Qadını qətlə yetirib, meyitini yolun kənarına atanlarla bağlı .....                     "Məni sənətdən uzaqlaşdırmaq istəyənlər var" .....                     Trampa sui-qəsd cəhdi Amerika xalqının narazılığının ifadəsidir .....                     Dəm qazından zəhərlənən yeniyetmə qız dilənçi imiş: Hər ikisi oğurluq edib .....                     Bakını hədəf alan agent ifşa edildi: .....                     Putin müharibəyə hazırlaşır: .....                     Gəncədə 42 yaşlı kişidən evdə tək olan qıza qarşı cinayət: "Nəfəs ala bilmədim" .....                     ABŞ-nin Hörmüz boğazında çöküşündən sonra yeni fəsil başlayır .....                     “Agrarco” MMC-nin ixrac gəlirləri "partlayıb" .....                     Elton Rəşad Dağlıya görə bu addımı atdı .....                     Manatın real məzənnəsi dollar qarşısında möhkəmlənib, digər valyutalar qarşısında zəifləyib .....                     Ermənistan “Sülh Şurası”nın işinə könüllü maliyyə yardımı edəcək .....                     Ukrayna ordusu Permdəki neft infrastrukturuna yenidən dron zərbəsi endirib .....                     Dünyada məcburi və könüllü hərbi xidmət: .....                     Sülh prosesi davam edir, amma əsas fərqlər hələ qalır .....                     “Kəramət kofe də satsa, hamı alacaq” .....                     “Nar” beynəlxalq sosial təşəbbüsə tərəfdaş oldu .....                     Kliniki Tibbi Mərkəzi kim idarə edir? .....                     “Ayıb olsun Gülçöhrəyə, qardaşım onu biabır edəcək” .....                     "Vasif Talıbov və oğlanları həbs edilməlidir” .....                     Moskva 4 may ərəfəsi İrəvanı sıxır .....                     "Savalan" yenidən səhnədə: .....                     “Şahin Mustafayevi İrəvana səfir göndərmək günahdır” .....                     “Ağdamda xəstəxanada çalışmaq istəyirəm, stadiona atamın adının verilməsi ən böyük arzumuzdur” .....                     İran limanlarının blokadası Fars körfəzində vəziyyəti gərginləşdirəcək .....                     "Valideynlər olaraq susmaq niyyətində deyilik" .....                     Paytaxtın bu rayonlarında binalar təmir olunacaq .....                     Mayda əfv olsa, Rəşad Dağlı azadlığa çıxa bilər .....                     Xüsusi Təyinatlı Qüvvələrin Komandanı Əfsanəvi Kəşfiyyatçı, Şəhid kapitan Mühüd Orucovun məzarını və ailəsini ziyarət edib .....                     Rusiyadan Xəzərlə bağlı açıqlama: .....                     Paşinyan üçün SEÇKİQABAĞI MƏSLƏHƏT... .....                     “Hafka” ilə Qurban Qurbanov bir arada .....                     Azərbaycanlı sahibkar otel kompleksini 265 milyona satışa çıxardı .....                     Dəhşətli ssenari: Əvvəl karantin, indi də müharibə və qiymətlər .....                     Bir kilometr üçün eyni QİYMƏT .....                     SOCAR-dan QHT-lərə Dövlət Dəstəyi Agentliyinə UZANAN ƏL... .....                     İrandan sonra... .....                     Bu il Avropa ölkələrinin “iqtisadi gücü” nə qədər olacaq? .....                     Ərdoğan Ermənistana dəvət olundu .....                     Psixatriya Xəstəxanasında meyit tapıldı .....                 

“Samir Şərifov xalq qarşısında edam edilməlidir” - Hafiz Hacıyev
Tarix: 14-01-2017, 09:58 | Çap et
“Samir Şərifov xalq qarşısında edam edilməlidir”
Ölkədə aparılan iqtisadi-sosial islahatlar nəticəsində Prezident İlham Əliyevin iştirakı ilə regionlarda bir sıra zavodların, fabriklərin və digər istehsal müəssisələrinin açılışı olur. Lakin bir müddətdən sonra həmin istehsal müəssisələri bağlanır. Bu müəssisələrin bağlanması hansı səbəbdən baş verir? Açığını desək, bu məsələ heç də ictimaiyyət tərəfindən birmənalı qarşılanmır. Bir çoxları bunu Prezidentə qarşı bir sıra məmurların sabotajı olduğunu, digərləri isə “5-ci kolon”un atdığı addım kimi qiymətləndirirlər. Əsas məqsəd isə Prezident İlham Əliyevlə xalq arasında “uçurum” yaratmaqdır.

Məsələ ilə bağlı Yeniçağ.az-a danışan Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev deyib ki, Prezident İlham Əliyev ölkədə böyük işlər görür. Onun sözlərinə görə, Azərbaycanda iqtisadi islahatlar bundan sonra da davam edəcək:

“Ancaq hakimiyyət daxili qruplaşmalar çalışırlar ki, Prezidentin gördüyü işlərin üzərindən, belə demək mümkünsə, qara pərdə çəksinlər və xalq bunu görməsin. Açığını deyim ki, İlham Əliyevin açılışını etdiyi istehsal müəssisələrinin bir müddət sonra bağlanması xalqda böyük narazılıq yaradır. Bununla da Prezidentlə xalq arasında inamsızlıq yaratmağa çalışırlar. Bu, ideoloji baxımdan çox ciddi məsələdir və bunu da düşünülmüş şəkildə edirlər. Məcburi köçkünlərə evlər verilir və dövlət başçısı açılışa gedir. Təsəvvür edin ki, o evlərdən birinə hardansa mebel gətirirlər və Prezident həmin evdə olur, bir stəkan çay içir, oradan uzaqlaşan kimi gəlib, mebelləri yığıb aparırlar. Bu cür mənəvi əxlaqsızlıq olmaz. Bizə bu faktı məcburi köçkünlər deyib.

Yaxud da, götürək İsmayıllıdakı velosiped zavodunun açılışını… Prezident Şamaxıdan bəri keçməmiş həmin zavodu bağladılar. Bu nə mənəviyyatsızlıq, qardaşım İlham Əliyevə nə xəyanətdir? Xalq da bunu görüb deyir ki, dövlət başçısı məmurların öhdəsindən gələ bilmir. Bunu xalq deyir, nə mənim kəşfimdir, nə də ideoloji baxışımdır. Amma nə etmək olar ki, müəyyən dairələrdə olan “5-ci kolon”un nümayəndələri, o cümlədən Prezidentə üzdə bir, arxada başqa söz deyənlərin hamısı bu yoldadır”.

H. Hacıyevin sözlərinə görə, təxminən iki ay əvvəl Prezident fərmanı ilə Göygöl rayonunda 8 milyon manata başa gələn Süni Mayalanma Mərkəzi açıldı:

“Bu mərkəzi iki dağın arasında, yöndəmsiz bir yerdə tikiblər. Çalışırdılar ki, Prezidenti də buranın açılışına aparsınlar. 8 milyonu oğurlayıb, Bakıda özünə villalar tikdirən kənd təsərrüfatı naziri özü həmin mərkəzin açılışını etdi. İndi soruşun görək, həmin Süni Mayalanma Mərkəzinin direktoru katibəsindən başqa kimi mayalandırır? Əlbəttə, heç kimi və heç nəyi. Bunu qətiyyətlə deyirəm və sübut etməyə də hazıram.

Həmçinin rayonlarda süd zavodları açırlar, onların qarşısında bir nəfər belə yoxdur. Onda bu, nəyə lazım idi, milyardlarla pulu ora niyə tökürdünüz?

Qeyd etdiyim kimi bir sıra məmurlar çalışırlar ki, Prezidenti xalqın içərisində nüfuzdan salsınlar. Mən də buna qarşı mübarizə aparıram. Ona görə də mənə təzyiqlər var. Deyirlər ki, sən də hamı kimi ol. Belə olmaz. Qarşıdan prezident seçkiləri gəlir, 2017-ci ilin yarısından ideoloji təbliğata başlamaq lazımdır. Bu vəziyyətdə hansı vətəndaşı inandıra bilərik ki, gəl bizə səs ver. Onu da deyim ki, bu proseslərin başında hakimiyyət daxilində olan və anti-Əliyev koalisiyasında birləşən insanlar durur”.

Partiya sədri Azərbaycanın ikinci ən böyük şəhəri olan Gəncədə alüminium zavodunun işləməməsindən də bəhs edib:
“Hələ işləməyən zavod üçün əlavə bir korpus da tikdilər. Bura milyardlarla pul xərcləndi. Əgər bu zavod işləməyəcəkdisə, o qədər xərcə nə ehtiyac vardı?

Gəncə ilə bağlı bir faktı da qeyd edim. Bakı-Gəncə aviareysini dayandırıblar. Bu, analoqu olmayan bir məsələdir. Gəncədə hardasa yarım milyondan artıq, o cümlədən ətraf rayonların da əhalisi var, xaricdən turistlər gəlir. İndi nədir, Cahangir Əsgərovun ərköyünlüyü tutub? Təyyarə Gəncəyə boş gedir, amma qiymətlər 60, 70, 80 manatdır. İndi də Gəncəyə uçuşu dayandırıblar, əhalini narazı salıblar. Deyək ki, xaricdən turist gəlib, Göygölə getmək istəyir. Bunu düşünən yoxdur, hərə özünün bildiyi şəkildə bu ölkəni idarə etmək istəyir. Dəfələrlə qardaşıma demişəm ki, vaxtı ilə dədəmiz Heydər Əliyevə xəyanət edən adamlar bu gün sənin ətrafındadır. Xəyanətin qaşı-gözü olmur ki? Prezidentin açılış etdiyi obyekti bir saatdan sonra baxlamaq xəyanət deyilmi? Ona görə də düşünürəm ki, Prezidentin ətrafındakı insanlarla heç bir iqtisadi islahatlar aparılmayacaq. Onlar ölkə başçısına yalan məlumatlar verirlər. Bilirsiniz, bu vətən bizimdir və hamımız yalan danışsaq, qisas hissi ilə yaşasaq, o zaman vətənimizi itirəcəyik. Ona görə də bir yumruq kimi Prezidentin ətrafında sıx olmalıyıq”.

H. Hacıyev indiki zamanda ölkədə milli valyuta ilə bağlı yaranmış problemə diqqət çəkərək deyib ki, bu məsələdə Mərkəzi Bank rəhbərliyinin bir o qədər günahı yoxdur:

“Bu gün Azərbaycan dövlətinin xəzinədarı maliyyə naziri Samir Şərifovdur. Yadınızdadırsa, o, vaxtı ilə qara bazarda dollar satırdı. Bu adam həmin ideyadan kənara çıxa bilməyib. Samir Şərifov manatı öldürdü və Azərbaycan xalqını bəlaya saldı. Bu günlərdə şahidi oldunuz ki, hüquq-mühafizə orqanlarının apardığı əməliyyat nəticəsində Samir Şərifovun bankdakı adamı vasitəsilə qara bazara dollar ötürdüyü üzə çıxdı. Keçmiş bankir Cahangir Hacıyev məhkəmədə əbəs yerə demədi ki, 8 milyard dolların taleyinə qoy Samir Şərifov aydınlıq gətirsin. Bu adam yalan danışa-danışa xalqı Prezidentin üzərinə qaldırır. Camaat bu gün küçəyə çıxası deyil ki? Millətin içində kin-küdurət var. Manatı nəyə görə üzən məzənnəyə keçirirsən? Samir Şərifov bütün bunların hamısını qəsdən edir. O, Qərbin siyasi dairələrinə bağlı bir insandır və xaricdən Azərbaycanda xalqı əziz qardaşımla üz-üzə qoymaq üçün təlimatlar alır. Bunun da bir yolu var: dolları qaldırıb, manatı öldürməklə xalq arasında böyük narazılıq yaratmaq… Mən də bunu deyəndə hakimiyyətdəki bəzi adamlar qardaşıma gedib deyir ki, Hafiz Hacıyevə vəzifə verməmisən, o da belə danışır. Hafiz Hacıyev dollar tanımır ki? Bu gün dollar kəllə-çarxa qalxıb. Məgər Samir Şərifovun bundan xəbəri yoxdurmu? Bacarmırsan istefa ver get, səni gətirib prezident edəsi deyilik ki? Azərbaycanın Prezidenti və onun da mənim kimi qardaşı var. Gecə-gündüz ideoloji səngərlərdə onu müdafiə etmək üçün əlimdə qələm mübarizə aparıram. Hesab edirəm ki, Samir Şərifov istefa verməlidir və onun keçmişi, xüsusilə Qərb siyasi dairələri ilə əlaqələri yoxlanılmalıdır. Günahları sübut edildikdən sonra xalq qarşısında edam olunmalıdır”.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Qadını qətlə yetirib, meyitini yolun kənarına atanlarla bağlı QƏRAR
Bu gün, 15:36
"Məni sənətdən uzaqlaşdırmaq istəyənlər var" – Yusif Mustafayev SÜKUTU POZDU
Bu gün, 15:32
Trampa sui-qəsd cəhdi Amerika xalqının narazılığının ifadəsidir - Professor
Bu gün, 15:29
Dəm qazından zəhərlənən yeniyetmə qız dilənçi imiş: Hər ikisi oğurluq edib - TƏFƏRRÜAT
Bu gün, 15:16
Bakını hədəf alan agent ifşa edildi: - Paşinyanla bağlı SENSASİON plan
Bu gün, 15:14
Putin müharibəyə hazırlaşır: - Bu dəfə kimə qarşı?
Bu gün, 15:12
Gəncədə 42 yaşlı kişidən evdə tək olan qıza qarşı cinayət: "Nəfəs ala bilmədim" - TƏFƏRRÜAT
Bu gün, 15:08
ABŞ-nin Hörmüz boğazında çöküşündən sonra yeni fəsil başlayır - Xamenei
Bu gün, 15:06
“Agrarco” MMC-nin ixrac gəlirləri "partlayıb" - 5 DƏFƏLİK ARTIM
Bu gün, 15:02
Elton Rəşad Dağlıya görə bu addımı atdı
Bu gün, 14:55
Manatın real məzənnəsi dollar qarşısında möhkəmlənib, digər valyutalar qarşısında zəifləyib - SİYAHI
Bu gün, 14:52
Ermənistan “Sülh Şurası”nın işinə könüllü maliyyə yardımı edəcək
Bu gün, 14:34
Ukrayna ordusu Permdəki neft infrastrukturuna yenidən dron zərbəsi endirib
Bu gün, 14:28
Dünyada məcburi və könüllü hərbi xidmət: - Əsgər gedən də var, pulla alan da
Bu gün, 14:19
Sülh prosesi davam edir, amma əsas fərqlər hələ qalır - ŞƏRH
Bu gün, 14:15
“Kəramət kofe də satsa, hamı alacaq” – Meyxanaçı Kərim Abi ilə MÜSAHİBƏ
Bu gün, 14:11
“Nar” beynəlxalq sosial təşəbbüsə tərəfdaş oldu - FOTO
Bu gün, 14:06
Kliniki Tibbi Mərkəzi kim idarə edir? - Direktorsuz qalan xəstəxanalarda vəziyyət necədir?
Bu gün, 13:59
“Ayıb olsun Gülçöhrəyə, qardaşım onu biabır edəcək” - Cəfər Namiq Kamal
Bu gün, 13:56
"Vasif Talıbov və oğlanları həbs edilməlidir” - Naxçıvan MR sabiq Baş nazirinin müavini Təranə Quliyeva
Bu gün, 13:44
Moskva 4 may ərəfəsi İrəvanı sıxır - yeni GƏRGİNLİK
Bu gün, 13:03
"Savalan" yenidən səhnədə: - Novruz Novruzlunun anım gecəsi keçiriləcək
Bu gün, 13:00
“Şahin Mustafayevi İrəvana səfir göndərmək günahdır” - Hafiz Hacıyev
Bu gün, 12:57
“Ağdamda xəstəxanada çalışmaq istəyirəm, stadiona atamın adının verilməsi ən böyük arzumuzdur”
Bu gün, 12:47
İran limanlarının blokadası Fars körfəzində vəziyyəti gərginləşdirəcək - Pezeşkian
Bu gün, 12:42
"Valideynlər olaraq susmaq niyyətində deyilik" - ETİRAZ VAR...
Bu gün, 12:41
Paytaxtın bu rayonlarında binalar təmir olunacaq – 25 milyon manat ayrıldı
Bu gün, 12:34
Mayda əfv olsa, Rəşad Dağlı azadlığa çıxa bilər - AÇIQLAMA
Bu gün, 12:27
Xüsusi Təyinatlı Qüvvələrin Komandanı Əfsanəvi Kəşfiyyatçı, Şəhid kapitan Mühüd Orucovun məzarını və ailəsini ziyarət edib
Bu gün, 12:19
Rusiyadan Xəzərlə bağlı açıqlama: - Etiraf etməyə məcburuq ki, İrana hücum...
Bu gün, 12:16
Paşinyan üçün SEÇKİQABAĞI MƏSLƏHƏT... - Bu sualları rəqiblərinə ünvanlasın...
Bu gün, 12:09
“Hafka” ilə Qurban Qurbanov bir arada –FOTO
Bu gün, 12:02
Azərbaycanlı sahibkar otel kompleksini 265 milyona satışa çıxardı - TƏFƏRRÜAT
Bu gün, 11:58
Dəhşətli ssenari: Əvvəl karantin, indi də müharibə və qiymətlər - "The Wall Street Journal"
Bu gün, 11:55
Bir kilometr üçün eyni QİYMƏT – Velo, yoxsa taksi daha sərfəlidir?
Bu gün, 11:52
SOCAR-dan QHT-lərə Dövlət Dəstəyi Agentliyinə UZANAN ƏL... - Qrant qazanmağın daha bir yolu/FOTOLAR
Bu gün, 11:46
İrandan sonra... - Qafqaz uğrunda mübarizə: İKİNCİ CƏBHƏ
Bu gün, 11:38
Bu il Avropa ölkələrinin “iqtisadi gücü” nə qədər olacaq? - SİYAHI
Bu gün, 11:30
Ərdoğan Ermənistana dəvət olundu
Bu gün, 11:27
Psixatriya Xəstəxanasında meyit tapıldı
Bu gün, 11:22
Ermənistanın keçmiş müdafiə nazirinin müavininə qarşı antikorrupsiya ittihamı irəli sürülüb - "Hraparak"
Bu gün, 11:18
Azərbaycan Mərkəzi Bankı "Kredaqro" BOKT-un vəzifəli şəxsini cərimələyib
Bu gün, 11:14
Ermənistan Təhlükəsizlik Xidmətində Qarabağ bölməsi yaradılıb? – İDDİA
Bu gün, 11:12
“Arvadla doğuşa girən kişi nəyə lazım?” – Rəşid Mahmudov gənc ataları “TOPA TUTDU”
Bu gün, 11:05
“Hansısa harınlamış ad gününə aktyoru çağırır ki, onu əyləndirsin, o oğlanı tapmaq istəyirəm”
Bu gün, 11:01
"Bank of Baku"nun rüşvət alan eks-əməkdaşı həbsdə qaldı – QƏRAR
Bu gün, 10:56
Siyavuş Novruzovdan daha az müxalif olan müxalif deputatımız - Orxan Saffari yazır...
Bu gün, 10:54
Rusiya və Çin bu meydanda rəqibdirlər... - GƏLİŞMƏ
Bu gün, 10:53
Səfər Mehdiyevin köməkçisi Azərbaycanı Avropa Məhkəməsinə şikayət edib - BUNA GÖRƏ...
Bu gün, 10:49
Köçəryan mübarizəyə başlamamış məğlubiyyətlə razılaşdı - “İravunk”
Bu gün, 10:43
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru