-07-2017, 09:39 | Çap et
“Həmsədrlərin ikinci bəyanatı daha məzmunlu və konkretdir”
Ermənistan silahlı birləşmələri iyulun 4-də Füzuli rayonunun Alxanlı kəndini atəşə tutması, nəticədə 1-i azyaşlı olmaqla iki dinc sakinin həlak olması, 1 nəfərin yaralanması hadisəsindən sonra ATƏT-in Minsk Qrupunun həmsədrləri bəyanatla çıxış edib, tərəfləri atəşkəsə riayət etməyə səsləyiblər. Ötən gün həmsədrlər 2-ci bəyanat da yayıblar. ATƏT Daimi Şurasının iclasında Fransa nümayəndəsinin Minsk qrupu həmsədrlərinin adından səsləndirdiyi bəyanatda həmsədrlər tərəfindən 4 iyulda atəşkəsin pozulması ilə əlaqədar ciddi narahatlıq ifadə olunub.

Bildirilib ki, iyulun 4-də baş verən ciddi insident sülh səylərini və qarşıdan gələn danışıqları poza bilən təxribatçı əməl kimi nəzərdən keçirilir. Həmsədrlər tərəflərə Cenevrə konvensiyaları əsasında mülki insanların qəbuledilməz tələfatına yol açan zorakı addımlardan kənar durmaq barədə öhdəliklərini də xatırladıblar. Münaqişə tərəflərinə xitabən gərginliyin aradan qaldırılması və 1994-1995-ci il atəşkəs haqqında razılaşmalara ciddi riayət edilməsi üçün tədbirlər görməyə çağırış edilib. Bəyanatın sonunda bir daha qeyd olunub ki, Rusiya Federasiyası, Fransa və ABŞ münaqişənin sülh yolu ilə həlli üçün danışıqların mümkün olan ən tez bir zamanda bərpası zərurətini vurğulayır.

Həmsədrlərin ikinci bəyanatını şərh edən Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib ki, sözügedən sənəddə təxribatların kimin tərəfindən törədilməsi, Cenevrə konvensiyalarının və danışıqlar prosesinin kimin tərəfindən pozulması aydın şəkildə bəlli olur. Belə ki, son bəyanatda Füzuli rayonunun Alxanlı kəndində baş verən hadisələr təxribat kimi qiymətləndirilib. Nazirlik rəsmisi həmsədrlərin bu qiymətləndirməsini bölüşərək qeyd edib ki, Alxanlıdakı insident Ermənistanın təxribatı olaraq danışıqlar prosesinin və həmsədrlərin səylərinin pozulmasına hesablanmışdı: "Aparılan araşdırmalar və təqdim olunan dəlillər tam şəkildə sübut edib ki, Ermənistan silahlı qüvvələri tərəfindən qəsdən Alxanlı kəndində mülki insanlar və mülki obyektlər hədəfə alınıb. Ermənistan mülki insanların öldürülməsinə görə məsuliyyəti öz üzərindən atmaq üçün guya kənddə atəş nöqtələrinin olması barədə saxta propaqanda aparır. Alxanlı kəndində heç bir atəş nöqtəsi və ya hər hansı digər hərbi məntəqə olmayıb. Azərbaycanda akkreditə olunan ABŞ, Çin Xalq Respublikası, Pakistan İslam Respublikası, Türkiyə, Rusiya Federasiyası, Çexiya, Qazaxıstan, Belarus, Koreya, Gürcüstan və Ukraynanın hərbi attaşeləri və Almaniya Federativ Respublikasının səfirliyinin diplomatı, beynəlxalq media nümayəndələri 6 iyul tarixində Alxanlı kəndinə təşkil olunan səfər çərçivəsində yerindəcə bu faktın şahidi oldular”.

H.Hacıyev 2016-cı ilin aprel, eləcə də Alxanlı hadisələrini Ermənistan tərəfindən sistematik şəkildə Cenevrə konvensiyaları çərçivəsində üzərinə götürdüyü öhdəliklərin kobud şəkildə pozulması kimi dəyərləndirib. Bu baxımdan o, həmsədrlərin Cenevrə konvensiyaları əsasında öhdəliklərə riayət edilməsi, həmçinin mülki insanların tələfatına yol açan zorakı addımlardan kənar durulmasına dair çağırışlarını təqdir edib.

Millət vəkili, politoloq Hikmət Məmmədov da "Kaspi”yə açıqlamasında bildirib ki, həmsədrlərin ikinci bəyanatı əvvəlki ilə müqayisədə daha məzmunlu və konkretdir. O, xüsusən də Ermənistan silahlı birləşmələrinin hərəkətlərinin təxribat kimi təqdim edilməsini müsbət hal kimi qiymətləndirib: "Baş verənlərdən ATƏT-in Minsk qrupunun həmsədrləri özləri üçün nəticə çıxarmalıdırlar ki, 1994-cü ildə atəşkəsin əldə edilməsi münaqişənin sülh yolu ilə həll edilməsi üçün idi. Lakin indiyə qədər problem həllini tapmayıb. Deməli, həmsədrlərin də iştirakı ilə davam etdirilən sülh danışıqları prosesi müsbət nəticələnməyib, əsas məqsədə nail olunmayıb. Ona görə də həmsədrlərin ikinci bəyanatında yer alan müddəalar müsbət qarşılansa da, bizi tam qane etmir. Çünki həmsədrlərin əsas funksiyası təmas xəttindəki gərginliyi xatırlatmaq, tərəfləri danışıqlara səsləməklə yekunlaşmır. ATƏT-in Minsk qrupunun, həmsədr dövlətlərin əsas vəzifəsi Azərbaycan-Ermənistan, Dağlıq Qarabağ münaqişəsini həll etməkdir. Bunun üçün yeri gəldikcə işğalçı tərəfə təzyiq göstərmək də zəruridir. Ancaq indiyə qədər işğalçı Ermənistana həra hansı təzyiq göstərilməsini müşahidə etməmişik. Ona görə də rəsmi İrəvan danışıqlar prosesində qeyri-konstruktivlik nümayiş etdirir, yaxud cəbhə bölgəsində təxribatlar törətməklə bütövlükdə danışıqlar prosesini pozmağa çalışır. Bütün bunları nəzərə alaraq, həmsədrlərin ikinci bəyanatını əvvəlkilərlə müqayisədə irəliyə doğru atılan bir addım kimi qiymətləndirsək də, bununla qənaətlənmək qeyri-mümkündür. Çünki problem hələ də həllini tapmayıb. Problemin həllini tapması üçün isə işğalçı Ermənistan Azərbaycan torpaqlarını azad etməlidir”.

"Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu isə bizimlə söhbətdə beynəlxalq təşkilatların sanki qorxu içində olduqlarını dilə gətirib. Qeyd edib ki, 4 iyul hadisəsindən sonra beynəlxalq təşkilatlar, ayrı-ayrı dövlətlərin rəsmi şəxsləri, siyasətçilər, deputatlar insidentlə bağlı bəyanatlar versələr də, bütün bunlar münaqişənin həllinə xidmət etmir: "Əgər həmin bəyanatlarda münaqişənin həlli üçün konkret hansı addımların atılması əksini tapsaydı, fikirləşərdik ki, beynəlxalq qurumlar, vasitəçilər yaşananlardan ciddi narahatlıq keçirir, müharibə başlamasın deyə, problemin sülh yolu ilə həllini istəyirlər. Ancaq biz bunu görmürük. Bəyanat müəlliflərinin böyük əksəriyyəti sadəcə narahatdırlar ki, Azərbaycan qisas əməliyyatına başlaya bilər. Necə ki, artıq işğalçıların mövqelərinə hərbi birləşmələrimiz tərəfindən müəyyən zərbələrin endirilməsi, Ermənistan ordusunun itkilər verməsi barədə xəbərlər yayılır. Biz düşmənin heç bir əməlini cavabsız qoymuruq və qoymayacağıq. Ötən ilin aprel döyüşləri bunu əyani şəkildə göstərdi”.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Afinanın Konstantinopolis xəyalı: - Türkiyə hərəkətə keçməli...
Bu gün, 08:08
Başını itirən Putin rejimi üçün SON AKKORDLAR - İNCƏLƏMƏ
Bu gün, 08:01
Zaporojye AES-də pozulan beynəlxalq hüquq - MAQATE Kiyevi dinləmir
Bu gün, 07:59
Bakı zəmanət tələb etdi, Paşinyan seçim qarşısında – Yeni tarix
Bu gün, 07:55
Suriyalı liderin Bakı səfəri NİYƏ ÖNƏMLİDİR - AKTUAL
Bu gün, 07:51
"Rusiya Jurnalistlər İttifaqı bizim üzərimizə gələ bilməz" - ETİRAZ
Bu gün, 04:01
Suriya-Türkiyə sərhəd keçid məntəqələri fasiləsiz iş rejiminə keçir
Bu gün, 03:58
"Baş daşını 40 çıxana qədər düzəltdirməsə, "bivec övlad" deyirlər" - FOTO
Bu gün, 03:56
Paytaxt küçələri yenidən yuyuldu
Dünən, 12:00
"İsrail İrana qarşı cadu və cinlərdən də istifadə edib..." -TEHRAN MERİ
Dünən, 09:22
"Allaha şükür, müsəlmanıq, İslama qarşı bir sözümüz yoxdur" - Sabir Rüstəmxanlı
Dünən, 09:19
Birbaşa, ikitərəfli müzakirələrin aparılması nəticə verəcək - GÖZLƏNTİ
Dünən, 08:37
Böyük sülhə daha neçə zirvə qaldı? - GƏLİŞMƏ
Dünən, 08:34
İrəvan Bakı ilə “birləşir”: Paşinyan razılaşdı, dəhlizlə bağlı kontur cızıldı - NƏ BAŞ VERİR?
Dünən, 08:32
Çinin okeandakı fəaliyyəti: - ABŞ-la qarşıdurmaya hazırlıq...
Dünən, 08:30
Azərbaycan və Ermənistanın indi ortaq bir rəqibi var - Rusiya bölgəni tamamilə itirəcəkmi?
Dünən, 08:28
"Orta məktəb müəllimi öz ixtisası üzrə magistr dərəcəsinə də sahib olmalıdır" - ÇÜNKİ...
Dünən, 07:32
Dollarla bağlı təhlükə: vəziyyət dəyişir – Üç mühüm məqam
Dünən, 07:29
Putin Ukraynada nüvə silahından istifadə etməyi düşünür - “The Telegraph”
Dünən, 07:26
Zəngəzur dəhlizi uğrunda əsl savaş gedir... - BELƏ DAVAM EDƏRSƏ...
Dünən, 06:48
Qoşqar Təhməzlinin elə özü TƏHLÜKƏDİR - FAKT BUDUR!
Dünən, 06:45
Dövlət qurumu 8 milyona nələr alacaq? - SİYAHI, DETALLAR
Dünən, 06:41
Zəfər Qurbanov Heydər Əliyev fondunun qurduğunu BELƏ DAĞITDI - milyonlarla pul xərclənmişdi...
Dünən, 06:22
Bakıdan Moskvanı qorxuya salan həmləalındı – Buna görə ermənilər hədəfə
Dünən, 06:15
Rubio NATO ölkələrini Ukraynaya silah tədarükünə çağırıb - KİV
Dünən, 06:12
Qorxulu xəbərlər yayılır: Ekspertlər qiyməti 250 manatadək qaldırıb - Görünəni odur ki...
Dünən, 05:31
“Azərbaycan Beynəlxalq Bankı” adamı belə soyur - GİLEY
Dünən, 05:29
Bəlkə biz də rus malını BOYKOT EDƏK? - Elə gətirdikləri toyuq əti...
Dünən, 05:25
Daha bir həkim-dələduz PEYDA OLUB: Diş əkir, diş çəkir... - BU NƏDİ BELƏ?
Dünən, 05:22
Rus dilində tədris buna görə ləğv olunacaq - AÇIQLAMA
Dünən, 05:16
Düyməyə basıldı: Revanşistlər təxribata başladı - AKTUAL
Dünən, 05:14
Xaraba günə qalan Ağstafa... - VİDEOFAKT
Dünən, 05:11
"İmtahandan keçməyən müəllimin yerinə savadsızını gətirmək cəmiyyəti geriyə aparır" - Şahlar Əsgərovdan ETİRAZ
Dünən, 05:05
Sumqayıtda kürəkən öz qayınatasını öldürüb - TƏFƏRRÜAT
Dünən, 05:02
"Artıq 1 ildir sənədlər Nazirlər Kabinetinə göndərilmir...." - AXI NİYƏ?..
Dünən, 04:58
"Kimdir bu şirkətin rəhbəri?" - NARAZILIQ VAR...
Dünən, 04:55
Ermənistan əgər Azərbaycana yenidən ərazi iddiaları qaldırsa... - ŞƏRH
Dünən, 04:38
Rusiya Avropaya hücuma hazırlaşır: 2026-2027-ci illərdə... - GƏLİŞMƏ
Dünən, 04:35
"Onlar əfv olunacaq, yoxsa cəzalandırılacaq?.." - Etibar Məmmədov
Dünən, 04:30
"Baxırsan, amma son dəfə..."
Dünən, 04:25
Tovuz döyüşlərindən 5 il ötür - UNUTMARIQ!
Dünən, 01:56
PKK silahını ona görə yandırır ki... - AKTUAL
11-07-2025, 18:01
Qabil Məmmədovun məhkəməsi BAŞLADI - TƏFƏRRÜAT
11-07-2025, 17:58
Məhərrəmliklə bağlı vəziyyət dəyişdi – Nə baş verir?
11-07-2025, 17:55
Mərkəzi Bank bu şirkətə yarım milyondan çox pul ödədi - TENDER NƏTİCƏSİ
11-07-2025, 17:47
Dövlətin dərman pulları kimlərə gedir? - ARAŞDIRMA
11-07-2025, 17:46
Aqrar Tədarük və Təchizatın rəhbərlərindən biri vəzifəsindən ayrılıb - BUNDAN SONRA...
11-07-2025, 17:42
10 milyon manatlıq tikinti tenderinə maraq göstərən olmadı - TENDER LƏĞV EDİLDİ
11-07-2025, 17:40
Xalq artisti TƏƏSSÜFLƏNDİ - “Sənət yox, pul arxasınca gedirlər”
11-07-2025, 17:37
Rusiya Ukraynaya hava zərbələrini niyə intensivləşdirib? - HƏQİQƏTƏN DƏ...
11-07-2025, 17:32
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru