CHP liderindən Ərdoğana UNİKAL TƏKLİF .....                     Bakıda iş adamının 2 villasından yarım milyonluq oğurluq... .....                     Elşən İbrahimov DANIŞDI .....                     Professor Rəhman Bədəlov vəfat edib .....                     Sülh masası Əbu-Dabidə qurulur – Moskva və Brüssel niyə kənarda qaldı? .....                     Rüşvət almaqda təqsirləndirilən sabiq hakim kassasiya şikayəti verib .....                     Tələbələrin köçürülməsi prosesinə start verilir .....                     Rüşvət almaqda təqsirləndirilən sabiq hakim kassasiya şikayəti verib .....                     Ermənistan hakimiyyəti və cəmiyyəti anlamalıdır ki, Azərbaycanla sülh... .....                     "Bank BTB"nin Müşahidə Şurasının tərkibinə yenidən baxılacaq .....                     “Nar” regionlarda təhsilə dəstəyini davam etdirir .....                     İran rəsmisi Pezeşkianı təhqir etdi .....                     2030-da jurnalistika, hüquqşünaslıq, müəllimlik ixtisasları “öləcək?” .....                     Güney Qafqaz üçün ƏRƏB MASASI... .....                     Ermənistan və İran müdafiə nazirləri regional təhlükəsizlik məsələlərini müzakirə ediblər .....                     "Beşbarmaq”da nəzarət yoxdur, amma paraşütçülər UÇUR .....                     Bu məktəblər ÖZBAŞINA QALIB... .....                     AzTV-nin 440 minlik tenderi ləğv edildi .....                     “Pəhriz üçün 130 dollar ödədim, sən demə menyunu “ChatGPT” yazıbmış” .....                     Gəncə Regional İcma Mərkəzinin rəhbərinin həbs müddəti uzadılıb .....                     Hələ də ötən ayın əməkhaqqı ödənilməyib... .....                     Milyonluq mənimsəmə: “Pullar kartıma köçürülürdü” .....                     “Abşeron Hotel Qrup”a daxil olan bu otelin adı dəyişdirildi .....                     Rubionun Azərbaycan və Ermənistanla bağlı son bəyanatı vacib idi .....                     Məhkəmə "Vətəndaş Hüquqları” İnstitutunun rəhbəri Bəşir Süleymanlı ilə bağlı qərar verib .....                     Səhiyyə Nazirliyinin 5.5 milyonluq tenderi ləğv edildi .....                     İranda ETİRAZLAR BAŞLADI: .....                     Ermənistan İstintaq Komitəsi Eçmiədzinə əməliyyat planlaşdırmır .....                     Sabah bəzi yerlərdə az yağış yağacaq... .....                     Hüquqşünasdan ağır sözlər: .....                     Bu ixtisaslaşma magistraturadan çıxarıldı: Strateji sahə niyə diqqətdən kənarda qalır? .....                     "OKUKLU HOLDİNQ" VƏTANDAŞLARIN PULUNU NECƏ MƏNİMSƏYİR? .....                     Bakıda falçı evini satan qadının başına OYUN AÇDI .....                     Bələdiyyə gözünü yumub HƏR YERİ SATIR... .....                     Afət həmkarlarına MEYDAN OXUDU: .....                     “Daşnaksütyun”un rəhbərlərindən biri olan deputat Moskvaya qaçdı?.. .....                     "Alqış Musayevin yazdığı dəyərləndirmə yox, məğlubiyyət etirafıdır" .....                     Ermənistan ordusunda 8 yaralı .....                     Hakimiyyət uğrunda amansız mübarizə: açıq savaşda yeni mərhələ .....                     İrəvanı qarışdıran iddia: Paşinyanı qorumaq üçün səs yazısını o ölkə verib .....                 

“Elçibəyə acıqlandım, məndən üzr istədi” – Zərdüşt Əlizadə ilə QALMAQALLI MÜSAHİBƏ
Tarix: 13-02-2017, 16:03 | Çap et
“Elçibəyə acıqlandım, məndən üzr istədi”
Politoloq Zərdüşt Əlizadənin Lent.az-a müsahibəsini təqdim edirik.

– Zərdüşt bəy, bildiyimizə görə qardaşınız Araz Əlizadə ilə münasibətləriniz yaxşı deyil. Səbəb ciddidirmi?

– Mənim qardaşımla münasibətim yaxşıdır, yoxsa pisdir, bunun sizə nə dəxili var?

– Cəmiyyət üçün maraqlıdır.

– Kimlər üçün maraqlıdırsa, dərindən nəfəs alsınlar, su içsinlər və başqa işləri ilə məşğul olsunlar. Azərbaycanın min dənə dərdi-bəlası var. Qarabağ məsələsi, ədalətsizlik, qütbləşmə və s. Bunlar çox ciddi məsələlərdir. Amma iki qardaşın münasibəti soyuqdur, istidir, yenə deyirəm, bunun heç kimə dəxli yoxdur.

– Axı siz evdar qardaşlar deyilsiniz. Biriniz Milli Məclisin deputatı, biriniz də tanınmış politoloq, ziyalı.

– Bəli... Bir atadan, bir anadan olan iki qardaşın siyasi baxışları fərqlidir. Vəssalam. Bu da adi bir şeydir. Başqa heç bir şey deyə bilmərəm.

– Araz Əlizadənin oğlu dünyasını dəyişib, siz hüzrə də getməmisiniz.

– Bu məsələnin hansısa bir ictimai əhəmiyyəti var?

– O zaman Nuru paşadan danışaq. Araz Əlizadənin onun haqqında fikirləri ilə razısınızmı?

– Araz Əlizadəylə bağlı olmadan bu məsələ haqqında onu deyə bilərəm ki, Türkiyə Bakı neftinə çatmaq istəyirdi, bunun üçün Nuru Paşa Qafqaz-İslam ordusunun komandanı olaraq Azərbaycana gəlib. Gələndə ilk növbədə bizim Müsavat hökumətimizi, yəni milli hökumətimizi tanımadı, tanımaq da istəmədi. Sonra Nuru Paşaya başa saldılar ki, a kişi, bu yerli camaatın da hökuməti olmalıdır, ya yox? O da deyib ki, hökumət olsun, amma hərbi naziri olmasın. Cavab veriblər ki, baş üstə.

Türkiyə məğlub ölkə kimi öhdəlik götürdü ki, Qafqazdan ordusunu geri çəksin. Nuru paşa getdi, ingilislər gəldi. Daha sonra Leninlə Atatürk sövdələşdilər ki, Rusiya Türkiyəni xilas etmək üçün hərbi müşavir, qızıl, silah-sursat verəcək, əvəzində də Türkiyə kömək edəcək ki, Müsavat Azərbaycanı Rusiyaya qatılsın. Belə də oldu. Nuru Paşa Dağıstandan Azərbaycana yola düşən XI qızıl ordunun qatarında gəldi. Ümumiyyətlə, Nuru paşa Türkiyəyə xidmət edən bir general, komandan Atatürkün əmrini yerinə yetirən bir zabit olub, vəssalam!

– Qardaşınızdan danışmaq istəmirsiniz, bəs ananız Zinət xanımı necə xatırlayırsınız?

– Ananı oğul necə xatırlayar? Sevgiylə, məhəbbətlə. Və təəssüflə ki, dünyasını dəyişib. Savadlı qadınıydı, cəsarətli qadınıydı, yaxşı müəlliməydi, qayğıkeş anaydı.

– Bir müəllimə kimi ananızın qəbul etmədiyiniz xüsusiyyəti vardımı?

– Bir xüsusiyyəti xoşuma gəlmirdi. Bəzən tələbələrin zahiri görkəminə irad tuturdu. Saçın niyə belədir? Niyə qısa geyinirsən? Niyə uzun geyinirsən? Məncə, belə şeylər lazım deyildi. Görünür, köhnə təfəkkürün adamı imiş. Necə geyinib-geyinməmək tələbənin şəxsi işidir, sənin borcun isə dərs öyrətməkdir.

– Heç sizdən xahiş eləyən olurdumu ki, Zinət xanıma deyin, bizim uşağa qiymət yazsın?

– Zinət xanıma yetim anası deyirdilər. Kasıb, kimsəsiz tələbələrinə həmişə əl uzadardı, kömək edərdi. Əzazil deyildi, amma tələbkar müəllim idi. Hərdən yaxınlaşıb mənə deyirlər ki, siz Zinət xanımın oğlusunuz? Anamı xatırlayırlar.

Bir dəfə bir adam onun haqqında danışdı. Dedi ki, imtahandan kəsilib, qanıqara vəziyyətdə dəhlizdə dayanmışdım. Zinət müəllimə soruşdu ki, nə olub? Dedim, kəsilmişəm. Qayıtdı ki, bəs sən savadlı uşaq idin, nə oldu? Dedim, neyləyim, hazırlaşmışdım, müəllim məni incidir, pul istəyir. Zinət xanım gedib o müəllimə deyib ki, bu uşağa qiymət yaz, incitmə. Bu uşaq mənim qohumumdur. Adamlara bu cür köməkliyi çox olub Zinət xanımın.

O ki qaldı kiminsə məndən xahişinə ki, anam uşağına qiymət yazsın, xeyr, belə bir şey yadıma gəlmir.

– Atanızla neçənci ildə ailə qurmuşdu Zinət xanım?

– 1942-ci ildə. 43-də birinci uşağı olub, 46-da mən olmuşam, 51-də Araz, 58-də o biri bacım. Dörd uşaq anası idi. Həmişə anamı çalışan, vuruşan, işləyən görmüşəm. Mübariz ruhlu bir qadın olub.

– Elçibəylə son görüşünüz yadınızdadırmı?

– Vətəndaş Həmrəyliyi Partiyasında partiyaların yığıncağı idi. Yığıncağa düz 40 dəqiqə gecikmişdi Elçibəy. Mən ona acıqlandım, bildirdim ki, niyə gecikirsən, insanlara hörmət eləmək lazımdır. O da üzr istədi. Səhv eləmirəmsə, 1999-2000-ci illərin söhbətidir. Bundan sonra daha onu görmədim, heç bir təmasım da olmadı.

– “Elçibəyə acıqlandım” sözünüz görəsən, mənə niyə qəribə gəldi?

– Heç bir qəribəliyi yoxdur. Mən özümü heç kəsdən əskik adam saymıram. 30-40 nəfər oturub bir adamı gözləyir. Nə deməkdir bu? Elçibəyin hansı mühüm xüsusiyyətinə, vəzifəsinə görə bu qədər adam onu gözləməlidir? Kimdir ki o?

– Sizcə, bir ideoloq kimi Elçibəyin tezisləri bu günlə uzlaşmırmı?

– Elçibəyin tezisləri çox gülünc və arxaik fikirlərdir.

– Nə üçün ona bu cür mənfi münasibət bəsləyirsiniz? Səbəb nədir?

– Doğrudan anlamırsınız ki, Elçibəy xalqımıza nə boyda bir ziyan vurub?

– Söhbət hansı ziyandan gedir? Neyləyib?

– Təsəvvür edin, xalq Azadlıq meydanına yığılıb. Bir möcüzə də baş verib ki, Elçibəy dirilib, gəlib tribunaya çıxıb. O, xalqa bilirsiniz nə deyəcək? Ay camaat, bilin və agah olun, XXI əsr türk əsridir, Baykal gölündən başlamış Aralıq dənizinə qədər böyük bir türk dövləti yaranacaq və s. Elçibəyin xalqa deməyə başqa sözü yox idi. Bəs xalq deməz ki, nə Baykal gölü, nə Aralıq dənizi? Türkiyə 30 il əlləşdi, heç Avropa Birliyi onun üzünə qapı açmadı. Hətta Türkiyənin özü böyük bir dövlət böhranının içindədir. Bir dövlət kimi öz mövcudluğunu qorumaq üçün çalışır. Dünyanın nəhəng iqtisadi-siyasi güc mərkəzləri var, bunların yanında hansı türk dövlətindən danışmaq olar?

1991-92-ci illərdə, xalqın xam, siyasi cəhalətin tüğyan elədiyi bir vaxtda Elçibəyin ağzından çıxan sözlərə xalq sevinirdi, insanlar bir-biri ilə qucaqlaşırdı, kövrəlirdi. Amma indi camaat oxuyub, gözü açılıb, az-çox maariflənib və görürlər ki, bu sözlər boş-boş şeylərdi, tam xəyaldır və nağıldır. Mirzə Cəlilin “Ölülər” əsərində Şeyx Nəsrullah camaata deyirdi ki, ölünü dirildə bilirəm. Elçibəy də ölmüş türk dünyasını diriltmək haqqında danışan siyasi Şeyx Nəsrullah idi. 90-cı illərin əvvəllərinin cahil camaatı isə onun dediklərinə inanırdı.

Ətrafındakı adamlar da bu siyasi Şeyx Nəsrullahdan istifadə edib, xalqın aldadılmasına xidmət edirdilər. Yalan ayaq tutar, yeriməz! Ona görə də cəmi bir ildən sonra Elçibəyin qurduğu hakimiyyət çökdü. Mən həmişə o fikirdə olmuşam ki, Elçibəyin liderliyi Azərbaycanın demokratik hərəkatına böyük bəlalar gətirəcək. Dediyim kimi də oldu.

– Sizcə, bu xüsusiyyətlər onun siyasi savadının olmamasından irəli gəlirdi?

– Əlbəttə, siyasi savadı yox idi. Məmməd Əmin Rəsulzadədən sonra nələr qaldı? Kitablar, əsərlər və s. Rəsulzadənin böyük qurucu bir fəaliyyəti olub. Bir kəs durub deyə bilməz ki, Rəsulzadə hardasa fırıldaq işlədib, yalan danışıb. Amma kimsə öz siyasi mənfəəti naminə durub deyəndə ki, Elçibəy Məmmədəmin yolu gedirdi, mənə çox ağır gəlir. Məmmədəmin hara, Elçibəy hara?

– Rus qoşunlarının Azərbaycanda çıxarılması, test sisteminin tətbiqi və s. Elçibəyin Azərbaycan xalqı üçün göstərdiyi xidmətlər deyildimi?

– Siz niyə bu acı həqiqəti anlamırsınız ki, Elçibəy rus qoşunlarını Azərbaycandan Qarabağın getməsi əvəzinə çıxarıb. Rusların Bakıdan, Qəbələdən çıxıb Qarabağı tutması uğurlu siyasət, xalq üçün xidmətdir?

– Qarabağın işğalında da Elçibəyi günahlandırırsınız?

– Əlbəttə. Qarabağda vəziyyətin ağırlaşması Elçibəyin günahıdır.

– Necə günah?

– Elçibəy anlamadı ki, Qarabağ imperialist Rusiyasının və imperialist Qərbin oyunudur və onlar iki xalqı vuruşdururlar. Elçibəy bilmədi ki, münaqişəni dərinləşdirmək lazım deyil. Bilmədi ki, on minlərlə insan həlak olmamış qüdrətli sülhün yollarını axtarıb tapmaq lazımdır. Elçibəyin o qədər siyasi savadı yox idi ki, Helsinkidə Levon Ter-Petrosyan ona dedi ki, gəl danışaq. Elçibəy cavab verdi ki, mən sənlə danışmaq istəmirəm. Bu nə deməkdir? Sən dövlət başçısısan. Böyük dövlətlər səni barmağına dolayıb. Sən də Ermənistan prezidentinə deyirsən ki, mən sənlə danışmaq istəmirəm. Bu hansı siyasi savadın, hansı qabiliyyətin təzahürüdür?

Məhz bu cəhətlərinə, savadsızlıqlarına görə deyirəm ki, Elçibəy və Ayaz Mütəllibov Azərbaycanın yarıtmaz prezidenti olublar. Və bu xüsusiyyət onları birləşdirir.

– Bəs Bişkek sazişini Azərbaycan üçün uğurlu müqavilə hesab edirsinizmi?

– Bişkek sazişinə qədər Azərbaycan çox pis bir vəziyyətə gəlib çıxmışdı. Bu saziş vəziyyəti dondurub, neft layihələrini həyata keçirmək üçün bir vasitə idi. Başqa yol qalmamışdı. Heydər Əliyevin gəlməsini də labüd eləyən Əbülfəz Elçibəyin yarıtmaz siyasəti idi. Elçibəy və onun komandası Azərbaycanı elə dərin bir girdaba saldılar ki, xalq yolu Heydər Əliyevi çağırmaqda gördü.

– Yadınızdadırsa, Azərbaycanın dövlət dili ilə bağlı Heydər Əliyev ziyalıları yığıb müzakirələr apardı. Belə bir mövzu qoyulmuşdu: dövlət dili türk dili olsun, yoxsa Azərbaycan dili?

– Heydər Əliyevin dövlət dili ilə bağlı siyasəti tamamilə doğru idi. Bir insan yaxşı iş görübsə onu demək, dilə gətirmək lazımdır. Bu dəqiqə sizin qarşınıza türk dilində bir mətn qoyaram, onun neçə faizini başa düşəcəksiniz? Tutalım, əlli faizini. Əgər türk və Azərbaycan dilləri eynidirsə, yüz faizini də başa düşməlisən axı. Yaxın dildir, doğrudur, amma fərqli dildir. Sadəcə, eyni dil ailəsinə mənsubdurlar.

Azərbaycan və türk dillərinin başqa-başqa tarixi müqəddəratı var, başqa-başqa tarixi taleyi var və hətta başqa-başqa lüğət tərkibləri var. Elçibəy isə deyirdi ki, Azərbaycan dili Anadolu türkcəsinin ləhcəsidir. Axı elə deyil. Mənim dilim müstəqil dövlətimin dilidir. 1988-ci il mitinqində camaat meydanda Azərbaycan dili deyə qışqırırdı. Elçibəy gəlib dedi, dilimiz Azərbaycan yox, türk dilidir. Bununla dövlətə hansısa bir xeyir gəldimi? Dövlətin nüfuzu artdımı? Milliyyətçilərin qabiliyyəti ancaq dil məsələsini qabartmağa çatır. İqtisadiyyata, elmə gücləri çatmır. Türk dili məsələsi Azərbaycanda separatçılığa yaşıl işıq yandırdı. Heydər Əliyev bunu başa düşdü, ona görə də gələndən sonra öz xalqımızın dilini qaytardı.

– Yəni sizin düşüncənizə görə, ortaq türk dili mümkün deyil?

– Yox. Sizə sual verirəm, qırğızlar türkdürlər, eləmi? Bəs hansı dildə danışırlar? Qırğız. Özbəklər hansı dildə danışır? Türk, yoxsa özbək dilində? Əlbəttə, özbək. Türkmənlər də türkmən dilində danışır. Bəs Azərbaycan niyə türk dilində danışmalıdır?

İyirmi bir ərəb dövləti var. Bir ədəbi dil, bir peyğəmbər, bir müqəddəs kitab. Bağdadda çıxan qəzetin dili ilə Mərakeşdə, Rabatda çıxan qəzetin dili arasında heç bir fərq yoxdur. Dialektlərdə fərq ola bilər, amma ədəbi dil eynidir. Universitetlər, orta məktəblərdə eyni dildən istifadə olunur. Amma itlə pişik kimi bir-biri ilə vuruşurlar. Suriyanı qırırlar, Liviya ayrı işlə məşğuldur. Niyə? Çünki etnik əsasda birlik mümkün deyil. Hamısı nağıldır.

– Elçibəyi birmənalı şəkildə qəbul etmirsiniz, anladıq. Bəs 90-cı illərdə, elə bu gün də yaradıcılığında türkçülük ideyalarını təbliğ edən, bu amal uğrunda yazıb-yaradan şairlər, yazıçılar olub. Bəxtiyar Vahabzadə, Xəlil Rza Ulutürk, Rüstəm Behrudi. Bunlar da yanlış yolda olublar?

– Siz mənə Bəxtiyar Vahabzadəni tanıtmayın. Bəxtiyar hələ cavan şair olanda görkəmli ədəbi tənqidçi kimi mənim atam Məmməd Mübariz Əlizadənin yanına gəlirdi. Biz Bəxtiyar Vahabzadə ilə 40 il qonşu olmuşuq. O, türkçülük sevgisi ilə yaşamayıb, eşqdən, məhəbbətdən şeirlər yazıb, özü üçün, ailəsi üçün yaşayıb. Xalq üçün yaşayan adam Bəxtiyar Vahabzadə kimi təminatlı yaşamazdı. Sadəcə, yaxşı yaşamaq üçün xalqa turançılıqdan, türkçülükdən şeirlər deyirdi. Bu da onun yaxşı çörək yeməyinə kömək eləyirdi. Xalqın hansısa sarı simini dınqıldadıb yaxşı yaşayan şairlərimiz, yazıçılarımız azmı olub?

– Xəlil Rza Ulutürk necə, o da xalq üçün deyil, özü üçün yaşayırdı?

– Xəlil Rza Ulutürk milli ədavəti qızışdıran bir adam olub. Heç vaxt fikirləşmirdi ki, bu xalqın sonu nə olacaq? Çıxıb mitinqlərdə bar-bar bağırırdı ki, biz erməniləri tüpürcəklə boğmalıyıq. Hansı tüpürcəklə? Hansı millətin tüpürcəyi ilə erməniləri qovmaq olardı? Sən görmürsən ki, KQB erməni və Azərbaycan xalqların vuruşdurur ki, ortaya bir qarmaq salsın? Xəlil Rza Ulutürk isə KQB-yə xidmət edib qışqırır ki, ermənilərə lənət olsun. Görmürsən ki, iki xalqı vuruşduran üçüncü imperialist ölkə var? Sən şairsən, ziyalısan, bəs bilmirsən ki, qazdığın xəndəyə xalqın yıxılacaq?

Çox təəssüf edirəm ki, onun oğlu Təbriz gedib müharibədə şəhid oldu. Allah rəhmət eləsin. Amma oğlu da atasının qızışdırdığı ədavətin yolunda həlak oldu.

– Bəs hansı şairləri qəbul edirsiniz?

– XX əsrdə Azərbaycanın üç dahi şairi olub. Mirzə Ələkbər Sabir, Səməd Vurğun və Məhəmmədhüseyn Şəhriyar.

– Səməd Vurğun?

– Bəli. Böyük istedad idi, onun poeziyası büllurdur, bulaqdır, axır...

– Axı Səməd Vurğunu da qəbul eləmirlər. Deyirlər ki, kommunizm ideologiyasına xidmət edib.

– Kommunizm pis idi ki? Sizcə, kommunizm türkçülükdən əskik ideologiyadır? Kommunizm türkçülükdən min qat böyük ideologiyadır.

Sizə bir acı həqiqəti də deyim. Ədəbiyyat, poeziya varlı hökmdarların, varlı insanların köməyi olmadan yaşaya bilməz. Azərbaycan ədəbiyyatı tarixində yalnız bir adam tanıyıram ki, heç vaxt böyüklərdən ummayıb. O da Nizami Gəncəvidir. Sufi olub, şeyx olub. Bir tikə çörəklə yaşayıb. O qədər böyük şair olub ki, şahlar Nizaminin ayağına gəlib, ondan xahiş ediblər ki, nəyisə qəbul eləsin. Amma Əfzələddin Xaqani şahı şantaj edirdi ki, ona nəsə versin. İndiki reket jurnalistlər kimi Əfzələddin Xaqani də reketliklə məşğul idi.

– Axı Nizami də hökmdarları tərif edib.

– Xeyr, etməyib. Sadəcə, janrın xüsusiyyətlərinə uyğun davranıb.

– Zərdüşt bəy, maraqlıdır, siz özünüz türksünüz?

– Mən azərbaycanlıyam.

– Etnik mənsubiyyətcə necə?

– Türkəm.

– Atanız Mübariz Əlizadə buralara hardan gəlib?

– Təbriz şəhərindən 70 kilometr aralıda Xamne qəsəbəsi var. Xamne bizim Nehrəm kimi bir yerdir. Xamnedən çıxıb Mirzə Fətəli Axundzadənin atası. Mirzə Fətəli özü də yeddi yaşına kimi orda yaşayıb. Xamnedən çıxıb İranda ilk Avropa tipli məktəbin əsasını qoyan Məhəmmədəli Tərbiyəvi. Xamnedən çıxıb 20-ci il İran inqilabının rəhbəri Şeyx Məhəmməd Xiyabani. Xamnedən çıxıb indiki İranın dini rəhbəri. Və Xamnedən çıxıb mənim atam. Xamne belə bir kənddir, qəsəbədir. Babamın adı Əli, o biri babamın adı Hüseynağa.

Anam tərəf isə içərişəhərlidir. Anam Zinət xanım Əliheydər Zeynalovun və Məşədi Suqra Aşurovanın qızıdır. Bundan o tərəfi yoxdur ki... Amma mən nəyin əleyhinəyəm? Qışqıra-qışqıra deyirsən ki, mən türk oğlu türkəm. Türk olub neyləmisən? Ümumiyyətlə, mənim nəyimə lazımdır sənin atan-baban kim olub? Özün nə etmisən? Elçibəy özü kürd idi. Bunu bilirsənmi?

– Hardan bilirsiniz?

– Bunu mənə Əkrəm Əylisli deyib.

– Nə etibarlı mənbəniz var.

– Əkrəm Elçibəyi çoxdan tanıyır, uşaqlıqdan dost olublar. İsgəndər Həmidov da kürddür, İsa Qəmbər də kürddür. Doğrudur, mənim üçün fərqi yoxdur, kürdsən, yoxsa türksən. Əsas odur ki, insan ol, təmiz ol, xalqa xidmət elə. Bəs deyin görüm, siz bu millətə nə xeyir vermisiniz?










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
CHP liderindən Ərdoğana UNİKAL TƏKLİF - “Bu şansı qaçırmamalıdır”
Dünən, 23:33
Bakıda iş adamının 2 villasından yarım milyonluq oğurluq... - TƏFƏRRÜAT
Dünən, 23:29
Elşən İbrahimov DANIŞDI – Deportasiya ilə bağlı açıqlama
Dünən, 23:27
Professor Rəhman Bədəlov vəfat edib
Dünən, 23:24
Sülh masası Əbu-Dabidə qurulur – Moskva və Brüssel niyə kənarda qaldı?
Dünən, 17:36
Rüşvət almaqda təqsirləndirilən sabiq hakim kassasiya şikayəti verib
Dünən, 17:34
Tələbələrin köçürülməsi prosesinə start verilir
Dünən, 17:21
Rüşvət almaqda təqsirləndirilən sabiq hakim kassasiya şikayəti verib
Dünən, 17:12
Ermənistan hakimiyyəti və cəmiyyəti anlamalıdır ki, Azərbaycanla sülh... - XƏBƏRDARLIQ
Dünən, 17:05
"Bank BTB"nin Müşahidə Şurasının tərkibinə yenidən baxılacaq - Mehdiyevlər GERİ DURUR?
Dünən, 16:41
“Nar” regionlarda təhsilə dəstəyini davam etdirir - BUNDAN SONRA...
Dünən, 16:34
İran rəsmisi Pezeşkianı təhqir etdi - BAŞLARINI İTİRİBLƏR...
Dünən, 16:29
2030-da jurnalistika, hüquqşünaslıq, müəllimlik ixtisasları “öləcək?” – ŞOK AÇIQLAMA
Dünən, 16:25
Güney Qafqaz üçün ƏRƏB MASASI... - HƏQİQƏTƏN DƏ...
Dünən, 16:22
Ermənistan və İran müdafiə nazirləri regional təhlükəsizlik məsələlərini müzakirə ediblər - KİV
Dünən, 16:15
"Beşbarmaq”da nəzarət yoxdur, amma paraşütçülər UÇUR - Nuranənin ölümü kimə DƏRS olacaq?
Dünən, 13:03
Bu məktəblər ÖZBAŞINA QALIB... - İTTİHAM VAR...
Dünən, 13:01
AzTV-nin 440 minlik tenderi ləğv edildi
Dünən, 12:57
“Pəhriz üçün 130 dollar ödədim, sən demə menyunu “ChatGPT” yazıbmış” - DƏLİXANADIR, VALLAH...
Dünən, 12:56
Gəncə Regional İcma Mərkəzinin rəhbərinin həbs müddəti uzadılıb
Dünən, 12:46
Hələ də ötən ayın əməkhaqqı ödənilməyib... - NARAZILIQ VAR...
Dünən, 12:44
Milyonluq mənimsəmə: “Pullar kartıma köçürülürdü” – Məhkəmə
Dünən, 12:38
“Abşeron Hotel Qrup”a daxil olan bu otelin adı dəyişdirildi
Dünən, 12:34
Rubionun Azərbaycan və Ermənistanla bağlı son bəyanatı vacib idi - Dövlət Departamenti
Dünən, 12:30
Məhkəmə "Vətəndaş Hüquqları” İnstitutunun rəhbəri Bəşir Süleymanlı ilə bağlı qərar verib - TƏFƏRRÜAT
Dünən, 12:27
Səhiyyə Nazirliyinin 5.5 milyonluq tenderi ləğv edildi
Dünən, 12:15
İranda ETİRAZLAR BAŞLADI: -Pezeşkian HƏDƏFDƏ
Dünən, 12:12
Ermənistan İstintaq Komitəsi Eçmiədzinə əməliyyat planlaşdırmır
Dünən, 12:10
Sabah bəzi yerlərdə az yağış yağacaq...
Dünən, 12:06
Hüquqşünasdan ağır sözlər: - “Ölkədə geyləşmə prosesi gedir...”
Dünən, 12:00
Bu ixtisaslaşma magistraturadan çıxarıldı: Strateji sahə niyə diqqətdən kənarda qalır? - AKTUAL
Dünən, 11:58
"OKUKLU HOLDİNQ" VƏTANDAŞLARIN PULUNU NECƏ MƏNİMSƏYİR? - İTTİHAM VAR...
Dünən, 11:44
Bakıda falçı evini satan qadının başına OYUN AÇDI - TƏFƏRRÜAT
Dünən, 11:31
Bələdiyyə gözünü yumub HƏR YERİ SATIR... - BU NƏDİ BELƏ?
Dünən, 11:28
Afət həmkarlarına MEYDAN OXUDU: - “Toy bazarında nömrə birəm”
Dünən, 11:17
“Daşnaksütyun”un rəhbərlərindən biri olan deputat Moskvaya qaçdı?.. - “Johovurd”
Dünən, 11:13
"Alqış Musayevin yazdığı dəyərləndirmə yox, məğlubiyyət etirafıdır" - Elçin Alıoğlu yazır...
Dünən, 11:09
Ermənistan ordusunda 8 yaralı - Biri polkovnik-leytenantdır
Dünən, 11:05
Hakimiyyət uğrunda amansız mübarizə: açıq savaşda yeni mərhələ - GƏLİŞMƏ
Dünən, 11:01
İrəvanı qarışdıran iddia: Paşinyanı qorumaq üçün səs yazısını o ölkə verib – Gizli görüş
Dünən, 10:58
Naxçıvanda vətəndaşlara YENİ TƏLƏ: `Cibimizi soyurlar...` - Fuad Nəcəfli ƏNCAM ETMƏLİDİR...
Dünən, 10:55
Gecə əri evə gələn qadın sevgilisini qızının otağında gizlətdi, o isə azyaşlı ilə... - TƏFƏRRÜAT
Dünən, 10:49
Holdinqin aqrar biznesinə yeni rəhbər təyin edilib - BUNDAN SONRA...
Dünən, 10:45
London Azərbaycanın nəqliyyat dəhlizinə qoşulur - AKTUAL
Dünən, 10:41
Tramp Moskva və Pekini bombalamaqla hədələyib - CNN
Dünən, 10:39
Nazirliyin 5 milyonluq tenderi ləğv edildi - SƏBƏB AÇIQLANMADI
Dünən, 10:37
“Ks Baku”da qanun HƏRLƏYƏN YOXDUR...
Dünən, 10:20
"Ermənistan Elektrik Şəbəkələri"nin ofisində axtarışlar siyasi motivlidir - “Taşir” Şirkətlər Qrupu
Dünən, 10:13
ETSN-nin NƏZƏRİNƏ: Lənkəranda camaatı boğurlar... - NARAZILIQ VAR...
Dünən, 10:12
Paytaxtın mənzil bazarındakı qiymətlər payızdakı artıma hazırlaşır - Bir yandan sökürlər, bir yandan tikirlər...
Dünən, 09:50
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru