“Bakcell” 4-cü “YAŞAT” düşərgəsinin tərəfdaşıdır .....                     "Trampın ABŞ-ni müharibəyə sürükləməsi qaçılmaz görünür" .....                     Paşinyan Türkiyədə Ərdoğanla GÖRÜŞƏCƏK? .....                     İsrail-İran savaşının Azərbaycana iqtisadi təsirləri nə olacaq? .....                     Üçüncü "nüvə erası" .....                     ABŞ yaxın günlərdə İrana zərbə endirməyə hazırlaşır .....                     'Meqa Sığorta' şirkətinin saxtakarlığı üzə çıxdı... .....                     44 gün döyüşüb, yaralanıb, AMMA... .....                     "Nə deyəsən belə aptekə, axı..." .....                     "İstəmədiyimiz ürəkbulandırıcı söhbətlər efirdə danışılır" .....                     Qeyri-iş günlərinin vaxtı dəyişdi: Bu şəxslər narazı qalacaq .....                     ABŞ-nin İranla nüvə sazişi bağlaya biləcəyini istisna etmirəm .....                     İranda İsrail üçün çalışan PUA mühəndisləri saxlanılıb .....                     Zelenski ilə görüşə hazıram .....                     İsrail Tehrana və İranın digər ərazilərinə zərbələr endirib .....                     Putin İsrailin Xameneini aradan götürmək planlarına münasibət bildirib .....                     İsrail İranın dövlət televiziyasına sızdı .....                     İsrail Ordusu İrana "üçüncü zərbə" dalğasını elan edib .....                     BDU-nun rektoru Qlobal Dayanıqlı İnkişaf Konqresinin panel müzakirəsində çıxış edib .....                     Tramp Putinin İranla bağlı vasitəçilik təklif etdiyini bildirib .....                     Təbriz yaxınlığında məhv edilən ballistik raket zavodunun görüntüləri yayıldı .....                     Göygöl RİH "bir sıra tədbirlərə" 140 min manat xərcləyəcək .....                     Mədəniyyət Mərkəzində kütləvi İXTİSAR .....                     DGK-nın hospitalına 1,4 milyonluq tibbi mal satacaq 2 manatlıq “Paşa-K” Firması kimindir? .....                     Azər Qasımlının məhkəməsi başlayıb .....                     İsrail ordusu Tehranda İranın daxili təhlükəsizlik sisteminin qərargahına zərbə endirib .....                     Gənc alimdən tələb: Sənədlərimi saxtalaşdıran bu şəxslər cəzalandırılsın! .....                     Xameneidən kritik çağırışı: Xeybər döyüşü nədir? .....                     Yaxın saatlarda vəziyyət dəyişəcək: .....                     Hospital rəisi polkovnik Şükür Eyvazov haqqında Elçin Quliyevə şikayət… .....                     Baş Prokuror əmrlər imzalayıb: KİM HARA GETDİ... .....                     Xaçmazda qadını qətlə yetirən şəxsə 19 il həbs cəzası verilib .....                     Əvvəl malda problem, sonra müqavilədə haqsızlıq: .....                     ONKOLOJİ XƏSTƏ OLAN GƏNCİ HƏRBİ XİDMƏTƏ APARDILAR... .....                     İran AEBA-nı öhdəliklərini yerinə yetirməməkdə ittiham edib .....                     Trampın İran planı nədir? .....                     Ölüm olan klinikada yoxlama aparıldı: Həkim qanunsuz işləyirmiş .....                     Fəzail Ağamlı da partiya sədrliyindən GEDİR .....                     Aqrar Universitetdə ŞOK YEYİNTİ FAKTLARI .....                     Rusiya Ermənistanda din-dövlət münasibətlərini gərginləşdirməyə çalışır .....                 

MTN ƏL-QAİDƏÇİLƏRİ ZƏRƏRSİZLƏŞDİRİB
Tarix: 18-04-2012, 16:18 | Çap et
MTN ƏL-QAİDƏÇİLƏRİ ZƏRƏRSİZLƏŞDİRİB

QURUM ANTİTERROR ƏMƏLİYYATLARI KEÇİRİB

Milli Təhlükəsizlik Nazirliyi (MTN) Azərbaycanda həyata keçirilən antiterror əməliyyatları barədə növbəti məlumat yayıb.

MTN-in İctimai əlaqələr mərkəzindən APA-ya verilən daxil olan məlumatda bildirilir: Məlumat verildiyi kimi, bu yaxınlarda MTN tərəfindən həyata keçirilmiş xüsusi əməliyyat nəticəsində Azərbaycan Respublikasında ictimai-siyasi sabitliyi pozmaq məqsədilə təxribat-pozuculuq və terrorçuluq aksiyalarını planlaşdıran silahlı birləşmə zərərsizləşdirilib.

Müəyyən edilib ki, 2011-ci ilin yay aylarında Azərbaycan Respublikasının vətəndaşı Padarov Vüqar İspaxan oğlu Azərbaycanda təxribat-pozuculuq və terrorçuluq aksiyalarına hazırlıq görülməsi məqsədilə silahlı birləşmə yaratmış, onun üzvlərini odlu silah, döyüş sursatı, partlayıcı maddələr və digər hərbi ləvazimatla təchiz edib.
Məlum olmuşdur ki, silahlı birləşmənin bəzi üzvləri əvvəlcə В«Əl-QaidəВ» beynəlxalq terrorçu təşkilatının nümayəndələrinin köməkliyi ilə Suriya Ərəb Respublikasındakı mədrəsələrdə cihadda iştiraka hazırlaşmaq məqsədilə xüsusi dini-psixoloji təlim keçmişlər. Sonra silahlı birləşmənin üzvlərinin bir hissəsi Pakistan İslam Respublikasının Vəziristan əyalətinə gəlmişlər. Onlar В«Əl-QaidəВ» beynəlxalq terrorçu təşkilatına daxil olan В«İslami-cihadВ» terrorçu qrupunun tərkibində bir neçə ay ərzində hərbi-dini təlimlər keçərək müxtəlif növ atıcı silahlardan, artilleriya, raket və minomyotlardan atəş açmaq, partlayıcı qurğular hazırlamaq və minalar quraşdırmaq vərdişlərini mənimsəmişlər. Bundan sonra, həmin şəxslər В«İslami-cihadВ» terrorçu qrupunun tərkibində Əfqanıstanın Paktika və Paktiya, Xost, Qəndəhar və Helmənd vilayətlərində beynəlxalq antiterror koalisiyası qüvvələrinə qarşı hərbi əməliyyatlarda iştirak etmişlər.
Dəstənin bir qrup digər üzvü İran İslam Respublikasında atəş və fiziki hazırlıq, müşahidə etmək, müşahidədən yayınmaq və digər istiqamətlər üzrə iki ay xüsusi təlim keçmişlər.
Silahlı birləşmənin fəal üzvü “Maqa” ləqəbli Elmir Nurəliyev hələ 2010-cu ilin avqust ayında Dağıstana gedərək В«Əl-QaidəВ» beynəlxalq terrorçu təşkilatı ilə əlaqəli olan “əmir” Əbu-Hureyranın, “Dağıstan cəbhəsinin əmirləri” “Həsən” ləqəbli İsrapil Velicanovun və “Saleh” ləqəbli İbrahimxəlil Daudovun dəstələrində Dağıstan ərazisində terrorçuluq aksiyalarının və digər cinayətkar əməllərin törədilməsində iştirak etmişdir.

Həmin ilin sonlarında Elmir Nurəliyev Dağıstanın Kadar kəndi yaxınlığında İbrahimxəlil Daudovun dəstəsinin gizli düşərgəsində В«BusraВ» ləqəbli Vüqar Padarov ilə tanış olmuşdur. Vüqar Padarov Elmir Nurəliyevə Azərbaycanda da cihad aparılmasını təklif etmişdir. Məqsəd Azərbaycanın bir sıra bölgələrində silsilə terrorçuluq aksiyalarının keçirilməsi, ölkədə nəzarətsizlik və hakimiyyətsizlik əhval-ruhiyyəsi, əhali arasında çaşqınlıq və vahimə, etnik və dini zəmində qarşıdurma yaratmaq, sabitliyi pozmaq və respublikanın nüfuzuna xələl gətirmək olmuşdur. Bunun üçün əhali arasında müqəddəs sayılan bir sıra ziyarətgahların, məscidlərin və başqa dini konfessiyalara məxsus ibadət yerlərinin partladılması nəzərdə tutulmuşdur. Eyni zamanda, hüquq mühafizə orqanlarına silahlı basqınlar təşkil etmək, əməkdaşları öldürmək və inzibati binalarda olan silah-sursatı ələ keçirmək planlaşdırılmışdır. Dəstə üzvləri arasında vəzifə bölgüsü, terrorçuluq aksiyalarının törədiləcəyi hədəflərin və yerlərin sxemi, iş rejimi, xidməti personalın sayı, snayperlərin mövqeləri və digər faktorlar müəyyənləşdirilmişdir. Dağıstanla həmsərhəd rayonlarda və dağ-meşə massivlərində dəstəyə mənsub silahlı qrupların gizlənəcəyi, müvəqqəti yaşayacağı yerlərin, blindajların və qazmaların hazırlanması nəzərdə tutulmuşdur. Elmir Nurəliyev ilə razılaşma əldə etdikdən sonra Vüqar Padarov planları barədə Əbu-Hureyraya və İbrahimxəlil Daudova bildirmişdir. 2011-ci ilin fevral ayında İbrahimxəlil Daudov Kadar kəndi yaxınlığında “Dağıstan əmirlərinin şurası”nı təşkil etmiş və onlar “əmir” Əbu-Hureyranın əvvəllər bu barədə irəli sürdüyü analoji təklifləri Vüqar Padarov və Elmir Nurəliyevin iştirakı ilə müzakirə etmişlər. Sonda “Əmirlər şurası” tərəfindən Vüqar Padarova və Elmir Nurəliyevə müvafiq tapşırıqlar və külli miqdarda pul verilmişdir. Yaradılacaq yeni silahlı birləşməyə İbrahimxəlil Daudov Vüqar Padarovu “əmir” təyin etmiş və bu barədə videogörüntülü müraciətini sonuncunun mobil telefonunun yaddaşına yazmışdır.
2011-ci ilin iyul ayında Vüqar Padarov və Elmir Nurəliyev müxtəlif növdə və sayda silah-sursatla birlikdə mühafizə olunan dövlət sərhədini Rusiya Federasiyasının Dağıstan Respublikasından Qusar rayonu istiqamətində qanunsuz keçərək Azərbaycana gəlmişlər. Əvvəlcədən əldə olunmuş razılaşmaya əsasən Qusar rayonunda Vüqar Padarovla Elmir Nurəliyevi dəstənin üzvü Əmir Muradov qarşılamış və onları idarə etdiyi avtomaşınla Zaqatala şəhərinə aparmışdır. Elmir Nurəliyev, Əmir Muradov, Nəsrullah Yunusov, Məcid Aşurov və Faiq Sultanov adlı şəxslərin beyətini qəbul etdikdən sonra Vüqar Padarov dəstə üzvlərilə birlikdə Zaqatala rayonunda müxtəlif yerlərdə gizlənmişdir. Vüqar Padarov eyni zamanda dəstə üzvlərini silahlandırmaq məqsədilə silah-sursatın alınması üçün Nəsrullah Yunusov vasitəsilə ayrı-ayrı şəxslərlə əlaqə saxlamışdır.
Həmin ərəfədə davamlı terrorçuluq aksiyalarına hazırlıq işlərinin başa çatdırılması üçün Vüqar Padarov Elmir Nurəliyevlə birlikdə mütəmadi olaraq Bakı şəhərinə gəlib-getmişlər. Bundan sonra, Vüqar Padarov silahlı birləşmənin gücləndirilməsi və digər təşkilati məsələlərin həlli üçün dəstənin üzvləri Əmir Muradov və Faiq Sultanov ilə birlikdə 2012-ci ilin mart ayının əvvəlində Gəncə şəhərində mənzil kirayə edərək ora köçmüşlər.

Ölkənin ictimai-siyasi həyatını ciddi təhdid edən təhlükəli dəstənin zərərsizləşdirilməsi, terrorçuluq aksiyalarının vaxtında qarşısının alınması üçün Milli Təhlükəsizlik Nazirliyi tərəfindən Bakı, Gəncə, Sumqayıt şəhərlərində, Qax, Zaqatala, Şəki, Qusar, Abşeron və Xaçmaz rayonlarında irimiqyaslı xüsusi əməliyyat keçirilmişdir.
Bir sıra hallarda dəstə üzvləri tərəfindən silahlı müqavimət göstərilməsi cəhdlərinin qarşısı alınmış, silahlı birləşmənin üzvləri, Azərbaycan Respublikasının vətəndaşları - Nurəliyev Elmir Maarif oğlu, Sultanov Faiq Sahib oğlu, Muradov Əmir Zəkrulla oğlu, Əliyev Ağasadıq Tofiq oğlu, Abbasoğlu Nəriman İsrafil oğlu, Həsənov Aydın Azad oğlu, Həsənov Arif Azad oğlu, Lələyev Bəhruz Mahmud oğlu, Aşurov Rəşad Rəcəb oğlu, Aşurov Məcid Əhmədoviç, Padarov Mehdi İspaxan oğlu, Yunusov Nəsrullah Arif oğlu, Əfəndiyev Rauf Aydın oğlu, Həmidov Elmir Kamal oğlu, Məmmədov Məmməd Şaban oğlu, Allahverdiyev Ruslan Sahib oğlu, Süleymanov Faiq Süleyman oğlu, Qaracayev Teymur Məhəmməd oğlu və Lələyev Mahmud Baqi oğlu yaxalanmışlar.
Dəstə başçısı Vüqar Padarovu və onunla birlikdə gizlənən digərlərinin tərkisilah olunması və tutulması üzrə keçirilən antiterror əməliyyatı zamanı həmin şəxslər Milli Təhlükəsizlik Nazirliyinin xüsusi təyinatlılarının təslim olmaq barədə qanuni tələbinə tabe olmayaraq odlu silahlardan fasiləsiz atəşlər açmış və əl qumbarası atmışlar. Xidməti vəzifələrinin yerinə yetirilməsi ilə əlaqədar hakimiyyət nümayəndəsinə qarşı həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etməklə silahlı müqavimət göstərən Vüqar Padarov məhv edilmiş, Faiq Sultanov və Əmir Muradov isə tutulmuşdur.
Ümumən silahli birləşmənin saxlanılmış üzvlərindən terror-təxribat aksiyalarında istifadəsi nəzərdə tutulan 4 ədəd avtomat silah, 1 ədəd В«RPKВ» tipli əl pulemyotu, 4 ədəd müxtəli tipli tapança, xeyli sayda patron, 33 ədəd müxtəlif tipli əl qumbarası, 29 ədəd qumbara alışdırıcısı, xüsusi üsulla hazırlanmış müxtəlif partlayıcı qurğular və maddələr, 20 detonator, 36 ədəd В«KenwoodВ» markalı rabitə aparatı, qanunla qadağan edilmiş digər sursat və əşyalar, habelə terrorçuluğu və cihadı təbliğ edən ədəbiyyatlar aşkar edilərək götürülmüşdür. Bundan başqa, əsasən beynəlxalq terrorçulara xas olan xüsusi bilgilərdən və sxemlərdən istifadə olunmaqla diqqəti cəlb etməyən oyuncaq maşının içərisinə partlayıcı maddələr - 438,2 qram plastid, 200 və 75 qramlıq trotil şaşkaları, kapsul, təlafatın və xəsarətin geniş miqyasına hesablanmış dəmir qırıntıları yerləşdirilmiş və məsafədən idarə olunan, 100 metr radiusda canlı qüvvəni məhv etməyə qadir 1 ədəd partlayıcı qurğu aşkarlanaraq götürülmüşdür.
Hazırda göstərilən faktlarla bağlı Milli Təhlükəsizlik Nazirliyinin İstintaq Baş İdarəsi tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə istintaq aparılır.
Cinayət işi üzrə bütün halların araşdırılması, bu hüquqazidd əməllərin digər iştirakçılarının müəyyənləşdirilməsi üçün istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir. Nəticələri üzrə ictimaiyyətə əlavə məlumat veriləcəkdir.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Bakcell” 4-cü “YAŞAT” düşərgəsinin tərəfdaşıdır - FOTOLAR
Bu gün, 07:17
"Trampın ABŞ-ni müharibəyə sürükləməsi qaçılmaz görünür" - Zərdüşt Əlizadə
Bu gün, 07:14
Paşinyan Türkiyədə Ərdoğanla GÖRÜŞƏCƏK? - Nələr baş verir...
Bu gün, 07:11
İsrail-İran savaşının Azərbaycana iqtisadi təsirləri nə olacaq? - ARAŞDIRMA
Bu gün, 07:04
Üçüncü "nüvə erası" - “Pandora qutusu” artıq açılıb
Bu gün, 07:01
ABŞ yaxın günlərdə İrana zərbə endirməyə hazırlaşır - “Bloomberg”
Bu gün, 07:00
'Meqa Sığorta' şirkətinin saxtakarlığı üzə çıxdı... - BU NƏDİ BELƏ?
Bu gün, 06:58
44 gün döyüşüb, yaralanıb, AMMA... - HƏLƏ DƏ...
Bu gün, 06:55
"Nə deyəsən belə aptekə, axı..." - NARAZILIQ VAR...
Bu gün, 06:51
"İstəmədiyimiz ürəkbulandırıcı söhbətlər efirdə danışılır" - ETİRAZ
Bu gün, 06:35
Qeyri-iş günlərinin vaxtı dəyişdi: Bu şəxslər narazı qalacaq – SƏBƏB
Bu gün, 06:32
ABŞ-nin İranla nüvə sazişi bağlaya biləcəyini istisna etmirəm - Tramp
Bu gün, 06:30
İranda İsrail üçün çalışan PUA mühəndisləri saxlanılıb - "Mehr"
Bu gün, 06:28
Zelenski ilə görüşə hazıram - Putin
Bu gün, 06:26
İsrail Tehrana və İranın digər ərazilərinə zərbələr endirib
Bu gün, 06:23
Putin İsrailin Xameneini aradan götürmək planlarına münasibət bildirib - İran Moskvadan hərbi yardım istəməyib
Bu gün, 06:22
İsrail İranın dövlət televiziyasına sızdı - Ekranda bu sözlər yazılır
Bu gün, 00:00
İsrail Ordusu İrana "üçüncü zərbə" dalğasını elan edib
Dünən, 23:58
BDU-nun rektoru Qlobal Dayanıqlı İnkişaf Konqresinin panel müzakirəsində çıxış edib - FOTO
Dünən, 21:25
Tramp Putinin İranla bağlı vasitəçilik təklif etdiyini bildirib
Dünən, 19:42
Təbriz yaxınlığında məhv edilən ballistik raket zavodunun görüntüləri yayıldı - FOTO
Dünən, 18:07
Göygöl RİH "bir sıra tədbirlərə" 140 min manat xərcləyəcək
Dünən, 18:04
Mədəniyyət Mərkəzində kütləvi İXTİSAR – 35 nəfər niyə işdən ÇIXARILIR?
Dünən, 18:02
DGK-nın hospitalına 1,4 milyonluq tibbi mal satacaq 2 manatlıq “Paşa-K” Firması kimindir? - İLGİNC
Dünən, 17:58
Azər Qasımlının məhkəməsi başlayıb
Dünən, 17:47
İsrail ordusu Tehranda İranın daxili təhlükəsizlik sisteminin qərargahına zərbə endirib - “X”
Dünən, 17:45
Gənc alimdən tələb: Sənədlərimi saxtalaşdıran bu şəxslər cəzalandırılsın! - FOTO
Dünən, 17:35
Xameneidən kritik çağırışı: Xeybər döyüşü nədir? – Müsəlman dünyası birləşir?
Dünən, 17:27
Yaxın saatlarda vəziyyət dəyişəcək: - Çin və ABŞ müharibəyə bu halda qoşulacaq
Dünən, 17:25
Hospital rəisi polkovnik Şükür Eyvazov haqqında Elçin Quliyevə şikayət… - 4 ildir ki...
Dünən, 17:15
Baş Prokuror əmrlər imzalayıb: KİM HARA GETDİ... - TƏFƏRRÜAT
Dünən, 17:09
Xaçmazda qadını qətlə yetirən şəxsə 19 il həbs cəzası verilib
Dünən, 17:05
Əvvəl malda problem, sonra müqavilədə haqsızlıq: - “Embawood” cərimələndi
Dünən, 17:03
ONKOLOJİ XƏSTƏ OLAN GƏNCİ HƏRBİ XİDMƏTƏ APARDILAR... - "TSEK-in həkimləri yenə də cəzalandırılmayacaq?"
Dünən, 16:57
İran AEBA-nı öhdəliklərini yerinə yetirməməkdə ittiham edib
Dünən, 16:53
Trampın İran planı nədir? - Yeni TƏFƏRRÜATLAR
Dünən, 16:37
Ölüm olan klinikada yoxlama aparıldı: Həkim qanunsuz işləyirmiş - TƏFƏRRÜAT
Dünən, 16:35
Fəzail Ağamlı da partiya sədrliyindən GEDİR - AÇIQLAMA
Dünən, 16:32
Aqrar Universitetdə ŞOK YEYİNTİ FAKTLARI –Qanun pozuntularını kimlər ört-basdır edir…
Dünən, 16:22
Rusiya Ermənistanda din-dövlət münasibətlərini gərginləşdirməyə çalışır - FAKT BUDUR...
Dünən, 16:19
Sertifikasiyadan kəsilən müəllimlərlə bağlı MARAQLI TƏKLİF - “Keçə bilməyənlərə aylıq maaş ödənilsin”
Dünən, 16:17
Bərdədə Cümə məscidinin yanındakı qanunsuz tikintini hansı məmur himayə edir? -FOTOFAKT
Dünən, 16:13
Ermənistan Zəngəzur dəhliz ilə bağlı təkbaşına qərar verə bilməz - Bakı tələblərində israrlıdır
Dünən, 16:08
Qonşuda müharibə və Azərbaycan reallığı – Xüsusi təhlil
Dünən, 16:04
İran İsraillə münaqişədə qalib gələcək - Xameneyi
Dünən, 16:03
Rusiyada Ermənistana qarşı hibrid fəaliyyətlərlə məşğul olan müəyyən dairələr var - Paşinyan
Dünən, 15:59
Anar Məmmədovun Londondakı KFC restoranları 2 ildən sonra gəlir əldə edib – Hesabat
Dünən, 15:58
Tədbiri yarımçıq icra edən şirkət bu dəfə nazirliyin 2,6 milyonluq tenderini uddu - QANUN HƏRLƏYƏN KİMDİR Kİ...
Dünən, 15:55
İran öz vətəndaşlarına TƏCİLİ XƏBƏRDARLIQ etdi - Son dəfə...
Dünən, 15:52
Dövlət Komitəsinin 226 min manatlıq tenderi - LƏĞV OLUNDU
Dünən, 15:36
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru