TQDK sədrinin adamı görün, nədə ittiham olunur... - ŞİKAYƏT VAR
Tarix: 3-02-2016, 08:56 | Çap et
 TQDK-nın sabiq mətbuat xidmətinin rəhbəri Elnur Nağızadənin ölkə universitetlərində boş qalan yerlərə tələbə qəbulu ilə bağlı uzun müddətdən bəri həyata keçirdiyi maxinasiyalardan, nəhayət ötən il Təhsil naziri Mikayıl Cabbarovun keçid ballarının aşağı salınmaması barədə qərar qəbul etməsindən sonra bu maxinasiyaların da artıq qarşısının alınmasından və bu xüsusda yaranmış qalmaqallardan bəhs edən bir neçə yazı dərc etmişdik. Bu yazılarda biz həmçinin göstərmişdik ki, baş verənlər səbəbindən Elnur Nağızadə 298 nəfər qarşısında boynuna götürdüyü “öhdəlikləri” yerinə yetirə bilməmiş və bu səbəbdən də həmin insanlara külli-miqdarda pul borclu qalmışdı. Düzdür, yığılan pulların böyük bir hissəsi artıq sahiblərinə qaytarılıb. Amma Elnur Nağızadə, yığıdığı pulların özünə çatacaq hissəsini hələ qərar çıxmazdan əvvəl “xərcləməyə” macal tapdığından, borcları sonadək bağlamaq mümkün olmayıb. Bundan sonra isə, öz pullarını geri tələb edən vətəndaşlar TQDK-ya kütləvi şəkildə üz tutblar. Beləliklə də, məsələ “böyüyərək” artıq yuxarı insyansiyaların diqqətini cəlb etməyə başlayıb. Məhz bu məqamda, TQDK sədri Məleykə Abbaszadə mətbuat xidmətinin rəhbəri ilə vidalaşmaq məcburiyyətində qalıb. Dünən redaksiyamıza daxil olmuş növbəti şikayət ərizəsində də, həmin 298 nəfərin arasında yer almış vətəndaşlardan daha bir nəfəri, bu dediklərimizin təsdiqi olaraq, bilavasitə özü ilə bağlı epizodun təfərrüatları barədə açıqlama verir. Qeyd edək ki, redaksiyamıza ərizə ilə müraciət etmiş vətəndaş Mikayılov Minadi Veysəl oğlu eyni zamanda da, qəzetimiz vasitəsilə Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin diqqətini bu məsələyə cəlb etmək istəyir.
Ərizədə deyilir: “Yazıb sizə bildirirəm ki, TQDK-nın sabiq mətbuat xidmətinin rəhbəri Elnur Nağızadəni tələbəlik illərindən bu günə kimi şəxsən tanıyıram. Mən tam məsuliyyətlə təsdiq edirəm ki, 2015-ci ilin yayında (ölkəmizdə I Avropa Oyunları başa çatdıqdan dərhal sonra) Elnur Nağızadə məndən, yaxınım olan bir şəxsi Bakı Dövlət Universitetinə qəbul etdirəcəyi bəhanəsilə, 26 000 (iyirmi altı min ) manat məbləğində pul almışdır. Bu zaman onun yanında öz yeznəsi də olub. Pulu məndən alanda, Elnur belə bir bir ifadə də işlətdi ki, xanım gözləyir. Xanımın kim olduğunu ondan soruşanda isə, cavab verdi ki, Məleykə xanım. Mən də ona inanıb, pulu verdim...”
Daha sonra ərizədə yazılanlardan belə məlum olur ki, Elnur Nağızadə artıq Təhsil naziri Mikayıl Cabbarovun verdiyi məlum qərardan sonra, qəbul maxinasiyalarını həyata keçirə bilməyəcəyinə əmin olduqdan sonra da, hələ bir müddət “müştərilərini” müxtəlif vasitələrlə gözləməyə məcbur edə bilib. Hətta bu zaman Elnur Nağızadə artıq ötən materiallarda qeyd etdiyimiz üsullara, yəni əsası olmayan, saxta məktub və arayışların təqdim olunması üsuluna da əl atıb. Bu barədə Minadi Mikayılov öz ərizəsində yazır: “Təhsil nazirinin universitetlərdə boş qalan yerlərə qəbul üçün keçid ballarının aşağı salınmaması barədə qəbul etdiyi qərardan sonra, biz də artıq bu işin baş tutmayacağını bilirdik. Lakin, Elnur Nağızadə abituriyentin və onun valideynlərinin diqqətini yayındırmaq, bir qədər də vaxt qazanmaq üçün, onların yaşadıqları ünvana bir neçə dəfə saxta teleqram və məktublar göndərmişdi. Hətta bir neçə dəfə Namiq Babayevin də adını hallandırmışdı ki, guya bizi vaxtında məhz Namiq müəllim məlumatlandıracaq...” Bununla belə, son imkanlar da tükəndikdən sonra, Elnur Nağızadə bir çox digər hallarda olduğu kimi, Minadi Mikayılovdan aldığı pulların da bir hissəsini qaytarıb. Qeyd edək ki, bu məqamda da TQDK-nın sabiq mətbuat xidmətinin rəhbərinin hərəkəti, eynilə ötən materiallarda göstərdiyimiz sxemə uyğun olub. Yəni “müştərilərinin” narazılıqlarını minimuma endirmək üçün, Elnur Nağızadə bir nəfərin pulunu tam kəsməkdənsə, bir neçə nəfərin pulunu qismən kəsməyə üstünlük verib. Bu barədə ərizədə oxuyuruq: “Elnur Nağızadə məndən aldığı 26 000 manat puldan hissə-hissə, ümumilikdə 14 000 (on dörd min) manat indiyədək qaytarıb. Amma qalan on iki mini indiyədək ondan ala bilmirik”.
Mövzuya qayıdacağıq və qarşı tərəfi də dinləməyə hazırıq.


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Azərbaycan Ukrayna təcrübəsindən yararlanmalıdır - ÇAĞIRIŞ
Bu gün, 07:04 |
|
|
|
| • Paşinyan seçilsə, Kreml nə edəcək? - Silayev
Bu gün, 07:02 |
|
|
|
| • İmtahanda DİM monopoliyası: 1-ci sinifdən başlayan stress - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 07:00 |
|
|
|
| • Erməni xalqı ya müharibəni, ya da sülhü, inkişafı seçməlidir - Natiq Miri ŞƏRH EDİR
Bu gün, 06:58 |
|
|
|
| • "Su İdmanı Sarayı" dövlətə BORCLANDI - Böyük miqdarda
Bu gün, 06:56 |
|
|
|
| • Rusiya Ukrayna üzrə danışıqlar üçün Səudiyyə Ərəbistanına müraciət edə bilər - “İzvestiya” qəzeti
Bu gün, 06:51 |
|
|
|
| • Azərbaycan üçün yeni uşaqpulu modeli: Ayda 100 manat… - DETALLAR
Bu gün, 06:49 |
|
|
|
| • "Hesablama Palatasına keyfiyyətli iş gördüyü üçün təşəkkür düşür" - partiya sədri
Bu gün, 06:33 |
|
|
|
| • Tanınmış müğənni qonşusundan gileyləndi - "...şübhə edir"
Bu gün, 06:27 |
|
|
|
| • Ukrayna ordusunun bir dəri-bir sümük əsgərləri - ŞOK FAKTLAR AÇIQLANDI
Bu gün, 06:17 |
|
|
|
| • Qaxın daha bir OLİQARXI: Dövləti rəsmən qarət edib... - Bir araşdıran olsa...
Bu gün, 06:13 |
|
|
|
| • Hamlet İsaxanlı siyasətə yaman meyillənir... - keçmiş deputatdan ATMACA
Bu gün, 05:58 |
|
|
|
| • Eşqi Bağırovun üsyanı... SƏMƏRƏ VERƏCƏKMİ?
Bu gün, 05:52 |
|
|
|
| • Fermerlərə çatası milyonları KİM YEYİB Kİ... - HESABI BELƏ SORUŞULMUR...
Bu gün, 05:47 |
|
|
|
| • Ramiz Mehdiyevin oğurladıqlarını “milyoner nəvə”si BELƏ XƏRCLƏYİR - İLGİNC FAKTLAR
Bu gün, 05:40 |
|
|
|
| • Azərbaycan son savaşda sübuta yetirdi ki... - ARAŞDIRMA
Bu gün, 01:16 |
|
|
|
| • Bakıdan qayıdan Zelenski indi də İrəvan yolunda... - GƏLİŞMƏ
Bu gün, 01:10 |
|
|
|
| • Səhiyyə büdcəsində MAAŞ 'ABORTU' - BU NƏDİ BELƏ?
Bu gün, 01:01 |
|
|
|
| • Natəmiz mühitdə hansı sağlamlıq? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 00:54 |
|
|
|
| • "Bu artıq xidmət deyil..." - ETİRAZ VAR!
Bu gün, 00:46 |
|
|
|
| • Erməni general yenə Hindistandadır
Dünən, 22:15 |
|
|
|
| • Rusiyada terror təhlükəsi riski artır - Putin
Dünən, 22:13 |
|
|
|
| • “O müğənnilərin efirdə ailə və əxlaq dəyərlərindən danışıb, kiməsə dərs keçməyə ixtiyarları yoxdur...” - REAKSİYA
Dünən, 17:34 |
|
|
|
| • Hövsan MİDA layihəsində şok vəziyyət: İtlər, həşəratlar və üfunət kabusu… - NARAZILIQ VAR...
Dünən, 17:32 |
|
|
|
| • "Zəng gəlsə, demə ki, bizə pul vermisən" - Avropada iş adı ilə 171 nəfəri aldadanların MƏHKƏMƏSİ
Dünən, 17:12 |
|
|
|
| • “Məktəb” serialı Vado Korovin üçün sanki ailə təsərrüfatı olub... - GÖRÜNƏNİ BUDUR...
Dünən, 17:06 |
|
|
|
| • Ukrayna İsrailə etiraz notası təqdim edib
Dünən, 17:02 |
|
|
|
| • İlqar Bayramlıdan yeni direktor təyinatı - ƏMR
Dünən, 16:42 |
|
|
|
| • Məşhur aparıcıdan "ərə getmək" xəbərinə CAVAB - "Hüseynova bacıları məharətini göstərəcək"
Dünən, 16:38 |
|
|
|
| • Bakı görüşü Azərbaycan Çexiya münasibətlərində yeni imkanlar açır - MƏQALƏ
Dünən, 16:31 |
|
|
|
| • Ermənistanda panika: Əhaliyə çağırış edildi
Dünən, 16:00 |
|
|
|
| • Tikintidə artan “qara bazar” - Milyonluq CƏRİMƏLƏR və…
Dünən, 15:57 |
|
|
|
| • Rus ordusu iki kəndi işğal etdi
Dünən, 15:55 |
|
|
|
| • Bakıda güllələnən müəllim işdən çıxıb? - “İdrak” Liseyindən açıqlama
Dünən, 15:24 |
|
|
|
| • "Qaçqınkom"un idarəsindən vergi borcu olan şirkətə 447 min manatlıq sifariş - TƏFƏRRÜAT
Dünən, 15:22 |
|
|
|
| • DİM sədri ilə Mikayıl Cabbarov üz-üzə... - Xarici dil buraxılış imtahanında olmamalı idi?
Dünən, 15:18 |
|
|
|
| • Təltif olunanların sırasında “Veysəloğlu Distribusiya”nın rəhbəri də var... - FOTO
Dünən, 15:00 |
|
|
|
| • Energetika Nazirliyinin press-reliz tenderi ləğv edildi: - Səbəb açıqlanmadı
Dünən, 14:57 |
|
|
|
| • Ermənistanda seçki savaşı qızışır: Revanşistlər geri qayıda bilərmi? - Bakıdan sərt mesaj
Dünən, 14:55 |
|
|
|
| • Daha bir tanınmış şəxs Türkiyədə dünyasını dəyişdi - FOTO
Dünən, 14:53 |
|
|
|
| • Keçmiş silahdaşı seçkilərdə Paşinyanı dəstəkləməkdən imtina etdi - KİV
Dünən, 14:39 |
|
|
|
| • Ölkənin ən iri pivə istehsalçısı “Carlsberg Azerbaijan”a yeni rəhbər gəlib - BUNDAN SONRA...
Dünən, 14:34 |
|
|
|
| • ”Utanmır efirə çıxıb deyir hamiləyəm, bu, nə tərbiyəsizlikdir?” - VİDEO
Dünən, 14:30 |
|
|
|
| • Nazir oğlunu aldadana qarşı başqa ittihamlar var imiş - Bazar manipulyasiyası...
Dünən, 14:20 |
|
|
|
| • “Kapital Bank”ın əməkdaşı hərbçiyə hədə-qorxu gəlib? - REAKSİYA
Dünən, 14:15 |
|
|
|
| • Vüsal Aslanov yeni rəis təyin etdi - FOTO
Dünən, 14:04 |
|
|
|
| • Prezident bir qrup sahibkarı “Tərəqqi” medalı ilə təltif edib - SİYAHI
Dünən, 14:02 |
|
|
|
| • Benzin və dizellə bağlı KRİTİK QƏRAR – Qiymətlər YÜKSƏLƏCƏK?
Dünən, 13:59 |
|
|
|
| • FHN-in dələduzluqda ittiham olunan keçmiş inspektoru qərardan narazıdır
Dünən, 13:52 |
|
|
|
| • Köçəryan höt-hötündən əl çəkmir, Qarabağa qayıdış vədi verir
Dünən, 13:50 |
|
|
|
|