ZAQATALA SAKİNLƏRİ DAD DEYİR
Tarix: 12-05-2012, 12:26 | Çap et
"MAŞINDA YATIRAM, BİZƏ NƏ ÇADIR VERİBLƏR, NƏ DƏ ƏRZAQ"
Zəlzələdən zərər çəkmiş bəzi Zaqatala sakinləri hökumətin onlara vəd etdiyi yardımı göstərmədiyini, çadır və ərzaq vermədiyini deyir. Rəsmilər isə evləri zərər çəkmiş ailələrin hər birinı ərzaq və paltar paylandığını iddia edir.
"Payızda toyum olacaqdı. Çətinliklərlə evimi təmir etdirirdim ki, toya hazır olsun. Zəlzələdə dağıldı" - 22 yaşlı Zaqatala Muxax kənd sakini Çingiz Ömərov məyusluqla deyir.
Gənc zaqatalalı Fövqəladə Hallar Nazirinin onun evinin dağıldığı yerə iki dəfə gəlməsini və evinin yenidən tikiləcəyinə söz verməsini məmnuniyyətlə xatırlayır: "Kəmaləddin Heydərov dedi ki, narahat olma, evin yenidən tikiləcək".
Ancaq hazırda gecələri avtomobilində keçirdiyini deyən Çingizi nazirdən sonra əraziyə "bələdiyyə ilə gəlmiş Komissiya" məyus edib. "Komissiya dedi ki, ev sadəcə təmir olunacaq. Amma evim təmir olunacaq vəziyyətdə deyil" - o, narahatlığını BBC Azərbaycanca ilə bölüşür.
Azərbaycanın şimal rayonlarında bu həftə episentri Zaqatala olmaqla güclü zəlzələ baş verib. Rəsmi rəqəmlərə görə, 800-dən artıq evə ziyan dəyib. Hökumət zəlzələnin nəticələrinin aradan qaldırılması üçün 20 milyon manat ayırıb.
"Prezidentimiz televizorda dedi ki, ziyan görənlərə ərzaq paylanacaq, çadırlar veriləcək. Amma bizə heç nə verilməyib. Həyətdə qurduğum çadır isə özümündür". Çingiz bizə telefonla müsahibəsində yaşlı ata və anasının çadırda yaşadığını söyləyir.
Onun sözlərinə görə, evi 1992-ci ildə tikilib və bu yaxınlarda "xeyir iş üçün" təmir olunub. Zaqatalada ikinci dəfə zəlzələ baş verəndə "iki mərtəbəli, beş otaqlı" evinin bir divarı "tamamilə uçub".
"İlk dəfə zəlzələ olanda divar çatladı, ikinci zəlzələdə isə tam dağıldı. Kəmaləddin Heydərov gəlib vəziyyəti öz gözlərilə gördü və dedi ki, evə yaxın getməyin və narahat olmayın bundan da yaxşısı təzədən tikiləcək. Ancaq ondan sonra gələnlər deyir ki, ev yenidən tikilməyəcək" - Çingiz nazirdən sonra gələn "komissiyanın" hansı orqana aid olduğunu bilmir, amma bələdiyyə rəsmilərinin onlarla birlikdə gəldiyini xatırlayır.
Azərbaycan Fövqəladə Hallar Nazirliyi isə öz internet saytında yazır ki, zəlzələ bölgəsində fəaliyyətini davam etdirir.
"Zaqatala, Balakən və Qax rayonlarında təbii fəlakət nəticəsində evləri qəzalı vəziyyətə düşən ailələr üçün çadırların (hər ailəyə 1 çadır) qurulması işi başa çatmaq üzrədir" - nazirlik bəyan edir. "Eyni zamanda, 12 məntəqədə zərərçəkmiş ailələrin istirahətini təmin etmək məqsədilə içərisində televizor və istirahət üçün nəzərdə tutulmuş digər əşyalar olan iri çadırlar qurulmuşdur".
Nazirlik deyir ki, evləri zərər çəkmiş ailələrə ərzaq və paltar paylanıb, hər ailəyə "un, yağ, qənd, çay, habelə uşaq, qadın və kişi geyimləri, uşaq bezləri, diş pastası, diş fırçası, sabun və digər yuyucu vasitələr" verilib.
Rəsmilər Zaqatalada hələ də yeraltı təkanların davam etdiyini və son gün ərzində 10-a yaxın yeraltı təkanın qeydə alındığı deyirlər.


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Statistika Komitəsinin tabeli qurumu icarə müqaviləsi bağlamadan fəaliyyət göstərir - Palata
Bu gün, 18:06 |
|
|
|
| • Vüsal Xanlarovun rəhbəri olduğu qurumda pozuntular: - 400 ədəd arabaya 135 mindən artıq vəsait xərcləndi
Bu gün, 18:02 |
|
|
|
| • Bu gün BMT canlı meyitdir - Natiq Miri
Bu gün, 17:55 |
|
|
|
| • Son 3 ayda 144 min əcnəbi quru yolla Azərbaycana daxil olub – Rəsmi
Bu gün, 17:49 |
|
|
|
| • Deputat oğlunun “Crystal Group”u dövlət büdcəsini necə "idarə edir"? - İmtiyazlı podratçı...
Bu gün, 17:42 |
|
|
|
| • Azay Quliyev də İŞLƏRİ DÜZ APARMAYIB... - DETALLAR
Bu gün, 17:31 |
|
|
|
| • Ermənilərin Xocalıdakı cinayətlərinə etirazını bildirən rusiyalı yazıçı Yuri Pompeyev vəfat edib
Bu gün, 17:28 |
|
|
|
| • Şuşa rayon Mərkəzi Xəstəxanasının tikintisində sovrulan milyonlar... - Qarabağın bərpasına da HARAM QATIBLAR
Bu gün, 17:24 |
|
|
|
| • Dövlət Statistika Komitəsinin anbarında 4.7 milyon manatlıq istifadəsiz planşet aşkarlandı - DÖVLƏTİ SANKİ QARƏT EDİBLƏR...
Bu gün, 17:23 |
|
|
|
| • Siraqəddin Cabbarov onu işdən çıxardı - ƏMR
Bu gün, 17:20 |
|
|
|
| • Dövlət Agentliyi "Kontakt Home"da qanun pozuntuları aşkarlayıb - DETALLAR
Bu gün, 17:11 |
|
|
|
| • Gənclər və İdman Nazirliyində 32 milyonluq yoxlama - Kimlərə artıq pullar ödənilib?
Bu gün, 17:10 |
|
|
|
| • Böyük Britaniya şirkətinin Azərbaycandakı filialı bağlanır
Bu gün, 17:06 |
|
|
|
| • “İdmançılara lazımi maddi və mənəvi dəstək verilmir” -Tofiq Musayev
Bu gün, 17:04 |
|
|
|
| • Mədəniyyət Nazirliyində rəis müavini, sosial ev, daha nələr: 72 minlik dələduzluq etdi, həbs olunmadı - TƏFƏRRÜAT
Bu gün, 16:55 |
|
|
|
| • General Kənan Aşurlunun rəhbərlik etdiyi qurumda pozuntular - DETALLAR
Bu gün, 16:50 |
|
|
|
| • “Kreml bunu “qırmızı xəttə yaxınlaşma” kimi qəbul edir” – İlginc açıqlamalar
Bu gün, 16:48 |
|
|
|
| • Azərbaycanda meyvə bazarında "QİYMƏT TERRORU" - Ekspertdən xəbərdarlıq
Bu gün, 16:43 |
|
|
|
| • Terrorçuluğa qarşı qanunları pozan şirkət onminlərlə manat cərimələndi - TƏFƏRRÜAT
Bu gün, 16:42 |
|
|
|
| • Ayda 925 manata kim ev ala bilər? - ŞƏRH
Bu gün, 16:38 |
|
|
|
| • İLGİNC RƏQƏM: Mart ayında İrana 5 minə yaxın azərbaycanlı gedib - SAVAŞ GEDƏ-GEDƏ...
Bu gün, 16:31 |
|
|
|
| • Gəncədə yeni təyinat: icra hakimiyyətində dəyişiklik - ƏMR
Bu gün, 16:29 |
|
|
|
| • Azərbaycan səhiyyəsi ÇALXALANIR – Bir gündə 4 səs-küylü İSTEFA
Bu gün, 16:27 |
|
|
|
| • Sarkisyanın qardaşı qızının elektrik stransiyası var imiş
Bu gün, 16:24 |
|
|
|
| • Azərbaycan və Latviya arasında əməkdaşlıq genişlənir - MƏQALƏ
Bu gün, 16:21 |
|
|
|
| • Azərbaycan-Latviya münasibətləri davamlı olaraq genişlənəcək və inkişaf edəcəkdir - İsrafil Kərimovun yazısı
Bu gün, 16:19 |
|
|
|
| • Mədəniyyət Nazirliyi bahalı təlim xidmətləri satın alıb
Bu gün, 16:06 |
|
|
|
| • Muğanlı–İsmayıllı–Qəbələ yolu bir həftə bağlı olacaq - DİQQƏT
Bu gün, 16:05 |
|
|
|
| • İmişlidə Qarabağ Qazisini işdən çıxaran vəzifəli şəxs barəsində ŞOK İDDİA - Görün, kimin qardaşıdır...
Bu gün, 16:03 |
|
|
|
| • İrəvan Avropa İttifaqının yeni missiyası ilə bağlı açıqlama verdi
Bu gün, 15:34 |
|
|
|
| • Azərbaycanda 4 hotelin ulduz kateqoriyası ləğv edilib
Bu gün, 15:27 |
|
|
|
| • XİN-in idarə rəisi Bakıda kuryerin motosikletini vurdu, hədə-qorxu gəldi - VİDEO
Bu gün, 15:26 |
|
|
|
| • Mühüm gəlişmə: Saleh Məmmədov həbs edilir? – Heyrət doğuran FAKTLAR YAYILDI
Bu gün, 15:17 |
|
|
|
| • Danışıqlara da, müharibəyə də hazırıq - İrəvani
Bu gün, 15:14 |
|
|
|
| • Evlərə "kupça" veriləcək: Əfv gəlir - AKTUAL
Bu gün, 15:13 |
|
|
|
| • İrəvan AB-yə qoşulsa, ÜDM-nin 23%-ni itirəcək - Şevtsov
Bu gün, 15:11 |
|
|
|
| • “Xalq Bank”ın idarə rəislərindən biri vəzifəsindən ayrılıb - BUNDAN SONRA...
Bu gün, 15:08 |
|
|
|
| • Azərbaycan insanı çox yemir, bahalı yeyir - EKSPERTDƏN İZAH
Bu gün, 15:05 |
|
|
|
| • Abid Şərifovun nəvəsi Londondakı şirkətinin adını dəyişib - DETALLAR
Bu gün, 15:01 |
|
|
|
| • Növbəti ABŞ-İran savaşı region üçün fəlakətə çevrilə bilər... - İNCƏLƏMƏ
Bu gün, 14:59 |
|
|
|
| • TƏBİB-in yeni rəhbəri daha iki nəfəri işdən çıxardı
Bu gün, 14:55 |
|
|
|
| • Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin yeni saytı təqdim olundu – FOTO
Bu gün, 14:52 |
|
|
|
| • Dostunu boğazından bıçaqlayana AĞIR CƏZA tələbi
Bu gün, 14:49 |
|
|
|
| • Bakı Dövlət Sirkinin yerinə bina tikilir? – RƏSMİ AÇIQLAMA
Bu gün, 14:47 |
|
|
|
| • Daha bir direktor işdən çıxarıldı - AÇIQLAMA
Bu gün, 14:44 |
|
|
|
| • Avropa İttifaqı Ermənistana girir - Cənubi Qafqazda gizli mübarizə başlayır
Bu gün, 14:07 |
|
|
|
| • Bu komitənin əmlakı müqaviləsiz icarəyə götürülübmüş
Bu gün, 14:02 |
|
|
|
| • “Simonyan Türkiyəni şantaj edir”
Bu gün, 13:07 |
|
|
|
| • "Çəkilmə araq qoxusu var" - Paşinyanın məktəbdə dedikləri diqqət çəkdi
Bu gün, 13:04 |
|
|
|
| • Melonidən Solovyov barədə: - Bu karikaturaya görə yolumuzu dəyişməyəcəyik
Bu gün, 13:02 |
|
|
|
|