400 minlik dələduzluq: .....                     Mühasibi iş adamına qarşı dələduzluq etdi: Vergi borcu sildirmək istədi, 15 mini getdi .....                     Neftçalanın icra başçısının köməkçisinə bağlı şirkət 4 aya 4 milyonluq tender udub .....                     Çörəyin bahalaşacağına dair məlumat həqiqəti əks etdirmir .....                     Xəzərin icra başçısı NƏYƏ YARAYIR? .....                     "Ən çox şikayət olunan şirkətlər "Kontakt Home" və "Baku Electronics"dir" .....                     Toyuna hazırlaşan gənci yük maşını ilə vuraraq öldürən şəxslə bağlı qərar çıxarıldı .....                     Ali Məhkəmənin qərarı olsa da: Əlillərə ömürlük pensiya verilmir .....                     “Şapka Mamed “Azərinşaatservis”in mülklərini kimlərlə ələ keçirib? .....                     “Mustafayevin İrəvan səfəri sensasiya deyil, planlı prosesdir” .....                     Ölkəmizdə idmançılar dövlətin diqqət və qayğısı ilə əhatə olunub .....                     Paşinyan “Tramp Marşrutu”nun reallaşması üçün şərti açıqladı .....                     “ABŞ-nin İranla bağlı planları iflasa uğrayıb” .....                     "Oğlan 14 yaşlı qızla hamamda nə edirdi?” .....                     Partlayışda yaralanan həkim görün kim İMİŞ .....                     Güləşçilərimiz qalib Azərbaycan xalqını uğurla təmsil ediblər .....                     AZAL-ın donanmasına daha bir "Airbus A320neo" əlavə olunub .....                     Qadını qətlə yetirib, meyitini yolun kənarına atanlarla bağlı .....                     "Məni sənətdən uzaqlaşdırmaq istəyənlər var" .....                     Trampa sui-qəsd cəhdi Amerika xalqının narazılığının ifadəsidir .....                     Dəm qazından zəhərlənən yeniyetmə qız dilənçi imiş: Hər ikisi oğurluq edib .....                     Bakını hədəf alan agent ifşa edildi: .....                     Putin müharibəyə hazırlaşır: .....                     Gəncədə 42 yaşlı kişidən evdə tək olan qıza qarşı cinayət: "Nəfəs ala bilmədim" .....                     ABŞ-nin Hörmüz boğazında çöküşündən sonra yeni fəsil başlayır .....                     “Agrarco” MMC-nin ixrac gəlirləri "partlayıb" .....                     Elton Rəşad Dağlıya görə bu addımı atdı .....                     Manatın real məzənnəsi dollar qarşısında möhkəmlənib, digər valyutalar qarşısında zəifləyib .....                     Ermənistan “Sülh Şurası”nın işinə könüllü maliyyə yardımı edəcək .....                     Ukrayna ordusu Permdəki neft infrastrukturuna yenidən dron zərbəsi endirib .....                     Dünyada məcburi və könüllü hərbi xidmət: .....                     Sülh prosesi davam edir, amma əsas fərqlər hələ qalır .....                     “Kəramət kofe də satsa, hamı alacaq” .....                     “Nar” beynəlxalq sosial təşəbbüsə tərəfdaş oldu .....                     Kliniki Tibbi Mərkəzi kim idarə edir? .....                     “Ayıb olsun Gülçöhrəyə, qardaşım onu biabır edəcək” .....                     "Vasif Talıbov və oğlanları həbs edilməlidir” .....                     Moskva 4 may ərəfəsi İrəvanı sıxır .....                     "Savalan" yenidən səhnədə: .....                     “Şahin Mustafayevi İrəvana səfir göndərmək günahdır” .....                 

Araz Əlizadənin deputat mandatının ləğvi tələb olunur
Tarix: 8-02-2017, 07:56 | Çap et
Araz Əlizadənin deputat mandatının ləğvi tələb olunur
ASDP sədri, deputat Araz Əlizadənin Osmanlı İmperiyası və Nuru Paşa haqqında söylədiyi aşağılayıcı fikirlərə reaksiyalar səngimək bilmir. Simasını bir daha ortaya qoyan deputatın ünvanına cəmiyyətin bütün təbəqələrindən ciddi tənqidlər gəlməkdə davam edir.

Deputat həmkarları tərəfindən də sərt şəkildə qınanır. Son olaraq, millət vəkili Adil Əliyev həmkarını sərt tənqid edib. O, facebook səhifəsində yazıb: “Son günlər başım kikboksinq çempionatlarına qarışdığı üçün mətbuatda Türkiyə və Nuru Paşa əleyhinə səslənən fikirləri izləyə bilməmişəm. Ancaq bu cür təbliğat aparanlara qısa olaraq belə cavab verərdim. Qəhrəman Nuru Paşa və Qafqaz-İslam Ordusu Türk xalqının qəlbində dərin iz buraxıb. Təəssüflər olsun ki, bəzi səy-səy fikirlər söyləyib, gündəmə gəlmək istəyən, sapı özümüzdən olan baltalar olmasa, biz daha çox irəli gedə bilərik. Həmin qüvvələr unutmasınlar ki, gec-tez Türk birliyi güclənəcək. Və tarix bu cür insanları öz siyahısından siləcək”.

Deputat Nizami Cəfərov da məsələ ilə bağlı modern.az saytına danışıb. O, A.Əlizadənin Osmanlı İmperiyası ilə bağlı fikirlərini əsassız sayır: “Nəyə görə əsassız sayıram? Çünki orada elə məsələlər var ki, onu müzakirə etmək olar. Araz Əlizadə də kifayət qədər məlumatlı və düşüncəli adamdır. O, boş yerə, təsadüfi söz də deməz. Amma bununla yanaşı, orada gərək bütün məsələlər nəzərə alınsın. Təsadüflər yox. Mənə elə gəlir ki, Araz müəllim mahiyyəti nəzərə almalıdır. Həmin dövrün mürəkkəb şəraitində nələrin baş verdiyi Tarix İnstitutu tərəfindən təhlil olunur. Mən hesab etmirəm ki, Ermənistanın Azərbaycan torpaqları hesabına dövlət qurması Osmanlı İmperiyasının günahıdır. Mən buna inanmıram. Çünki Osmanlı İmperiyasının o zaman elə bir gücü yoxuydu. Çünki Birinci Dünya müharibəsindən məğlub çıxmışdı. Həmin vaxtda da Atatürkün komandanlığı altında yeni hərəkat başlayırdı”.

Deputat bildirib ki, Qafqaz İslam Ordusunun komandanı Nuru Paşanın Azərbaycana gəlməsi və xalqa kömək etməsi hansısa fərdi, subyektiv maraqlarla bağlı deyildi: “Bu, hərbi nazir Ənvər Paşanın ideallarından biri idi. Nuru Paşa Azərbaycana Turan dövləti yaratmaq, bütün Türk dünyasını birləşdirmək ideyası və marağı ilə gəlmişdi. Təbii ki, Azərbaycanda müəyyən problemlər oldu. Qafqaz İslam Ordusuna köməklik də olundu. Müəyyən qədər çətinliklər də oldu. Qafqaz İslam Ordusu burada lazımi qədər əsgər də yığa bilmədi. Müəyyən şeylərə inam itmişdi. Çünki dünya müharibədən çıxmışdı və bu, regiona da təsir etmişdi. Amma Nuru Paşanın burada şəxsi məqsədlərini, ideyaların həyata keçirməyinə inanmaq mümkün deyil”.

Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı həmkarı barədə sərt danışdı: “Araz Əlizadə hər zaman fikirlər söyləyəndə etik normaları pozaraq, düşündüyünü hətta korrektə etmədən gündəmə gətirən bir insandır. Bu baxımdan, onunla bu və ya digər şəkildə qarşı-qarşıya gəlmək niyyətində deyiləm. Çünki səviyyəmiz arasında çox böyük fərq var. Həmçinin söykənmiş olduğumuz dəyərlərdə də çox böyük fərq var. Amma bir məsələ var ki, Araz Əlizadənin Azərbaycan türkünə, eyni zamanda türk dünyasına böyük nifrəti var. Hər zaman bu və ya digər şəkildə bunu ifadə edib. Görünür, bu da genetik kodlarının ona diktə etdiyi davranışdır”.

Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, deputat Fərəc Quliyev isə “Yeni Müsavat”a açıqlamasında dedi: “Türkiyə ilə əlaqələr qanla yoğurulub, türk qardaşlarımız yüzlərlə şəhid verib bizim torpaqlar uğrunda veriblər. Çanaqqalada azərbaycanlılar yüzlərlə şəhid veriblər. Türkiyə dövlətinin varlığı, daim ayaqda olması bizim uğurumuzdur, eyni zamanda Azərbaycanın müstəqil qalması qardaş ölkənin uğuru kimi qəbul olunur. Nəinki millət vəkillərimiz, hər bir vətəndaşımız belə fikirlər səsləndirəndə diqqətli olmalıdırlar. Çox təəssüf edirəm ki, belə ifadələri həmkarım işlədir. Hesab edirəm ki, tarixçilərin həmin tarix barədə cəmiyyətə ətraflı məlumat vermələri çox vacib olardı. Araz bəy fikirlərində redaktələr etməlidir. Parlament üzvü olan bir şəxs qardaş ölkənin ünvanına bu cür fikirlər səsləndirməsi doğru deyil. Münasibətləri qurmaq əvəzinə, ona xələl gətirəcək açıqlamalar verilməməlidir. Yerində olmayan ifadələrdir. Deputat istənilən məsələyə öz münasibətini bildirə bilər. Amma indi çox həssas zamandır. Artıq Azərbaycanın dost-düşmənləri bəllidir və səngərləşmiş formadadır. Hansı dövlətin ölkəmizə qarşı hansı münasibətdə olduğu ortadadır. Ölkəmiz üçün hər şeyi etməyə hazır olan Türkiyə və onun sərkərdələri barədə bu cür fikirlər səsləndirmək heç zaman doğru olmaz. Belə məsələlərə həssas yanaşmaq lazımdır”.

“Azərbaycan” qəzetinin baş redaktoru, deputat Bəxtiyar Sadıqov hər bir deputatın bir məsələyə münasibət bildirməsinin onun şəxsi işi olduğunu qeyd etdi: “O şey ki, bizim tariximizdir, tariximizdə baş verən ağrılı məsələ ilə bağlıdır, o haqda danışanda son dərəcə ehtiyatlı olmaq lazımdır. Unutmaq lazım deyil ki, tariximiz uzun zaman saxtalaşdırılıb, arxivlərdə gizlədilib. Bir çox hadisələr barədə düzgün olmayan informasiyalar yayılıb. Bu, SSRİ-nin məqsədyönlü siyasəti idi. Azərbaycan-Türkiyə qardaşdır, böyük müttəfiqdirlər. Çanaqqalada bizimkilər döyüşüblər, şəhid olublar. Bakının erməni-daşnak qüvvələrindən təmizlənməsində türk əsgərlərinin qəhrəmanlıqları olub. Bu arada qeyd edim ki, ”Azərbaycan" qəzetinin ilk sayı Gəncədə buna həsr olunub və xalq bu xəbəri çox sevinclə qarşılayıb. Nuru Paşanın və Türkiyənin o zamankı yardımına hər zaman böyük hörmətlə yanaşmışıq. Onları xilaskarımız kimi qəbul etmişik. Kimsə onun haqqında mənfi danışırsa, nəzərə almalıdır ki, bu, xalqın heysiyyətinə toxunmaqdır. Belə məsələlərdə son dərəcə ehtiyatlı olmaq lazımdır. Arxivə gedib, ilkin mənbəyə baxıb, düzgün danışmaq lazımdır".

Hazırda Araz Əlizadənin deputat olduğu Xətai rayonunun 15 il millət vəkili olan Ümid Partiyasının sədri İqbal Ağazadə qısa danışdı: “Bu barədə ona görə çox danışmadım ki, qərəz kimi görünə bilərdi. Ona görə də mövqeyimi facebook səhifəmdə bir cümlə ilə ifadə etdim. Başqa fikirlər səsləndirsəydim, deyəcəkdilər ki, seçkidən dolayı qərəzli danışır. Cəmiyyət onsuz da kifayət qədər ciddi reaksiya verir”.

A.Əlizadənin artıq mandatının əlindən alınması ilə bağlı çağırışlar da səslənməyə başlayıb.

AĞ Partiya bununla bağlı hökumətə çağırış edib: “Araz Əlizadə qardaş Türkiyə əleyhinə heç bir tarixi faktlara söykənməyən, yalnız iftira və böhtana əsaslanan sayaqlamalarla gündəmə gəlib. Öz keçmişini unutmuş manqurt deputat 1918-ci ildə Azərbaycan xalqını erməni, rus silahlı dəstələri tərəfindən total şəkildə fiziki məhv edilmədən, soyqırımdan xilas edən Qafqaz İslam Ordusu və onun komandanı Nuru Paşaya da həyasızlıq edib. AĞ Partiya Azərbaycanın hüquq-mühafizə orqanlarından tələb edir ki, iki qardaş dövlət arasında nifaq salaraq, süni düşmənçilik zəminində dövlətlər arasındakı münasibətlərə xələl gətirən bu şəxsin əməlinə hüquqi qiymət verilsin və qanunvericilik çərçivəsində lazımi tədbirlər görülsün. Həmçinin Milli Məclisin Nizam-İntizam komissiyasından tələb edirik ki, Araz Əlizadənin bu əməlləri gündəliyə salınsın, müzakirəyə çıxarılsın və bu şəxsin deputatlıq mandatının ləğvi istiqamətində prosedurlara başlansın. Unutmaq olmaz ki, belə vətən xainlərinin nifaq salan fitnələrinə zamanında kəskin hüquqi cavab verilməsə, dövlət maraqlarımız və dövlətçiliyimiz daim təhlükə altında qalacaqdır”.
\\musavat.com\\









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
400 minlik dələduzluq: - Sabiq ekspertin məhkəməsi...
Bu gün, 17:38
Mühasibi iş adamına qarşı dələduzluq etdi: Vergi borcu sildirmək istədi, 15 mini getdi - TƏFƏRRÜAT
Bu gün, 17:14
Neftçalanın icra başçısının köməkçisinə bağlı şirkət 4 aya 4 milyonluq tender udub - BAZAR OLSUN!
Bu gün, 17:05
Çörəyin bahalaşacağına dair məlumat həqiqəti əks etdirmir - Dövlət Agentliyi BƏYAN ETDİ
Bu gün, 17:01
Xəzərin icra başçısı NƏYƏ YARAYIR? - sakinlər narazılıq edir...
Bu gün, 16:55
"Ən çox şikayət olunan şirkətlər "Kontakt Home" və "Baku Electronics"dir" - İstehlakçıların QARA SİYAHISI
Bu gün, 16:47
Toyuna hazırlaşan gənci yük maşını ilə vuraraq öldürən şəxslə bağlı qərar çıxarıldı
Bu gün, 16:44
Ali Məhkəmənin qərarı olsa da: Əlillərə ömürlük pensiya verilmir - AXI NİYƏ?
Bu gün, 16:42
“Şapka Mamed “Azərinşaatservis”in mülklərini kimlərlə ələ keçirib? – ŞOK DETALLAR
Bu gün, 16:37
“Mustafayevin İrəvan səfəri sensasiya deyil, planlı prosesdir” - ŞƏRH
Bu gün, 16:32
Ölkəmizdə idmançılar dövlətin diqqət və qayğısı ilə əhatə olunub - MƏQALƏ
Bu gün, 16:29
Paşinyan “Tramp Marşrutu”nun reallaşması üçün şərti açıqladı
Bu gün, 16:27
“ABŞ-nin İranla bağlı planları iflasa uğrayıb” – Xamenei
Bu gün, 16:17
"Oğlan 14 yaşlı qızla hamamda nə edirdi?”
Bu gün, 16:10
Partlayışda yaralanan həkim görün kim İMİŞ - FOTO
Bu gün, 16:09
Güləşçilərimiz qalib Azərbaycan xalqını uğurla təmsil ediblər - İsrafil Kərimovun yazısı
Bu gün, 16:04
AZAL-ın donanmasına daha bir "Airbus A320neo" əlavə olunub - FOTO
Bu gün, 16:00
Qadını qətlə yetirib, meyitini yolun kənarına atanlarla bağlı QƏRAR
Bu gün, 15:36
"Məni sənətdən uzaqlaşdırmaq istəyənlər var" – Yusif Mustafayev SÜKUTU POZDU
Bu gün, 15:32
Trampa sui-qəsd cəhdi Amerika xalqının narazılığının ifadəsidir - Professor
Bu gün, 15:29
Dəm qazından zəhərlənən yeniyetmə qız dilənçi imiş: Hər ikisi oğurluq edib - TƏFƏRRÜAT
Bu gün, 15:16
Bakını hədəf alan agent ifşa edildi: - Paşinyanla bağlı SENSASİON plan
Bu gün, 15:14
Putin müharibəyə hazırlaşır: - Bu dəfə kimə qarşı?
Bu gün, 15:12
Gəncədə 42 yaşlı kişidən evdə tək olan qıza qarşı cinayət: "Nəfəs ala bilmədim" - TƏFƏRRÜAT
Bu gün, 15:08
ABŞ-nin Hörmüz boğazında çöküşündən sonra yeni fəsil başlayır - Xamenei
Bu gün, 15:06
“Agrarco” MMC-nin ixrac gəlirləri "partlayıb" - 5 DƏFƏLİK ARTIM
Bu gün, 15:02
Elton Rəşad Dağlıya görə bu addımı atdı
Bu gün, 14:55
Manatın real məzənnəsi dollar qarşısında möhkəmlənib, digər valyutalar qarşısında zəifləyib - SİYAHI
Bu gün, 14:52
Ermənistan “Sülh Şurası”nın işinə könüllü maliyyə yardımı edəcək
Bu gün, 14:34
Ukrayna ordusu Permdəki neft infrastrukturuna yenidən dron zərbəsi endirib
Bu gün, 14:28
Dünyada məcburi və könüllü hərbi xidmət: - Əsgər gedən də var, pulla alan da
Bu gün, 14:19
Sülh prosesi davam edir, amma əsas fərqlər hələ qalır - ŞƏRH
Bu gün, 14:15
“Kəramət kofe də satsa, hamı alacaq” – Meyxanaçı Kərim Abi ilə MÜSAHİBƏ
Bu gün, 14:11
“Nar” beynəlxalq sosial təşəbbüsə tərəfdaş oldu - FOTO
Bu gün, 14:06
Kliniki Tibbi Mərkəzi kim idarə edir? - Direktorsuz qalan xəstəxanalarda vəziyyət necədir?
Bu gün, 13:59
“Ayıb olsun Gülçöhrəyə, qardaşım onu biabır edəcək” - Cəfər Namiq Kamal
Bu gün, 13:56
"Vasif Talıbov və oğlanları həbs edilməlidir” - Naxçıvan MR sabiq Baş nazirinin müavini Təranə Quliyeva
Bu gün, 13:44
Moskva 4 may ərəfəsi İrəvanı sıxır - yeni GƏRGİNLİK
Bu gün, 13:03
"Savalan" yenidən səhnədə: - Novruz Novruzlunun anım gecəsi keçiriləcək
Bu gün, 13:00
“Şahin Mustafayevi İrəvana səfir göndərmək günahdır” - Hafiz Hacıyev
Bu gün, 12:57
“Ağdamda xəstəxanada çalışmaq istəyirəm, stadiona atamın adının verilməsi ən böyük arzumuzdur”
Bu gün, 12:47
İran limanlarının blokadası Fars körfəzində vəziyyəti gərginləşdirəcək - Pezeşkian
Bu gün, 12:42
"Valideynlər olaraq susmaq niyyətində deyilik" - ETİRAZ VAR...
Bu gün, 12:41
Paytaxtın bu rayonlarında binalar təmir olunacaq – 25 milyon manat ayrıldı
Bu gün, 12:34
Mayda əfv olsa, Rəşad Dağlı azadlığa çıxa bilər - AÇIQLAMA
Bu gün, 12:27
Xüsusi Təyinatlı Qüvvələrin Komandanı Əfsanəvi Kəşfiyyatçı, Şəhid kapitan Mühüd Orucovun məzarını və ailəsini ziyarət edib
Bu gün, 12:19
Rusiyadan Xəzərlə bağlı açıqlama: - Etiraf etməyə məcburuq ki, İrana hücum...
Bu gün, 12:16
Paşinyan üçün SEÇKİQABAĞI MƏSLƏHƏT... - Bu sualları rəqiblərinə ünvanlasın...
Bu gün, 12:09
“Hafka” ilə Qurban Qurbanov bir arada –FOTO
Bu gün, 12:02
Azərbaycanlı sahibkar otel kompleksini 265 milyona satışa çıxardı - TƏFƏRRÜAT
Bu gün, 11:58
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru